Azərbaycan respublikasi əlyazması hüququnda XX əsrdə naxçivanda əDƏBİ TƏNQİDİN İNKİŞaf yolu



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə17/68
tarix20.11.2023
ölçüsü1,63 Mb.
#163992
1   ...   13   14   15   16   17   18   19   20   ...   68
dis anar (1)

 
[36, s.235]. 
 
Ona görə də Cavid vacib sayırdı ki, ədəbiyyat ziyanlı, zərərli, zəhərli
məsələləri deyil, millətə faydası olan mətləbləri əks etdirməlidir
. “Ədəbiyyat bir 
millətdəki əhvali-ruhiyyənin inikası deməkdir. Gələcək nasıl isə şimdiki ədəbiyyat və 
fəlsəfənin təsir və nüfuzuna qapılır”
[36, s.235],

deyən mütəfəkkir ədib öz 
məqaləsində R.Tofiq, Ə.Hamid, N.Kamal, V.Şekspir, J.J.Russo, L.N.Tolstoy kimi 
ədibləri məhz millət üçün faydalı əsərlər yazmış söz sənətkarları kimi təqdir edirdi. 
1912-ci ildə məşhur tənqidçi Abdulla Surun vaxtsız vəfatı ilə əlaqədar qələmə 
aldığı məqalədə onun xidmətlərini yüksək qiymətləndirən H.Cavid “İqbal” qəzetinin
12 may 1913-cü il tarixli sayında dərc etdirdiyi “Cavablara cavab, yaxud son rica” 
məqaləsində özünün bəzi məsələlərlə bağlı ədəbi-estetik mövqeyini də vurğulamışdır. 
Məsələ bundadır ki, Bakıda çıxan “Şəlalə” jurnalı 1913-cü ildə H.Cavidin “Sevinmə, 
gülmə, quzum” şeirini bəzi “redaktə” ilə oxuculara çatdırmışdı. Bədii mətnə belə 
lüzumsuz müdaxiləni şair narazılıqla qarşılamış, bir sıra digər ziyalılar da bunu 
müəllif hüququnun pozulması və əsərin təhrifi sayaraq etirazlarını mətbuat 
səhifələrinə çıxarmışdılar. H.Cavidin məqaləsi mübahisələrə son qoymaq ricası ilə 


38 
yanaşı, ədəbi tənqidin bir sıra prinsiplərinin nəzərə çatdırılması baxımından da maraq 
doğururdu.
Ədəbi tənqidin obyektiv, qərəzsiz, səmimi olmasını vacib şərt sayan H.Cavid 
həm də bildirirdi ki, ən böyük tənqidçi olan tarix hər şeyi nizamlayacaq, yerinə 
qoyacaq: 
“Bir tənqid ki, məhəbbət və səmimiyyətdən ari, xudfüruşluq və xudkamlıq
nəticəsi olaraq yürüdülürsə, əvvəla, yürüməz, daha doğrusu, yürüyəməz, yürüsə
belə, əmin olmalı ki, səbatsız olur, çabuq yorulur. Tarixi-ədəbiyyat ki, münəqqidlərin 
ən qüdrətlisi, ən nüfuzlusudur, əsla qərəz-mərəz bilməyərək yalnız o, vaxtında hər 
kəsin haqqını kəndinə verir, verə bilir”
[66, s.37].
H.Cavidin 1919-cu ildə A.Şaiqlə birlikdə yazıb nəşr etdirdiyi “Ədəbiyyat 
dərsləri” kitabı isə onun ədəbi-nəzəri məsələlərə bələdliyinin ifadəsi idi. Həmin 
kitabda bədii təsvir və ifadə vasitələri, üslublar, ədəbi növlər, janrlar və s. barədə 
nəzəri müddəalar müvafiq nümunələr əsasında izah olunmuşdur [37].
Ötən əsrin əvvəllərində Qurbanəli Şərifzadənin bəzi məqalə və məktubları da o 
illərin ədəbi düşüncələrini əks etdirməsi baxımından diqqəti çəkir. Əziz Şərifin atası 
olan Q.Şərifzadə “İrşad”, “Tərəqqi”, “Molla Nəsrəddin” kimi qəzet və jurnallarda 
çıxış etmiş, Azərbaycan, eləcə də xarici Şərq mətbuatının bir sıra nümunələrini 
oxumuş, onların Naxçıvanda yaradılmış qiraətxanaya gətirilməsinə, əhali arasında 
yayılmasına çalışmışdır. Q.Şərifzadə dövrünün ədəbi prosesini diqqətlə izləmiş
müvafiq fikirlərini yazılarında ifadə etmişdir. Bəzi məqamlara nəzər salaq. 
Bəllidir ki, 1911-ci ildə Azərbaycan ziyalıları Tiflisdə, Bakıda və Gəncədə 
böyük ədib Mirzə Fətəli Axundzadənin yüz illik yublileyini qeyd etmişdilər. Bu 
barədə o dövrün mətbuatında yazılar da verilmişdi. Tiflisdə olarkən həmin şəhərdə 
keçirilən yubileydə iştirak edən Q.Şərifzadə ədəbi həyat üçün mühüm əhəmiyyət 
daşıyan bu tədbirin “İrşad” qəzetində çox da geniş işıqlandırılmadığını nəzərə alıb 
redaksiyaya məktub göndərmiş, yubileyi təfsilatı ilə diqqətə çatdırmışdı. Məktubda 
deyilirdi: 
“Müdiri-möhtərəm! Mərhum Mirzə Fətəli Axundovun yubliyəsini 
müfəssələn yazıb və məktub ilə bərabər idarənizə göndərdim ...”İrşad”ın keçən 
nömrəsində M.F.Axundovun yubliyəsinə dair icmalən yazılan əhvalatı oxudum. Vəli 
çox müxtəsər yazılmışdı. Əgər daha müfəssəl yazılsaydı, bu işdə mübaşir olanlar və 


39 
zəhmət çəkənlər daha məmnun olardılar və həm də qarelər ətraflı müttəle olardılar”
[151, s.65].

Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin