Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri



Yüklə 6,82 Mb.
Pdf görüntüsü
səhifə9/88
tarix26.02.2017
ölçüsü6,82 Mb.
#9795
1   ...   5   6   7   8   9   10   11   12   ...   88

 

 

 

 

 

 

 

Rasim Arif oğlu Heydərov, filologiya üzrə fəlsəfə doktoru, dosent 

AMEA Nəsimi adına Dilçilik İnstitutu, Monitorinq şöbəsinin aparıcı elmi işçisi 

dr.rasimheydarov@mail.ru 



 

TALIŞ DİLİNDƏ SÖZ SIRASI 

 

Açar sözlər: talış dili, söz sırası, sintaksis, hind-Avropa dilləri, İran dilləri 

Key words: Talysh language, word order, syntax, Indo-European languages, Persian 

languages 



 

Talış dili İran dilləri qrupunun şimal-qərbi İran dil yarımqrupuna daxil olan dillərdən biridir. 

Əsasən, Azərbaycanın cənubunda və İran ərazisində yaşayan xalqlardan biri olan talışların dili ilə 

bağlı  müəyyən  tədqiqat  işləri  olsa  da,  xüsusən  də  bu  dilin  sintaksisi  ayrıca  tədqiqat  obyekti 

olmamışdır.  Azərbaycan  müstəqillik  əldə  edildikdən  sonra  bir  çox  sahələrdə  olduğu  kimi,  talış 

dilinin tədqiqi ilə bağlı da müəyyən işlər görüldü, talış dili orta məktəblərdə tədris olunur, bu dildə 

qəzet və internet  səhifələri mövcuddur.  Lakin  bu dilin  yazılı  ədəbi  formasının formalaşmaması  bu 

sahədə  problemlərin  olması  ilə  nəticələnir.  Ziyalılar  arasında,  ədəbi  dilə  münasibətdə  iki  fikir 

mövcuddur.  Onların  bir  qismi  ədəbi  dilin  xalq  danışıq  dili  əsasında,  digər  bir  qismi  isə  “süni” 

şəkildə  formalaşdırmağın  lehinə  fikirlər  söyləyir.  Bu  məsələ  özünü  söz  sırasına  münasibətdə  də 

göstərir.  Belə  ki,  bəziləri  belə  bir  qənaətə  gəliblər  ki,  talış  dilində  cümlə  əvvəllər  CVO  –  yəni 

“Mübtəda, xəbər, ikinci dərəcəli üzvlər” konstruksiyasında olmuş sonradan isə digər dillərinin təsiri 

ilə  bu  COV  –  yəni  “Mübtəda,  ikinci  dərəcəli  üzvlər,  xəbər”  konstruksiyasına  keçmişdir.  Bu 

səbəbdən  də  həmin  qismə  aid  insanlar  öz  yazılarında  və  çap  əsərlərində  cümlə  quruluşunda 

müəyyən  dəyişikliklər  edərək  xəbəri  mübtədadan  sonra  işlədir  və  CVO  konstruksiyasını  tətbiq 

etməyə  çalışırlar.  Buna  şərait  yaradan  səbəblərdən  biri,  artıq  qeyd  etdiyimiz  kimi,  talış  dili 

sintaksisinin demək olar ki, tədqiq olunmamasıdır. 

Dil faktlarına diqqət etdikdə müasir talış dilində biz daha çox  COV – yəni “Mübtəda, ikinci 

dərəcəli  üzvlər,  xəbər”  ardıcıllığının  şahidi  oluruq.  Məsələn:  Kəçəl  rəyrə  tumə  qəvış  okarde,  çı 

vəziri çanqı-poş dəbaste. – Keçəl tez torbanın ağzını açdı, vəzirin əl-qolunu bağladı (1, s.90); Qədə 

Yusif bımon təmşo kardedəbe – Kiçik Yusif bunlara tamaşa edirdi (1, s.67); Ə qılə manqədə puli 

bə  nəşriyati  hisob  dəbəvordınem  –  O  biri  ay  pulu  nəşriyyatın  hesabına  köçürəcəyəm  (2,  s.65);  İ 

mıddət dəvardə bəpeştə, bə çımı kə zanq be – Bir müddət keçəndən sonra mənim evimə zəng oldu 

(2,  s.140).  Verilən  nümunələrdən  də  göründüyü  kimi  xəbər  cümlənin  sonunda  işlənir.  Belə  ki, 

“Nağıllar” kitabından verilən ilk iki cümlədə işlənən okarde (açmaq), dəbaste (bağlamaq), təmşo 

kardedəbe (tamaşa edirdim), S.Əsədullayevin  “Oğru  – Novator” kitabından götürülmüş sonrakı 

iki  cümlədə  dəbəvordınem  (köçürəcəyəm),  be  (oldu)  feilləri  cümləni  tamamlayır  və  xəbər 

cümlənin sonunda işlənir. Lakin bu heç də o demək deyildir ki, talış dilində cümlə yalnız xəbərlə 

tamamlanır.  Heç  şübhəsiz,  məntiqi  vurğunun  tələbi  ilə  bəzən  cümlədə  ikinci  dərəcəli  üzvlər 

xəbərdən sonra işlənə bilər. Məsələn, Xəbəş do ki, omə beşə bə Boku – Xəbər verdi ki, gəlib çıxıb 

Bakıya (2, s.140); Ve çoka şebən ım komandirovka – Çox yaxşı şey imiş bu ezamiyyət (2, s.102). 



 

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

54

 

 



 

 

Göründüyü kimi, verilən nümunələrdə cümləni heç də xəbər tamamlamır. Amma qeyd olunmalıdır 



ki, bu yalnız nitqin tələbi ilə bağlı olan haldır. 

Talış  dili  ilə  bağlı  XX  əsrin  əvvəllərində  yazılan  mətnlərdə  də  biz  eyni  mənzərənin  şahidi 

oluruq.  Misallara  diqqət  edək:  Səməd  Vurğun  Vəkilov  1906-ci  sorədə  çı  Qazaxi  rayoni  Salahli 

diədə çı  mo bə  - Səməd Vurğun Vəkilov 1906-cı ildə Qazax rayonunun Salahlı kəndində anadan 

olub (3, s.9); Çı qıləy dırısə sıquti dılədə şedəbin – Tam bir sükut içində gedirdilər (3, s.60). 1937-ci 

ildə  orta  məktəbin  beşinci  sinifi  üçün  çap  olunmuş  “Ədəbiyyat  müntəxəbatı”  (Ədəbiyatə 

xrestomatiya)  kitabından  verilən  nümunələrdə  çı  mo  bə  və  şedəbin  sözləri  xəbərdir  və  cümləni 

qapayır.  İkinci  siniflər  üçün  hazırlanan  “Talış  dili”  kitabında  verilən  nümunələrə  baxaq: 

Zımıstonədə  həvo  sard  bedə  -  Qışda  hava  soyuq  olur  (4,  s.10);  Əlfbeyədə  əbıə  vanqənə  hərfon 

bınıvıştən – Əlifbada olan səsli hərfləri yazın (4, s.47) və s. Verilən nümunələrdə də xəbərin sonda 

işləndiyi aydın görünür. 

Müasir  talış  dili  ilə  bağlı  yazılan  orta  məktəb  dərsliklərində  də  biz  eyni  halla  rastlaşırıq. 

Misallara diqqət edək: Rujon i ruji vişə kənoədə pələnq də kıtı dimbədim omən – Günlərin bir günü 

meşə kənarında pələnglə pişik üz-üzə gəldilər (5, s.20); Sadıx dərsədə işdən bəşdə hejo qəp jedəbe – 

Sadıq dərsdə öz-özünə həmişə danışırdı (5, s.52) və s. 

  Maraqlı  cəhətlərdən  biri  də  budur  ki,  B.Millerin  toplayaraq  nəşr  etdiyi  mətnlərdə 

(“Талышские  тексты”)  söz  sırası  çox  vaxt  pozulur  və  daha  çox  CVO  –  yəni  “Mübtəda,  xəbər, 

ikinci dərəcəli üzvlər” düzülüşünə uyğun gəlir. Məsələn: Qılai tolış  omeda ba mordov leina dave 

tovsonədə  - Bir talış gəlir bataqlığa qaşış biçməyə yayda. (6, s.11); Glai axmağa merd qiniş kardə 

be ıştə ha – Bir axmaq kişi itirmişdi öz uzunqulağını (6, s.42); İ la sük nışdəbe doədə - Bir xoruz 

oturmuşdu ağacda (6, s.44) – Göründüyü kimi, bu nümunələrdə xəbər mübtədadan sonra işlənir və 

bir  çoxu  məhz  bu  cür  nümunələri  əldə  əsas  tutaraq  talış  dilinin  söz  sırasının  dilxarici  faktorlarla 

sonradan dəyişdiyini iddia edirlər. Fikrimizcə, bu mətnləri əldə əsas tutaraq, bu cür fikirləşmək heç 

də  doğru  olmazdı.  Çünki  nəzərə  almaq  lazımdır  ki,  bu  mətnlər  şifahi  danışığa  aiddir  və  şifahi 

danışıqda  söz  sırasının  pozulması  normal  haldır  və  bu  daha  çox  məntiqi  vurğu  ilə  bağlıdır.  Bu 

məsələyə bir çox dilçi alimlər diqqət yetirmiş və söz sırasının ədəbi dilə nisbətən şifahi nitqdə və 

dialektlərdə  daha  çevik  və  sərbəst  olduğunu  qeyd  etmişlər  (7,  s.178).  Digər  tərəfdən  əgər  bu  tam 

olaraq  belə  olsaydı,  heç  şübhəsiz,  B.Miller  kimi  tanınmış  bir  iranşünas  bunu  nəzərdən  qaçıra 

bilməzdi.  Və  sonuncu  ən  əsası  isə  bu  mətnlərdə  söz  sırası  yalnız  CVO  –  yəni  “Mübtəda,  xəbər, 

ikinci  dərəcəli  üzvlər”  quruluşuna  uyğun  deyil.  Bu  mətnlərdə  biz  eyni  zamanda  COV  –  yəni 

“Mübtəda,  ikinci  dərəcəli  üzvlər,  xəbər”  konstruksiyasına  da  rast  gəlirik.  Misallara  diqqət  edək: 

Hısaini  jen  boa  pata  be  –  Hüseynin  arvadı  doşab  bişirmişdi  (6,  s.20);  Podşo  glai  sıxan  vote  – 

Padşah  bir  söz  dedi  (6,  s.31).  Verilən  nümunələrdə  pata  be  (bişirmişdi)  və  vote  (dedi)  sözləri 

cümlənin feili xəbəridir və cümlənin sonunda işlənir.   

B.Miller  özü  də  bu  mətnlər  əsasında  hazırladığı  “Talış  dili”  (Талышский  язык)  kitabında 

talış  dilində  sadə  cümlədə  söz  sırasından  danışır  və  yazır:  “Cümlə  üzvlərinin  sırası  ümumi  halda 

ancaq aşağıdakı vəziyyətlərlə məhdudlaşır: 

1.  Bütün  təyinlər  və  təyin  qrupları  həmişə,  heç  bir  istisna  olmadan,  təyin  olunanadan  əvvəl 

gəlir.  Belə  ki,  biz  burada  yeni  fars  dilində  rast  gəlinən  (fars  izafəti  adlanan)  halın  tam  əksini 

görürük; 

2. Normal emosiyasız nitqdə xəbər mübtədadan sonra gəlir və cümlənin sonunda durur; 

3.  Cümlənin  istənilən  üzvü  məntiqi  vurğu  ilə  fərqləndirilə  bilər,  öz  adəti  yerini  dəyişə 

(inversiya) və hətta cümlənin əvvəlində işlənə bilər (8, s.206). Göründüyü kimi, B.Millerin gəldiyi 

nəticələr  cümlədə  söz  sirasının  mübtəda,  ikinci  dərəcəli  üzvlər  və  xəbər  formasında  olmasını 

göstərir.  

Talış  dili  ilə  bağlı  yazılan  əsərlərdə  də  cümlədə  söz  sırası  ilə  bağlı  müəyyən  fikirlərə  rarst 

gəlirik.  Əldə  olan  ən  sanballı  mənbə  sayılan  və  SSRİ  Elmlər  Akademiyasının  beş  cildlik  “İran 

dilçiliyinin  əsasları”  (“Основы  Иранского  языкознания”)  kitabında  L.A.Pireyko  talış  dilinin 

sintaksisi  haqqında  heç  bir  məlumat  vermir  (Bax:  9).  Lakin  L.A.Pireyko  “Talışca-rusca  lüğət” 

(Талышско-русский  словарь)  kitabında  yazdığı  qısa  oçerkdə  cümlədə  söz  sırasına  toxunur  və 

yazır:  “Cümlədə  söz  sırası  kifayət  qədər  sərbəstdir,  adətən,  mübtəda  cümlənin  əvvəlində,  xəbər 

sonda durur, vasitəsiz tamamlıq xəbərdən əvvəl gəlir, vasitəli tamamlıq vasitəsizdən əvvəl, zaman 



 

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

55

 

 



 

 

zərfi  isə  bir  qayda  olaraq  cümlədən  əvvəl  olur:  Maşki  mı  bo  tono  kitob  bavardem  –  Sabah  mən 



səninçün  kitab  gətirəcəyəm.  Yer  və  tərzi-hərəkət  zərfləri  xəbərə  bağlanır.  Mı  ve  kitob  kədə 

handedəm – Mən çox kitab evdə oxuyuram” (10, s.348-349).   

Göründüyü  kimi,  L.Pireyko  B.Millerdən  fərqli  olaraq,  talış  dilində  söz  sırasını  nisbətən 

sərbəst sayır. Maraqlıdır ki, Avesta dilində və qədim fars dillərində də söz sırasının sərbəst olduğu 

qeyd  olunur.  Məsələn,  artıq  qeyd  etdiyimiz  kimi,  İran  dilləri  haqqında,  Rusiyada  nəşr  edilən  5 

cildlik  “İran  dilçiliyinin  əsəsları”  (“Основы  Иранского  языкознания”)  kitabında  Avesta  dili  və 

qədim  fars  dilindən  danışarkən  S.Sokolov  cümlə  quruluşu  məsələsinə  toxunur  və  bu  dillərdə 

cümlədə  söz  sırasının  sərbəst  olduğunu  yazır.  Kitabın  “Avestanın  dili”  (“Авестийский  язык”) 

hissəsində  oxuyuruq:  “Cümlədə  söz  sırası  kifayət  qədər  sərbəstdir,  necə  ki  bu,  zəngin  fleksiyaya 

malik  dil üçün təbiidir və sözlərin  əlaqəsi  yalnız morfoloji  əlamətlərlə müəyyənləşir”  (11, s.232).  

S.Sokolov  qədim  fars  dilində  isə,  artıq  xəbərin  sonda  işləndiyini  qeyd  edir  və  misallarla  fikrini 

əsaslandırır. “Söz sırası kifayət qədər sərbəstdir, amma tez-tez o belədir: zərflik (bütün cümləyə aid 

olan)  mübtəda  –  tamamlıq  –  xəbər;  avadā  adam  auramazdām  ayadaiy,  Əyo  (avadā)  az  (adam) 

Ahuramazdəm (auramazdām) bə yod dənoe (ayadaiy) – (Orada mən Ahuramazdanı yada saldım) və 

s. (12, s.267).  

Qədim  İran  dillərində  söz  sırasının  nisbətən  sərbəst  olması,  sonralar  isə  SOV  düzülüşünə 

doğru  getdiyi  digər  mənbələrdə  də  göstərilir.  D.Edelman  “İran  və  slavyan  dilləri.  Tarixi 

münasibətlər”  kitabında  yazır:  “Qədim  mətnlərə  və  bundan  sonrakı  ardıcıllığın  nəticəsi  olan 

morfoloji  transformasiyaların  nəticəsinə  görə,  cümlədə  söz  sırası  nisbətən  sərbəst  idi,  amma  artıq 

onda  SOV  ardıcıllığına  meyl  müşahidə  olunurdu  (13,  s.112).  Göründüyü  kimi,  İran  dillərində 

əvvəllər söz sırasının sərbəst olduğu qeyd edilir.  

Müasir İran dilləri, o cümlədən, talış dili ilə bağlı aparılan tədqiqatlarda isə biz cümlənin daha 

çox  COV  –  yəni  “Mübtəda,  ikinci  dərəcəli  üzvlər,  xəbər”  konstruksiyası  əsasında  qurulduğunun 

şahidi  oluruq.  Ə.Sadıqovun  “Talış  dili”  kitabında  bu  məsələyə  toxunulmasa  da,  verilən 

nümunələrdə biz COV ardıcıllığını görə bilərik. Məsələn, Talış dilində xəbərdən danışarkən müəllif 

xəbəri ismi və feili olmaqla iki yerə bölür və onlara aid aşağıdakı nümunələri verir:  

İsmi  xəbər  aid:  Düəvoj  çı  xıdo  dışmene  (Ys.  s.29)  -  (Yalançı  allahın  düşmənidir);  Çaş  dıli 

ovəynəye (Ys. S.65) – Göz ürəyin aynasıdır; 

Feili xəbərə aid: Bə bekoə odəmi şəyton sırə (Ys. s.10); - Bikar adama şeytan gülüb; Zəmonə 

odəmi ümütdə (Ys. s.34) – Zəmanə adamı öyrədir (14, s.110-115).  

Ə.Rəcəbli  də  “Talışlar  və  talış  dili”  kitabında  talış  dilində  söz  sırasından  danışarkən 

B.Millerin yazdıqlarına istinad edir (15, s.74). 

“The  Iranian  languages”  (İran  dilləri)  kitabında  talış  dili  ayrıca  tədqiqata  cəlb  olunmayıb. 

Lakin,  bu  kitabda  həm  qədim,  həm  orta,  həm  də  müasir  İran  dillərindən  danışılır  və  cümlədə  söz 

sırasına ayrıca yer ayrılır. Diqqət edək: Qədim İran dilləri haqqında müəlliflər yazır: 

Qədim  İran dilləri  -    SOV  –  söz sırasının  əsas  forması  -  feil  sondadır SOV (16, s.94). Daha 

sonra müəlliflər yazır: “Qədim Avestada söz sırası yeni avestaya və qədim fars dilinə nisbətən daha 

sərbəstdir” (16, s.95). 

Orta İran dillərində müəlliflər artıq xəbərin sonra işləndiyini qeyd edirlər. “Orta İran dilləri – 

Normal  söz  sırası  Subyekt  (Mübtəda),  Vasitəli  obyekt  (Vasitəli  tamamlıq),  Feildir  (Xəbərdir) 

(SOV)” (16, s.246).  

Müasir İran dillərində söz sırasına da münasibət bildirilir. Müasir talış dilinə yaxın olan kürd 

dilindən danışarkən müəlliflər söz sırası haqda yazırlar: 

 Deklorativ  (rəsmi)  cümlələrdə  əsas  söz  ardıcıllığı  belədir  -  Subyekt  (Mübtəda)  –  Obyekt 

(Tamamlıq) –VERB (Xəbər) (16, s.613). 

Müasir  talış  dilinə  yaxın  olan  gilan  dilində  də  xəbər  cümlə  sonunda  işlənir.  “Xəbər  cümlə 

sonunda  möhkəm  mövqe  tutur,  bunu  bütün  gətirilən  nümunələr  göstərir.  Bununla  belə,  hər  hansı 

sözün məntiqi və ya ekspressiv fərqləndirilməsi ilə bağlı inversiyası xəbərin cümlənin əvvəlinə də 

yerdəyişməsinə səbəb olur” (17, s.207). 

Yuxarıda  deyilənlərdən  belə  bir  nəticəyə  gəlmək  olur  ki,  ümumiyyətlə,  hind-Avropa 

dillərində, o cümlədən, İran dillərində cümlədə söz sırası hələ lap qədimdən sərbəst olmuş, sonradan 

isə, hələ lap antik zamanlardan, SOV – yəni, Mübtəda – Tamamlıq – Xəbər konstruksiyasına doğru 


 

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

56

 

 



 

 

inkişaf etmiş və bu inkişafda həm ekstralinqvistik, həm də intralinqvistik amillərin rolu olmuşdur. 



Doğrudur,  bu  sərbəstlik  bəzi  dillərdə,  məsələn,  slavyan  dillərində  saxlanılsa  da,  İran  dillərində,  o 

cümlədən,  talış  dilində  SOV  –  yəni  Mübtəda  –  Tamamlıq  –  Xəbər  konstruksiyası  bərqərar 

olmuşdur. Bununla yanaşı, məntiqi vurğu və ekspressivliklə əlaqədar olaraq talış dilində də, digər 

İran dillərində olduğu kimi, xəbər cümlənin sonunda işlənməyə də bilər.  

 

Ədəbiyyat: 



1. Nəğılon. Bakı, “MBM” MMC, 2004, 152 s. 

2. Əsədullayev S. Dızd – tojəçi (Hekoyon iyən poveston). Bakı, 2001, 308 s. 

3. Ədəbiyatə xristomatiya. Orta məktəbin V sinifi üçün dərslik, Bakı, Azərnəşr, 1937, 244 s. 

4. Əhmədzadə Z., Ələkbərli Q. Tolışə zıvon. (Qrammatika iən nıvışte ğaydon). II sinif üçün 

dərslik, Bakı, Azərnəşr, 1937 

5. Kərimov K., Ağayev Y. Tolışə zıvon.  III sinif üçün dərslik. Bakı, Olaylar, 2006, 112 s. 

6. Миллер Б. Талышские тексты. М., 1930, 262 с. 

7. Cəfərzadə M. Azərbaycan dilində dialekt sintaksisi. B., Elm və təhsil, 2016, 380 s. 

8. Миллер Б. Талышский язык. М., Изд. Акад. Наук, 1953, 268 с. 

9. Пирейко Л. Талышский язык / Основы Иранского языкознания. Новоиранские языки. 

Т. I, М., Наука, 1991, с.91-175 

10. Пирейко Л. Талышско-русский словарь. М., Русский язык, 1976, с.321-352 

11. Соколов С. Язык Авесты / Основы Иранского языкознания. Древнеиранские языки. 

М., Наука, 1979, с.129-231 

12.  Соколов  С.  Древнеперсидский  язык  /  Основы  Иранского  языкознания. 

Древнеиранские языки. М., Наука, 1979, с.232-271 

13.  Д.Эделман  «Иранские  и  славянские  языки.  Исторические  отношения»  М.,  Вост. 

Лит., 2002, 230 с. 

14. Sadıxzadə Ə. Talış dilinin qrammatikası(morfologiya və sintaksis). С.-Петербург, 2002, 

132 s. 


15. Rəcəbov Ə. Talışlar və talış dili. B., BDU, 1994, 81 s. 

16. Gernol Windfuhr. The Iranian languages. UK, Oxon, 2009, 948 p. 

17. Гилянский язык. М., Наука, 1971, 320 с. 

 

Xülasə 



Talış  dilində  söz  sırası  problemi  son  illər  ciddi  şəkildə  mübahisə  mövzusuna  çevrilmişdir. 

Buna səbəb  yazılı  forması olmayan bu dildə ədəbi  dilin  yaradılmasına ehtiyacın  olmasıdır. Ədəbi 

dilə münasibətdə isə ziyalılar iki qrupa bölünür. Məqalədə müasir talış dilində söz sırasının hansı 

düzülüşdə olması məsələsi konkret misallarla şərh edilmişdir. 

 

R.A.Heydarov 



Word order in the Talysh language 

Summary 


The problem of word order in the Talysh language had recently become seriously disputable. 

The  reason  of  this  matter  is  the  necessity  of  formation  of  the  literary  language  though  it  has  no 

written form. The representatives of intelligencia are divided into two groups from the point of view 

of  their  attitude  to  the  literary  language.  In  the  article  the  problems  of  word  order  in  the  Talysh 

language are explained on the basis of concrete examples.   

 

 

 

 

 

 

 

 


 

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

57

 

 



 

 

Elman Mirzəyev, filologiya üzrə fəlsəfə doktoru 



ADPU-nun Cəlilabad filialının “İxtisas fənləri” kafedrasının müdiri 

e-mail: Mirzayev_or@mail.ru 

 

“PANİ” SUBSTRAT COĞRAFİ TERMİNİNİN MƏNŞƏYİNƏ DAİR 

 

Açar sözlər: termin, mikrotoponim, substrat, semantika, etimologiya 

Key words: term, microtoponim, substrat, semantics, etymology   

 

Azərbaycanda inkişaf etmiş elm sahələrindən biri də toponimikadır. Artıq bu sahənin müxtəlif 



metod və mənbələr əsasında öyrənilməsi işində mühüm nailiyyətlər əldə olunmuşdur. Bütün bunlara 

baxmayaraq,  ayrı-ayrı  bölgələrdə  məhdud  areal  daxilində  işlənən  mikrotoponimlərin  sistemli 

şəkildə toplanmasına hələ də ehtiyac duyulmaqdadır. 

Respublikamızın  Yardımlı  və  Lerik  rayonları  ərazisində  məhdud  sayda  mikrotoponimin 

tərkibində pani  coğrafi termininin işlənməsinə  təsadüf olunmaqdadır. Apardığımız müşahidələr və 

yerlərdə informatorlardan əldə etdiyimiz məlumatlar belə bir nəticəyə gəlməyə imkan verir ki, yerli 

şivələrdə müstəqil şəkildə işlənməyən pani semantik cəhətdən “dağlıq ərazilərdə hamar, düzən yer” 

anlamını ifadə edir. Elmi coğrafiyada yayla termininin ekvivalenti olan bu sözün sinonim variantını 

Lerik rayonunun türkdilli yaşayış məntəqələrindən olan Göydərə, Kəlvəz şivələrində həm də yəstan 

şəklində qeydə aldıq. Nümunələrə nəzər salaq: 



Pani  “Yardımlı  rayonunun  Ostayır  kəndinin  şimalında  mikrotoponim”.  Təqribən  2  hektara 

qədər  maili,  kiçik  hamar  yerləri  olan  bir  ərazidir.  Ərazidə  toponimin  adını  daşıyan  Pani  bulağı 

adlanan hidronim də mövcuddur. 

Paniyatağ  “Lerik  rayonunun  Arta  kəndi  ilə  Yardımlı  rayonunun  Əngəvul  kəndi  arasında 

mikrotoponim”.  Dağın  üzərində  digər  yerlərə  nisbətən  hamar  bir  ərazidir.  Ərazi  sərin  küləkli  yer 

olduğundan adətən yay aylarında ətraf kəndlərin mal-qarası burada yığışır. Yerli şivədə yatağ “yay 

aylarında sürü və naxırın açıq havada yatdığı müəyyən yer” mənasındadır.  

Linqvistik  faktlardan  aydın  olur  ki,  pani  İran  dilləri  qrupuna  daxil  olan  bir  sıra  dillərdə 

müstəqil leksik vahid kimi işlənir və etimoloji cəhətdən “yastı, hamar” mənasını verən pan sözünə -



i şəkilçisinin qoşulması ilə əmələ gəlmişdir. Müqayisə üçün: kürd dilində pa’n//pəhn “enli, geniş”, 

“hamar, yastı, düz”, pani//pəhni//pəhnayi “en”, “genişlik, açıqlıq”, “hamarlıq, düzlük” [2, 592], talış 

dilində  pan  “enli,  yastı”,  talış  dilinin  Lerik  şivəsində  pani  “dağlıq  ərazilərdə  hamar,  düzən  yer, 

yayla”,  tacik  dilində  pəhn  “enli,  geniş”,  “yastı,  düz”,  pəhnkuh  “yayla”,  pəhno  “en”,  “genişlik, 

açıqlıq”, pəhni “hamarlıq, yastılıq, düzlük” [1, 298]. 

Dil  faktları  sübut  edir  ki,  pani  coğrafi  termin  kimi  İran  toponimik  təbəqəsində  də  fəal 

mövqeyə  malikdir.  V.İ.Savinanın  lüğətində  pəhn  [ﻥﮭﭙ]  “enli,  geniş,  böyük”  mənalarında  izah 

olunmuş, mərkəzi İran, Kermanşah, Fars, Xorasan əyalətlərində qeydə alınmış Pəhnabad [   ﻦﮭﭙ

آﺒ

ا



], 

Qodarpəhn  [

رار



ﻦﮭﭙ

],  Dehpəhn  [ﻦﮭﭙﻻﺪ],  Çahpəhn  [ﻦﮭﭙﻻاﭽ],  Dərepəhn  [

ر

ﻦﮭﭙﻻ ]  və  s.  toponimlər 



təqdim  edilmişdir.  [3,  172].  Respublikamızın  Lerik  rayonu  ərazisindəki  talışdilli  mikrotoponimlər 

arasında isə pani  formasında “dağlıq ərazilərdə hamar, düzən yer, yayla” mənasını daşıyır. Nümunə 

üçün:  Orüsi  pani  “Lerik  rayonunun  Dico  kəndinin  cənub-qərb  hissəsində  mikrotoponim”,  Dico 

paniDırozə yürdi pani “Lerik rayonunun Sorus çay kəndi ərazisində mikrotoponimlər”. 

Beləliklə,  apardığımız  müqayisələr  belə  bir  nəticəyə  gəlməyə  əsas  verir  ki,  Azərbaycan 

toponimikasında məhdud işlənmə mövqeyinə malik olan pani coğrafi termini mənşəyinə görə İran 

dillərinə  aiddir.  Tədqiqat  apardığımız  bölgənin  toponimlərinə,  o  cümlədən  şivə  xüsusiyyətlərinə 

İran  dillərinin  güclü  təsirini  nəzərə  alsaq,  göstərilən  termin  İran  dillərinin  substrat  vahidi  hesab 

oluna bilər. 

Ədəbiyyat 

 

1. Краткий таджикско-русский словарь. Москва, 1955  



2. Курдско- русский словарь. Москва, 1960    

3.  Словарь  географических  терминов  других  слов,  формирующих  топонимию  Ирана. 

Москва, Издательство «Наук», 1971 


 


Yüklə 6,82 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin