Azərbaycan Respublikası Təhsil Nazirliyi. Azərbaycan Dövlət İqtisad Universiteti



Yüklə 188,16 Kb.
səhifə15/17
tarix20.05.2023
ölçüsü188,16 Kb.
#118255
1   ...   9   10   11   12   13   14   15   16   17
referat 341

Şəkil 6. Fiskal yayılma.

Məcmu təklif əyrisinin hərəkəti məşğulluq və işsizliyin səviyyəsinin dəyişməsinə səbəb olur. Məhsul istehsalı aşağı düşdükdə işləmək istəyən, lakin iş tapmayanların sayının artması ilə işsizlik də artır. Əmək bazarının və məcmu təklifin klassik modelində əmək haqqı və qiymətlər tamamilə mütəhərrikdir. Əmək haqqı və qiymətin dəyişməsi müntəzəm olaraq, tam məşğulluq səviyyəsini saxlayır.


Əmək bazarında məşğulluğun tarazlıq səviyyəsi mövcud əmək ehtiyatlarından istifadə edərək, müəssisələrin istehsal etdiyi məhsul həcminə uyğundur. Belə ki, əmək bazarında tarazlığın mövcudluğu şəraitində tam məşğulluq müşahidə olunur. Tam məşğulluq şəraitində istehsalın həcmi həmçinin istehsalın potensial həcmi adlanır. Qeyd edək ki, klassik modeldə istehsalın həcmi qiymət səviyyəsindən asılı olmayaraq dəyişir. Qiymət səviyyəsindən asılı olmayaraq, əmək bazarında tarazlıq vəziyyəti müəssisələrin məhsulun potensial həcmini təklif edəcəyinə zəmanət verir.
Şəkil 7-də məcmu təklifin klasik model üçün AS əyrisi verilmişdir. O, özündə şaquli xətti əks etdirir. Məcmu təklifin şaquli əyrisi göstərir ki, qiymətin istənilən həcmində təklif dəyişmir, daha dəqiq istehsalın potensial Y həcminə bərabər olur.





Şəkil 7.Məcmu təklifin klassik modeli.Klassik modeldə əmək haqqı tamamilə hərəkətlidir və əmək bazarında tam məşğulluğa müntəzəm zəmanət vermək üçün dəyişir. Bu halda bazarda nəzərdə tutulan məhsulun həcmi potensial Y səviyyəsinə( yəni tam məşğulluq səviyyəsinə ) uyğun gəlir.

Ilk baxışda bu klassik hal əlbəttə ki, çox maraqlıdır. Müəssisənin qiymətin istənilən səviyyəsində nəyə görə Y həcmində məhsul təklif edəcəyini başa düşmək üçün müəssisənin daha çox və ya az məhsul təklif etdikdə nə baş verəcəyini nəzərdən keçirmək daha səmərəlidir. Fərz edək ki, biz qiymətin P0 səviyyəsi ilə başlayırıq. Qiymətin bu səviyyəsində müəssisələr təklif əyrisində B nöqtəsinin koordinantlarına uyğun olaraq, Y-ə bərabər həcmdə məhsul təklif edir.


Indi isə fərz edək ki, qiymətlər P΄ səviyyəsinə qədər artır. Bizim ilkin mülahizələrimizdən belə bir nəticə çıxır ki, nominal əmək haqqı zamanı real əmək haqqı qiymət artımı ilə birlikdə aşağı düşür, lakin real əmək haqqının azalması ilə işçilər daha az işləmək, müəssisələr isə daha çox işçi qüvvəsi cəlb etməyə çalışacaqlar. Işçi qüvvəsi əldə etmək üçün müəssisələr rəqabət apararaq, nominal əmək haqqını artıracaqlar. Nominal əmək haqqı real əmək haqqının öz səviyyəsinə çatanadək qalxdıqda, əmək təklifi yenə də əmək tələbinə bərabər olacaqdır. Əmək bazarında tam məşğulluq vəziyyəti meydana gəlir və istehsalın həcmi potensial onun potensial səviyyəsində olur.
Analoji olaraq. əgər qiymət aşağı düşərsə, onda real əmək haqqı artacaq və işçilər daha çox işləmək, müəssisələr isə daha az əmək istifadə etmək istəyəcəklər. Əgər əmək təklifi tələbi ötərsə. Onda nominal əmək haqqı aşağı düşəcəkdir. Işçilər arasında rəqabət, real əmək haqqının özünün ilkin tarazlıq səviyyəsinə qayıdanadək, istehsalın həcmi isə tam məşğulluq səviyyəsinə, yəni potensial səviyyəyə çatanadək əmək haqqını azaldacaqdır.
Klassik modelin əsas dərsi ondan ibarətdir ki, əmək bazarı ilə məcmu təklif arasında əlaqə vardır. Əmək haqqının dəyişən qiymətlərə uyğunlaşmağa imkan verən hərəkətliliyi istehsalın həcminin hər zaman potensial Y səviyyəsində olmasını nəzərədə tutur. Klassik təkliflə məcmu tələbi birləşdirərək biz görərik ki, əmək haqqı və qiymətin hərəkətliliyi-bu iqtisadiyyatın klassik modeldə dərhal və avtomatik olaraq, tam məşğulluq vəziyyətinə nail olmasına kömək edən mexanizmdir.
Klassik model necə tətbiq olunur? Şəkil 7-də göstərildiyi kimi,məcmu təklifin qrafiki şaquli xətdir. Y səviyyəsini aşan istehsalın istənilən həcmində əmək haqqı və qiymət artımına təzyiq müşahidə olunur və əksinə, məhsul istehsalı Y-dən aşağı olduqda, əmək haqqı və qiymət aşağı düşəcəkdir.
Şəkil 8-dən göründüyü kimi məcmu tələb əyrisi ilə kəsişən məcmu təklif əyrisi iqtisadiyyatın daim tam məşğulluq vəziyyətində olmasını nəzərdə tutur. E nöqtəsindən başlayaq və AD-in sola AD΄-ə hərəkət etdirən pul kütləsinin azalmasını nəzərdən keçirək. Istehsalın Y və qiymətin P΄-ə düşən səviyyəsində yeni tarazlıq vəziyyəti E΄ nöqtəsindədir.




Yüklə 188,16 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin