Azərbaycan Respublikası Təhsil Nazirliyi. Azərbaycan Dövlət İqtisad Universiteti



Yüklə 188,16 Kb.
səhifə14/17
tarix20.05.2023
ölçüsü188,16 Kb.
#118255
1   ...   9   10   11   12   13   14   15   16   17
referat 341

Şəkil 4. Məcmu təklif əyrisi.
Əmək haqqı tarifinin istehsal həcmi ilə birlikdə artımı nəticəsində məcmu təklif əyrisi (AS) yuxarıya doğru istiqamətlənir. Pul və fiskal siyasətin iqtisadiyyata təsiri isə məhz AS əyrisinin necə meyl etməsindən asılıdır, o tam şaquli və ya üfuqi vəziyyətdə ola bilər. Bu əyrinin faktiki vəziyyəti əsasən əmək haqqının hansı dərəcədə məhsul istehsalı və məşğulluğun artmasına reaksiya verməsindən asılıdır. Əgər məşğulluğun cüzi artması əmək haqqının əhəmiyyətli dərəcədə artmasına, cüzi işsizlik isə əmək haqqının kəskin düşməsinə səbəb olursa, onda AS əyrisi demək olar ki, şaquli vəziyyət alır. Əksinə olduqda isə AS əyrisi üfüqi vəziyyət alır. Məcmu təklif əyrisini daha hər tərəfli tədqiq etmək üçün bir-birinə zidd olan məcmu təklifin iki modelini nəzərdən keçirək:kensçi və klassik model.
Məcmu təklifin keyns modelinin təfsirini vermək üçün biz məcmu təklif və tələb modellərindən istifadə edə bilərik. Yuxarıda qeyd etdiyimiz kimi müəssisələr qiymətin cari səviyyəsində məhsulun istənilən həcmini təklif etməyə hazır idilər. Ilkin şərt ondan ibarət idi ki, nominal əmək haqqı müəyyən edilmişdir və ödənmişdir. Güman olunurdu ki, işsizliyin mövcudluğu şəraitində işçilərin əmək haqqı azalmır. Əksinə, əməyə olan tələb tam məşğulluq səviyyəsini keçdikdə artan tələbi ödəmək üçün artmayan əmək haqqı təklif olunur. Bu model təsbit olunmuş qiymətlərlə model hesab olunur. AD və AS əyriləri nöqteyi nəzərindən bu, məcmu təklif əyrisinin üfüqi vəziyyətdə olması fərziyyəsi ilə eynidir.



Şəkil 5. Məcmu təklifin Keyns modeli. Məcmu təklifin keynsçi funksiyası üfuqi xətt hesab olunur. Bu, qiymətin P0 səviyyəsində müəssisəni tələb olunan qədər məhsul istehsal etməyə hazır olduğunu nəzərdə tutur
.
Aydındır ki, belə təklif qeyri-realdır və sonuncu vəziyyəti əks etdirir, lakin keynsçi vəziyyət faydalıdır. Belə ki, əmək haqqı əmək bazarında şəraitin dəyişməsinə daha yavaş uyğunlaşdıqda, o, baş verən hər bir şeyi aydın şəkildə göstərir. Bu halda hətta işsizliyin mövcudluğu zamanı qiymətin səviyyəsi əhəmiyyətli dərəcədə düşə bilər. Con Meynard Keyns özünün “Məşğulluq, faiz və pulun ümumi nəzəriyyəsi”ində əmək haqqının tamamilə müəyyən olunmasını nəzərə almamışdır. O, həqiqətən sübut edirdi ki, işsizlik zamanı əmək haqqının azaldılması tam məşğulluğu tamamilə bərpa etməyə kömək etməyəcəkdir. Daha sonra keyns məktəbinin nümayəndələri belə bir fikir irəli sürürdülər ki. Tam məşğulluq və ya tam məşğulluqdan yuxarı səviyyədə əmək haqqı daimi qalmır.
Məcmu tələbin müəyyən dərəcədə düşməsi ( məcmu tələb əyrisinin sola doğru hərəkəti) keyns modelində məhsul istehsalını daha çox azalda bilər və təklif əyrisi yuxarıya doğru istiqamətləndikdə bu işsizliyin daha yüksək səviyyəsinə səbəb ola bilər. AS əyrisinin yuxarıya doğru istiqamətlənməsi zamanı məcmu tələbin istənilən hərəkətinin təsirində qiymət səviyyəsi ilə müvazinət yaradılır və istehsalın həcmində yalnız müəyyən hissə əks olunur. Əgər investisiya və məcmu tələb aşağı düşərsə, onda məhsul təklifində artıqlıq müşahidə olunacaqdır və bu zaman müəssisə məhsul istehsalı və məşğulluğu azaldacaqdır. Əgər məşğulluq səviyyəsinin aşağı düşməsi həqiqətdə əmək haqqını azaldarsa, onda keyns təhlili istehsal həcmindəki dəyişikliklərdə əks olunan uyğunlaşma prosesinin real təsvirini təklif edir, lakin əgər işçilər iş yerini qoruyub saxlamaq üçün əmək haqqının azaldılması ilə razılaşarsa, onda məsrəflərin azaldılması müəssisəyə qiyməti aşağı salmağa imkan yaradır. Qiymətin aşağı düşməsi real qalıqları artırır və faiz tariflərinin aşağı düşməsinə səbəb olur. Faiz tariflərinin aşağı düşməsi isə öz növbəsində məsrəflərin artmasına səbəb olur və məcmu təkllifin keyns əyrisi ilkin şərtlərə əsalanır.
Məcmu təklifin klassik modeli. Iqtisadiyyat məcmu təklif əyrisinin yuxarıya doğru istiqamətlənməsinə uyğun olaraq, hərəkət edir, məşğulluğun səviyyəsi isə istehsal həcmi ilə birlikdə dəyişir.






Yüklə 188,16 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin