AZƏrbaycan miLLİ adət və ƏNƏNƏLƏRİNİn bəDİİ-estetik mahiYYƏTİ



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə2/9
tarix23.02.2017
ölçüsü5,03 Kb.
#9424
1   2   3   4   5   6   7   8   9

  F Ə S İ L    
Milli adət və ənənələrdə bədii-estetik duyum 
1.1. Varisliyin adət və ənənələrdə yeri və onun  
mənəvi təsir dairəsi 
Adət və  ənənələr  bəşəriyyətin təkamül prosesini özündə  əks 
etdirir, bütün dövrlərdə  cəmiyyətin sosial-mənəvi və  mədə-ni 
tərəqqisinin göstəricilərindən biri kimi çıxış edir. 
Bir çox elmi ədəbiyyatlardan məlumdur ki, adət və  ənənələrиn 
təkamülü insan cəmiyyətinin üst poleolit dövründən başlamış, həyat 
tərzi, sosial qurumlar dəyişdikcə onlar da inkişaf etmiş, modernləşərək 
zənginləşmişdir.  Ən maraqlısı odur ki, adət və  ənənələr, o cümlədən 
bayram və mərasimlər insan həyatının sosial mənəvi tərəflərini özündə 
cəmləmiş, mühafizə edərək  əsrlərdən-əsrlərə, nəsildən-nəslə ötürə 
bilmişdir. Xüsusilə, bir çox sosial-mədəni vərdişlərlə yanaşı, 
ədəbiyyatın, musiqinin, teatrın müxtəlif folklor nümunələrinin 
xəzinəsinə çevrilmişdir. Elə buna görə  də, bəşər tarixinin müxtəlif 
dövrlərində adət və  ənənələr dünya alimlərinin diqqətini özünə  cəlb 
etmişdir. 
Hələ  qədim  dövrün və orta əsrlərin görkəmli filosofları Platon, 
Aristotel, Demokrit, Epikur, Lamеtri, Didro, Helvitsi və başqaları öz 
əsərlərində adət və  ənənələr haqqında maraqlı fikirlər söyləmişlər. 
Məsələn, qədim Yunan filosofu Platon bayramları dövləti sabit 
saxlaya bilən bir alət kimi təsvir etmiş, tərbiyə prosesində buraxılan 

 
 
18
qüsurları bayramlar, adət və  ənənələr vasitəsilə düzəltməyin 
mümkünlüyünü sюyləmişdir [121, s.185]. Aristotel isə insanların 
bayram etmək haqqı olduğunu deyir və bu haqqı onların  əlindən 
almağın mümkünsüzlüyünü söyləyirdi [21, s.42].  
Alimlərin apardıqları  tədqiqatlara görə  hələ ibtidai icma 
quruluşunda ictimai şüurun bütün formaları ilkin olaraq adət və ənənə 
şəklində özünü büruzə verirdi. Adət və  ənənələr bütövlükdə ictimai 
şüurun bütün funksiyalarını özündə  cəmləşdirirdи. Xüsusilə, dini və 
bədii  şüurun  əsasını qoyur və onu əbədi olaraq mühafizə edib, 
yaşadırdı. Bu da ondan irəli gəlirdi ki, adət və  ənənələr çox zaman 
dəyişməz qanun funksiyasını yerinə yetirir, insanların fəaliyyətini 
tənzimləyirdi. Bununla əlaqədar olaraq qədim dövr tədqiqatçıların-dan 
biri olan L.Morqan yazırdı: “Qəbilə qaydaları, qanun gücünə malik 
adətlər idi”[112, s.26]. 
Ən maraqlısı odur ki, dünya xalqlarının bir çox milli adət və 
ənənələrinin ilk təşəkkülü də  qədim dövrlərdən başlamış, bu adət və 
ənənələrə bağlılıqdan irəlи  gələrək, ictimai şüurun bütün sahələrində 
varislik prinsipi dəyişməz olaraq qalmışdır. Qədim dövrdə insanların 
asudəvaxt çoxluğu onların yaradıcılıq imkanlarını,  əylənmək, 
oynamaq, mənəvi tələbatlarla məşğul olmaq vərdişlərini artırırdı.  
İbtidai mədəniyyətin tədqiqatçılarından biri olan Y.Lipis də 
qədim insanların asudəvaxt həddinin çox olduğunu və onların müxtəlif 
vərdişlərə yiyələnmək imkanlarının genişliyini qeyd etmişdir [94, 
s.159]. 
Çox zaman bu boşluqlar incəsənət  əhəmiyyətli dini mərasimlərlə 
doldurulmuşdur. Din və incəsənəтin vəhdəti ayin və  mərasimləri 
emosionallaşdırmışdır. Ayin və  mərasimlərdə ictimai şüurun dinlə 

 
 
19
bağlı olan tərəflərinə daha çox üstünlük verilmişdir. Dini şüur adət və 
ənənələrin  əsas aparıcı  xəttini təşkil etsə  də, bədii təfəkkürlə 
qovuşmuş, bir cəm halında incəsənətlə  əlaqəli  şəkildə  təşəkkül 
tapmışdır. Dini şüur ilkin mərhələdə incəsənətə üstün gələrək onu 
uzun  əsrlər boyu özündən asılı  vəziyyətdə saxlamışdır. Bu da dini 
mahiyyət daşıyan adət və  ənənələrdə mühafizəkarlığın, eyni zamanda 
varislik prinsipinin üstünlük təşkil etməsindən, dinin bir ideologiya 
kimi ictimai şüurun başqa formaları üzərində güclü təsirə malik 
olmasından irəli gəlmişdir. Dini adət və  ənənələr kainat və tanrı 
duyğusu ilə  cəmiyyətdə  dərin kök atmışdır. Dini adət və  ənənələrin 
qanun halına düşdüyünü və kütləvi olduğunu nəzərə alan alman 
sənətşünası Herbert Kün yazmışdır ki, “qanun kosmikdir, müasir 
sənətkar da yaradır, daş dövrünün sənətkarı da. Onların  hər ikisinin 
qəlbində eyni arzular, eyni hisslər – kainat və tanrı duyğusu özünə yer 
tapmışdır”.  İngilis estetiki Andre Bredli incəsənətin tarixən dindən 
asılı  vəziyyətdə inkişaf etdiyini söyləmişdir. Amerikan sənətşünası 
Feybleman isə incəsənəti dini hisslərin və  əhval-ruhiyyənin ifadə 
vasitəsi adlandırmışdır [165, s.6]. Herbert Ridə görə, “biz keçmişə 
baxanda incəsənətlə dinin əl-ələ verib, tarixin qaranlıqları içindən bir 
yerdə çıxdıqlarını görürük”. Herbert Ridin fikrincə “onlar çoxlu əsrlər 
boyunca bir-birinə ayrılmaz” surətdə bağlı olmuşdur [164, № 13, 
s.164]. 
Lakin bu alimlərin demək olar ki, əksəriyyəti dinlə incəsənəti 
bir-birinə bağlayan cəmiyyətdə qanuni hal almış  və hamını öz 
qanunlarına tabe etmək, itaət etmək gücü olan adət və  ənənələri, 
mərasim və bayramları qismən də olsa, arxa plana atmışlаr.  Əslində 
isə dinlə incəsənət adət və  ənənələrin tələblərinə uyğun  şəkildə bir-

 
 
20
biri ilə qovuşmuşlar. Bu fikri qismən də olsa, alman sənətşünası 
Herbert Kün də  təsdiq etmişdir. O, demişdir: “Təsviri sənət həmişə 
ayinlə bağlı olmuşdur. Təkcə buz dövründə yox, sonralar, mezolit, 
neolit, bürünc dövründə, nəhayət orta əsrlərdə, elə bu günün özünə 
qədər də bu belədir” [155, s.5]. 
Əslində dünyanın bir çox yerindəki qədim qaya təsvirləri, 
xüsusilə, onların üst poleolit dövründə yarananlarы “ovsun 
nəzəriyyəsi” anlayışı baxımından qayalara, mağara divarlarına həkk 
edilmişdir. Çox ehtimal ki, ovçuluq mərasimləri 
fövqəltəbiiləşdirilməsəydi, qədim daş dövrünün təsviri incəsənəti də 
yaranmazdı. Çünki elmi araşdırmalar sübut edir ki, insanın hər bir 
hərəkəti təkamülün ilkin mərhələsində fövqəltəbiiləşdirilmiş, 
bəhrələnmək prinsipinə  əsaslanmışdır. Məsələn, qədim daş dövrünün 
adamı onun gündəlik qida vasitəsi olan heyvanların şəkillərini mağara 
divarlarına, yaxud qaya üzərinə  çəkib, həmin  şəkillər önündə 
sehrbazlıq mərasimləri təşkil etmişlər.  Öz  dini  ayin  və  mərasimi ilə 
ovlanacaq heyvanın artıq ovsunlandığını  zənn edir, gələcək uğuru 
üçün özündə inam və  əzmkarlıq hissi yaradırdı. Təbii ki, bu proses 
gündəlik həyat tərzinə çevrilir, ənənəvi hal alırdı.  Ənənəvilik isə 
yaranmış vərdişi varis kimi nəsildən-nəslə ötürürdü. Onların içərisində 
dini ayin və  mərasimlər çoxluq təşkil edirdi. Ayin və  mərasimlərin 
mahiyyətindən irəli gələrək insanlar həm də  bədii yaradıcılıq 
prosesinə qoşulurdular.  İncəsənətin mahiyyətini anlamasalar da 
mərasimlər, adət və  vərdişlər onun ilkin nümunələrini yaratmağa 
insanları təhrik edirdi. Şəkil çəkib onun ətrafına ovsunçuluq mərasimi 
qurmaq da adət və ənənənin tərkib hissəsi olmuşdur.  

 
 
21
Ümumiyyətlə, adət anlayışına tarixin müxtəlif mərhələrində 
“adamlar arasında sabitləşmiş, nəsildən-nəslə keçən və ictimai rəy 
gücünə  qorunub saxlanan davranış qaydaları, vərdişlər  нəticəsində 
həyata keçirilən hərəkətlər daxildir” [144, s.8]. Onlar tarixi inkişaf 
nəticəsində dəfələrlə təkrarlanaraq ənənəyə çevrilirlər. Ənənə isə latın 
sözü olub traditio – yəni tarixən yaranan və  nəsildən-nəslə ötürülən 
mənasında anlaşılır. Ayin isə latınca (ritualis) mərasim mənasını verir 
və müxtəlif mərasimlərin, xüsusilə, dini ibadətlərin təntənəli anlarıdır. 
Mərasim müəyyən hərəkətlər kompleksinin mahiyyətini  əks etdirirsə, 
ayin onların keçirilməsi, icrası qaydası haqqında təsəvvürlər yaradır, 
mərasimin quruluşunu müəyyənləşdirir.  
İbtidai dövrdə yaşayan qədim ovçuların sehrbazlıq, ovçuluq 
məqsədi ilə  çəkdikləri  şəkillər və  həmin  şəkillərin  ətrafında icra 
olunan təntənəli dini anlar da mərasimin tərkib hissəsi olmuşdur. 
Məhz dini ayin və  mərasimin qoyduğu qayda və qanunlara uyğun 
olaraq təsviri incəsənət, musiqi və söz sənəti hələ üst poleolit 
dövründən təşəkkül tapmağa başlamışdır. 
Sovet quruluşunun ateist məkanında incəsənətin dinlə bağlılığı 
inkar edilirdi. Ç.Darvinin “təkamül nəzəriyyəsi”nə  əsaslanan 
materialist alimlər ictimai şüurun bədii tərəfinin dindən asılı olmadan 
inkişaf etdiyini deyirdilər.  İctimai  şüurun formalaşmasını, incəsənətin 
meydana gəlməsini birmənalı  şəkildə  əmək fəaliyyəti prosesi ilə 
əlaqələndirirdilər. Bu fikirlə razılaşan Azərbaycan estetiki və 
sənətşünası Mehdi Məmmədov yazırdı: “Əmək insanın təkcə  əlini, 
bədənini, təkcə cismini deyil, ruhunu da dəyişdirir, onu tədriclə 
heyvanat aləmindən fərqləndirən bir hisslə – gözəllik hissi, estetik 
duyğu ilə zənginləşdirir”[111, s.36]. 

 
 
22
Sözsüz ki, insanın ictimai varlıq kimi formalaşmasında  əməyin 
rolu böyükdür. Lakin gözəllik hissi, estetik duyum üçün təkcə  əmək 
fəaliyyəti kifayət etməmişdir. Bədii təfəkkürün inkişaf etməsi üçün 
ruhi bir mühitin mövcudluğu tələb olunmuşdur. Belə bir mühiti 
insanlar adət,  ənənə, mərasim, bayram şəklində yaratmışlar. Həmin 
mühit zaman-zaman bədii-estetik duyumun təkamülünə xidmət 
etmişdir. Adət və  ənənələr varislik prinsipinə sadiq qalaraq ictimai 
şüurun bütün nümunələrini, o cümlədən dini, bədii təxəyyülün 
məhsulunu qoruyub, inkişaf etdirib, nəsildən-nəslə, qərinlərdən-
qərinələrə ötürə bilmişdir.  
Təbiidir ki, ictimai şüur forması kimi incəsənətin təsir dairəsi 
təkamülün nəticəsi olaraq adət və  ənənə  məkanından kənara çıxa 
bilmiş, müstəqil sahələrə bölünmüşdür. Ancaq mahiyyət etibarı ilə 
adət və ənələrdən kənarda qala bilməmişdir. Bütün dövrlərdə incəsənət 
bu və ya digər formada adət və  ənənələrə, mərasim və bayramlara 
xidmət etmişdir. 
Lakin tarixi inkişaf baxımından incəsənətin meydana gəlmə 
səbəblərini, onun adət və  ənənələrlə hansı formada bağlılığını 
birmənalı  şəkildə söyləmək çətindir. Yəni incəsənəti dini anlayışıн 
нəticəsi, yaxud sırf əmək fəaliyyətinin məhsulu kimi qiymətləndirmək 
münasibətimizi obyektivlikdən uzaqlaşdıra bilər. Elə buna görə  də, 
alimlərin tarixən apardıqları tədqiqatların özündə də konkretlik yoxdur 
və onların eyni problem ətrafındakı fikirlərində  dərin ziddiyyətlər 
vardır. Məsələn, G.V.Plexanov deyirdi ki, “ibtidai dövr incəsənətinin 
tarixini düzgün anlamaq üçün əməyin incəsənətdən yaşlı olduğunu, 
ümumiyyətlə, insanların predmetlərə, hadisələrə  əvvəlcə utilitar gözlə 
baxdığını  və yalnız sonra onlara öz münasibətində estetik baxımdan 

 
 
23
yanaşdığını dərindən dərk etməliyik [123, s.108]. Lakin G.V.Plexanov 
elə  həmin  əsərində incəsənətin bu və ya digər formalarının  əmək 
prosesində yarandığını deyir. Onun fikrincə, rəqs və mahnı ibtidai 
insanın  əmək prosesində doğur və onu müşayiət edir. G.V.Plexanov 
yazır: “İbtidai xalqlarda həmişə  iş vaxtı bir hava oxunur. Melodiya 
burada ikinci dərəcəli bir şeydir, mətn həmçinin. Ən başlıcası ritmdir. 
Mahnının ritmi eynilə  işin ritmini təkrar edir. Musiqi də öz mənbəyi 
etibarı ilə əməyə borjludur”
 
[123, s.38].  
Buradan belə  nəticə  çıxır ki, əmək fəaliyyəti ilə  bərabər ona 
uyğun gələn incəsənət növü də yaranır. Doğrudan da insan əmək 
fəaliyyəti prosesində gördüyü işin xarakterinə uyğun olaraq mahnı 
oxuya bilər.  Əgər söhbət ibtidai ovçuların  əmək fəaliyyətindən 
gedirsə, günlərlə pusquda dayanıb ov gözləyən ovçunun mahnı 
oxuması  və ya həmin prosesdə  rəqs etməsi ağlabatan deyil. Ovçunu 
ritmik hərəkətlər etməyə, ovsun mahnıları oxumağa vadar edən ilкin 
istək, onun fövqəltəbii inamından irəli gəlir. Fövqəltəbii inam əmək 
prosesində  bəhrələnmək marağından doğsa da, xüsusi halda, ənənə  və 
mərasim şəklində icra olуnmuşdur.  
İspaniyanın Altamira mağarasında, Fransanın Mon de Qom 
mağarasında, Qobustan qayalarında və s. yerlərdə  aşkar olunmuş 
qədim təsvirlər və dünyanın başqa yerlərindəki ibtidai rəsmlər 
üzərində aparılan tədqiqatlar sübut edir ki, ac qalmaq qorxusu 
insanları fövqəltəbii olaraq düşünməyə  və  hərəkətlər etməyə  məcbur 
etmişdir. Həyat uğrunda mübarizə onların fəaliyyətini 
istiqamətləndirmiş, dini inanclarla zənginləşdirmişdir.  İnsanlar 
özlərinin hiss və duyğu-larını  bəhrələnmək istədiyi hadisəyə  və 
predmetə ilahi ümidlə yönəltmişlər. Bunun da nəticəsində  təkrarlanan 

 
 
24
vərdişlər, fövqəltəbii məqsədə xidmət edən hərəkətlər  ənənəvi hal 
almışdır. Ənənəvi xarakter daşıyan fəaliyyət prosesi isə öz növbəsində 
adət və  mərasimlərin, bayram təntənələrinin yaranmasına səbəb 
olmuşdur. 
Təbii ki, adət və  ənənələr ictimai formasiyaların xarakterinə 
uyğun olaraq modernləşməyə  məruz qalmışlar. Lakin ailə  və məişətlə, 
təbiətlə, hissi aləmlə, peşə vərdişləri ilə bağlı olan adət və  ənənələrdə 
mühafizəkarlıq bütün quruluşlarda üstünlük təşkil etmiş, onlar 
formaca müəyyən dəyişikliklərə  uğrasalar da, mahiyyətcə varislikdən 
imtina etməmiş, ilkin məzmunu qoruyub saxlaya bilmişlər. Bu cəhət 
adət və  ənənələrin bədii-emosional elementlərinin unudulmasında, 
nəsildən-nəslə ötürülməsində özünü büruzə verir. 
Sovet kommunist ideologiyası və ona xidmət edən elmi mənbələr 
adət və  ənələrdə varisliyin mövcudluğunu, köhnənin yeni ilə  əvəz 
olunmasının labüdlüyünü iddia edirdi. Məsələn, O.Abdullayev “Sosial 
fəallıq və yeni adət-ənənələr” adlı kitabında yazırdı: “Hər bir yeni 
ictimai quruluş, keçmiş  ənənələrdən özünə lazım olanlarını götürmək, 
onları “özününküləşdirmək”  şərti ilə keçmiş  cəmiyyətlərin adət-
ənənələrindən təmizlənir, öz adət-ənənələrini yaradır və inkişaf 
etdirir. Bunlar yeni adətlər və ənənələrdir” [2, s.4] 
Proletkultçular isə XX əsrin 20-ci illərində keçmişin bütün 
mənəvi və maddi sərvətlərindən, tarixi varislikdən imtina edib, “açıq 
səhrada” proletar mədəniyyəti yaratmaq fikrinə düşmüşdülər. Lakin nə 
proletkultçular, nə  də sonrakı dövrlərin sovet ideoloqları xalqların 
qədim mədəni irsini, onların bədii-hissi  ənənələrini yox edə 
bilmədilər. Keçmişin müxtəlif bayram və  mərasimləri  ən amansız 

 
 
25
təzyiq və  тəqiblərə  məruz qalsalar da yaşadılar. Sovet həyat tərzi isə 
çox asanlıqla dağıldı. 
Deməli, maddi olandan fərqli olaraq mənəvi olanı yox etmək heç 
bir ictimai quruluşun gücü daxilində deyildir. Çünki mənəvi olanın 
kökü bəşər tarixinin ilkin dərinliklərinə gedib çıxır və o, bütün 
təzyiqlərə dözə biləcək güclü “gövdəyə” malikdir. Bu “gövdə” öz 
tarixi qaynaqlarını qoruyub saxlayan kütlədir, xalqdır, millətdir.  
Xüsusilə, bədii-estetik duyum daima müstəqilliyə, 
özünəməxsusluğa daha çox meylli olmuşdur. Bədii-estetik duyum 
bütün dövrlərdə insanın yaradıcılıq fəaliyyətini, real gerçəkliyə 
münasibətinin əsasını təşkil etmişdir. İşlə məşğul olanda da, tənhalığa 
çəkilib dincələndə  də, kədərlənib həyəcanlananda da bədii-estetik 
duyum insanı  tərk etməmişdir. Bədii-estetik duyum insanın bütün 
fəaliyyətini müşayiət etmişdir. Buna görə  də insana məxsus olan adət 
və  ənənələri, ayin və  mərasimləri, bayramları  bədii-estetik duyumdan 
ayrı təsəvvür etmək mümkün deyildir. 
Çox maraqlıdır ki, bədii-estetik duyum hissi olduğundan o, adət 
və  ənənələr, mərasim və bayramlar tərkibində  dərin yer tutmuşdur. 
Onların bütün emosional tərəfləri bədii-estetik dəyərlərlə 
zənginləşmiş, zərif sənət formasına düşmüşlər.  İncəsənətin bir çox 
növləri və janrları da tarixi-milli adət və  ənənələr çərçivəsində 
yaranmış, təkamül etmişdir. Təbii ki, ayrı-ayrı  sənət növləriniн 
formalaşmasında dini anlayışlar da az rol oynamamışdır. Elə buna 
görə  də dünyanın bir çox alimləri dramaturgiyanın və teatrın, təsviri 
incəsənətin, musiqinin mənşəyini dinlə  əlaqələndirirlər. Antik dövrdə 
və sonralar yaranmış dram əsər-lərinin dini mövzulara həsr olunması, 
şərab allahı Dionisin, yaşıllıq allahı Demetranın şərəfinə təşkil olunan 

 
 
26
bayram tamaşaları, Azərbaycan xalqına məxsus olan “şəbeh”, 
“məzhəkə”, tamaşaları, orta əsrlərdəki “misteriyalar”, “mirakl” 
tamaşaları  və başqa nümunələr yuxarıdakı fikri söyləməyə  əsas 
vermişdir. Antik dövrün görkəmli filosofu Aristotel “Poetika” əsərində 
dramaturgiyanın və teatrın inkişafında dini bayram və  mərasimlərin 
rolunu yüksək qiymətləndirmişdir [21, s.87-89] 
K.Q.Hermes də dini şüurun bəşəriyyətin inkişafına təsirini xüsusi 
olaraq qeyd etmişdir. K.Q.Hermes yazmışdır: “Yüksək tarixi 
əhəmiyyət kəsb edən millətlər üçün xalq həyatının çiçəklənmə dövrü 
onların dini şüurunun  ən yüksək inkişafı ilə bir dövrə, onların 
ehtimalının, qüdrətinin süqutu isə onların dini həyatının süqutu ilə bir 
araya düşür [111, s.55]. Lakin K.Q.Hermesin bu fikrində müəyyən 
ziddiyyətlər vardır. Birincisi, din heç vaxt süqut etməmişdir. Sadəcə 
olaraq dini anlayışların forması  dəyişmişdir. Qədim tayfa dinlərinin 
əsasında milli dünya dinləri meydana gəlmişdir. Yeni dinlərin 
hamısında ibtidai dinlərə  məxsus olan animistik anlayışlar xüsusi yer 
tutur. Bütün dövrlərin dini ayin və mərasimlərinin də əsas məzmununu 
animistik anlayışlar təşkil edir. Deməli, animistik anlayışlar da adət, 
ənənə  və  mərasimlərin mühafizəkar mühitində qorunmuş, bu və ya 
digər formada bədii-estetik duyuma və onun yaratdıqlarına da təsir 
etmişdir. Eyni zamanda animistik anlayışların təsiri nəticəsində 
fövqəltəbii xarakterə malik olan bir sıra mənəvi dəyərlər və  vərdişlər 
meydana gəlmişdir.  Şaman mahnılarını, rəqslərini, bütpərəstlərin 
müqəddəs ruhla birləşmək mərasimlərini dini anlayışla yanaşı, həm də 
bədii-estetik təfəkkürün məhsulu hesab etmək olar. Çünki bu dini 
mahnılarda səsin ahənginə, hərəkətin plastikliyinə, hadisələrin 
dramatikliyinə xüsusi diqqət yetirilmişdir. Dini-hissi obrazla bərabər 

 
 
27
estetik duyum, reallığın bədii fantastik obraz şəklində 
təcəssümləndirilməsi konkret mənəvi təsir dairəsi yaratmışdır. 
Nəticədə isə, dini mənəvi hadisə  ənənəvi hal almış, nəsildən-nəslə 
keçmişdir.  Şamançılıq dağıldıqdan sonra da onun dini-mənəvi 
elementləri sonrakı dinlər tərəfindən obrazlı  təsir vasitəsi kimi qəbul 
edilmişdir.  
Ümumiyyətlə, bədii emosionallığın təsir dairəsindən istifadə 
etmək bütün dinlərə xas olan ənənəvi haldır.  İslamda Quranın avazla 
oxunması, xristianlıqda xordan və musiqidən istifadə olunması, 
memarlıq sənətinin ecazkarlığından,  əzəmətindən bəhrələnmək bədii-
emosional təsir dairəsinin adət və  ənənələrdə, mərasimlərdə 
mövcudluğu kimi anlaşılmalıdır. Bu vasitə ilə insanların qəlbində 
Allah obrazını, idealını yaradıb, onları fövqəltəbii olana qulluq 
etdirmək imkanı əldə etmişdir.  
Atəşpərəstliyin müqəddəs kitabı “Avesta”da göstərilən dini ayin 
və  mərasimlərdə  bədii estetik duyum, sənət sahələrinin mənşəyi ilə 
bağlı maraqlı məlumatlar vardır. “Avestada”da təsvir olunan dini ayin 
və mərasimlərin məzmununa əsasən vokal, rəqs və s. sənət sahələrinin 
mənəvi və praktiki əhəmiy-yətinə xüsusi diqqət yetirilmişdir [3, 
s.163]. 
Bədii-estetik mühitin təsiri atəşpərəstlərin adət və  ənənələrində 
əsrlər boyu davam etmişdir. Sonralar bu din xristianlığın və islamın 
təzyiqlərinə  məruz qalsa da, onun bədii-hissi tərəflərini, varislik 
prinsiplərinə  əsaslanan mənəvi mühitini yox etmək mümkün 
olmamışdır. Əksinə olaraq, islam atəşpərəstliyin mənəvi dəyərlərindən 
bəhrələnməyə, onun bədii ifadə vasitələrini mənimsəməyə  məcbur 
olmuşdur. Xüsusilə, Novruz bayramı ilə bağlı olan bədii-emiosional 

 
 
28
ifadə vasitələri  İslam dini tərəfindən də  qəbul edilərək müsəlman 
mədəniyyəti çərçivəsinə salınmışdır.  
Tarixən müəyyən fövqəltəbii duyğularla zəngin olan Novruz 
bayramına sonrakı əsrlərdə islam dininə xas olan bir sıra xüsusiyyətlər 
də  əlavə edilmişdir. Lakin bu bayram özünün qədim  ənənəvi 
xüsusiyyətlərini qoruyub saxlaya bilmiş, xalq yaradıcılığı 
nümunələrini inkişaf etdirən bədii ifaçılıq “filarmoniyasına” 
çevrilmişdir. Yazın gəlişi  ərəfəsini bir aydan artıq bayram edən, 
şənliklər keçirib, simvolik mərasimlərin ifaçıları olan insanlar 
ömürlərinə qatılan şəri pisləmiş, xeyirin qalibiyyətini əks etdirən oyun 
və tamaşalar nümayiş etdirmişlər. Qışın – qıtlığın ümumiləşdirilmiş 
obrazı olan kosanı gülüş obyektinə çevirib, yeniliyin, bərəkətin rəmzi 
olan keçini mahnılarla vəsf etmiş, tamaşalar göstərmişlər. Novruz 
tamaşaları musiqi, kəndirbaz oyunları, rəqslərlə, bədii sözlə müşayiət 
olunmuş, xalqımızın  ənənəvi fəsil bayramının bədii-estetik mühitini 
yaratmışlar [130, s.63]. 
Tamaşa elementləri ilə  zəngin olan “Kosa-kosa oyununda qışla 
yazın mübarizəsi fərdiləşdirilərək konkret bədii obrazlar şəklinə 
salınmış, Dionis bayramında olduğu kimi burada da keçi baharın rəmzi 
obrazı kimi verilmişdir [51, s.15]. 
Tamaşanın yaranma meyarını insanların yoxsulluq, xəstəliklər, 
məhrumiyyətlər gətirən qışdan çıxmaq və  bərəkətli yaza qovuşmaq, 
bəhrələnmək arzusu olmuşdur. Bu arzu və istək isə  əbədi olaraq 
ənənəvi hal almış, insanların duyğularını, qabiliyyətlərini inkişaf 
etdirmək vasitəsinə çevrilmişdir. 
“Kosa-kosa” tamaşasının bəzi məqamlarını təsvir edən teatrşünas 
Mahmud Allahverdiyev yazmışdır: “Qədim babalarımız keçiyə baharın 

 
 
29
simvolu kimi baxırdılar. Bahar gələndə ona həsr olunmuş tamaşalar 
göstərirdilər. Burada meydan aktyorları keçi dərisinə girir, qışı 
qorxutmaq üçün oynayır, onu hədələyir, qış üzərində  qələbəni ümumi 
şənliklərlə bildirirdilər” [7, s.11]. 
Maraqlıdır ki, Novruz bayramından fövqəltəbii inanclar mahiyyət 
etibarı ilə dinçilikdən çox panteist xarakter daşıyır. (panteizm – 
təbiətin allahlaşdırılması kimi başa düşülür). Burada insanlar həyat 
amili olan odu, suyu, torpağı  və havanı müqəddəsləşdirmiş, onların 
şərəfinə  mərasimlər və  bədii ifadə vasitələri yaratmışlar. Rəmzi 
ifadələrlə  zəngin olan bu mərasimlər “çərşənbələr” adlanmışdır. Od 
çərşənbəsində tonqal qalayıb dərdi-səri,kin və küdurəti insanın iç 
dünyasından təmizləmək mərasimləri icra olunmuşdur. Yaxud, “Qodu-
qodu” oyunları ilə sübhə kimi isti günəşi köməyə çağırmışlar [79, 
s.11-17]. 
Gün çıx, gün çıx, 
Kəhər atı min çıx, 
Oğlun qayadan uçdu, 
Qızın təndirə düşdü. 
deyərək soyuğun, qarın fəlakətlərindən uzaqlaşmaq arzusunu, inamı 
poetik ifadələrlə müşayiət etmişlər. Bu duyğuların, inancların mənşəyi 
ilə  əlaqədar olaraq Azad Nəbiyev yazmışdır: “İnsanlar hələ  qədimdən 
onu  əhatə edən dünyaya sehrli bir aləm kimi baxmışlar. Lakin bir çox 
hallarda bu aləmin sehrini bilməsələr də, onu dərk etməyi, öyrənməyi, 
öz fantaziyalarına uyğun  şəkildə  təsvir etməyi qarşılarına məqsəd 
qoymuşlar” [119, s.32]. 

 
 
30
Məhz bu müqəddəs inamdan irəli gələrək insanlar təbiətlə üzüzə 
dayanaraq ondan imdad diləyib lirik dualar, bədiiləşdirilmiş 
mərasimlər yaratmışlar. 
Azərbaycan mifologiyasında yel, yəni külək də 
tanrılaşdırılmışdır. Müəyyən çətin məqamlarda tanrı obrazında təsvir 
olunan “Yel baba” ümidlə köməyə çağırılmışdır. Nəticədə isə inam 
hissi qalib gəlmiş, küləyin  əsməsi ilə insanlar öz arzularına qovuşa 
bilmişlər [119, s. 46]. 
A yel baba, yel baba, 
Qurban sənə, gəl baba. 
Buğdamız yerdə qaldı, 
Yaxamız əldə qaldı… 
A yel baba, yel baba, 
Qurban sənə, gəl baba. 
deyən insanlar xırmanda tökülüb qalmış taxılı  təmizləmək üçün 
küləyin  əsməsindən istifadə etməyə çalışmışlar.  İnsanın mənəvi aləmi 
tanrı duyğusu ilə dolmuş, din onun məfkurə və psixologiyasına sirayət 
etmişdir. Buna görə  də o yaratdığı  bədii-estetik nümunələri də 
ilahiləşdirdiyi təbii varlıqların, onun həyatında xüsusi rol oynayan 
gerçəkliyin obrazlı təcəssümünə həsr etmişdir. 
“Estetika aləmində” kitabında Aslan Aslanov haqlı olaraq 
demişdir ki, “incəsənətlə dinin qarşılıqlı münasibəti mürəkkəb və 
ziddiyyətlidir.  İctimai inkişafın konkret dövrlərindən, iqtisadi, siyasi, 
mədəni  şəraitin səciyyəsindən asılı olaraq bu münasibət müxtəlif 
şəkillərdə  təzahür etmişdir. Məlumdur ki, bədii və dini təfəkkür 
proseslərinin ən ümumi və oxşar cəhətlərindən biri onların hər ikisinin 
konkret, hissi, əyani obrazlara əsaslanmasıdır” [4, s.22]. 

 
 
31
Antik dövrün kütləvi xalq bayramlarında dini-hissi obrazlara 
əsaslanmalar xüsusi yer tutmuşdur. Bu, onunla bağlıdır ki, həmin 
dövrdə çoxallahlılıq geniş yayılmış  və xalq bu allahların hər biri 
haqqında xüsusi miflər yaratmışdır. Kütləvi bayramların da əsas süjet 
xətti bu miflərdən götürülmüşdür. Miflər icra olunan adət-ənənə, 
mərasim və bayramlara dramatiklik gətirmiş, onların emosional 
mühitini daha da obrazlaşdırmışdır. Hətta dəfn mərasimləri də 
fleytanın və  həzin nennilərin, yəni ağıların müşayiətilə keçirilmişdir 
[51, s.11]. 
Xüsusilə, qədim Romada kahin nəğmələri geniş yayılmışdır. 
Məsələn, Salıyovlar adlanan kahinlər qrupunun nəğmələri oktyabr 
ayında hərb allahı olan Marsın  şərəfinə ifa edilmişdir.  İfaçılar 
əyinlərinə  hərbi paltar geyinər,  əllərinə müqəddəs qılınc və nizə 
götürərdilər. Onlar Romanın  ətrafına çıxar, dini moizələrin müşayiəti 
ilə mərasim rəqsləri oynayardılar. 
Kahin mərasimlərində “Avral qardaşlarının nəğmələri” xüsusi yer 
tutmuşdur. Bu nəğmələr varislik prinsipinə uyğun olaraq uşaq və 
yeniyetmələrə  də öyrədilmiş, nəsildən-nəslə ötürülmüşdür. Mərasim 
iştirakçıları kahin nəğmələrini xorla ifa edər, mətnə uyğun olaraq 
üzlərini allaha tutub ondan tarlaları  əkməyə, suvarmağa bol məhsul 
götürməyə imkan verməsini xahiş edərdilər.  Əsasən yalvarışlardan 
ibarət olan dini mahnılar və rəqslər ifa olunardı. Həmin yalvarışlardan 
biri belə idi: “Tox ol, ey dəhşətli Mars, astanaya çıx dayan, Ber-Ber, 
növbə ilə bütün ruhları köməyə çağırın. Ey Mar-Mar, bizə kömək 
edin” [126, s.30]. 
Maraqlıdır ki, qədim daş dövründə meydana gəlmiş  ənənəvi 
xüsusiyyətlər bütün sonrakı dövrlərdə  də bu  və ya digər formada 

 
 
32
özünü büruzə verir. Bu da ondan irəli gəlir ki, insan heç zaman öz 
yaratdığını unutmur, onun qayğısına qalaraq yaratdığını yaşatmaq 
üçün varis yetişdirir. Xüsusilə, mənəvi sərvətlərin qorunmasında 
varislik prinsipi çox böyük rol oynayır. Məsələn, xalqımızın ən qədim 
abidələrindən olan Qobustan qaya təsvirlərinin çoxu, eramızdan 
əvvəlki tarixlərə aiddir. Burada kütləvi səhnəcikləri andıran çoxlu 
şəkillər vardır. Şəkillərdən görünür ki, qədim qobustanlılar öz ayin və 
mərasimlərində musiqidən, rəqsdən və maskalardan geniş istifadə 
etmişlər. Alimlərin “Yallı” adlandırdıqları rəqs edən insan fiqurlarında 
quyruqlar da həkk olunmuş  və bu fakt bir daha sübut edir ki, dini 
mərasimi icra edən insanlar heyvan dərisinə bürünmüş  və xüsusi 
maskalardan istifadə etmişlər. 
Daş dövrünün təcrübəsindən bütün dövrün insanları imtina 
etməmiş, onu daha da inkişaf etdirmişlər. Bu baxımdan antik dövrdə 
Romada xalq tamaşası kimi tanınan “Atellan oyunları” xüsusi maraq 
doğurur.. Komik janrda olan bir pərdəlik  bu tamaşa ağır psixoloji 
təsir gücünə malik olan faciə tamaşasından sonra oynanılmışdır. 
“Atellan oyunları”nda gülüş doğuran dörd xarakterik maskadan 
istifadə edilmişdir. 
Azərbaycan xalqına məxsus olan və orta əsrlərdə kütləvi xalq 
bayramlarında həmişə ifa olunan “Kaftarküs” oyununda da bədheybət 
heyvan maskasından istifadə olunmuş, insan ətinə həris olan yırtıcının 
simasında şər qüvvələrin obrazı yaradılmışdır.  
Tamaşada göstərilir ki, Kaftarküs (ona “goreşən” də deyirlər) 
qəbirdən çıxardığı insan meyidini sürüyərək meydana gətirir. O, 
qənimətinə sevinərək atılıb düşür. Lakin adam ətinə öyrənmiş bu 
yırtıcının sevinci çox uzun çəkmir Qəfildən meyit tərpənir və 

 
 
33
yırtıcının sifətindəki mimika tədricən dəyişir. Kaftarküs əvvəlcə 
tamaşaçılara vahiməli görünürdüsə, sonra qorxusundan titrəməyə 
başlayır, məzlumlaşır, zalımlığından əsər-əlamət qalmır.  
Çox maraqlıdır ki, Azərbaycan xalqına məxsus olan bir çox 
mərasim tamaşalarının əsas süjet xəttini xeyirlə şərin mübarizəsi təşkil 
etmişdir. Çox ehtimal ki, bu cəhət Zərdüştlüklə atəşpərəstliyin 
birləşməsindən yaranmışdır. Xüsusilə, Zərdüştün bütün allahları  rədd 
edərək xeyir allahı Hörmüzü hər  şeyin yaradıcısı kimi qəbul etməsi 
Azərbaycan xalqının dini-ictimai şüurunda böyük təkamülə  səbəb 
olmuşdur. Bu təkamüldən Nizami Gəncəvi kimi dahi şair və 
filosoflarımız da bəhrələnə bilmişlər.  
Azərbaycan filosofu Ağayar  Şükürov Zərdüştün tarixi xidmətini 
qeyd edərək yazmışdır: “Zərdüştün böyüklüyü ondan ibarətdir ki, 
özünə qədər mövcud olan allahların hamısını rədd edərək yeganə allah 
Hörmüzü kainatın və bütün canlı varlıqların, ruhların, insanların 
yaradıcısı kimi irəli sürmüşdür. Hörmüz isə özlüyündə xeyir və  şər, 
həqiqət və yalan arasındakı yolu sərbəst seçmək imkanı yaradır” [143, 
s. 128]. 
Eramızın VII əsrinə kimi İran imperiyasının dövlət dini olan 
atəşpərəstlik – zərdüştlük milli adət-ənənələrimizə  də  təsir etmiş, 
mənəvi dəyərlərimizə yeni məzmun vermişdir.  Ən maraqlısı odur ki, 
islam mədəniyyətinə qovuşduqdan sonra da bu mənəvi dəyərlər 
xalqımız tərəfindən qorunub saxlanılmışdır.  
İnsan ictimai varlıq kimi öz fəaliyyətini təkmilləşdirdikcə 
vərdişlər, adətlər və  ənənələr də  təşəkkül taparaq formalaşır. Məhz 
buna görə  də, adət və  ənənələr ictimai həyatın bütün sahələrini  əhatə 
etmiş, bu və ya digər formalarda mənəvi davranış normalarına 

 
 
34
çevrilmişdir. Onlar təkcə  mənəvi cəhətlərin təzahürü olmamış, 
cəmiyyətin sosial-mənəvi və 
mədəni tərəqqisinin mühüm 
göstəricilərindən biri kimi nəzərə çarpmışdır. Öz adət və  ənənələrinə 
görə xalqlar, millətlər bir-birindən qismən də olsa seçilib 
fərqlənmişlər. 
Adət və  ənənələrdəki varislik xüsusiyyəti hər bir millətin və 
xalqın keçmiş  mədəni irsinin əbədi qoruyucusuna çevrilmiş, onların 
həyatdan və yaddaşlardan silinməsinin qismən də olsa, qarşısını ala 
bilmişdir.  
Danılmaz həqiqətdir ki, xalqımızın  əsrlərdən bəri qoruyub 
mühafizə etdiyi bir sıra adət və  ənənələr, müxtəlif bayram və 
mərasimlər olmasaydı, qədim el nəğmələrimiz və başqa mədəni 
sərvətlərimiz də indiyə kimi qorunub saxlanılmazdı. 
Milli adət və  ənənələrdə mövcud olan varislik xüsusiyyəti bütün 
yad quruluşların təzyiqlərinə  də davam gətirə bilmişdir. Xüsusilə, 
sovet imperiyası dövründə milli və dini adət-ənənələr, mərasim və 
bayramlar kəskin qadağalara məruz qalmışlar. Lakin ənənəvilik, milli 
dəyərlərdəki varislik xüsusiyyətləri öz mənəvi dəyərini itirməmiş, 
bunun da nəticəsində Azərbaycan xalqını millimədəni kökündən ayrı 
salmaq mümkün olmamışdır. 
Adət və  ənənələrin  əsrlər boyu yaşama səbəblərini qismən də 
olsa, aydınlaşdırmaq cəhdində bulunan Telman Haqverdiyev 
yazmışdır: “Adət və  ənənələr insanların kədər anının təsəllisi, 
sevinicinin isə carçısı olmuş, xalqın mənəvi təbliğat tribunasına 
çevrilmişdir. Bu tribuna əksər hallarda hamını özünə tabe edir, hətta 
mərasim anlarının bəzi məqamlarının mahiyyətini başa düşməyənlər 
də  ətrafdakıların hərəkətlərini kor-koranə  də olsa, təkrar edirlər. 

 
 
35
Məsələn, dəfn mərasimlərində Qurandan parçalar oxunduqca molla 
“fatihə” deyərək  əlini üzünə  çəkib salavat çevirir. Salavatın 
mahiyyətini başa düşməyən bir çoxları da istər-istəməz onun 
hərəkətlərini təkrar edirlər” [51, s.120]. 
Mərasim özünəməxsus milli-psixoloji amillərə söykəndiyinə görə 
xüsusi dəyişməz qanunlarla idarə olunur. Bu mərhələ  həm də adət və 
ənənənin qanun şəklinə düşmüş  ən emosional təsir anıdır. 
Qanuniləşmiş bu emosional  vəziyyətə müdaxilə etmək və ya ona qarşı 
çıxmaq çox çətindir.  Əks-halda mərasim qaydasını bilə-bilə pozan 
adam başqa iştirakçıların irad və  təzyiqləri ilə üzləşməli olurlar. 
Burada varislik prinsipini pozmaq o qədər də asan deyildir. Elə buna 
görə də xalqın dini və milli mərasimlərinin icrasını 70 il hakimiyyətdə 
olan mürtəce kommunist rejimi də dayandıra bilməmişdir. Xalq öz 
varislik funksiyasını  ləyaqətlə yerinə yetirərək  əcdadların yaratdıqları 
bütün mənəvi sərvətləri, xüsusilə, dini-bədii dəyərləri qoruyub saxlaya 
bilmişdir. Bu cəhət  əsasən onunla bağlıdır ki, adət və  ənənələr, 
mərasim və bayramlar hakim zümrələr tərəfindən zorla həyat tərzinə 
daxil edilmədikdə, zəhmətkeş xalqın özünə 
məxsus olan 
xüsusiyyətlərini əks etdirdikdə, əbədi olaraq yaşaya bilirlər. Xalqın öz 
ruhunu  əks etdirən hər bir vərdiş  və davranış normalarına qarşı 
varislik hissi çox güclü olur. Elə buna görə  də xalqın milli, tarixi 
ənənələri müxtəlif siyasi quruluşların təzyiqinə  məruz qalsa da, 
qiymətli mənəvi dəyərlər kimi yaşaya bilmişlər. Məsələn, tədqiqatçı 
alimlərin fikrincə, Novruz bayramı eramızdan doqquz əsr  əvvəl 
yaranmışdır. Lakin odun hələ ibtidai insanlar tərəfindən 
müqəddəsləşdirildiyini nəzərə alsaq, Novruz ənənələri bütün ictimai 
formasiyaları  və siyasiiqtisadi quruluşları yaşamışdır. Novruz 

 
 
36
insanlara xas olan bütün etik, estetik və başqa mənəvi cəhətləri  əks 
etdirdiyindən heç vaxt köhnəlməmiş,  əksinə olaraq onu yaşadan 
xalqların həyatında daima təzələnmə, yeniləşmə  əmələ  gətirmişdir. 
Bütün il ərzində  ağır zəhmətlə  məşğul olan insanlar mənən dincəlmək 
üçün Novruz şənlikləri günlərini səbirsizliklə, yeni arzuların bu 
bayram günlərində reallaşacağı ümidi ilə gözləmişlər. Hər ilin bayram 
şənliyi yeni bədii ifaçılıq və yaradıcılıq meyarına çevrilmişdir. 
… Novruz-novruz bahara, 
Güllər-güllər nübara, 
Baxçamızda gül olsun, 
Gül olsun, bülbül olsun, 
Bal olmasın, yağ olsun, 
Evdəkilər sağ olsun… 
deyən insanlar Novruzdan özlərinin bütün həyat fəaliyyətinə  təminat 
yarada biləcək pay diləmişlər. Bu diləyin nəticə verəcəyinə inanmış, 
yeni əmək ilini ümidlə qarşılamışlar. Görünür, elə bu xüsusiyyətə görə 
də fransız filosofu J.J.Russo haqlı olaraq demişdir: “Əgər xalqı 
zəhmətkeş  və yaradıcı etmək istəyirsinizsə, ona bayram etmək imkanı 
verin” [145, s.213]. 
Təbii ki, xalqa bayram etmək imkanlarını ilk növbədə mövcud 
sosial quruluş, yəni cəmiyyət verməlidir. Cəmiyyətin sosial-iqtisadi 
durumu yaxşı olduqda onun üzvlərinin bayramlarda iştirak etmək 
imkanı da artır. Xüsusilə, mövcud cəmiyyətin özünə  məxsus tarixi 
anlarının  ənənə halına keçməsi, bayram şəklində qeyd olunması, xoş 
əhval-ruhiyyə doğuran bədii-estetik mühitinin yaradılması iqtisadi 
vəziyyətdən də çox asılıdır. Məlumdur ki, ac-yalavac insanları bayram 
şənliklərinə  cəlb etmək, onların sevinclərinin  şahidi olmaq qeyri-

 
 
37
mümkündür. Həmin insanlar heç vaxt bayram əhval-ruhiyyəsi ilə 
yaşaya bilmir, təminatlı adamların  şənliklərinə  kədər dolu qibtə hissi 
ilə baxırlar. 
Sovet dövründə ideoloji fon yaratmaq xatirinə bu insanları 
kommunist bayramlarına kütləvi  şəkildə  cəlb etməyə çalışırdılar. 
İnsanlar çox zaman kommunist rejiminin repressiyalarından 
qorxduqları üçün kütləvi bayramlara qatılmağa məcbur olurdular. 
Lakin onların bayram fəaliyyəti təbiilikdən uzaq olur, 
proqramlaşdırılmış robotların hərəkətlərinə  bənzəyirdi. Zorla hakim 
sinfin bayram şənliyinə  cəlb olunan insanlardan sovet cəmiyyətində 
əhalinin həmrəyliyini nümayiş etdirmək üçün bir fon kimi istifadə 
olunurdu. Bu fonu mükəmməlləşdirmək və kütləviləşdirmək üçün 
xüsusi təşkilatçılar, rejissorlar cəlb edilirdi. Onlar təhsildən, işdən 
zorla ayrılmış insan qrupları ilə  həftələrlə  məşqlər keçirdilər. 
Xüsusilə, Oktyabr inqilabının ildönümü ilə  əlaqədar olaraq təşkil 
olunan nümayişdə  iştirak etmək üçün elm, təhsil, sənaye 
müəssisələrində xüsusi hazırlıq işləri aparılırdı. Adamlara nümayiş 
cərgəsində yerimək və partiyanın  şəninə  şüarlar söyləmək vərdişləri 
öyrədilirdi. Səhərdən axşama qədər kommunist liderlərin portretlərini 
və başqa transporantları  əllərində daşıyan insanlarda yorğunluğun 
təsirindən bayram əhval-ruhiyyəsi qalmırdı. 
Məhz sovet imperiyası dövrünün bir sıra bayram və  mərasimləri 
yalnız ideoloji xarakter daşıdıqlarından, həyat reallıqlarına uyğun 
gəlməmiş imperiya ilə bərabər süqut etmişlər. 
Lakin aşağıdan yuxarı yaranan, insanların arzu və istəyini  əks 
etdirən, hansı formada olursa-olsun, onların mənəvi ehtiyacını ödəyən 
adət və  ənənələr, bayram və  mərasimlər ictimai quruluşun iqtisadi 

 
 
38
mühitindən asılı olmayaraq yaşayır,  əhalinin kasıb təbəqəsinin 
iştirakına da təminat yaradırlar. Bunlara Qurban, Orucluq, Novruz 
bayramlarını, toy mərasimlərini və s. el şənliklərini misal göstərmək 
olar.  İmkanı olan adamın kəsdiyi qurban acların da qarnını doyurur, 
Novruz bayramında mövcud olan pay yığmaq və vermək  ənənəsi 
sosial-iqtisadi gərginliyi qismən də olsa azaldır. El toylarında da bu 
cəhət üstünlük təşkil edir. Çünki bu təyinatların fövqündə  də 
müqəddəslərə, fövqəltəbii qüvvəyə inam, allahın iradəsinə tabe olub 
xeyir işlər görmək istəyi durur. Bu istək adət və  ənənələrdə  əbədi 
olaraq qanuniləşdirilmişlar. Bəzən qanunlara əməl etməyən adamlar 
hətta qarğışlarla da qarşılaşmışdır. Məsələn, hələ orta əsrlərdə Novruz 
bayramında pay toplayanın boş qaytarılmasına cavab olaraq 
deyilmişdir: 
Bir quş vurdum pırıldadı, 
Qanı yerə şırıldadı. 
Bir arvaddan pay istədim, 
Qancıq kimi mırıldadı. 
Adətən bayram payı yığanların başında Kosa dayanmış, uşaqların 
xoru ilə ifa olunan mahnıların çoxu Kosanın adı ilə bağlı olmuşdur. 
Bayram payı  yığanlar “A kosa-kosa gəlsənə, gəlib salam versənə” 
deyərək kosanı qabağa vermiş, ev sahibindən “çömçəni doldursana, 
Kosanı yola salsana…” deyib bayrampayı tələb etmişlər. 
Qurban bayramında isə  ən azı yeddi imkansız ailəyə pay vermək 
prinsipi üstünlük təşkil edir. Milli bayram və  mərasimlərimizdə 
mövcud olan pay vermək, ehsan vermək xüsusiyyətləri cəmiyyət daxili 
ziddiyyətləri qismən də olsa nizamlamaq, xeyirxahlıq etməklə allahın 
nəzərində yüksəlmək və s. kimi mahiyyət kəsb edir. 

 
 
39
Adət və  ənənələri  şərti olaraq üç müxtəlif qruplara da bölmək 
olar. Onlardan birincisi, cəmiyyətin özünün sosial, tarixi, 
vətənpərvərlik  ənənələri ilə bağlıdır. Buraya rəsmi dövlət bayramları, 
tarixi bayramlar, xatirə günləri, görkəmli  şəxslərin ad günləri və s. 
daxildir. Burada adamların kütləvi iştirakı  əsasən təşkil olunmuş 
şəkildə baş verir. Belə  ənənəvi günlərin təşkilatçıları dövlət orqanları 
tərəfindən müəyyənləşdirilir. Bu işi bayram və  mərasimlərə  ən çox 
hakimiyyəti təmsil edənlər, ictimai-siyasi birliklər, müxtəlif dövlət 
müəssisələrinin nümayəndələri dəvət edilir. Mahiyyətcə  rəsmi 
olduğuna görə, bu bayramlar daha geniş  şəkildə kütləviləşə 
bilməmişdir. Tarixi faktlar sübut edir ki, rəsmi olan hər bir bayramın 
ömrü mövcud ictimai-siyasi quruluşun ömrünə  bərabərdir. Lakin 
həmin rəsmi bayram hadisələrini də kütləviləşdirmək üçün bədii ifadə 
vasitələrindən geniş istifadə olunur. 
İkinci qrup, istehsal ənənələri, adətləri, ayin və  mərasimləri, 
əmək bayramlarıdır. Bu bayramlar xalqın əməklə bağlı nailiyyətlərini, 
tarixi  ənənələrini  əks etdirdiyinə görə yaşamaq hüququnu 
əbədiləşdirmişdir. 
Bu bayram və  mərasimlər qrupu həmişə xalqın  əmək fəaliyyəti 
prosesini tərənnüm etmiş, mənəvi dəyərlər toplusu kimi qəbul 
edilmişdir. Onların hər birində  bədii-estetik duyumun, milli 
xüsusiyyətlərin hissi cəhətləri, incəsənət baxımından anlaşılan 
yaradıcılıq nümunələri mövcuddur. Xüsusilə,  əmək bayramlarına xas 
olan çoxlu mahnılar, tamaşalar, məzhəkəli oyunlar və s. milli-estetik 
şüurun formalaşmasında böyük rol oynamışdır.  
Üçüncü qrupa, ailə  və  məişət adətləri, mərasimləri,  ənənələri 
aiddir. Bunların içərisində toy mərasimi milli-estetik dəyərlərin 

 
 
40
tərənnümçüsü, təkamülçüsü kimi xüsusi əhəmiyyət kəsb edir. Toy hər 
bir xalqın milli-etnik davranış normalarını, vərdişlərini, ailə-məişət 
etikasını varislik baxımından yaşatmaqla yanaşı, xalqın bədii 
yaradıcılığının mənbəyi kimi də böyük əhəmiyyətə malikdir. 
Toylar çox qədim tarixə malikdir və  bəşər tarixi boyu insanların 
mənəvi tərbiyə vasitəsi kimi özünəməxsüs rolu olmuşdur.  Əgər ailə 
dövlətin tərkib hissəsidirsə, toylar da ailənin ilk təməli, həm də 
mənəvi həyatımızın xoş  əhval-ruhiyyələrlə dolu anıdır. Çünki toylar 
əvvəldən axıra qədər bədii sözlərlə, musiqi və mahnılarla, xalq 
rəqsləri və tamaşaları ilə müşayiət olunur. Qızgörmə, qızseçmə, 
nişantaxma nəğmələri, bəyi və  gəlini tərif edən mahnılar xalq 
toylarına bədii-estetik təravət gətirir. 
Bütün dövrlərdə toy mahnıları öz obrazlığı ilə seçilmiş, 
rəngarəngliyi ilə  fərqlənmişdir. Qədim toylarda oğlanın və ya qızın 
dilindən icra olunan toy mahnıları daha emosional olmuş, insanlara 
yüksək bədii-estetik duyğular aşılamışdır. Buna misal olaraq “yar-yar” 
adlı qədim xalq mahnısına diqqət yetirək: 
Qızılgülün dəstəsiyəm, yar-yar, 
Bacıların bəstəsiyəm, yar-yar. 
Qonşu məni xəbər alsa, yar-yar, 
Deyin yarın xəstəsiyəm, yar-yar. 
Xor: 
Anamın bircəsiyəm, yar-yar,  
İncilərin incisiyəm, yar-yar. 
Qızılgülün qönçəsiyəm, yar-yar… 
Mahnıda gəncliyə xas olan gözəllik elementlərinin sada-lanması 
dinləyicidə xüsusi ovqat yaratmaqla yanaşı, onu öz sevincini dilə 

 
 
41
gətirən və xoşbəxtliyi bu sevgidə axtaran gözəlin arzularına qatır. 
Daha doğrusu, müğənninin dilindən eşidilən bu mahnıda təzə  gəlinin 
əlamətdar xüsusiyyətləri və istəyi ifadə olunur. Əgər qədim xalq 
yaradıcılığı nümunələrinə diqqət yetirsək, toy məclisləri üçün 
bəstələnmiş yüzlərlə mahnılara rast gələ bilərik. “Ay gülüm”, “Ləli, 
qurbanın olum”, “Nar-nar”, “Yar atın çapıb gələr”, “Örpəyi ala, yerini 
sala” kimi müxtəlif xalq mahnılarımız toy mərasimləri üçün 
yaradılmışdır. 
Toyda gücün, əzəmətin, çevikliyin nümayiş etdirilməsi də xüsusi 
yer tutmuşdur.  Ər oğlanlar at çapıb, qılınc oynatmış, bir-biri ilə 
qurşaq tutmuşlar. Ərgən qızlar oğlanlarla birgə “Yallı” oynamışlar Bu 
ənənə ərgənlər üçün seçmək imkanları yarat-mışdır. Çox zaman hər bir 
gənc öz sevgilisinə toylarda tuş  gəlmişlər. Toylar novbəti toyların 
sevgi məkanına çevrilmişdir. 
Azərbaycan toylarında bədii simvollar da geniş yer tutur. Onlar 
toylara həm millilik gətirir, həm də prosesin özünü dramatikləşdirir, 
hadisəni mənalandırır. Məsələn, toy zamanı gəlinin lampa və güzgü ilə 
müşayiət olunması  həm bir sıra inanclarla, həm də xeyirxah istək və 
arzularla bağlıdır.  İşıq həyat və bolluq rəmzi kimi bəy evinə  gətirilən 
xoşbəxtlik, aydınlıq kimi anlaşılır.  Şəffaf güzgü isə  gəlinin paklığına, 
təmizliyinə, gözəlliyinə  dəlalət edir. Toy adamları  gəlinin işıq kimi 
nurlu, güzgü kimi şəffaf olmasını arzulayırlar. Onun ərindən gizli sirri 
olmayacağına inanırlar, paklığın və aydınlığın  əbədiliyinə  təminat 
yaradırlar. Ailə  ənənəsinə sadiq olmağın vacibliyini ictimaiyyətin 
diqqətinə çatdırırlar. 
Toyun emosional anı gəlin aparma mərhələsidir. Tədqiqatçı Azad 
Nəbiyevin yazdığına görə “Gəlinaparma” hələ  qədim türk tayfaları 

 
 
42
içərisində çox dəbdəbəli keçirilmişdir. Gəlini arabaya min-dirməzdən 
qabaq igidlər cıdıra çıxmışlar, qurşaq tutmuş, qılınc oynatmışlar. Bu 
mərhələdə  nəğmələr gəlinin belinin bağlanmasından başlayır. Bəzi 
yerlərdə qayınata, bəzi yerlərdə qayın,  əmi və yaxud yaxın adamlar 
gəlinin belini qurşaqla bağlayar, başına gəlinlik duvağı atardılar. 
Bəzən də gəlini aparmağa gələnlər həyətə girən kimi oxuyardılar: 
Al almağa gəlmişik,  
Şal almağa gəlmişik. 
Oğlanın adamıyıq, 
Aparmağa gəlmişik
 
[118, s.46]. 
Maraqlıdır ki, bu qisimdə olan vərdiş  və qaydalar sərvət kimi 
nəsildən-nəslə adlamışdır. Bu vərdiş  və qaydalarda qismən 
modernləşdirmə aparılsa da onlar məzmun və mahiyyət etibarilə 
dəyişməmişlər. Beləliklə  də  həm toyun milli-etik xüsusiy-yətlərini 
qoruyub saxlamış, həm də  mədəni irsin bədii estetik dəyərlərini toy 
şən-likləri ilə  bərabər  şəkildə mühafizə edə bilmişlər.  Ən  əlamətdarı 
odur ki, toy şənlikləri təkcə bir ailə üçün yox, bütün kənd, qəsəbə  və 
s. üçün əlamətdar hadisəyə çevrilmişdir. Elə buna görə  də  qədim 
toylarda iştirak edən insanlar bir çox mahnıların kütləvi ifaçılarına 
çevirmişlər. Rəqslə mahnı eyni vaxtda ifa olunmuş, xüsusilə, oğlan 
evinin adamları  gəlini apararkən daha çox fəal görsənirmişlər. Bunu 
tarixən yaranmış və qorunmuş el mahnılarımız da təsdiq edir: 
Bu gün bağa gəlmişik,  
Qönçə gülü dərmişik. 
Sizdə bir qız görmüşük, 
Aparmağa gəlmişik. 
 

 
 
43
Bu gün bağa gəlmişik, 
Baxa-baxa gəlmişik. 
Bizim bəyin toyunda, 
Oynamağa gəlmişik, –  
deyib, musiqinin ahənginə uyğun olaraq plastik hərəkətlər etmişlər. 
Azərbaycan xalqının həyatında sünnət toyları da xüsusi yer 
tutmuş və tutmaqdadır. Müsəlmanlığı qəbul etmənin əlaməti kimi başa 
düşülən bu toy mərasimləri sovet kommunist rejimi dövründə dövlət 
səviyyəsində  təzyiqlərə  məruz qalmışdır. Lakin Azərbaycan xalqı 
tarixi, milli ənənəsinə, adətinə  və dininə sadiq qalaraq sünnəti 
təntənəli  şəkildə qeyd etməkdən çəkin-məmişdir. Sünnət toyu da 
kütləvi xarakter daşımış, ailə toyu və 
mərasimlərindən 
fərqlənməmişdir. Sünnət toyları  da  musiqi  ilə müşayiət olunmuş, 
burada həm tərbiyəvi xarakter daşıyan mahnılar ifa edilmiş, həm də 
musiqinin emosional mühiti insanları müsəlmanlıq məsləki  ətrafında 
daha sıx şəkildə birləşdirə bilmişdir. 
İnsan cəmiyyəti sevinclə yanaşı, kədəri də yaşamağa məhkum 
olmuşdur. Hər bir doğulanın və dövran sürənin ölüm anı da vardır. 
Lakin  ən maraqlısı odur ki, ölən insanlar üçün təşkil olunan yas 
mərasimlərinin də öz emosional mühiti vardır. Belə ki, insanın kədər 
hissi yas nəğmələrinin, duyğuları göynədən həzin musiqi əsərlərinin 
də yaranmasına səbəb olmuş-dur. Hələ antik dövrdə  qədim Yunanlar 
yas mərasimlərini “nennilərlə” (ağılarla) və fleyta ilə müşayiət 
etmişlər. Bu nəğ-mələr vasitəsilə insanlar qismən də olsa, animistik 
duyğuların təsiri ilə təskinlik tapmışlar. 
Ə.Haqverdiyev yazmışdır ki, “Qədim Azərbaycanda ölən böyük 
qəhrəmanlar üçün ağlamaq bir adət idi. Qəhrəman ölən günü camaatı 

 
 
44
bir yerə toplayırdılar. Toplantıya “Yuq” deyirdilər. Toplantılar üçün 
qonaqlıq düzələrdi, xüsusi dəvət edilmiş “yuqçular” isə qopuz çalıb 
oynayardılar” [50, s.392]. 
“Dədə Qorqud”da və bir sıra başqa dastanlarımızda da qədim yas 
mərasimlərinin musiqi ilə müşayiət olunması haqqında geniş 
məlumatlar vardır. Məsələn, “Qaraoğlu” dastanında deyilir: “…İndi 
yeri, xan dədəmi hayla gəlsin, bu oğlumun adın qoysun. Mən ölürəm, 
qopuz çalsın, ağı desin”. 
Dədəm gəldi, qopuz çaldı, ağı dedi. Sedrek bəyin adın qoydu. 
Qaraoğlu bəy. Qaraqoyun Qaralını göz yaşıynan götürdülər, qopuz 
çalıb, ağı deyib, son mənzilə ötürdülər” [83, s.7]. 
Lap qədim zamanlardan yas mərasimlərində oxunmaq üçün 
xüsusi ağılar, bayatılar yaranmışdır. Qədim ağıların birində deyilir: 
Sel gəldi, beldən oldu, 
Qan qusdu, yeldən oldu. 
Vay düşdü sarayıma. 
Zaman keçdikcə, ağılar bayatılara çevrilmiş  və yas nəğmələri 
kimi analar, qızlar və  gəlinlər tərəfindən ifa olunmuşdur. Eyni 
zamanda yas bayatıları xalqın şifahi yaradıcılıq xəzinəsini əsrlər boyu 
zənginləşdirmişdir. Çünki hər bir ölən  şəxsin özünün fərdi 
keyfiyyətlərinə uyğun bayatılar yaranmışdır. Onların hər biri acı kədər 
hissi ilə yoğrulmşdur. 
Ağıçı yanıqlı-yanıqlı həzin və hıçqırtılı səslə demişdir:  
Sarı gül, 
Sarı qönçə, sarı gül, 
Bilirdin solasısan, 
Açmayaydın barı, gül. 

 
 
45
Azərbaycanda islam dini yayıldıqdan sonra isə yas 
mərasimlərində musiqidən istifadə olunmasına imkan verilməmişdir. 
Lakin mollanın ifasında səslənən quran surələri xüsusi avazla 
oxunmuş, bir növ ağıları əvəz etmişdir.  
Təbii ki, ölüm hadisəsi həmişə insanlarda pessimist hisslər 
yaratmışdır. Dəfn mərasimlərində  iştirak edən bütün adamlar həmişə 
dünyanın, yəni bir insan ömrünün əbədi olmadığını etiraf etmişlər. Bu 
etiraflar isə dünyanın “beş gündən” ibarət olması fikri ilə müşayiət 
olunmuşdur.  
Dünyanın “beş gündən” ibarət olması anlayışının da öz tarixi 
vardır. Elmi ədəbiyyatlardan məlumdur ki, qədim  Şərqdə 360 gündən 
ibarət olan ilə 5 gün də  əlavə edilmişdir. 13-cü ay sayılan bu beş gün 
yeyib-içmək, kef çəkmək ayı olmuşdur. İnsanlar bu beş gün içərisində 
bütün dərdlərini unutmuş,  şadxürrəm yaşamağa çalışmışlar. Dünyanın 
bütün ləzzətini bu beş gündə daddıqlarına görə yerdə qalan 12 ayın 
əzab və əziyyətlərlə dolu olduğunu söyləmişlər. 
Şərqin görkəmli filosofu Əl Biruni də  həmin təqvim haqqında 
hələ XI əsrdə geniş  məlumat vermişdir. Onun fikrincə, bu təqvimə 
görə beşgünlük ay ilin sonuna düşmüşdür. Zərdüşt dininə etiqad 
edənlər bu ayı xüsusi dini bayram kimi qeyd etmişlər. Onlar beş 
günlük ayı ölənlərin ruhuna ehtiram, hörmət ayı hesab etmişlər. Qədim 
Sasanilər isə bu aya səadət və xoşbəxtlik ayı adı vermişlər [20, s.57-
59]. 
Dəfn mərasimləri üçün yaranan mahnılar, ağılar və bayatılar bir 
daha sübut edir ki, estetik münasibətlər ictimai həyatın müxtəlif 
sahələrində özünəməxsus  şəkildə  təzahür edir. Bu da estetik 
keyfiyyətlərin universallığından irəli gəlir. Estetik keyfiyyətlərin 

 
 
46
universallığı, yəni təbiətin, cəmiyyətin, idrakın müxtəlif formalarında 
təzahür etməsi deyilənlərlə əlaqədar olaraq konkret prinsipial nəticəyə 
gətirib çıxarır. Estetik duyum ictimai mühitin özünü də  bədii-
emosional cəhətdən zənginləşdirir. Məhz bu zənginləşmə prosesini 
dəfn mərasimləri ilə yanaşı ictimai həyatın bütün sahə-lərinə  də aid 
etmək olar. Bir çox fəlsəfi  ədəbiyyatda deyildiyi kimi Estetik hissin 
mühüm cəhətlərindən biri onun qeyri-utilitar, təmən-nasız duyğu və 
münasibət olmasıdır [139, s.20]. 
Emosional duyğularla zəngin olan hər bir ictimai hadisə, o 
cümlədən adət və  ənənə, mərasim və bayram estetik hissin yaradıcılıq 
qüdrətindən məhrum deyildir. Hətta səhrada dəfn olunmuş naməlum 
bir  şəxsin qəbri də adamda emosional, estetik cəhətdən 
qiymətləndirilən duyğular yaradır və  təbii ki, bu duyğular görünən 
obyekt haqqında müəyyən bədii fikrin, sözün yaranmasına səbəb olur. 
Məsələn, qədim xalq bayatılarından biri elə  qəriblikdə ölmüş  və 
kimliyi bilinməyən insana həsr olunmuşdur. Bayatıda deyilir: 
Başı bölgəli dağlar, 
Dibi kölgəli dağlar, 
Burda bir qərib ölüb,  
Haçan el gələr, ağlar? 
Təbii ki, estetik duyum olmasaydı, naməlum qəribin ölməsi və 
tənha məzara dönməsi bayatı müəllifinə bu qədər emosional təsir edə 
bilməzdi. 
Maraqlıdır ki, estetik duyumun özünü də varislik baxımından 
qiymətləndirmək lazımdır. Bütün estetik baxışlara malik olanların 
hamısı hər hansı sənət əsəri və ya bayatı yaratmaq qabiliyyətinə malik 
deyildir. Burada irsi emosional yaradıcılıq keyfiyyətlərinin rolu daha 

 
 
47
böyükdür.  İrsi emiosional yaradıcılıq keyfiyyətləri özü də  şəxsiyyətin 
müxtəlif xüsusiyyətləri ilə uzlaşır. Qorxaq, düşgün, məzlum adamlar 
daha dərdli bayatılara, ağılara meyllidirlər. Lakin bütün əzablara qarşı 
müqavimət göstərmək  əzmində olan insanlar öz poetik hisslərində  də 
qorxmaz və mübarizdirlər. Bu cəhət aşıq yaradıcılığında, qəhrəmanlıq 
dastanlarımızda xüsusi yer tutur. Belə estetik hisslər millətin, xalqın 
qəhrəmanlıq  ənənələrini yaradır. Bu hisslərlə yaranan hər bir mahnı, 
poetik ifadə  qəhrəmanlıq çağırışına çevrilir. Məsələn, aşıq Mirzənin 
yaradıcığılında onun bədii-estetik duyumunun nihilizmdən uzaq 
olduğunu təsdiqləyən bir şerinə diqqət yetirək: 
Düşmən soxulmaqla vətənimizə, 
Vətən parçalanmaz, el parçalanmaz. 
Buludlar nə qədər sarsa da göyü, 
Zaman parçalanmaz, il parçalanmaz. 
Sanki müasir günümüz üçün deyilmiş bu qoşmada Aşıq Mirzə 
insanlarımızı ruhdan düşmədən işğal altında olan torpaqlarımızı azad 
etməyə çağırır. O, düşmənə üzünü tutub deyir: 
 
“Qarı düşmən, bu yerlərə əl atma, 
Biz vətəndən, vətən bizdən ayrılmaz. 
Bu el bir bağçadır, bir laləzardır, 
Nə bahardan, nə də yazdan ayrılmaz”
 
[151, s.65]. 
Şifahi xalq yaradıcılığında xüsusi yer tutan qəhrəmanlıq ruhu, 
hadisələri nikbinliklə qarşılayıb, ona müqavimət göstərmək meyli 
böyük bir tarixə malikdir. Təkcə “Koroğlu” dastanına diqqət 
yetirdikdə  qəhrəmanlıq  ənənələrimizin bədii-estetik qayəsini daha 
qabarıq şəkildə dərk edə bilərik. “Koroğlu” dastanında oxuyuruq: 

 
 
48
“Yağı düşmənin hərbəsi,  
Qaçırtmaz meydandan məni. 
Qorxaq-müxənnət zərbəsi 
Qaçırtmaz meydandan məni…” 
Qəhrəmanlıq,  mərdlik estetik kateqoriya olmaqla yanaşı, milli 
mentalitetimizin tərkib hissəsidir. Bu kateqoriyalar milli mentalitetə 
daxil olduqlarından varislik prinsipləri  əsasında yaşayır, gələcək 
nəsillərin ruhuna hopur. Onu yaşadan  ən başlıca cəhət isə artıq dillər 
əzbəri olmuş  qəhrəmanlıq nəğmələri, dastanları  və başqa bədii 
dəyərlərimizdir. Bu baxımdan “Koroğlu” dastanındakı  vətənpərlik 
ruhu, ən çətin məqamda belə düşmənin qarşısında mərdliklə dayanmaq 
və mübarizə aparmaq üçün daha güclüdür. Qəhrəmanlığın yüksək 
pafosla tərənnümü gənc nəslin tərbiyə olunmasında, Koroğlu ruhunun 
onlara hopmasında xüsusi rol oynayır:  
“Girrəm meydana ər kimi, 
Durram qabaqda nər kimi. 
Düşmən boylanar xər kimi, 
Qaçırtmaz meydandan məni” [62, s.99]. 
deyən Koroğlu düşmənin həmləsindən qorxmur və meydandan 
qaçmağı  rəzillik hesab edir, məğlub olmağı  təsəvvürünə  də  gətirmir. 
Koroğluya xas olan bu xüsusiyyət fərdi göstərici kimi daima 
başqalarında da müəyyən xassə  və keyfiyyətlər yaradır. Dastandakı 
hadisələr,  əhvalatlar insan emosiyasının yaradıcı  əsasına çevrilir. Hər 
bir fərdin düşüncəsi və  həyatdakı  fəaliyyəti bu emosionallığın 
təsirindən qaynaqlanır. Azərbaycan alimi Aslan Aslanov bu xüsu-
siyyətlələ bağlı olaraq yazmışdır: “İnsan təxəyyülünə, xəyalına və 
əqlinə hissi, əyani predmet və hadisələr, onların müxtəlif  görünüş  və 

 
 
49
təzahür formaları daha tez və daha kəskin təsir göstərmək imkanına 
malikdirlər” [3, s.66]. 
Buradan belə  nəticə  çıxır ki, irsən,  ənənəvi olaraq müasir 
insanlarımıza varis kimi çatmış  hər bir mənəvi sərvət, davranışlar və 
əxlaq normaları toplusudurlar. Tarixən yaranmış mütərəqqi  ənənələr 
yaddaşlarımızdan heç zaman silinmir, müasir dövrdə  də  rəftar və 
davranışlarımızda yeni keyfiyyətlər yaratmağa qadirdirlər. Bu 
keyfiyyətlər özünü təkcə  qəhrəmanlıq hisslərinin formalaşmasında 
büruzə vermir. Onlar eyni zamanda əməklə bağlı olan adət və 
ənənələrin geniş vüsət tapdığı tarixi-ənənəvi köklərlə bağlıdır. Elə 
buna görə  də  qədim dövrlərdən başlayaraq indiyə  qədər milli 
xüsusiyyətlərimizi özündə  əks etdirən  əmək bayramlarımız, adət və 
mərasimlərimiz öz mənəvi dəyərlərini qoruyub saxlaya bilmişlər. 
Əməklə bağlı olan ictimai sahənin daha geniş olması, bu sahə ilə 
bağlı adət və  ənənələrin sayının çoxluğu ilə  fərqlənir.  Ən maraqlısı 
odur ki, əmək adət və  ənənələri daxilində  rəngarəng xalq yaradıcılığı 
nümunələri formalaşmışdır. Bu xalq yaradıcılığı nümunələri bəşər 
tarixi boyu mənəvi örnək mənbəyi olmuşlar. 
Azərbaycanın Xəzər  ətrafı rayonlarında balıqçılıq təsərrüfatı 
qədim dövrdən inkişaf etmiş, bu sahə ilə bağlı olaraq çoxlu “Vətəgə 
nəğmələri” yaranmışdır. Tədqiqatçı Azad Nəbiyev bununla əlaqədar 
olaraq yazmışdır: “…balıqçılar içərisində “Vətəgə  nəğmələri” adı ilə 
qədimlərdən 40 nəğmə mövcud olmuşdur. Vətəgəyə  işə  gələnlər bu 
nəğmələri öyrənməmiş ba-lıq ovuna çıxmazlarmış. Balıqçıların 
dediyinə görə  vətəgə  nəğmələri ayın doğmasını  tərənnüm edən nəğmə 
ilə başlar, qayığın möhkəmliyini, ovun uğurluluğunu, avarların 

 
 
50
davamlılığını  və s. əhatə edər, sahilin, torpağın görünməsini, işığın 
açılmasını alqışlarla, nəğmələrlə qayşılayırdı” [118, s.22]. 
Bu nəğmələrin çoxu animistik xarakter daşısalar da, balıqçının 
ovqatını yaxşılaşdırır, onun uğur qazanacağına inamını artırırdı. 
Balıqçı mahnıları əsasən ovsunlara bənzəmişdir. Öz sehr və cadularına 
inanan insanlar aşağıdakı  məzmunda mahnılar ifa etməklə arzularına 
çatacaqlarına ümid bəsləyirdilər: 
Kətan üzlü Yahu, 
Suya düzülü, Yahu. 
Qayığım yelə düşdü, 
Buruldu selə düşdü. 
Sal gətir, sala gəlsin… 
Xorla ifa olunan bu mərasim mahnılarında etirazlar da bildirilir, 
fövqəltəbii qüvvələrin rəhmə  gəlməsi, arzuların yerinə yetirilməsi 
tələb olunurdu. 
Azərbaycanın təbii-coğrafi quruluşundan irəli gələrək burada 
əmək  ənənələri ilə bağlı  bədii ifadə vasitələri çox təkamül etmişdir. 
“Şum bayramı”, “Səpin bayramı”, “Çoban bayramı”, “Məhsul 
bayramı” və s. əmək bayramları uzun əsrlər boyu geniş xalq kütləsi 
tərəfindən xüsusi təntənə ilə qeyd olunmuşdur. 
“Tarixi təcrübə sübut edir ki, yalnız xalqın mənəvi tələbatından 
doğan, onun ruhuna, təbiətinə, zövqünə qida verən adətlər və ənənələr 
məişətə daxil olub vətəndaşlıq hüququ qazana bilirlər. Bunu hazırda 
keçirilən “Məhsul bayramları”nın,  əməklə bağlı müxtəlif bayramların 
timsalında aydın görmək olar” [63, s.25]. 
Sovet məkanında da bu ölkənin tarixi, inqilabi hadisələri ilə 
bağlı müxtəlif adət və  ənənələri yuxarıdan aşağı zorla da olsa, xalqa 

 
 
51
qəbul etdirirdilər. Yalnız sosialist əxlaq prinsip-lərinin daşıyıcıları 
olan adət və  ənənələrə üstünlük verilirdi. Kommunist əxlaq 
prinsiplərinə uyğun olaraq adət və  ənənələrin mənəvi, siyasi mühiti 
yaradılırdı. Sosialist adət və  ənənələri “yeni adət və  ənənələr” adı 
altında ictimai rəyə müxtəlif güc vasitələri ilə  təqdim olunurdu. 
Məsələn, “Böyük Oktyabr inqi-labının” ildönümü ərəfəsində idarə  və 
müəssisə  rəhbərlərinə bolşevik bayramının keçirilməsi ilə  əlaqədar 
xüsusi tapşırıqlar verilirdi. Bayramın təntənəli keçməsi üçün xüsusi 
rejissorlar, rəssamlar, musiqi kollektivləri cəlb olunurdu. Ölkənin hər 
yeri  şüar və bayraqlarla bəzədilirdi.  Əmək kollektivlərində  və  təhsil 
müəssisələrində çalışanlar rəsmi  şəkildə nümayişlərə  cəlb olunurdu. 
Zahiri görünüşünə görə bu bayram da ictimai rəy tərəfindən qəbul 
olunmuş kimi görünürdü. Həqiqətdə isə Sovet İttifaqının rəhbərlərinin 
portretlərini gün ərzində  əllərində zor gücü ilə  gəzdirən insanların 
qəlbində ikrah hissi yaranırdı. Bəziləri sovet rəhbərlərinin portretlərini 
və  şablon  şüarları küçənin ortasında ayaqlar altına atıb, aradan 
çıxırdılar. 
Bütün bu misallardan bir daha aydın olur ki, adət və  ənənənin 
yaradıcısı xalqdır. F.Xəlilovanın təbirincə desək, “Adət və 
ənənələrinin mühüm xüsusiyyətlərindən biri də budur ki, onların 
davam etdirilməsi və  tənzim olunması ictimai rəydən asılıdır.  İctimai 
rəy olmadan heç bir adət inkişaf edib yayıla bilməz,  ənənə hökmündə 
ciddi bir ictimai qüvvəyə çevrilə bilməz. Yalnız və yalnız ictimai rəy 
tərəfindən qorunan və müdafiə olunan, ondan qol-qanad və yardım 
alan adətlər,  ənənələr cəmiyyətin ictimai-estetik idealı ilə qaynayıb 
qarışa bilir, mənəvi tərbiyənin qüdrətli silahına çevrilir” [63, s.36].  

 
 
52
Adət və ənənələrin cəmiyyətin ictimai-estetik idealına çevrilməsi 
insanların mənəvi təsir dairəsini də genişləndirir.  İnsanlar yalnız öz 
iradələrindən və istəklərindən asılı olaraq kütləvi bayram və 
mərasimlərin real iştirakçısına çevrilirlər. Onlar kənar təsirlərə  məruz 
qalmadan könüllü şəkildə adət və  mərasimin ona təqdim etdiyi estetik 
idealı könüllü şəkildə qəbul edir və onun bütün şərtlərinə əməl etməyə 
çalışır. Hakimiyyət tərəfindən zorla qəbul etdirilmiş estetik idealın isə 
könülsüz icraçılarına çevrilirlər, onların real iştirakçısı yox, 
proqnozlaşdırılmış cansız fiqurları olurlar. 
Qeyd etmək lazımdır ki, adət və  ənənələrin bədii-estetik 
idealından bəhrələnmək dərəcəsi də müxtəlif insan qruplarında çox 
fərqlidir. Digər tərəfdən milli xarakterin müxtəlifliyi də  bədii 
emosional bəhrələnmənin dərəcəsində  nəzərə çarpacaq fərq  əmələ 
gətirir. Elə millətlər var ki, öz milli bayramlarında daha fəal olur, 
kütləvi  şənliklərin daha real iştirakçılarına çevrilirlər. Bununla 
əlaqədar olaraq F.Engelsin yazdığı kimi “İngilis milli xarakteri həm 
alman, həm də fransız milli xarakterindən  əsaslı surətdə  fərqlənir” 
[113, s.602]. 
Məhz milli xarakterlərin fərqli olması adət və  ənənələrin icrası 
prosesində 
də özünü büruzə verir. Xüsusilə, milli xalq 
bayramlarındakı  iştirakına görə Azərbaycanlı ilə alman, yaxud 
 
özbəklə latış arasında çox böyük fərqlər vardır. Alman və latışda 
kütləvi bayramın real iştirakçısına çevrilmək təşəbbüsü daha qabarıq 
şəkildə özünü büruzə verir. Azərbaycanlı ilə özbək isə qismən passiv 
və  fəaliyyətsizdirlər. Görünür, milli xarakterə dini mənsubiyyət də 
təsir göstərir və insanların adət və  ənənə münasibətlərində  nəzərə 
çarpacaq dərəcədə  fərqlər yaradır.  İslam dininin əyləncəyə  və 

 
 
53
musiqiyə münasibəti də tarixən xristian etiqadlı xalqlarla islam 
etiqadlı xalqlar arasında adət-ənənə  fərqləri yaratmışdır.  Əsasən 
islamın cəmiyyət daxilində qadın fəaliyyətinə qoyduğu bir çox 
qadağalar onların kütləvi bayram və  mərasimlərdəki fəaliyyətlərini 
məhdudlaşdırmışdır. Qadınların kişilərlə 
bərabər kütləvi el 
bayramlarında iştirakında kifayət qədər məhdudiyyət yaratmışdır. Bu 
da nəticə etibarı ilə müsəlman etiqadına inanan qadınlar arasında 
qismən də olsa, məişət qapalılığı  əmələ  gətirmişdir. Onların adət və 
ənənələrin estetik dəyərlərindən istifadə etmək imkanlarını 
məhdudlaşdırmışdır. 
Sovet dövrünün bir çox tədqiqatçıları qadınların ictimai 
fəallığının azalmasını onların dini ayinlərə daha çox meylli olması ilə 
əlaqələndirirlər. Məsələn, tədqiqatçı O.Abdullayev yazmışdır: 
“Qadınlar arasında dini ayinlərə meylin güclü olması, onların məişət 
əməyinə daha çox bağlılığı, məişətdə mövcud olan zərərli davranış 
normalarının qadınlar arasında dindarlığın üstün olmasına, kişilərə 
nisbətən onların sosial fəallığının aşağı olmasına təsir edir” [2, s.127-
128]. 
Lakin bu fikrin əksinə olaraq qadınların adət və  ənənələrin bədii 
emosional vasitələrinin yaranmasındakı rolunu da inkar etmək olmaz. 
Onların özlərinə 
məxsus estetik duyumu, hadisələri bədii 
təcəssümləşdirmə qabiliyyətləri və poetik duyğuları vardır. Elə buna 
görə  də  bəşər tarixi boyu dünyanın hər yerində  ağı deyənlər, həzin 
bayatılar yaradanlar əsasən qadınlar olmuşlar. Bu da ondan irəli gəlir 
ki, qadınlar kişilərdən fərqli olaraq daha emosionaldırlar və onlar heç 
zaman öz hisslərini gizlədə bilmir, emosiyalarının nəticələri bu və ya 
digər  şəkildə üzə  çıxır. Bu və ya digər hadisəyə münasibət zəminində 

 
 
54
estetik təfəkkürün aktivləşməsi və gerçəkliyə realizə olunması prosesi 
baş verir. Məhz xalq incəsənəti, bütün folklor nümunələri estetik 
duyğuların müxtəlif hadisələrə münasibət zəminində  təşəkkül 
tapmışdır. Adət və  ənənələr isə bu hadisələrin geniş inkişaf məkanı 
sayıla bilər. Adət və  ənənələr, mərasim və bayramlar hissi emosional 
cəhətlərin təşəkkülü üçün bir vasitə rolu oynayır. Belə ki, hamı öz 
dərdini və ya sevinicini adət və  ənənənin psixoloji məkanı daxilində 
təzahür etmək imkanı  əldə edir. Mövcud olan ağıya, yaxud mahnıya 
yeniləri  əlavə edilir. Bu proses dialektik şəkildə inkişaf edərək 
incəsənətin, bədii yaradıcılığın ana xəttinə çevrilir. Xüsusilə, yazı 
mədəniyyəti inkişaf etdiyi dövrə  qədər xalqın bütün bədii yaradıcılığı 
şifahi  şəkildə adət və  ənənələrdə, bayram və  mərasimlərdə yaddaşlara 
hopmuş, təkamül etmişdir. Beləliklə də, insanların real həyatı müxtəlif 
ictimai şüur formaları ilə yanaşı incəsənəti də yaratmışdır. 
İncəsənət daima çoxvəzifəli, çoxfunksiyalı estetik təsir vasitəsi 
olmuşdur. Xalqın adət və  ənənələrini, bayram və  mərasimlərini 
incəsənət nümunələrindən ayrı təsəvvür etmək mümkün deyildir.  
Folklor nümunələrinin tədqiqi göstərir ki, hələ  qədim dövrdən 
başlayaraq  şifahi xalq yaradıcılığının ayrı-ayrı formaları da konkret 
məna kəsb etmiş, təcrübə  və  bəhrələnmə baxımından müxtəlif 
funksiyaları yerinə yetirmişdir. Bir çox əmək nəğmələri, “holavarlar” 
da bunu sübut edir. Lakin bir daha qeyd etmək lazımdır ki, bütün el 
nəğmələri və  hətta “holavarlar” da ilk növbədə adət və  ənənələr, 
bayram və  mərasimlər prosesində kütləvi olaraq sınaqdan çıxır və 
ictimai estetik şüura daxil olurdu
 
[159, s.14]. 
Maraqlıdır ki, adət və  ənənələrdə  həmişə  həyatın gözəl, ideal, 
ümidverici tərəfləri təcəssümləşdirilir. Hətta dövri mərasimlərdə  də 

 
 
55
təsəlliverici ağılara, insani gözəllikləri təsvir edən bədii materiallara 
üstünlük verilir. Bu ənənə bədii sənətkarlığın bütün tərəflərində özünü 
büruzə vermişdir. Görkəmli alman filosofu, estetik və dramaturq 
Q.E.Lessinq “Laokoon, yaxud rəssamlıq və poeziyanın sərhədləri” adlı 
məşhur  əsərində yazırdı ki, yunan sənətkarları gözəllikdən savayı heç 
nəyi təsvir etmirdilər. Hətta, adi aşağı  səviyyəli gözəllik onların 
nəzərində  sırf təsadüfi mövzu, mübahisə  və  əyləncə amili, predmeti 
idi… [4, s.193]. 
Adət və  ənənələrdə mövzu seçimi də bütün dövrlərdə varislik 
prinsiplərinə  əsaslanmışdır. Yaranan hər bir bədii material adət və 
ənənənin, bayram və  mərasimin mahiyyətini, xüsusiyyətini, 
gerçəkliyini əks etdirmişdir.  
Bir çox ədəbiyyatlarda “varislik” ənənəviçilik kimi də qeyd 
olunur. Bu da ondan irəli gəlir ki, dünyada öz dəsti xəttini qoymuş 
tarixi, elmi, mədəni  ənənələr yaranmışdır. Bu ənənələr ilkin yaranmış 
predmetin, hadisənin, fikrin varislik baxımından nəsildən-nəslə keçmə 
prosesidir. Məsələn, müsəlman  şərqində yaranmış ellinizm və islam 
ənənələri indi də  fəlsəfi fikir mədəniyyətinin inkişafında xüsusi 
əhəmiyyət kəsb edir [78, s.17-19]. 
Ərəb müsəlman mədəniyyəti  ənənələri antik dövrün və 
Avropanın incəsənətindən fərqli olaraq kolliqrafiya – xəttatlıq, 
miniatür rəssamlıq sənətini inkişaf etdirmişdir. Müsəlman 
incəsənətində  ənənəvilik prinsipinə  əsaslanaraq həndəsi motivlərin 
ifadə edilməsi çox mühüm yer tutur. Bundan əlavə müsəlman 
ornamentləri, müsəlman dekorativ sənət elementləri qədim tarixi 
keçmişə aiddir. Həmçinin müsəlman memarlığı formalaşmışdır. Onun 

 
 
56
bütün dünyada məşhur olan Tac-Mahal, İstambul məscidi, Səmərqənd 
və İsfahan məscidləri və s. kimi bəşəri memarlıq nümunələri vardır.  
İndinin özündə meydana gələn müsəlman abidələri də  həmin 
memarlıq ənənələrinə əsaslanaraq yaradılır.  
Bütün bunlara əsaslanaraq deyə bilərik ki, ənənəviçilik 
mədəniyyət, incəsənət və  təfəkkürdə xüsusi yer tutduğuna görə milli 
mentalitetin formalaşmasına da güclü təsir göstərir.  Əsrlər boyu 
davam edən  ənənəvi xüsusiyyətlər xalqın mədəniyyətini və 
psixologiyasını təşkil edir. 
“Mədəniyyətin milli mentaliteti” dedikdə elə  dərin strukturlar 
nəzərdə tutulur ki, həmin struktur uzun dövr ərzində xalqın etnik, 
yaxud da milli xüsusiyyətlərini müəyyən edir” [142, s.236]. Deməli, 
etnik və milli xüsusiyyətlər əbədi olaraq yaşayır və xalqın menta-liteti 
haqqında bütün dövrlərdə fikir söyləmək imkanı verir. 
Mədəniyyətdəki 
ənənəviliyin və milli mentalitet 
xüsusiyyətlərinin təhlili prosesində bir çox ifratçı  nəzəri baxışlara 
malik olan cərəyanlar ilə daima konfliktdə olan “avropasen-trizmlə” 
“şərqsentrizmi” misal göstərmək olar. Qərb və  şərq mədəniyyətlərinə 
münasibət məsələsində bunlar bir-birinin fikirlərini inkar edirlər. Biri 
Avropa mədəniyyətinə üstünlük verirsə, digəri həmin mədəniyyətin 
Şərq mədəniyyətindən bəhrələndiyini deyir. Üçüncü – qismən 
barışdırıcı  cərəyan olan “sinkretizm” isə bütün bəşəriyyət üçün bir 
mədəniyyətin mövcudluğunu təsdiqləməyə çalışır. Məsələn,həmin 
cərəyanın tərəfdarı olan hind filosofu P.R.Damlen yazmışdır: “Bütün 
bəşəriyyət üçün bir mədəniyyət və bir dünyagörüşü vardır” [93, 
s.178]. 

 
 
57
Lakin ayrı-ayrı millət və xalqların mədəniyyətlərini ifrat şəkildə 
bir vahid mədəniyyət çərçivəsinə salmaq yanlışdır. Mentalitetlər, adət 
və ənənələr müxtəlif olduğu kimi mədəniyyətlər də özlərinin forma və 
məzmununa görə müxtəlifdir. Hər bir xalqın özünün milli-dini 
xüsusiyyətlərinə uyğun olan mədəniyyət və incəsənəti vardır. Damlen 
kimi nəzəriyyəçilər isə universal sistemlər yaratmaq iddiasında 
olduqlarına görə bu səhvlərə yol vermişlər.  
Həqiqət təsdiqlənmiş möhürlə  aşkar olunmur. “Həqiqət anlamaq 
prosesidir, öyrənilən hadisənin mürəkkəb cizgili inkişafının, fikrinin 
mürəkkəb prosesinə çevrilməsidir” [4, s.22]. 
Mədəniyyətlərin bir-birindən fərqli olaraq təkamül etməsində 
dini mənsubiyyət də xüsusi rol oynamışdır. Müsəlman  Ərəb 
imperiyasının işğalı altına düşən bir çox ölkələrdə yeni islam 
mədəniyyəti formalaşmışdır. Ancaq islam mədəniyyəti də ayrı-ayrı 
xalqları özünün milli etnik yaradıcılıq xüsusiyyətlərindən məhrum edə 
bilməmişdir.  Ənənəvilik, milli-tarixi varislik ərəb imperiyasının 
təzyiqlərinə dözüb, millətlərə öz kökündən ayrı düşmək imkanı 
verməmişdir. Bununla yanaşı, islam dinini qəbul edən xalqlarda nəzərə 
çarpacaq dərəcədə  mənəvi dəyişikliklər olmuşdur. Deyilənlərlə 
əlaqədar olaraq “Ərəb müsəlman mədəniyyəti oçerki” kitabının 
müəllifləri L.M.Fildişinski və B.Y.Şidfar yazmışlar: “Ərəb müsəlman 
dövlətlərinin yaranması istila edilmiş xalqların mədəni simalarını 
birdən və  hər yerdə  dəyişməmişdir. Onlardan bəziləri dil cəhətdən 
müstəqilliklərini mühafizə edib qoruya bilmişlər. Nominal şəkildə 
xilafətin tərkibində qalmaqla, faktik olaraq tez bir zamanda 
müstəqillik  əldə etmişlər. Uzun əsrlik mübarizədən sonra öz dillərini 
və  mədəniyyətlərini hifz edən ispanlar da ərəb hakimiyyətindən azad 

 
 
58
olmuşlar. Xilafətin digər  əyalətlərinin taleyi isə başqa cür olmuşdur. 
İran, Orta Asiya və Qafqaz xalqları öz milli dillərini hifz etmiş, lakin 
işğalçılardan islamı  qəbul etmişlər ki, bu da ciddi şəkildə onların 
mədəniyyətini, xarakterini və 
mənəviyyatını bütövlükdə 
dəyişdirmişdir” [4, s.27]. 
Lakin mədəniyyətin yaradıcısı xalqla yanaşı ayrı-ayrı  fərdlərdir. 
Azərbaycan mədəniyyəti tarixində dünyəvi mədəniyyətin tələblərinə 
uyğun  şəkildə  fəaliyyət göstərən və özünün zəngin mədəni irsini 
yaradan ayrı-ayrı  şəxsiyyətlər də olmuşdur. Nəsrəddin Tusinin, 
Uluqbəyin, Xaqaninin, Füzulinin və başqa görkəmli  şəxsiyyətlərin 
yaradıcılıqlarında müstəqil düşünmək meylinin olduğu görünür. O da 
gizli deyil ki, dinə qarşı mübarizəni təşkil edən Nəiminin və 
Nəsiminin öldürülməsi hadisəsi də baş vermişdir. Deməli dil ümumi 
milli mədəniyyətə 
təsir etsə 
də 
mədəniyyətdəki varislik 
xüsusiyyətlərini tam şəkildə aradan qaldıra bilməmişdir. 
Hər bir yaradıcı insanın dili, etiqadından asılı olmayaraq, onu 
əhatə edən hadisələrin təsirinə  məruz qalması  və bu reallıqları duyub 
bədii obraz şəkilinə salması estetik təfəkkürün müstəqil düşüncə 
tərzindən irəli gəlir. Xüsusilə, bədii yaradıcı öz istəklərini, duyğu və 
emosional münasibətlərini müstəqil  şəkildə ifadə etməyi bacarır. Elə 
buna görə  də orta əsrlərdə Azərbaycan miniatür sənəti geniş inkişaf 
etmiş, Soltan Məhəmməd, Kəmaləddin Behzad, Mir Seyid Əli,  Əli 
Məhəmməd və başqa milli rəssamlarımız yetişmişdir. Onların orta 
əsrlərdə  təsviri incəsənətə  gətirdikləri miniatür janrı bir çox müasir 
rəssamlarımız tərəfindən də  ənənəvi olaraq davam etdirilir. Təbriz 
rəssamlıq məktəbinin yetişdirməsi Soltan Məhəmmədin Nizaminin 

 
 
59
“Xəmsə”sinə  və Hafizin “Divan”ına çəkdiyi miniatür illüstrasiyalar 
bir növ kitabın bədii tərtibatının əsasını qoymuşdur. 
Azərbaycanda incəsənətin kütləvi janrları da ənənəvi varislik 
xüsusiyyətlərinə uyğun olaraq inkişaf etmişdir. Xalq yaradıcılığının 
xüsusi qollarından biri olan rəqs incəsənəti hələ  qədim daş dövründən 
başlayaraq indiyə qədər böyük inkişaf yolu keçmişdir. Rəqsin yaradıcı 
məkanı isə xalq toyları, el şənlikləri və bir sıra nikbin adət və ənənələr 
olmuşdur.  
Orta  əsrlərdə xalq xanəndələri, musiqiçilər, aşıqlar el 
şənliklərində dini qadağalardan çəkinmədən öz ifaçılıq qabiliyyətlərini 
nümayiş etdirmişlər.  
İnsanın dünyagörüşü, tərbiyəsi, davranış normaları  təbiət, 
cəmiyyət və incəsənət  əsərlərinin estetik, bədii xassələrinin təsiri ilə 
formalaşır. Adət və  ənənələrdə isə bu üç amilin təsiredici 
xüsusiyyətləri mövcuddur. Hətta dini mövzuya həsr olunmuş incəsənət 
əsərlərinin özü də varisliyə  sədaqət prinsipləri  əsasında inkişaf 
etmişdir. Belə ki, antik dövrün incəsənət  əsərləri orta əsrlərin intibah 
dövründə demək olar ki, yenidən təkrarlanmışdır.  İntibah dövrünün 
estetikası, incəsənət nümunələri antik dövrdə olduğu kimi, bir yandan 
göylə, səma ilə, o biri yandan yerlə, torpaqla, bir tərəfdən təbiətlə, 
insanla qovuşmuşdur. O bir yandan “rəngkarlıq təbiətin inikasıdır” 
nəzəriyyəsi üzərində  bərqərar olmuş, təbiət təqlid edilmiş, digər 
tərəfdən güclü izolizəedici obrazlara üstünlük verilmişdir, yaradıcı 
təxəyyülün rolu göylərə qaldırılmışdır. Bir yandan kanon və qanunlar 
qəbul edilmiş, o biri yandan hər bir ölçü və  əndazəyə, kanon və 
qanunlara sığışmamışdır. Orta əsrdən yeni dövrə adlamaq cəhdi 
intibah incəsənətinin ali antik dövr formasını yaratmışdır. Bu cəhət 

 
 
60
mədəniyyətin başqa sahələrində  də  nəzərə çarpmışdır. Dini 
təzyiqlərdən xilas olma meylləri də duyulmuş, lakin bu cəhd təbiətin 
panteistcəsinə qavranılması ilə  nəticələnmişdir. Bununla da hər bir 
yaradıcı  fərd, incəsənətdəki varislik ənənəsindən  tam şəkildə ayrıla 
bilməmiş, əjdadlarının yaşadıqları hissləri, bədii duyumu yeni formada 
yaşamağa məcbur olmuşlar. Məzmunu isə dəyişə bilməmişlər.  
 
 

Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin