Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri


TALIŞ VƏ SAXUR DİLLƏRİNDƏ LEKSİK VAHİDLƏRİN PARALELLİYİ



Yüklə 6,82 Mb.
Pdf görüntüsü
səhifə11/88
tarix26.02.2017
ölçüsü6,82 Mb.
#9795
1   ...   7   8   9   10   11   12   13   14   ...   88

 

TALIŞ VƏ SAXUR DİLLƏRİNDƏ LEKSİK VAHİDLƏRİN PARALELLİYİ 

 

Açar sözlər: Talış, Saxur, dil, xalq, leksik, ədəbi dil 

Key words: Talysh, Sahur, language, people, lexical, literary language 

  

“Azərbaycanın varı, dövləti təkcə onun yeraltı və yerüstü sərvətləri deyil, onun ərazisində 

yaşayan xalqlardır” 

Heydər Əliyev, Ümummilli lider 

 

Azərbaycan Respublikasının  ərazisində  yaşayan  xalqların və etnik nümayəndələrin dillərinin 



müqayisəli  elmi  təhlili  və  tədqiqi  ən  aktual  vəzifələrdəndir.  Müstəqil  Respublikamızın  Prezidenti 

 

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

63

 

 



 

 

cənab  İlham  Əliyev  11  yanvar  2016-cı  ildə  imzaladığı  sərəncamı  ilə  Azərbaycan  Respublikası 



Konstitusiyasının  109-cu  maddəsinin  32-ci  bəndini  rəhbər  tutaraq  Azərbaycanda  multikulturalizm 

ənənlərinin  qorunub  saxlanması,  daha  da  inkişaf  etdirilməsi  və  geniş  təbliğ  olunması  məqsədi  ilə 

2016-cı  ili  Azərbaycan  Respublikasında  “Multikulturalizm”  ili  elan  etdi,  tarixi  İpək  yolunda 

yerləşən  Azərbaycanımızı  müxtəlif  sivilizasiyaların  qovuşduğu  məkan  olaraq,  əsrlər  boyu  milli-

mədəni 

rəngarənglik 



mühitinin 

formalaşdığı, 

ayrı-ayrı  millətlərin  və  konfessiyaların 

nümayəndələrinin  sülh,  əmin-amanlıq,  qarşılıqlı  anlaşma  və  dialoq  şəraitində  yaşadığı  diyar  kimi 

tanındığını da qeyd etdi. 

Bu da məlumdur ki, yerli dialektlərin bəziləri inkişaf edərək milli ədəbi dilin əsası olur. Belə 

ki,  ədəbi  dilin  lüğət  tərkibi  yerli  dialektlərin  lüğət  tərkibindən  çox  zəngindir.  Ədəbi  dil  insanların 

bütün iş sahələrini əhatə etdiyi üçün onun təsir dairəsi yerli dialekt və şivələrin təsir dairəsindən qat-

qat  genişdir.  Dialektlər  də  öz  növbəsində  bu  və  ya  digər  fəaliyyət  sahəsinin  inkişafı  ilə  əlaqədar 

olaraq spesifik sözlərə malik olur ki, ədəbi dil də bunun hesabına zənginləşir.  

Azərbaycan  xalqı  müxtəlif  xalqlarla  müxtəlif  şəkildə  əlaqə  və  münasibətdə  olmuş  və 

olmaqdadır. Azərbaycan dili yaxın xalqlar arasında geniş nüfuz dairəsinə və təsirə malik olduğuna 

görə həmin xalqların ümumünsiyyət vasitəsinə çevrilmişdir.   

Tədqiqatımızda  Müstəqil  Azərbaycan  Respublikasında  yaşayan  azsaylı  xalqların  dilində  - 

Talış və Saxur dilində oxşar leksik vahidlərin müqayisəli təhlilindən bəhs olunur. 

Talışlar  Azərbaycan  Respublikasının  cənub-şərqində,  əsasən  Lənkəran,  Astara  və  qismən 

Masallı, Lerik rayonlarında, eləcə də İranın şimalında, əsasən Gilan ostanında, az sayda Ərdəbildə 

Nəmin şəhərində yaşayırlar.  

Talış  dili  Hind  –  Avropa  dillərinin  Hind  –  İran  qoluna  daxildir.  Talış  dilinin  daxil  olduğu 

Kaspi  dil  qrupu,  Hind  –  İran  dillərində  İran  dil  qrupuna  daxil  olan  şimal  –  qərbi  İran  dil 

yarımqrupunun  qoludur.  Kaspi  dil  qrupuna  aid  olan  gilan  dili,  mazandaran  dili,  simnan  dilləri  bu 

dilə daxil olan dillərdən hesab olunur. Talış dili fars, tat, kürd, tacik, osetin, puştu, dəri, beluc və s. 

dillərinə  yaxındır.  Slavyan  (rus,  belorus,  ukrayna,  çex,  polyak  və  s.),  baltik  (Litva,  latış),  german 

(alman, ingilis, isveç və s.) dilləri ilə uzaq qohumdur (1). 

Azərbaycan dilinin dialekt və şivələrində leksik fərqləri araşdırmaq,  həm ayrı-ayrı dialekt və 

şivələrimiz arasında, həm də müasir ədəbi dillə qarşılıqlı əlaqəsini vermək, eləcə də Azərbaycan dili 

ilə başqa qohum olan və qohum olmayan dillər arasında oxşar və fərqli cəhətləri müəyyənləşdirmək 

və onların düzgün linqvistik qiymətini vermək olduqca lazımlıdır.  

Talış  dili  tarix  boyu  Azərbaycan  ədəbi  dili,  onun  bu  və  ya  digər  dialektləri  ilə  qarşılıqlı 

əlaqədə olmuşdur. Bunun nəticəsində qarşılıqlı dillər bir – birinə təsir göstərmişdir. Bu cür qarşılıqlı 

əlaqələr həmin dillərin leksik sistemində vacib iz buraxmışdır. Prof. Qəzənfər Kazımov qeyd edir: 

“yerli talışlarla qonşuluq nəticəsində Azərbaycan – türk əhalisi İrandilli tayfalara çoxlu söz verdiyi 

kimi, ünsiyyət prosesində onların bir çox səciyyəvi terminoloji sözlərini də mənimsəməli olmuşdur” 

(6, s.6). 

Saxur  dili  Azərbaycanda  və  Dağıstanda  danışılan  ləzgi  dillərindən  biridir.  Azərbaycanda 

əsasən  Zaqatala  və  Qax  rayonlarında,  Dağıstanda  və  Rutul  rayonunda  yerləşən  saxur  kəndlərində 

işlənilir. Saxur dili Qafqaz dillərinin Dağıstan qolunun cənub-şərq qrupuna aiddir (2). 

Azərbaycan milli tərkibinin rəngarəngliyi, burada yaşayan milli azlıqların, azsaylı xalqların və 

etnik qrupların müxtəlifliyi ilə bir çox ölkələrdən fərqlənir. Tarix boyu ölkəmizdə yaşayan müxtəlif 

xalqların nümayəndələri öz adət-ənənələrini, milli dəyərlərini qoruyub saxlayaraq gələcək nəsillərə 

ötürüblər.  C.Gözbaraxlı  yazır:  “...saxur  xalqını  başqa  xalqlar  arasında  doğma,  doğma 

Azərbaycanımızda  isə  yad  hesab  etmirik.  Hesab  edirik  ki,  azsaylı  xalqların  dilləri  arasında  bu 

dillərin püxtələşməsi baxımında müəyyən əlamətləri ilə seçilən sirli söz xəzinəsi vardır” (4, s.176).  

Xalqların bir-biri ilə müxtəlif əlaqələri və birgə yaşayışı zamanı daha çox məişət və iqtisadi 

cəhətdən  ünsiyyət  yaranır.  Bu  cür  tarixi  ünsiyyət  və  əlaqələrin  nəticəsində  ana  dilimizdən  həmin 

xalqların dillərinə yaşayışın bütün sahələri ilə bağlı bir çox söz və ifadələr keçmişdir.  

Müxtəlifsistemli  dil  ailələrinə  daxil  olan  Talış  və  Saxur  dillərində  qeydə  alınan  oxşar  leksik 

vahidlərin  müqayisəli  təhlili,  demək  olar  ki,  ilk  dəfədir  tədqiq  olunur.  Məqalədə  göstərilən  leksik 

vahidlər  həm  Talış  dilində,  həm  də  Saxur  dilində  (4)  qeydə  alınmış  folklor  materialları  və  xalq 

danışıq dilinə əsasən təhlil olunur və iki qrupda sadalanır:   



 

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

64

 

 



 

 

 



1) Həm fonetik tərkibi, həm də ifadə etdiyi leksik mənası oxşar olan vahidlər 

a) talış dilində                                                b) saxur dilində 

sim – məftil                                                        sim – məftil 

gəbə - xalça                                                        gəbə - xalça 

dinq - çəltik döymək üçün dəyirman                  dinq – çəltik döyən alət  

cecim/cəcim – döşəməyə salmaq üçün palaz     cecim– döşəməyə salmaq üçün palaz 

çin – oraq                                                          çin – oraq   

 

Müqayisə  zamanı  sözləri  etimoloji  təhlil  edərkən  bəzi  məqamları  qeyd  etmək  istəyirik. 



Məsələn, sim sözü farsca “gümüş” deməkdir. Cecim fars mənşəli söz olub, yun ipdən toxunulmuş 

zolaqlı, ala-bəzək, nazik palazdır. Elmi mənbədə çin sözü iki mənada izah olunur: 1) Orağın dişli 

formasıdır.  Çin  (Kitay)  sözü  ilə  bağlıdır.  Çini  (qablar)  da  Çin  sözü  ilə  bağlıdır.  Bunlar  (çin,  çini 

qab)ilk dəfə Çində istehsal olunduğu üçün belə adlanıb. 2) Həqiqət mənasında işlədilən bu söz Çin 

dilindən keçmişdir (mənası “həqiqət”dir), rütbə mənasındakı çin də Çin dilinə məxsusdur (çinovnik, 

çin-çin  yığmaq  sözləri  də  burdandır).  Qab  mənasındakı  çən  (neft  çənləri)  sözü  də,  bəzi  alimlərin 

fikrincə, Çin dilindən keçmədir, çəllək sözü də qohumdur. Həqiqət anlamını verən çin sözü ilə eyni 

deyil, omonimdir (“mərtəbə” deməkdir) (3, s.137).   

  

2) Fonetik tərkibi fərqli, leksik mənası oxşar olan vahidlər 



 a) talış dilində                                                         b) saxur dilində  

         kaqi /kaqe – toyuq                                          kate – toyuq 

         mığə - bədənin nazik sümüyü mənasında         mığa - çiyin 

         nağ/nəğ – damaq                                              nağ – yaş 

         cəndək/cəmdək – bədən                                    candak – bədən 

         çəxo – bıçaq                                                     çıka – bıçaq 

         canq/çanq - əl ilə qapmaq                                 çank – tələ 

         dərqəz – kol biçən                                             deryaz – kol biçən 

         bırz – düyü                                                       birinz – düyü 

         şartük – çəltik                                                   şaltük – çəltik 

         xandax – xəndək                                               qandax – xəndək 

         künəleynə - yemişan ağacı                                 kuneliynayuv – yemişan ağacı 

  

Hər iki azsaylı xalqın dilində işlək olan canq/çanq/cank sözü “tutmaq”, “mühasirəyə salmaq” 



mənasındadır.  Belə  ki,  cənq/çəng  farsca  “pəncə”,  “dırnaq”  deməkdir.  Dırnaqla  yaralamaya  isə 

çənqe (çəngi) deyirlər (3, s.67). 

Şartük, şaltük sözlərində kök söz “su” anlamını ifadə edən çək, çisək (3, s.67)  kimi sözlər ilə 

qohum  olduğu  və  “su  sevən”  (bitki)  mənasında  işləndiyi  qənaətinə  gəlmək  olur.  Talış  dilində 

toplanmış  materialların  təhlilində  tük  sözünü  “çəltik  əkilən  sahə”  mənasında  işləndiyini  görmək 

olur. Məs.:  

A ğız, sən gə bu tükə, 

Çörəg ver də, bi tikə, 

Gözum yoldə qalıbdi 

Yar gələrmi bu tükə? (Bayatı)   

Bunlardan  başqa  həm  Talış,  həm  də  Saxur  dilində  elə  sözlər  də  vardır  ki,  onların  fonetik 

tərkibi  oxşar  olsa  da,  leksik  mənaları  tamamilə  fərqlidir.  Məsələn;  Saxur  dilində  zer  “inək” 

mənasında, Talış dilində zer “əzgil” mənasında, saxur dilində se “keçi”mənasındadır. Talış dilində 

se  sözünün  bir  neçə  mənada  işləndiyi  göstərilir:  1)  три-  “üç”;  2)  брать,  получать-  “almaq, 

götürmək”;  3)  покупать-  “almaq,  satın  almaq”  (5,  s.327).  Demək  olar  ki,  hər  iki  azsaylı  xalqın 

dilində bu cür sözlər çoxluq təşkil edir.  

Ayrı-ayrı  dillər  qohumluq  əlaqələrindən  asılı  olmayaraq  bir-biri  ilə  özlərinin  bütün  tarixi 

inkişaf mərhələlərində və eləcə də, müasir dövrdə qarşılıqlı təsirə məruz qalır. Eyni zamanda, bu və 

ya digər bir dilin tərkib ünsürlərini təşkil edən dialektlər də öz növbəsində bu prosesdə fəal iştirak 


 

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

65

 

 



 

 

edir. Bunlar da daxil olduqları dilin ayrı-ayrı dialektləri ilə qarşılıqlı əlaqəyə girir, qarşılıqlı təsirdə 



bilavasitə özünü təzahür etdirir, lakin bununla kifayətlənməyib, təmasda olduğu hər hansı başqa bir 

dillə  qarşılıqlı  münasibətdə  olur.  Beləliklə,  dil  və  dialektlər  arasında  qarşılıqlı  təsir  hadisələri 

yaranır. 

Bu  və  ya  başqa  dilin  öz  qrupu  içərisində  müstəqil  və  ya  asılı  rolunu  bu  dilin  özünə  məxsus 

olub,  öz  qrupunun  başqa  dillərində  olmayan  fonetik,  leksik  və  qrammatik  nümunələr  tapmaqla, 

onun xüsusi vəziyyətini tədqiq etmək və qohum dillərin içərisindəki yerini müəyyən etmək olar (7, 

s.13). 

Dillər  arasındakı  əlaqələr  ədəbi  dil  və  dialekt  səviyyələrində  baş  verir.  Tarixən 



müxtəlifsistemli  dillər  arasındakı  əlaqələr  daha  çox  dialekt  səviyyəsində  başlanır;  ədəbi  dil 

səviyyəsindəki  münasibətlər  nisbətən  sonrakı  dövrlərdə  formalaşır.  Təbii  haldır  ki,  xalq  nə  qədər 

kiçik olsa da, ünsiyyətdə, münasibətdə olduğu hər hansı bir xalqla daima yaşayışın bütün sferalarına 

aid olan qarşılıqlı dil əlaqələrini qurur. Hər iki xalqa məxsus söz və ifadələr bir dildən başqa dilə 

keçərək zamanla orada yaşayır və çox hallarda vətəndaşlıq hüququ qazanaraq o dilin leksik layında 

ümumişlək olur.  

 

Ədəbiyyat 



1. az.m.wikipedia.org/wiki/Talış_dili 

2. az.m.wikipedia.org/wiki/Saxur_dili  

3. Əhmədov B. Etimologiya lüğəti (Araşdırmalar, mülahizələr). 4400-ə yaxın sözün etimoloji 

yozumu. Bakı – 2015, 287 s. 

4. Gözbaraxlı C. Saxurlar. Bakı – 2016, 176 s.  

5. Мамедов Н. Талышско-русско-Азербайджанский словарь. Баку-«Нурлан» - 2006, 439 

с. 

6. Mirzəyev E. Azərbaycan dili Lənkəran və Astara şivələrinin terminoloji leksikası. “Elm və 



Təhsil”, Bakı – 2010, 182 s. 

7. Tahirov İ. Dialekt leksikasında alınma sözlər (şərq qrupu dialekt və şivələrinin materialları 

üzrə). Bakı – “Nurlan” – 2004, 135 s.  

 

Xülasə 



 

Məqalə  Müstəqil  Azərbaycan  Respublikasında  yaşayan  azsaylı  xalqların  dilində  -  Talış  və 

Saxur dillərində oxşar leksik vahidlərin müqayisəli təhlilinə həsr edilmişdir. Bu mövzu ilk dəfədir 

ki, tədqiqata cəlb olunur. Azərbaycan milli tərkibinin rəngarəngliyi, burada yaşayan milli azlıqların, 

azsaylı xalqların və etnik qrupların müxtəlifliyi ilə bir çox ölkələrdən fərqlənir. 

 

 



 S.O.Agayeva 

The lexical parallelism in Talysh and Tsakhur languages. 

 

Summary 


 

The  article  is  dedicated  a  comparative  analysis  of  lexical  units  of  the  Talysh  and  Tsakhur 

languages of the minorities living like in the Independent Republic of Azerbaijan. This is the first 

time that research is  drawn to  the subject.  The composition  of the Azerbaijani  national  minorities 

and ethnic groups and national minorities living here, diversity, diversity of advantageously differs 

from many countries. 

 

 

 

 

 

 


 

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

66

 

 



 

 

Təranə Xəlilova, filologiya üzrə fəlsəfə doktoru, 



Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti 

tarana11@box.az 



 

AZƏRBAYCANDA ETNOLİNQVİSTİK PROSESLƏR  

(AZƏRBAYCANDA YAŞAYAN XALQLARIN DİL TƏSNİFATI) 

 

Açar sözlər: Etnik birliklər, təsnifat, antropoloji, linqvistik, genealoji, dil ailələri 

Keywords:  Ethnic  associations,  classification,  anthropological,  linguistic,  genealogical, 

linguistic families 

 

Azərbaycanlılar Qafqaz regionunda say etibarilə yerli xalqlar arasında birinci ümumilikdə isə 



ruslardan  sonra  ikinci  yerdə  dururlar.  Azərbaycan  Respublikası  əhalisinin  sayı  8,3  milyondur. 

Azərbaycanda  8  milyondan  çox  azərbaycanlı  yaşayır.  Bundan  başqa  azərbaycanlılar  Gürcüstanda, 

Mərkəzi  Asiya  və  Qazaxıstanda,  Rusiyada,  Türkiyədə  böyük  qruplar  halında  yaşayırlar.  Dünyada 

hazırda  50  milyondan  çox  azərbaycanlı  yaşayır.  Azərbaycan  çoxmillətli  ölkədir.  Burada 

azərbaycanlılarla  yanaşı  çoxlu  miqdarda  etnik  qruplar:  ləzgilər,  avarlar,  saxurlar,  rutullar,  udinlər, 

xınalıqlar,  qrızlar,  buduqlar,  gürcülər,  talışlar,  tatlar,  türklər,  ruslar,  ukrainlər,  belaruslar  və  digər 

хаlqlаr  yaşayırlar.  Azərbaycanda  subetnoslar  еtnоqrаfik  qruplаr  da  yaşayır:  ayrımlar,  padarlar, 

şahsevənlər və s. bu cür subetnoslara aiddir. Bu subetnosların dili Azərbaycan dilidir. Еtnik qruplаr 

tаtlаr, tаlışlаr, kürdlərin dilləri – Аvrоpа dilm аiləsinin İrаn budаğınа аiddir. Qafqaz dilli xalqlar isə 

ləzgilər, avarlar, saxurlar, udinlər, buduqlar, qrızlar, xınalıqlar,  yengiloylardır ki, bunlar da başlıca 

olaraq Azərbaycanın şimalşərq və şimal-qərb rayonlarında məskunlaşmışlar.[4, s. 69] 

Hazırda  Azərbaycan  ərazisində  məskunlaşmış  xalqların  dilləri,  əsasən,  dörd  böyük  dil 

ailəsinə  -  türk,  Şimali  Qafqaz,  hind-Avropa  və  kartvel  dil  ailələrinə  mənsub  olsalar  da,  ölkədəki 

müasir  etnolinqvistik  durumda  dominantlıq  türk  dillərinin  oğuz  qrupuna  daxil  olan 

Azərbaycan  dilinə  məxsusdur.  Belə  ki,  Azərbaycan  Respublikası  əhalisinin  tam  əksəriyyəti 

məhz  bu  dildə  danışır.  Müasir  Azərbaycan  dili  1-ci  minilliyin  əvvəllərindən  indiki 

Azərbaycan  ərazisində  məskunlaşmağa  başlamış  türk  mənşəli  tayfaların  dilləri  əsasında,  uzun 

tarixi inkişaf prosesinin gedişində formalaşmışdır. 

Şimali  Qafqaz  dilləri  Azərbaycan  ərazisində  ləzgi,  avar,  saxur,  udi,  xınalıq,  buduq  və  qrız 

dilləri  ilə  təmsil  olunmuşdur.  Bu  dillər  başlıca  olaraq  ölkənin  şimal-şərq  rayonlarında 

yayılmışdır.  Azərbaycan  ərazisində daşıyıcılarının  sayına  görə  Şimali  Qafqaz  dilləri  içərisində 

ən  geniş  yayılanı  ləzgi  dilidir.  Ləzgi  dili  Şimali  Qafqaz  dil  ailəsinin  Dağıstan  qrupunun  ləzgi 

yarımqrupuna daxildir. 

Şimali  Qafqaz  dil  ailəsinin  ləzgi  yarımqrupuna  udi  dili  də  aid  edilir  (bu  dilin  ləzgi 

yarımqrupuna mənsubluğu  elmdə  mübahisəlidir).  Hazırda  udilər  Qəbələ  rayonunun  Nic  kəndində 

və Oğuz rayon mərkəzində məskunlaşmışlar.  

Azərbaycan  ərazisində  Dağıstan  dilləri  qrupunun  ləzgi  yarımqrupuna  saxur  dili  də 

daxildir.  Saxurlar  3  rayonun  -  Qax  (Qum  və  Sarıbaş  kəndləri),  Zaqatala  (Yeni  Suvagil, 

Gezbarah,  Kaç  və  Muxax  kəndləri)  və Balakən ərazilərində məskunlaşmışlar. [1, s. 147-150] 

Azərbaycanın  şimal-şərqində  yayılmış  "Şahdağ  qrupu"  -  xınalıq,  buduq  və  qrız  dillərini  də 

Dağıstan  dilləri  qrupunun  ləzgi  yarımqrupuna  aid  edirlər.  Xınalıq  dilində  Quba  rayonunun 

eyni-adlı  kəndinin  sakinləri  danışırlar.  Buduqlar  Quba  rayonunun  Buduq,  Güney  Buduq  və 

Dəli  Qaya  kəndlərində,  qrızlar  isə  həmin rayonun Əlik, Cek və Haput kəndlərində yaşayırlar. 

Əsasən,  Zaqatala  və  Balakən  rayonlarının  ərazisində  yayılmış  avar  dili  isə  Şimali  Qafqaz 

dil  ailəsinin Dağıstan qrupunun avar-ando-didoy yarımqrupuna daxildir. 

Hind-Avropa  dil  ailəsinin  İran  qrupu  dilləri  Azərbaycan  ərazisində  tat,  talış  və  kürd 

dilləri  ilə  təmsil olunmuşdur. 

Tat  dili  İran  dillərinin  cənub-qərb  yarımqrupuna  daxildir.  Bu  dil,  əsasən,  Abşeron 

yarımadasının  bir  neçə  kəndində,  eləcə  də  Xızı,  Siyəzən,  Dəvəçi  və  Quba  rayonlarının 

ərazisində  yayılmışdır.  Tatlar  dini  mənsubiyyətinə  görə  üç  qrupa  bölünür:  müsəlman  tatlar, 

xristian  tatlar  (monofızitlər),  iudaist tatlar  və  ya  dağ yəhudiləri. [1, s. 148] 


 

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

67

 

 



 

 

Talış  dili  İran  dillərinin  şimal-qərb  yarımqrupuna  daxildir.  Bu  dil  Azərbaycanın 



cənub-şərqində  -Lənkəran, Astara, Lerik və Masallı rayonlarının ərazisində yayılmışdır. 

Kürd  dili  İran  dillərinin  qərb  yarım-qrupuna  aiddir.  Kürd  dili  Laçın,  Qubadlı,  Kəlbəcər  və 

Azərbaycanın bəzi başqa cənub-qərb rayonlarının ərazisində yayılmışdır. 

Hind-Avropa  dil  ailəsi  Azərbaycan  ərazisində,  həmçinin,  rus  və  erməni  dilləri  ilə  təmsil 

olunmuşdur. 

Rus  dili  hind-Avropa  dil  ailəsinin  slavyan  qrupunun  şimal-slavyan  yarımqrupuna  daxildir. 

Rus  dilinin daşıyıcıları, əsasən, Azərbaycan şəhərlərində və ilk növbədə Bakıda məskunlaşmışlar. 

Erməni  dili  isə  hind-Avropa  dillərinin  ayrıca  qrupunu  təmsil  edir.  Erməni  dili  Qarabağın 

dağlıq hissəsinin bir neçə rayonunda yayılmışdır. 

Kartvel  dil  ailəsi  Azərbaycanda  gürcü  dili  ilə  təmsil  olunmuşdur.  Bu  dilin  daşıyıcıları 

xristian  və  müsəlman  ingiloylardır.  Onlar,  əsasən,  Qax,  Zaqatala  və  Balakən  rayonlarında 

məskunlaşmışlar. 

Azərbaycanda,  Türkləşmə  prosesi  yalnız  türk  aborigenlərin  cənubdan  gələn  oğuzlar  və 

şimaldan  gələn  qıpçaqlarla  qarışması,  nəticəsində,  bunların  assimilyasiyasından  sonra  başlandı  və 

getdikcə sürətlənib XI-XII əsrlərdə qurtararaq, Azərbaycan və Arran ərazisində müasir Azərbaycan 

millətini əmələ gətirən türkdilli Azərbaycan xalqının təşəkkül tapması ilə nəticələndi. 

XIX-XX  əsrlər  Azərbaycan  dilinin  ən  sürətli  tərəqqi  və  çiçəklənmə  dövrü  olmuş,  bunun 

nəticəsində  də  Azərbaycan  dili müasir dünyanın funksional baxımdan ən  inkişaf etmiş dillərindən 

birinə çevrilmişdir. [1, s. 149] 

XIX-XX  əsrlərdə  Azərbaycanda  etnolinqvistik  proseslərin  inkişafında  dörd  əsas  mərhələni 

qeyd  etmək  olar:  Rusiya  imperiyası  tərkibində  (XIX  əsr  –  1917-ci  il);  Azərbaycan  Xalq 

Cümhuriyyəti  dövrü  (1918-1920-ci illər);  sovet  dövrü  (1920-1991-ci  illər);  dövlət  müstəqilliyinin 

bərpasından sonrakı dövr (1991-ci ildən sonrakı mərhələ). [7, s. 10] 

Bu  mərhələlər  bir-birindən  dövlət  səviyyəsində  həyata  keçirilən  dil  siyasətinin  əsas 

xüsusiyyətlərinə  görə  fərqlənir.  Dil  siyasəti  dövlətin  dil  sahəsində  iradəsini  həyata  keçirməyin  ən 

effektiv və güclü vasitəsidir. 

Son  200  il  ərzində  ölkədəki  etnolinqvistik  proseslərin  inkişaf  istiqamətini  müəyyənləşdirən 

əsas  amillər  sırasında  ilk  növbədə  ölkənin  Rusiya  imperiyası  tərəfindən  işğalmı  qeyd  etmək 

lazımdır.  Rusiya  imperiyasının  müstəmləkə  siyasətinin  ideoloji  əsasmı  ruslaşdırma  xətti  təşkil 

etdiyi  üçün  ölkədə  dillərin  qeyri-bərabərliyi  prinsipi  qanunvericilik  səviyyəsində  təsbit 

olunmuşdu.  Rusiya  imperiyasının  hakim  dairələri  sərt  dövlət  dili  siyasətini  həyata  keçirirdilər. 

Bu  siyasətin  ən  səciyyəvi  xüsusiyyətləri  bir  tərəfdən  rus  dilinin  dövlət  dili  elan  olunaraq  onun 

zorla  qeyri-rus  xalqlara  qəbul  etdirilməsi,  digər  tərəfdən  isə  əsarətdə  olan  xalqların  ana  dillərinin 

inkişafı qarşısında müxtəlif süni əngəllərin yaradılmasından ibarət idi. 

Qonşu  regionlar,  məs.,  Gürcüstan  və  Ermənistanla  müqayisədə  ruslaşdırma  siyasəti 

Azərbaycanda xüsusilə  kobud  və  amansız  formada  həyata  keçirilirdi.  Belə  ki,  gürcü  və  erməni 

dillərinə  nisbətən  çarizmin Azərbaycan  dilinə  münasibəti  daha  dözülməz  idi  və  bu  dilin  cəmiyyət 

həyatının  əsas  sahələrindən  sıxışdırılıb çıxarılması üçün çeşidli qadağalar tətbiq olunurdu. 

Tanınmış  etnolinqvist  Y.  Deşeriyevin  hesablamalarına  görə,  Rusiya  imperiyası  dövründə 

Azərbaycan dili ictimai-siyasi, sosial-iqtisadi, mədəni və elmi həyatın 22 əsas sahəsindən yalnız 9-

da fəaliyyət göstərirdi. Qalan sahələrdə isə rus dili hökm sürürdü. [1, s. 150] 

Lakin  çarizmin  bütün  cəhdlərinə  baxmayaraq,  Azərbaycan  dilinin  funksional  inkişafının 

qarşısını  almaq mümkün  olmadı.  XIX  əsrin  sonu  -  XX  əsrin  əvvəllərində  baş  verən  köklü  sosial-

iqtisadi  dəyişikliklər,  kapitalist  münasibətlərinin  bərqərar  olması,  Azərbaycan  millətinin 

formalaşması  prosesi  milli  dilin  funksional  inkişafı prosesində  ciddi  dəyişikliklərə  -  onun  tətbiq 

sahələrinin  xeyli  artmasına  gətirib  çıxardı.  Azərbaycan  dilinin  dünyəvi  təhsil  sistemində  tətbiq 

miqyası genişləndi, bu dildə mətbuat və teatr yarandı, ədəbiyyat nəşr edildi. 

Digər  tərəfdən,  hətta belə  əlverişsiz  şəraitdə də  Azərbaycan  dili  Cənubi Qafqaz və  Dağıstan 

ərazisindəki millətlərarası  münasibətlərdə  əsas  ünsiyyət  vasitəsi  kimi  öz  rolunu  qoruyub  saxlaya 

bilmişdi.  Hələ  19  əsrin əvvəlində  bir  çox  rus  tədqiqatçıları  Azərbaycan  dilinin  bu  keyfiyyətini 

qeyd  edərək,  onun  regiondakı  rolunu  fransız  dilinin  Avropadakı  rolu  ilə  müqayisə  edirdilər.  Bu 

vəziyyət  XIX  əsrin  sonlarına  kimi  davam  edirdi.  Belə  ki,  XIX  əsrin  80-ci  illərində  Qafqazda 



 

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

68

 

 



 

 

olmuş  Y.  Veydenbaum  qeyd  edirdi  ki,  sadəliyi  və  öyrənmək  üçün  asanlığı  Azərbaycan  dilini 



bütün Şərqi Qafqaz üçün beynəlxalq dilə çevirmişdir. 

Azərbaycan  dilinin  funksional  inkişafı  sahəsində  köklü  dəyişikliklərə  isə  yalnız  1918-ci  il 

mayın  28-də  Azərbaycanın  dövlət  müstəqilliyinin  elan  edilməsindən  sonra  nail  olmaq  mümkün 

oldu.  Bu  hadisə  Azərbaycan dilinin  funksional  inkişafında  yeni  mərhələnin  başlanğıcını  qoydu. 

Belə  ki,  dil  sahəsində  milliləşdirmənin  həyata  keçirilməsi  bu  dövrdə  milli  hökumətin 

fəaliyyətinin  prioritet  istiqamətlərindən  biri  idi.  Dil  sahəsində  milliləşdirmə  siyasətinin  əsas 

mahiyyətini  Azərbaycan  dilinin  müstəmləkəçilik  dövründə  itirilmiş  mövqelərinin  bərpası  və 

keçmiş  metropoliya  dilinin  tədricən  cəmiyyətin  əsas  sahələrindən  sıxışdırılıb  çıxarılması  təşkil 

edirdi. [7, s. 11] 

Bu  sahədə  ilk  addım  müvafiq  hüquqi  bazanın  yaradılması  oldu.  1918-ci  il  iyunun  27-də 

milli  hökumətin qərarı  ilə  yeni  və  ən  yeni  dövrdə  ilk  dəfə  olaraq  Azərbaycan  dilinə  dövlət 

dili  statusu  verildi  və  dövlət orqanlarında kargüzarlığın bu dildə aparılmasına başlandı. 1918-ci il 

avqustun 28-də Azərbaycan dilində savadlı milli  kadrların  hazırlanması  məqsədilə  ölkədəki  təhsil 

müəssisələrinin  milliləşdirilməsi  haqqında  qərar  qəbul  olundu.  Azərbaycan  dilində  fəaliyyət 

göstərən  ali  təhsil  müəssisələrinin  yaradılması  və  Azərbaycan  əlifbasının  islahatı  üçün  ilk 

addımların atılması da 1918-1920-ci illər müstəqillik dövrünün əsas nailiyyətlərindəndir. 

Bu  baxımdan  1918-1920-ci  illər  dövrünü  son  iki  yüz  ildə  Azərbaycan  dilinin  funksional 

inkişafında  dönüş  nöqtəsi  hesab  etmək  olar.  Belə  ki,  XX  əsrin  sonrakı  onilliklərində  bu  sahədə 

baş  verən  proseslər  1918-1920-ci illərdə əsası qoyulmuş tendensiyaların xeyli dərəcədə inkişafı və 

dərinləşməsinin təzahürü idi. [1, s. 147-150] 

1920-ci  ilin  aprelində  hakimiyyəti  ələ  keçirmiş  bolşeviklər  qeyri-rus  xalqlarının  sovet 

hakimiyyətinə  münasibətdə  loyal-lığını  təmin  etmək  məqsədilə  milli  dillərin  inkişafı  üçün 

minimum  şərait 

yaratmağa 

məcbur  idilər.  Bolşevik  hakimiyyətinin  milli  ucqarlarda 

möhkəmləndirilməsi zərurəti də bunu tələb edirdi. 

Bu  məqsədlə  1921-ci  il  martın  29-da  Azərbaycan  İnqilab  Komitəsinin  sədri  N. Nərimanov 

Azərbaycan  SSR  idarələrində  türk  dilində  kargüzarlığın  tətbiqinin  təşkili  haqqında  sərəncam 

imzaladı. 1923-cü il iyunun 27-də isə Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin dekreti ilə türk dili 

Azərbaycan SSR-in dövlət dili elan edildi. 

Bütün  bu  dövlət  sənədləri  hüquqi  normadan  daha  çox  siyasi  deklarasiya  xarakteri  daşıyırdı. 

Belə  ki,  SSRİ-nin  bütün  ərazisində  olduğu  kimi,  Azərbaycanda  da  dövlət  dili  de-fakto  rus  dili 

idi.  Buna  baxmayaraq,  milli  dillər  üçün  yaradılmış  məhdud  imkanlar  belə  XX  əsrin  20-30-cu 

illərində  Azərbaycan  dilinin  təhsil,  mətbuat  və  kitab  çapı  sahəsində  funksional  inkişafına  təkan 

verdi. Məsələn, 1939/40-cı tədris ilində Azərbaycanın ibtidai və orta məktəblərində oxuyan  638427 

şagirddən  68,6  %-i  Azərbaycan,  18,9  %-i  rus,  12,1  %-i  erməni  və  0,4  %-i gürcü dillərində təhsil 

alırdı. 

1939-cu  ildə  respublikada  Azərbaycan  dilində  81,  rus  dilində  46,  digər  dillərdə  isə  9  qəzet 

çap  olunurdu.  Həmin  ildə  respublikada  buraxılan  qəzetlərin  ümumi  tirajının  55,7%-i 

Azərbaycan,  33,7%-i  rus,  10,6%-i  isə digər dillərin payına düşürdü. [1, s. 149] 

Lakin  Azərbaycan  dilinin  nisbətən  sərbəst  inkişafı  üçün  belə  əlverişli  dövr  uzun  çəkmədi. 

Artıq  XX  əsrin  30-cu  illərinin  sonundan  başlayaraq  SSRİ  rəhbərliyi  milli  fərqlərin  aradan 

qaldırılması  prosesini  süni  şəkildə  sürətləndirmək  xəttini  götürdü  ki,  bu  da  mahiyyət  etibarilə 

xalqların ruslaşdırılması siyasəti demək idi. [7, s. 9] 

Milli  əlifbaların  latın  qrafikasından  kirill  qrafikasına  keçirilməsi,  rus  dilinin  funksional 

inkişafı  üçün imtiyazlı  şəraitin  yaradılması  bu  siyasətin  əsas  ünsürləri  və  tərkib  hissəsi  idi.  1938-

ci  ilin  martında  SSRİ  XKS  və  ÜK(b)P  MK  tərəfindən  qəbul  edilmiş  qərarla  1938/39-cu  tədris 

ilindən  rus  dilinin  istisnasız  olaraq  bütün ümumtəhsil məktəblərində məcburi tədrisinə başlandı. 

Lakin 50-ci  illərin  ortalarından  başlayaraq  milli  dillərin inkişafına  diqqət  artırıldı. 1956-cı  il 

avqustun  21-də  Azərbaycan  SSR  Ali  Sovetinin  4-cü  çağırış  3-cü  sessiyasında  Azərbaycan  dili 

haqqında  xüsusi  qərar  qəbul edildi.  Bunun  ardınca  respublikanın  dövlət  idarələrində  Azərbaycan 

dilinin  tətbiqi  üçün  real  addımlar  atılmağa başlansa da,  az sonra  mərkəzi hakimiyyətin təzyiqi  ilə 

bu proses dayandırıldı. 

60-cı  illərin  ortalarında  isə  SSRİ-də  milli  münasibətlər,  o  cümlədən  dil  sahəsində  nisbi 



 

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

69

 

 



 

 

mülayimləşmə dövrünə  birdəfəlik  son  qoyuldu.  Bu  dövrdən  başlayaraq  SSRİ-nin  dağılmasınadək 



ruslaşdırma  siyasəti  Sovet  dövlətinin  daxili  siyasətinin  əsas  istiqamətlərindən  birini  təşkil 

edirdi.  Maraqlıdır  ki,  bu  siyasət  milli-rus  bilinqvizminin  (ikidillilik)  inkişafı  pərdəsi  altında 

aparılırdı.  Buna  görə  də  milli-rus  bilinqvizmi  heç  də  rəsmi  təbliğatın  təqdim  etməyə  çalışdığı 

kimi  müxtəlif  dillərin  qarşılıqlı  inkişafı  və  zənginləşməsinə  deyil,  birtərəfli  surətdə 

azərbaycanlılar  arasında  rus  dilinin  yayılmasını  sürətləndirmək  və  bu  dilin  ictimai  həyatın 

müxtəlif sahələrində hökmranlığının təmin olunmasına xidmət edirdi. [3, s. 114] 

Lakin  mərkəzin  bütün  təzyiqlərinə  baxmayaraq,  respublikanın  1978-ci  ildə  qəbul 

olunmuş  yeni  Konstitusiyasına  Azərbaycan  dilinin  dövlət  dili  olması  haqqında  ayrıca  maddə 

salındı.  Həmin  maddənin  o  dövrdə  xeyli  dərəcədə  formal  xarakter  daşımasına  baxmayaraq,  bu, 

Azərbaycan  xalqının  ciddi  mənəvi-psixoloji  qələbəsi  idi.  Belə  ki,  SSRİ-nin  15  müttəfiq 

respublikasından  yalnız  üçünün  -  Azərbaycan,  Gürcüstan  və  Ermənistanın  konstitusiyalarında 

dövlət dili haqqında xüsusi maddə var idi. 

 

Ədəbiyyat siyahısı 



 

1. Balayev A., Azərbaycan Milli Ensiklopediyası. 25 cilddə. “Azərbaycan” cildi. Bakı, 2007  

2. Bünyadov Z., Azərbaycan VII-IX əsrlərdə, Bakı: “Şərq-Qərb”, 2007 

3.Xudiyev N., I cild Seçilmiş Əsərləri Azərbaycan Ədəbi Dili Tarixi, Bakı 2012 

4. Quliyeva N., Etnoqrafiya və Etnologiya, Dərs vəsaiti, Bakı – 2009 

5. Rüstəmova A., Müasir dövrdə Azərbaycanda etnodil prosesləri. Bakı: “Qartal”, 2001 

6.Yusifov Y., Qədim Şərq tarixi, Bakı: “Şərq-Qərb”, 2007 

7.  http://files.preslib.az/projects/remz/pdf/atr_dil.pdf  Azərbaycan  Respublikası  Prezidentinin 

İşlər İdarəsinin Prezident Kitabxanası, Azərbaycanda etnolinqvistik proseslər 

8.  http://millikimlik.az/article/a-7.html  Azərbaycan  etnogenezi,  kimlik  şüuru  və  tarix 

konsepsiyaları haqqında mülahizələr (15/05/2016) 

 

Xülasə 



 

Etnik  birlikləri  qruplaşdırmaq  və  müəyyən  əlamətlərinə  görə  sistemləşdirmək  məqsədilə 

etnoqrafiya  elmində  müxtəlif  təsnifat  növlərindən  istifadə  olunur.  Məsələn,  xalqların  coğrafi,  dil, 

təsərrüfat-mədəniyyət,  antropoloji  təsnifatları  mövcuddur.  Dil  xalqların  və  etnik  birliklərin  ən 

mühüm  əlamətlərindən  biri  olduğuna  görə,  linqvistik  təsnifat  etnoqrafiya  elmində  daha  geniş 

yayılmışdır.  Bu təsnifat genealoji xarakter daşıyır və dilləri mənşə qohumluğu prinsipi ilə ayrı-ayrı 

dil ailələrində qruplaşdırır. 

 

T.Xalilova 



Summary 

 

Due to certain ethnic groups and in order to systematize the science of ethnography is the use 



of  different  classification.  For  example,  geographical,  linguistic,  economic  and  cultural, 

anthropological classifications.  Language is one of the most important features of the peoples and 

ethnic groups, according to the classification of linguistic science of ethnography more widespread. 

The  genealogical  classification  to  the  principles  of  nature  and  origin  of  languages  and  groups 

separate language families. 

 

 



 

 

 



 

 

 



 

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

70

 

 



 

 

Sevda Qasımova, filologiya üzrə fəlsəfə doktoru 



İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin direktoru v.i.e 

sevda168qasimova@gmail.com 

 

İSMAYILLI RAYONUNDA DİL ƏLAQƏLƏRİ 

 

Açar sözlər: dil əlaqələri, Lahıc şivəsi, hapıt dili, ləzgi dili, İsmayıllı şivəsi 

Key words: language connections, Lahij dialect, hapit language, lezghin, Ismailly dialect. 

 

Azərbaycanın  əhalinin  etnik  tərkibinin  rəngarəngliyinə  görə  diqqəti  cəlb  edən  rayonlarından 



biri  İsmayıllıdır.  Milli  əsas  təşkil  edənlərlə      bərabər  burada  “Şahdağ”  etnik  qrupları:  ləzgilər, 

hapıtlar, bundan başqa tatlar, yəhudilər, ruslar (malakanlar) iqtisadi, mədəni, dil əlaqələri içərisində 

yaşamaqdadırlar.  Hər  bir  etnik  qrupun  özünəməxsus    adət-ənənələri,  dili,  dini  inancları  olmasına 

baxmayaraq,  onlar  iç-içə  yaşadıqları  digər  etnoslarla  yüz  illərdir    eyni  vətəni  eyni  taleyi 

paylaşmaqla qarşılıqlı əlaqədədirlər. 

Müxtəlif etnoslar arasındakı münasibətlərdə dil mühüm rol oynayır. Hər cür mədəni əlaqələr 

içərisində  dil  əlaqələrinin  ayrıca  özəllikləri  vardır.  İstər  aborogen,  istərsə  də  sonradan  bu  torpağa 

köçürülmüş  etnik  qruplar  köklərindən  qidalanmamaqla  -  dil  ailələrindən  uzaqlaşmaqla  içərisində 

yaşadığı,  həm  də  dövlət  dili  funksiyasında  olan  Azərbaycan  türkcəsinin  mühüm  təsirinə  məruz 

qalmışdır.  Bununla  bərabər,  dialekt  səviyyəsində  olsa  belə,  bu  etnik  qrupların  dilləri  Azərbaycan 

dilinə təsirsiz qalmamışdır. İsmayıllı rayonunun şivə  xüsusiyyətlərini ələ aldığımızda buradakı dil 

əlaqələrinə dair maraqlı faktlar meydana çıxır. 



Lahıc və İsmayıllı şivələrinin dil əlaqələri  

Tarixi  taleyi  Azərbaycanla  bağlı  olan  xalqlardan  biri  də  İrandilli  tatlardır.  “Azərbaycan  

ərazisində  tatlar,    əsasən,  respublikanın  İsmayıllı,  Xızı,    Şamaxı,  Quba,  Dəvəçi  və  Abşeron 

ərazilərində daha kompakt şəkildə yaşayırlar. Tatlar bu ərazilərə hələ VI əsrdə İrandan köçürülməsi 

ədəbiyyatda  qeyd  olunur”  (6,  s.4).  İsmayıllı  rayonunda  tatdilli  etnik  qrup  kompakt  şəkildə  Lahıc 

qəsəbəsində və qəsəbəətrafı kəndlərdə yaşayırlar. 

Tatlar    Azərbaycanın  bir  sıra    ərazilərində  yayıldığından,  tat  dilinin  müxtəlif  ləhcələri 

meydana  çıxmışdır.  G.  Hüseynovaya  görə,  tat  dilinin      1)  şimal  (sünni)  şivələri  –  Quba,  Dəvəçi, 

Qonaqkənd rayonları və Xızı rayonunun Qızıl Qazma kəndi ərazisində yayılmış  şivələr; 2) mərkəzi 

(şiə)  84  şivəsi  –  Xızı  rayonunun  Ərüsküş  və  Dağquşçu  kəndi  ərazisində  yayılmış    şivə;  3)  cənub 

(şiə)  şivələri – Xızı rayonunun digər  ərazilərində və Siyəzən rayonu ərazisində yayılmış şivələri və 

Abşeron, Balaxanı, Suraxanı, Lahıc və Məlhəm (Şamaxı) tatlarının şivələri daxildir (6 s.83-84). 



Leksik əlaqələr: 

Tədqiqatçı  Gülsüm  Hüseynovanın  araşdırmalarında,  Azərbaycan  dilinin  dialektoloji 

lüğətlərində,  yerli  dil  materiallarında  və  başqa  mənbələrdən  alınan  dil  faktları  Lahıc  şivəsi  ilə 

Azərbaycan  dili  və  onun  İsmayıllı  şivəsi  arasındakı  dil  əlaqələrini  üzə  çıxarmağa  imkan  verir.  Bu 

dil faktlarından bir neçəsini nəzərdən keçirək: 

Tilat  –  “ağzı  yeyilmiş  və  sapı  çürümüş,  işlənmiş  bıçaq  (İsmayıllı  şivəsində  tilət-  “nazik”); 

basarat/bəsərət//bəsərot  -ərəb  mənşəli  söz  -  «diqqət»  və  «bəxt,  tale»  (4,s.55),  “gerçəkləri 

yanılmadan  görə  bilmə  qabiliyyəti,  uzaqgörmə”,  “basaratı  bağlanmaq”  isə  “gerçəyi  görə 

bilməmək  kimi  bir  duruma  düşmək”(11);  bazburud/bazbürd  -«boy-buxun,  görkəm»;  (2s.39); 

vəçəxor/beçəxor-  «qadınların  uşaqlığında  yara  (xora)»,  (İsmayıllı  şivəsində  “gəlinlərin  ilk 

uşaqlarını bətnlərində veçexor yeyerdi” kimi bir deyim- inanc vardır ki, burdan ya həmin xoranın 

çanlı  orqanizm  kimi  alqılanması,  ya  da  həmin  sözün  məna  dəyişməsi  nəzərə  çarpır); 

cıqqa/cıqqan/cıqqana - «bir az, azacıq”, «kiçik, balaca»; «balaca bir şey», «nəyinsə çox kiçik bir 

hissəsi»; dıkqıli/duqqulu  -  «balaca, azca, bir az»; danqaz/danqoz -  «lovğa, ədabaz, dikbaş» (2, 



s.122.); danqıl/dingil- «yüngülxasiyyətli» (İsmayıllı şivəsində dingil variantı eyni mənada işlənir); 

gildir/gildir - «gilə-gilə», «damcı-damcı» (İsmayıllı yerli şivələrində “bıldır-bıldır” fonetik şəklində 

ağlamaq feilinə aid  olaraq işlənir);  həmzotti/həmzətti-  «həmzatlı», “insanla birlikdə doğulan  ruh, 

can”(El  içərisində  həmin  mifik  təsəvvürlərə  dayanan  belə  bir  inanc  var  ki,  insanlar  arasında 

həmzadlı -mənfi auralı- sayılanlar yeni doğulmuş uşağın “üstünə girərlərsə” həmin uşaq ölə bilər, 



 

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

71

 

 



 

 

yaşamaz); incəvora- «nə yaxşı ki», «xoşbəxtlikdən» (6, s.39); lələgüllə/ lələgili/ lələgillə - «çərəz» 



(İsmayıllı  şivəsində  isə  “lələgilə”  şəklində  işlənir);  düdüxçi  -  «yalançı»  (düdüx’  «yalan» 

sözündən).  

Gülsüm Hüseynovanın “Tat dilinin leksikası” əsərində dil əlaqələri baxımından qeydə aldığı  

ləbgərdən    –    (tat  ləhcələrində    abgərdən//obgərdan  -    ab//ob    «su,  maye»  +    gərdan//gərdən 

«boyun» (Lahıc və yerli şivədə “misdən, alüminiumdan və s.-dən qayrılmış uzunsaplı çömçə” -qeyd 

bizimdir),  s.39,  qobi    «kiçik  dərə  »,    qoğuş    «koğus»,    «ağacın  içindəki  ovuq»,  dino  (İsmayıllı 

şivəsində dəno – qeyd bizimdir)  «həlim, -  bişmiş düyü suyu», zəqto//zəqqitum  «çox acı»,  kəm  

«az»; noqulay (İsmayıllı şivəsində naqolay-qeyd bizimdir) «yöndəmsiz»; nohur  «su yığılan yer», 

parabizən    «qanadlarının  üzərin  də    qırmızı  xallar  olancücü»,    siəzi«kisə,  xaral»  (İsmayıllı 

şivəsində siyəzi şəklində “nazik” mənasında - qeyd bizimdir); vəçə//ve çə//beçə  «körpə  arı»;  qart  

«dəryaz  itil  əmək  üçün  daş»;  qəcələ    «sağsağan»;    siyapur      «hayasız»;          pənə  -  «pul»;    ciyə  - 

«kəndir»;  kənək  -  «bərk,  sınmayan»;  sital    «tənbəl»  və  s.  sözləri  də  İsmayıllı  şivəsinə  Lahıc 

şivəsindən keçmiş sözlərdir (5). 

“Azərbaycan dilinin dialektoloji lüğəti”ndə qeydə alınmış aşağıdakı tat mənşəli sözlər eynən 

İsmayıllıda  Lahıc  –  türk  dil  əlaqələrinə  örnək  ola  bilər:  vaynaçarfarsça   nāçār راچان  "çarəsiz" 

sözündən,  “heç  olmazsa”,  (s.  531;  zır  –  “tamamilə”(s.  560);  arna  –  “ədavət”  (İsmayıllı  şivəsində 

“bəhanə”) (s. 26); zahı – “yeni doğmuş qadın ( s. 554); ləvərə  – qaydasından iri, (s.332); ləlöin 

dilənmək    (İsmayıllı  şivəsində  ac,  yoxsul),  (s.329),  lələ-ata,  (s.327);  ləco-  “zarafatşıl,  məzhəkəçi” 

(s.326); latayir – “ədəbsiz söz” (s. 324); qudnə - lovğa (s. 312); qoyu – qatı (s.311) (1). 

Qarşılıqlı dil  əlaqələrində türk-monqol mənşəli sözlər başqa bölgələrimizdə  yaşayan tatların 

dilində  olduğu  kimi,  İsmayıllı  tatlarının  dilində  görünür.  Bu  sözlər  Azərbaycan  dili  vasitəsi  ilə 

Lahıc  şivəsinə  keçmişdir.  Həmin  leksik  vahidlər  Gülsüm  Hüseynovanın  araşdırmasında  üzə 

çıxarılmışdır:  kağaz/kağəz/koğəz,  seyrəq/seyrey,  sərün/sərin,  buğa/büğo,  bez,  çiçəg/çiçeq, 

zöendun/şoindun,  quymağ//quymoğ//qiymoğ,  çöl//çul,  qaburğa//qaburğo,  başmağ/başmoğ, 

yapunci//yapuncü,  sanduğ//sanduğ,  cülgi//cülqi,  kərpic,  ambar//ambor,  palaz//paloz, 

saray//səroy, tapança//tapançö (5, s.79-80), ostin  –  «paltarın qolu», çığrığ  –  «qarqara, makara, 

sap çarxı»,  qırt   «az, kəsik»,   dağar  – «qurudulmuş mal, qoyun, keçi dərisindən tikilmiş kisə”, 



tuş  –  «tuş gəlmək», «rast gəlmək», uruğ- turuğ  –  «nəsil, nəvə-nəticə»,   ütüg – «zirək,diribaş» 

kəsüy  –  «yazıq, fağır, qəlbi sınıq (adam)» (5, s.64-65). 

Qrammatik əlaqələr: 

İstər tat dilinin Lahıc şivəsi, istərsə də hapıt dilində leksik əlaqələri ilə bərabər  milli dilimizin 

milli  azlıqların  şivələrinə  təsirlərini  görməkdəyik.  Azərbaycan  tatlarının  müxtəlif  ləhcə    və  

şivələrində işlənən birinci tərəfi  Azərbaycan dilindən alınma -mış,  - miş,  - muş,  - müş  şəkilçisi 

ilə əmələ  gəlmiş feili sifət, ikinci tərəfi isə  tat dilinə  məxsus köməkçi feillə  ifadə  olunan analitik 

feillərdə    maraqlı  xüsusiyyətlər  aşkara  çıxır.  Belə  ki,  “birən”-  “ol”  feili  artırılmaqla  Azərbaycan 

dilindəki məsdər mənalı feillər yaranır. Məsələn:  alışmış birən - «alışmaq, öyrəşmək»;  allanmış 

birən  -  «aldanmaq»;    axmiş  birən  -  «axmaq»;  aqnamiş  birən  -  «ağnamaq»;    inanmış  birən  - 

«inanmaq»; “birən” köməkçi feili milli feillərimizin başlanğıc formasına və adlara da artırıla bilir: 



qunoğbiran  –  “qonaq  olmaq”;  sataşbirən  –  “sataşmaq”.  Həmin  feili  sifətlərə  “soxtən”-  “et”  

köməkçi  feili  artırmaqla  təsirli  feillər  yaranır:  aldatmış  soxtən  -  «aldatmaq»;    inanmiş  soxtən  - 

«inandırmaq»; xırdalamiş soxtan – xırdalamaq, tup soxtan – “toplamaq”  v ə  s.  

Lahıc ləhcəsində Azərbaycan dilinə məxsus derevativ sözlər mövcuddur ki, bunları dörd yerə 

bölmək olar:  

1)  Mənşəyindən  asılı  olmayaraq  Azərbaycan  dilindən  hazır  şəkildə  alınmış  düzəltmə  sözlər: 



aqrebəli – əqrəbalı; aqrebəsüz – əqrəbasız ; binəli – əsaslı; binəsiz -– əsassız;  təməlli;təməlsiz; 

anqirti  –  anqırtı,  azqun  –  azğın;  başçi  –  başçı,  boğçə–  baxça;  cannığ–  canlıq;  düolı–  dualı;  

dədəliy – ögey dədə; ilçi – elçi; oyləli – ailəli; uxşor – oxşar; əttuq – ətlik; kəsilmək üçün bəslənən 

heyvan; ğərəülçi – keşikçi; qirçi – qırla işləyən şəxs; oşboz – aşpaz; bülük – bölük, dəstə;  

2) Azərbaycan dilinə  məxsus  leksik şəkilçilərin tat mənşəli sözlərə qoşulması ilə həmin dilə 

məxsus sözlər: ataşluq – odluq, yandırmaq üçün yer; yallü – uşaqlı; cıqqılı– kiçik xırda; cünəli – 

yanaqlı; dır-dırçı– deyingən; düvəli – tüstülü;  dəbboğçi – dabbaqçı; əntiqəçi – köhnə şeylər satan; 


 

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

72

 

 



 

 

numlu  –  adlı-sanlı;  düminci  –  ikinci;  düdüxçi  -  «yalançı»;  nimərçi  –  keçəçi;uxşori  –  oxşarlıq; 



həmzotti/həmzətti – həmzadlı;  

3)  Azərbaycan  mənşəli    -çi



4

,  -iş

4

və  s.şəkilçiləri  ilə  tat  mənşəli    –gəri  şəkilçisinin 

birləşməsindən  ibarət  olan  mürəkkəb  –çigəri  şəkilçisi  vasitəsi  ilə  yaranan  sözlər:  başçigəri  – 

başçılıq;  ğərəvülçigəri  –  keşikçilik,  qarovulçuluq;  elçigəri  –  elçilik;  yuxsulgəri  –  yoxsulluq;  



əkinçigəri – əkinçilik; gedişgəri – gedişat;  

4) Azərbaycan dilinə aid sözlərə tat mənşəli şəkilçinin artırılması ilə yaranan düzəltmə sözlər: 



qapundan – qapmaq; yavoşlə – yavaşca; ügəi – ögeylik; yetimi – yetimlik; oşbozgəri – aşpazlıq;  

yetimgəri – yetimçilik   

Mürəkkəb söz yaradıcılığında da Azərbaycan türkcəsinin təsiri aydın görünür. Belə sözləri də 

2 yerə bölmək olar: 1) Azərbaycan türkcəsindən hazır şəkildə alınan mürəkkəb sözlər: çoypüli –çay 

pulu; alış-vərişçi – alverçi; 2) Azərbaycan dilinə məxsus sözlə tat dilindən olan sözün birləşməsi ilə 

yaranan sözlər: kuxolu – dayıoğlu; nünqatığı– qəlyanaltı; yiğindərin – yır-yığış; yos nohran – yaş 

qoymaq;  zirbıği  –  bığaltı;  ux  şundan  –  ox  atmaq;  təmizdili  –  təmizürəkli,  açıqürəkli;    təmiz 



soxtan – təmizləmək; əməyəruz – əməkgünü   

 

“Şahdağ” etnik qruplarının dil əlaqələri 

İsmayıllıda  əsasən  Hacıhətəmli  və  Mollaisaqlı  kəndlərində  yaşayan  hapıtlar  qədim  Alban 

tayfalarının  nəsillərindən  olub  dünyada  yalnız  Azərbaycanda  qeydə  alınmış  nadir  etnoslardandır. 

“Şahdağ” etnik qrupuna daxildir. Hapıt dili də həm Azərbaycan türkcəsi həm də tarixən qonşuluqda 

yaşadıqları  etnosların  dillərindən  təsirlənmişdir.  Hapıt-türk  dillərinin  tarixi  əlaqələrinin  olması 

haqqında araşdırmaçıların görüş birliyi də vardır.  

Leksik əlaqələr: 

“Şahdağ”  dillərinin  lüğət  tərkibində,  səs  sistemində  və  hətta  qrammatik  quruluşunda 

Azərbaycan  dilinin  təsiri  özünü  göstərir.  Onların  lüğət  tərkibinə  çoxlu  Azərbaycan  sözləri  daxil 

olur,  tədricən  kök  sözlərin  yerini  dilə  daxil  olan  yeni  Azərbaycan  sözləri  tutur.  Azərbaycan  dilinə 

məxsus  sözdüzəldici  şəkilçilər əsasında bu dillərdə  yeni  sözlər  yaranır. Bu dillərə Azərbaycan dili 

vasitəsilə ərəb, fars, hətta rus sözləri də daxil olmuşdur. Aşağıdakı sözlər hapıt - Azərbaycan (türk) 

dil  əlaqələrinə  nümunə  ola  bilər:  aralıcəər-  “uzaqdan”;  ayağqəbı  –  “ayağqabı;  bəy  –  “ata”; 

bəğriyər  –  “qorxmaq”;  bıdırkən  –  “böyürtkan”;  cic  –  “gül”;  darnak  –  “dərnək”;  bay  –  “ana”; 

funduq – “fındıq”; kar – “iş”; kum-“kənd”; kur – “çay”; kərpiç – “kərpic”; qədə - “oglan”; qım 

–  “yer”;  qıl  –  “baş”;  qoq  –  “göy”;  kərə-“yağ”;  qomuş  –  “camış”; puzan  –  “pozan”;  palaz  – 

kilim, xalı”; turşi – “turşu”; uç- “get”; ucən – “bura”;  babay – “baba”; dayı – “dayı”; xala – 

xala”; mamay – “bibi”; kur – “çay”;  ux – “oxu” (uxəc – “oxumaq”); qəç- “çıx” (“qaç”). 

Babay, mamay sözlərinin sonundakı “y” türk ləhcələrində söz sonunda qapalı hecadan açıq 

hecaya doğru inkişaf qanunauyğunluğunu ifadə edən “arpay”, “buğday” tipli sözləri xatırladır. 

Haput  və  qrız  dillərində  çaya  “kür”  deyilməsi  tədqiqatçılarımıza  imkan  vermişdir  ki,  uzun 

müddət Kür çayının etimologiyası üzərində gedən mübahisəyə son qoysunlar və Zaqafqaziyanın bu 

ən  böyük  çayının  öz  adının  qədim  alban  tayfalarının  birinin  dilindən  aldığını  sübut  etsinlər  (9). 

“Kür”  sözünün  türk  mənşəli  söz  olması  və  hətta  qədim  şumerlərdə  belə  bu  sözün  işlənməsi 

haqqında yetərincə məlumatlar vardır. 

Qrız,  buduq,  xınalıq,  ləzgi  dillərində  elə  türk  sözləri  işlənir  ki,  bu  gün  bəzilərimiz  həmin 

leksemlərin  ilkin  variantda  mənasını  başa  düşmürük.  Məsələn, kap -  “meyvənin  yeyiləndən  sonra 

qalığı, şud  -“taxtabiti”, yeb - “ip”, qajğan (qazan)  s. (9.)  

Hapıt  dilinə  Azərbaycan  dili    vasitəsi  ilə  və  ya  birbaşa  azərbaycanda  yaşayan 

tatların,ləzgilərin dindən keçmiş ərəb-fars sözləri də vardır. 

Tat dili vasitəsilə hapıt dilinə keçmiş sözlər: azar – “xəstə”; axri- “axrı”; lüzüd ədəmi – “ağ 

adam”;  bəse  –  “bəst”i;  bustan  –  “bostan”;  dahar-  “daş”;  əmi  –  “əmi”;  əynə  -  “güzgü”;  əyəl  – 



uşaq”;  adami  –  “adam”;  ləhəd  ədəmi  –  “qara  adam”;  mtəpkə  -  “balış”;  nacax  –  “balta”; 

narduvan – “pilləkən”; nukər – “nökər”; şirni – “konfet”; və s. 

Hapıt-ləzgi ortaq sözləri: riş – rış - “qız”; bəlkən – balkan - “at”; xu-fu-“çörək”; xəd-yad-

“su”; gədə- qada-“oğlan”; bədəy-bade-“nənə”; babay-ba-“baba”və s. 


 

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

73

 

 



 

 

Araşdırmaçı, yazıçı-publisist  Xeyrulla Ağayev   bu  fikirdədir  ki,  hapıtlar  xarakter, 



psixologiya, məişət baxımından türk ruhuna çox yaxındırlar. Hapıtların inanclarında göy tanrıçılıq 

inamı  indi  də  yaşamaqdadır.  Hapıt  etnosundan  olan  müəllif  yazır:”Türkiyə  türklərində  sənədə 

"kahat"  deyirlər,  bizdə  də  bu  (eynən  (sənəd)  anlamındadır.  Bizdə  Allaha  qoq  deyirlər.  Qoq 

"yüksəklik",  "göy"  mənasındadır. Yüksəkliyə də  "qoq ki  qağa" deyirik,  yəni  "Allahın  yüksəkliyi" 



(10). Müəllif həm kultur, həm də dil əlaqələrinə örnək olaraq “iməcilik” sözünə diqqəti çəkir. 

Ta qədimdən  əski  türk toplumunda qarşılıqlı   yardımın  ən geniş  yayılmış formalarından biri 

“imece”  -  "iməcilik"  olmuşdur.  Tədqiqatçıların  fikrincə,  "iməcilik"  anlayışı    yunan  sözü  olan 

"imece"dən alınmışdır və qatılmaq, "yardımlaşmaq", ”köməkləşmək”  mənasını verir. Ona görə də 

ehtimal    etmək  olar  ki,  "iməcilik"  qarşılıqlı  yardım  forması  Azərbaycanda  ellinizm  zamanında 

təşəkkül tapmışdır (7). 

Lakin  “İmece  adətinə  Bizansın  politik  və  kultural  baskısından  uzaqqalmış  olan  türk 

yurdlarında  rastlanması  bu  kollektiv  yardımlaşma  ənənəsinin  rumlardan  keçmədiyinə  bir  dəlildir. 

Türk dialektlərində  “yardım” anlamında üme kelmesi olmuşdur. Qazaxca üme, tatarca, başqırdca 

ömə, türkməncə üməçi məhz  iməci deməkdir  (3, s.548).    

Qrammatik əlaqələr: 

Azərbaycan  dilinin  sözdüzəldici “-çı,  -çi,  -çu,  -çü”, “-lıq,  -lik,  -luq,  -lük”  şəkilçiləri  Şahdağ 

dillərinin  söz  yaradıcılığında  əhəmiyyətli  rol  oynayır. Şahdağ  dillərində  işlənən  bağlayıcılar  və 

ədatlar əsasən Azərbaycan dilindən, yaxud bu dil vasitəsilə ərəb və fars dillərindən alınmışdır (8).  

Lahıc şivəsində olduğu kimi, hapıt dilində də Azərbaycan türkcəsinin qrammatik quruluşunun 

təsiri ilə yaranmış birinci tərəfi Azərbaycan dilinə məxsus  –mış şəkilçili feili sifət olan mürəkkəb 

feillər  vardır  və  yönlük  halda  olan  feillərə  “başlamış”  feili  sifəti  ilə  artırmaqla  yaranan  feillər 

diqqəti cəlb edir. Məsələn: Qıl daramışiru –  “Başını darayır”; Vəz yaraşmışşöri – “Sənə yaraşır”; 




Yüklə 6,82 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin