Azərbaycan respublikasi əlyazması hüququnda XX əsrdə naxçivanda əDƏBİ TƏNQİDİN İNKİŞaf yolu



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə24/68
tarix20.11.2023
ölçüsü1,63 Mb.
#163992
1   ...   20   21   22   23   24   25   26   27   ...   68
dis anar (1)

“Cəmiyyətin Cavidə qarşı çıxdığı macalda Cavidin 
səngərinə adlamışdır”
[241,s.22]. Bu, həm də bir şeirində: “Həqiqəti xatir üçün 
pozmaram”, - deyən Şeyxin öz ədəbi məsləkinə sədaqəti idi. 
1930-cu illərdə bir sıra ədəbi-tənqidi məqalələr yazan Müzəffər Nəsirli muxtar 
respublikadakı yaradıcı qüvvələrin sənət axtarışlarına müntəzəm diqqət yetirirdi. 
O,“Şərq qapısı” qəzetinin 5 avqust 1934-cü il tarixli 176-cı sayında dərc etdirdiyi 
“Naxçıvan şura ədəbiyyatı” adlı məqaləsində [187] “şura platformasına yaxınlaşan 
köhnə 
yazıçıların” 
yaradıcılığındakı 
yenidənqurmanı 
müsbət 
hal 
kimi 
qiymətləndirmiş, müxtəlif ədəbi nəsillərə mənsub
 
bəzi müəlliflərin əsərlərini təhlil 
edərək uğur və nöqsan saydığı cəhətləri nəzərə çatdırmışdı.
Məqalədə o dövrün istedadlı gənc ədiblərindən olan Əbdül Kazımın 
yaradıcılığını müsbət qiymətləndirən, onun “Bir qanun” adlı şeirini “məzmun və 
sənət eti-barı ilə parlaq” sayan M. Nəsirli daha çox mövzu, məzmun aktuallığına 
diqqət yetirmişdi: 
“Əbdül Kazım yaradıcılığında olan ümumi cəhət aktual 
problemlərin bədii ifadəsidir və daha mürəkkəb məsələlərin həll olunmasıdır...”.
Məqalədəki aşağıdakı mülahizə isə o illərin tənqidinin ədəbiyyata vulqar-sosioloji 


52 
yanaşmalarına xarakterik nümunə ola bilər: 
“Ə.Kazım həyatın dialektik inkişaf 
qanununu mənimsəmiş, həyatın mütəmadi dəyişməsi onu maraqlandırmışdır”.
M.Nəsirli gənc şairin bəzi hissələrini mətbuatda dərc etdirdiyi, lakin 
tamamlamadığı “Səməd” poeması barədə də fikirlərini bildirir, əsərin süjetinin 
əsasında dayanan cəmiyyətdəki təbəqələşmə motivini məqbul saymırdı. M.Nəsirli 
gənc şairə tövsiyə edirdi ki, o, həyatı, üz tutduğu mövzunu dərindən öyrənməli, bu 
məqsədlə “ən böyük kolxozların işi ilə tanış olmalı”, həmçinin əsər yazarkən 
obrazlara və təsvir vasitələrinə də xüsusi diqqət yetirməlidir. Məqalə müəllifi şair-
tərcüməçi Şeyx Məhəmməd Rəsizadənin yaradıcılığına da toxunmuş, əsərlərinin 
sənətkarlıq baxımından zəifliyi ilə yanaşı, ideoloji tələblərlə ayaqlaşmadığını iddia 
edərək fikrini belə ümumiləşdirmişdi: 
“Rəsizadə yoldaşda nöqsan cəhət əsərlərində 
obrazların azlığı, təsvirin cansızlığı, verilən məsələnin məqalə tərzində inkişafıdır. 
M.Rəsizadə yoldaş sosialist realizmi, inqilabi romantizmi mənimsəməli, ölkəmizin 
inkişafına aid mühüm əsərlər verməyə çalışmalıdır”. 
Analoji yanaşmanı o illərin Naxçıvan ədəbi mühitində fəallığı ilə seçilən
Əsgər Kəngərlinin “Proletar ədəbiyyatı uğrunda mübarizə” adlı məqaləsində də 
(“Qızıl şəfəq” jurnalı, 1932, 12 yanvar) görürük. Ə.Kəngərli milli ruhlu ədib və 
tənqidçilərin fikirlərinin qalmaqda davam etdiyini, yeni proletar ideologiyasının 
onları hələ də əvəz etmədiyini nöqsan sayaraq yazırdı: 
“...proletar ədəbiyyatı 
proletar düşüncələri üzəridə qurulur. Musaxanlı, Cavid, Əmin Abid və Çobanzadə 
teoriyaları bolşevik ədəbiyyat formul və problemləri ilə əvəz edilməmişdir”
[167,s.245-246]. 
1920-1930-cu illərdə Naxçıvanda yaşayan yazarların teatr tamaşaları ilə 
əlaqədar bir sıra ədəbi-tənqidi məqalələri Tiflis mətbuatında dərc olunmuşdur. 
Tiflisdə çıxan “Yeni fikir” qəzetinin 18 iyul 1923-cü il tarixli sayında “Tamaşaçı” 
imzasıyla verilmiş bir yazıda iyulun 2-də Naxçıvanda Bakıdan gəlmiş Abbas Mirzə 
Şərifzadə, Mərziyə Davudova və s. aktyorların göstərdikləri tamaşadan danışılır və 
muxtar respublikada teatra böyük maraq olması vurğulanırdı: 
“Bilet kassasının 
qabağında böyük qələbəlik müşahidə olunurdu...Bu həmin camaatdır ki, əvvəllər 
onlara bazarda zor ilə bilet salmaq mümkün deyildi” 
[246]. Qəzetin 12 fevral 1924-


53 
cü il tarixli sayında isə Naxçıvanda C.Məmmədquluzadənin “Ölülər” əsərinin 
oynanılması nəzərə çatdırılmışdır.
“Yeni fikir” qəzetinin 23 may 1926-cı il tarixli sayında Seyid Səbri 
Naxçıvandan göndərdiyi məqaləsində yazırdı ki, 16 mayda Bakı Dövləti Türk Dram 
teatrı Naxçıvanda C.Cabbarlının “Oqtay Eloğlu” əsərini oynadı. A.Şərifzadənin 
Oqtay rolunu məharətlə ifa etməsi məxsusi qiymətləndirilirdi: 

Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin