Azərbaycan Respublikası Təhsil Nazirliyi. Azərbaycan Dövlət İqtisad Universiteti



Yüklə 188,16 Kb.
səhifə5/17
tarix20.05.2023
ölçüsü188,16 Kb.
#118255
1   2   3   4   5   6   7   8   9   ...   17
referat 341

2.Məcmu tələb.

Makroiqtisadiyyatda AD-AS modeli istehsalın həcmi və qiymətin səviyyəsində tərəddüdlər, onların dəyişməsinin səbəb və nəticələrinin öyrənilməsində baza hesab olunur. Onun köməyi ilə dövlətin iqtisadi siyasətinin müxtəlif variantları göstərilə bilər.


Məcmu tələb(AD)-bu , mövcud şərtlər daxilində və qiymətin mövcud səviyyəsində alına bilən məhsulun ümumi və ya yekun həcmidir. Məcmu tələb özündə son məhsul və xidmətlərə çəkilən bütün xərcləri ,şəxsi daxili investisiyanı, məhsul və xidmətlərin dövlət tərəfindən tədarükü və iqtisadiyyatın bütün sektorlarında xalis ixracı əks etdirir.
Inflyasiyanın aşağı səviyyəsində, istehsala məhdudiyyət qoyulmadıqda məcmu tələbin artımı məhsul buraxılışı həcminin və məşğulluq səviyyəsinin artmasını stimullaşdırır. 30-cu illərdə böhran dövründə iqtisadiyyata belə təsir ABŞ-da məcmu tələbin stimullaşdırılmasının dövlət siyasəti olmuşdur.
Əgər iqtisadiyyat tam məşğulluq vəziyyətinə yaxındırsa, onda məcmu tələbin artımı məhsul istehsalı ilə yanaşı qiymət artımına da səbəb olacaqdır.

Şəkil 1.Məcmuu tələbin istehsala təsiri.
Məcmuu tələbin özü 4 tərtibdən ibarətdir:
1. İstehlak. İstehlakın həcmi (C),ilk növbədə fərdin ödənmiş vergilərini hesaba almaqla şəxsin gəlirinə bərabər olan planlaşdırılmış gəlirin həcmi ilə müəyyənləşdirilir. Bundan başqa istehlak dinamikasında uzunmüddətli tendensiya gəlir, əmlak və qiymətin səviyyəsi ilə əlaqədardır.
2. İnvestisiya.İnvestisiya(I) və ya kapital qoyuluşu özündə daşınmaz əmlak, avadanlıq, həmçinin ehtiyat yığımını əks etdirir. Investisiyanın həcmi başlıca olaraq, buraxılış səviyyəsi, kapital dəyəri və konyukturalara dair gözləmələrlə müəyyən olunur. Iqtisadi siyasətin investisiyaya əsas təsir kanalı pul-kredit siyasəti hesab olunur.
3. Dövlət tədarükü. Məcmu tələbin dördüncü tərtib hissəsi məhsul və xidmətlərin dövlət tərəfindən tədarüküdür(G):onlara hökümət tərəfindən tankların, yol-tikinti avadanlıqların, məhkəmə sistemi və ya dövlət məktəblərinin maliyyələşdirilməsi aiddir. Məcmu tələbin bu tərtibi bilavasitə dövlətin qərarı ilə müəyyənləşdirilir.
4. Xalis ixrac. Xalis ixrac(X) ixrac və idxal arasındakı fərqə bərabərdir. Idxalın həcmi daxili gəlir və ölkədaxili istehsalın həcmindən asılıdır. Ixracı (digər ölkələr üçün idxal hesab olunan) idxalın güzgüdə əksi kimi təsəvvür etmək olar və o, qiymət və valyuta məzənnəsinə uyğun olaraq, gəlir və xaricdə istehsalın həcmi ilə müəyyən edilir.




Yüklə 188,16 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin