Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri



Yüklə 6,82 Mb.
Pdf görüntüsü
səhifə13/88
tarix26.02.2017
ölçüsü6,82 Mb.
#9795
1   ...   9   10   11   12   13   14   15   16   ...   88

 

 

 

 

 

 

 

 

 

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

79

 

 



 

 

Cavid Əsədov 



Azərbaycan multikulturalizmi kafedrası, stajor/müəllim 

javid.ali.asad@gmail.com 

 

 

MÜSTƏQİLLİK İLLƏRİNDƏ AZƏRBAYCANDA RUS DİLİNİN 



İNKİŞAFINA DÖVLƏT QAYĞISI 

 

Açar  sözləri:  Rus  dili,  Azərbaycanda  rus  dili,  Azərbaycanda  rus  dilinin  müasir  vəziyyəti, 

Azərbaycanda rus dilinə dövlət qayğısı, multikulturalizm.  



Key  words:  the  Russian  language,  the  Russian  language  in  Azerbaijan,  the  modern  state  of 

the  Russian  language  in  Azerbaijan,  the  state  support  of  the  Russian  language  in  Azerbaijan, 

multiculturalism. 

 

Azərbaycanda  müstəqillik  illərində  rus  dilinin  inkişafına  dövlət  qayğısından  söz  açmazdan 

əvvəl  bu  dilin  ölkə  ərazisində  yayılmasına  və  müxtəlif  tarixi  dövrlərdə  bu  dilə  olan  münasibətə 

ümumi  nəzər  salmaq,  müasir  dövrlə  müqayisə  aparmaq  üçün  daha  məqsədə  uyğun  olardı.  Rus 

dilinin  Azərbaycan  ərazisində  yayılma  tarixinə  ümumi  nəzər  saldıqda  görürük  ki,  bu  dönəm 

təqribən iki əsrlik bir dövrü əhatə edir. Regionda baş verən məlum tarixi hadisələrin nəticəsi olaraq 

rus dili bu torpaqlarda XIX əsrin əvvəllərindən yayılmağa başlayıb. İlk olaraq 1830-cu illərdə Bakı, 

Şamaxı, Şuşa, Gəncə, Naxçıvan və sonralar Quba, Ordubad və Zaqatalada rus dilli məktəblər açılıb. 

Rus  dilinin  Azərbaycan  ərazisində  yayılmasının  ilk  dövrlərindən  1880-ci  illərə  kimi  xalq  arasında 

bu dilə maraq o qədər də güclü deyildi. Lakin bu da danılmaz bir faktdır ki, qeyd olunan dövrdə çar 

hökuməti heç də dünyəvi məktəblərin açılmasında və xalqın maariflənməsində maraqlı deyildi. Bu 

isə dil siyasətində özünü göstərirdi. Çünki bu dövrdə rus dili  Azərbaycanı öz müstəmləkəsi altında 

saxlayan  bir  xalqın  dili  olmaqdan  başqa  həm  də  elm  və  maarif    mütərəqqi  ideyaların  dili  idi.  Bu 

dilin yayılması, özü ilə birgə bu cür mütərəqqi maarifçilik ideyalarını yayması çar Rusiyasına sərf 

etmirdi.  “Rus  təhsil  müəssisələrinin  ləng  artımı  çar  hökumətində  kütləvi  xalq  təhsilinə  marağın 

olmaması  ilə  bağlı  idi”  [3,  s.  140].  Burada  onu  da  qeyd  etmək  lazımdır  ki,  məsələ  təhsilin  hansı 

dildə  verilməsində  deyil,  ümumiyyətlə  təhsil  almaqda  idi.  Çar  Rusiyası  üçün  avam  kütləni  idarə 

etmək  daha  əlverişli  idi.  Məhz  buna  görə  hakim  dairələr  nəsihətçilik  fikirlərindən  uzağa  gedə 

bilməyən  orta  əsrlər  ideologiyasına  uyğun  təhsilinin  verilməsində  maraqlı  idilər.  Lakin  eyni 

zamanda yerli əhali içərisində rus dilli məmurların azlığı, çar Rusiyasını bu dildə məktəblər açmağa 

vadar etdi.  

“Çarizmin  Azərbaycandakı  məktəb  siyasəti  ona  məxsus  bütün  mənfi  xüsusiyyətləri  ilə 

birlikdə  Rusiyanın  milli  müstəmləkə  siyasətinin  bir  hissəsi  idi.  Bununla  o,  obyektiv  olaraq, 

gələcəkdə Azərbaycan əhalisinin yeni, mütərəqqi yolla təhsil alması üçün zəmin hazırladı. Bu dövr 

Azərbaycan xalqının maarifçilik tarixində ibtidai rus məktəblərinin təşkili ilə yanaşı, ənənəvi təhsil 

formalarının  inkişafı  ilə  xarakterizə  olunur”  [3,  s.  136].  Bu  dövrdə  eyni  zamanda  Azərbaycan 

mütəfəkkirləri  tərəfindən  rus  dilində ilk  dəfə  olaraq  elmi  və  bədii  ədəbiyyat  yazılmağa  başlanmış, 

eyni  zamanda  1894-cü  ildə  Bakıda    ilk  kütləvi  milli  qiraətxana  açılmış  ki,  burada  da  rus  dilli 

ədəbiyyat üstünlük təşkil edirdi. XX əsrin 80-90-cı illərdə Bakıda "Kaspi", "Bakinskiye izvestiya", 

"Baku"  və  başqa  rusdilli  qəzetlər  nəşr  olunurdu.  Yuxarıda  qeyd  etdiklərimizdən  görünür  ki, 

ümumilikdə  XIX  əsr  Azərbaycan  ərazisində  bütün  müsbət  və  mənfi  keyfiyyətləri  ilə  birlikdə  rus 

dilinin yayılma və təşəkkül tapma dönəmi kimi qiymətləndirilə bilər.  

Müasir Azərbaycanın ilk müstəqil dövlətçilik nümunəsi olan Azərbaycan Xalq Cümhuriyyəti 

Cəlil  Məmmədquluzadə  kimi  mütəfəkkirlərin  ictimai  düşüncə  və  mübarizə  forması  olan 

azərbaycançılıq ideologiyası üzərində qurulmuşdu. Bu dövrdə  Çar Rusiyasının müstəmləkəsindən 

yenicə  azad  olmuş  gənc  dövlətdə  azərbaycanlılar  və  Azərbaycan  ərazində  yaşayan  digər  xalqlar 

arasında artıq kütləvi şəkildə yayılmış rus dilinə qarşı münasibət mənfi deyildi. Çoxmədəniyyətlilik 

dəyərləri  ilə  zəngin  olan  xalqımız  müasir  tarixində  iki  dəfə  rus  idarəçiliyindən  müstəqillik  əldə 

etdikdən  sonra  heç  vaxt  rus  mədəniyyətinə,  dilinə  və  xalqına  qarşı  nifrət  nümayiş  etdirməmişdir. 

AXC – dövründə “şagirdlər orta məktəblərin beşinci sinfindən başlayaraq tədris müəssisəni bitirənə 



 

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

80

 

 



 

 

qədər  rus  dilində  oxuyur,  Azərbaycan  türk  dilini  isə  məcburi  fənn  kimi  öyrənirdilər”  [4,  s.  524], 



eyni  zamanda  dövlət  dili  elan  olunmuş  Azərbaycan  dilini  bilməyən  məmurlara  dövlət  dilini 

öyrənənə kimi rus dilindən istifadə etməyə icazə verilirdi.  

Sovet  hakimiyyəti  illərində  Azərbaycanda  rus  dilinin  mövqeyinə  və  roluna  nəzər  salanda 

görürük  ki:  “Sovet  dövründə  Azərbaycanda  milli-rus  bilinqvizmi  praktik  olaraq  artıq  tam  həyata 

keçirilmişdi.  Bu  heç  bir  digər  Sovet  İttifaqı  ölkəsinin  paytaxtında  olmadığı  kimi  Bakı  şəhərində 

özünü  parlaq  şəkildə  büruzə  edirdi”  [7,  s.  11].  XX  əsrin  ortalarında  rus  dilinin  Azərbaycanda 

xüsusilə  Bakıda  üstünlük  təşkil  etməsi  ona  gətirib  çıxardı  ki,  rus  olmayan  əhalinin  çox  hissəsi  bu 

dili  ana  dili  kimi  qəbul  etdi.  Bunların  sırasında  azərbaycanlılarla  yanaşı,  ermənilər,  yəhudilər  və 

digər çoxsaylı millətlərin nümayəndələri də var idi. Məişətdə rus dilini ana dili kimi qəbul edən, rus 

olamayan,  digər  millətləri  “rusdilli  azərbaycanlılar”  və  ya  sadəcə  “rusdillilər”  deyə  adlandırmağa 

başladılar. Məhz bu səbəbdən XX əsrin 70-ci illərdə 57,5 min azərbaycanlı (əhalinin 1,3 %-i) rus 

dilini öz ana dili adlandırırdı.  

Müstəqillik  illərində  Azərbaycanda  rus  dilinin  inkişafina  dövlət  qayğısından  söz  açanda,  ilk 

öncə onu qeyd etmək lazımdır ki, Azərbaycan ərazisində yaşayan digər etnik və milli azlıqların dili 

kimi  rus dili  də, rəsmi dövlət  statusuna malik  deyil.  Lakin  bu heç də  rus dilinin və  Azərbaycanda 

yaşayan  digər  xalqların  dillərinin  dövlət  tərəfindən  qorunmaması  kimi  yanlış  bir  şəkildə  başa 

düşülməməlidir. Belə ki,  Azərbaycan Respuplikasının konstitusiyasının “Dövlət dili” haqqında 21-

ci  maddəsinin  II  bəndində  deyilir:  “Azərbaycan  Respublikası  əhalinin  danışdığı  başqa  dillərin 

sərbəst  işlədilməsi  və  inkişafını  təmin  edir”  [2,  s.  9].  Eyni  zamanda,  Azərbaycan  Respublikasının 

Konstitusiyasının “Ana dilindən istifadə hüququ” haqqında  45-ci  Maddəsinin  I və  II bəndlərində 

deyilir:  “Hər  kəsin  ana  dilindən  istifadə  etmək  hüququ  vardır.  Hər  kəsin  istədiyi  dildə  tərbiyə  və 

təhsil almaq, yaradıcılıqla məşğul olmaq hüququ vardır. Heç kəs ana dilindən istifadə hüququndan 

məhrum  edilə  bilməz”  [2,  s.17].  Azərbaycan  Respublikasının  Konstitusiyasına  əsaslanaraq,  tam 

əminliklə  demək  olar  ki,  müstəqil  Azərbaycan  Respublikasında  digər  dillərin  sərbəst  şəkildə  öz 

mövcudluğunu  qoruyub  saxlaması,  yayılması  və  eyni  zamanda  inkişafı  üçün  bu  gün  qanun 

çərçivəsində tam dövlət qayğısı həyata keçirilir.  

1991-ci  ildə bu və ya digər formada Rusiya Federasiyası və rus dili ilə sıx bağlı olan təqribən 

iki  əsrlik  tarixi dövr bitəndən sonra Azərbaycanda rus dilinin mövcudluğunu qoruyub saxlamasını 

bir neçə aspektdən dəyərləndirmək olar: 

Bu  dil  Azərbaycanda  yaşayan  milli  azlıq  təşkil  edən  rus  xalqının  ana  dili  kimi  öz 

mövcudluğunu qoruyub saxlayır, yayılır və inkişaf edir;  

Bu dildə təhsil alan azərbaycanlıların və Azərbaycan ərazisində daimi yaşayan digər xalqların, 

təhsil və elm dili kimi, elmi və ictimai mühitdə özünüifadə vasitəsi kimi mövcuddur. Bu şəkildə rus 

dilini millətlərarası ünsiyyət vasitəsi kimi də qiymətləndirmək olar;   

Azərbaycanda  rus  dili  bu  dili  bilən  hər  kəs  üçün  beynəlxalq  ünsiyyət  dili  kimi  varlığını 

qoruyub  saxlayır.  Bundan  başqa  bu  dil  post-sovet  ölkələrinin  vətəndaşları  üçün  həm  Azərbaycan 

ərazisində həmdə digər post-sovet dövlətlərində əvəzsiz ünsiyyət vasitəsi kimi çıxış edir.  

Bu  baxımdan  rus  dili  Cənubi  Qafqaz  regionunda  və  post-sovet  məkanında  Beynəlxalq  dil 

statusunu daim qoruyub saxlayır. Eyni zamanda BMT, UNESCO, MAQATE-nin və bir çox digər 

nüfuzlu  beynəlxalq  təşkilatların  rəsmi  dillərindən  biri  də  rus  dilidir.  Bütün  bunlar  bu  dilin  bizim 

üçün əhəmiyyətini daha da artırır.  

Rus  dilinin  daha  bir  əvəzsiz  rolu  ondan  ibarətdir  ki,  bu  dildə  yazıb  yaradan  Puşkin,  Qoqol, 

Dostoyevski, Turgenev, Tolstoy, Çexov və. s. yazıçıların yaradıcılığı sözün əsl mənasında təkcə rus 

mədəniyyətinin deyil dünya mədəniyyətinin inciləri hesab olunur. Bu baxımdan Azərbaycanın qeyri 

rus əhalisi üçün bu dili bilmək, və böyük mədəni sərvətləri ilkin mənbədən oxumaq heç vaxt zərərli 

olmayıb,  ola  da  bilməz. Burada  ümummillli  liderimiz  Heydər  Əliyevin  məşhur  bir  kəlamını  yada 

salmaq  yerinə  düşür:  “...Mən  arzu  edərdim  ki,  Azərbaycan  gənci  Şekspiri  ingilis  dilində  oxusun, 

Puşkini rus dilində oxusun, Nizamini, Füzulini, Nəsimini isə Azərbaycan dilində oxusun" [8].  

Belə  müdrik  kəlamlar  artıq  Müstəqil  Azərbaycanın  dil  siyasətinin  ideoloji  əsasını  təşkil 

edərək,  bütün  dillərə  və  xalqlara,  onların  mədəniyyətinə  dərin  hörməti  özündə  əks  etdirir  desək 

yanılmarıq.  Məhz  bu  siyasi  kursun  davamı  olaraq  rus  dilinə  dövlət  qayğısının  ən  bariz  nümunəsi 

“Azərbaycan  Respublikasında  təhsil  sisteminin  təkmilləşdirilməsi  haqqında”  Prezident  Heydər 



 

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

81

 

 



 

 

Əliyevin  2000-ci  il  13  iyun  tarixli  Fərmanı  ilə  əlaqədardır.  Fərmanın  12-ci  bəndində  deyilir: 



“Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunun profili genişləndirilməklə “Bakı Slavyan 

Universiteti” yaradılsın” [1]. 

Bakı  Slavyan  Universitetinin  yaradılmasını  ümumilikdə  Slavyan  xalqların  dillərinə, 

mədəniyyətlərinə  dərin  hörmət  və  ehtiramla  yanaşı,  bu  dillərin  Azərbaycan  ərazisində  inkişaf 

etməsinə ən  yüksək dövlət  qayğısı kimi  qiymətləndiririk. Bu qayğı  və  diqqət  yalnız Bakı  Slavyan 

Universiteti ilə yekunlaşmır. Demək olar ki Azərbaycanın bütün dövlət Ali Təhsil Müəssisələrində 

rus bölmələri fəaliyyət göstərir ki, buda öz növbəsində Azərbaycanda yaşayan rusların və təhsil dili 

rus  dili  olan  digər  millətlərin  istəklərinə  uyğun  istənilən  ixtisas  üzrə  ali  təhsil  almalarına  şərait 

yaradır.  

Orta təhsil sistemində isə rəsmi statistikaya belə müraciət etmədən, istənilən kənd, qəsəbə və 

şəhərə nəzər salsaq rus dillində təhsil verən məktəbə rast gəlmiş olarıq. Lakin “Bu gün Azərbaycan 

məktəbi qarşısına tamamilə bilinqvizm mühiti yaratmağı məqsəd olaraq qoymur, bu sosial sifarişlə 

bağlıdır,  bu  gün  isə  belə  bir  sifariş  yoxdur”  [7,  s.  11].  Rus  dili  azərbaycanlılar  üçün  real  şəkildə 

xarici dil olaraq qəbul olunur və rəsmi şəkildə “ikinci ana dil”, “ikinci dövlət dili” statusunda deyil, 

mehriban dostluq və qardaşlıq mühitində Azərbaycanda yaşayan rusların ana dili, azərbaycanlıların 

bir  çoxunun  mükəmməl  bildiyi  xarici  dil,  millətlərarası  ünsiyyət  vasitəsi  və  post-sovet  ölkələri 

arasında beynəlxalq ünsiyyət dili kimi beynəlxalq dil rolunu oynayır. Ali və orta təhsil sistemində 

və  ümumilikdə  cəmiyyətdə  rus  dilinə  dövlət  qayğısından  danışanda  hal-hazırda  ölkə  ərazisində 

fəaliyyət  göstərən  bir  neçə  rus  mədəniyyət  mərkəzini,  çoxsaylı  rusdilli  kitabxanaları,  Ali  və  orta 

təhsil  müəssisələrini,  teatrları,  KİV-ləri  misal  gətirməklə  siyahını  yetərincə  böyütmək  olar. 

Cəmiyyətdə  bütün  bu  proseslərin  sağlam  şəkildə  həyata  keçməsinə,  təbii  ki,  dövlət  şərait  yaradır. 

Müstəqil Azərbaycan dövlətinin bu istiqamətdə addımlarını ölkə ərazisində yaşayan digər xalqların 

dilinə  və  eyni  zamanda  rus  dilinə  olan  müsbət  münasibətini  dövlətin  ən  böyük  qayğısı  kimi 

qiymətləndirmək olar.  

Digər post-sovet ölkələri ilə müqayisə etdikdə görürük ki, Azərbaycanda rus dilinin mövqeyi 

heç də digər ölkələrdən geri qalmır. Bu faktın canlı şahidi olmaqla yanaşı eyni zamanda nüfuzlu rus 

dilli  mənbələrdə  də  bunun  təsdiqini  tapa  bilirik,  “Bizim  fikrimizcə,  Azərbaycanda,  Belarusiyada, 

Qırğızıstanda və Moldovada yaxın gələcəkdə rusdilli əhalinin kütləvi şəkildə azalacağı gözlənilmir. 

Əksinə Ermənistan, Gürcüstan, Qazaxıstan, Tacikistan və Ukraynada rus dilinin mövqeyinin ciddi 

şəkildə azalacağını proqnoz etmək olar” [5].  

Bu gün Azərbaycan Respublikası multikulturalizmi dövlət siyasətinin tərkib hissəsinə çevirib. 

Bildiyimiz kimi 11 yanvar 2016-cı il tarixində, Azərbaycan Respublikasında Prezident cənab İlham 

Əliyev  tərəfindən  2016-cı  ilin  “Multikulturalizm  ili”  elan  edilməsi  haqqında  sərəncam 

imzalanmışdır.  Cəmiyyətdə  baş  verən  sosial  hadisələrin  dövlət  tərəfindən  dövlət  siyasəti 

səviyyəsində  dəstəklənməsi  Azərbaycan  ərazisində  yaşayan  bütün  etnik  və  milli  azlıqların 

nümayəndələrinə  olduğunu  kimi  ölkədə  etnik  azlıq  təşkil  edən  ruslara  qarşı  və  eyni  zamanda  bu 

xalqın dilinə və mədəniyyətinə qarşı dövlət qayğısının çoxsaylı nümunələrindən biridir. 2009-cu ilin 

siyahıya alınmasına görə Azərbaycanda rusların sayı 119.3 min nəfərdir, buda ümumi əhalinin 1,3% 

təşkil edir. Azərbaycan əhalisinin rus olmayan nümayəndələrinin rus dilindən istifadə etməsi sosial 

sifarişlə  bağlıdır  və  cəmiyyət  tərəfindən  tənzimlənir,  tələbat  olduqca  bu  dildən  hər  kəsin  istifadə 

edəcəyi  təbiidir.  Lakin  multikultural  dəyərlərlə  zəngin  olan  ölkəmizdə  rus  dilinin  burada  yaşayan 

rusların ana dili olaraq daim qorunub və inkişafına şərait yaradılacağına tam əminik.  



 

Ədəbiyyat: 

1.  Azərbaycan  Respublikasında  təhsil  sisteminin  təkmilləşdirilməsi  haqqında  Azərbaycan 

Respublikası Prezidentinin fərmanı // http://www.e-qanun.az/framework/767. 

2. Azərbaycan Respublikasının Konstitusiyası. Bakı, Qanun, 2009. 68 s.  

3. Azərbaycan tarixi. 7 cilddə, IV cild, Bakı, Elm, 2007. 504 səh. 

4. Azərbaycan tarixi. 7 cilddə, V cild, Bakı, Elm, 2007. 696 s. 

5.  А.  Е.  Пьянов.  Статус  русского  языка  в  странах  СНГ  //  Вестник  Кемеровского 

государственного  университета.  -  Кемерово,  2011.  -  №  3  (47).  -  С.  55-59  // 

http://www.philology.ru/linguistics2/pyanov-11.htm 



 

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

82

 

 



 

 

6.  Александр  Караваев.  Русская  речь  и  культура  в  странах  СНГ  (на  примере 



Азербайджана): исследование фонда «Наследие Евразии» // Информационно-Аналитический 

Центр, 2008 // http://www.fundeh.org/about/articles/40/ 

7.  Русский  язык  в  Азербайджане  (история,  современность,  перспективы)  /  научно-

публицистические очерки / - Издательско-полиграфический цент «Kitab aləmi”, Баку – 2005, 

550 с. 

8. http://istiqlal.az/news/10473.html 



Javid Asadov 

Summary   

The  article  is  devoted  to  the  state  support  of  the  Russian  language  in  Azerbaijan  during  its 

years  of  independence.  The  article  informs  about  the    general  spread  of  the  Russian  language  in 

Azerbaijan. It also allows us to make conclusions about the role of the Russian language in modern 

Azerbaijan and view examples of state support in this direction 



 

 

 

 

 

 

 

 

Nəzirə Şalbuzova, dissertant 

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu, kiçik elmi işçi 

nezreshalbuzova@gmail.com 



 

QRIZ DİLİNDƏ ALBAN İZLƏRİ 

 

Açar sözlər: Albaniya, qrız dili, qrız soyları, toponimlər 

Key words: Albania, Griz language, Griz families, toponims 

 

Müxtəlif  tarixi  dövrlərdən  Azərbaycanda  məskun  olan  və  müxtəlif  dil  ailələrinə  mənsub 

Azərbaycan  etnoslarının  tarixi,  folkloru,  xüsusilə  də?  dilləri  hər  zaman  mütəxəssislərin  maraq 

dairəsində  olmuşdur.  Azərbaycanda  qeydə  alınan  bir  sıra  etnoslar  nadir  etnoslardan  hesab  olunur. 

Bunlardan  xınalıqlar,  buduqlar,  qrızlar,  hapıtlar  və  ceklərin  adını  çəkmək  olar.  Həmin  etnosların  

tarixi,  etnoqrafik,  həmçinin  dil  xüsusiyyətlərinin  öyrənilməsi,  onların  etnik  təşəkkülünə  gətirib 

çıxarmış  səbəblərinin  araşdırılması  Azərbaycan  etnologiya  elminin  qarşısında  duran  mühüm 

vəzifələrdəndir.    Eyni  coğrafi  ərazidə  mövcud  olan  bu  etnosların  hər  biri  Qafqaz  Albaniyasında 

məskunlaşan qədim alban tayfalarının varisləridir.  

Alban  etnosu  və  Albaniyada  26  dildə  danışan  tayfalar  haqqında  Arrian,  Strabon  kimi  antik 

müəlliflər məlumat vermişlər. Antik mənbələrdən məlum olduğu kimi alban etnonimi  Albaniyanın 

aparıcı  etnosu  olmaqla  bərabər  bu  ölkədə  məskun  olan  tayfaların  ümumi  adı  kimi  də  işlənirdi. 

Mənbələrdən  həmçinin  məlum  olur  ki,  bu  tayfalardan  hər  birinin  konkret  etnik  adı  da  olmuşdur. 

Albaniyada  yaşayan  belə  tayfalardan    udi,  qarqar,  maq,  kaspi,  gel,  leq,  hər,  qat  və  s.  tayfaların 

adlarını çəkmək olar.  

Bu  alban  tayfalarından  biri  də  qrızlardır.  Tarixçi-etnoqraf  Qiyasəddin  Qeybullayevə  görə 

xalqın  təşəkkülü  tarix  boyu  davam  etmiş  arasıkəsilməz  etnik  prosesin  nəticəsidir.  Hər  bir  etnik 

proses  ayrı-ayrı  etnik  komponentlərin  –  etnosların  hissələrinin  əhəmiyyətli,  zəruri  dəyişməsi,  yeni 

etnik adda etnosların yaranması prosesidir [4, s. 15]. Quba rayonu  ərazisində Babadağ, Tufandağ, 

Şahdağın  ətəklərində  yerləşən  Qrız,  Buduq  və  Xınalıq  kəndləri  və  orada  yaşayan  etnoslar  da 

Azərbaycan xalqının tərkib hissəsi kimi uzun və tarixi bir yol keçmişlər. Şahdağ etnik qrupuna aid 

edilən bu etnoslar, o cümlədən də, qrızlar müəyyən tarixi zaman içərisində bir çox etnik proseslər 

nəticəsində müəyyən mərhələlərdən keçmişlər. Bir sıra tarixi hadisələr və yerdəyişmələr nəticəsində 

bəzi dəyişikliklərə uğrayaraq keçmiş etnik adları hazırkı etnik adı ilə əvəzlənmişdir. Bir sıra tarixi-



 

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

83

 

 



 

 

etnoqrafik araşdırmalar xınalıq, qrız, buduqların əslində Qafqaz Albaniyasında məskun olan hər, qat 



tayfalarının varisləri olduğunu təsdiq etmişdir [7, s.10].  

Hər,  qat,  gel  kimi  tayfalar  Azərbaycanda  hal-hazırda  yaşayan  etnoslar  udinlər,  ingiloylar, 

xınalıqlar, qrızlar, buduqlar kimi tayfaların əcdadlarıdır.

 

 



Diqqət  etsək  görərik  ki,  hazırda  da  Şahdağ  etnik  qrupuna  daxil  olan  etnosların  özlərinə 

verdikləri ad ilə, ətraf bölgələrin onlara verdiyi ad arasında fərq vardır. Buna səbəb həmin etnosların 

etnik proses nəticəsində müəyyən mərhələdən keçərək başqa adla tanınmasıdır. Məsələn: Xınalıqlar 

öz kəndlərini “Ketiş”, özlərini “kəttid”, əliklilər, qrızlılar isə özlərini hər, öz kəndlərini qqərəzər, öz 

dillərini  qqərəzar  (qrızlılar),  xınalıqlılar  isə    onları  xoddad  (xoddud)  adlandırırlar.  Buduqlar  isə 

qrızlıları    qerad/qerez,  adlandırırlar  ki,  bu  da  “herlərin/qerezlərin  yeri”  deməkdir  [1,  s.  180]. 

Bununla da qrızlıların alban tayfalarından olan hərlərin varisləri olması bir daha aydınlaşır. Belə ki, 

Albaniya ölkəsində yaşadıqlarına görə  alban adı altında ümumiləşdirilən bu etnosların  hər birinin 

konkret  etnik  adı,  özünü  adlandırması  olmuşdur.

  Ümumi  olaraq  tədqiqatlar  təsdiq  etmişdir  ki, 

Qafqaz  Albaniyasının  Alazan  və  İori  çayları  vadisində  məskun  olan  qədim  hər  və  qat  tayfaları 

Azərbaycanın şimal-qərbini tərk edib Qafqaz aşırımlarından keçərək, Azərbaycanın şimal-şərqində 

məskunlaşmışlar [7, s. 10].  Beləliklə, qrız etnosu qədim zamanlarda əvvəlcə Azərbaycanın şimal-

qərbində  yaşamış, daha sonra Azərbaycanın şimal-şərqində Quba bölgəsində məskunlaşmışlar.  

Qrızlar  və    qrız  etnosuna  daxil  edilən  hapıtlar  və  ceklər  hazırda  da  öz  spesifikliyini,  etnik 

ənənələrini, ən əsası isə dillərini qoruyub saxlaya bilmişlər.  

Şahdağ etnik qrupuna daxil olan etnik qruplar ümumilikdə Qafqaz dil  qrupuna aid edilsə də, 

onların hər birinin ayrıca dil və dil xüsusiyyətləri var. Əlbəttə hər bir xalqın dilinin zənginliyi onun 

tarixinin qədimliyini göstərir. Şahdağ etnik qrupuna daxil olan etnik qruplar, eləcə də, qrız dili bu 

baxımdan öz dillərində həm adət-ənənələrini, həm tarixini, həm də dünyagörüşünü qoruyub saxlaya 

bilmişdir. 

 Qrız  dili  də  əsrlərdən  bəri  qorunub  qalmış  qədim  dillərdən  biridir.  Onun  hapıt,  cek,  əlik, 

yerguc kimi dialektləri var. Qrız, Yergüc, Cek, Haput, Əlik, Buduq dilləri bir dairənin dilləri hesab 

olunur. Müəyyən fərqlər nəzərə alınmasa demək olar ki, bu xalqlar bir-birinin dilini başa düşürlər. 

Qrız,  Yergüc,  Çək,  Haput,  Əlik  dillərinin  leksikası,  morfologiyası,  sintaksisi,  xüsusən  sonsuzluğa 

qədər əşyaların cinsini bildirmək üçün meyar olan say sistemi, qohumluq bildirən sözlər demək olar 

ki, eynidir [8, s. 14].  

Dilin formalaşması çox uzun bir prosesdir, yaranması uzun bir vaxt alır, lakin tez bir vaxtda 

zamanla unudulur. Mədəni irsimiz sayılan etnik qrupların dillərini unutmamaq üçün əslində hər bir 

etnik qrupun lüğətinin hazırlanmasına ehtiyac vardır. Qrız dili 2000 ildir ki şifahi yaşayır. Yazısız, 

lüğətsiz və kitabsız olaraq şifahi formada nəsildən nəsilə, atadan oğula ötürülməkdədir.  

Qrız dili zəngin, eyni zamanda öyrənilməsi çətin, mürəkkəb bir dil hesab edilir. Bu dildə hər 

bir  sözün  öz  mənası  var,  yəni  hər  bir  söz    özünəməxsus  şəkildə  ifadə  olunur.  Bu  fikrimizi  qrız 

dilində  işlədilən  bəzi  sözlərdən  misal  gətirərək  əsaslandıra  bilərik.  Nümunə  olaraq  “daş”  və  ya 

“pişik” sözünu götürək.  Bu kəlmələr qrız  dilində iki cür ifadə olunur. Belə ki,  emal olunan daşa, 

məsələn,  dəyirman  daşına,  –  “xud”,  yola  tökülən  daşa  və  ya  qaya  daşına  isə  “dahar”  deyilir.  Daş 

yol- “dahara rıx”,  dəyirman daşı isə “hüv xud” kimi ifadə olunur. Burada haşiyə çıxaraq bildirmək 

istəyirəm  ki,  qrızlarda  “Laçın  beli”  adlanan  dağda  iki  qoşa  daş  var.  Bu  daşlar  qrız  dilində 

“kokrudahara”  yəni  çağırış  daşları  adlanır.  Qrız  dilində  kokru  çağırış,  dahar  isə  daş  deməkdir. 

Qrızlar bu daşların  hündürünə “xeyir daşı”, alçağına isə “şər daşı” deyirlər. Xalq arasındakı qədim 

ənənəyə  görə,  həmçinin  keçmişdə  gediş-gəliş  çətin  olduğuna  görə  Qrız  kəndinin  əhalisi  qonşu 

kəndləri  toya  dəvət  etmək  istəyən  zaman  kənd  adamı  hündür  daşın  üzərinə,  yasa  dəvət  etmək 

istəyən zaman isə alçaq daşın üzərinə çıxarmış.  

Qrız dilində çöl pişiyinə (vəhşi pişiyə) “peğu”, ev pişiyinə isə “kəc” deyilir. Bu cür misalların 

sayını  artırmaq  olar.  Buradan  belə  nəticəyə  gəlmək  olar  ki,  qrız  dili  çox  zəngin  dildir  və  hər  bir 

sözün özünün ayrıca ifadə forması  mövcuddur.  

Ümumiyyətlə,  Azərbaycan  dialekt  və  şivələrində  assimilyasiya,  dissimilyasiya,  səsartımı, 

səsdüşümü, söz ortasında və  ya əvvəlində samitlərin qoşalaşması və s. kimi hadisələrlə rastlaşırıq. 

Məmmədağa  Şirəliyevin  fikirlərinə  əsasən  də,  deyə  bilərik  ki,  fonetik  fərqlər  qrammatik,  hətta 

leksik fərqlərdən də üstünlük təşkil edir [6, s. 24].  



 

Yüklə 6,82 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin