Azərbaycan Respublikası Təhsil Nazirliyi. Azərbaycan Dövlət İqtisad Universiteti



Yüklə 188,16 Kb.
səhifə10/17
tarix20.05.2023
ölçüsü188,16 Kb.
#118255
1   ...   6   7   8   9   10   11   12   13   ...   17
referat 341

Şəkil 7. Məcmu tələb əyrisinin hərəkəti.
Məcmu tələbin bir və ya bir neçə qeyri-qiymət amillərinin dəyişməsi məcmu tələbin dəyişməsinə səbəb olur. Məcmu tələbin artması AD əyrisinin sağa, AD1-dən AD2-yə doğruhərəkəti kimi, azalması isə AD1-dən AD3-ə doğru hərəkəti kimi ğöstərilmişdir.

Məcmu tələbə təsir edən qeyri-qiymət amilləri sırasında istehlakçının həyat şəraitini qeyd etmək olar. Material qiymətlilərə istehlakçının malik olduğu maliyyə aktivləri (səhmlər, istiqraz vərəqələri, daşınmaz əmlak (ev, torpaq ) ) aiddir. Istehlakçı aktivlərinin dəyərinin birdən düşməsi onların qənaətinin artmasına (istehlakın azalmasına ) səbəb olur. Istehlak məsrəflərinin azaldılması nəticəsində məcmu tələb azalır və məcmu tələb əyrisi sola tərəf hərəkət edir və əksinə, material qiymətlilərinin real dəyərinin artması nəticəsində qiymətin mövcud səviyyəsində istehlak məsrəfləri artır. Buna ğörə də məcmu tələb əyrisi AD1 AD 2 vəziyyətini alır.


Istehlak məsrəflərinin xarakterinin dəyişməsi istehlakçının etdiyi proqnozlardan asılıdır. Məs, əgər insanlar onların gələcəkdə real gəlirinin artdığını güman etsələr, onda onlar indiki gəlirlərin böyük qismini sərf etməyə hazır olacaqlar və bu zaman istehlak məsrəfləri artacaqdır və məcmu tələb əyrisi sağa doğru hərəkət edəcəkdir və əksinə.
İstehlakçı borcunun yüksək səviyyəsi onu mövcud borcları ödəmək ücün bu günkü məsrəfləri azaltmağa məcbur edə bilər. Bunun nəticəsində istehlak məsrəfləri azalacaqdır və məcmu tələb əyrisi sola doğru hərəkət edəcəkdir. Əksinə istehlakçı borcu az olduqda onlar bu günkü məsrəfləri artırmağa hazır olacaqlar ki, bu da məcmu tələbin artmasına səbəb olacaqdır.
Gəlir vergisi tariflərinin azalması xalis gəlirin və qiymətin mövcud səviyyəsində istehlakın həcminin artmasına səbəb olacaqdır. Bu o deməkdir ki, vergilərin azaldılması ilə məcmu tələb əyrisi sağa doğru hərəkət edir.
Istehsal vasitələrinin tədarükü məsrəfləri olan investisiya məsrəfləri məcmu tələbin sonrakı qeyri-qiymət amili hesab olunur. Müəssisənin istehlak etməyə hazır olduğu yeni istehsal vasitələri həcminin azaldılması məcmu tələb əyrisinin sola doğru hərəkərinə səbəb olur. Əksinə investisiya məhsulları həcminin artırılması məcmu tələbin artmasına səbəb olur.
Hökumətin məhsul və xidmətləri almaq cəhdi məcmu tələbin əsas qeyri-qiymət amillərindən biridir. Qiymətin mövcud səviyyəsində dövlət tərəfindən milli məhsulların tədarükününü artırılması vergilər və faiz tarifləri dəyişənədək məcmu tələbin artmasına səbəb olur və əksinə, dövlət məsrəflərinin azaldılması məcmu tələbin azalmasına səbəb olur. Məs, yeni şose yollarının tikintisinə dövlət məsrəflərinin azaldılması.
Məcmu tələbin sonuncu əsas qeyri-qiymət amili kimi biz xalis ixrac məsrəflərini qeyd edə bilərik. Məcmu tələb əyrisi qiymət səviyyəsindən asılı olmayaraq, xarici istehlakçılar tərəfindən yerli məhsulların tədarükündə dəyişiklik baş verən zaman müəyyən istiqamətdə hərəkət edir. Xalis ixracın daha yüksək səviyyəsi xaricdə yerli məhsullara daha yüksək tələb yaradır.
Ümumiyyətlə məcmu tələbin bütün amillərini iki qrupa ayırmaq olar və bu amilləri biz cədvəl olaraq, aşağıdakı şəkildə göstərə bilərik:


Cədvəl 2. Məcmu tələbin artımı və AD əyrisinin hərəkəti müxtəlif amillər nəticəsində baş verir.




Yüklə 188,16 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin