Azərbaycan Respublikası Təhsil Nazirliyi. Azərbaycan Dövlət İqtisad Universiteti



Yüklə 188,16 Kb.
səhifə12/17
tarix20.05.2023
ölçüsü188,16 Kb.
#118255
1   ...   9   10   11   12   13   14   15   16   17
referat 341

Məcmu təklif.



Məcmu təklif iqtisadiyyatın istehsal tərəfini, qiymətin hər bir səviyyəsində istehsal olunan milli məhsulun real həcmini göstərən modeldir.
Məcmu təklifi təhlil edərək, müəyyən vaxt intervalından asılı olaraq, AS əyrisini fərqləndirmək böyük əhəmiyyət kəsb edir. Ümumiyyətlə, məcmu təklif əyrisi bizə istehsalın ümumi həcmi və qiymətin hər bir səviyyəsində firmalar tərəfindən məhsul və xidmətlərin satışı haqqında məlumat əldə etməyə imkan verir. Qiymət səviyyəsi ilə təklifin həcmi arasındakı əlaqə bizim tərəfimizdən nəzərdən keçirilən vaxt intervalından asılı olaraq dəyişir. Qısamüddətli dövrdə (bir neçə ay və ya il ) biz məcmu təklifin qısamüddətli əyrisini nəzərdən keçirəcəyik. Bu asılılıq AS əyrisinin düz meylliliyi ilə təsvir olunur və bu zaman daha yüksək qiymət məhsul və xidmətlərin daha yüksək səviyyəsi ilə xarakterizə olunur.
Uzunmüddətli dövrdə (10 il və daha çox ) biz məcmu təklifin uzunmüddətli əyrisini nəzərdən keçirəcəyik. Bu asılılıq AS əyrisinin şaquli vəziyyəti kimi təsvir olunur və bu zaman qiymət səviyyənin artımı təklifin həcminin artmasına təsir göstərmir.
Məcmu təklif bir-birindən fərqlənən iki qrup amildən: potensial istehsal və “əmək haqqı-qiymət”qarşılıqlı əlaqəsindən asılıdır. Bu amillərin hər birinin məcmu təklifə təsirini nəzərdən keçirək.
Cədvəl 1. məcmu təklif potensial istehsal və istehsal məsrəflərindən asılıdır.



Dəyişikliklər.

Məcmu təklifə təsir.

Potensial istehsal
Istehsal amilləri

Texnologiya və səmərəlilik




Əmək haqqı və məsrəflər
Əmək haqqı

Idxal qiymətləri


Digər məsrəflər.



Əmək, torpaq və kapitalın mövcudluğu istehsal prosesində amil məsrəflərini müəyyən edir. Istehsal resurslarının artımı potensial istehsal və məcmu təklifi artırır.


Potensial istehsala istehsalda tətbiq olunan səmərəliliyin səviyyəsi və texnologiyalar təsir edir. Texnologiyanın təkmilləşdirilməsi potensial istehsalı artırır.


Dəyişməz şərtlər daxilində əmək haqqının azaldılması istehsal məsrəflərinin azalmasına səbəb olur. Potensial istehsal məsrəflərinin daha aşağı səviyyəsi qiymətin istənilən səviyyəsində təklifin artmasına səbəb olur.

Milli valyuta məzənnəsinin artması ilə idxal məhsullarının qiyməti düşür. Bu istehsal məsrəflərinin azalmasına və məcmu təklifin artmasına gətirib çıxarır.


Neftin qiymətinin düşməsi istehsal məsrəflərinin azalmasına , məcmu təklifin artmasına səbəb olur.





Məcmu təklif nəzərdə tutulan milli məhsulun həcmi ilə ümumi qiymət səviyyəsini əlaqələndirir. AS əyrisinin əsasında istehsalatın fundamental amilləri məhz:potensial istehsal və məsrəflərin quruluşu durur. Yuxarıda qeyd olunan amillər məcmu təklifin artmasına səbəb olur.
Məcmu təklifin əsasında cəmiyyətin istehsal imkanları və ya potensial istehsal durur. Potensial istehsal özündə qiymətləri sabit saxlamaqla mövcud iqtisadiyyatın istehsal edə biləcəyi milli məhsulun maksimal həcmini əks etdirir.
Məcmu təklif uzunmüddətli dövrdə potensial istehsaldan asılı olur. Potensial istehsal təklifin elə bir həcmidir ki, burada məcmu tələb müntəzəm olaraq genişlənir, istehsalçılar isə heç bir şokla qarşılaşmır. Böhran dövründə istehsal həcmi potensialdan aşağı ola bilər, iqtisadiyyatın yüksək gərginlik dövründə(məs, müharibə zamanı ) isə istehsalın həcmi potensial səviyyəni keçə bilər. Əgər istehsal potensial istehsaldan daha çox istehsal etməyə çalışarsa, onda qiymətlər artmağa başlayacaqdır, yəni resurslar daha intensiv istifadə olunacaqdır. Əksinə olduqda isə işsizliyin yüksək səviyyəsi meydana gələcək və artıq istehsal gücləri yaranacaqdır. Ümumiyyətlə, potensial istehsal-hərəkətverici hədəfdir və biz potensial istehsalla məcmu təklif arasındakı əlaqəni qrafik olaraq aşağıdakı kimi göstərə bilərik.


Yüklə 188,16 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin