Azərbaycan respublikasi əlyazması hüququnda XX əsrdə naxçivanda əDƏBİ TƏNQİDİN İNKİŞaf yolu



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə2/68
tarix20.11.2023
ölçüsü1,63 Mb.
#163992
1   2   3   4   5   6   7   8   9   ...   68
dis anar (1)

 
 
 
 
 
 



Giriş 
Mövzunun aktuallığı və işlənmə dərəcəsi.
Bəllidir ki, ədəbiyyatşünaslıq 
elminin üç şöbəsindən biri sayılan ədəbi tənqid müasir ədəbiyyatla məşğul olur.

Ədəbi tənqid müasir ədəbi prosesin... içində inkişaf edir, onun təcrübəsini 
ümumiləşdirir...Tənqidçi hər əsərin, yaxud hər yazıçının ədəbi prosesdəki mövqeyini 
qiymətləndirir
” [172, s.5].
 
Ümummilli lider Heydər Əliyev Azərbaycan yazıçılarının 
VII qurultayındakı (1981-ci il) nitqində ədəbi tənqidin mahiyyəti, əhəmiyyəti, zəruri 
prinsipləri və vəzifələri barədə demişdir


Müasir ədəbi-bədii prosesi tənqidçilərin, 
ədəbiyyatşünasların fəal və faydalı işi olmadan təsəvvür etmək mümkün deyildir… 
İctimai bədii-estetik zövqləri formalaşdırmaq, incəsənətdə sönüklüyə, durğunluğa, 
xalturaya, yabançı baxışlara qarşı mübarizə aparmaq işində ədəbiyyatşünaslığın və 
tənqidin rolunu gücləndirmək lazımdır…Tənqidi sözün nüfuzu bir çox cəhətdən 
tənqidin obyektivliyi və qərəzsizliyi ilə müəyyən olunur. Xeyirxahlıqla yanaşı, 
ciddiyyət, professional tələbkarlıq - ədəbi tənqid məhz belə olmalıdır
” [65, s.147].
 
Məhşur Rus tənqidçisi V.Q.Belinskinin “Tənqid hərəkətdə olan estetikadır” 
fikri də bu baxımdan maraq doğurur [257, s.67].
Azərbaycanda müasir ədəbi tənqidin ilk nümunələrinin böyük ədibimiz Mirzə 
Fətəli Axundzadə tərəfindən yaradıldığı XIX əsrin ortalarından etibarən 
ədəbiyyatşünaslığın bu sahəsi zəngin, çoxşaxəli inkişaf yolu keçmiş, XX yüzillik 
boyunca ədəbiyyatımızın ideya-bədii yüksəlişi istiqamətində ciddi işlər görmüşdür.
Ötən dövr ərzində ədəbi tənqidimizin öyrənilməsi sahəsində də mühüm addımlar 
atılmışdır. Müxtəlif vaxtlarda ayrı-ayrı tədqiqatlarda yer almış qısa fikir və 
mülahizələrlə başlanan bu araşdırmalar tənqidşünaslığın sistemli şəkildə təşəkkülü 
üçün ilkin hazırlıq rolu oynamışdır. Azərbaycanda bilavasitə ədəbi tənqidə həsr 
olunmuş ilk dissertasiya isə məşhur ədəbiyyatşünas Məmmədcəfər Cəfərovun 
“M.F.Axundovun tənqidi və estetik görüşləri” (1944) adlı tədqiqatıdır. Azərbaycan 
ədəbi tənqidinin mərhələ və problemlər aspektində fundamental tədqiqi baxımından 
ilk addım isə akademik Kamal Talıbzadənin elmlər doktorluğu dissertasiyası (1965) 
və onun əsasında bir il sonra çap etdirdiyi “XX əsr Azərbaycan ədəbi tənqidi (1905-



1917-ci illər)” monoqrafiyası sayılır. “Azərbaycan ədəbi tənqidinin tarixi” adlı ilk 
kitabı da (1984) akademik Kamal Talıbzadə yazmışdır. 
1960-cı illərin sonlarından etibarən Azərbaycanda ədəbi tənqidin tarixi, 
nəzəriyyəsi və yaradıcılıq problemlərinin sistemli şəkildə öyrənilməsi elmi fikrin 
diqqət mərkəzində dayanmış, bu sahəyə dair ardıcıl tədqiqatların aparılması ilə 
yanaşı, ədəbi-tənqidi fikir tarixində mühüm xidmətləri olmuş S.Mümtaz, Ə.Nazim, 
H.Zeynallı və digərlərinin müvafiq əsərləri toplanılaraq kitab halında nəşr 
olunmuşdur. 
Ümumiyyətlə, ədəbi tənqidimizin tədqiqinə dair bu vaxta qədərki əsərləri 
nəzərdən keçirdikdə əsasən iki aspekt diqqəti çəkir:1) ədəbi şəxsiyyətlər üzrə aparılan 
araşdırmalar 2) mərhələlər, yaxud problemlər üzrə yazılan tədqiqatlar. 
İlk istiqamətə aid araşdırmalar akademik Məmməd Cəfərin yuxarıda adı 
çəkilən dissertasiyası ilə başlanır. Müxtəlif vaxtlarda ədəbiyyatşünaslardan Xalid 
Əlimirzəyev Cəlil Məmmədquluzadənin, Nazif Qəhrəmanov Mikayıl Rəfilinin, 
Ramin Əhmədov Məmməd Arifin, Rafiq Vəkilov Səməd Vurğunun, Nərgiz 
Qurbanova Hənəfi Zeynallının, Rasim Mirzəyev Əli bəy Hüseynzadənin, Qürbət 
Mirzəyev Əkbər Ağayevin, Ülviyyə Hüseynova Əhməd bəy Ağaoğlunun … ədəbi-
tənqidi görüşlərini araşdırmışlar. Görkəmli tənqidçi və ədəbiyyatşünaslar haqqında 
portret-oçerklərdən ibarət “Fikrin karvanı” adlı kitab (1984) da bu baxımdan 
əhəmiyyətlidir. 
İkinci istiqamətə dair tədqiqatların başlanması, qeyd etdiyimiz kimi, akademik 
K.Talıbzadənin adıyla bağlıdır. Sonrakı illərdə Elçin Əfəndiyevin “Azərbaycan bədii 
nəsri ədəbi tənqiddə (1946-1965)”, Şamil Vəliyevin “XX əsr Azərbaycan ədəbi 
tənqidində poeziya problemləri (1895-1917)”, Tehran Mustafayevin “Azərbaycan 
covet tənqidinin üslubları (1960-1980-ci illər)”, Şamil Salmanovun “Müasir 
Azərbaycan ədəbi tənqidinin təşəkkülü və inkişaf meylləri”, Aqşin Dadaşzadənin 
“Azərbaycan ədəbi tənqidində dramaturgiya məsələləri (1940-50-ci illər)”, Xanım 
Mustafayevanın “Azərbaycan ədəbi-nəzəri fikrində və tənqidində uşaq ədəbiyyatı 
məsələləri”, Elnarə Akimovanın “Müstəqillik dövründə Azərbaycanda ədəbi tənqid 
(90-cı illər)”, Aygün Talıbovanın “Müstəqillik dövrü Azərbaycan ədəbi tənqidinin 



ədəbi prosesdə rolu” və s. tədqiqatları göstərmək olar. Bunlardan başqa, digər 
yönümlü tədqiqatlarda da yeri gəldikcə ədəbi tənqid məsələlərinə də toxunulmuşdur.
XX əsr Azərbaycan tənqidinin müxtəlif meyarlar əsasında təsnifinə də 
təşəbbüslər göstərilmişdir. Akademik Kamal Talıbzadə 1966-cı ildə XX əsrin 
əvvəlləri Azərbaycan ədəbi tənqidini qruplaşdırarkən (1966) üç cərəyanın varlığından 
söz açmış [239, s.97], müvafiq təhlillər aparmışdır: demokratik tənqid, burjua tənqidi, 
marksist tənqid. 1984-cü ildə nəşr olunmuş kitabında isə həmin dövrün ədəbi 
tənqidinin təsnifatını apararkən nəzəri-estetik prinsiplərə daha çox üstünlük vermiş, 
lakin sosioloji yanaşmalardan da tam uzaqlaşmamışdır. Yaradıcılıq metodlarının 
prinsiplərini müdafiə etməsinə görə realist tənqid, romantik tənqid istiqamətlərini 
ayıran alim sovet dövrü ədəbi fikrində romantizmin mütərəqqi və mühafizəkar 
olmaqla iki yerə bölünməsi barədə müddəalara istinadən mühafizəkar romantik 
tənqidi də fərqləndirmiş, marksist tənqidin bünövrəsinin qoyulmasından da söz 
açmşdır [240,s.126]. 
Akademik İsa Həbibbəyli isə Azərbaycan ədəbi tənqidində 1920-ci illərdən 
etibarən özünü göstərən beş istiqaməti ayırmışdır. Alimin qənaətinə görə, elmi-
ideoloji, yaxud sosioloji tənqid 1920-1930-cu illərdə daha çox yayılmış, sovet 
hakimiyyəti boyunca davam etdirilmişdir. Elmi-publisist tənqiddə elmi prinsiplərlə 
yanaşı, publisist yanaşma da qabarıq şəkildə diqqəti çəkir (Qulu Xəlilov, Yəhya 
Seyidov və digərlərinin tənqidi). Elmi-nəzəri tənqid isə konseptual elmi prinsiplərə 
əsaslanan, nəzəri xarakter daşıyan tənqiddir. Görkəmli tənqidçilərdən Məmməd Arif, 
Məmməd Cəfər, Yaşar Qarayev, Arif Hacıyev və digərləri bu istiqamətin 
nümayəndələridir. Elmi-fəlsəfi tənqid də var ki, bunun ən məşhur təmsilçisi Asif 
Əfəndiyev sayılır. Yazıçı tənqidi isə şair, yazıçı və dramaturqların qələmə alıdqları 
ədəbi-tənqidi əsərləri əhatə edir [92,s.475].
 
Ədəbi tənqidimizin müvafiq 
materiallarına nəzər salmaq akademik İsa Həbibbəylinin təsnifatının dürüst və 
əhatəli xarakterini bir daha yəqinləşdirir. 
XX əsr Azərbaycan ədəbi tənqidinin ədəbi prosesə və əsərlərə yanaşmasının 
ifadə formaları, başqa sözlə deyilsə, janrları barədə də bəzi elmi qənaətlərə rast 
gəlirik. Akademik İsa Həbibbəyli yazır: “

Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin