Azərbaycan Respublikası Təhsil Nazirliyi. Azərbaycan Dövlət İqtisad Universiteti



Yüklə 188,16 Kb.
səhifə16/17
tarix20.05.2023
ölçüsü188,16 Kb.
#118255
1   ...   9   10   11   12   13   14   15   16   17
referat 341

Şkil 8. Pul kütləsinin azaldılması. Klassik vəziyyət. Məcmu təklifin klassik əyrisində pul kütləsinin azaldılması yalnız qiymətin düşməsinə səbəb olur. Əmək haqqı və qiymət proporsional olaraq aşağı düşür, istehsalın həcmi isə tam mə.ğulluğun Y səviyyəsində qalır.

Pul kütləsinin azaldılması işsizliyi yaratmır, yalnız qiymət səviyyəsini aşağı salır.E-dən E΄ nöqtəsinə hərəkət real əmək haqqının aşağı düşməsi ilə müşayiət olunur. Bu modeldə istehsalın tam məşğulluq səviyyəsində olması nəzərdə tutulur, lakin bu qeyri-realdır və faktlara ziddir. Həqiqətdə isə yüksək işsizlik səviyyəsinin davamiyyətli dövrünü nəzərdən keçiririk və bizə aydındır ki. əmək haqqı və qiymətin mövcud vəziyyətə uyğunlaşması üçün uzun müddət tələb olunur.


Bizim məcmu təklifin klassik modelinin- məcmu təklifin şaquli əyrisinin təhlili iki sualın meydana çıxmasına səbəb olur. Birincisi-bu modeldə məşğulluğun yüksək səviyyəsi və ya natamam məşğulluğun iqtisadiyyatı tam məşğulluq vəziyyətinə qaytarmaq tendensiyasına malik əmək haqqı və qiymətin dəyişməsinə səbəb olması nəzərdən keçirilir. Nəyə görə real iqtisadiyyatda əmək haqqı hər zaman tam məşğulluğu təmin etməyə imkan verəcək qədər tez dəyişmir? Ikincisi-əgər bu baş vermirsə, onda həqiqətən tam məşğulluq səviyyəsini təmin edən avtomatik mexanizm mövcuddurmu?
Qeyd olunan suallara cavab vermək üçün biz məcmu təklifin uzunmüddətli və qısamüddətli dövrlərdə vəziyyətini təhlil edəcəyik. Yenidən fiskal yayılma halına baxaq və məcmu təklifin uzunmüddətli dövrdə dinamikasını ğöstərmək üçün şəkil 6-dakı qrafikə AS΄ əyrisini əlavə edək. Dövlət məsrəflərinin artdıqdan sonra iqtisadiyyat qısamüddətli dövrdə E nöqtəsindən E΄ nöqtəsinə hərəkət edəcəkdir və məhsul istehsalı və qiymət artacaqdır.





Şəkil 9. Məcmu təklifin dinamikası:ilkin təhlil. Məcmu təklif əyrisinin hərəkəti qısamüddətli dövrdə istehsalın yüksək həcmi və daha yüksək qiymətə uyğun olaraq, iqtisadiyyatı E΄nöqtəsinə hərəkət etdirir. Lakin son nəticədə iqtisadiyyat daha yüksək qiymətlə istehsalın potensial həcminə, yəni E˝ nöqtəsinə qayıdır. Məcmu təklifin klassik əyrisi bu şəkildə uzunmüddətli dövrdə iqtisadiyyatın uyğunlaşmasını təsvir edir.

Klassik təhlilin elementlərindən istifadə edərək, iqtisadiyyat E΄ nöqtəsində qalmayacaqdır. Bu nöqtədə yüksək məşğulluq müşahidə olunur və nəticədə əmək haqqının artmasına təzyiq davam edəcəkdir. Əmək haqqının artımı məsrəflərin artımını nəzərdə tutur və buna görə də müəssisələr qiymətləri qaldırmağa cəhd edəcəkdir. Bu zaman məcmu təklif əyrisi yuxarı və sola doğru hərəkət edəcəkdir, məs.,AS΄ vəziyyətinədək. Bu proses iqtisadiyyatın tam məşğulluğun bərpa olunduğu AS˝ nöqtəsinə çatanadək davam edəcəkdir.


Məcmu təklifin ümumi təhlilinə nəzər yetirəsk, biz görərik ki, məcmu təklif əyrisi aydın görünən üç hissədən ibarətdir: keyns ( şaquli ), aralıq ( yüksələn ) və klassik ( üfüqi ). Güman olunur ki, aralıq hissədə istehsal potensial səviyyəyədək genişləndikdə məhsul vahidinə məsrəflər və öz növbəsində qiymət səviyyəsi artır. Lakin məhsul vahidinə məsrəflərə təsir edən istehsalın real həcminin artması ilə əlaqədar olmayan digər amillər də mövcuddur. Bu amillərə resursların qiyməti, məhsuldarlıq və hüquqi normalar kimi qeyri-qiymət amilləri aid edilir. Bu amillərin təsiri nəticəsində məcmu təklif əyrisi müəyyən istiqamətdə hərəkət edir. Məcmu təklif əyrisinin sağa doğru hərəkəti məhsul vahidinə daha aşağı məsrəfləri və məcmu təklifin artmasını göstərir. Digər tərəfdən məcmu təklif əyrisinin sola doğru istiqaməti məhsul vahidinə daha yüksək məsrəfləri və məcmu təklifin aşağı düşməsini göstərir.

Nəticə.

Makroiqtisadiyyat iqtisadiyyatda bütövlükdə istehsalın həcmi və qiymətin səviyyəsi ilə əlaqədar müəyyən nəticələrə malikdir. Məcmu tələb və məcmu təklifi tədqiq edərək biz aşağıdakı nəticələrə gələ bilərik.



  1. Məcmu tələb əyrisi qiymətin istənilən səviyyəsində mövcud olan milli istehsalın real həcmini göstərir.

  2. Məcmu tələb əyrisi faiz tarifi, sərvət və idxal effekti ilə şərtlənir. Faiz tarifi effekti pul kütləsinin mövcud həcmində qiymətin yüksək səviyyəsinin pula tələbi artırmasını göstərir. Sərvət effekti onu göstərir ki, inflyasiya real dəyəri və ya alıcılıq qabiliyyətini azaldır. Idxal effekti qiymət səviyyəsi ilə xalis ixrac arasında əks əlaqə olduğunu göstərir.

  3. Məcmu tələbin əsas qeyri-qiymət amillərinə istehlakçı məsrəfləri, investisiya məsrəfləri,dövlət məsrəflərinin dəyişməsi aid edilir. Bu amillərin dəyişməsi nəticəsində məcmu tələb əyrisi müəyyən istiqamətdə hərəkət edir.

  4. Məcmu təklif əyrisi qiymətin istənilən səviyyəsində istehsal oluna bilən milli istehsalın real həcmini göstərir.

  5. Məcmu təklif əyrisi vahid məhsula istehsal məsrəflərindən asılıdır. Əyrinin keyns modeli üfüqidir, çünki əhəmiyyətli işsizlik zamanı məhsul istehsalı məsrəflərini artırmadan istehsalı artırmaq mümkündür. Aralıq hissədə dahasəmərəsiz avadanlıq, işçi qüvvəsi istifadə olunduğundan istehsal məsrəfləri artır. Klassik modeldə isə məcmu təklif əyrisi şaquli vəziyyətdə olur, milli istehsalın real həcmi isə maksimal səviyyədə olur.

  6. Məcmu təklifin qeyri-qiymət amillərinə resursların qiymətində, istehsalatda və hüquq normalarında dəyişikliklər aid edilir.

  7. Məcmu tələb və məcmu təklif əyrisinin kəsişməsi tarazlıq qiymətini və milli istehsalın real tarazlıq həcmini müəyyən edir.

  8. Mövcud məcmu təklif zamanı məcmu tələb əyrisinin sağa doğru hərəkəti keyns modelində a)milli istehsalın real həcmini və məşğulluğu artırır, lakin qiymət səviyyəsi dəyişmir;b)aralıq hissədə milli istehsalın real həcmini və qiymət səviyyəsini artırır;c)klassik modeldə qiymət səviyyəsini artırır, lakin milli istehsalın real həcmi dəyişmir.

  9. Əsas məcmu tələb və məcmu təklif modeli makroiqtisadi təhlilin əsas istinad nöqtəsi hesab olunur.




Yüklə 188,16 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin