Azərbaycan respublikasi əlyazması hüququnda XX əsrdə naxçivanda əDƏBİ TƏNQİDİN İNKİŞaf yolu



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə16/68
tarix20.11.2023
ölçüsü1,63 Mb.
#163992
1   ...   12   13   14   15   16   17   18   19   ...   68
dis anar (1)

qatış-bulaş edəm…Oxuyan başa düşər düşsün, düşməz düşməsin” 
[153, s.95].
Ə. Qəmküsarın Bakıda çıxan “Yeni füyuzat” jurnalının 30 noyabr 1910-cu il 
tarixli 7-ci sayında “Əli bəy Hüseynzadə həzrətlərinin Qafqaziyadan mühacirəti 
münasibətilə” qeydi ilə verilmiş “Təhəssürat” adlı səkkiz bəndlik şeiri isə onun 
müasiri olan ədiblərin sənət və şəxsiyyətinə münasibətinin ifadəsi kimi maraq 
doğurur. Onu da deyək ki, Ə.Qəmküsarın “Seçilmiş əsərləri”ndə (2006) yanlış olaraq 
bu əsərin sonuncu üç bəndi bir şeir, ilk beş bəndi isə başqa şeir kimi verilib [153, 
s.85-86]. Halbuki bu, bir şeirdir və “Yeni füyuzat”da da bütöv haldadır [248, s.142-
144]. Həmin şeir füyuzatçılarla mollanəsrəddinçilər arasında qarşılıqlı hörmətin 
olduğunu göstərməklə yanaşı, konkret şəkildə Ə.Qəmküsarın məşhur ədib Əli bəy 
Hüseynzadənin ədəbi-ictimai fəaliyyətinə, böyük xidmətlərinə verdiyi yüksək 
qiyməti əks etdirir. Ə.Hüseynzadənin Qafqazı tərk etməsindən kədərlənən, “Səndən 
eylər bu millət istimdad, ona sizlərsiniz yeganə pənah”,- deyən Ə.Qəmküsar belə 
dəyərli ziyalıların Vətəndən uzaq düşməsinə təəssüflənir, böyük ədibə xoş arzularını 
bildirir, onun qürbətə getsə də unudulmayacağını nəzərə çatdırırdı. Şeirin sonunda 
Ə.Qəmküsar: “açılır başqa bağzari-bəyan”,- deməklə yeni ədəbi qüvvələrə inamdan 
doğan təskinlik düşüncələrini də poetik şəkildə ümumiləşdirmişdir. 
İlk dəfə “Yeni füyuzat” jurnalının 11 yanvar 1911-ci il tarixli 2-ci sayında dərc 
olunmuş “Şəhidi-hürriyyət Səid Səlmasinin ruhuna ithaf” adlı təsirli şeiri həm də 
Ə.Qəmküsarın müasiri olan sənətkarların yaradıcılığına, cari ədəbi prosesə 
yanaşmasının ifadəsi kimi diqqəti çəkir. [153, s.86-87].
 
Akademik İsa Həbibbəylinin 
yazdığı kimi: 
“Doğrudur, S. Səlmasi yaradıcılığı etibarilə mollanəsrəddinçi deyildi. 
Lakin bir müddət Bakıda yaşaması, Şimali Azərbaycan ziyalıları, xüsusən 
Ə.Qəmküsarla məslək dostluğu, habelə məşrutə hərəkatında fəal iştirakı onda 
mollanəsrəddinçilərə yaxın və doğma bir dünyagörüş formalaşdırmışdır”
[88, s.339].
Səttarxan hərəkatında yaxından iştirak edən gənc şair Səid Səlmasi 24 fevral 
1909-cu il tarixdə şah qoşunları ilə döyüşdə şəhid olmuşdu. Ə.Qəmküsar yaxın 
dostunun ölümündən möhkəm sarsılmış, Bakıda çıxan “Tərəqqi” qəzetinin 6 mart 
1909-cu il tarixli 50-ci sayında “Culfalı” imzası ilə “Səid Səlmasi” adlı nekroloq, 07 


35 
aprel 1909-cu il tarixli 72-ci sayında isə “Ə.Qəmküsar” imzasıyla “Şəhidi-mərhum 
Səid Səlmasinin tərcümeyi-halı” adlı məqalə dərc etdirmişdi. Prof. İslam Ağayevin 
haqlı qənaətinə görə: 
“Ə.Qəmküsarın ilk dəfə olaraq S.Səlmasinin tərcümeyi-halını 
yazması və ona alovlu şeir həsr etməsi”
[3, s.20] bu şairlərin yaxın dostluğundan, 
əqidə birliyindən soraq verirdi.
“Şəhidi-hürriyyət Səid Səlmasinin ruhuna ithaf” adlı yeddi bəndlik şeirində 
Ə.Qəmküsar müasiri olan şəhid şairin sənət və şəxsiyyətinə, amal və əməlinə böyük 
ehtiramını ifadə etmiş, onun ölümündən doğan dərin kədəri yanıqlı bir tərzdə 
ümumiləşdirmişdir. O, bu şeirində S.Səlmasinin “Füyuzat” jurnalının 1907-ci ildəki 
25-ci sayında çıxmış “Ləyaliyi-iztirar” şeirinin son misralarını da cüzi dəyişikliklə 
vermiş, gələcək səadətə yönələn şanlı ideal naminə şəhidliyə qovuşan nakam şairin 
sənət və şəxsiyyəti ilə bağlı ədəbi düşüncələrini nəzərə çatdırmışdı: 
Dediyin tək həyati-istiqbal 
Oldu axır fədası məsləkinin. 
Can nisar etdin, etdin istikmal, 
Qaim oldu əsası məsləkinin.
[248, s.255] 
Ə.Qəmküsarın yaradıcılığının Naxçıvan dövründəki ədəbi-tənqidi görüşlərində 
teatr məsələləri də müəyyən yer tutur. O, Culfada yaşadığı illərdə teatr tamaşalarının 
hazırlanmasında iştirak etməklə yanaşı, ayrı-ayrı tamaşalar barədə xəbərlər, 
resenziyalar da yazmışdır. Bu baxımdan Bakıda çıxan “Günəş” qəzetinin 26 dekabr 
1910-cu il tarixli 101-ci sayında “Sənayeyi-nəfisə” başlığı altında “Əliqulu 
Nəcəfzadə” imzası ilə dərc olunmuş bir məqaləsinə nəzər salmaq yerinə düşər. “Bizə 
yazırlar. Culfadan” cümləsi ilə başlanan məqalənin əvvəlində Ə. Qəmküsar millətin 
sosial-mədəni tərəqqisində teatrın da böyük əhəmiyyət daşıdığını diqqət mərkəzinə 
çəkərək yazırdı: 
“Məktəb və cərayid nə qədər tərəqqi və təaliyə xidmət edirsə, bir o 
qədər dəxi teatr millətin maddi və mənəviyyatın islah edir”. 
Ədib böyük müasiri 
Mirzə Cəlil kimi, onu da vurğulayırdı ki, mədəniyyətdən, o cümlədən teatrdan uzaq 
düşmək mahiyyət etibarı ilə kəsalət və bətalətə düçar olmaqdır. Bunun ardınca isə 
teatrın inkişafı yolunda mətanətlə çalışanların əməyini təqdir edən Ə.Qəmküsar 


36 
bildirirdi ki, Culfada bir il öncə (1909-cu ildə- A.A.) teatr həvəskarları cəmiyyəti 
yaradılmışdır. Ə.Qəmküsar səhnədə oynanılmaq üçün seçilən dramatik əsərlərin 
tərbiyəvi əhəmiyyətinə xüsusi fikir verdiklərini, əhalinin də tamaşaya qoyulan 
əsərləri maraqla qarşıladığını fərəhlə oxuculara çatdırırdı: 
“Bir para əxlaq və məişətə 
dair pyesalardan səhneyi-tamaşaya qoyuruq və keçən baharda M.Axundovun 
“Məstəli şah” komediyasın oynadığımız kimi, işbu dekabr ayını 9-da Haqverdiyevin 
“Bəxtsiz cavan” və 17-sində “Dağılan tifaq” faciələrini meydani-tamaşaya vəz etdik 
və ...cəmaətimiz dəxi qayət şövq və həvəs ilə məclisimizi müşərrəf və müzəyyən 
buyurdular”
[3,s.23-24]. 
Ə.Qəmküsar 1917-ci ildə də bir müddət Naxçıvanda yaşamış, ədəbi-mədəni 
mühitdə fəallıq göstərmişdir. Həmin ildə onun təşəbbüsü və səyi ilə yaradılan “El 
güzgüsü” adlı dram dərnəyi region üçün çox ciddi əhəmiyyət kəsb edirdi [185, s.74]. 
Bu dram dərnəyində Cəlil Məmmədquluzadənin “Ölülər” pyesi tamaşaya qoyulmuş 
və Şeyx Nəsrullah rolunu da şairin özü oynamışdır. Həmin tamaşa elmi fikirdə 
Naxçıvan teatrının o illərdəki uğurlarından biri kimi qiymətləndirilir [184, s.325]. 
Bundan sonra ardıcıl olaraq M.F.Axundzadənin “Molla İbrahim Xəlil kimyagər”, 
Ə.Haqverdiyevin “Bəxtsiz cavan”, N.Vəzirovun “Müsibəti-Fəxrəddin” əsərləri 
Ə.Qəmküsarın rəhbərliyi altında tamaşaya qoyulmuşdur. “El güzgüsü” fəaliyyətini 
dayandırdıqdan sonra Ə. Qəmküsar Rza Təhmasiblə birlikdə “Xeyriyyə” məktəbi 
nəzdində “İmdad” adlı yeni dram dərnəyi yaratmış, ədəbi-mədəni mühitin dirçəlişinə 
xidmət göstərmişdir. 1918-ci ilin 26 martında “Ölülər”in tamaşasından sonra baş 
verən təqib və təzyiqlər sonunda Ə.Qəmküsar Naxçıvanı tərk edərək Tiflisə 
dönmüşdür [57, s.65]. 
Ötən əsrin ilk onilliklərində Naxçıvanda ədəbi tənqidin təşəkkülündən 
danışarkən mütəfəkkir romantik ədibimiz Hüseyn Cavidin də xidmətlərini 
xatırlatmaq gərəkdir. 1904-cü ildə “Şərqi-Rus” qəzetində dərc etdirdiyi “Urmiyədən 
məktub”, 
“Urmiyədən”, 
“Naxçıvandan 
təbsirə” 
kimi 
məqalələrində 
həmvətənlərimizin elmdən, maarifdən uzaq düşməsindən gileylənərək mədəni tərəqqi 
yolunda böyük əmək sərf edən Məhəmməd Tağı Sidqi kimi ziyalıların fəaliyyətini 


37 
örnək göstərən H.Cavid sonralar ədəbi-tənqidi mahiyyətli müxtəlif əsərlər də 
yazmışdır.
Bəllidir ki, XX əsrin əvvəllərində Azərbaycan ədəbi tənqidində müasir 
tələblərlə səsləşən yeni ədəbiyyat uğrunda mübarizə geniş yer tuturdu. Romantik ədib 
Hüseyn Cavid də bu proseslərdən kənarda deyildi. AMEA-nın müxbir üzvü K.Əliyev 
yazır
: “H.Cavidin yeni ədəbiyyat uğrunda apardıqları mübarizədə sənətə ictimai 
mətləblər və yüksək ideyalılıq baxımından yanaşmaq əsas prinsip idi”
[66, s.45].
 
Bu 
baxımdan onun Bakıda çıxan “Açıq söz” qəzetində 1915-ci ildə dərc olunmuş 
“Müharibə və ədəbiyyat” adlı silsilə məqalələrindəki bir sıra ədəbi-tənqidi 
mülahizələr diqqəti çəkir. Ədəbiyyatın təsir gücünü, oxucuların dünyagörüşünün 
formalaşmasında böyük rol oynadığını xatırladan H.Cavid yazırdı
: “Məsələn, bir 
gənc bir şeir, bir hekayə, bir roman, bir tarix, bir faciə oquyacaq olursa, dərhal 
kəndisinə ruhdaş, məsləkdaş olmaq üzrə bir qəhrəman seçər, bir tip bəyəni və o 
ruhda yaşamağa yeltənir və o məsləkdə yaşamaq istər...”

Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin