Klassik mexanikanın tətbiq olunma hüdudları Fizikada klassik mexanika



Yüklə 19,45 Kb.
tarix23.10.2022
ölçüsü19,45 Kb.
#65928
klassik mexanika


Klassik mexanikanın tətbiq olunma hüdudları
Fizikada klassik mexanika - mexanikanın iki əsas bölməsindən biri olub, qüvvələr sisteminin təsiri altında cisimlərin hərəkətini təsvir edən fizika qanunlarını əhatə edir. Cisimlərin hərəkətinin öyrənilməsi çox qədim tarixə getməklə, elm, texnika və texnologiyada klassik mexanikanı ən böyük və qədim fənn edir.
Klassik mexanika makroskopik obyektlərin hərəkətini, roketlərdən maşın hissələrinə kimi, eləcə də astronomik obyektlərin, məsələn, kosmik gəmilərin, planetlərin, ulduzların və qalaktikaların həkətini xarakterizə edir. Bununla yanaşı,fənn daxilində bir çox ixtisaslaşmalar qazları, mayelərı, bərk cisimlərı və başqa xüsusi mövzuları əhatə edir. Klassik mexanikanın işıq sürətinə yaxın olmayan sürətlə və böyük obyektlərlə məhdudlaşan mühitlərdə tətibiqi olduqca dəqiq nəticələr verir. Baxılan obyekt kifayət qədər kiçik olduqda, mexanikanın digər əsas bölməsi olan kvant mexanikasının daxil edilməsi zərurəti yaranır, hansı ki, cisimlərin atomik təbiətini makroskopik fizika qanunları ilə uzlaşdırır və atom və molekulların dalğa-zərrəcik dualizmini (ikili xüsusiyyətini) öyrənir. Obyektlərin işıq sürətinə yaxın yüksək sürətli hallarında, klassik mexanika xüsusi nisbilik nəzəriyyəsi ilə əvəzlənir. Ümumi nisbilik nəzəriyyəsi Nyutonun ümumdünya cazibə qanunu ilə xüsusi nisbilik nəzəriyyəsini özündə birləşdirməklə, fiziklərə dərin səviyyədə qravitasiya ilə işləmək imkanını verir.
Maddi nöqtə. Müəyyən məqsədlər üçün ölçüləri nəzərə alınmayan cismə deyilir. Məsə­lən Yer­ kürəsinin Gü­nəş ətra­fın­da hərəkətini öyrənərkən ona maddi nöqtə kimi baxmaq olar. Çünki Günəşin ölçüləri Yerdən dəfələrlə artıqdır. Bərk cismin irəliləmə hərəkətində onun bütün nöqtələri irəliləmə hərəkəti edir və onun istənilən bir nöqtəsini maddi nöqtə kimi qəbul edib həmin maddi nöqtənin hərəkətini öyrənmək olar.
Sərbəstlik dərəcəsi. Cisimin sərbəstlik dərəcəsi onun neçə ölçülü koordinat sistemində təyin olunmasından asılıdır. Məsələn, ikiölçülü və üçölçülü koordinat sistemində cismin sərbəstlik dərəcəsi uyğun olaraq 2 və 3 olur. Fəzada isə cismin 6 sərbəstlik dərəcəsi vardır. Firlanma hərəkəti ücün sərbəstlik dərəcəsi yazılmır.
1. Müəyyən edilmişdir ki, Nyuton mexanikası yalnız işıq sürətindən çox-çox kiçik (υ<2. Klassik mexanikanın tətbiq olunmasına hüdud qoyan digər məsələ onun mikroaləm hadısələrinin təsvirinə tətbiq edilə bilməməsi ilə əlaqədardır. Bu mexanika güclü qravitasiya sahələrində və elementar zərrəciklərin hərəkətinin izahı zamanı doğru deyil. Klassik mexanikada istənilən zaman anında hissəciyin hərəkət halı, vəziyyəti (birölçülü hərəkətdə x koordinatı) və sürəti (və ya impulsu) ilə xarakterizə olunur. Kvant mexanikasında isə, istənilən zaman anında hissəciyin halını bu zaman anında onun koordinatlarının və impulsunun dəqiq qiymətləri ilə xarakterizə etmək olmaz. Koordinatın və impulsun eyni zamanda təyin olunmasındakı qeyri-müəyyənlik bir biri ilə

münasibətlə əlaqədardır. Bu ifadə göstərir ki, hissəciyin koordinatı və impulsu eyni zamanda eyni dəqiqliklə təyin edilə bilməz. Bu zərrəciyin təbiətindən irəli gəlir. Onların hərəkət halı klasssik mexanika qanunları ilə təsvir edilə bilməz. Hissəciklər özlərini klassik mexanikadakı maddi nöqtəyə nisbətən daha mürəkkəb aparırlar. Kəsilməz trayektoriya üzrə hərəkətin klassik təsviri təbiət qanunlarına təqribən uyğundur. Onun tətbiq olunma sərhəddi yuxardakı ifadə ilə təyin edilir.
Uyğunluq prinsipi kvant və klassik mexanika arasındakı kəskin fərqi aradan qaldırır və təbiətdəki hadisələr arasında kəskin sərhəddin olmadığı kimi təbiət hadisələrinin nəzəri təsviri arasında da kəskin fərqin olmadığını bir daha nümayiş etdirir. Kvant mexanikası klassik Nyuton mexanikasını nə ləğv etmir nə də əvəz etmir, sadəcə hadisələrin mikroaləm masştabına keçiddə sərhəd halını təsvir edir.

Yüklə 19,45 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin