Azərbaycan respublikasi əlyazması hüququnda XX əsrdə naxçivanda əDƏBİ TƏNQİDİN İNKİŞaf yolu



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə8/68
tarix20.11.2023
ölçüsü1,63 Mb.
#163992
1   ...   4   5   6   7   8   9   10   11   ...   68
dis anar (1)

[
222, s.124].
 
Maarifçi ədibin bədii əsər barədəki: “məzmununca 
gərəkdir aləmara, nəzərrüba, dilduz, ciyərsuz, fərəhxiz və tərəbəngiz ola, tainki
özünü ... layiqi-təhsin və sözavari-afərin eləsin”, tezisi isə [222, s.124] hər bir sənət 
əsərindəki məzmun və forma gözəlliyinin vəhdətinin vacibliyini ifadə edirdi.
M.T.Sidqi söz sənətinin ictimai vəzifələrini başa düşməyən, şablon məhəbbət 
mövzusundan, yaxud da həcv yazmaqdan uzağa gedə bilməyən epiqonçu, təqlidçi 
qələm sahiblərindən söz açarkən deyirdi ki, “əziz ömrünü və qiymətsiz ovqatını 
həzli-hecaya və həcvi-hədyana vəqf edən”, “bir cümləsi aludeyi-zülfi-xal və pabəndi-
hüsni-camal ikən bir neçə pərişan qəzəllər meydana buraxıb guya ki, aşuftəyi-zülfi-
canan və məhvi-camali-xuban olan” şairlər xalqın sosial-mədəni tərəqqisinə əsla yar-
dım göstərə bilmir, əksinə, onu qəflətdə saxlayırlar. Belə məsələlərin izahında “
Sidqi 
sualı birbaşa qoyur: epiqonçu şairlər nə təqdim edirlər? Onlar ictimai fikrin inki-
şafına, mədəni yüksəlişə, yenilik və tərəqqi uğrunda mübarizəyə nəsə bir xidmət gös-
tərirlərmi? Və cavab verir: Yox! Bu məsələni demokratik maarifçilik mövqeyindən 
həll edən Sidqi epiqonçulara ciddi zərbə endirir
” [261, s. 108]. 
M.T.Sidqi söz sənətinin cəmiyyət həyatındakı əhəmiyyətinə yüksək qiymət 
verərək bildirirdi ki, istedadını xalqın tərəqqisi üçün əsərlər yazmağa sərf edənlər, 
“hissiyyati-həqiqi və təbiiyyəyə malik olmaq səbəbi ilə o qövmün təhzibi-əxlaqına 
xidmət və tərtibi-ədəbiyyatına rövnəq verənlər” cismən dünyalarını dəyişsələr də 
mənəvi ölümsüzlüyə qovuşurlar [222, s.125]. Həmin dövrdə R.Əfəndiyev, F.Köçərli, 
A.Səhhət və digərlərinin yazılarında da bədii yaradıcılıqda “hissiyyati-həqiqi və 
təbiiyyə”nin vacibliyi barədə mülahizələr yer almışdır. Ədəbi tənqid bu anlayış 
altında, ilk növbədə, “
real, inandırıcı hissləri, hər bir həqiqi sənət əsəri üçün zəruri 
olan təbiiliyi
” [240, s.209]
nəzərdə tuturdu.
 


18 
Bütövlükdə M.T.Sidqi rus ədibi Puşkin haqqındakı dərin məzmunlu nitqində, 
akademik K.Talıbzadənin vurğuladığı kimi, yeni ədəbiyyat, onun mahiyyəti və 
vəzifələri məsələsinə dair konseptual baxışlarını nəzərə çatdırmışdır: “
Həqiqi sənət, 
poeziya nədir və o, necə olmalıdır? Məruzədə bu suallara Puşkin yaradıcılığının 
təhlili əsasında cavab verilir, dünya ədəbiyyatının Nizami, Xaqani, Nəvai, Şekspir, 
Hüqo, Volter, Russo, Lermontov kimi böyük simaları bir nümunə kimi təqdim olunur, 
sənət haqqında maarifçilik mövqeyindən deyilmiş konkret fikirlər irəli 
sürülür:1.Sənət xalqa məxsusdur, onun dünyanı dərk etməsinə, hər cür gerilik və 
mühafizəkarlıqla mübarizəsinə kömək göstərməlidir; 2. Sənət ictimai, bəşəri 
hadisədir, onu əyləncəyə, qafiyə oyunbazlığına döndərmək, ictimai məzmundan
məhrum etmək olmaz; 3. Xalqa məxsus ədəbiyyatın dili də sadə, aydın, onun üçün 
anlaşıqlı olmalıdır”
[240, s. 94]. 
 
Ədəbiyyatı insanın “fikrini nurlandıran, əxlaqını təkmilləşdirən” əvəzsiz vasitə 
sayan M.T.Sidqi sosial-mədəni tərəqqidə söz sənətinin tərbiyəvi roluna yüksək 
qiymət verirdi. Ədəbiyyatşünas H.Həşimli “Məhəmməd Tağı Sidqinin yeni ədəbiyyat 
uğrunda fəaliyyəti” məqaləsində bu barədə yazır: “
Görkəmli yazıçı köhnə ədəbi 
ənənələrin vaxtı keçmiş tematikasından və poetik sistemindən kənara çıxa bilməyən 
təqlidçi şairlərin yaratdıqları çoxsaylı nəzm nümunələrini, güldən, bülbüldən bəhs 
edən şablon, əhəmiyyətsiz şeirləri müasir amallarla uzlaşmayan gərəksiz söz yığını 
hesab edir, onların yeni ədəbiyyatın inkişafında bir əngəl olduğunu nəzərə çatdırırdı
” 
[165, s.99]. M.T.Sidqi cızmaqaraçı qafiyəpərdazı pisləyən bir şeirində yazırdı: 
Layiqdi ki, mən sərf eləyim ömrümü həcvə? 
Vallahi və billahi, bu sözlər degil mənzur... 
Tərk eylə bu rəftarüvü get əqlə müti ol, 
Hərgah bu işdə olasan cəhlüvə məğrur... 
[170, s. 32]. 
Epiqonçu müəlliflərə tənqidi yanaşan M.T.Sidqi xalq üçün faydasız əsərlər 
yazmağı obrazlı şəkildə “fəlakətdə oturub əcdadların sümükləri ilə fəxr etməyə” 


19 
oxşadır, “vətən oğullarının qəflətdən oyanmasına” xidmət göstərəcək yeni səciyyəli 
əsərlərin qələmə alınmasının zəruriliyini əsaslandırırdı [170, s.41]. 
M.T.Sidqi ədəbi tənqidin inkişafında mətbuatın rolu məsələsinə də diqqət 
yetirmişdir. Məşhur türkçü İsmayıl bəy Qaspıralının redaktorluğu ilə Krımda çıxan 
“Tərcüman” qəzetinin nəşrə başlamasının onuncu ildönümü münasibəti ilə yazdığı 
şeirdə: “Cəridə bir kitabi-mərifətdir əhli-irfanə”, - deyən M.T.Sidqi [222, s.29]
1903-
cü ildə “Şərqi-Rus” qəzetinin redaktoru Məhəmməd ağa Şahtaxtılıya və “Kaspi”nin 
rəhbərlərindən Əlimərdan bəy Topçubaşova və Əhməd bəy Ağayevə xitabən qələmə 
aldığı “Təəssüf və yenə təəssüf” adlı məktubunda mətbuatda bədii yaradıcılığın 
müxtəlif problemlərinə aid mübahisələrin, müzakirələrin, əslində məhz ədəbi-tənqidi 
materialların dərcini vacib saymışdı: “Cəridələrdə həmişə ədəbiyyat bəhsində qələm 
mücadiləsi xoşnümadır. Mühavirati-elmiyyə, münazirati-fənniyyə və mübahisati-
ədəbiyyə ilə mücadileyi-həsənə etmək mənfəətbəxşdir” [222, s.178].
 
Lakin bütün 
bunlar elə səviyyədə olmalıdr ki, oxuyanlar “təməsxür və istehza etməsin”. Adı çə-
kilən Azərbaycan ziyalıları arasında mətbuatda baş alıb gedən mübahisələr məhz if-
rata vardığına görə M.T.Sidqi həmin məktubunda onları barışığa çağırırdı. 
 
M.T.Sidqi “Qazet, yaxud qəzetə nədir” adlı yazısında da “Şərqi-Rus” qəzeti 
səhifələrində ədəbi tənqidə aid xüsusi bölmənin yaradılması zərurətini vacib vəzifə 
kimi önə çəkmişdi: 
“Amma burada bizim mənzurumuz tənqid deyildir. Çünki “Şərqi-
Rus”da hənuz tənqid babı və ədəbiyyat bəhsi açılmayıbdır. İnşaallah, gələcəkdə bun-
ların hamısı mətrəhi-müzakirəyə qoyulacaqdır”
[222, s.167].
M.T.Sidqi ədəbi prosesi mümkün qədər izləmiş, ayrı-ayrı ədiblərin bir çox 
əsərləri ilə yaxından tanış olmuşdu. Sultan Məcid Qənizadə, Rəşid bəy Əfəndiyev və 
digər tanınmış yazıçılarla məktublaşmaları da bu baxımdan əhəmiyyətlidir. Yuxarıda 
adını çəkdiyimiz “Təəssüf və yenə təəssüf” adlı məktubunda N. Vəzirovun bir neçə il 
əvvəl yazdığı “Pəhləvanani-zəmanə” komediyasına, əsərin yalnız özünü düşünən 
obrazlarına müqayisə kontekstində müraciət etməsi də bu cəhətdən önəmlidir: 
“Ey ... 
ədəbiyyatın tərəfdarı Əlimərdan bəy!.. Təhsildən...sonra cənab Nəcəf bəy Vəzirovun 
... komediyasında zikr olunan pəhləvanani-zəmanədən olmayıbsan, hər bir mənfəəti-


20 
şəxsiyyə və icrazi-nəfsaniyyədən sərf-nəzər edib, ülum və maarif və ədəbiyyat 
tərəfdarlığını dəröhdə eylədin”
[222, s.175]. 
 
O zaman Azərbaycan ədəbi tənqidinin diqqətdə saxladığı əsas məsələlərdən 
biri bədii dilin saflığı, sadələşməsi ilə bağlı idi. M.T.Sidqi də ana dilini lüzumsuz yerə 
ərəb, fars və rus sözləri, ibarələri ilə yükləyib qəlizləşdirənləri qəti şəkildə pisləyirdi. 
“Türk dilimiz nə halətə düşüb?”,- deyə həyəcan təbili çalan böyük maarifçi hər bir 
qələm əhlini ana dilimizin saflığını, təmizliyini qorumağa çağırırdı. O, ədəbi dilin 
saflığına qənim kəsilən başabəla “ziyalıların” belə mövqeyinin acı nəticələrini ürək 
ağrısı ilə ümumiləşdirərək yazırdı: 
“Çünki bu dil bir libasa bənzəyir ki, guya pambığı 
Türküstanda əkilib, ipliyi İranda əyirilib, rəngi Ərəbistanda verilib, özü 
Azərbaycanda toxunub, Rusiyada gömrüklənib, xərc və kirayəsi çox olduğuna görə 
heç bir tayfa etina etməyib və heç bir ölkədə füruşa getməyib həmin bu səfahatda 
satılmaqdadır”

Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin