Azərbaycan respublikasi əlyazması hüququnda XX əsrdə naxçivanda əDƏBİ TƏNQİDİN İNKİŞaf yolu



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə5/68
tarix20.11.2023
ölçüsü1,63 Mb.
#163992
1   2   3   4   5   6   7   8   9   ...   68
dis anar (1)

Tədqiqatın metodları.
Dissertasiya tarixi-müqayisəli və sistemli təhlil 
metodları əsasında yazılmışdır. Mövzunun xarakterinə, araşdırma obyektinin mahiy-
yətinə uyğun olaraq iş hazırlanarkən Azərbaycan ədəbiyyatşünaslığında ədəbi 
tənqidin inkişaf tarixinin və yaradıcılıq problemlərinin tədqiqi sahəsində qazanılmış 
nailiyyətlərə, toplanılmış təcrübəyə istinad edilmişdir.
Müdafiəyə çıxarılan əsas müddəalar: 
-
Dəyərli bədii əsərlər yalnız paytaxtda yox, həm də bölgələrdə yarandığı kimi, 
ədəbi-tənqidi fikrin inkişafında da ayrı-ayrı regionlarda yaşayıb fəaliyyət göstərən 
tənqidçi və ədəbiyyatşünasların, digər qələm sahiblərinin xidmətləri danılmazdır; 
-Naxçıvanda ədəbi tənqid XIX əsrin sonları, XX yüzilliyin əvvəllərində 
ədəbiyyatımızın vaxtı keçmiş ədəbi ənənələrdən, epiqonçuluqdan xilas olması, 
yeniləşməsi, sosial-mədəni tərəqqi amalına xidmət göstərməsi istiqamətində gedən 
mübarizələr kontekstində təşəkkül tapmışdır;
- XX əsrdə Naxçıvanda ədəbi tənqid mürəkkəb, çoxşaxəli inkişaf yolu 
keçmişdir. Sovet dövründə, xüsusən 1960-cı illərədək əsasən sosioloji xarakter 
daşıyan tənqid nəzəri-estetik dəyərləndirmələrə də müəyyən səviyyədə diqqət yetirə 
bilmişdir. 1970-ci illərdən etibarən tədricən elmi-nəzəri tənqid də təzahür etməyə 
başlamış, ədəbi-estetik mövqeyini getdikcə möhkəmləndirmişdir;


11 
-Azərbaycan müstəqillik qazandıqdan sonra Naxçıvan Muxtar Respublikasında 
da ədəbi tənqid milli ideologiyanın prinsiplərinə uyğun olaraq əsaslı şəkildə 
yenilənmiş, müasir ədəbiyyatın hərtərəfli şəkildə, çağdaş elmi-ədəbi, nəzəri-estetik 
prinsiplər aspektində təhlili ön plana keçmişdir: 
-Azərbaycan ədəbi tənqidində olduğu kimi, Naxçıvanda da bu sahənin 
inkişafında müxtəlif tənqidçi və ədəbiyyatşünasların, filoloq alimlərin müvafiq 
əsərləri ilə yanaşı, ayrı-ayrı şair və yazıçılar tərəfindən yazılmış çoxsaylı məqalə və 
ressenziyalar da əhəmiyyətli rol oynamışdır;
- Ədəbi tənqidin inkişafında mətbuatın, yazıçıların yaradıcılıq təşkilatlarının, 
elmi-filoloji qurumların (ali məktəb kafedraları və s.) səmərəli xidmətləri olmuşdur. 
Tənqid öz sözünü məqalə, resenziya, rəy, ədəbi icmal, “ön söz”, “uğurlu yol”,
“dəyirmi masa” müzakirələri, disputlar, yaradıcılıq müşavirələrindəki ədəbi 
hesabatlar və fikir mübadilələri, yeni kitabların təqdimatı, yubiley yazıları, açıq 
məktub, monoqrafik oçerk, monoqrafiya, dissertasiya və s. müxtəlif formalar vasitəsi 
ilə demişdir. Bir sıra bədii nümunələrdə də ədəbi-tənqidi fikirlər öz ifadəsini 
tapmışdır.
-Ədəbi 
tənqid müasir ədəbiyyatın inkişaf tendensiyalarını, aparıcı 
nümayəndələrinin yaradıcılığını, yeni yaranmış bədii əsərləri təhlil edib 
ümumiləşdirməklə yanaşı, cari ədəbi prosesin tərkib hissəsi kimi mühüm 
ədəbiyyatşünaslıq tədqiqatlarına da diqqət yetirmiş, onların əsas mahiyyətini 
səciyyələndirmişdir;
-XX əsrdə Naxçıvanda ədəbi tənqid regional, məhəlli xarakter daşımamış, 
bölgənin ədəbi həyatı ilə yanaşı, bütövlükdə Azərbaycan ədəbiyyatını ardıcıl şəkildə 
izləmiş, müvafiq səviyyədə təhlil edib ümumiləşdirmiş, söz sənətimizin sağlam 
prinsiplər zəminində inkişafı üçün səylərini əsirgəməmişdir; 
- Naxçıvanda ədəbi tənqid sahəsində təşəkkül tapıb formalaşmış və sabitləmiş 
ənənələr, qazanılmış zəngin təcrübə inkişafın hazırkı mərhələsi üçün tutarlı zəmindir. 

Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin