AZƏrbaycan miLLİ adət və ƏNƏNƏLƏRİNİn bəDİİ-estetik mahiYYƏTİ



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə6/9
tarix23.02.2017
ölçüsü5,03 Kb.
#9424
1   2   3   4   5   6   7   8   9
II.  F Ə S İ L 
Mədəniyyətin müasir inkişaf mərhələsində adət və  
ənənələrin yeri. 
2.1. Müasir mədəniyyətin tarixi-ənənəvi əsasları. 
Mədəniyyətin tarixi-ənənəvi xüsusiyyətlərini təhlil etmədən onun 
müasir dövrdə sosial-dəyişdirici funksiyalarını izah etmək mümkün 
deyildir. 
Mədəniyyət anlayışı ictimai həyatın çox geniş sahəsini  əhatə 
etdiyindən onun müxtəlif aspektlərdən öyrənilməsinə, təhlilinə böyük 
ehtiyac vardır. Çünki bəşəriyyət inkişaf etdikcə onun mədəni 
prosesləri, hadisələri, predmetləri və s. dəyişir, yeniləşir və 
dayanmadan təkamül edir. Mədəniyyət maddi və  mənəvi sərvətlər 
məcmusu kimi daha da zənginləşir. Müasir elmi yeniliklər, ictimai-
siyasi proseslər mədəniyyət anlayışının kateqoriyalarının da sayını 
artırır. Beləliklə  də, cəmiyyət daxilində  mədəniyyətin çoxfunksiyalı 
olduğu aşkarlanır. Məlum olur ki, mədəniyyətin birinci və  əsas 
funksiyası humanist xarakterli proseslərin yaradılması  və inkişaf 
etdirilməsindən ibarətdir. Bu funksiyanı yerinə yetirən cəmiyyət güclü 
maddi və  mənəvi sərvətlər toplusu əldə edir, eyni zamanda təkamülün 
dialektik inkişafının  əsasını yaradır. Humanist məqsədlərlə inkişaf 
edən maddi və  mənəvi sərvətlər tarixin bütün dövrləri üçün yararlı 
olur. Bu baxımdan onlar mənəvi irs kimi gələcək nəsillərin həyat və 
yaradıcılığında xüsusi əhəmiyyət kəsb edir və  mənəvi sərvət kimi 

 
 
156
daima qorunub saxlanılır. Bu cəhətinə görə humanist mədəniyyət 
tarixi varislik funksiyasını da yerinə yetirir. O bir çox nəsillərin 
sosial-mədəni təcrübəsini özündə  cəmləşdirdiyinə görə böyük bilik 
mənbəyinə çevrilir, tarixi yaddaş xarakteri daşıyır. 
“Mədəniyyətin tarixi xarakteri onun davamlı irsiyyətində, yeni 
mədəniyyətin, keçmiş  mədəniyyətin nailiyyətləri ilə  sıx  əlaqəsində 
təzahür edir” [110, s.7]. Bunun da nəticəsində  təzahür edən yeni 
mədəniyyət keçmiş  mədəniyyətin mənəvi varisi hesab olunur. Bu 
xüsusiyyətə görə  mənəvi mədəniyyətin bütün formalarının inkişafında 
varisliyin rolu daima görünür və diqqət mərkəzində olur. Varislik çox 
zaman  əxlaqi və hüquqi normativ kimi tənzimedici və katalizator 
xarakteri daşıyır. 
Tarixi mənbələrdən və elmi araşdırmalardan məlum olmuşdur ki, 
“Mədəniyyət” – yəni “kültür” sözü ilk dəfə  qədim Romada filosof, 
natiq Mark Tulli Siseron tərəfindən işlədilmişdir. O, eramızdan  əvvəl 
45-ci ildə “Tuskulan disputları”  əsərində “kültür” sözünün etimoloji 
mənasını “becərmək”, “torpağı hazırlamaq” kimi izah etmişdir” [154, 
s.7]. Lakin zaman keçdikcə “kültür” sözünün mənası dəyişmiş, ictimai 
həyatın bir çox sahələrinə  şamil edilmişdir.  İnsanın  əli ilə yaranan, 
onun idrakına, fəaliyyətinə daxil olan bütün hər  şey “kültür”, yəni 
mədəniyyət kimi başa düşülmüşdür [69, s.10]. 
Müxtəlif dövrlərdə 
mədəniyyətin məzmununda yaranan 
dəyişikliklər onun adının anlaşılmasına da təsir etmişdir. Məhz 
mədəniyyət anlayışı  təkamüldən doğan  əsaslı tarixi dəyişikliklərlə 
əlaqədar olaraq həmişə aktual tədqiqat obyektinə çevrilmişdir. Elə bu 
səbəbə görə  də XVII – XVIII əsrlərdə yaşayıb yaradan Avropa 
alimlərindən S.Pufendorf, C.Vikon, K.Helvinki, B.Franklin, İ.Herder, 

 
 
157
İ.Kant və başqaları  mədəniyyətin mahiyyəti haqqında maraqlı fikirlər 
söyləmişlər. Eyni zamanda mədəniyyətin müxtəlif tiplərinə Y.Burhard, 
E.Teylor, K.Levi-Bryul, B.Malinovski, M.Baxtin, P.Sorokin, 
O.Şpenqler, N.Danilevski və başqa alimlər münasibət bildirmiş, elmi 
təhlillər vermişlər. Yuxarıda adları  çəkilən və  çəkilməyən alimlərin 
hər birinin mə-dəniyyətə müxtəlif təriflər verməsini ictimai həyatın 
qanuna-uyğunluqları ilə 
əlaqələndirmək lazımdır. Amerika 
mədəniyyət-şünasları Alfred Kreber və Klayd Klakxon apardıqları 
birgə  tədqiqatlar zamanı  mədəniyyətin 180 tərifi olduğunu göstər-
mişlər. L.E.Gertmana görə isə  mədəniyyətin 500-ə  qədər tərifi 
mövcuddur
 
[142, s.9-10]. 
Türk sosioloqu Ziya Göyalp isə “mədəniyyət”lə “kültür” 
anlayışlarını bir-birindən fərqləndirməyə çalışmışdır. Onun fikrincə, 
kültürlə mədəniyyət arasında məzmunca həm birləşmə, həm də ayrılma 
vardır. Bunların hər ikisi toplum şəklində olduqları üçün aralarında bir 
bənzərlik mövcuddur. Ziya Göyalp kültürü mahiyyətcə milli, 
mədəniyyət anlayışını isə beynəlmiləl hesab edir. O yazır ki, “kültür” 
milli olduğu halda, mədəniyyət uluslararasıdır – beynəlmiləldir. 
Kültür yalnız bir millətin din, əxlaq, hüquq, ağıl, estetika, dil, 
iqtisadiyyat və texnika ilə bağlı yaşayışlarının uyumlu – ahəngdar bir 
bütünüdür. Mədəniyyət isə eyni inkişaf səviyyəsində olan bir çox 
millətlərin toplumsal – ictimai həyatlarının ortaq bir bütünüdür”
 
[168, 
s.40]. 
Mədəniyyət haqqında müxtəlif dövrlərdə ayrı-ayrı,bir-birindən 
fərqli  şərhlərin və  təriflərin verilməsi çox təbiidir. Çünki mədəniyyət 
hər bir ictimai-tarixi dövrdə öz xüsusi formasında, həmin dövrün 
xarakterik cəhətlərinə uyğun  şəkildə  təzahür edir. Mədəniyyətin 

 
 
158
məzmunu ictimai quruluşlara uyğun olaraq tez-tez dəyişir. Hər bir 
dövrün istehsal üsuluna uyğun olan mənəvi dəyərlər, bütövlükdə isə 
ümumi mədəniyyət formalaşır. Buna görə  də müasir dövrdə “kültür” 
və “mədəniyyət” anlayışlarını milli və beynəlmiləl cəhətlərə  şamil 
etməyin özündə  də nisbilik vardır. Belə ki, müasir mərhələdə dünya 
xalqları arasında yaranan elmi, mədəni, dini, ictimai, iqtisadi əlaqələr 
bu iki anlayışın hər birinə öz təsirini göstərmiş, milliliklə  bəşəri 
olanın vəhdətini yaratmışdır. Yəni, indi demək olar ki, hər bir kültür 
və  mədəniyyət həm millidir, həm də ümumidir, beynəlmiləldir. 
Mədəniyyət və kültür ona görə millidir ki, onlar müxtəlif coğrafi 
məkanda müxtəlif xalqlar tərəfindən yaranır və inkişaf edir. Buna görə 
də konkret coğrafi məkanda yaranan mədəniyyət orada yaşayan millət 
və xalqın adı ilə bağlıdır. Həmin xalqın özünəməxsus dili, adət və 
ənənələri olduğu üçün burada yaranan mənəvi mədəniyyət də bu 
amillərdən asılı  vəziyyətdə inkişaf edir. Xalqın dili onun mənəvi 
mədəniyyətinin qoruyucusu, zamandan-zamana daşıyıcısıdır. Hər bir 
xalqın öz dilində onun əfsanələri, nağılları, dastanları, mahnıları, 
ədəbiyyatı, tarixi, fəlsəfəsi və s. yaranır. Dilin cəmiyyətdə tutduğu 
aparıcı mövqe mənəvi mədəniyyətin milli cəhətlərini qoruyub 
mühafizə edir. Lakin bu mühafizə mahiyyət etibarı ilə adət və  ənənə 
şəklində özünü büruzə verir. Mədəniyyət təkmilləşdikcə adət və 
ənənələr təkmilləşmiş  mədəniyyəti milli tarixi köklərdən ayrılmağa 
qoymur. Məhz bu cəhəti nəzərə alan rus alimi D.M.Uqrinoviç adət və 
ənənəni təkmilləşdirilmiş  mədəniyyətin yeni nəslə ötürülməsinin 
ənənəvi forması adlandırır [156, s.21]. 
Təbii ki, mədəniyyəti yaradan xalq olduğu kimi onu 
təkmilləşdirən və  gələcək nəsillərə ötürən də xalqdır. Lakin 

 
 
159
mədəniyyətin inkişafında  şəxsiyyətin rolu da danılmazdır və inkişaf 
etmiş  cəmiyyətlərdə  şəxsiyyət mənəvi mədəniyyətin  əsas yara-dıcısı 
kimi xüsusi rol oynayır.  Şəxsiyyət  ədəbiyyat, incəsənət, elm, 
iqtisadiyyat və s. sahələrdə yaratdığı yenilikləri ilə milli mədəniyyətin 
əzəmətli yaradıcısına, təkmilləşdiricisinə  və apa-rıcısına çevrilir. 
Sözsüz ki, şəxsiyyətin fəaliyyəti müəyyən bir millət içərisində 
təşəkkül tapdığı üçün dünyanın hər yerində onun yaradıcı  mədəniyyət 
nümunələri  şəxsiyyətin mənsub oldu-ğu milləti, xalqı  təmsil 
edir.Məsələn, M.Abdullayevin yaratdığı  əsərlərə görə Azərbaycanı da 
dünyada tanıyırlar və s. 
Ancaq  şəxsiyyət formaca müstəqil yaradıcılıq fəaliyyəti 
imkanına malik olsa da, onun milli adət və  ənənələrlə  tərbiyələnən 
daxili məni milli-mənəvi hissin, xüsusiyyətin qoruyucusuna çevrilir. 
Daima  şəxsiyyətin formalaşmasına təsir edən adətlər,  ənənələr, 
mərasimlər məkanı onun yaradıcılığındakı milli ruhu qoruyub saxlayır. 
Bu amil memarlığın, musiqinin, təsviri sənətin, teatr və kinonun, digər 
mədəniyyət sahələrinin məzmununa milli forma gətirir. 
Rus alimi Vladimir Zots mənəvi mədəniyyəti daha ümumi anlayış 
kimi qəbul edir və onu mütləq bilik, tarixi təcrübə  əsasında insan 
həyatına, fəaliyyətinə daxil olan bir sahə kimi qiymətləndirir. O, 
mənəvi mədəniyyətin mahiyyətini onun mövcud olduğu cəmiyyətin 
maddi bazisinin durumu ilə əlaqələndirir. Mənəvi mədəniyyəti bazisin 
əksetdiricisi hesab edir. V.Zotsın fikrincə, mənəvi mədəniyyət təkcə 
bilik mənbəyi deyil, həm də insanın  əməli və intellektual tələbatının 
ödənilməsini təmin edən bir vasitədir [161, s.10-11]. 
Deməli, milli mədəniyyətlər həm də  cəmiyyətin ictimai, iqtisadi, 
siyasi, mənəvi tələbləri  əsasında formalaşır, fəaliyyətdə olan 

 
 
160
quruluşun  əməli və intellektual tələbatını ödəyə biləcək səviyyəyə 
qədər təkmilləşdirilir. Məsələn, “Sosialist mədəniyyəti” anlayışını 
cəmiyyətin həyatına  şamil etməyə çalışan V.İ.Lenin XX əsrin 
əvvəllərində yenicə yaranan liberal burjuaziyasının “milli mədəniyyət” 
şüarını inkar edir, onu inkişaf etməyə qoymurdu. Lenin məqsədli 
şəkildə, yəni sovet imperiyası tərkibinə zor yolu ilə qatılan xalqları öz 
milli mənəvi köklərindən ayırmaq üçün “milli mədəniyyət” anlayışını 
“millətçilik” anlayışı ilə qarışıq salırdı. Bu məqsədlə  də o yazırdı: 
“Biz hər bir milli mədəniyyətdən, onun yalnız demokratik və sosialist 
ünsürlərini götürürük, bunları yalnız və  şübhəsiz hər bir millətin 
burjua mahiyyətinə qarşı, burjua millətçiliyinə qarşı götürürük” [109, 
s.16]. 
Leninin milli mədəniyyətlərə olan bu münasibəti sinfi-ideoloji 
xarakter daşımış, proletkultçuluq fəaliyyətinin  əsasını qoymuş, onun 
“qol-qanad” açmasına siyasi zəmin yaratmışdır. Məhz Leninin 
antimilli siyasətindən qidalanan “proletar mədəniyyətçiləri” XX əsrin 
əvvəllərində milli mədəniyyətlərin inki-şafına təzyiq göstərmişlər. 
Zorla da olsa, hər halda “sosialist mədəniyyəti” anlayışı bir tarixi 
faktor kimi meydana gəlmişdir. “sosialist mədəniyyəti” daxilində yeni 
olan adət və ənənələr də formalaşdırılmışdır. Ənənəvi olaraq inqilabın 
qələbə günü, 1 may, 8 mart qadınlar günü və başqa tarixi – əlamətdar 
günlər bayram kimi təntənəli  şəkildə qeyd edilmişdir. Mədəni-maarif 
müəssisələri, elmi metodiki mərkəzlər sosialist ənənələrinin geniş 
təbliği üçün yeni formalar axtarmış elmi və tövsiyə  ədəbiyyatları 
hazırlamışdır. Hər halda müəyyən bir zaman daxilində “sosialist 
mədəniyyəti” anlayışı aktual olmuşdur. Bu mədəniyyət xalis ideoloji-
siyasi məzmun kəsb etsə  də, ona xəlqilik donu geydirilməyə  cəhd 

 
 
161
edilmiş, sosialist mədəniyyətinin inkişaf etdirilməsi naminə  bəzən 
xalq yaradıcılığı nümunələrindən də bir emosional vasitə kimi istifadə 
olunmuşdur. Bu emosional vasitələr kütləvi bayram və  mərasim 
iştirakçılarının zahiri görkəminə həm millilik, həm də beynəlmiləlçilik 
gətirmişdir. Məsələn, bir kütləvi bayram və  mərasimdə SSRİ 
tərkibində olan 15 respublikanın atributlarından, milli geyim və 
musiqisindən, xalq folkloru nümunələrindən sintetik şəkildə istifadə 
edilmişdir. “sosialist mədəniyyəti”nin məzmununu milli adət və 
ənənələrin daha humanist olan “kommunist əxlaqı” deyilən prinsiplərə 
xələl gətirməyən cəhətləri ilə  zənginləşdirmişdir.  Əslində isə, 
kommunist əxlaqını və mədəniyyətini qismən dini amillərlə çulğalaşan 
milli adət və  ənənələrə qarşı qoymuşlar. Bu da mahiyyət etibarilə 
dünyəvi olan mənəvi mədəniyyətdə antoqonist mövqelər yaratmışdır. 
Proletar mədəniyyəti burjua mədəniyyətinə qarşı qoyulmuşdur. 
Məsələn, Sov.İKP MK-nın Oktyabr inqilabının 50 illiyi ilə bağlı olan 
tezislərində burjua ideologiyasına qarşı barışmazlıq təbliğ olunur, 
gənclər və əhalinin başqa sosial qrupları onlara qarşı mübarizəyə hazır 
olmağa çağırılırdı. Bu və ya digər sənədlər bir daha təsdiq edir ki, 
sovet ideologiyası dünya mədəniyyətini iki yerə bölür, burjua sinfi ilə 
proletariatı üz-üzə qoyurdu. Beləliklə  də, adı  çəkilən ictimai quruluş 
məkanında mədəniyyət anlayışı birtərəfli  şəkildə yeni sosialist elmi 
konsepsiyası baxımından təhlil edilir, daha çox beynəlmiləlləşdirilirdi. 
Bunun da nəticəsində SSRİ  məkanında, o cüm-lədən Azərbaycanda 
başqa konsepsiyaların yayılmasına imkan verilmirdi. 
Mədəniyyətin müasir inkişaf mərhələsində  də bir sıra kulturoloji 
konsepsiyalara meyllər artmış, yeni elmi ədəbiyyatlarda onlar 
haqqında kifayət qədər məlumatlar verilmişdir. Bunlar ən çox K.Levi-

 
 
162
Strossun antropologiyası, neofredistlərin, eksiztensialistlərin, ingilis 
yazıçısı C.Snounun və başqalarının konsepsiyalarıdır. Onların çoxu 
vahid mədəniyyətin  əskiliyini sübut etməyə çalışır, bəziləri mənəvi 
mədəniyyəti mənəvi istehsalla eyniləşdirməyə cəhd edirlər [142, s.17]. 
Müasir mədəni konsepsiyada mədəniyyət millətçilik və 
vətəndaşlıq mövqeyindən də  təhlil edilir. Bir çox alimlərin fikrincə 
bunların hər ikisi millətçi ideyalara əsaslanır. Bu konsepsiyaların 
birinin mahiyyətini etnik millətçilik, digərinin mahiyyətini isə 
vətəndaşlıq millətçiliyi təşkil edir. Etnik mədəni millətçilik  əsas 
vəzifəsini milli dilləri,  ənənəvi həyat tərzini, adətləri və  ənənələri 
qorumaqda, onların “yad” mədəni cərəyanlardan təmizlənməsində 
görür. Nəticədə isə siyasi millətçilik təzahürləri formalaşır. Çünki son 
həddə etnik millətçilər siyasi muxtariyyət və ya suverenlik haqqında 
düşünürlər. Onlar bəzən ifrat siyasi mübarizə variantına  əl atır, zorla 
etnik təmizlənməyə meylli olurlar.  
Vətəndaş millətçiliyi isə imperiya mədəniyyətilə, dövlətçilik və 
insan hüquqları anlayışlarına, başqa millətləri hakim millətin 
mədəniyyətinə tabe olmağa cəhd edən konsepsiya ilə əlaqədardır [146, 
№ 4 s.3]. Əslində Sovet imperiyasının 70 il “beynəlmiləl mədəniyyət”, 
“sosialist mədəniyyəti” adları altında təbliğ etdiyi mədəniyyət 
vətəndaş millətçiliyi konsepsiyasından bəhrələnmişdir. Ermənilər isə 
bütün tarixi fəaliyyətləri zamanı etnik millətçilik konsepsiyasına 
əsaslanmışlar. Onlar nəinki Ermənistanda, hətta başqa xalqlara məxsus 
olan torpaqlarda da etnik millətçilik mədəniyyəti mövqeyində 
olmuşlar. Elə buna görə  də indinin özündə  də ermənilər milli 
mentalitetlərinə uyğun olaraq etnomilətçilik xüsusiyyətlərini qoruyub 
saxlayır, yaşadıqları  ərazilərdə etnik təmizləmələr aparmağa can atır, 
monoetnomədəniyyətin inkişafına çalışırlar. Onların etnomədəniyyətə 

 
 
163
meylliyi siyasi millətçilik fəaliyyəti ilə tamamlanır. Ermənistanda 
əsrlər boyu yaşayıb yaradan azəri türklərinin deportasiyası, onlara 
məxsus olan tarix və  mədəniyyət abidələrinin dağıdılması erməni 
etnomillətçiliyini təsdiq edən faktorlardan biridir. Etnomillətçilik bu 
xalqın mədəni həyatında pataloji bir həddə çatmış, xüsusilə, türk 
dünyasına qarşı erməni düşmənçiliyi formalaşdırmışdır. Erməni 
mentalitetində etnik millətçi meyllər şövinist maraqları artırmış, başqa 
millətlərin mədəniyyətinə  təcavüz etmək, onu özününküləşdirmək 
ənənəsi yaratmışdır. Xüsusilə, Azəri türklərinə məxsus bir çox tarix və 
mədəniyyət abidələrinin, musiqi və  bədii toxuculuq nümunələrinin 
mənimsənilməsi erməni etnik milli mədəniyyətinin antropoloji 
xüsusiyyətlərindən irəli gəlir. 
Qeyd olunan misaldan belə  qənaətə  gəlmək olar ki, antropoloji 
xüsusiyyət mədəniyyətlərin təkamülünü bir-birindən fərqləndirən  əsas 
amillərdən biri kimi qəbul olunmalıdır. Belə ki, hər bir xalqın və 
millətin mənəvi xüsusiyyətlərində antropoloji amillər çox böyük 
təsiredici, formalaşdırıcı, yaradıcı, dağıdıcı  və s. keyfiyyətlərə 
malikdirlər. Milli antropoloji keyfiyyətlərə  əsaslanaraq hər bir xalqın 
mədəniyyəti, estetik zövqü haqqında fikir söyləmək mümkündür.  
Çox maraqlıdır ki, türk sosioloqu Ziya Göyalpnın milli kültür 
anlayışı haqqında nəzəriyyəsini dərindən təhlil edərkən belə bir 
nəticəyə  gəlmək olur ki, etnik mədəniyyət elə milli kültür deməkdir. 
Çünki, Ziya Göyalp yazır ki, “Milli kültürü güclü, ancaq mədəniyyəti 
zəif bir millətlə milli kültürü pozulmuş, ancaq mədəniyyəti yüksək 
olan başqa bir xalq siyasi savaşa girəndə kültürü güclü olan millət 
daim qalib gəlmişdir” [168, s.48]. Onun fikrincə bu səbəbə görə  də 
miladdan əvvəl 250-ci ildən bizim eranın 224-cü ilinə qədər Parfiyada 
hökmdarlıq etmiş  əşnanilər sülaləsi Sasanilər tərəfindən devrilmişdir. 

 
 
164
“…Qərbdə isə romalıların milli kültürü pozulmağa başlayan 
makedoniyalılara qələbəsi eyni şəkildə izah oluna bilər. Nəhayət, 
mədəniyyətdən heç bir payı olmayan, ancaq milli kültürləri son dərəcə 
güclü olan ərəblər meydana çıxaraq həm sasanilər, həm də romalılara 
qalib gəldilər. Ancaq çox keçmədən  ərəb milləti də  mədəniləşməyə 
başladığından milli kültürünü itirərək siyasi hakimiyyəti Türkistandan 
yeni gəlmiş olan törəli Səlcuq türklərinə verdilər…” [168, s.48]. 
Qeyd olunan tarixi təcrübəyə istinad etdikdə kültürün əsas tərkib 
hissəsi olan adət və  ənənənin və başqa milli dəyərlərin daha çox 
inkişaf etməsi baş verən mədəni təkamülün sırf milli şüur 
müstəvisində daha güclü göründüyünü anlamaq çətin deyildir. Bəlli 
olur ki, millət öz mənəvi kökündən, mədəniyyətindən uzaqlaşdıqca 
milli etnoloji xarakterini də  zəiflədir, cəsarətli mübarizə aparmaq və 
yenisini yaratmaq əzmini də itirir. Tarixi ənənələrini qoruyub saxlaya 
bilmədikdə mədəni varislik hüququndan da məhrum olur. Çünki, o, öz 
varisini qiymətləndirmək, onun mənəvi dəyərini, gücünü anlamaq 
qabiliyyətini də itirir. Bu vəziyyət beynəlmiləl mədəniyyətin zahiri 
təzahürünə aldandıqda millət üçün, onun tarixən yaratdığı  mənəvi 
sərvətlərin qorunması üçün təhlükə yaradır. Beynəlmiləl davranış 
milləti manqurtlaşdırır, onun özünün yaratdığı milli dəyərlərə qarşı 
biganələşdirir.  
Sovet imperiyası dövründə Azərbaycan mədəniyyətinin 
beynəlmiləşməməsi onun tarixi milli kültürünü, yəni xalqın adət və 
ənənəsinin, dinə, doğma dilinə olan münasibətini nəzərə çarpacaq 
dərəcədə  zəiflətmişdir. Bu baxımdan, xalq qədim tarixi köklərindən 
aralı düşmüşdü. Kültürün zəiflədilməsi mənəvi mədəniyyətin 
beynəlmiləlləşdirilməsi siyasəti ilə idarə olunurdu. Beləliklə  də, 

 
 
165
beynəlmiləl mədəniyyətlə milli mədəniyyət arasındakı tarazlıq 
pozulmuşdu. Belə bir vəziyyətdə öz kültürlərinə daha çox sadiq qalan 
ermənilər Azərbaycana qarşı  həyasızlıqla torpaq iddiası qaldırdılar. 
Azərbaycan xalqının yüksəlmiş, inkişaf etmiş beynəlmiləl mədəniyyəti 
erməni etnik millətçi mədəniyyəti qarşısında kifayət qədər aciz 
göründü.  İfrat beynəlmiləlçilik bu xalqın öz düşməninə qarşı olan 
mübarizəsinin təsirini kifayət qədər azaltdı. Beləliklə  də, “sosialist 
mədəniyyəti”nin qəfil tənəzzülü və dağılması  nəticəsində Azərbaycan 
xalqı  qısa bir zaman kəsiyində milli-tarixi kültürünə yenidən 
qayıtmaq, itirdiklərini tapmaq və bərpa etmək məcburiyyəti qarşısında 
qaldı.  
Beynəlmiləl mədəniyyətə meylli olan siyasi quruluş Azərbaycan 
alimlərini də kültürə bağlı etnik millətçi mədəniyyətin öyrənilməsini 
və ictimai həyata tətbiqini qadağan etmişdi. Milli etnik kültürümüzü 
demək olar ki, yox etmişdir. Tanınmış Azərbaycan etnoqraflarından 
biri olan Qəmərşah Cavadov etiraf edir ki, el harayı, el köməyi ilə 
bağlı olan adət və  ənənələrimizin də itməsinin  əsl səbəbi 
unutqanlığımızdır. O yazır: “Etiraf edək ki, Azərbaycanlıların məişəti 
və mədəniyyətində, təsərrüfat həyatında ta qədim dövrdən məlum olan 
el köməklikləri, onların müxtəlif forma və variantları, başlıcası isə bu 
təsisatları doğuran ictimai-iqtisadi amillər son dövrlərə kimi 
Azərbaycan etnoqraflarının, tarixçilərinin, habelə iqtisadçılarının 
tədqiqatlarından kənarda qalmışdır” [30,s.30].  
Con illərdə aparılan tədqiqatlar zamanı milli kültürümüzlə bağlı 
olan, xalqımızın etnik mədəniyyətinin bir çox adət və  ənənələrini  əks 
etdirən folklor nümunələrimizə maraq yetirmək meyli artmışdır. Bəlli 
olmuşdur ki, hoylar – yəni hoya (köməyə) çağıran nəğmələrimiz, 

 
 
166
atalar sözlərimiz, bayatılarımız Azərbaycan xalqının həmrəyliyinə 
təminat yaradan ənənələrin emosional çağırış vasitələri olmuşdur. 
Məsələn, dəyirmanın arxını sel dağıdanda:  
Haray, ellilər haray! 
Şana tellilər haray! 
Dəhnədən arxım uçub, 
Əli bellilər haray! [30, s.58] 
- deyərək el-obanı köməyə çağırmışlar. Qədim dastanımız “Kitabi 
Dədə Qorqud”da da milli kültürümüzün “Hoy”a çağıran nümunələri 
vardır. El-oba yağı düşmənin hücumuna məruz qalanda uca dağlar 
başında, qaya zirvəsində, qalaçalarda tonqal qalanar, hamı “hoy”a – 
köməyə çağırılardı. Əli qılınc tutan oğula qeyrət arzulanırdı. Dastanda 
öz  əksini tapan “…Baba oğul qazanır ad üçün. Oğul  da qılınca 
qurşanır, baba qeyrəti üçün” ifadələri türk etnik millətçi kültürünün 
əsas meyarlarından biridir. 
Təbii ki, adət və ənənə zəngin mədəniyyət toplusu kimi insanlara 
əsasən sözlərlə  təsir edir, onlara mədəni yaradıcılıq fəaliyyətləri 
vətəni və torpağı sevmək qabiliyyətləri aşılayır. Elə bu keyfiyyətinə 
görə  də bütün adət və  ənənələrimizdə onların mahiyyətini ifadə edən 
zəngin bədii söz toplusu vardır. Bu söz toplusu böyük bir mədəni irs 
kimi qədim türklərin inanc obyekti olmuşdur. Bu inanclar insanları 
cəsarətə gətirmiş, onları mənəvi aşınmalardan uzun əsrlər boyu qoruya 
bilmişdir. Eyni zamanda nə  qədər siyasi-beynəlmiləl mədəniyyətin 
diskriminasiyasına məruz qalsalar da müasir dövrdə  də insanların 
mədəniyyətinə  təsir etmək, onu milliləşdirmək funksiyasını itirmə-
mişdir. Xüsusilə, qədim nağıllarımız, dastanlarımız, mahnılarımız 
tarixi  ənənələrimizin milli ruhunu qoruyub saxlaya bilmişdir. Həmin 

 
 
167
nağıl və dastanlarda, mahnılarda onları yaradan ecazkar bir varlıq hiss 
olunur. “O varlıq sanki çox qüdrətli deyil, ancaq ağıllı, bəsirətli, 
cürətli, inadlıdır və öz inadı sayəsində hər şeyə qalib gəlir” [89, s.18]. 
İnanclar milli kültürümüzdə mif və arxank mədəniyyət kimi 
yadda qalsalar da müasir insan mənəviyyatına rahatlıq gətirən, 
insanları bütün şəraitlərə uyğunlaşdıran bədii vasitələrdir. Çox haqlı 
olaraq filosof A.Şükürov apardığı  tədqiqatlara  əsaslanaraq mifi bütün 
zamanların  əbədi etiqad kompleksi adlandırır. O, yazır; “Mif bütün 
insanlar üçün zəmanələrdə  dəyişməz və daimi olandır. Mifdə olan 
ümumi modellərə, süjetlərə  və  hətta detallara hər yerdə rast gəlmək 
mümkündür. Bu onunla izah olunur ki, mif əcdadlarımızın nəsillərdən-
nəsillərə ötürülən xatirələr irsinin məcmuəsidir” [142, s.42]. 
A.  Şükürov mifin müasir və  gələcək zamanlar üçün həm də 
şüuraltı struktura daxil olduğunu deyir. Onun fərziyəsinə görə … 
miflər bizim genlərdə kodlaşdırılmışdır. Mif təkcə yazılı tarixdən 
əvvəl baş verən hadisələr haqqında hekayələr deyildir. Mif keçmişlə 
bu günü və  gələcəyi birləşdirən bir sapdır. Mif özlüyündə bizim beş 
hiss üzvlərimizdən kənarda olan reallığı  təsvir edən unikal dildir. O, 
təhtəlşüur obrazları ilə  şüurlu məntiqin dili arasındakı uçurumu 
doldurur. 
Mif adamların bütün birliyini formalaşdıran yapışqandır.O, icma, 
qəbilə,xalq və millətin özünü təyininin əsası kimi özünü göstərir.  
Mif bütün əxlaq qanunları  məcmusunun zəruri ünsürüdür. Əxlaq 
kodekslərinin  əsası  həmişə mifologiya və dildən götürülmüşdür. Mif 
həyatı mənalandıran etiqadlar kompleksidir [142, s.42-43]. 
Adət və  ənənələri zənginləşdirən mifoloji mədəniyyətimiz çox 
qədim tarixə malikdir. Məhz, mifoloji anlayışlarımızın qədimliyinə 

 
 
168
diqqət yetirərkən milli dil mədəniyyətimizin də böyük bir tarixə malik 
olduğu aşkar edilir. Tədqiqatçı F.Zeynalovun qənaətinə görə 
“Azərbaycan xalqı eramızın IV –VII əsrlərində bu ərazidə qədimlərdən 
məskun olan türk qəbilə  və tayfa birlikləri  əsasında formalaşmağa 
başlamış  və ümumxalq Azərbaycan dili də  məhz bu zəmində 
yaranmışdır” [170, s.29]. N.Şəmsizadə isə “Kitabi Dədə Qorqud” 
dastanına istinad edərək oğuzların həyatında dövlətçilik mədəniyyəti 
ənənələrinin yarandığını da təsdiqləməyə çalışır. Onun fikrincə bu 
“…eposun  əsas ideyasını  oğuzların vahid xalq dövlətində birləşmək 
uğrunda mübarizəsi təşkil edir” [148, s.19]. 
Təbii ki, hər bir xalqın özünəməxsus mədəni  ənənələri və bu 
ənənələr üzərində təşəkkül tapmış mədəni yüksəliş dövrləri olmuşdur.  
Bir çox tədqiqatçılar Orta əsrləri,  Şərq mədəniyyətinin yüksəliş 
dövrü, intibahı adlandırırlar. Lakin dialektik inkişaf 
qanunauyğunluqlarından irəli gələrək hər bir dövrün özünəməxsus 
şəkildə yüksəliş anları olmuşdur. Etiraf etmək lazımdır ki, orta 
əsrlərin elm və  mədəniyyət adamlarında, tanınmış  sənətkarlarında 
universallıq mövcud olmuş, onlar bir çox sahələr üzrə biliklər 
toplamış,  əməli fəaliyyət qabiliyyətlərinə yiyələnmişlər. Universallıq 
şairlərin, alimlərin, musiqiçilərin və s. sənət adamlarının 
yaradıcılığında özünü daha çox büruzə vermişdir. Universallıq orta əsr 
Azərbaycan mədəniyyətinin inkişaf etməsində  də xüsusi rol 
oynamışdır. Məsələn,  Əbdülqadir Maraği  şair, rəssam, xəttat, alim, 
mahir musiqi ifaçısı  və  nəzəriyyəçisi olmuşdur. O da Şərqin böyük 
alimləri olan Fərabi və  İbn Sina kimi öz universallığına görə “ustadi-
salis” adı almışdır.  

 
 
169
Səfiəddin Urməvi də universallıq baxımından inkişaf etmiş alim, 
musiqiçi, nəzəriyyəçi və  xəttat olmuşdur. Onun universallığına dair 
yuxarıda haqqında bəhs etdiyimiz XIV əsrin görkəmli Azərbaycan 
musiqişünası  və alimi Əbdülqadir Maraği yazmışdır: “Müstəsim 
zamanının  ən görkəmli alimlərindən biri olan Əbdülmömin Səfiəddin 
Urməvi elm ilə  əməlin vəhdəti rəmzi, bir çox görkəmli sənətkarların 
müəllimi olmuşdur.  Şərqin məşhur musiqişünasları  Şəmsəddin 
Səhrəvərdi,  Əli Sitayi, Həsən Zafer və Hüsanəddin Qotluq Buğa onun 
yetişdirməlidir” [88, s.148]. 
Göründüyü kimi universallıq  ənənəsinə sadiqlik Azərbaycan 
mədəniyyətinin bütün sahələrini  əhatə etmişdir. Müasir dövrümüzdə 
də Azərbaycan mədəniyyətinin inkişafında universallıq prinsiplərinə 
əsaslanaraq fəaliyyət göstərən alimlərimiz çox olmuşdur. Onlardan 
Xudu Məmmədovun, Azad Mirzəcanzadənin, Nurəddin Rzayevin və 
başqalarının adlarını xüsusi qeyd etmək olar. Xudu Məmmədov 
geologiya və mineralogiya üzrə tanınmış alim olsa da, incəsənət və 
mədəniyyət problemləri ilə bağlı olan əsərlərin də müəllifidir. Xudu 
Məmmədov milli ənənələrə istinad etmədən yeni bənzərsiz  əsərlərin 
yaradılmasının mümkünsüzlüyünü bir çox yazılarında qeyd etmişdir. 
O, yazmışdır; “Bizcə, bənzərsiz, həqiqətən milli naxışları  qədim azəri 
ustalarının işlətdiyi həndəsi ornament yaradıcılığı prinsipi ilə almaq 
olar. Başqa sözlə, bu prinsip hərtərəfli öyrənilməli, azəri ornament 
yaradıcılığının qramatikası yaradılmalıdır. Musiqimiz üçün bu işi 
ölməz sənətkar Üzeyir bəy etmişdir.  Şübhəsiz ki, oxşar prinsipi 
memarlıq sənətinə də aid etmək olar. Yəni elementar quruluş vahidləri 
səviyyəsində lakonizm burada da tətbiq olunsa və quruluş funksiyaya 

 
 
170
görə müəyyən edilsə, formaca yeni, məzmunca milli nəticəyə  gəlib 
çıxa bilərik” [107, № 1, s.27]. 
Ən maraqlı  cəhət odur ki, indiki dövrümüzün unversalı da milli-
tarixi  ənənələri müasir mədəniyyətin  əlifbası kimi qəbul edir, 
incəsənətin bütün sahələrində milli məzmunun qorunub saxlanılmasına 
üstünlük verir. Xüsusilə, o, memarlığın məzmununa millilik gətirmək 
üçün  ənənəvi ornament yaradıcılığının qramatikasının yaradılmasını 
vacib bilir. Lakin müasir unversal milli mədəniyyətə yeni formanın 
gətirilməsini də anlayır və onun lakonik şəkildə milli-ənənəvi quruluşa 
tətbiq olunmasını vacib bilir. Eyni zamanda yeni elementar quruluş 
vahidlərinin müasir mədəniyyətə  tətbiq olunmasını tövsiyə etməklə 
incəsə-nətdə mövcud olan simmetrik anlayışların öyrənilməsini, 
onların müasir yaradıcılığa tətbiq edilməsini istəyir. Xudu 
Məmmədovun fikirincə “biçimi simmetrik olan quruluşlar daha yaxşı 
yadda qalır və daşıdığı bilginin bərpa olunmasını anlaşdırır”. 
Universal alimin müşahidələrinə görə “simmetrik bir tikilinin fonunda 
simmetrik olmayan cisimlər, əşyalar çox vaxt mənfi emosiya doğurar” 
[107,  № 1, s.25]. Alim bu fikrə üstünlük verərkən incəsənət adamının 
biçim, tarazlıq, sabitlik kimi ali hisslərinin lakonik şəkildə 
tənzimləyici, uyğunlaşdırıcı, tarazlaşdırıcı xarakterə malik olduğunu 
nəzərdə tutur. Məhz bu hisslər bədii yaradıcılıqda ahəngdarlığın və 
simmetrik quruluşun yaranma-sına, qorunmasına kömək edir. 
Qeyd etmək lazımdır ki, islamın yayıldığı  Şərq ölkələrində 
mədəniyyətin bütün bədii yaradıcılıq sahələrində simmetrik quruluş 
qanununa üstünlük verilmişdir.  Əgər X – XV əsrlərin memarlıq 
abidələrinə diqqət yetirsək onlar üzərində çox mürəkkəb və düyün 
təsiri olan rəngarəng naxışlar görə bilərik. Onlar həndəsi 

 
 
171
ornamentlərdən ibarət olduğuna görə mürəkkəbdirlər və bu 
mürəkkəbliyi bədii simmetrik ornament vəziyyətinə  gətirmək üçün 
rəssam və memarlara riyazi hesablamalar aparmaq lazım gəlmişdir. 
İslam mədəniyyətində üzərində simmetrik həndəsi ornament olan 
ən qədim memarlıq nümunəsi 1094-cü ildə Misirdə inşa edilmişdir. 
Quruluş vahidləri qismən sadə olan simmetrik həndəsi ornamentlərə 
XII  əsr Azərbaycan və XIII əsr Türkiyə abidələrində  də rast gəlmək 
olur. Memar Əcəmi tərəfindən 1186-cı ildə inşa edilmiş “Mömünə 
xatun” türbəsində, 1322-ci ildə memar Əhməd  Əyyub oğlu tərəfindən 
tikilmiş  Bərdə türbə-sində,  Ərdəbildəki  Şeyx Səfi türbəsində  və başqa 
abidələrdə  işlənilən ornamentlərdə mahiyyət etibarı ilə bir oxşarlıq 
vardır. Belə ornamentlərə  Səmərqənd, Buxara şəhərlərindəki bir sıra 
tarixi abidələrdə  də  təsadüf edirik. Ən maraqlısı odur ki, onlar 
zamanca bir-birindən fərqli dövrdə, məkanca müxtəlif yerlərdə inşa 
edilsələr də simmetrik həndəsi ornamentlərin formaca quruluşu onları 
bir-birinə yaxınlaşdırır. 
Memarlıqda və  bədii yaradıcılığın başqa sahələrində simmetrik 
düzülüşlü bəzəklərə üstünlük verilməsi  İslam mədəniyyətinin dini 
konsepsiyaları ilə bağlı olsa da, milli mədəniyyətlərin formalaşmasına 
da təsir etmişdir. Bu ornamentlər  ənənəvi olaraq bədii toxuculuq, 
misgərlik, dulusçuluq sənətində də öz əksini tapmışdır. 
Simmetriya anlayışı islam mədəniyyətinə 
də göydən 
düşməmişdir. Sənətkarlar simmetrik qanunu təbiətin özünün yarat-
dıqlarında tapmışlar. Onların estetik zövqünü oxşayan təbiət 
materialları – yarpaqların, güllərin düzülüşü, təbii kristalların zahiri 
görünüşü yaradıcılıq prosesində  bədii ifadə vasitəsi kimi istifadə 
olunmuşdur. Sənətkar öz yaradıcılığında təbiətin yaratdıqlarını  təqlid 

 
 
172
etmişdir. Lakin bu təqlid sadəcə yamsılamaq deyil, ümumi bədii 
təcəssümləşdirmələrdən ibarətdir. 
İncəsənətdə 
və 
təbiətdə simmetrikliyə 
məxsus olan 
qanunauyğunluqların həm keçmiş, həm də müasir mədəniyyətə aid 
olduğunu dərk etdikcə belə bir qənaətə  gəlirik ki, bütövlükdə  zərif 
sənətlər vahid bir sistem kimi bir-birinin estetik-idraki mahiyyətindən 
asılıdır. Sənətin estetik-idraki məzmunu təbiətdən bəhrələnsə də, onlar 
həm də  məxsus olduqları millətlərin, adət və  ənənələrin bədii, ictimai 
təbiətini yaradır. Buna görə  də incəsənət növləri adət və  ənənə 
daxilində toplum şəklində özünü büruzə verir. Məsələn, qədim 
dövrlərdə  şamançılığın yayıldığı xalqlarda söz, musiqi, rəqs vəhdət 
şəklində öz mədəni funksiyalarını yerinə yetirmişdir. Azərbaycan 
alimi Mirəli Seyidov yazmışdır: “Söz sənətinin, musiqi və  rəqsin 
vəhdət halında yaşaması türk xalqlarının şaman – qam – oyun və başqa 
ayinlərində son vaxtlara qədər qalırdı”
 
[136,  № 1, s.27]. İslama aid 
olan mövləvilər də qamlar, şamanlar kimi ayinləri musiqinin (ney, 
qaval, dəf), mahnının, rəqsin müşayiəti ilə icra etmişlər. Onlar hətta 
ölüləri də musiqi ilə basdırmışlar. 
Misallardan belə bir nəticə  çıxır ki, adət və  ənənələri idarə edən 
bədii üçlük həm simvolik xarakter daşımış, həm də simmetriyanın 
ahəngdarlığını, estetik zövqün əhatəli duyumunu təmin etmişdir. 
Üçlüklərin vəhdəti müasir xalq musiqi incəsənətində  də geniş yer 
tutur. Müğənnini tar, qaval və kamança müşayiət edir. Daha qədimdə 
olduğu kimi, indi də ifaçılıqda söz, musiqi və  rəqs vəhdəti xüsusi yer  
tutur. Azərbaycan mədəniyyətində üçlük millidir və  həm də  bəşəridir. 
Millidir ona görə ki, tarixi etnik ənənələrdən kənara düşmür. Bəşəridir 
ona görə ki, üçlüyün estetik dəyəri dünyanın hər yerində 
qiymətləndirilir. Bunu müğənni Alim Qasımovun üçlüyünün dünyanın 

 
 
173
müxtəlif auditoriyalarında qarşılanma səviyyəsi də sübut etdi. Bu 
üçlük hər bir ölkədə peşəkar ifaçılıq səviyyəsinə görə  həmişə 
alqışlanır. Bir çox Qərb ölkələri tərəfindən də zövqlə  qəbul olunur. 
Çünki bu üçlük Şərq mədəniyyətinin bütün xarakterik xüsusiyyətlərini, 
zahiri və  mənəvi quruluşunu qoruyub saxlaya bilmişdir. Belə 
mədəniyyət nümunəsi Qərb üçün az təsadüf edilən olduğundan həmişə 
yenilik kimi qarşılanır. 
Lakin etik və estetik dəyər baxımından mədəniyyətlərin bir-birini 
inkaretmə  məkanı da vardır. Məsələn, bunları burjua mədəniyyətinin 
kommunist mədəniyyəti ilə  əksiliyində,  Şərq və  Qərb mədəniyyəti 
fərqlərində, İslam, xristian, buddist və başqa dini mədəniyyət fərqində 
görmək olar. Onların hər biri cəmiyyətlər tərəfindən qəbul olunmaq 
üçün özünü daha sivil, humanist, əxlaqi hesab edir. Çox zaman bu 
fərqlər  əsasında bir-birinin mənəvi dəyərlərini inkar etmək meylləri 
yaranır.  İslamşünas alim Hacı Sabir Həsənli yazır ki: “…başqa 
mədəniyyətlər həmişə islam mədəniyyətinə qarşı 
səylərini 
birləşdirmiş, ona müqavimət göstərmiş, onunla həsəd və  şər 
mövqeyindən rəqabət aparmışdır”. Sabir Həsənliyə görə Avropanın 
şimalında yaşayan və təşəkkül tapan mədəniyyət islam mədəniyyətinin 
maddi tərəfindən bəhrələnsə  də, onun mənəvi tərəfinə qarşı biganəlik 
göstərir. Nəticədə isə  Qərb ölkələrində maddi mədəniyyət mənəvi 
mədəniyyət üzərində hökmranlıq edir. Haqq, ədalət, qarşılıqlı yardım 
kimi insanı prinsiplər unudulur [55, s.15]. 
Lakin etiraf etmək lazımdır ki, Qərbin də bir çox alimləri  İslam 
mədəniyyətində Allaha etiqadı ali mənəvi kamilliyə gedən yol kimi 
başa düşürlər. Məsələn, fransız alimi V.Şarl müsəlman anlamında 
əxlaq və hüququn özünə xas olan mənəvi prinsiplərinə üstünlük verir. 
İslam mədəniyyətinin  əxlaq prinsipini mənəviyyatın  ən kamil forması 

 
 
174
hesab edir [141, s.28]. Bu prinsiplər müsəlman incəsənəti üçün də 
xarakterikdir. İslam əqlinə görə dünyanın zərifliyi, fikrin və hərəkətin 
böyüklüyü və ritm hissinin onunla vəhdəti ayrılmazdır,  əbədidir [108, 
s.22]. 
Qərb dünyası  Şərqin  İslam mədəniyyətinə tam şəkildə biganə 
qalmamışdır.  Əksinə olaraq, Qərbdə  İslam mədəniyyətinə xas olan 
xalça toxuma, memarlıq, rəngkarlıq, xəttatlıq sənətlərindəki ifadəli 
həndəsi motivlərə heyranlıqla yanaşmışlar. Orta əsr  şairlərinin 
poeziyasında  Şərq mədənyyətinin nümunələri kimi bütün dünyanı 
valeh etmiş, Nizaminin, Hafizin, Caminin, Ömər Xəyyamın, Ruminin 
və başqa  şairlərin  şerləri heyranlıqla Avropa və Amerika qitələrində 
yaşayan xalqların da dilinə  tərcümə edilmiş, onların da bədii söz 
yaradıcılığının formalaşmasında xüsusi rol oynamışdır. Çünki Şərq 
müsəlman mədəniyyətinin  əksər poetik inciləri ilahi sözün bədii 
təfəkkürlə  təsvir olunan cismini təşkil edir. Buna görə  də müsəlman 
mədəniyyəti ağıla və ədalətə əsaslanır. 
XIX  əsr ingilis alimi Teylor mədəniyyəti müxtəlif bilgilər 
sisteminin – əqidə, incəsənət,  əxlaq, qanun, sosial mədəni  ənənələrin, 
adət və vərdişlərin məcmusu hesab edirdi [55, s.21]. 
Dinşünas alim S.Həsənlinin çıxardığı elmi nəticəyə görə “hər bir 
mədəniyyətin daşıyıcısı müəyyən zaman, müəyyən mənəvi dəyərlər 
hüdudunda yaşayır və yalnız bu hüdudlar daxilində  həmin 
mədəniyyətin daşıyıcısı olur. Onun zamanına, mənəvi aləminə yol 
tapmaq başqa mədəniyyətin daşıyıcıları üçün çətin və  bəzən qeyri-
mümkün olur” [55, s.21]. 
Lakin alimin yürütdüyü bu fikirlərdə ziddiyyətlər də az deyildir. 
Çünki mədəniyyətin müasir təkamülü prosesində onun daşıyıcılarının 

 
 
175
bir-biri ilə  əlaqəyə girməsi prosesinin qarşısında  əngəl törədə biləcək 
ciddi səbəblər çox azdır. Mədəniyyətlərin qovuşmasına mane olan əsas 
cəhət milli təkəbbür və onu monolit kimi qoruyub saxlayan adət və 
ənənələrdir. Bir sıra  əxlaqi məsələlərdə münasibətlərdə milli təkəbbür 
hakim rolunda fərdin seçim hissinə  təsir edir, onu milli ənənələrdən 
kənara çıxmamağa çağırır. Ancaq milli təkəbbürün özünə də təsir edən 
və onu leqallaşdıran emosional vasitələr yolu ilə insanlar 
başqalaşdırılır və onların milli təkəbbüründən  əsər-əlamət qalmır. Bu 
başqalaşma ayrı- ayrı  fərdləri yeni seçim qarşısında qoyur. Təbii ki, 
seçim sərbəstliyinin  əsas imkanlarından biri də mühitdir. Mühit 
dedikdə biz həm  cəmiyyəti həm də insanların mənəviyyatına daima 
təsir edən bədii-emosional auditoriyanı  nəzərdə tuturuq. Belə ki, 
cəmiyyət öz insanlarının mədəni proseslə-rini tənzimləyə bilmədikdə, 
onların maddi və  mənəvi tələblərini ödəmədikdə xarici təsir 
vasitələrinin gücü artır. Belə vəziyyətdə insanlar öz iqtisadi və mənəvi 
maraqlarına uyğun gələn mədəni həyat prosesinə meyllənirlər. 
Xüsusilə, iqtisadi vəziyyət insanları daha çox maddi nemətlər təchizatı 
yaradan cəmiyyətlərin ağuşuna atılmağa vadar edir. Maddi ehtiyacları 
ödənildikdə  hər bir fərd onu qane edən mədəniyyətin varlığını daha 
üstün tutur. Dünya miqyasında emiqrasiya proseslərinin baş verməsi  
səbəbini də məhz maddi ehtiyaclar amili ilə əlaqələndirmək lazımdır.  
Təbii ki, geniş miqyaslı kütləvi emiqrasiyalar prosesi 
mədəniyyətlərin bir-birinin həm zamanına, həm də  məkanına yol 
tapması üçün əsas vasitəçi rolunu oynayır. Beləliklə  də, mədəni 
əlaqələrin genişlənməsi insanların qaynayıb-qarışması imkanını 
yaradır. Lakin qaynayıb-qarışma prosesi bütöv mədəniyyətdə deyil, 
onun müəyyən qanadlarında, sahələrində baş verir. Məsələn, texniki 

 
 
176
mədəniyyətdə yaxınlaşma daha tez baş verir. Bunun da nəticəsində 
əkinçilik, sənaye, istehsal, məişət texnologiyası mədəniyyətlərində bir 
oxşarlıq  əmələ  gəlir. Texniki vasitələr məişətdə  də  mədəni daşıyıcılar 
kimi mənəvi aləmə tez yol tapa bilir. Televiziya, radio, video və s. 
mədəni texniki vasitələr hər bir insanın öz şəxsi təcrübəsi xaricində 
olan mədəni proseslər haqqında da məlumat almaq imkanı yaradır. 
Mədəniyyətdə baş verən bu yenilikləri “informasiyalı”, “texnotronlu” 
sivilizasiya adlandırırlar. 
Sivilizasiya dedikdə,  əsasən cəmiyyətin və  mədəniyyətin inkişaf 
səviyyəsi, onun maddi və  mənəvi dəyərlərinin mənimsənilməsi və 
inkişafı  nəzərdə tutulur. Yuxarıda diqqət yetirilən texniki sivilizasiya 
müxtəlif tipli mənəvi dəyərlərin, müxtəlif mədəni  ənənələrə malik 
olan insan qrupları  və  cəmiyyətləri tərəfindən də  mənimsənilməsinə 
imkan yaradır. Texniki sivilizasiya bəşər mədəniyyətinin təkamül 
etməsini daha da sürətləndirir. Ayrı-ayrı milli nümunələrin 
inteqrasiyasına  əlverişli  şərait formalaşdırır. Məhz buna görə  də 
kültürlərin millətçi qanadları çox zaman texniki sivilizasiyanın 
ənənəvi mənəviyyata daxil olmasını  qısqanclıqla qarşılayırlar. 
Xüsusilə,  İslam dünyasında  şəriət qanunlarına uyğun gəlməyən 
“informasiyalı”, “texnotronlu”, Qərb yönümlü sivilizasiya formaları 
inkar edilir, onların təqlid olunması mənfi emosiyalarla qarşılanır. 
Başqa mədəniyyətlərin, xüsusilə,  Şərqdə yaşayanların Qərb 
mədəniyyətinin təqlid etməsinə münasibət tarixin bütün dövrlərində 
birmənalı olmayıb. Təqlid etməni mədəniyyətdə ikiləşmə hadisəsi kimi 
qarşılayanlar da vardır. Xüsusilə, Türk sosioloqu Ziya Göyalp 
mədəniyyətdə  bəşəri olanların millətçi kültürə qatılmasını istəmirdi. 
O, bu mədəni yaxınlaşma prosesinin bir-biri ilə ziddiyyət təşkil 

 
 
177
etdiyini söyləyirdi” [168, s.43]. “Ənənəvi xalq teatrlarının bədii-
estetik dəyərini, qismən beynəlmiləlləşmiş Osmanlı  mədəniyyətindən 
daha üstün hesab edirəm” deyirdi. O, dəridən və ya kartondan biçilib 
boyanmış  və arxadan işıq salınaraq ağ  pərdə üzərində  əks etdirilən 
“Qaragöz” tamaşasını xalqın yaradıcılığı hesab edirdi. Bu oyunda 
mövcud olan Qaragözü xalqın simasını, Hacıvadı isə Osmanlı 
xarakterini  əks etdirən tiplər kimi qiymətləndirirdi. “Qaragöz” xalq 
tamaşasındakı əsas surətlərdən biri olan Hacıvad, deyilənə görə Sultan 
Orxan (1324 – 1363) və  İldırım Bəyazidin (1389 – 1402) dövründə 
Bursada yaşamışdır… 
Ziya Göyalpın milli qürur hissi onun daha çox millətçi olmasına, 
milli kültürə aid olan xalq yaradıcılığı nümunələrinin qorunması 
yolunda mübarizə aparmasına üstünlük verirdi. O, xalqının bədii-
estetik duyumunu, sənətkarlığını əks etdirərək, yazırdı: “Türk xalqının 
bədii dühasına canlı  şahidlər olan və yoxsulluq üzündən  əski türk 
evlərindən hissə-hissə  çıxarılıb örtülü bazarlarda satılan pərdələr, 
xalçalar, ipək parçalar, əski xarrat və  dəmirçi məmulatları, çinilər, 
gözəl yazı (xəttatlıq) lövhələri, yıldızlı kitablar, gözəl cildlər, gözəl 
yazılı Qurani Kərimlər, milli tariximizin sənədləri olan əski pullar və 
s. yabançılar (əcnəbilər) tərəfindən satın alınaraq Avropaya və 
Amerikaya daşınmaqdadır. Bunların xaricə aparılmasının qarşısını ala 
biləcək bir qanunumuz olmadığı kimi, bunları satın alıb, milli estetika 
aşiqlərinin gözləri qarşısına qoya biləcək milli muzeyimiz də yoxdur. 
Doğrudur, Topqapı sarayında böyük bir muzeyimiz vardır. Ancaq buna 
“milli kültür muzeyi”ndən daha çox “mədəniyyət muzeyi” adını 
vermək daha münasibdir. Ona görə ki, bu muzey türk kültürünə aid 
milli  əsərlərə ikinci dərəcəli  əhəmiyyət göstərmiş, birinci dərəcəli 

 
 
178
əhəmiyyəti isə beynəlxalq dəyərə malik əsərlərə vermişdir. Bu 
iddiamızın sübutu budur ki, bu muzey indiyə  qədər yurdumuzdan 
sandıqsandıq çıxarılan nadir türk sənət  əsərlərinin daşınmasına mane 
ola bilməmiş  və örtülü bazarlarda satılan bu gözəl  əsərləri satın alıb 
mühafizə etməyə çalışmamışdır”
 
[168, s.79]. 
Ziya Göyalp ilk növbədə xalqın milli adət və  ənənələrinin tarixi 
köklərinin qorunmasına,  ənənəvi kültürün daha da inkişaf 
etdirilməsinə üstünlük verir. Belə bir fəaliyyət növü onun şəxsiyyətini 
ucaldır. 
Məlumdur ki, cəmiyyətdə  hər bir adam təkcə müəyyən sosial 
şərait daxilində deyil, həm də konkret milli-mədəni mühitdə 
formalaşır. Buna görə  də  şəxsiyyət ilk növbədə xalqın özünə xas olan 
milli-ənənəvi mədəniyyətdən, tarixən mövcud olan mənəvi 
sərvətlərdən bəhrələnir. Məhz bu cəhəti nəzərə alaraq filosoflar belə 
bir qənaətə  gəlmişlər ki, “Mədəniyyət milli inkişafın, millətin forma-
laşmasının mühüm amili kimi milli gerçəkliyin bütün cəhətləri ilə  sıx 
əlaqədə olur. Həm də  nəzərə alınmalıdır ki,bu dialektik əlaqə milli 
münasibətlərin inkişafında həlledici rol oynayır” [56, s.61]. 
Təəssüflər olsun ki, müxtəlif mərhələlərdə xalqa məxsus olan 
milli mənəvi sərvətlər daha çox kommersiya vasitələrinə çevrilmişdir. 
Xalqın mədəni irsinə sentimental münasibətlər göstərilmiş, ayrı-ayrı 
sosial qruplar mədəniyyətə xas olan milliideoloji cəhətləri emosional 
şəkildə qabartmaqla onlardan öz sinfi məqsədləri üçün istifadə 
etmişlər. Hər halda milliənənəvi mədəniyyətin mənəvi dəyərlərinin 
zaman-zaman qabardılmasını yeni nəslin öz soykökünə qayıtması 
vasitəsi kimi qiymətləndirmək lazımdır.  

 
 
179
Milli-ənənəvi mədəniyyəti dərk etmək və qiymətləndirmək 
zəminində  hər bir fərdin milli mənlik  şüuru formalaşır. Deməli, milli 
mədəni irsin daima gündəmə  gətirilməsi, onun bədii-emosional 
nümunələrindən müasir həyatımızda istifadə olunması  fəaliyyətimizdə 
sosial-etnik birliyin, milli-mənəvi gücün artmasına, bütövlükdə xalq 
kimi tərəqqi tapmağımıza yardımçı olur. Milli şüura malik olan fərd 
vahid xalq anlayışına üstünlük verir. Bu cəhət isə fərdlərin baxışlarını 
ümumiləşdirən sosial-psixoloji amilə çevrilir, cəmiyyətin özünü milli 
şüur əsasında tarazlaşdırır.  
“Məhz mədəniyyətin fəal təsiri altında milli şüurun bütün 
ünsürləri ayrı-ayrı baxışlar, ideyalar, habelə müxtəlif ideoloji 
cərəyanlar  şəklində millətin praktikasında qərarlaşır. Bu şəraitdə  fərd 
milli inkişafın tələbatını yüksək nəzəri səviyyədə  dərk edir, milli-
mənəvi həyatın müxtəlif sahələrində  fəal yaradıcılığa cəlb olunur. 
Məhz Koroğlu dəlilərinin “Misri” sədaları    altında qılınc oynatmaları, 
igid Beyrəkin ozan oxşamalarından riqqətə  gəlməsi mədəniyyətin 
emosional təsir gücünə aid ola biləcək çoxsaylı nümunələrdəndir ” 
[56, s.66]. 
Ayrı-ayrı misallardan bir daha aydın olur ki, milli-ənənəvi 
mədəniyyət nümunələri xalqın mənəvi yaddaş saxlancı olub, bütün 
dövrlərdə yaşayan insanlar üçün örnək mənbəyidir, məxsus olduğu 
ölkənin xalqlarının mənəvi simasıdır. 
Milli-bədii 
ənənələrin, adət və 
mərasimlərin qorunub 
saxlanılması, həm tarixi keçmişin mənəvi faktlarla dərk olunmasına 
kömək edir, həm də müasir mədəniyyətin mövcud təcrübə  əsasında 
təkamül etməsinə zəmin yaradır. Həmçinin mədəni irsə münasibətin bu 

 
 
180
obyektiv forması varislik sistemində yeni ənənə  və ideyaların 
dağılmaz sütunu rolunu yerinə yetirir.  
Milli mədəniyyət nümunələrinin zənginliyi hər bir xalqın 
beynəlxalq miqyasda tutduğu mövqeyinə  təsir göstərir. Milli kültürü 
zəngin və güclü olan xalq dünya xalqları  cərgəsində sayılır və onun 
mədəniyyət nümunələrinə böyük yer ayrılır. Etiraf edək ki, Nizami, 
Füzuli, Nəsimi kimi şairlərimiz, Ü.Hacıbəyov, Qara Qarayev, Fikrət 
Əmirov kimi bəstəkarlarımız, Səttar Bəhlulzadə, Mikayıl Abdullayev, 
Tahir Salahov kimi rəssamlarımız və yüzlərlə söz, sənət ustalarımız 
olmasaydı, Azərbaycan xalqı dünya xalqları  cərgəsində çox cılız 
görünərdi. Onların nəhəng yaradıcılıq irsi yalnız kiçik bir zaman və 
məkan daxilində xalqımızı, milli mədəniyyətimizi dünyaya təqdim 
etmək imkanı verərdi. XIX əsrin sonundan, XX əsrin sonuna qədər 
Azərbaycanın milli mədəni irsinin öyrənilməsi istiqamətində xeyli 
işlər görülmüş  və  mənəvi sərvətlərimiz dünya miqyasında az da olsa 
təbliğ olunmuşdur. Nə yaxşı ki, həmin dövrdə başqa xalqların 
özəlləşdirmək istədiyi milli-mədəni irsimizə özümüz sahib çıxa 
bilmişik.  Əks halda, biz tarixi milli varlıq olduğumuzu sübut edə 
bilməzdik.  
Lakin, xalqın keçmiş  mədəni həyatının müasir incəsənət 
vasitələri ilə  təcəssümləşdirilməsinin daha böyük emosional 
əhəmiyyəti vardır. Milli keçmişimizi əks etdirən emosional vasitələrlə 
xalqımızın yaşayıb yaratdığı bütün dövrlərin  əzəmətini və faciəsini, 
gücünü və zəif cəhətlərini daha canlı şəkildə əks etdirmək imkanı əldə 
edirik. Məsələn, xalqımızın ötən tarixinin, həyat tərzinin mənəvi, 
sosial xüsusiyyətlərini  əks etdirən çoxlu aşıq yaradıcılığı 
nümunələrimiz vardır. Onlardan “Kərəmi”, “Dilqəmi”, “Zarıncı”, 

 
 
181
“Qürbəti”, “Hicranı”, “Qaraçı” və onlarla başqa saz havaları 
kövrəklik, ayrılıq, həsrət, hicran, göz yaşları  və  uğursuz məhəbbət 
nidaları ilə doludur. “Koroğlu”, “Misri”, “Divani”, “Cəngi” kimi saz 
havalarımız isə xalqımızın qəhrəmanlıq və  cəngavərlik  ənənələrindən 
xəbər verir. Eyni zamanda bu saz havaları milli şüuru olan hər bir 
fərdi tarixi ənənələrdə yaşayan real həyat prinsiplərini, davranışları 
daha insani şəkildə qavramağa çağırır. Müasir aşıq əlində saz meydana 
çıxıb qəhrə-man Koroğlunun bədii obrazını yaradanda, onun 
hərəkətlərini sazla, sözlə yamsılayanda yaranmış  səhnənin emosional 
mühiti bizi indiki vəziyyətimizlə keçmişimizi müqayisə etməyə, nəticə 
çıxarmağa, qətiyyətli olmağa məcbur edir:  
“Yığılsa məxluqat, qurulsa məşhur, 
İsrafil surunu qala, qoymaram. 
Çəkərəm qılıncı, girrəm meydana, 
Uçurdaram, burda qala qoymaram”.  
deyərək Koroğlunun bədii obrazını yaradan aşıq qəhrəmanlıq tarixini 
yaddaşımıza qaytarır, milli simamızı daha da məğrurlaşdırır.  
Aşıq yaradıcılığının  ənənəvi bir mədəniyyət olduğunu və onun 
bədii-emosional təsir gücünün əxlaqi səviyyəsini təsvir edən görkəmli 
maarifçi Həsən bəy Zərdabi demişdir: “Bir baxın, bizim aşıqlar 
toylarda oxuyanda onlara qulaq asanlara! Bu zaman bu qulaq asanlar 
elə hala gəlirlər ki, bəs istilahi türk ətin kəssən də  xəbəri olmaz. Elə 
ki, sonra toy qurtardı, aşıqlar evlərinə getdi, beş-on gün uşaqlar gecə-
gündüz küçələrdə oxuya-oxuya gəzirlər və bir-birinin qələtlərini 
düzəldirlər” [169, s.240]. 
Aşıq sənəti  ənənəvi mədəniyyətin çox böyük sahəsini özündə 
birləşdirir. Aşıq sənəti həm yaranma tarixinə, həm də  bədii  əhatə 

 
 
182
dairəsinə görə monolit incəsənət toplusudur, tarixi-irsi 
mədəniyyətimizin  ən canlı  və emosional nümunəsidir. Aşığın 
fəaliyyətində xalq folklorunun bütün nümunələri cəmlənmişdir. 
Aşıqlığa xas olan bu cəhətə xüsusi diqqət yetirən tanınmış 
müğənnimiz Bülbül aşığı “regitativ ifaçılığın ustası” adlandıraraq 
yazmışdır: “Aşıqlar hər  şeydən  əvvəl  şairdir, ifa etdiyi mahnıların 
yaradıcısıdır. Aşıq müğənnidir. O, öz nağılının xeyli hissəsini mahnı 
şəklində ifa edir. Aşıq çalğıçıdır. O, öz hekayəsini və mahnısını saz ilə 
müşayət edir. Aşıq artistdir. O, çıxışını xarakterik mimika ilə müşayiət 
edir, gəzişir, rəqs edir, çox vaxt hekayə qəhrəmanının hərəkətini təsvir 
edir. Aşıq regitativ ifaçılığın ustasıdır” [26, s.139]. 
Aşıq sənətinin  əbədi müşayiəti ilə milli toylarımız,  əməklə bağlı 
olan el şənliklərimiz, bir çox ayin, mərasim və bayramlarımız yaşayır. 
Məhz aşıq yaradıcılığının ululuğu tarixi keçmişimizin dastanlar, 
nağıllar, mahnılar məzmununda qorunub saxlanılmasına, mənəvi 
dəyərlərimizin bir çox nümunələrinin minilliklərdən ötürülərək müasir 
sənət məkanına-mədəniyyət meydanına çıxarılmasına səbəb olmuşdur.  
“Kitabi – Dədə Qorqud”dan üzü bəri onlarla tarixi-qəhrəmanlıq, sevgi 
dastanlarımız aşıq yaradıcılığı 
sənəti hesabına yaşamışdır. 
Azərbaycanın tanınmış filoloq-folklorşünası M.H.Təhmasib yazmışdır: 
“…Qorqud mənbələri o qədər uzaq keçmişin etiqad və görüşlərilə 
bağlıdır ki, onun nə zaman yaranmış olduğunu müəyyənləş-dirmək çox 
çətin və  təmsil etdiyi ozan isə,  şübhəsiz ki, Qorqudun özündən də 
qədim olmalıdır” [151, s.42]. 
Təbii ki, “Kitabi – Dədə Qorqud”dan daha qədim olan milli aşıq 
sənətimiz böyük bir tarixə malik xalq mədəniyyətinin təmsilçisidir. 
Aşıq sənəti dünyanın  ən qədim musiqi janr və üslublarından olsa da, 

 
 
183
indi də müasirdir. Müasir milli müsiqimizin aşıq sənətindən 
bəhrələnməsi üçün zəngin material vardır. Bir neçə tarixi mədəni 
prosesləri, sivilizasiyaları yola salan  aşıq sənəti bundan sonra da milli 
adət və ənənələrimizdə öz əbədi ömrünü davam etdirəcəkdir. 
Mədəni proseslər durğunluqda qalmamış, insanların ehtiyacları, 
tələbləri, artdıqca, dəyişdikcə  mədəniyyət nümunələri də  dəyişmiş, 
yeniləşmişdir. Lakin mənəvi mədəniyyət nümunələri forma və 
məzmunca yeniləşsələr də, öz dünyəvi mahiyyətlərini dəyişməmişlər. 
Elə saz-aşıq sənəti haqqında yürüdülən fikirlər də  mənəvi 
mədəniyyətin bədii-estetik dəyərini,bütün dövrlər üçün müasirliyini 
təsdiq edir. Aşıq sənəti haqqında deyilən fikirləri muğam sənətinə  də 
şamil etmək olar. Muğam sənəti də  mədəni həyatımızda milyonlarla 
insanların düşüncə  və davranış normalarına, hiss və duyğularına 
mürəkkəb formada müdaxilə etmək gücünə malikdir. Ən maraqlısı 
odur ki, muğamlarımız eramızın VII əsrindən üzübəri ifa olunaraq 
böyük inkişaf yolu keçmişdir. Azərbaycan muğamları üzərində geniş 
tədqiqat işi aparan və onları nota köçürən Üzeyir Hacıbəyov onlarda 
yeddi səs ladının olduğunu aşkar etmişdir. Ü.Hacıbəyovun fikrincə 
muğam estetiklik baxımından bir çox kateqoriya-ların tələblərinə 
cavab verir. Bədii-emosional təsirinə körə,  “Rast” dinləyicilərdə 
mərdlik və gümrahlıq hissi, “Şur”  şən, lirik əhval-ruhiyyə, “Segah” 
məhəbbət hissi, “Şüştər” dərin kədər, “Çahargah” həyəcan və ehtiras, 
“Bayatı-şiraz” qəm-ginlik, “Humayun” isə  “Şüştər”ə nisbətən daha 
dərin bir kədər hissi oyadır [53, s.34].  
Misaldan göründüyü kimi, muğamlar özünün bədii-estetik 
məzmununa görə  həyatın dərin fəlsəfi anlayışlarını ifadə edir. 
Muğamların ahəngindən insanın daxili aləmində müxtəlif duyğu və 

 
 
184
hisslər oyanır. “Onlar çox geniş həyati hadisələri, əxlaqi keyfiyyətləri, 
düşüncələri, ehtirasları  əks etdirir. Məhəbbət, sevinc, heyrət, qəzəb, 
qəm kimi hissləri ifadə edən milli muğam ifaçılığı olduqca çoxcəhətli 
assosiasiyalar axını yaradır. Muğamları dinləyərkən insanın gözü 
qarşısından müxtəlif hadisələr gəlib keçir” [39, № 8, s.39]. 
İrsi sərvətimiz olan və müasir dövrdə  də özünün mənəvi 
funksiyasını yerinə yetirən bütün mədəniyyət nümunələrimiz həm də 
vətənpərvərlik mövqeyindən qiymətləndirilir. Varis kimi yaşayan 
mədəni irs insanların mənəvi həyatına daxil olaraq onların sosial-
mədəni fəaliyyətlərinə yeni məzmun və keyfiyyətlər aşılayır. Bu yeni 
anlam və normativlər son nəticədə insanların gündəlik fəaliyyətinin 
çox mühüm ünsürünə, hadisəsinə, vərdişinə çevrilir. Məhz bu cəhətləri 
nəzərə alan alim Q.Hüseynov qeyd edir ki, “mədəniyyət cəmiyyətin 
təkcə  bəzəyi deyildir, onun həyatını  təmin edən sahədir, cəmiyyətin 
intellekt və  mədəniyyət potensialıdır. Bu, bir növ onun sosial 
möhkəmliyi üçün aşqar və onun dinamizmi üçün katalizatordur” [56, 
s.71-72]. 
Buradan belə bir nəticə  çıxır ki, mədəniyyət  əsasən milli 
xüsusiyyətlər üzərində  təşəkkül tapsa da onun yerinə yetirdiyi 
funksiyalar qeyri-sabitdir, ictimai münasibətlər sistemindən asılıdır. 
Əgər XX əsrin  əvvəllərində Azərbaycan musiqi mədəniyyətində xalq 
yaradıcılığı ünsürləri, daha geniş yer tuturdusa, indi simfoniya, opera, 
balet, kantata, oratoriya kimi musiqi janrlarında  əsərlər yazan çoxlu 
bəstəkarlarımız yetişmişdir. Bu faktlar bir daha təsdiq edir ki, 
mədəniyyət beynəlxalq əlaqələrin təsirindən də bəhrələnir və öz milli-
etnik xüsusiyyətlərindən kənara çıxır. Xüsusilə, mədəniyyətdə  bəşəri 
imkanlar artdıqca incəsənət sahəsində  də  bəşəri yaradıcılıq meylləri 
artır. Lakin tarixi təcrübə göstərir ki, bəşəri mədəni yaradıcılığın 

 
 
185
kökündə yenə də millilik inkişaf etmədikdə o öz tarixi xüsusiyyətlərini 
itirir. Müasir Azərbaycan mədəniyyəti isə ictimai-siyasi hadisələrdən 
asılı olmayaraq heç zaman milli kökdən uzaq düşməmişdir. Müasir 
təkamülün qanunauyğunluqlarına xas olan mədəni inteqrasiya prosesi 
musiqi mədəniyyətindən də yan keçməmişdir. Məsələn, “Koroğlu“, 
“Şah  İsmayıl”, “Leyli Məcnun”, “Aşıq Qərib”, “Nərgiz” operalarını, 
“Qız qalası”, “Yeddi gözəl”, “İldrımlı yollarla”,”Məhəbbət  əfsanəsi” 
baletləri, “Şur”, “Kürd ovşarı”, “Rast”, “Karvan”və s. simfonik 
muğamları yaradan bəstəkarlarımız bəşəri xüsusiyyətləri  əks etdirən 
klassik musiqi ilə milli musiqi sənətimizin bədii ünsürlərini 
birləşdirməyə nail olmuşlar. Klassik musiqi janrlarının milli 
təfəkkürümüzə yol tapması  mədəniyyətimizi daha da zənginləşdirmiş, 
eyni zamanda bizə dünyanın sivil mədəniyyətləri ilə yanaşı dayanmaq 
imkanları vermişdir. 
Bu faktlar bir daha təsdiq edir ki, müasir sivilizasiya şəraitində 
mədəniyyətlərin milli-etnik səviyyədə qalması mümkün deyildir.  
Lakin bəzən mədəni  əlaqələrin lazımi səviyyədə qurulmaması, 
xüsusilə, idealogiyalaşdırılması bir çox halda milli cəhətləri dinamik 
inkişafdan məhrum edir, milli xüsusiyyətlərə yad olan ehkamlar 
formalaşdırır. Bunun da nəticəsində  bəzən yanlış müha-kimələr, 
mürəkkəb yaradıcılıq meylləri meydana çıxır, milli deformasiyalar baş 
verir. Xüsusilə, ünsiyyət mədəniyyəti forma-larında milli-etik 
münasibətlər pozulur. Milli-etik qaydalara uyğun gəlməyən arxaik 
ünsiyyət münasibətləri yaranır.  
Qeyd olunan bu mənfi amillər baş verməsin deyə millətlərarası 
qarşılıqlı münasibətlərin qurulması prosesində  də adət və  ənənələr, 
milli mədəni irsin ən mütərəqqi formaları nümunə kimi katalizator 
rolunu oynamalıdır. Eyni zamanda milli xüsusiyyətləri  əks etdirən 

 
 
186
tipik keyfiyyətlər nəzərə alınmalı, ölkə daxili etnik qruplarin da adət 
və  ənənələrinə, mərasim və bayramlarına, dini etiqadlarına xüsusi 
diqqət yetirilməlidir. Mürəkkəb sosial orqanizm olan hər bir millətin 
və etnik qrupun mənəvi siması, hiss və düşüncəsi mədəni ünsiyyət 
prosesində  nəzərə alınmalı, hər bir sosial qrupun bədii estetik tələbatı 
bərabərlik prinsipinə uyğun olaraq dəqiqləşdirilməli, ödənilməlidir. 
Bilmək lazımdır ki, milli mənlik  şüuru, həyat tərzi, adət və  ənənələr, 
dini və ailə-məişət mərasimləri dinamik xüsusiyyətlərə malikdir. 
Dünyanın bir çox dövlətləri kimi Azərbaycan da çoxmillətli ölkə 
olduğundan mədəni ünsiyyətin təşkili prosesində milli azlıqların da 
mənəvi irsinin dəyərləndirilməsinə, mədəni kütləvi tədbirlər 
formasında onlardan istifadə olunmasına diqqət yetirilməlidir. 
Məlumdur ki, ölkəmizdə yaşayan hər bir millətin, etnik qrupun mənəvi 
sərvətlər sisteminin yaranmasında, inkişaf etməsində öz xidmətləri 
vardır. Azərbaycan xalqı müstəqillik  əldə etdikdən sonra onlara da öz 
dilində danışmaq, yazmaq, adət və  ənənələrini yaşatmaq hüququ 
verilmişdir. Onlar tərəfindən yaranan humanist xarakterli mənəvi 
sərvətlər bütövlükdə Azərbaycan mədəniyyətinin tərkib hissəsidir.  
Azərbaycanda talış, ləzgi, tat, udin, avar, rus, gürcü və s. millət 
və xalqların etnik qrupların folklor nümunələri vardır. Təbii ki, 
Azərbaycanın dövlətçilik prinsiplərinə, milli ideologiyasına uyğun 
olaraq, milli-etnik xarakterli mənəvi sərvətlərdən ünsiyyət vasitəsi 
kimi istifadə etmək daha əlverişlidir. 
Məlumdur ki, adət və  ənənələr cəmiyyət daxilində bir çox 
inteqrativ və kommunikativ funksiyaları  da yerinə yetirir. Xüsusilə, 
özünün birləşdirici mahiyyətinə görə inteqrativ vasitələr adət və 
ənənələri vahid dünyagörüşü, ideya, davranış  tərzi və s. ətrafında 

 
 
187
birləşdirmək imkanlarına malikdirlər. Məhz sovet dövründə  də 
inteqrativ vasitələrdən mədəni asudəvaxtın təşkilində geniş formada 
istifadə edilirdi. Belə ki, kütləvi bayramların təcəssümləşdirilməsi 
prosesində müxtəlif xalq və millətlərin mütərəqqi hesab edilən adət və 
ənənələri bir ideya ətrafında səhnələşdirilir, mövzunun məzmununa 
uyğun olaraq bədii ümumiləşdirmələr aparılırdı [57, s.44-45]. 
Adət və  ənənələr bütün şəraitdə  mədəni ünsiyyətin  əsasını  təşkil 
etmişdir. Ünsiyyət funksiyası adət və  ənənələrin kommunikativ 
mahiyyətindən və  məzmunundan irəli gəlir.  İcra olunan adət və 
ənənələrdə insanlar kütləvi  şəkildə  iştirak edir, bir-biri ilə  mədəni 
ünsiyyətə girirlər.  İnsanlar mədəni ünsiyyət yaratmaqla bir-biri ilə 
tanış olur, ictimai-mədəni, ailə-məişət problemlərini həll etmək 
imkanı qazanırlar.  
Ünsiyyət mədəniyyətin  ən ali formalarından biri kimi özünü 
büruzə verir. O, mənəvi zənginləşmənin, yaradıcılığın, davranış 
normalarının formalaşmasının, düşüncə  və qabiliyyətin inkişafının və 
başqa insani münsibətlərin katalizatoru, təkmilləşdirici amili kimi 
qüdrətli gücə malikdir. 
Tədqiqatçı alim A.A.Leontyev mədəni ünsiyyəti müəyyən 
məqsədə çatmağın real həddi, insani fəaliyyətin  ən ali forması kimi 
qəbul edir [96, s.388]. 
M.İ.Kosovanın fikrincə isə, mədəni ünsiyyət prosesi özlüyündə 
bir sıra komponentlərdən ibarətdir. Ünsiyyət təkcə  əlaqələrin 
yaradılmasından ibarət deyil, eyni zamanda onu reallaşdıran predmeti, 
kommunikativ tələbatı, fəaliyyət vasitələrini və s. əhatə edir. 
Mədəniyyətin müasir mərhələsində ünsiyyətin yeni 
kommunikativ texniki vasitələri meydana gəlmişdir. Bu vasitələr 

 
 
188
mədəni ünsiyyətin texniki quruluşunu, mənəvi məzmununu, mühitini 
təşkil edir, onun yeni formalarını meydana gətirir. Xüsusilə,  əyləncəli 
oyun ünsiyyəti müasir mərhələdə əsasən texniki vasitələrin müdaxiləsi 
və  iştirakı ilə idarə olunur. Məsələn, Almaniyada “Fantaziya aləmi” 
adlı  mədəni-əyləncə parkında  fəaliyyət göstərən “Qaya” adlı teatrın 
aktyorları elektron kuklalardır. Bu kuklalar kompüterlə 
proqramlaşdırıldıqdan sonra müxtəlif hərəkətlər edir, dünyada 
tanınmış estrada ulduzlarının səsləri ilə mahnılar oxuyurlar. 
Fransanın, “Fort Bayar” adlı  əyləncə  mərkəzində isə  mədəni 
ünsiyyətin ən mürəkkəb müasir formalarından istifadə olunur. Əyləncə 
mərkəzi hər tərəfi su olan yerdə inşa edilmişdir. Əyləncə vasitəsi kimi 
burada çox mürəkkəb və insanı düşünməyə, hərəkətlərində daha dəqiq 
və çevik olmağa vadar edən qurğular qurulmuşdur. Ekzotik janrlardan, 
sirk hərəkətlərindən, güc və  məharət tələb edən çevik idman 
nömrələrindən geniş istifadə olunur. Əyləncəli oyunda qalib gəlmək 
üçün ağıl, güc, cəsarət, fənd, çeviklik, qətiyyətlilik, duyğu, yaddaş 
kimi keyfiyyətlər lazım gəlir.  Şəxsi intellektin inkişafına müsbət təsir 
göstərən Rusiya telekanallarının təşkil etdiyi “Karusel”, “Pole çudes” 
və s. kimi əyləncə oyunları da böyük maraq dairəsinə malikdirlər. 
Təbii ki, beynəlxalq miqyasda baş verən müasir mədəni ünsiyyət 
vasitələri Azərbaycan həyatına da daxil olur. Bunun da nəticəsində 
ənənəvi-tarixi mədəni ünsiyyət formaları yeniləri ilə  rəqabət aparmaq 
məcburiyyətində qalır. Daha böyük sosial qrupların marağını  təmin 
edən, öz kütləviliyi və emosionallığı ilə fərqlənən, hər bir iştirakçının 
fəallıq göstərməsinə imkan yaradan mədəni  əyləncə forması daha çox 
rəğbət qazanır. Məsələn,  İspaniyadakı “Tivoli Uord” adlı  mədəni 
əyləncə  mərkəzi müxtəlif yaş qruplarını özünə  cəlb edə bilir. Burada 

 
 
189
müxtəlif attraksionlar, maşın yarışı üçün yollar, cıdır meydanı, 400 
tamaşaçı tutan teatr salonu var. Müxtəlif idman yarışları parka 
gələnlərin mədəni ünsiyyətə girmə marağını daha da artırır.  İdman 
yarışlarında qaliblər pul və  hədiyyələrlə mükafatlandırılır [116, s.13-
14]. 
Hazırda Azərbaycanın da bir çox mədəni-əyləncə  mərkəzləri 
xarici ölkələrin iş  təcrübəsindən və texniki vasitələrindən geniş 
istifadə edir. İnteqrasiya prosesində baş verən yeniləşmə milli 
mədəniyyətin məzmun və formasına da yeniliklər gətirir. Milli mədəni 
ənənələrə qapılıb bəşəri sivilizasiyanın nümunələrindən imtina etmək 
də mümkün deyildir. Lakin elə etmək olar ki, müasir sivilizasiyanın 
milli mədəniyyətə  təsiri  əlaqəli  şəkildə baş versin. Ənənəvi 
mədəniyyətin, milli kültürün sıxışdırılıb itməsinə yol verilməsin. 
Milli-əyləncə oyunlarımızın texniki vasitələri,emosional mühiti 
yeniləşdirilsə  də,onlarda milli məxsusluğumuzu mühafizə edən 
komponentlər qorunub saxlanılsın. 
Bildiyimiz kimi, psixoloji bədii-emosional vasitələr insanın 
mənəviyyatına, davranışına güclü təsir etməklə onu başqalaşdıra bilir. 
Sosioloq Rayt Millisin apardığı elmi-sosioloji tədqiqatlara görə 
mədəni ünsiyyət prosesində  tətbiq olunan kommunikativ forma və 
metodlar, bədii emosional vasitələr adamlara yeni ideyalar və 
təsəvvürlər aşılayır. Mədəni-kütləvi ünsiyyətdə  iştirak edən hər bir 
fərd emosional vasitələrin mühitində  təqdim olunan materialın passiv 
müşahidəçisinə çevrilir və ya qatıldığı çevik bir oyunda bütün əmrlərə 
tabe olan fiqur olur. R.Millis bu spesifik xüsusiyyətləri nəzərə alaraq 
yazmışdır: “İnsanın bütün davranışı onun tanımadığı adamlar 
tərəfindən hazırlanan məhdud proqramların təzahürüdür. O, hər  şeyə 

 
 
190
inanır, hər  şeylə razılaşır, buna görə  də müstəqil  şəxsiyyət olaraq 
qalmır, bunu arzu da etmir” [101, s.432]. 
Deməli,  şəxsiyyətin formalaşması mühiti ünsiyyət vasitələrinin 
xarakterindən, məzmunundan çox asılıdır. Mədəni ünsiyyət vasitələri 
ənənəvilik prinsipləri  əsasında da seçilə bilər. Bu da kulturologiya 
elmində “tradisionalizm” kimi qəbul olunur və  bəşər tarixində insanın 
yaratdıqlarını qoruyub saxlamaq, adət və  ənənələri mühafizə etmək 
cəhdi kimi qiymətləndirilir. Son nəticədə  mədəni inkişafa 
fundamentalistcəsinə yanaşmağın bir nümunəsi kimi başa düşülür [92, 
s.168]. Çünki fundamentalizm həmişə  mədəniyyətin tarixi ənənələrini 
mühafizə edir. Bunun da nəticəsində  mədəni inkişafın  əsas 
amillərindən biri olan modernləşmə ilə üz-üzə dayanır. Modernizm 
mədəniyyətin inkişaf  mexanizmini hərəkətə  gətirərək ünsiyyət 
vasitələrini də günün mənəvi tələblərinə uyğunlaşdırır. Məhz bu 
baxımdan fundamentalizm ilə modernizm arasında  əksliklər 
mövcuddur. Lakin mədəni ünsiyyətin təşkil olunduğunu nəzərə alsaq, 
fundamentalizm ilə modernizmin yaradıcılıq prosesində qarşılıqlı 
əlaqəsinin təşkil olunması imkanı da vardır. Təbii ki, modernist 
mədəniyyət yeniliyin real həyat həqiqətlərinə cavab verməsi üçün 
tarixi təcrübənin yüksək estetik dəyərlərinə  də istinad etməlidir. 
Xüsusilə, təşkil olunan mədəni ünsiyyət zamanı milli adət və 
ənənələrin emosional nümunələrindən istifadə etməklə  də yeni forma 
və məzmun yaratmaq mümkündür.  
Modernizm  ən çox özünü vasitəli mədəni ünsiyyət sahələrində 
nəzərə çarpdırır. Vasitəli ünsiyyət texniki vasitələrlə idarə olunur. 
Texniki vasitələr isə elmi texniki tərəqqinin sürətindən asılı olaraq 

 
 
191
daima modernləşir (radionun, televizorun, videoaparatların yaranması 
və yeniləşməsi nəzərdə tutulur). 
Müasir dövrdə elmi-texniki tərəqqinin təsiri mədəniyyətin bütün 
sahələrində özünü büruzə verir. Mədəniyyət müəssisələrinin iş 
fəaliyyətini texniki vasitələrdən ayrı təsəvvür etmək mümkün deyildir. 
Milli adət və ənənələrin, hətta dini ayin və mərasimlərin icra olunması 
prosesində  də texniki vasitələrin təsiri ilə böyük modernləşmə 
aparılmışdır. Toyları, el şənliklərini səsgücləndiricilərin köməyi ilə 
keçirir, məscidlərin min-bərlərindən səslənən azan mətni maqnitafon 
lentinin və  səsgücləndiricinin köməyi ilə yayılır. Bütün el şənlikləri 
videokame-ralar vasitəsilə lentə  köçürülür. 
Təbii ki, vaxtaşırı baş verən elmi-texniki inqilab yeni 
mədəniyyətin yaranmasının  əsas vasitəsinə çevrilir. İnsan təfəkkürü 
inkişaf etdikcə  mədəniyyət də yeniləşir. Bu yeniləşmə dinamik olaraq 
tez-tez təkrarlanır. Məhz bu səbəbə görə  də  mədəniyyətin funksiyası 
çoxşaxəlidir. Onun məzmun və mahiyyəti də birmənalı deyildir. 
Lakin mədəniyyət sahələrinin və formalarının müxtəlif olmasının 
əsas səbəblərindən biri də yer kürəsindəki dini etiqad və anlayışların 
müxtəlifliyidir. Dünyada xristianlıq, islam və buddizm kimi dünyəvi 
dinlərdən başqa yüzlərlə milli, etnik dinlər də  fəaliyyət göstərir. 
Sözsüz ki, onların da hər biri elmi-texniki tərəqqinin inkişafına uyğun 
olaraq modernləşir. Ancaq dəfələrlə qeyd etdiyimiz kimi, din forma və 
məzmunundan asılı olmayaraq həmişə özünün mühafizəkar təbiətini 
qoruyub saxlaya bilir. Dinin mühafizəkar təbiəti isə milli ənənəvi 
köklərdən qidalanır. Din onu yaradan xalqın və millətin etnoslarının, 
inanclarının toplusu kimi özünü büruzə verir. Məsələn,  İslam dini 
ərəblər tərəfindən yaradıldığından dünyanın bir çox alimləri onu ərəb 

 
 
192
mədəniyyəti kimi izah edirlər. Tədqiqatçı alim Qustav Lebon İslam 
dinini  ərəb mədəniyyəti hesab etmişdir. Onun fikrincə, “Siyasi və 
sosial tədqiqatlarda rəssamlıqdan çox geri qalan ərəblər öz elmi və 
bədii yaradıcılıq sahəsindəki biliklərinə görə onlardan üstün 
olmuşlar… Bütövlükdə demək olar ki, onlar tarixdə islam 
mədəniyyətini yaratmaqla çox görkəmli yer tutmuşlar [124, s.47]. 
Ancaq  İslam dini sonralar başqa millət və xalqlar tərəfindən də 
qəbul olunaraq ərəb mədəniyyəti anlayışından kənara çıxmışdır. Artıq 
o dünyəviləşdiyindən müxtəlif alimlər tərəfindən “İslam mədəniyyəti” 
kimi təhlil olunmuşdur. Məsələn,  A.Mets  bu  mədəniyyəti islam 
mədəniyyəti adlandırmış, onu “müsəlman intibahı” kimi 
qiymətləndirmişdir [12, s.98]. Livan alimi Hüseyn Muruvva isə onu 
“ərəb-islam mədəniyyəti” adlandıraraq yazmışdır: “Ərəb həyatı ilə 
islam həyatı,  ərəb fikri ilə islam fikri, dillə bu dilin ifadə etdiyi fikir 
arasında üzvi dialektik əlaqənin nəticəsi kimi meydana çıxan 
mədəniyyət  ərəb islam mədəniyyətidir. Bu mədəniyyətdə xalis ərəb 
xüsusiyyəti daşıyan ünsürlərlə sırf islam xüsusiyyəti daşıyan ünsürlər, 
yaxud  ərəb-islam sintezindən ibarət olan ünsürlər bir-birindən 
ayrılmazdır. Burada həmçinin  ərəb mənşəli alim və mütəfəkkirlərlə 
qeyri-ərəb mənşəli alim və mütəfəkkirlərin yaradıcılığının məhsulu 
arasında da fərq qoyula bilməz. Onların hamısı eynidirlər, çünki 
hamısının təfəkkürü  ərəb dilinin məntiqinə, yəni bu dilin lüğət, üslub 
və ideya məntiqinə  əsaslanmış, hamısı yaradıcılığın müxtəlif 
sahələrində müəyyən bir cəmiyyətin konkret problemlərindən, 
hüdudları daxilində yaşadıqları  cəmiyyətin sosial və siyasi 
problemlərindən, onun fikir gerçəkliyindən çıxış etmişlər. Onların 

 
 
193
dünyagörüşü də həmin cəmiyyətin tarixi gerçəkliyi və ictimai əlaqələri 
əsasına formalaşmışdır” [55, s.23]. 
Qeyd olunan misallardan aydın olur ki, mədəniyyət müəyyən 
zaman daxilində bir millət və ya dini anlayışla bağlı olduğu halda, 
zaman keçdikcə o bəşəriləşir,  əhatə dairəsi genişlənir. Buna görə  də 
mədəniyyət insanların bəşər tarixi boyu yaratdıqları maddi və  mənəvi 
sərvətlərin toplusu kimi başa düşülür. Bu maddi və  mənəvi sərvətlər 
toplusunda hər bir xalqın milli adət və  ənənələrinin öz yeri vardır. 
Adət və  ənənələr hər bir mədəniyyətə milli kolorit, milli xüsusiyyət 
gətirir. Lakin milli kolorit milli tərəqqinin yeganə meyarı kimi başa 
düşülməməlidir. O, ifrat dərəcədə 
şişirdilib ifrat həddə 
çatdırılmamalıdır. Milli mənəvi dəyərlər humanist ideyaların 
inkişafına, inteqrativ mədəni proseslərin yaranmasına xidmət 
etməlidir. Çünki mədəniyyət qapalı sistem deyildir, o, açıq  şəkildə 
bəşəri məzmuna malik olan əxlaqi təsir gücünü nümayiş etdirir. 
Mədəniyyət bütün dövrlərdə insanın ictimai fəaliyyətinin konkret üsul 
və formalarını reallaşdırır. Buna görə  də müasir inkişaf mərhələsində 
milli mədəniyyətlərin bütün ənənəvi xüsusiyyətləri qarşılıqlı  mənəvi 
zənginləşmə  və humanistləşmə prosesinə xidmət etməlidir. Belə bir 
vəziyyətin ictimai həyata realizə olunması adət və  ənənələrin, 
həmçinin milli hissin bütün tərəflərinin sosial bazasını genişləndirir, 
xüsusilə, mədəniyyətin inkişafının azad mənəvi mühitini yaradır.  
Onu da qeyd etmək lazımdır ki, hazırda dünyanın müxtəlif 
yerlərində 60 milyona yaxın azərbaycanlı yaşayır. Onların hər biri 
yaşadıqları ölkələrin mədəniyyətlərinə uyğunlaşsalar da xalqımıza 
məxsus olan mədəni irsdən, adət və  ənənələrdən ayrı düşməmişlər. 
Milli adət və ənənələrimiz onların Azərbaycandan kənarda yaşadıqları 

 
 
194
ərazilərdə  də  nəzərə çarpır, hər bir azərbaycanlının milli-psixoloji 
xüsusiyyətlərinin qorunub saxlanılmasına, nəsildən-nəslə 
ötürülməsinə, onların icma şəklində birləşməsinə təminat yaradır. 
Dünya azərbaycanlılarının lobbiləşməsini də milli adət və 
ənənələrə bağlılıqdan ayrı  təsəvvür etmək mümkün deyildir. Yalnız 
adət və  ənənələrə  məxsus olan təsir dairəsi insanları öz milli 
mənsubiyyətində saxlayır və onlara bir-birinə yaxınlaşmaq, ünsiyyətdə 
olmaq imkanı verir. Məsələn, Novruz bayramına xas olan milli 
xüsusiyyətlərə uyğun olaraq bu bayramda adamlar bir-birini təbrik 
edir, qarşılıqlı ünsiyyətə girirlər. Dini bayram və  mərasimlərimiz 
zamanı da kütləvi ünsiyyət formalaşır. Təbii ki, dünyanın bir çox 
ölkələrində yaşayan azərbaycanlılar öz tarixi adət və ənənələrinə sadiq 
qalırlar. Məhz adət və  ənənələrə olan milli sədaqət və qürur hissi 
onlarda Müstəqil Azərbaycan dövlətinə qarşı da doğma insani 
münasibətlər formalaşdırır. Hər bir azərbaycanlıda öz vətəninə qarşı 
təəssübkeşlik hissinin yaranması ilk növbədə adət və  ənənələrə xas 
olan vərdişlərin icra olunması ilə bağlıdır. Məhz bu bağlılıq onları 
ayrı-ayrı ərazilərdə lobbiləşdirir – təşkilatlandırır.  
Bildiyimiz kimi, 2001-ci ilin noyabr ayının 9 – 10-da Müstəqil 
Azərbaycan dövlətinin prezidenti Heydər  Əliyevin təşəbbüsü ilə 
Dünya azərbaycanlılarının I qurultayı keçirilmişdir. Qurultayda 
dünyanın 36 ölkəsindən seçilmiş 1193 nümayəndədən 1105-i, habelə 
906 qonaq iştirak etmişdir. Qurultayda ayrı-ayrı icma rəhbərlərinin 
çıxışları dinlənilmiş, onların hər biri milli mədəniyyətimizə, adət və 
ənənələrimizə sadiq olduqlarını söyləmişlər. 
Azərbaycan Respublikasının Prezidenti Heydər 
Əliyev 
qurultayda geniş  səpkidə  çıxış edərək demişdir ki, biz istəyirik ki, 

 
 
195
müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar həmin ölkələrin vətəndaşı 
kimi, istədikləri kimi yaşasınlar. Ancaq heç vaxt öz milli köklərini, 
milli mənsubiyyətlərini itirməsinlər. Bizim hamımızı, azərbaycanlıları 
birləşdirən milli mənsubiyyətimizdir, milli mədəniyyətimizdir–
ədəbiyyatımız, incənətimiz, musiqimiz, şerlərimiz, mahnılarımızdır, 
xalqımıza mənsub olan adətənənələrdir. 
Ölkə prezidenti, qeyd etdiyi bu milli xüsusiyyətləri hər bir 
soydaşımızda azərbaycançılıq ideyasının yaranması üçün vacib amil 
kimi qiymətləndirdi. Xalqları dil, milli-mənəvi  ənənələr qədər, 
birləşdirə biləcək başqa real bir vasitənin olmadığını söyləmişdir. 
Prezident çıxışında qeyd etmişdir ki, “hər bir azərbaycanlı öz 
milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz 
azərbaycançılığı – Azərbaycanın dilini, mədəniyyətini, millimənəvi 
dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq”[Bax: “Azərbaycan” qəzeti, 
10 noyabr, 2001-ci il]. 
Buradan göründüyü kimi, milli adət və ənənələrimiz və xalqımıza 
məxsus olan bütün mədəni irs, eyni zamanda dövlət quruculuğu 
prosesində  də milli ideologiyanı formalaşdıra biləcək  əsas 
meyarlardan biri kimi nəzərə çarpır.  
 
 

 
 
196

Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin