Azərbaycan respublikasi əlyazması hüququnda XX əsrdə naxçivanda əDƏBİ TƏNQİDİN İNKİŞaf yolu



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə9/68
tarix20.11.2023
ölçüsü1,63 Mb.
#163992
1   ...   5   6   7   8   9   10   11   12   ...   68
dis anar (1)

 
[170, s.132].
 
M.T.Sidqi ərəb dilindən keçmiş “məzaci-lətif”, “ibtidayi-kəlam”, “əhvali-
şərif”, fars mənşəli “tiği-zəban”, “xakəndaz”, “göftgu”, ruscadan götürülmüş 
“troyka”, “pryamo”, “pereqon”, “zalitka” kimi çoxsaylı lüzumsuz alınma söz və 
ifadələrin ana dilimizi süni surətdə ağırlaşdırdığını, onun işlənmə dairəsini 
məhdudlaşdırdığını nəzərə çatdıraraq bildirirdi ki, bizim dilimiz heç bir cəhətdən 
başqa dillərdən geri qalmır, əksinə, çox dolğun və əhatəlidir: 
“Türk dilinə gəlincə, 
onun tərəssüc və təhsili o birilərdən ziyadə, əlhəm və əlzəmdir. Çünki əvvəla, ana, 
saniyən, Vətən, salisən, millət dili və təhsili ... asan və təhriri zərir və dərkardır”
[170, s.127-128].
 
Təsadüfi deyil ki, keçən əsrin əvvəllərində mətbuatda bir sıra ədəbi-tənqidi 
məqalələr dərc etdirmiş İrəvan Seminariyasının müəllimi Əkbər Əkbərov ana 
dilimizin yad təsirlərdən qorunması, doğma dildə ədəbiyyatın inkişafı yönündə 
M.T.Sidqinin səylərini yüksək qiymətləndirərək 1912-ci ildə “İqbal” qəzetindəki 
yazısında “müsəlmanların türk olub da türk ədəbiyyatına ehtiyacları olmasını ən 
əvvəl düşünənlər” sırasında onun adını M.F.Axundov və H.Zərdabi ilə yanaşı 
çəkmişdi [240, s.148]. 


21 
Naxçıvanda ədəbi tənqidin təşəkkül mərhələsində böyük maarifçi Məhəmməd 
ağa Şahtaxtlı da müəyyən xidmət göstərmişdir. Doğrudur, o, gənclik illərindən 
etibarən əsasən Naxçıvandan kənarda yaşamışdır. Lakin ara-sıra Naxçıvana səfərləri, 
buradakı ədəbi qüvvələrlə görüşüb söhbətlər aparması, onların əsərləri ilə tanış 
olması, bir qismi ilə məktublaşması, eləcə də 1903-1905-ci illərdə Tiflisdə nəşr 
etdirdiyi “Şərqi-Rus” qəzetində M.T. Sidqi, C. Məmmədquluzadə, M.S. Ordubadi, 
H.Cavid, Ə. Qəmküsar və digər naxçıvanlı ədiblərin yazılarına yer ayırması kimi 
faktlar bölgədə ədəbi prosesə, ədəbi düşüncənin yenilənməsinə Məhəmməd ağanın 
əhəmiyyətli təsirindən danışmağa müvafiq əsas yaradır. 
Mirzə Cəlilin sovet dövründə yazdığı “Xatiratım” adlı memuarında hələ 1894-
cü, yaxud 1895-ci ildə Naxçıvana gəlmiş Məhəmməd ağa Şahtaxtlı ilə görüşü 
barədəki qeydləri də bu baxımdan mühüm məlumat verir
: “Mənim o vaxt yazmış 
olduğum “Məhəmməd Həsən əmi” hekayəsi (“Danabaş kəndinin əhvalatları” povesti 
nəzərdə tutulur-A.A.) yoldaşlarımın içində danışığa düşmüşdü. Və Məhəmməd ağa 
təkid etdi və mən hekayəni apardım qoydum onun qabağına. O da başdan bir neçə 
vərəq oxudu və bəyəndi”
[166, s.53]. “Xatiratım”dakı başqa bir qeyd də maraqlıdır: 
Tiflisə həyat yoldaşını müalicəyə gətirmiş Mirzə Cəlilin “Poçt qutusu” hekayəsini 
oxuyub bəyənən Məhəmməd ağa onu Tiflisdə qalıb “Şərqi-Rus”da “hekayənəvis, 
felyetonçu” kimi fəaliyyət göstərməyə dəvət etmişdir [166, s.52].
 
M.Şahtaxtlı 
mətbuatda ilk əsərlərini dərc etdirən C.Məmmədquluzadənin sənətinə yüksək qiymət 
verərək “Şərqi-Rus”un 20 fevral 1904-cü il tarixli sayında dərc olunmuş “Böyük 
təəssüf və rizaməndi” adlı məqaləsində yazırdı: 
“Qələm şərikimiz Mirzə Cəlil ağanın 
ədəbi məharətini axır nömrələrimizdə basdığımız əsərləri, əz cümlə “Poçt qutusu” 
hamı oxuyanlarımızı sabit etmişdir”
[38,s.92]. ”Şərqi-Rus”un 1904-cü ildəki müxtəlif 
saylarında çıxmış “Yeni kitablar - “Bəxtli qız”, “Kiçik romanlar haqqında”, 
“Ədəbiyyatda məslək” kimi məqalələrində də Məhəmməd ağa yeni mərhələdə 
ədəbiyyatın qarşısında duran vəzifələr, xüsusən müasir mövzulara müraciətin 
vacibliyi barədə fikirlərini nəzərə çatdırmışdır: 
“Şimdiki hallarımızı şöylə 
risaləciklərdə gözəl-gözəl hekayələr tərzində yazıb, gələcəkdəki ədib və 
müvərrixlərimizə yadigar buraxmaq pək iyi bir işdir”
[224, s.96].
 


22 
Naxçıvanda ədəbi tənqidin təşəkkül mərhələsində tanınmış ədib Eynəli bəy 
Sultanovun da diqqətəlayiq xidmətləri olmuşdur. 1890-cı illərdən etibarən 1908-ci 
ildə Tiflisə gedənədək qələmə aldığı müvafiq məqalələr Naxçıvanda ədəbi fikirin 
təşəkkülünə əhəmiyyətli təsir göstərmişdir. Akademik İsa Həbibbəylinin Eynəli bəy 
Sultanovun ömür və sənət yoluna həsr etdiyi “Görkəmli yazıçı, böyük publisist və 
ictimai xadim” məqaləsində yazır: 

Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin