Azərbaycan respublikasi əlyazması hüququnda XX əsrdə naxçivanda əDƏBİ TƏNQİDİN İNKİŞaf yolu



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə11/68
tarix20.11.2023
ölçüsü1,63 Mb.
#163992
1   ...   7   8   9   10   11   12   13   14   ...   68
dis anar (1)

“Cəlil Məmmədqulzadəni yaxın gələcəyin 
ciddi, səmərəli və məhsuldar ədəbi-pedaqoji fəaliyyətinə hazırlayan əsas məktəbi”
[88,s.106] – Qori Seminariyasını 1887-ci ildə bitirdikdən sonra artıq Naxçıvan 
mühitində bu gənc ziyalının maarifçi addımlarının səsləri eşidilirdi. Bu sırada onun 


25 
Naxçıvanın teatr həyatında yaxından iştirakı ayrıca önəm daşıyır. O, XIX əsrin 
səksəninci illərində ilk tamaşalarda təşkilatçı, rejissor, aktyor kimi fəallıq göstərmiş, 
“90-cı illərin teatr hərəkatı C.Məmmədquluzadənin rəhbərliyi, təşkilatçılığı ilə 
keçmişdir... C.Məmmədquluzadə teatr hərəkatına başçılıq etməklə bütün maarifçi 
qüvvələrə rəhbərlik missiyasını icra etmişdir”
[88,s.181-183].
 
Bütün bunlar Nax-
çıvanda yeni ədəbi-mədəni düşüncənin (yəni həm də ədəbi tənqidin) formalaşmasına 
ciddi təsir göstərmişdir. 
C.Məmmədquluzadənin ədəbi mülahizələrinin ilk işartılarından biri “Şərqi-
Rus” qəzetinin səhifələrində görünür. Bu, böyük maarifçi Məhəmməd Tağı Sidqinin 
vaxtsız vəfatı ilə əlaqədar “Getdi cahandan həzrəti-Sidqi” başlıqlı yazısının qəzetin 
30 yanvar 1904-cü il tarixli 11-ci sayında dərci ilə bağlıdır.Həmin yazıda 
M.T.Sidqinin vəfatını böyük itki sayan, onun maarif sahəsində müstəsna xidmətlərini 
ehtiramla sadalayan C.Məmmədquluzadə tanınmış pedaqoqun bədii yaradıclığının 
sosial-mədəni tərəqqi amalına xidmət göstərməsi barədə ədəbi qənaətini də çox qısa 
şəkildə ifadə etmişdir: “
Pəs nə idi mərhumun əfkarı, nə yolda mərhum çalışırdı və nə 
mətləbə qulluq edirdi? Bu sualların cavabını xahiş etmək istəyən oxusun mərhum 
düzdüyü gözəl mənzumələri, danışdırsın o, tərbiyə verdiyi şagirdləri”
[166,s.110]. 
C.Məmmədquluzadə burada M.T.Sidqinin məhz maarifçi ruhlu mənzum əsərlərini 
faydalı bədii nümunələr kimi diqqətə almışdır. 
“Şərqi-Rus”un 4 fevral 1904-cü il tarixli 13-cü sayında “C.M.” imzalı
“Ədəbiyyat” başlıqlı məqaləsində isə (166, s.110-111) C.Məmmədquluzadə yanvarın 
30-da Tiflisdə M.F.Axundzadənin “Hacı Qara” əsərinin tamaşaya qoyulması barədə 
məlumat vermiş, seyrçilərin azlığından, teatra laqeyd münasibətdən gileylənmişdir: 
“Hələ imdiyə kimi müsəlmanların cümləsi teatr məclisini “oyunbaz məclisi, 
hoqqabaz yığıncağı” hesab edib, bu tövr yerlərə getməyi şənlərinə şikəst bilirlər”.
Hələ fəaliyyətinin ilk illərində Naxçıvanda böyük vətəndaş yanğısı ilə teatr 
tamaşaları hazırlayıb milləti oyanmağa, düşünməyə, tərəqqiyə səsləyən 
C.Məmmədquluzadə bu məqaləsində artıq bir ədəbiyyat və teatr tənqidçisi kimi çıxış 
edir, teatrın tərbiyəvi əhəmiyyətini aydınlaşdırırdı: 
“Çox səhv edirlər şəxslər, 
hansılar ki, teatr məclisini oyun-oyuncaq məclisi mənziləsində tuturlar, çünki teatr 


26 
məclislərindən murad o deyil ki, burada adam gülsün. Mötəbər ingilis şairi Şekspir 
düzdüyü təmsilatı teatrlarda oynayan vaxt tamaşa edənlərin ağlamağı tutur, nəinki 
gülməyi”.
Professor Əziz Şərifin sözləri ilə desək: 
“Bu sətirləri yazanın səhnə 
sənətinin dərin əhəmiyyətini görən və dindaşlarının mədəniyyətdən bixəbər 
olduqlarına … ürəkdən yanan adam olduğu göz qabağındadır”
[229,s.254-255]. 
Anlaşılır ki, Mirzə Cəlil o zaman ingilis ədibi Vilyam Şekspirin faciələrindən də 
xəbərdar imiş. 
Professor Xalid Əlimirzəyev yazırdı: 
“C.Məmmədquluzadə nəinki nasir, 
dramaturq, jurnalist, həm də öz dövrünün görkəmli ədəbi tənqidçilərindən biri 
olmuşdur. Onun Azərbaycan ədəbiyyatı tarixində başqa sahələrlə yanaşı, heç 
şübhəsiz, bir tənqidçi kimi də yüksək mövqeyi vardır”
[58,s.182]. Müvafiq 
ədəbiyyatşünaslıq əsərlərində, o cümlədən akademik İsa Həbibbəylinin fundamental 
araşdırmalarında bu məsələlər geniş şəkildə tədqiq edildiyindən, həm də Mirzə 
Cəlilin ədəbi-tənqidi görüşləri əsasən yaradıcılığının Naxçıvandan sonrakı 
mərhələsinə aid olduğundan burada biz əlavə təhlillərə ehtiyac duymuruq.
Ötən əsrin əvvəllərində Naxçıvanda fəaliyyət göstərən bir sıra ədiblərin 
(Ə.Qəmküsar və s.) ədəbi görüşlərinin müasir tələblər səviyyəsində təşəkkülündə 
Mirzə Cəlilin ədəbi-estetik konsepsiyası mühüm rol oynamışdır. 

Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin