Tərtib etdi: müəl.,b.ü. f d.  Babaşli a.Ə



Yüklə 9,02 Mb.
Pdf görüntüsü
səhifə1/3
tarix29.12.2016
ölçüsü9,02 Mb.
#3817
  1   2   3




Fənn: Qida fiziologiyası



Tərtib etdi:



müəl.,b.ü.f.d.



BABAŞLI A.Ə.






MÜHAZİRƏ 1. QİDA FİZİOLOGİYASI KURSUNUN 

PREDMETİ VƏ VƏZİFƏLƏRİ



Plan 



1. Qida fiziologiyasinin qisa inkişaf tarixi



2.Qida fiziologiyasi kursunun predmeti və 

vəzifələri





MÜHAZİRƏ 1. QİDA FİZİOLOGİYASI 

KURSUNUN PREDMETİ VƏ VƏZİFƏLƏRİ

Əhalinin zəruri qida məhsulları ilə təmin edilməsi və normal 



(rasional) qidalanmasının təşkili məsələsi bəşəriyyət qarşısında 

duran ən vacib və daimi problemlərdəndir. Hər bir ölkə və dövlət 

üçün bu mühüm siyasi-ictimai, iqtisadi, elmi və tibbi əhəmiyyət 

kəsb edən nəhəng praktiki məsələdir. Qida məhsullarının əldə 

edilməsi və qidaya olan tələbatın ödənilməsi həm də hər bir 

konkret insan fərdini daim qayğılandıran şəxsi problem kimi 

mövcuddur.

Ümumiyyətlə, 



qidalanma 

canlı orqanizmin böyümə və inkişafı, 

həyat fəaliyyəti, mövcudluğu və artımı kimi əzəli funksiyaların 

həyata keçməsi üçün ən vacib olan bioloji xassə (fizioloji), motiv 

və tələbat kimi xüsusi əhəmiyyət kəsb edir. İnsan və digər 

canlıların qidalanması mürəkkəb bir prosesdir. Qidanın əsas 

mənbəyi təbiətdir. Qida məhsullarının istehsal potensialı bir sıra 

inkişaf etmiş ölkələrin iqtisadiyyatının, kənd təsərrüfatı və 

sənayesinin mühüm tərkib hissələrindəndir. Bəzi ölkələrdə güclü 



Bizim ölkəmizdə isə bu iş hələlik özünün inkişaf mərhələsindədir.

Ərzaq məhsullarının təbii ehtiyatlarının qorunub saxlanması və onların 



ümumi miqdarının daim artırılması, yeni-yeni qida mənbələrinin 

aşkara çıxarılması, süni qidaların əldə edilməsi cəmiyyətin gələcək 

həyatı və tərəqqisi üçün mühüm şərtlərdən biridir.İnsanda qida 

davranışı ardıcıl olaraq həyata keçən bir sıra mürəkkəb motivlənmiş, 

psixo-emosional fonda cərəyan edən reaksiyalar və hərəkətlər 

silsiləsindəndir. Bu fizioloji proses öz mahiyyəti etibarilə digər həyat 

proseslərindən fərqlidir. Ona görə də fiziologiya elmində qidalanmanın 

təbii əsaslarının və onu həyata keçirən bioloji mexanizmlərin 

öyrənilməsinə həmişə böyük maraq göstərilmişdir. Qidalanma və onun 

rasional təşkili insanın sağlamlığı üçün vacib şərtlərdən biri olduğuna 

görə səhiyyə və tibb aləmində bu məsələlər daim diqqət mərkəzində 

olmuşdur. Son dövrlərdə qida fiziologiyası, kütləvi qidalanmanın 

gigiyenası və sanitariyası, ərzaq məhsullarının əmtəəşünaslığı, iaşə 

məhsullarının texnologiyası, qida gigiyenası kimi elmi və tətbiqi 

xarakterli sahələr formalaşmışdır. Qida fiziologiyası bir fənn kimi 

müvafiq ixtisaslı ali və orta ixtisas məktəblərində tədris edilir.




Qida fıziologiyası ümumi fıziologiyanın sürətlə inkişaf

edən,

böyük


nəzəri

praktik



əhəmiyyəti

olan


sahələrindən biridir.

Fiziologiya

orqanizmin, onun üzv və

sistemlərinin

həyat


fəaliyyəti

proseslərini

funksiyalarını, onlarm bir-biri ilə və xarici mühitlə



qarşılıqlı əlaqə və təsirlərini öyrənən elmdir.

Qida fıziologiyası orqanizm tərəfındən qida maddələrinin



qəbulu, həzm zamanı sorulması, quruluş (struktur)

elementlərinə

enerji


mənbəyinə

çevrilməsi

proseslərini öyrənir. Bu elmin əsas vəzifəsi orqanizmin

qida maddələrinə olan gündəlik tələbatları, qidanın

normal

həzmi


sorulması

şəraiti,

hüceyrələr

səviyyəsində mənimsənilməsi yolları və dərəcəsi, qida

rasionlarınm fızioloji əhəmiyyəti, qida çatışmamazlıqları

zamanı baş verən dəyişikliklər kimi məsələləri təcrübi

(eksperimental)

nəzəri


olaraq

araşdırmaqdan

ibarətdir. Qida maddələri və insanın bu maddələrə olan

ehtiyacı


haqqında

əsas


təsəvvürlər

mövcud


tarazlaşdırılmış

(balanslaşdırılmış)

qidalanma

təlimi


(konsepsiyası) ətrafında cəmləşir.


Bu təlimin əsas prinsipi qida məhsullarında fızioioji cəhətdən

tam dəyərli olan qida maddələrinin müəyyən və zəruri

nisbətlərinin saxlanması əsasında rasional qidalanmanın təşkili

məsələsidir.

Əhalinin


rasional

qidalanmasmın

vəziyyəti

cəmiyyətin sosial, iqtisadi və tibbi problemləri və onların həlli

səviyyəsi ilə bilavasitə bağlı məsələdir. Qida fiziologiyası

sahəsində

aparılan

araşdırmalar

əldə


edilən

hazırki


nailiyyətlər kütləvi qidalanmanın (ictimai iaşənin) təşkili və

fəaliyyəti kimi mühüm bir sosial problemin qoyuluşu və həllinə

bilavasitə təsir göstərir.

Qida məhsullarının kimyəvi tərkibi, onların gündəlik qəbulu



normaları, qidalanma rejimi, qarşılıqlı olaraq əvəz edilə bilən

qida məhsulları və maddələrinin düzgün müəyyənləşdirilməsi

seçilməsi,



qidanın

hazırlanmasının

mütərəqqi

texnologiyalarının tətbiqi məsələləri də qida fıziologiyası

elminin diqqət mərkəzində durur.



Qidalanma və onun bioloji əhəmiyyəti, qidanın kimyəvi və ya

mikrobioloji təhlükəsizliyi, qidalanmanın gigiyenası və sanitariyası,

qida sənayesinin və iaşə müəssisələrinin texnoloji bazası, əhalinin

qida məhsullarına olan ehtiyaclarının vaxtlı-vaxtında ödənilməsi ilə

əlaqədar biliklərdən, qida sənayesi və iaşə müəssisələri işçilərinin

sahələrdə peşə hazırlığı kimi əldə edilmiş nailiyyətlərindən çox

asılıdır. Qida fiziologiyasının elmi araşdırmaları və tövsiyyələri qida

məhsullarının istehsalı və yenidən emalına, onların tərkibində qidalı

və digər faydalı maddələrin qorunub saxlanılması məsələlərinin

həllinə kömək edir. Bu həm də rasional qidalanmanın düzgün təşkili

üçün əhəmiyyət kəsb edir.


Yüklə 9,02 Mb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin