Azərbaycan respublikasi əlyazması hüququnda XX əsrdə naxçivanda əDƏBİ TƏNQİDİN İNKİŞaf yolu



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə15/68
tarix20.11.2023
ölçüsü1,63 Mb.
#163992
1   ...   11   12   13   14   15   16   17   18   ...   68
dis anar (1)

”şeirin köhnəlmiş 
ənənələrinə qarşı mübarizə, digər mollanəsrəddinçilər kimi, Ə.Qəmküsarın da
başlıca məramına çevrilmişdir”
[108, s.46]. Naxçıvanda yaşayan mərsiyəçi
epiqonçu şair Molla Mahmud Çakərin qələm məhsullarına Ə.Qəmküsarın 
münasibəti bu baxımdan səciyyəvidir. Müxtəlif əsərlərində bu mövhumatçının 
əməllərini ifşa edən Ə.Qəmküsar “Molla Nəsrəddin” jurnalının 14 fevral 1910-cu il 
tarixli 7-ci sayında “O taylı” imzasıyla verilmiş “Nəzirə” adlı şeirində münasibətini 
daha konkret şəkildə ortaya qoymuş, “Çakərin realist ədəbiyyatın yaradıcılıq 
priniplərinə əməl etmədiyini” (144, s. 57) “latayilat”, yəni boş, mənasız şeylər 
yazdığını nəzərə çatdırmışdır: 
Mənim ey naxçıvanlı şairə heyran olan könlüm, 
Yazan latayilatə matü sərgərdan olan könlüm... 
O cür şair çıxar mənbərdə hər il xalqı süng eylər, 
Genə şərm eyləməz, söylər: mənim giryan olan könlüm…
(153,s.18) 
Satirik şair bu mənzumədə Çakərin yazdıqlarının əhəmiyyətsizliyinə diqqət 
yetirmiş, “həm şair, həm molla, həm şeytan olan” qələm əhlinin mənəvi rəzalətini 
pisləmişdi. Sənətkarın şəxsiyyətinin kamilliyi məsələsinə xüsusi fikir verən 
Ə.Qəmküsar bu şeirdə M.M.Çakərin ədəbiyyat, mətbuat aləmindəki prinsipsiz 
hərəkətlərini də tənqid hədəfinə çevirmişdi: 
Danan “Tazə həyat”ın, “İttifaq”ın pulların savsem, 
Yazıb “Zənbur”un üstə arizi-divan olan könlüm.
[153, s.19] 


33 
Bu misralar heç də təsadüfdən yaranmamışdı. Tədqiqatlarda vurğulandığı 
kimi, Ə.Qəmküsardan əvvəl yazıçı-publisist Haşım bəy Vəzirov “Birinci qurd-
Naxçıvanda” adlı məqaləsində (“İttifaq” qəzeti, 19 mart 1909-cu il) Molla Mahmud 
Çakərin qəzet və jurnalların satış, yaxud abunə pullarını mənimsədiyini pisləmişdi 
[116, s.37].
 
Şeirin sonunda Ə.Qəmküsar Çakər kimi məhdud dünyagörüşlü qələm 
sahiblərinə tənqidi münasibətinin davamlı olacağını da vurğulamışdı: 
Əgər ölsən də, söz yox ki, O taylı səndən əl çəkməz, 
Yazar, tənqid edər hər feylini insan olan könlüm
.
[153,s.19] 
M.M.Çakər mərsiyə və sinəzənlərlə yanaşı, tədricən müasir mövzulara da meyl 
göstərmiş, bu yöndə də bir sıra əsərlər qələmə alaraq mətbuatda dərc etdirmişdi. Heç 
şübhəsiz ki, bu prosesdə Ə.Qəmküsarın tənqidlərinin də müəyyən təsiri olmuşdu. 
Ə.Qəmküsarın müasir ədəbiyyatı sağlam inkişaf yoluna yönləndirmək 
sahəsində ədəbi-tənqidi fəaliyyətindən danışarkən onun Bakıda 1911/1912-ci illərdə 
çıxmış “İşıq” adlı mətbuat orqanına münasibəti də maraq doğurur. Azərbaycanda 
qadınlar üçün nəşr olunan ilk mətbuat orqanı kimi “İşıq” özünəməxsus tarixi rol 
oynamışdır. Bununla yanaşı, onun bir sıra hallarda müasir mövzu və ideallardan uzaq 
düşməsini dövrün qabaqcıl ziyalıları, o cümlədən Ə.Qəmküsar da nəzərdən 
qaçırmırdı. ”Molla Nəsrəddin”in 5 iyun 1911-ci il tarixli 21-ci sayında şair yazırdı: 
Bizləri məfluk edən hər adəti-millətimizi 
Əcnəbilər dayima təyibü təlin eyləyir. 
Leyk böylə iftzahatın qüsurun qanmayıb 
Bax, “İşıq”da gör Xədicə bir nə təhsin eyləyir
.
[153,s.78] 
 
“Molla Nəsrəddin”in 04 noyabr 1907-ci il tarixli 41-ci sayında dərc olunmuş 
“Qatış-bulaş” felyetonunda isə Ə.Qəmküsar ədəbi dilimizi lüzumsuz alınmalarla 
ağırlaşdıran başabəla yazarlara istehzalı münasibət ifadə etmişdi: 
“Çünki əgər türk 
dilində yazaram, deyəllər, fars, ərəb dillərini bilmir, əgər fars dilində yazaram, 
deyəllər, türk və ərəb dillərindən xəbəri yoxdur. Və əgər ərəb dilində yazaram, 


34 
deyəllər, türk və fars dillərindən məhrumdur…Yaxşısı odur ki, mən … bu üç dili 

Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin