Azərbaycan respublikasi əlyazması hüququnda XX əsrdə naxçivanda əDƏBİ TƏNQİDİN İNKİŞaf yolu



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə22/68
tarix20.11.2023
ölçüsü1,63 Mb.
#163992
1   ...   18   19   20   21   22   23   24   25   ...   68
dis anar (1)

“Naxçıvanda ədəbiyyat cəmiyyəti yuxulamaqdadır. Tədqiq və tətəbbö cəmiyyəti də 
onun kimi sərgərdandır”
[178, s.704].
 
Ədəbi mühitin dirçəldilməsi, bundan da çox sosializim ideyalarının təbliği, 
yaradıcı qüvvələrin, xüsusən gəncliyin marksist-leninçi ruhda formalaşdırılması 
niyyəti ilə o zaman Azərbaycan proletar yazıçılar cəmiyyəti xətti ilə bir sıra şair və 
yazıçılar Naxçıvana gələrək burada müxtəlif ədəbi tədbirlər də təşkil etmişdilər.
Məsələn, cəmiyyətin məsul katibi Süleyman Rüstəm 1928-ci ilin oktyabrında 
Naxçıvana gəlmiş, burada ədəbi gəncliyin toplanışını keçirmişdi. 1931-ci ildə isə 
yazıçı Mehdi Hüseyn Naxçıvana gələrək yazıçıların iclasında iştirak etmişdi. Mehdi 
Hüseynin iştirakı ilə Naxçıvanda keçirilmiş yaradıcılıq yığıncağı ilə əlaqədar “Şərq 
qapısı” qəzetində dərc olunmuş “Ədəbi gəncliyin sağlam yaradıcılığı uğrunda” adlı 


46 
redaksiya məqaləsində ədəbi həyatdakı nöqsanlara, qarşıda duran vəzifələrə diqqət 
yetirilmişdi. Ədəbi-tənqidi xarakterli həmin yazıda gənc yaradıcı qüvvələrin 
qarşısında duran vəzifələr kimi ilk növbədə yeni sosializm cəmiyyətinin ideyalarını 
təcəssüm etdirmək önə çəkilmişdi. Bir müddət sonra “Şərq qapısı” qəzetində 
ədəbiyyat səhifələri müntəzəm yer tutmağa başladı. Həmin səhifələrdə bədii 
nümunələrlə yanaşı, muxtar respublikanın ədəbi həyatına dair yazılar da verilirdi ki, 
bu, ədəbi tənqidin inkişafına da müsbət təsir göstərdi.
1933-cü ildə tanınmış yazıçılar Mirzə İbrahimov və Əli Vəliyev Naxçıvana 
işləməyə göndərilmiş, onlar bir müddət muxtar respublikanın ədəbi-mədəni
mühitində fəallıq göstərmişdilər. Belə ki, Ə.Vəliyevin muxtar respublikanın mətbuat 
orqanı olan “Şərq qapısı” qəzetinə, M.İbrahimovun isə Naxçıvan MTS-nin siyasi 
şöbəsinin orqanı olan “Sürət” qəzetinə redaktorluq etməsi, akademik İsa 
Həbibbəylinin (Həbibovun) vurğuladığı kimi: 
“burada ədəbi-mədəni mühitin 
canlanmasına, mətbuat, teatr və dramaturgiyanın inkişafına təkan vermişdir”
[108, 
s.54].
 
M.İbrahimov və Ə.Vəliyev yerli qələm sahibləri ilə bir sırada muxtar 
respublikada ədəbi tənqidin də inkişafında əhəmiyyətli rol oynamışlar. 
Ədəbiyyatşünas Lətif Hüseynzadə “Naxçıvan teatr tarixindən” kitabında yazır: 
”1933-1934-cü illərdə Naxçıvanda ...tez-tez gənc yazıçıların yığıncaqları keçirilir. 
Bu yığıncaqlarda onların ədəbi yaradıcılıqları təhlil və müzakirə edilir”
[127,s.51]. 
Alimin 1971-ci ildə yazdığı bir məqaləsindən öyrənirik ki, Mirzə İbrahimovun 
Naxçıvanda təşkil etdiyi ədəbi müzakirələr, müsamirələr də ədəbi tənqidin inkişafına, 
bu yöndə fikir mübadilələrinin aparılmasına müəyyən şərait yaratmışdır: 
“Mirzə 
İbrahimov Naxçıvanda müxbirlərin, şair, aşıq, nağıl deyənlərin konfranslarını 
keçirir,ədəbi müsamirələr təşkil edirdi”
[237]. Şair Müzəffər Nəsirli isə xatırlayırdı: 
“M.İbrahimov, Ə.Vəliyev Naxçıvanda öz çətin və məsul vəzifələrini yerinə yetirməklə 
bərabər, muxtar respublikada Azərbaycan ədəbiyyatını təbliğ edir, gənclərə 
ədəbiyyat aləmində baş verən yenilikləri çatdırırdılar”
[
193,s.19-20]. 
1934-cü ilin 23-24 aprelində Naxçıvanda yazıçıların konfransı keçirildi. 
Konfransda Mirzə İbrahimov “Yazıçılar qurultayına hazırlıq”, Əli Vəliyev isə 
“Sosialist kəndi və onun ədəbiyyatda bədii şəkildə ifadəsi haqqında” adlı məruzələrlə 


47 
çıxış etmişdilər. Həmin məruzələr o dövrün ədəbi tənqid faktı kimi maraq doğurur. 
“Şərq qapısı” qəzetinin 5 may 1934-cü il tarixli sayında dərc olunmuş “Ədəbiyyat 
xronikası”ndan öyrənirik ki, Mirzə İbrahimov məruzəsində o zamankı ədəbi prosesin 
bir sıra məqamlarına toxunmuş, xüsusən “Azərbaycan ədəbiyyatında əmələ gələn 
dönüş və müvəffəqiyyətlər üzərində” dayanmış, şair və yazıçılardan Qantəmir (Qafur 
Əfəndiyev-A.A.), Cəfər Cabbarlı, Süleyman Rüstəm, Rəsul Rza, Səməd Vurğun, 
Əbülhəsən Ələkbərzadə, Mehdi Hüseyn və digərlərinin yeni əsərlərindən söz açmış, 
onları sosialist ideologiyasının ədəbi ifadəsi aspektində dəyərləndirmişdi. Maraqlıdır 
ki, M.İbrahimov bu sırada romantik ədib Hüseyn Cavidin də adını çəkmişdi [232]. 
Ə.Vəliyevin məruzəsində isə o illərin ədəbiyyatında kənd həyatı mövzusunun 
aktuallığı, kənddə gedən kolxoz quruculuğunun bədii təcəssümünə diqqəti artırmaq 
kimi məsələlər təhlil olunmuşdu. Bunlarla yanaşı, məruzələrdə cari ədəbi prosesin 
sənətkarlıq axtarışlarına da müəyyən diqqət yetirilmişdi. 
1932-ci ildə proletar yazıçıları cəmiyyəti ləğv edildikdən sonra yazıçıların 
yeni təşkilatının yaradılması istiqamətində hazırlıq işləri başlanıldı. 1934-cü ildə 
Naxçıvanda da sovet yazıçılar ittifaqının yerli təşkilatı yaradıldı. “Şərq qapısı” 
qəzetinin 1 may 1934-cü il tarixli sayında bu barədə verilmiş məlumatdan öyrənirik 
ki, Naxçıvan Sovet Yazıçılar İttifaqı təşkil olunmuş, Mirzə İbrahimov sədr, Əbdül 
Kazım isə müavin seçilmişdi. İttifaqın heyətində Qurban Qurbanov, Əli Vəliyev, 
Baqi Hüseynov, Lətif Hüseynzadə, Rza Şərifzadə kimi üzvlər və üzvlüyə namizədlər 
təmsil olunmuşdu. M.İbrahimov, Ə.Vəliyev və B.Hüseynov Naxçıvan yazıçılar 
təşkilatından Azərbaycan yazıçılarının birinci qurultayına nümayəndə seçilmişdilər. 
Bu faktları M.Nəsirli də xatırlatmışdır [193, s.21-22]. 
Tanınmış yazıçılardan Mirzə İbrahimovun və Əli Vəliyevin 1930-cu illərin 
əvvəllərində bir müddət Naxçıvanda yaşayıb fəaliyyət göstərmələrinin muxtar 
respublikada “ədəbi gəncliyin inkişafı üçün ciddi əhəmiyyətə malik olduğunu” 
vurğulayan professor Yavuz Axundlu bir fakta da diqqət yönəltmişdir: 

Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin