Azərbaycan respublikasi əlyazması hüququnda XX əsrdə naxçivanda əDƏBİ TƏNQİDİN İNKİŞaf yolu



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə12/68
tarix20.11.2023
ölçüsü1,63 Mb.
#163992
1   ...   8   9   10   11   12   13   14   15   ...   68
dis anar (1)

“Cəlil 
Məmmədquluzadənin ağsaqqallıq etdiyi “Molla Nəsrəddin” ədəbi cəbhəsi”
[88, 
s.289].
 
Azərbaycan ədəbiyyatını da, ədəbi-tənqidi fikrini də yeni bir yüksəlişə 
çatdırmışdır. 
Ədəbiyyat tariximizin bir sıra nümayəndələri haqqında müxtəlif məqalələr 
qələmə alan tanınmış yazıçı Məmməd Səid Ordubadi ədəbi tənqid sahəsində də 
səmərəli fəaliyyət göstərmişdir. Akademik İsa Həbibbəylinin vurğuladığı kimi, böyük 
ədibin ədəbi-tənqidi irsi geniş tədqiqat üçün zəngin material verir [93, s.87]. 
Yaradıcılığa hələ on doqquzuncu əsrdə başlayan, 1904-cü ildə “Şərqi-Rus” qəzetində 
çıxmış şeiri ilə ədəbiyyat aləminə qədəm qoyan M.S.Ordubadi sonrakı illərdə bir çox 
mətbuat orqanlarında (“Molla Nəsrəddin”, “Səda”, “Tazə həyat”, “Sədayi-həqq”, 
“Həqiqət”, “İqbal” və s.) müxtəlif janrlı ədəbi və publisistik əsərlər, o cümlədən 


27 
tənqidi məqalələr də dərc etdirmişdir ki, bunların müəyyən bir qismi onun 
Ordubadda, ardınca isə Culfada yaşadığı illərin məhsuludur. 
Ədibin Naxçıvan bölgəsindəki fəaliyyətinin haçanadək davam etməsi barədə
bir neçə fərqli məlumat nəzərə çarpmaqdadır. Belə ki, onun həbs olunub sürgünə 
göndərilməsini 1913-cü, 1914-cü, 1915-ci ilə aid etmək barədə mülahizələr vardır 
[10, s. 49]
 
1913-cü il tarixi ümumən inandırıcı deyil, çünki həmin il boyunca ədib 
mətbuatda bir sıra yazılar dərc etdirmişdir ki, onların bir çoxunun mövzusundan, 
mündəricəsindən Naxçıvanda qələmə alınması ilk baxışda nəzərə çarpır. Deməli, ən 
azı 1914-cü ilin əvvəllərinədək M.S.Ordubadi Naxçıvan bölgəsində yaşamışdır.
Hələ 1904-cü ildə “Şərqi-Rus”da dərc olunmuş ilk şeirlərində (“Ədəbiyyat”, 
“Xabi-qəflət” və s.) M.S.Ordubadi “köhnə işlərdən səmər olmadığını”, “dərviş 
nağılına qulaq asmağın” vaxtının keçdiyini bildirmiş, bütün sahələrdə, o cümlədən 
maarif və mədəniyyət mühitində yeniləşmə zərurətini vurğulamışdı. Belə nümunələr 
“M.Səidin artıq tədricən yeni əsrin şeir ənənələri üstündə kökləndiyini nümayiş 
etdirir”
[155, s.111]. 1906-cı ildə Tiflisdə “Qeyrət” mətbəəsində çap olunmuş 
“Qəflət” adlı kitabçasında M.S.Ordubadi Vətənin və xalqın geriliyindən, cəhalət və 
fanatizm girdabında əzab çəkməsindən söz açıb yurddaşları tərəqqiyə, müasirləşməyə 
çağırarkən ədəbiyyatın vaxtı keçmiş epiqonçuluqdan qurtulmasının vacibliyinə, onun
qarşısında duran vəzifələrə də münasibət bildirmişdi. Şair yazırdı: 
Deyin ol şairə: - Çox da çürütmə Qeysi, Fərhadı, 
Olar səhranişin olmuşdular eyni-səfahətdən... 
Sizə məşğul olub, qılsın ibadət, ya ki, qəm çəksin? 
Qəzəl bazarı keçdi, düşdü şahbeyt qiymətdən. 
Dəxi tərif qılma dilbərin zülfi-pərişanın, 
Pərişan eylədiz islamı, xali qaldı behcətdən.
[197, s.312] 
Göründüyü kimi, yeni mərhələdə söz sənətinin qarşısında ciddi vəzifələr 
durduğunu dərk edən M.S.Ordubadi Şərq, o cümlədən Azərbaycan klassik 


28 
ədəbiyyatında Qeys (Məcnun), Fərhad kimi ənənəvi obrazlarla bağlı dəfələrlə 
işlənmiş məhəbbət mövzularının öz dövrünü başa vurduğunu, “dilbərin zülfi-
pərişanını tərif edən” qələm sahiblərinin son nəticədə xalqı pərişanlığa saldığını, 
şadlıqdan uzaqlaşdırdığını, “qəzəl bazarının keçdiyini” diqqət mərkəzinə çəkmiş, şair 
və yazıçıları müasir tələblər səviyyəsində yazıb-yaratmağa səsləmişdir.
 
Ədəbiyyatşünas F.Vəzirovanın haqlı qənaətinə görə: 
“M.S.Ordubadinin ədəbi 
tənqid haqqında fikirlərini öyrənmək üçün onun 1910-cu ildə yazdığı və “Səda” 
qəzetində dərc etdirdiyi bir məqaləsi də maraqlıdır. Burada onun “Baği-şah və ya 
Tehran faciəsi” adlı dram əsərini tənqid edən iki nəfərə cavab verilir. Ordubadi 

Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin