Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri


“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”



Yüklə 6,82 Mb.
Pdf görüntüsü
səhifə10/88
tarix26.02.2017
ölçüsü6,82 Mb.
#9795
1   ...   6   7   8   9   10   11   12   13   ...   88

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

58

 

 



 

 

Xülasə 



Məruzədə Azərbaycanın Yardımlı, Lerik rayonlarının mikrotoponimləri sistemində işlənən və 

semantik cəhətdən “dağlıq ərazilərdə hamar, düzən yer, yayla” mənasına malik pani substrat coğrafi 

termininin mənşəyindən bəhs olunmuşdur.  

                                                                                                      

 

Elman Mirzayev 



About the origin of the substrate geographical term “pani” 

Summary 


İt is wratten about the origin of substrate geographical terms pani which has the  meaning of    

“flat  area in  the montains” by semantic  and used in  the system of  microtoponyms  of   Lerik and 

Yardimli in Azerbaijan in this topic. 

 

 

 

 

 

 

 

 

Ülkər Məmmədova, filologiya üzrə fəlsəfə doktoru 

AMEA Nizami adına Ədəbiyyat İnstitutu, aparıcı elmi işçi 

u.z.m-9-9@ mail.ru 

 

ORTA ƏSRLƏR ƏRƏBDİLLİ AZƏRBAYCAN ƏDƏBİYYATI VƏ DİL SİYASƏTİ 

 

Açar sözlər: orta əsrlər, Şərq, Azərbaycan, ərəbdilli, ədəbiyyat 

Key words: middle ages, East, Azerbaijan, arabiclanguaged, literature 

  

Dünyanın  siyasət  səhnəsi  hər  bir  yüzillikdə  çoxlu  sayda  hakimiyyət  uğrunda  aparılmış 



müharibələrin şahidi olmuşdur. Ərazilərin müəyyən dövlətlər, qüvvələr tərəfindən idarə edilməsi və 

onların  digər  millətləri  öz  tabeçiliyinə  alması  həmin  savaşların  görünən  əsas  tərəfləridir.  Lakin 

siyasətin  başqa  bir  xüsusiyyəti  də  mədəniyyət  və  dil  üzərində  hakimiyyətdir.  Mənbələrə  nəzər 

saldıqda  tarix  boyu  dilin  kamilliyi  bir  millətin  təfəkkürü,  onun  mənəvi  aləminin  təzahürü  hesab 

edilməklə yanaşı, siyasətin bir üsulu kimi aparıcı rol oynamışdır.  

İslam dininin meydana gəlməsi təkcə ərəblərin deyil, xilafət ərazisinə daxil olan xalqların da 

həyatında, düşüncəsində əsaslı dönüş yaratdı. Bu dövlət geniş əraziləri, müxtəlif etnik tərkiblərə və 

fərqli mədəniyyətlərə malik millətləri birgə güc, istedadın sayəsində cəmlədi. Həmin birlik mənəvi 

dəyərlərilə  yanaşı,  vahid  mədəniyyətin  formalaşmasına  da  səbəb  oldu.  Tarixdə  ümummüsəlman 

mədəniyyəti  adlandırılan  həmin  əsrlərdə  formalaşmış  mənəvi  sərvət  tədqiqatçılar  tərəfindən  hər 

zaman  yüksək  qiymətləndirilmişdir.  Bu  xəzinənin  təməli  müxtəlif  mədəniyyətlərin  bir-birinə 

qarşılıqlı təsiri və birgə tərəqqi üzərində qurulmuşdur. İngilis şərqşünası H.A.R.Qibb göstərirdi ki, 

fütühat dövründə istila edilmiş xalqlar müsəlman icmasında tədricən ərimişdi. Onların hər biri özü 

ilə  təcrübə  və  öz  sivilizasiyasını  gətirdilər.  Bu  şəkildə  ərəb  ədəbiyyatı  və  düşüncəsi  ərəblərin 

özlərinin heç zaman çata bilməyəcəyi inkişaf dərəcəsinə yüksəldi [3, 31].    

İlk dövrlərdə ərəblər idarəçilik və mədəni sahədə milli təmizliyi qoruyub saxlasalar da, zaman 

keçdikcə başqa millətlərin xilafət tarixində rolu artdı. Onların xilafət tarixində  xidməti az da olsa, 

Əməvilər sülaləsindən başladı. Əgər Əməvilər dövründə fəaliyyət göstərmiş qeyri-ərəblərin məkan 

mənsubluğu  qeyd  edilmirdisə,  Abbasilər  zamanında  məşhur  şəxsiyyətlərin  adlarında  nisbələri 

verilirdi.  

Orta əsrlər Azərbaycan, fars və digər Şərq xalqlarının ədəbiyyatına ərəb ədəbiyyatşünaslığının 

təsiri  dəfələrlə qeyd  edilmişdir. Bu səbəbdən də, ərəb ədəbiyyatşünaslığı  Şərq poetikasında böyük 

əhəmiyyət kəsb etdiyi üçün həmin sahənin öyrənilməsi, tədqiqi vacib və aktual məsələ sayılır.  

İslamın yaranması və bu müqəddəs dinin geniş əraziləri fəth etməsi bütün müsəlman Şərqində 

olduğu  kimi,  Azərbaycanın  da  siyasi,  iqtisadi,  elmi,  mədəni  inkişafında  yeni  bir  mərhələ 


 

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

59

 

 



 

 

yaratmışdır.  O  dövrdə  dilə  və  mədəni  tərəqqiyə  münasibət  bu  günün  yanaşması  ilə  tamamilə 



fərqlənirdi. 

  

Misir  alimi  Circi  Zeydanın  məşhur  "Ərəb  dilli  ədəbiyyat  tarixi"  ("ةيبرعلا  ةغللا  بادا  خيرات") 



əsərindən  aydın  olur  ki,  qeyri-ərəblərin  ərəb  ədəbiyyatında  tutduğu  mövqe  Abbasilər  əsrində 

getdikcə artdı. Belə ki, cahiliyyə zamanında ədəbiyyat mənzərəsində bu say bir nəfər göstərilirdisə, 

Əməvilər dövründə iyirmi birə, Abbasilər hakimiyyətində isə şairlərin altmış faizini əhatə edirdi.   

Yeni  ümummüsəlman  mədəniyyəti  müxtəlif  istiqamətlərdən  inkişaf  edirdi.  Burada  əvvəlki 

dövrlərə  aid  elmi  və  bədii  əsərlər  ərəb  dilinə  tərcümə  olunur,  zəngin  kitabxanalar  yaradılır, 

dövrünün görkəmli alimlərinin çalışdığı mədrəsələr formalaşır və bunun nəticəsində  yüksək zəkalı 

mütəfəkkirlərin elmi disputlar apardığı məclislər təşkil olunurdu. 

Abbasilər dövrünün əsas xüsusiyyətlərindən biri tərcümə sənəti idi.  Burada Antik dövrlərdə 

yaranmış  elmi  biliklərin  öyrənilməsinə  cəhdlər  olunur,  yunan,  fars,  siryani  və  b.  dillərdən  ərəb 

dilinə  tərcümələr  edilirdi.  AMEA-nın  müxbir  üzvü  Zakir  Məmmədov  yazmışdır:  "Məmun  832-ci 

ildə  tərcüməçilər  üçün  ayrıca  bir  məktəb  təsis  etmişdi.  "Elm  evi"  ("Dar  əl-elm"),  yaxud  "Hikmət 

evi"  ("Beyt  əl-hikmə")  adlanan  bu  məktəb  müsəlman  Şərqinin  mədəni  inkişafı  üçün  misilsiz  rol 

oynamışdır"  [6,  29].  Həmin  tərcümələrin  sonrakı  elmin  inkişafında  misilsiz  rolu  vardır.  Eyni 

zamanda bu biliklər Avropa renessans mədəniyyətinə məhz tərcümələrin sayəsində bəlli olmuşdur. 

Ərəbdilli  alimlərin  "birinci  müəllim"  adlandırdıqları  görkəmli  yunan  filosofu  Aristotelin  əsərləri 

qədim mədəniyyətin öyrənildiyi dövrdə tərcümə edilmiş, yayılmışdır.  

Orta əsr elm və ədəbiyyat tarixindən bəhs edən Şərq və Qərb alimlərinin tədqiqatlarında alim, 

yaxud mütəfəkkirlərin milliyyəti deyil,  əsərin dili  əsas  götürülür. Bu səbəbdən də, həmin qiymətli 

irs "ərəbdilli elm" və yaxud "ərəbdilli mədəniyyət" adlandırılır. Bu xəzinəni bəşəriyyətə töhfə verən 

şəxsiyyətlər  arasında  bir  sıra  yüksək  mədəniyyətə  sahib  xalqların  nümayəndələrinin  adlarına  rast 

gəlinir.   

Söz  xəzinəsi  sayılan  ədəbiyyatın  xalqın  formalaşmasında  və  özünü  millət  kimi  tanıtmasında 

əvəzsiz  rolu  vardır.  Hansı  üslubda  yazılmasından  asılı  olmayaraq,  o,  onu  yaradan  xalqın  düşüncə 

səviyyəsini aydın nümayiş etdirir. 

Azərbaycan  ədəbiyyatı  tarixində  ərəbdilli  nümunələr  ilk  dəfə  Əməvilər  dövrünə  aiddir.  VII-

VIII əsrlərdə yaşamış şairlərdən bəhs edərkən İsmayıl İbn Yəsar Nisainin, onun qardaşı İbrahim ibn 

Yəsarın  və  oğlu  Məhəmməd  ibn  İsmayılın,  Musa  Şəhəvatın,  Əbül-Abbas  Əmanın  adları  qeyd 

olunur.  Ərəb  şovinizminin  güclü  olduğu  bir  zamanda  onların  cəmiyyətdə  tanınması,  Qureyş 

tarixindən  bəhs  edən  mötəbər  mənbələrdə  həmin  şairlərin  adlarının  və  şeirlərindən  nümunələrin 

verilməsi,  onların  yaradıcılığının  məşhur  olub  mənbələr  vasitəsilə  gəlib  çatması  həmin  şairlərin 

vətənlərindən  uzaqda  dövrünün  mədəni  inkişafında  fəal  iştirakına  nümunədir.  Təbii  ki,  onların 

həyat  və  yaradıcılığı  bəzi  ərəbdilli  ədəbiyyat  tarixinin  tərkib  hissəsi  kimi  təqdim  edilir.  Burada 

onların  əsərlərinin  dili  əsas  götürülür.  Lakin  şairlərin  kimliyindən  söhbət  gedərkən  onların 

Azərbaycandan olması da göstərilir.   

XI əsrdən başlayaraq Azərbaycan elm və ədəbiyyatı tarixində ərəb dili ilə yanaşı fars dili də 

paralel işlədilməyə başladı. Bunun səbəbi tarixi şəraitdən irəli gəlirdi. Siyasət səhnəsində baş vermiş 

dəyişiklik mədəniyyət aləminə də təsir etdi. 

İngilis  şərqşünası  H.A.R.Qibb  ədəbiyyatda  və  elmdə  yaranmış  fars  meyli  barədə  yazmışdır: 

"Bütün  fars  hakimləri  bu  və  ya  digər  mövqedə  ərəb  dilini  bilirdilər.  Himayə  etdikləri  müəlliflərin 

əsərlərinə qiymət verməyi bacarırdılar. Qərbi Asiyadan olan türklər isə nadir halda ərəb dilini başa 

düşürdülər  və  onların  hakimlik  etdiyi  dövrdə  yenidən  ədəbiyyatda  fars  dili  hakim  oldu"  [3,  82]. 

İngilis şərqşünasının verdiyi bu şərh göstərir ki, təxminən XI əsrdən etibarən ədəbiyyatda fars dili 

tədricən  elm  və  ədəbiyyat  dilinə  çevrilməyə  başladı.  Bu  şəraiti  təkcə  dili  bilməmək  kimi 

qiymətləndirmək düzgün deyildir. Xilafət hakimiyyəti idarəçilik formasını islam dininin ehkamları 

əsasında  qurmuşdu.  Mədrəsələrdə,  tədris  yerlərində  öyrədilən  dünyəvi  biliklərlə  yanaşı,  Qurani-

Kərim və ərəb dili mühüm yer tuturdu. Ərəb dilindən uzaqlaşma istəyində başqa bir amil dayanırdı. 

Bu dövrlərdə xilafətin zəifləməsi, ərəb və qeyri-ərəb millətlərin daxili çəkişməsi də məsələyə böyük 

təsir göstərmişdir. 

Müxtəlif əsrlərdə yaşamış əslən azərbaycanlı şairlər öz yaradıcılıqlarında rəngarəng mövzuları 

əks  etdirmiş,  eyni  zamanda  cəmiyyəti  düşündürən  məsələlərə,  baş  verən  hadisələrə  biganə 



 

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

60

 

 



 

 

qalmayaraq  münasibətlərini  bildirmişlər.  Belə  ki,  Musa  Şəhəvat  yaradıcılığında  şiəliyin  qızğın 



tərəfdarı kimi  bədii bənzətmələrin ən incilərini seçərək düşündüklərini  nəzmə çəkmiş,  İsmayıl ibn 

Yəsar, onun qardaşı  İbrahim ibn  Yəsar və  oğlu  Məhəmməd ibn  İsmayıl  əməvilər dövründə  qeyri-

ərəblərin cəmləşdiyi şüubi hərəkatının etirazlarına şairlik ilhamının, istedadının gücü ilə qoşulmuş, 

Əbülabbas  Əma  bütün  bunlardan  fərqli  əməvi  taxt-tacını  şeirlərində  tərənnüm  etmişdir.  X  əsrdə 

Bərəkəveyh  Zəncaninin,  Əbu  Abdulla  Muğləsi  Marağinin  və  Cəfər  ibn  Məhəmməd  Marağinin  az 

sayda  gəlib  çatmış  beytləri  bu  mənzərəyə  yeni  bir  rəng  qatmışdır.  XI  əsrdə  Mənsur  Təbrizinin, 

Xətibi  Urməvinin,  Hüseyn  Təbrizinin,  Xətib  Nizami  Təbrizinin  Nizamülmülkə  mədhiyyələri  və 

digər  mövzulu  şeirləri  diqqəti  cəlb  edir.  Məzmunu,  mahiyyəti  ilə  fərqlənən  müxtəlif  dövrlərdə 

yazıb-yaratmış dövrünün bu məşhur şairlərini iki cəhət birləşdirir. Birinci onlar əslən azərbaycanlı 

idilər,  digər  xüsusiyyət  şeirlərinin  dili  dövlətdə  aparıcı  sayılan  ərəb  dilində  qələmə  alınmasıdır. 

Sonuncu  cəhət  onların  həm  Azərbaycan,  həm  də  ərəb  ədəbiyyatının  dəyərli  nümunəsi  kimi 

qiymətləndirməyə əsas verir. 

Qaynaqlarda  IX  əsrdə  Azərbaycandan  olan  fəqihlər,  mühəddislər  və  alimlər  haqqında 

məlumatlar verilsə də, təəssüf ki, bu yüzilliyi əks etdirən mənbələrdə azərbaycanlı şair və ədiblərin 

adlarına rast gəlinmir.  

Ərəb alimi Hənna əl-Faxuri ədəbiyyatda IX əsrin əvvəlindən X əsrin başlanğıcına qədər olan 

dövrü  ərəb  ədəbiyyatında  Abbasilər  dövrünün  ikinci  mərhələsi  kimi  qeyd  edirdi.  Belə  ki,  həmin 

yüzillik  "Qədim  ənənə  tərəfdarları  ədəbiyyatı  –  müqavimət  hərəkatı"  adı  ilə  tarixdə  iz  qoymuşdur 

[1, 286]. Bu mərhələ qədim ərəb şeirinə, üslubuna üstünlük verilməsi, keçmişə aid xüsusiyyətlərin 

yenidən 


canlandırılması 

ilə  yadda  qalmışdır.  Azərbaycanlıların  ərəbdilli  ədəbiyyatda 

fəaliyyətlərinin durğunluğunu məhz bu səbəbə görə izah etmək olar.   

XII  əsr  Azərbaycan  ədəbiyyatından  bəhs  edərkən  ilk  növbədə  Xaqani  Şirvani  və  Nizami 

Gəncəvi haqqında söhbət açılır. Lakin bu yüzilliyin mənzərəsinin daha da geniş təsviri mümkündür. 

Ədəbiyyat  tarixində  bu  əsr  Xaqani  Şirvaninin  (1126-1199),  Nizami  Gəncəvinin  (1141-1209), 

Mücirəddin  Beyləqaninin  (1130-1194),  Məhsəti  Gəncəvinin  (XII  əsr)  farsdilli  yaradıcılığı  ilə 

yüksək zirvəyə ucalmış, Ömər Gəncəvinin (1085-1155) ərəbdilli şeirlərilə poeziyadakı rəngarənglik 

daha da artmışdır. 

Sufi  alimlər  Əbunnəcib  Sührəvərdi,  onun  qardaşı  oğlu  Şihabəddin  Ömər  Sührəvərdinin 

şeirləri  və  bədii  ifadələrilə  diqqəti  cəlb  edən  əsərləri  fəlsəfi  məzmun  daşısa  da  gözəl  ədəbi 

nümunələrdir.  Eynəlqüzat  Miyanəci  (1099-1131)  və  Şihabəddin  Yəhya  Sührəvərdi  (1154-1191) 

filosof  kimi  daha  çox  tədqiq  olunsalar  da,  onların  elmin  və  bədiiliyin  vəhdətilə  qələmə  aldığı 

ərəbdilli, farsdilli əsərlərilə həmin mənzərə daha da zənginləşmişdir. Əsrin birinci yarısında fəlsəfə 

tarixində  Eynəlqüzat  Miyanəci  (1099-1131)  panteizmin,  ikinci  yarısında  Şihabəddin  Yəhya 

Sührəvərdi (1154-1191) işraqiliyin əsasını qoymaqla ictimai fikir tarixini zənginləşdirmişlər [6, 59]. 

Eynəlqüzat  Miyanəci  yaradıcılığında  ərəbdilli  nəzm  və  nəsr  nümunələrindən  bəhs  edərkən 

onun  ömrünün  sonlarında  qələmə  aldığı  qısaca  "Qəribin  şikayəti"  ("بيرغلا  ىوكش")  kimi  tanınan 

"Ölkələrin  alimlərinə  vətənindən  ayrı  salınmış  qəribin  şikayəti"  ("

ع  بيرغلا  ىوكش

  ءاملع  ىلا  ﻥاطوﻻا  ﻦ

ﻥاﺪلﺒلا")  traktatı  göstərilir.  ""Qəribin  şikayəti"  Eynəlqüzat  Miyanəcinin  son  kitabıdır.  Mütəfəkkirin 

ölüm  ayağında  qələmə  aldığı  bu traktatda  öz  yaradıcılıq  fəaliyyətinə  bir  növ  xitam  verir,  panteist 

doktrinalarına,  mütərəqqi  ictimai-siyasi  baxışlarına  bəraət  qazandırmağa  çalışır.  Əsər  dərin  elmi-

fəlsəfi  məzmun  daşımasına  baxmayaraq,  poetik  nümunələrin  geniş  yer  verildiyi  yüksək  bədii 

üslubda tərtib edilmişdir" [7, 12].      

Mütəfəkkirin  şeirləri  müxtəlif  mövzuları  əhatə  edir.  Vətənə  məhəbbət,  qərib  diyarda  çəkilən 

həsrət  acısı mütəfəkkirin  yaradıcılığında geniş  yer tutur. Mütəfəkkirin farsca çoxlu  sayda rübailəri 

vardır. Fəlsəfi məzmunlu bu şeirlər Eynəlqüzat Miyanəcinin müxtəlif dillərdə və üslublarda gözəl 

şeirlər yaratmaq bacarığının bariz nümunəsidir. 

Şihabəddin  Sührəvərdinin  poetik  yaradıcılığından  söz  açarkən  qeyd  etmək lazımdır ki, 

dövrümüzə  onun  yarımçıq  şəkildə  olan  divanı  və  müxtəlif  mənbələrdə  əksini  tapmış  təxminən  iki 

yüz beytlik ərəbcə şeiri gəlib çatmışdır.  

"Şihabəddin Sührəvərdinin ərəbdilli poeziyasına nəzər saldıqda əlvan, rəngarəng kəlmələrdən 

hədsiz  məharətlə  istifadə  etdiyi  müşahidə  olunur.  Şair  şeirlərində  sözlərin  seçiminə  xüsusi  fikir 

vermiş, eyni mənalı müxtəlif kəlmələrdən ustalıqla sənət inciləri yaratmışdır... Görkəmli mütəfəkkir 



 

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

61

 

 



 

 

öz  eşqinə  sadiq  qalan  aşiqləri  –  aşiq,  əhbab,  sabb;  təmizliyi  ilə  seçilən  ilahi  məhəbbəti  –  vədad, 



hubb,  həva;  kəraməti  və  tərkibilə  fərqlənən  gözəl  şərabı  –  rah,  şərab,  mudam,  xəmrət  sözləri  ilə 

ifadə etmişdir. Eyni mənalı bu kəlmələri yerində işlətmək şairin fitri istedadının nəticəsində ərsəyə 

gəlmiş, oxucusunun zövqünü oxşamışdır" [8, 59]. 

Mütəfəkkirin  sufi-fəlsəfi  traktatları  bədii  üslubuna  görə  ərəbdilli  və  farsdilli  nəsrin  qiymətli 

nümunələridir. 

Ərəb dilçilik tarixinə nəzər saldıqda alimlər arasında bir sıra azərbaycanlıların da adlarına rast 

gəlinir.  Onların  ərəb  dilçiliyinin  formalaşmasında  oynadıqları  rol  əvəzsizdir.  Akademik  Vasim 

Məmmədəliyevin  "Ərəb  dilçiliyi"  monoqrafiyasında  əslən  Azərbaycandan  olan  neçə-neçə  filoloq 

haqqında məlumat verilmişdir [5, 244]. 

Şərq  ədəbiyyatında  şərhçilik  sənəti  antologiyaların  toplanaraq  qələmə  alındığı  dövrlərdən 

inkişaf  etmişdir.  Orta  əsrlərdə  bu  sahəyə  xüsusi  əhəmiyyət  verilmiş  və  alimlər  arasında  görkəmli 

şərhçi  Xətib  Təbrizi  yüksək  mövqedə  dayanmışdır.  Bir  sıra  məşhur  şairlərin  şeirlərinə  yazdığı 

şərhlər orijinallığı və dolğunluğu ilə ona böyük şöhrət qazandırmışdır. Dil üslubu, mövzu və zaman 

müxtəlifliyinə  baxmayaraq,  şərhlərinin  digərlərindən  seçilməsi  və  bu  günün  özündə  tədqiqatçılar 

tərəfindən  yüksək  qiymətləndirilməsi  Xətib  Təbrizi  şəxsiyyətinin  kamilliyinə  bariz  nümunədir. 

"Azərbaycan aliminin ən böyük xidməti şeirin hərtərəfli izahı metodunu ilk dəfə olaraq irəli sürməsi 

və öz əsərlərində bunun parlaq nümunəsini verməsidir. Xətib Təbrizi əsərləri həm dilçilik, həm də 

ədəbiyyatşünaslıq, həm tarix, həm ictimai mühitlə, həm fəlsəfə, həm etnoqrafiya, həm də folklorla 

bağlı  şəkildə  tədqiq  edən  ilk  şərhçi  idi.  Bu,  alimin  ərəb  ədəbiyyatına,  ümumiyyətlə  müsəlman 

xalqlarının mədəniyyətinə gətirdiyi birinci yenilik idi" [4, 54]. O, əslən azərbaycanlı olsa da, təkcə 

ölkəmizdə deyil, eyni zamanda dünya alimlərinin araşdırma obyektinə çevrilmişdir.  

Bəzən  xarici  ölkələrdə  nəşr  edilmiş  tədqiqatlarda  əslən  azərbaycanlı  alim  və  şairlərimizin 

milli  mənsubiyyətinin  düzgün  göstərilmədiyinin  şahidi  oluruq.  Bu  yanlışlığı  aradan  qaldırmaq, 

mənəvi  kamilliyimiz  sayılan  orta  əsr  elm  və  mədəniyyətimizin  görkəmli  simalarının  həyatını, 

fəaliyyətini özümüzün dərindən araşdırmağımıza hər zaman ehtiyac vardır.  

Müasir  tədqiqatlarda  çox  vaxt  müzakirə  olunan  problemlərdən  biri  o  dövrdə  yaranmış 

əsərlərin mənəvi sərvət kimi kimə aid edilməsidir. Təbii ki, həmin zamanların dövlət anlayışı, dilə 

münasibəti hazırkı mövqedən qiymətləndirilmirdi. İlk dövrlərdə ərəb, XI əsrdən etibarən ona paralel 

farscanın  elm  və  ədəbi  dil  kimi  əsas  götürülməsi  tarixi  bir  zərurət  idi.  Zamanla  ərəb  və  fars 

dillərinin  elmi  və  ədəbi  dil  olaraq  istifadəsi  siyasi  məqsədə,  sarayların  tələbinə  uyğun  olmuş, 

müsəlman  Şərqinin  ümumi  sərvəti  kimi  dövrümüzə  gəlib  çatmışdır.  Bu  səbəbdən  də  tədqiqat 

zamanı dilin yoxsa onu yaradan şəxsiyyətin milliyyətinin əsas götürülməsi aktual məsələlərdəndir.     

Tarixi  zərurətdən  irəli  gələn  həmin  vəziyyətdən  çıxış  edərək  Professor  Qafar  Kəndli 

yazmışdır: "Qətran, Miyanəci, Xaqani türkcə düşünərək farsca və ərəbcə yazmışlar. Sanki əsərlərini 

özləri  dəricəyə  çevirmişlər.  Özlərinin  tərcümanı  və  dilmancı  kəsilmişlər.  Həmin  "tərcümələr"də 

saxlanılan milli koloritlə xalqına və mədəniyyətinə yad olan, ancaq əsərlərini ana dilində yazan bir 

şairin  yazılarını  tutuşdurduqda  məsələ  özü-özlüyündə  aydınlaşır…  Ana  dilində  yazmamaq  tarixi 

şəraitlə bağlı olsa belə, Azərbaycan şeiriyyəti və şairliyinin tarixi faciəsidir. Nizami, Xaqani, Qətran 

yaradıcılığının faciəsidir" [2, 58]. 

Dünyanın  müxtəlif  kitabxanalarında  orta  əsrlərə  aid  Azərbaycanın  şəhərləri  və  görkəmli 

şəxsiyyətlərinin  həyatlarından  bəhs  edən  onlarla  müəllifin  əsərləri  qorunub  saxlanılır.  Müasir 

dövrümüzdə  həmin  qaynaqların  bəziləri  çap  olunmuş,  bəziləri  isə  hələ  də  əlyazması  şəklindədir. 

Həmin  yüzilliklərdə  yaşamış  azərbaycanlılar  haqqında  geniş  məlumatlar  əldə  etmək  üçün  bu 

mənbələrin aşkarlanması və araşdırılması vacib işdir.  

Müasir  dövrümüzdə  tədqiqatlar  zamanı  çox  vaxt  əsərlərin  dili  ön  planda  verilərək 

ümummüsəlman mədəniyyəti kimi öyrənilir. Məlumdur ki, orta əsrlərə aid əsərlərdə dil amili bəzi 

müəlliflərin milli mənsubiyyəti üçün böyük mübahisələrə də səbəb olmuşdur. Lakin o dövrün siyasi 

və  elmi  mühitini  bu  günün  şəraitilə  eyniləşdirmək  olmaz.  Tarixdə  bəzən  böyük  imperiyaların  dili 

elmi  və  ədəbi  dil  olaraq  əsas  götürülmüşdür.  Bu  siyasi  zərurət  alim  və  mütəfəkkirlərin  böyük 

şəhərlərdə  mükəmməl  təhsil  alması,  yaratdıqları  əsərlərinin  təbliği  və  onun  hakim  himayəsində 

qorunması üçün əsas idi. Təbii ki, yaranmış əsər dil xüsusiyyətinə görə ümumi bir sərvət kimi qəbul 

edilə  bilər.  Ancaq  əsərin  orijinallığı  onu  yaradan  müəllifin  mənsub  olduğu  millətin  düşüncə 



 

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

62

 

 



 

 

səviyyəsinin, təfəkkürünün kamilliyini nümayiş  etdirir. Əgər elm və ədəbiyyatımızı  yalnız anadilli 



nümunələrlə məhdudlaşdırsaq bu keçmişdə yaranmış sərvətimizdən intina etmək deməkdir. 

 

Ədəbiyyat siyahısı 



  1. Аль-Фахури Ханна. История арабской литературы. Т.I, Москва-Издательство 

иностранной литературы, 1959, с. 368 

2. Kəndli-Herisçi Qafar. Xaqani Şirvani (həyatı, dövrü və mühiti). Bakı-Elm, 1988, s. 592 

3. Гибб Х.А.Р. Арабская литература. Москва-Издательство восточной литературы

1960, с. 188 

4. Mahmudov Malik. Xətib Təbrizi (həyatı və yaradıcılığı). Bakı-Elm, 1972, s. 207 

5. Məmmədəliyev V. Ərəb dilçiliyi. Bakı-Maarif, 1985, s.288 

6. Məmmədov Zakir. Azərbaycan fəlsəfəsi tarixi. Bakı-İrşad, 1994, s. 340 

7. Məmmədov Zakir. Eynəlqüzat Miyanəci. Bakı-Elm, 1992, s.52 

8.  Ülkər  Zakirqızı  (Məmmədova).  Şihabəddin  Yəhya  Sührəvərdi  (ədəbi-bədii  yaradıcılığı). 

Bakı-Elm, 2010, s.156 

Xülasə 


Orta  əsrlərə  aid  Azərbaycan  elmi-ədəbi  nümunələri  ərəb  və  fars  dillərində  dövrümüzə  gəlib 

çatmışdır.  Məqalədə  VII-XII  əsrləri  əhatə  edən  ərəbdilli  ədəbi  mühit  qısa  şəkildə  təqdim 

olunmuşdur.  Tarix  boyu  idarəçiliyin  hökm  sürməsi  üçün  bir  çox  amillərlə  yanaşı,  mədəni  və  dil 

siyasəti  də  olmuşdur.  Həmin  xüsusiyyətin  onun  qorunması,  yayılması  üçün  vacib  cəhət  olması  ön 

planda göstərilmişdir.  

   


U.Mammadova 

The arabic-language literature and language policy of the Middle Ages Azerbaijan  

Summary 

Scientific  and  literary  models  of  medieval  Azerbaijan  in  Arabic  and  Persian  languages 

survived  to  the  present  day.  In  article  the  literary  environment  in  Arabian  language  7

th

-12



th

  of 


centuries is briefly submitted. During all history the cultural and language politics, alongside with a 

line of factors, has been directed on maintenance of administrative authority. On the foreground the 

problem  of  the  importance  of  this  prominent  feature  for  its  protection  and  distribution  is  put 

forward. 

 

 

 



 

 

 



 

 

Sevinc Orucəli qızı Ağayeva, filologiya üzrə fəlsəfə doktoru  



AMEA Nəsimi adına Dilçilik İnstitutu, böyük elmi işçi 

sevinj.aliyeva.76@bk.ru  



Yüklə 6,82 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin