Azərbaycan Respublikası Təhsil Nazirliyi. Azərbaycan Dövlət İqtisad Universiteti



Yüklə 188,16 Kb.
səhifə7/17
tarix20.05.2023
ölçüsü188,16 Kb.
#118255
1   2   3   4   5   6   7   8   9   10   ...   17
referat 341

Şəkil 4. AD əyrisinin uzununa hərəkəti.
Qrafikdə tədavüldə pulun dəyişməz miqdarında qiymət səviyyəsinin artması real ifadədə pul kütləsinin azalmasına, faiz tariflərinin artmasına və uyğun olaraq, faiz tariflərindən asılı olan istehlak və investisiya məsrəflərinin azalmasına səbəb olur. Bu proses AD əyrisinin uzununa hərəkəti ilə təsvir olunur.
Qiymət səviyyəsi ilə tələb arasındakı əks əlaqəni göstərmək üçün ÜDM-u(Y) xatırlamaq daha əlverişli olardı. Burada ÜDM istehlak(C), investisiya(I), dövlət tədarükü(G) və xalis ixracın(X) cəminə bərabərdir:
Y=C+I+G+X
Bu toplananların hər biri məcmu tələbin həcminə müəyyən dərəcədə təsir edir. Dövlət tədarükü daimi amil kimi nəzərdən keçirilir, belə ki,onlar cari hökumət siyasəti ilə tənzimlənir, lakin məsrəflərin digər komponentləri-istehlak, investisiya, xalis ixrac-hər şeydən əvvəl iqtisadi şərait və ayrılıqda isə qiymət səviyyəsi ilə müəyyənləşdirilir. Buna görə də məcmu tələb əyrisinin əks meyllliliyini izah etmək üçün biz qiymət səviyyəsinin tələbat olan məhsul və xidmətlərə təsirini , bütövlükdə istehlak, investisiya, xalis ixraca təsirini tədqiq etməliyik və bu tədqiqata biz 3 amili izah etməklə başlaya bilərik.
Sərvət effekti(Piqu effekti). Cib kisəsində və bank hesabında saxlanılan pulları nəzərdən keçirək. Onların nominal dəyəri təsbit olunmuşdur, lakin pulların real dəyəri –dəyişən həcmlidir. Məhsul və xidmətlərin dəyəri aşağı düşdükdə pulun dəyəri artır, belə ki, bizim daha çox məhsul və xidmət istehlak etməyimizə imkan yaranır. Bu şəkildə, qiymətin ümumi səviyyəsinin aşağı düşməsi ilə istehlakçılar sərvətlərinin artdığını hiss edirlər. Sərvət effektinə xüsusi mənanı iqtisadçı Artur Piqu vermişdir, buna görə də bəzən verilmiş qanunauyğunluq Piqu effekti adlanır.
Faiz tarifi effekti(Keyns effekti). Qiymət səviyyəsi-tələb olan pul kəmiyyətinin determinantlarından biridir. Qiymət səviyyəsi nə qədər aşağı olarsa, ev təsərrüfatının məhsul və xidmətlərin istehlakı üçün bir o qədər az pula ehtiyacı olacaqdır. Buna görə də, qiymət səviyyəsinin düşməsi ilə ev təsərrüfatı nağd pulları borca verərək, məs;faiz gəliri gətirən istiqraz vərəqələrini əldə etməklə və ya onları banka əmanət hesabına qoymaqla, onların ehtiyatını azaltmağa çalışır. Bank isə yeni pul fondlarını kredit həcmini artırmaq üçün istifadə edir. Belə ki, ev təsərrüfatları pul vasitələrinin bir hissəsini faiz gəliri gətirən aktivlərə yönəltməyə çalışırlar və faiz tarifləri aşağı düşür. Öz növbəsində daha az faiz tarifləri yeni zavod və avadanlıqlara kapital qoymaq istəyən firmalar kimi , eyni zamanda yeni yaşayış tikililərinə qoyan ev təsərrüfatları kimi götürməyə təşviq edir. Bu şəkildə daha aşağı səviyyəli qiymət faiz tariflərinin aşağı düşməsinə səbəb olur və investisiya məhsullarına məsrəflərin artmasına təşviq edir, öz növbəsində məhsul və xidmətlərə tələb artır. Faiz tarifi effektinə xüsusi mənanı böyük iqtisadçı Con Meynard Keyns vermişdir, buna görə də onu bəzən Keyns effekti adlandırırlar.
Mübadilə məzənnəsi effekti(Mandell-Fleminq effekti). Yuxarıda qeyd etdiyimiz kimi ABŞ-da qiymət səviyyəsinin düşməsi faiz tariflərinin əhəmiyyətini azaldır. Bəzi amerikan investorları daha yüksək gəlir axtarışı zamanı kapitalı xaricə qoyur. Məs,ABŞ hökumətinin istiqraz vərəqələrinin faiz tariflərinin aşağı düşməsi zamanı qarşılıqlı fond özünün istiqraz vərəqələrini sata və Almaniya hökumətinin qiymətli kağızlarını əldə edə bilərdi və pay investisiya fondunun aktivləri xaricdə yerləşdirməsi ilə xarici valyuta mübadiləsi bazarında dolların təklifi artır. Dollar təklifinin artması isə digər valyutalara münasibətdə ABŞ-ın milli pul vahidinin qiymətdən düşməsinə səbəb olur. Dollar məzənnəsinin aşağı düşməsi nəticəsində ABŞ-da istehsal olunan məhsullar (idxal edilmiş mallara nisbətən) daha ucuz olur. Nisbi qiymətlərin mövcud dəyişməsi məhsul və xidmətlərin ixracının artmasına və idxalın azaldılmasına səbəb olur. Bu şəkildə ABŞ-da qiymət səviyyəsinin düşməsi faiz tariflərinin, milli valyutanın real mübadilə məzənnəsinin aşağı düşməsinə səbəb olur, bu isə ABŞ-da xalis ixracı stimullaşdırır, nəticədə isə məhsul və xidmətlərə olan tələbin həcmi artır. Mübadilə məzənnəsi effekti iqtisadçılar Robert Mandell və Markus Fleminq tərəfindən qeyd olunmuşdur.
Yuxarıda da qeyd olunduğu kimi qiymət səviyyəsinin artımı zamanı faiz tarifi də artır və öz növbəsində məsrəflərin planlaşdırılan səviyyəsi aşağı düşür. Bu təsiri hər tərəfli tədqiq etmək üçün biz 3 vəziyyəti öyrənməliyik:

  • Qiymət səviyyəsinin artımı real pul kütləsini azaldır.

  • Real pul kütləsinin azalması faiz tariflərinin artmasına səbəb olur.

  • Faiz tarifinin artımı planlaşdırılan məsrəfləri azaldır.

Əvvəlcə bəzən real qalıq adlandırılan real pul kütləsinin necə müəyyən olunduğunu xatırlayaq:

Real pul kütləsi=nominal pul kütləsi


(real qalıq) qiymət səviyyəsi

Mövcud nominal pul kütləsində qiymət artımı iqtisadiyyatda real qalıqları azaldır. Məs, əgər qiymət səviyyəsi 20% artırsa, onda mövcud pul məbləğinə 20% az məhsul almaq olar, yəni qiymətin artması real qalıqları azaldır. Real qalıqların dəyişməsi nominal pul kütləsinin dəyişməsi və ya qiymət səviyyəsinin dəyişməsindən asılı olmayaraq məcmu tələbə eyni cür təsir edir. Burada real qalıqların dəyişmə mənbəyi deyil onların özlərinin dəyişməsi əhəmiyyət kəsb edir.


Qiymət səviyyəsi ilə real qalıq arasında əks əlaqə zəncirdə ilk əlaqə hesab olunur ki, bu da AD əyrisinin əks meyllliliyinə səbəb olur. Şəkil 4-dən göründüyü kimi aşağıya istiqamətlənmiş AD göstərir ki, qiymət artımı məsrəflərin azalmasını nəzərdə tutur. Mövcud nominal pul kütləsi üçün yüksək qiymət real qalıqların az olduğunu göstərir. Onda kapital bazarında real pul kütləsinin kiçik həcmi faiz tariflərinin artımına səbəb olur. Lakin yüksək faiz tarifləri məsrəflərin, xüsusilə investisiyanın həyata keçirilməsinə çətinlik yaradır. Yüksək faiz tarifləri zamanı firmalar borc götürməyi və yeni müəssisə və ya avadanlıqlara kapital qoyuluşunu sərfəli hesab etmirlər. Nəticədə yüksək qiymət səviyyəsi məsrəflərin aşağı səviyyəsini nəzərdə tutur və əksinə aşağı qiymət səviyyəsi aşağı faiz tariflərini və yüksək məsrəf səviyyəsini nəzərdə tutur . Faiz tarifləri aşağı düşdükdə real qalıqlara tələb artır. Faiz tarifinin artması ilə qiymət səviyyəsinin artımı investisiya tələbinin azalmasına səbəb olur. Investisiyanın azalması ilə məcmu tələbin aşağı düşməsi baş verir, belə ki investisiya yuxarıda qeyd olunduğu kimi məcmu tələbin bir hissəsi hesab olunur. Gəlirin hər bir səviyyəsinə indi azaldılmış tələb uyğun gələcəkdir və məhsul istehsalı səviyyəsi məcmu tələbin istehsalın həcminə bərabər olduqda aşağı düşməlidir. Artan faiz tariflərinin investisiya və məcmu tələbə təsiri şəkil 5-də göstərilmişdir.


Yüklə 188,16 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin