Darvin dnt-ni BİLSƏYDİ CƏhalət müHİTİNDƏ İNKİŞaf edəN darviNİzm harun yəhya



Yüklə 0.98 Mb.
səhifə1/15
tarix07.01.2017
ölçüsü0.98 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   15




DARVİN DNT-Nİ BİLSƏYDİ

CƏHALƏT MÜHİTİNDƏ İNKİŞAF EDƏN DARVİNİZM


HARUN YƏHYA


MÜNDƏRİCAT

Kainatın dərinliklərindən DNT molekuluna

Bilinən ən inkişaf etmiş informasiya bankı DNT

Hüceyrənin XX əsrdə kəşf istiqamətləri

Canlıların məlumat qaynağı DNT

DNT molekulunun möcüzəvi quruluşu

DNT-dəki fövqəladə məlumat saxlama tutumu

DNT molekulundakı şifrə elmi

DNT-də saxlanılan bənzəri olmayan istehsal sistemi: Zülal sintezi

Dünyanın ən inkişaf etmiş köçürmə texnologiyası

İnsanın DNT-də qeydiyyatlı inşa planı

İnsan Genom Layihəsi haqqında darvinist-materialist yanılmalar

Canlı quruluşundakı məlumat və materializmin sonu

Darvinizmin DNT ilə əlaqəli yanılmalarından bəziləri

DNT möcüzəsi təkamül nəzəriyyəsini necə etibarsız edir?

DNT Uca Rəbbimizin yaratma sənətinin bir nümunəsidir

Təkamül yalanı



YAZIÇI VƏ ƏSƏRLƏRİ HAQQINDA

Harun Yəhya təxəllüsündən istifadə edən yazıçı Adnan Oktar 1956-cı ildə Ankarada anadan olmuşdur. İbtidai və orta təhsilini Ankarada almışdır. Daha sonra İstanbul Memar Sinan Universitetinin Gözəl Sənətlər fakültəsində və İstanbul Universitetinin Fəlsəfə bölməsində təhsil almışdır. 1980-ci illərdən bu yana imani, elmi və siyasi mövzularda bir çox əsər hazırlamışdır. Bunlarla yanaşı, yazıçının təkamülçülərin saxtakarlıqlarını, iddialarının etibarsızlığını və darvinizmin qanlı ideologiyalarla qaranlıq əlaqələrini açıqlayan çox əhəmiyyətli əsərləri vardır.

Harun Yəhyanın əsərləri təxminən 30.000 şəklin olduğu cəmi 45.000 səhifəlik bir külliyyatdır və bu külliyyat 60 fərqli dilə tərcümə edilmişdir.

Yazıçının təxəllüsü inkarçı düşüncəyə qarşı mübarizə aparan iki peyğəmbərin xatirəsinə hörmət olaraq, adlarını yad etmək üçün Harun və Yəhya adlarından götürülmüşdür. Yazıçı tərəfindən kitabların üz qabığında Rəsulullahın möhürünün olmasının simvolik mənası isə kitabların məzmunu ilə əlaqədardır. Bu möhür Qurani-kərimin Allahın son kitabı və son sözü, Peyğəmbərimiz (s.ə.v.)-in hatəmül-ənbiya olduğunun rəmzidir. Yazıçı bütün yayınlarında Quranı və Rəsulullahın sünnəsini özünə rəhbər etmişdir. Bu surətlə, inkarçı düşüncə sistemlərinin bütün təməl iddialarını tək-tək aradan qaldırmağı və dinə qarşı yönələn etirazları tam susduracaq "son söz"ü söyləməyi hədəfləmişdir. Çox böyük bir hikmət və kamal sahibi olan Rəsulullahın möhürü bu son sözü söyləmək niyyətinin bir duası olaraq istifadə edilmişdir.

Yazıçının bütün işlərindəki ortaq hədəf Quranın təbliğini dünyaya çatdırmaq, beləliklə, insanları Allahın varlığı, birliyi və axirət kimi təməl imani mövzular üzərində düşünməyə sövq etmək və inkarçı sistemlərin əsassız təməllərini və azğın tətbiqlərini gözlər önünə çəkməkdir.

Necə ki, Harun Yəhyanın əsərləri Hindistandan Amerikaya, İngiltərədən İndoneziyaya, Polşadan Bosniya-Hersoqovinaya, İspaniyadan Braziliyaya, Malayziyadan İtaliyaya, Fransadan Bolqarıstana və Rusiyaya qədər dünyanın əlavə bir çox ölkəsində sevilərək oxunur. İngilis, fransız, alman, italyan, ispan, portuqal, urdu, ərəb, alban, rus, bosniyalı, uyğur, İndoneziya, malay, benqal, serb, bolqar, Çin, Danimarka və İsveç dili kimi bir çox dilə tərcümə edilən əsərlər xaricdə geniş oxucu kütləsi tərəfindən izlənilir.

Dünyanın dörd bir tərəfində fövqəladə təqdir toplayan bu əsərlər bir çox insanın iman etməsinə, bir çoxunun da imanının dərinləşməsinə vəsilə olur. Kitabları oxuyub, araşdıran hər kəs bu əsərlərdəki hikmətli, dolğun, asan aydın olan və səmimi üslubun, ağıllı və elmi yanaşmanın fərqinə varar. Bu əsərlər sürətli təsir etmə, qəti nəticə vermə, etiraz və təkzib edilə bilinməyən xüsusiyyətləri daşıyır. Bu əsərləri oxuyan və üzərində ciddi şəkildə düşünən insanların artıq materialist fəlsəfəni, ateizmi və digər azğın düşüncə və fəlsəfələrin heç birini səmimi olaraq müdafiə etmələri mümkün deyil. Bundan sonra müdafiə etsələr də, ancaq romantik bir inadla müdafiə edəcəklər. Çünki fikri dayaqları aradan götürülmüşdür. Dövrümüzdəki bütün inkarçı axınlar Harun Yəhya külliyyatı qarşısında fikirlə məğlub olmuşlar.

Şübhəsiz, bu xüsusiyyətlər Quranın hikmət və ifadə təsirliliyindən qaynaqlanır. Yazıçı bu əsərlərə görə öyünmür, yalnız Allahın hidayətinə vəsilə olmağa niyyət etmişdir. Bundan başqa, bu əsərlərin çap və nəşrində hər hansı bir maddi qazanc hədəflənməmişdir.

Bu həqiqətlər göz önünə gətirildikdə insanların görmədiklərini görmələrini təmin edən, hidayətlərinə vəsilə olan bu əsərlərin oxunmasını təşviq etməyin də çox əhəmiyyətli bir xidmət olduğu ortaya çıxır.

Bu qiymətli əsərləri tanıtmağın yerinə insanların zehinlərini bulandıran, fikri qarışıqlıq meydana gətirən, şübhə və tərəddüdləri aparmaq və imanı qurtarmaq üçün güclü və iti təsiri olmadığı ümumi təcrübə ilə sabit olan kitabları yaymaq isə əmək və zaman itkisinə səbəb olacaq. İmanı qurtarmaq məqsədindən çox yazıçının ədəbi gücünü vurğulamağa yönələn əsərlərdə bu təsirin əldə edilə bilməyəcəyi açıqdır. Bu mövzuda şübhəsi olanlar varsa, Harun Yəhyanın əsərlərinin tək məqsədinin dinsizliyi yox etmək və Quran əxlaqını yaymaq olduğunu, bu xidmətdəki təsir, müvəffəqiyyət və səmimiyyətin açıq şəkildə görüldüyünü oxucuların ümumi qənaətindən anlaya bilərlər.

Bilmək lazımdır ki, dünyadakı zülm və qarışıqlıqların, müsəlmanların çəkdiyi əziyyətlərin təməl səbəbi dinsizliyin fikri hakimiyyətidir. Bunlardan xilas olmağın yolu isə dinsizliyin fikirlə məğlub edilməsi, iman həqiqətlərinin ortaya qoyulması və Quran əxlaqının insanların qavrayıb, yaşaya biləcəkləri şəkildə izah edilməsidir. Dünyanın gündən-günə daha çox bürünmək istəndiyi zülm, fəsad və qarışıqlıq mühiti diqqətə alındıqda bu xidmətin mümkün qədər sürətli və təsirli şəkildə edilməli olduğu açıqdır. Əks halda çox gec ola bilər.

Bu əhəmiyyətli xidmətdə öndərliyi üzərinə götürən Harun Yəhya külliyyatı Allahın izni ilə XXI əsrdə dünya insanlarını Quranda təsvir edilən hüzur, sülh, düzgünlük, ədalət, gözəllik və xoşbəxtliyə daşımağa bir vəsilə olacaq.



OXUCUYA

Bu kitabda və digər işlərimizdə təkamül nəzəriyyəsinin süqutuna xüsusi bir yer ayrılmasının səbəbi bu nəzəriyyənin hər cür din əleyhdarı olan fəlsəfənin təməlini meydana gətirməsidir. Yaradılışı və Allahın varlığını inkar edən darvinizm 150 ildir ki, bir çox insanın imanını itirməsinə və ya şübhəyə düşməsinə səbəb olmuşdur. Buna görə də, bu nəzəriyyənin yalan olduğunu gözlər önünə gətirmək çox əhəmiyyətli imani bir vəzifədir. Bu əhəmiyyətli xidmətin bütün insanlığa çatdırılması isə zəruridir. Bəzi oxucularımız bəlkə tək bir kitabımızı oxumaq imkanı tapa bilər. Bu səbəblə, hər kitabımızda bu mövzuya qısa da olsa, yer ayrılması uyğun hesab edilmişdir.

Qeyd edilməli başqa bir xüsus da bu kitabların məzmunu ilə əlaqədardır. Yazıçının bütün kitablarında imani mövzular Quran ayələri yönündə izah edilir və insanlar Allahın ayələrini öyrənməyə və yaşamağa dəvət edilir. Allahın ayələri ilə əlaqədar bütün mövzular oxucuda heç bir şübhə və ya sualqoymayacaq şəkildə açıqlanmışdır.

Bu mövzuda istifadə edilən səmimi, sadə və səlis üslub isə kitabların hamı tərəfindən rahat başa düşülməsini təmin edir. Bu təsirli və sadə izah sayəsində kitablar "bir nəfəsə oxunan kitablar" ibarəsinə tam uyğun gəlir. Dini qəti şəkildə rədd edən insanlar belə bu kitablarda bildirilən həqiqətlərdən təsirlənir və yazılanların doğruluğunu inkar edə bilmirlər.

Bu kitab və yazıçının digər əsərləri oxucular tərəfindən şəxsən oxuna biləcəyi kimi, qarşılıqlı bir söhbət mühiti şəklində də oxuna bilər. Bu kitablardan istifadə etmək istəyən bir qrup oxucunun kitabları bir yerdə oxumaları mövzu ilə əlaqədar öz təfəkkür və təcrübələrini də bir-birlərinə ötürmək baxımından faydalıdır.

Bununla belə, yalnız Allahın razılığı üçün yazılan bu kitabların tanınmasında və oxunmasında yer almaq da böyük bir xidmətdir. Çünki yazıçının bütün kitablarında isbat və razı salan üslub son dərəcə güclüdür. Bu səbəblə, dini izah etmək istəyənlər üçün ən təsirli üsul bu kitabların digər insanlar tərəfindən də oxunmasının təşviq edilməsidir.

Kitabların arxasına yazıçının digər əsərlərinin təqdimatının əhəmiyyətli səbəbləri vardır. Bu sayədə kitabı nəzərdən keçirən adam yuxarıda yazılan xüsusiyyətləri daşıyan və oxumaqdan məmnun olduğunu ümid etdiyimiz bu kitabla eyni xüsusiyyətlərə sahib daha bir çox əsərin olduğunu görəcək, imani və siyasi mövzularda faydalana biləcəyi zəngin bir qaynağın mövcudluğuna şahid olacaq.

Bu əsərlərdə digər bəzi əsərlərdə görülən, yazıçının şəxsi qənaətlərinə və şübhəli qaynaqlara əsaslanan izahlara, müqəddəsata qarşı lazım olan ədəb və hörmətə diqqət yetirilməyən üslublara, şübhəli və həmçinin incidən yazılara rast gələ bilməzsiniz.



ÖN SÖZ

KAİNATIN DƏRİNLİKLƏRİNDƏN DNT MOLEKULUNA

Bu kitabın mövzusu olan DNT adi gözlə görülməsi mümkün olmayan hüceyrələrimizin məlumat bankıdır. Ətrafımızdakı canlılara aid məlumatlar canlıların hüceyrələrinin hər birinin içindəki "DNT" adlanan bu məlumat bankında saxlanılır. Bir gülün, bir portağalın, bir sərçənin, bir pələngin, ya da bir insanın bütün xüsusiyyətləri, onları meydana gətirən hüceyrələrin nüvələrində olur. Kitabı tutduğunuz əlinizə bir baxın. Əlinizi meydana gətirən milyonlarla hüceyrənin hər bırində də bu məlumat anbarları mövcuddur.

Bu kitabdakı məlumatlar gözlə görülməyəcək qədər kiçik, ancaq məzmunu və daşıdığı məlumat baxmından, on minlərlə kıtabdan ibarət olan bir kitabxana ölçülərindəki molekullar haqqındadır. Kitab boyu bir tərəfdən ancaq bir neçə milyon dəfə böyüdərək müşahidə edə bildiyimiz DNT-nin möcüzəvi tərəfini araşdıran zaman bir tərəfdən də canlıların bu cür kiçik ölçüdəki bir parçasının təkamül nəzəriyyəsini necə çıxılmaz vəziyyətə saldığını görəcəyik. Bu qeyri-adi quruluşu araşdıran zaman aləmlərin Rəbbi olan Allahın sonsuz böyüklüyünü, elminin bənzərsizliyini, genişliyini və Onun yaratdıqları üzərindəki hakimiyyətini daha dərindən düşünmə imkanı tapacağıq.

Ancaq XX əsrdə kəşf edilən DNT-ni araşdırmadan əvvəl qısaca içində yaşadığımız və hər keçən gün yeni bir sahəsi kəşf edilən kainatı düşünək. Bir-birlərindən yüz minlərlə işıq ili uzaqlıqdakı milyardlarla qalaktika... Genişliklərini qavramaqda çətinlik çəkdiyimiz qalaktikaları dolduran milyonlarla ulduz... İç-içə keçmiş bir nizamla, saatda bir neçə min kilometr sürətlə mütəmadi olaraq fırlanan, lakin bir-birlərinə heç bir zaman toxunmayan nəhəng planetlər... İndi isə biz burada, bu planetlərdən kiçik bir dənəsi üzərində nöqtə qədər belə yer tutmayan insanın quruluş daşı olan hüceyrəni, elektron mikroskopu altında incələyirik.

Həyatı əlverişli edən şərtlərin hər biri canlılar üçün imtina edilməzdir. Dünya Allahın rəhməti ilə xüsusi olaraq var olan və varlığını davam etdirən bir mühitdir. XX əsrin ən tanınmış elm adamlarından Albert Eynşteyn insanın kainatdakı nizamı qavramasının çətinliyini bu sözləriylə ifadə etmişdir:

"İnsan ağlı kainatı qavraya biləcək gücdə deyil. Sanki çox böyük bir kitabxanaya girən kiçik bir uşaq kimiyik. Kitabxananın divarları fərqli dillərdəki kitablarla örtülüb. Uşaq bu kıtabların kimlərsə tərəfindən yazıldığını bilir. Ancaq kim tərəfindən və necə yazıldığını bilməz. Hansı dillərdə yazıldıqlarını anlamaz. Lakin uşaq kitabların nizamında müəyyən bir plan olduğunu fərq edər... ağlasığmaz bir nizamdır bu. (1)

Bu qeyri-adi mühitin içində tam ehtiyacı olan sistemlərlə təchiz edilmiş insan bədəni haqqında ətraflı məlumat əldə etdikcə nə cür möcüzəvi bir şəkildə həyatını davam etdirdiyini görəcək. Həyatın gedişatına aludə olub düşünmədən yaşayan bir çox insan bədənindəki gizli sistemləri kəşf etdikcə yaranma məqsədini düşünəcək və onu yaradan Allaha qarşı məsuliyyətləri anlayacaqdır. Necə ki, bəzi elm adamları Allahın elminin böyüklüyünü, yaratmasındaki mükəmməlliyi görərək Allahın varlığına iman etmişlər. Bəziləri isə vicdanları qəbul etdıyi halda qürurları üzündən Allaha möhtac olaraq yaşadıqlarinı gözardı edərək inad edirlər. Ancaq həqiqətə qarşı inad etmək, düşdükləri vəziyyəti dəyişdirməyəcəkdir. Allah bəzi insanlardakı bu yanaşmanı Quranda belə bildirir:

Haqqı batil ilə örtməyin və haqqı gizləməyin. (Qaldı ki) siz (həqiqəti) bilirsiniz. (Bəqərə surəsi, 42)

Ey insanlar, siz Allaha (qarşı kasıb olan) möhtaclarsınız; Allah isə Qəni (heç bir şeyə ehtiyacı olmayan)dir, Həmid (təriflənməyə layiq)dir. (Fatir surəsi, 15)

BİZƏ MƏLUM ƏN İNKİŞAF ETMİŞ MƏLUMAT BANKI DNT

İnkişaf etmiş elmin aşkar etdiyi həqiqət canlıların əsla təsadüflərlə ortaya çıxa bilməyəcək qədər qüsursuz bir nizama və son dərəcə kompleks quruluşlara sahib olmasıdır. Bu isə canlıları üstün güc və elm sahibi olan Rəbbimizin yaratdığının açıq-aşkar bir sübutudur. Yaradıcımız olan Allahın varlığını inkar edərək təsadüflərə bel bağlayan təkamül nəzəriyyəsi ortaya atıldığı tarixdən bu yana, ən sarsıdıcı zərbələrdən birini molekulyar biologiya sahəsindəki uğurlarla birlikdə almışdır. Çünki molekulyar biologiya canlıların mənşəyinin guya sadə quruluşlu olduğunu söyləyən darvinizmin iddialarını mübahisəsiz dəlillərlə kökündən çürüdür. Elm adamları hüceyrə içində "molekulyar maşın" olaraq ifadə etdikləri kompleks quruluşları kəşf etdikcə, bunların təsadüflər nəticəsində əmələ gəlmədiyini açıq-aşkar görmüşlər.

Bu quruluşlardan biri 1950-ci illərdə elektron mikroskopunun icadıyla kəşf edilən hüceyrənin məlumat bankı DNT-dir. DNT hər hüceyrədə möhtəşəm bir nizama sahib nəhəng bir molekuldur. Bu uzun molekul zənciri üzərində o hüceyrənin və hüceyrənin aid olduğu canlının bütün fiziki və kimyəvi quruluşuna aid məlumatlar şifrələnmişdir. Lakin hüceyrənin içində belə bir məlumat bankının olması tək başına bir şey ifadə etməz. Bu məlumat bankının içindəki məlumatların lazımi şəkildə oxunması və əldə edilən məlumatlara görə istehsal edilməsi zəruridir. Cansız maddələrin şifrə yazması, şifrə həll etməsi, mərhələli tədbirlər götürməsi, əlindəki məlumata zərər gəlməməsi üçün sistem qurması mümkün deyil. Bunları torpaqdakı elementlərdən meydana gələn molekulların öz-özlərindən etməsi gözlənilə bilməz. Ancaq darvinistlər təkamül nəzəriyyəsinə elə qəti bir mühafizəkarlıqla bağlıdırlar ki, incəliklərinə sonrakı hissələrdə toxunacağımız bu həqiqəti inkar edirlər. Hər şeyin təsadüfən meydana gəldiyinə özlərini və digər insanları inandırmaq üçün ağıl və məntiqə zidd olan, elmdən tamamilə uzaq iddialarını israrla müdafiə edirlər. Ancaq Nobel mükafatı laureatı bioloq və DNT-ni kəşf edən elm adamlarından biri olan Fransis Krik özü də təkamülçü olmasına baxmayaraq, Life Itself (Həyatın özü) adlı kitabında həqiqətləri belə qəbul etmişdir:

"Bu gün sahib olduğumuz məlumatlar əsasında dürüst bir adam ancaq bunu deyə bilər: Bir mənada həyat möcüzəvi bir şəkildə ortaya çıxmışdır." (2)

Təkamülçü fikirləri ilə tanınan Riçard Daukins isə hüceyrə içində gizli olan bu kompleksliyi bu ifadələrlə dilə gətirmişdir:

"Fizika kitabları kompleks ola bilər, amma... bir fizika kitabının izah etdiyi obyekt və faktlar o kitabın yazarının bədənindəki tək bir hüceyrədən daha sadədir. Və bu yazar bir çoxu bir-birindən fərqli, incə bir memarlıq və qüsursuz bir mühəndislik ilə bir kitab yaza biləcək qabiliyyətdə işləyən maşın halında təşkil olunmuş trilyonlarla hüceyrədən meydana gəlmişdir... Tək bir insan hüceyrəsində Britaniya Ensiklopediyasının otuz cildi, hətta 3-4 qat çox məlumat bazası mövcuddur." (3)

20-25 il əvvəl masanızda bir CD tapsaydınız, bu cisimlə ilk dəfə qarşılaşmağınıza baxmayaraq, bu cismin varlığını heç bir şəkildə təsadüflərlə açıqlamağa çalışmazdınız. İncə və dümdüz yumru bir plastik parçası olsa belə, şəklindəki düzlük sizə bunun müəyyən bir məqsədlə, ağıl və məlumat sahibi bir insan tərəfindən hazırlandığı göstərir. Bunun planını çəkən, bunu emal edən və masanıza qoyan adamı görməsəniz də, metal və plastik vasitələrinin öz-özlərinə, təsadüfən belə qüsursuz bir şəkil aldığını iddia etməzsiniz.

Bir də bu cismin quruluşunu ətraflı araşdırdığınızı və üzərində girinti və çıxıntılardan ibarət olan "0" və "1" rəqəmləri ilə kodlanmış məlumatlar olduğunu öyrənsəniz, nə düşünərdiniz? İlk baxışda düz bir yumru əşya kimi görünməsınə baxmayaraq, bu disk bir stadion böyüklüyündə genişləndirsən, üzərindəki girintilər təxminən bir qum dənəsi böyüklüyündə olacaq. 4 Bütün bu girinti çıxıntılar, yazı, səs və görünüş ehtiva edən kodlaşdırılmış məlumatlardır. Bu yumru vəsaitin içinə onlarla kitabın məlumatının yerləşdirilməsi, şübhəsiz burada ağıl və elm sahibi insanların əməyinin olduğunu açıq-aşkar ortaya qoyur və kimsə də bunun əksini iddia edə bilməz. Tam tərsinə burada çox üstün bir texnologiyanın olması - məlumatın sıxışdırılmış bir həcmdə yazılması, şifrələnməsi, saxlanması kimi mərhələlər- sözü gedən CD-nin şüurlu bir şəkildə var olduğunun, bir məqsəd üçün hazırlandığının dəlilləridir.

Ancaq düz bir plastik parçası üçün təsadüf iddiasiını qeyri-mümkün görən bəzi insanlar DNT-dəki mükəmməl yaradılış qarşısında eyni dürüstlüklə danışmazlar. Minlərlə cildlik ensiklopediyanı əhatə edən məlumatların gözlə görülməyən bir ölçüyə, ən ideal şəkildə sıxışdırıldığı və şifrələndıyi DNT molekulunun təsadüf əsəri olaraq meydana gəldiyini irəli sürərlər. Qaldı ki, bir CD-ni hazırlayan və içinə məlumatları yazan insanın beyni də, DNT-nin təşkil etdiyi məlumatlar sayəsində funksiyasını icra edən hüceyrələrdən meydana gəlmişdir. Bunun məntiqsizliyi ortadadır. Necə ki, bir CD-nin içindəki məlumatların kimlərsə tərəfindən oraya yazıldığını düşünülürsə, bundan daha üstün olan, əhatəli bir məlumat bankını ehtiva edən DNT də üstün bir ağılın, yaradılışın varlığını göstərir. Bu ağıl Uca Rəbbimizin sonsuz ağılıdır. DNT yaradılışındakı üstünlüyü XX əsr texnologiyası ilə qavraya bildiyimiz, Allahın bir möcüzəsidir. Rəbbimiz yaratdığı varlıqların məqsədini bir ayədə belə bildirmişdir:

Allah yeddi göyü və yerdən də onların bənzərini yaratdı. Əmr, bunların arasında dayanmadan enər; sizin həqiqətən Allahın hər şeyə güc çatdırdığını və həqiqətən Allahın elmiylə hər şeyi əhatə etdiyini bilməyiniz, öyrənməyiniz üçün. (Talaq surəsi, 12)

1-Cİ HİSSƏ

HÜCEYRƏNİN XX ƏSRDƏ KƏŞF EDİLƏN TƏRƏFLƏRİ

XX əsrin ikinci yarısında molekulyar biologiya sahəsindəki irəliləyişlər, hüceyrə içindəki miniatür dünya ilə bağlı dünyagörüşünü tamamilə dəyişdirmişdir. Bu gün inkişaf etmiş texnologiya ilə insanlar, hüceyrənin sahib olduğu qüsursuz və kompleks mexanizmlərdən xəbərdar oldular. Belə ki, bunların təsadüfən və ya zamanla öz-özünə var ola bilməyəcəyini anladılar. Hüceyrəni meydana gətirən sistemlərin bir çoxu, işığın görülən dalğa boyundan kiçikdir. Hüceyrənin bəzi incəlikləri ancaq X işığı kristaloqrafiyası deyilən inkişaf etmiş texnikalarla araşdırılır.

Ancaq Darvinin nəzəriyyəsini irəli sürdüyü dövr, nəinki DNT kimi bir molekulun spiralının quruluşunu və məlumat bazasının araşdırılmasını, hətta hüceyrənin ümumi quruluşunun da anlaşılmadığı son dərəcə aşağı bir elm səviyyəsinə sahib idi. Ceyms Uatson və Fransis Krik DNT-nin spriral quruluşunu, Darvinin Origin of Species (Növlərin Mənşəyi) adlı kıtabinın nəşr olunmasından təxminən 100 il sonra ortaya çıxardılar. O zamandan bu yana molekulyar biologiyadakı inkişaf Darvinin dövründə bilinməsinə imkan yox idi. Bu baxımdan kökündən etibarsız məlumat və fərziyyələr üzərində qurulan təkamül nəzəriyyəsinin DNT kimi hətta elm adamlarını da heyran edən bir quruluşun varlığını açıqlaya bilməyəcəyi ortadadır. Kembric universitetindən filosof Dr. Stefen C. Meyer bu günki elmi Darvin dövrü ilə müqayisə edərkən bunları ifadə edir:

"XX əsrin ikinci yarısında molekulyar biologiya və biokimyadakı nailiyyətlər hüceyrə içindəki miniatür dünya ilə bağlı anlayışımızı tamamilə dəyişdirdi. Aparılan araşdırmalar həyatın əsas elementlərindən olan hüceyrələrin öz içlərindəki müddətləri nizama salmaq məqsədi ilə məlumatı saxladığını, çatdırdığını və nizamlayıb istifadə etdiyini ortaya qoymuşdur… Hal-hazırda bioloqlar, hüceyrələrdən "düzgün zamanla paylayan kompüterlər" və ya "kompleks məlumat əməliyyat sistemləri" olaraq danışırlar... Darvinin əlbəttə, bu incəliklərdən qətiyyən xəbəri yox idi, bunların mənşəyinin açıqlamasını da yoxlamamışdı. Bunun yerinə bioloji təkamül nəzəriyyəsi ilə həyatın "bir neçə sadə formadan" başlayıb, zamanla daha kompleks hala gəldiyini açıqlamağa çalışmışdır... 1870 və 1880-cı illərdə elm adamları həyatın mənşəyi üçün bir açıqlama tapmağın olduqca asan olduğunu düşünürdülər. Həyatın karbon dioksid, oksigen və nitrogen kimi sadə kimyəvi elementlərin birləşməsi ilə asanlıqla yaradılan protoplazma deyilən bir maddədən meydana gəldiyini zənn edirdilər."(5)

Ancaq hələ də Darvinin varisi olan bir qisim elm adamları həyatın, atomların, təsadüfən öz-özlərinə birləşib kompleks canlılar meydana gətirdikləri fikrinə sahibdirlər. Xüsusilə, son 50 il içində molekulyar genetika sahəsindəki inkişafı nəzərə alsaq, Darvinin iddialarının varlığını davam etdirə bilməməsi son dərəcə təəccüblüdür. Bu vəziyyət özü də bir təkamülçü olan Harvard Universitetindən bioloq və genetika alimi Doktor Riçard Leuontinin bir etirafında da yer alır:

"… təkamül bir həqiqət deyil, bir fəlsəfədir. Prioritetli olaraq materializm gəlir (a priori) və dəlil, bu dəyişməz fəlsəfi bağlılığın əsasında tərcümə edilir..."(6)

Təkamül nəzəriyyəsinin varisləri materializmə olan bağlılıqları səbəbindən elmi həqiqətləri ortaya qoyan həqiqətləri çox vaxt qəbul edə bilmirlər. Bu səbəblə, XIX əsrin köhnəlmiş elm anlayışının hələ də israrla aktuallaşdırmağa çalışırlar. Ancaq həqiqətlər heç bir batil fəlsəfə ilə örtülməyəcək qədər açıqdır. Quranda Allah "haqqı batil ilə aradan qaldırmaq üçün mübarizə edənlər" (Kəhf surəsi, 56) olacağinı bildirir və bir ayəsində belə buyurur:

Xeyr, Biz haqqı batilin üstünə atarıq və o da onun işini bitirər. Bir anda (batilin) yox olub getdiyini görərsiniz. (Allaha) aid etdiyiniz sifətlərə görə vay halınıza! (Ənbiya surəsi, 18)

Hüceyrə böyük bir şəhərdən daha kompleksdir

Təkamülçü ssenariyə görə, 4 milyard il bundan əvvələ qədər, saxta primitiv yer atmosferində bəzi cansız kimyəvi maddələr reaksiyaya girmiş, ildırımların, zəlzələlərin təsiri ilə qarışmış və ilk canlı hüceyrə ortaya çıxmışdır. Halbuki, hüceyrə, ən izdihamlı və ən inkişaf etmiş texnologiyaya sahib olan bir şəhərdən daha kompleks bir quruluşa malikdir. Hüceyrənin içində enerji istehsal edən stansiyalardan zülal çıxaran fabriklərə, xam maddələri daşıyan yük sistemindən DNT-ni tərcümə edən şifrə həll edicilərə, sıx və arası kəsilməyən xəbərləşmə sisteminə qədər bir çox sistem, qüsursuz bir nizam içində mütəmadi fəaliyyət göstərir.

Təkamülçülərin hüceyrənin təsadüfən meydana gəlməsi iddiasına inanmaq, təxminən 10 milyon əhalisi olan İstanbul şəhərinin, bütün binaları, şosseləri, daşıma sistemləri, elektrik və su şəbəkəsi, fabrikləri, xəbərləşmə sistemi və s. ilə birlikdə, təsadüfən, fırtına, zəlzələ kimi təbiət hadisələri nəticəsində öz-özünə ortaya çıxdığını iddia etmək qədər məntiqsiz və axmaqlıqdır. Massaçusets Texnologiya İnsitutunda (MTİ) fizika və biologiya sahələrində tədqiqat aparan israilli elm adamı Professor Cerald L. Şroder hüceyrədəki nizamı belə təsvir edir:

"Həyata istiqamət verən reaksiyaların kompleksliyi o qədər təəccüblüdür ki, ... İnsan bədəni 1027 atomdan ibarət olan 75 trilyon hüceyrənin ortaq həyata uyğunlaşması, yaxşı təşkil edilmiş bir maşın və ya metropol kimi işləyir. Hər bir hüceyrə müstəqil olaraq hərəkət etməsi ilə birlikdə, iki hüceyrənin eyni anda eyni hərəkəti yerinə yetirməsinə nadir hallarda rast gəlinir. Bütün bu "qarışıqlığa" baxmayaraq insan bədənində işlər bir-birinə qarışmaz." (7)

Astrobioloq Karl Saqan bir təkamülçü olmasina baxmayaraq, hüceyrədəki təəccübləndirən nizamdan bir sənət əsəri kimi bəhs edir:

"Canlı hüceyrəsi incə və kompleks bir memarlıq möcüzəsidir. Mikroskopla baxanda az qala dəli kimi fəaliyyət göstərirlər. Daha dərin səviyyədə molekulların böyük bir sürətlə sintezi görünür. Təxminən hər hansı bir ferment saniyədə 100 başqa molekulun sintez edilməsində katalizator rolu oynayırlar. On dəqiqəyə maddələr mübadiləsini davam etdirən bir bakteriya hüceyrəsinə aid kilidlərin olduqca böyük bir hissəsi sintez edilər. Sadə bir hüceyrənin məlumatının məzmunu Britaniya Ensiklopediyasın yüz milyon səhifəsinə bərabər olan 1012 bit məlumat təşkil etdiyi təxmin edilmişdir."(8)

Hüceyrə içindəki nüvə ən əhəmiyyətli genetik vəsait olan DNT-ni daşıyır. Hüceyrə içindəki mitoxondrilər qida halındakı qlikozanı enerji paketlərinə çevirir. Mikro-balonlar hüceyrənin hər yerinə uzanar və zülalların ehtiyacı olan maddələri lazımlı sahələrə çatdırması üçün həyati əhəmiyyətli yollar meydana gətirirlər. Üstəlik bədənimizdəki milyardlarla hüceyrə bütün sistemlərini molekullardan inşa edirlər. Eyni zamanda hüceyrələr öz içlərində mütəmadi qulluq və təmir halındadırlar. Bir tərəfdən vəzifələrini yerinə yetirərkən digər tərəfdən də özlərini yeniləyirlər. (9) Bunlardan başqa enerjilərini də özləri hazırlayarlar. Alman Federal Fizika və Texnologiya İnstitutunun direktoru Prof. Doktor Uerner Qit "Bioloji enerjiyə çevrilmə sistemi o qədər heyranedici və ağıllı yaradılmışdır ki, enerji mühəndisləri bunu yalnız təsirlənərək seyr edərlər. İndiyə qədər heç kim bu dərəcədə miniatür və son dərəcə məhsuldar mexanizmi təqlid edə bilməmişdir."(10) deyərkən, hüceyrənin insan məhsulu bir maşından nə qədər üstün olduğunu vurğulayır.

Elmi yazar Houard Pez də, Blind Faiz: Evolution Exposed (Kor İnanc: Təkamül İfşa edildi) adlı kıtabında "sadə hüceyrə" adlı bir şey olmadığını belə ifadə etmişdir:

Əvvəllər hüceyrənin bir nüvə və sitoplazma "dənizi" içindəki digər parçalardan meydana gəldiyi düşünülürdü. Lakin hüceyrə içindəki böyük sahələr boş idi. İndi isə bir hüceyrənin həqiqətən "pətək" olduğu, yəni hüceyrənin və onu saxlayan bədənin həyatı üçün lazımlı olan əhəmiyyətli funksional vahidlərlə dolu olduğu məlum olur. Təkamül nəzəriyyəsi həyatın "sadə" bir hüceyrədən inkişaf etdiyini fərz edir, lakin hal-hazırda elm "sadə hüceyrə" adlı bir şey olmadığını göstərir. (11)

Nəticədə hüceyrələr XIX əsrdə Darvin dövründə təsəvvür edildiyi kimi sadə jelelər deyil, əksinə XX əsrdə fizik, astrobioloq Professor Pol Deivisin ifadə etdiyi kimi ən inkişaf etmiş texnologiyaya sahib olan kompyuterlər və ya kompleks şəhərlər kimidirlər.

2-Cİ HİSSƏ

CANLILARIN MƏLUMAT QAYNAĞI DNT

Bütün canlıların təməl genetik maddəsi olan DNT, incəliklərinə sonrakı hissələrdə toxunacağımız qıvrılmış nərdivana bənzər bir quruluşa sahib, çox uzun bir molekuldur. Bütün canlılarda - insanlar, çiçəklər, quşlar, ağcaqanadlar hətta bakteriyalarda DNT var. DNT canlı hüceyrəsinin xüsusiyyətləri və düzgün işləməsi ilə əlaqədar lazım olan bütün məlumatlara malikdir. Bundan əlavə canlının necə görünəcəyi, necə bir quruluşa sahib olacağı, necə böyüyəcəyi, orqanlarının necə işləyəcəyi haqqında hər cür ətraflı məlumatlar DNT-də əvvəlcədən təyin olunmuşdur. Məsələn, bir insanın DNT-si adamın boyu, göz rəngi və bədən quruluşuna dair hər cür incəliyi, bədənin hansı təhlükələr qarşısında necə müdafiə olunacağı, hüceyrənin bünövrəsi olan zülalları necə çıxaracağı kimi məlumatlar da daxildir. Bir gülün DNT-si də gülün qoxusu, rəngi, tikanlarının quruluşu, yarpaqlarının şəkli, gövdəsinin qalınlığı haqqındakı milyonlarla ətraflı məlumatların şifrəli formada saxlayır. DNT molekulları sanki hər canlının necə inşa ediləcəyini və hansı funksiyanı icra edəcəyini təyin edən əhatəli planlar, layihələrdir.

İnsan özündən daha çox ağıl nümayiş etdirən bu molekulu hüceyrələrinin hər birində daşıyır. Məsələn, bu an bu sətirləri oxuyan gözlərinizdəki hər hüceyrənin içində DNT zənciri qablaşdırılmışdır. Kitabın səhifələrini çevirən barmaqlarınızdakı hər hüceyrədə, ürək hüceyrələrinizdə, sümük hüceyrələrinizdə, qısaca, vücudumuzu əmələ gətirən hər hüceyrədə DNT molekulu mövcuddur. Üstəlik, insanın həyatını davam etdirməsi üçün hər an vəzifə başındadırlar. Elmi nəzəriyyəçi Professor Doktor Uerner Qit DNT-dəki məlumatların fövqəladəliyini belə dilə gətirir:

"Zülal şifrələyən hissələrin yanında DNT eyni zamanda saysız miqdarda struktur və funksional məlumata malikdir. Gizli olan məlumatlara, mitoxondri və ribosom kimi kiçik orqanoidlərin inşası üçün lazımlı olduğu qədər, böyük orqanların (məsələn ürək, böyrəklər, beyin kimi) və canlının bütün bədəninin inşası üçün də lazımlı şifrələri daxildir. İndiyə qədər heç kim inanılmaz dərəcədə kompleks olan bu sistemi deşifrə edə bilməmişdir."(12)

Professor Qitin də diqqət çəkdiyi kimi, DNT-dəki məlumatlar son dərəcə genişdir. DNT yalnız fiziki xüsusiyyətləri deyil, eyni zamanda həm hüceyrə həm də orqanlar və sistemlər səviyyəsində minlərlə fərqli hadisəni planlayır. Allahın DNT-də saxladığı məlumatlar sayəsində bədənimizdə reallaşan hadisələrdən bir qismi ümumi xətləriylə belədir:

* Sümüklər tam olmaları lazım olan yerdə, şəkildə və böyüklükdə inkişaf edir, kəllə, qabırğalar, bud sümüyü, onurğalar hamısı müəyyən məqsədli funksiyaya, xüsusi bir şəklə və qalınlığa malikdir. Məsələn, onurğalar, içlərində həyati əhəmiyyətə sahib olan onurğaya keçə biləcəyi ideal şəklə malikdir. Eyni şəkildə kəllə beyni, qabırğalar ağciyər və ürəyi qorumaq üzrə xüsusi olaraq şəkilləndirilmişdir. Bunların hər birinin balanslı olaraq inkişafı da, yenə DNT-də qeyd olunmuş planın bir hissəsidir.

* İnsan bədənində 206 bir-birindən fərqli sümük parçası birlikdə hərəkətli şəkildə bir-birlərinə əzələlərlə bağlanır. Bu əzələlərin nərdivan enib çıxa bilmək, qaçmağı, əyilib-qalxmağı təmin edən elastikliyə və hərəkət qabiliyyəti də DNT-də qeydiyyatdadır. Allahın DNT-də təyin etdiyi məlumatlar sayəsində əzələlər istədiyimiz şəkildə hərəkət edər. Beləcə, insan su stəkanını tuta bilir, kitabın səhifələrini çevirir, kresloda oturur və ya bir neçə kiloqram ağırlığındakı paketləri daşıyacaq gücə sahib ola bilir.

* Sümüklərin arasında sürtünməyə maneə törədən qığırdaqlar da şəkil, quruluş və mövqeləri baxımından xüsusi toxumalardır. Məsələn, dizlərdəki qığırdaqlar tampon vəzifəsi icra edərək onlarla kiloqram ağırlığındakı bədən ağırlığının hiss edilmədən daşınmasını təmin edərlər. Bunların ətraflı planı da DNT-də qeyd olunmuş məlumatlardır.

* Təxminən 100 000 km uzunluğa malik, içində həyat əhəmiyyətli mayeni - qanı daşıyan damarlar, bədəndəki hər nöqtəyə çataraq bütün toxumaların qanla bəslənməsini təmin edərlər. Damarlar hüceyrələrə hər zaman təmiz qan və oksigen daşıyarkən, bir tərəfdən də çirklənən qanı toplayırlar. Ürəyin xüsusi nasos sistemi ilə birgə çalışan və bir qismi saç telindən incə olan damarlar, göz qapağından barmaq uclarına, beyindən böyrəklərə, qısaca, bədənin hər tərəfinə qanı çatdırarlar.

* Sinirlərin bədəni sanki bir şəbəkə kimi örtməsini, bədənin sinirlər vasitəsilə qəbul etdiyi dəyişikliklər sürətlə reaksiya verməsini və fərqli hissələrinin tək bir vücud olaraq işləməsini təmin edirlər.

* Bədəndəki təxminən 200 fərqli növ hüceyrənin hamısı, təməlində eyni mexanizmlərə sahib olmasına baxmayaraq, çox müxtəlif fəaliyyətləri vardır. Məsələn, bir qaraciyər hüceyrəsi milli saniyələr (saniyənin mində biri) içində 500 fərqli kimyəvi əməliyyat həyata keçirərkən, bir ürək hüceyrəsi ömür boyu elektrik enerjisi istehsal edə bilir.

* İnsanın olduğu yerdən qalxıb addımlaması, ayaq üstə dayanması, nəfəs alması, gözlərini açıb-bağlaması, qısaca, həyatda olması üçün lazım olan enerjinin istehsalı da hüceyrədə qeyd olunmuş planın bir hissəsidir. Hüceyrənin hər biri yeyilən qidalardan ən çox enerjini necə əldə edəcəklərini və bu enerjinin ən məhsuldar necə istifadə edəcəklərini də bu plan sayəsində bilirlər.

* Özü də ətdən ibarət olan mədə ətləri həzm turşuları ifraz etdiyi zaman özünü parçalamayan bir sistemə sahib olması, kəsilən dərinin bərpa edilməsi zamanı qanın laxtalanması üçün 20-yə qədər fermentin hərəkətə keçməsi DNT-də qeyd olunan məlumatların yalnız bir neçəsidir.

* Hüceyrələr arasındakı üstün bir xəbərləşmə sistemi olan və bütün bədən tarazlıqlarının nizamlanmasını təmin edən hormonal sistem də DNT-də təyin olunmuş məlumatlara görə fəaliyyət göstərirlər. Bədəndə hansı maddələrin nə qədər istifadə ediləcəyi, artıq olanların necə saxlanacağı və ya bədəndən necə ifraz ediləcəyi də bu müəyyən planın bir parçasıdır.

* Digər tərəfdən DNT immunitet sistemindəki hüceyrələr arasında məlumat mübadiləsinin necə ediləcəyini də müəyyənləşdirir. Məsələn, yara kimi bir toxuma pozulması olduğu zaman immunitet sisteminə aid reaksiyalar başlayır. Müdafiə hüceyrələri yaradakı mikroblara qarşı hücum etmək üçün ən qısa zamanda yer müəyyən edirlər. Sonra təhlükə yaradan vəziyyəti analiz edərək mikroblara qarşı döyüşü başladan mesajlar göndərirlər.

Üzərinə kitabxanalar qədər məlumat yazılmış insan bədəninin bilinən və hələ bilinməyən incəlikləri, DNT olaraq ifadə edilən məlumat bankında qeyd olunmuş bir planın parçalarıdır. Qısaca, DNT-lər canlılarda sanki memar, mühəndis, qoxu eksperti, botanik, laborant, daxili memarlıq, rəssam, həkim və daha saymaqla bitməyən bir çox usta sənətçi və elm adamının vəzifəsini boynuna götürən bir planlaşdırma mərkəzi kimi vəzifə daşıyır. Bu sətirləri oxumağınız, görməyiniz, nəfəs almağınız, düşünməyiniz, qısaca, var olmağınız və varlığınızı davam etdirməyiniz üçün hər an vəzifə başında olan bu molekulları Uca Rəbbimiz Allah yaradır və hər an nəzarət altında saxlayır. Bu həqiqət bir Quran ayəsində belə bildirilir:


Поделитесь с Вашими друзьями:
  1   2   3   4   5   6   7   8   9   ...   15


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə