AZƏrbaycan miLLİ adət və ƏNƏNƏLƏRİNİn bəDİİ-estetik mahiYYƏTİ


Asudəvaxt mədəniyyətinin formalaşmasında



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə7/9
tarix23.02.2017
ölçüsü5,03 Kb.
#9424
1   2   3   4   5   6   7   8   9
2.2. Asudəvaxt mədəniyyətinin formalaşmasında 
 milli və dünyəvi ənənələrin rolu. 
İnsanların asudəvaxtının bədii-emosional vasitələrlə müşayiət 
olunmasının tarixini də qədim adət və ənənələrin yarandığı və təşəkkül 
tapdığı dövrlərlə  əlaqələndirmək lazımdır.  İnsanlar bütün təbiət 
hadisələri haqqında fövqəltəbii ideyalar, baxışlar yaradarkən bədii-
emosional münasibətlərini də gizlədə bilməmiş, təbiətə  və  cəmiyyətə 
kütləvi şəkildə təsir etmə ənənələrini yaratmışlar. Bu ənənələr təkamül 
etdikcə asudəvaxt mədəniyyətini də formalaşdırmış, onu bədii estetik 
və başqa yaradıcılıq tələbatının ödənilməsi həddinə çatdırmışdır. 
Keçirilən mərasimin, bayramın dini ideoloji məzmunundan asılı 
olmayaraq insanlar bu aksiyaları yerinə yetirərkən  əylənmiş, mənəvi 
rahatlıq tapmışlar. Adət və mərasimlər onları bir anlıq da olsa öz bədii 
emosional vasitələrinin təsiri ilə fiziki, zehni iş qayğılarından 
uzaqlaşdırmış, dincəlmək,  əylənmək,  şənlənmək, müstəqil yaradıcılıq 
proseslərinə qoşulmaq kimi ənənəvi asudəvaxt xüsusiyyətlərinin 
formalaşmasına təminat yaratmışlar.  
Tarixin müxtəlif dövrlərində dünya alimləri asudəvaxt 
mədəniyyətinin  əsas momentlərini təhlil etmiş, onun bədii-emosional 
sahələrini “oyun vəziyyəti” kimi anlatmağa çalışmışlar. Platon oyun 
kosmosundan danışmış, 
İ.Kant estetik “oyun vəziyyəti” 
nəzəriyyəsindən söz açmışdır.  Şillerə görə isə insan yalnız oynadığı 
zaman insan hesab olunur. O da tarixin ilk mərhələsində yaranmış 
asudəvaxt mədəniyyətini “oyun mədəniyyəti” və bu mədəniyyəti 
insani münasibətlərin 
əsas komponentlərindən biri kimi 
qiymətləndirir. Y.Xeyzinq isə bütövlükdə  mənəvi mədəniyyəti 

 
 
197
“oynayan insanın məhsulu” hesab edir. O, oyun xüsusiyyətlərinin 
poeziyada, miflərdə, mərasimlərdə  təzahür etdiyini göstərir. Onun 
fikrincə misteriyalar, bayramlar, karnavallar, festivallar, tamaşalar və 
s. əsasən oyun xüsusiyyətləri üzərində qurulur [142, s.28]. 
Yuxarıda adı  çəkilən alimlərin fikirlərindən belə  çıxır ki, 
asudəvaxtın mədəniliyi onun bədii emosional vasitələrindən çox asılı 
olmuşdur.  İnsanlar oyun xarakterli hərəkət və  vərdişlərini  əsasən 
bayram və  mərasimlərdə, karnavallarda, ailə  və  məişət  ənənələrində 
tətbiq etmişlər. Eyni zamanda oyun mədəniyyəti uşaq və 
yeniyetmələrin hərtərəfli tərbiyə mühitini yaratmışdır. Onların hərəkət 
və  fəaliyyətlərindəki boşluğu müxtəlif məna və  məzmunla 
doldurulmuşdur.  Ənənəvi olaraq formalaşan asudə-vaxt mədəniyyəti 
oyunlar üzərində  təşəkkül tapmış, insanların hərəkət və düşüncələrini 
səmərililik prinsiplərinə uyğun olaraq tənzimləmək funksiyasını yerinə 
yetirmişdir.  
Rus pedaqoqu Y.A.Komenski haqlı olaraq qeyd etmişdir ki, 
“külək olmadan od yanmadığı kimi, oyun, məşq, hərəkət olmadan da 
uşaq böyüyüb inkişaf edə bilməz. Oyun, hərəkət bir növ işdir, 
fəaliyyətdir” [73, s.60]. 
Azərbaycanın tanınmış alimi M.H.Təhmasib də  şəxsiyyətin 
formalaşmasında, hər bir fərdin fiziki və  mənəvi cəhətdən inkişaf 
etməsində oyun mədəniyyətinin  əhəmiyyətinə xususi diqqət 
yetirmişdir. Onun fikrincə, oyun da insan ömrü qədər çox qədim tarixə 
malikdir. Oyun tarixin hər bir dövründə insan həyatını  zənginləşdirən 
sosial vasitələrdən biri olmuşdur. O, həm bədənin müxtəlif  əzalarını 
hərəkət etdirmiş, həm də  hər bir insanın həyat fəaliyyətinin son anına 
qədər onun bütün ömrünü addımaddım izləmişdir [22, s.234-238]. 

 
 
198
Oyunun insan həyatındakı  mənəvi hökmranlığı müasir dövr üçün 
daha aktualdır. Çünki müasir insanın həyat tərzi mənəvi inkişafın 
səviyyəsindən, onun asudəvaxt mədəniyyəti mühitindən çox asılıdır. 
Tarixən,  ənənəvi olaraq formalaşan asudəvaxt mədəniyyəti elə 
bir sərvətdir ki, hər kəs ondan öz zövqünə, mənəvi tələbatına uyğun 
şəkildə istifadə edir. Burada insanın ictimai faydalı  əməyə  şüurlu 
hazırlığı, bədii-estetik xarakterli mənəvi keyfiyyətləri, intellekti, 
dünyaya, cəmiyyətə münasibətləri və s. özünü qabarıq  şəkildə büruzə 
verir. 
“Asudəvaxt ümumi vaxt büdcəsinin mütləq işlərdən azad edilmiş 
elə bir sərvətidir ki, həmin müddətdə  şəxsiyyət öz fiziki, mənəvi 
vəziyyətini və  mədəni səviyyəsini nəzərə almaqla özünə uyğun 
hərəkətlər variantı seçir. Bu həm də istirahət, yorğunluğu aradan 
qaldıran fiziki, psixi və intellektual qüvvələri bərpa edən sosial 
şərtlərlə müəyyənləşdirilmiş psixi-fizioloji prosesdir [58, s.81]. 
Lakin dünya miqyasında “mədəni asudəvaxt” anlayışının bir-
birindən fərqlənən izahı mövcuddur. Keçmiş sovet kulturologiyasına 
əsaslanaraq demək olar ki, “asudəvaxt – insanın işdən sonra, fizioloji 
və  məişət tələbatlarının ödənilməsinədək (yemək, yuxu və s.), ailə  və 
ictimai işlərin yerinə yetirilməsindən sonra qalan vaxta deyilir” [ 45, 
s.5]. 
İndi də Azərbaycanda mövcud olan bu tərif ABŞ, Fransa, 
İngiltərə və sair ölkələrdəki “mədəni asudəvaxt” anlayışının şərhindən 
əsaslı şəkildə fərqlənir. Məsələn, ABŞ-da “mədəni asudəvaxt” mövcud 
şüurun vəziyyətini, onun cəmiyyətə münasibətini və  məqsədini  əks 
etdirən ali insan fəaliyyəti kimi başa düşülür.  İngiltərədə isə “mədəni 
asudəvaxt” insanları psixi stresslərdən azad edən bir vasitə kimi dərk 

 
 
199
olunur. Fransızların baxışlarına görə isə “mədəni asudəvaxt” insanın 
gündəlik fəaliyyəti prosesində itirilmiş qüvvələrin yenidən bərpa 
olunması vasitəsi kimi anlaşılır [72, s.24]. 
Əslində “mədəni asudəvaxt” sözünün hərfi mənası latın sözü olan 
“Licere” sözündən götürülmüş, “sərbəst olmaq” mənasında başa 
düşülmüşdür. İngilislər isə bu sözü “mədəni asudə-vaxt” kimi tələffüz 
etmişlər. Fəaliyyətdə mədəni asudəvaxt “qanundan azad olmuş qayda” 
kimi anlaşılmışdır. Yəni ingilislər asudəvaxtı müstəqil, azad 
fəaliyyətin təzahürü, realizə sahəsi kimi qiymətləndirmişlər. 
Yunanıstanda da mədəni asudəvaxt təzyiqdən azad fəaliyyətin bir 
forması kimi qəbul olunur. 
Ümumiyyətlə, dünyanın müxtəlif ölkələrinin mədəni asudə-vaxt 
fəaliyyətinə olan münasibəti mahiyyət etibarı ilə bir-birindən 
fərqlənir. Bu ölkələrin çoxu mədəni asudəvaxt fəaliyyətinin mədəni 
əhəmiyyətini yüksək qiymətləndirir, onun dövlət tərəfindən 
maliyyələşdirilməsinə  şərait yaradır. Məsələn, Amerika Birləşmiş 
Ştatlarında dövlət departamenti mədəni asudəvaxtın təşkili üçün ildə 
240 milyon dollar miqdarında vəsait ayırır. Bu vəsaitin hamısı 
kütlələrin istirahət və  əyləncəsinin təşkili üzrə  işlərə  sərf olunur. 
İngiltərə dövlət departamenti mədəni asudəvaxt tədbirləri üçün 190 
milyon funt sterlinq, Fransa isə 230 milyon frank pul ayırmışdır [72, 
s.32]. 
Təbii ki, adı  çəkilən ölkələrdə kütləvi xalq bayramlarının, oyun 
və  əyləncələrin təşkilinə xüsusi qayğı göstərilir. Bayram və  əlamətdar 
günlərin bədii emosional vasitələrinin təşkili, onların teatrlaşdırılması 
işi xüsusi olaraq yaradılmış  mədəni asudəvaxt klublarına və 
mərkəzlərinə  həvalə olunur. Məsələn,  İngiltərənin “Lordlar”, 

 
 
200
“Smokinq” kimi mədəni asudəvaxt klub-ları elitar təbəqənin istirahət 
və  əyləncəsini təşkil etmək üçün planlı  şəkildə  məzmunlu təşkilati 
işlər görürlər. Onlar istirahət və  əyləncənin səmərəli olması üçün 
müxtəlif yaş qrupları üzrə bölgülər aparır, hər yaş qrupunun mədəni-
sosial tələblərini  əvvəlcədən proqnozlaşdırırlar. Kiçik yaş qrupları 
üçün müxtəlif  əyləncəli oyunlar, multiplikasiya filmləri və s. 
müəyyənləşdirirlər. Həmin differensial yanaşma üsulundan böyüklərin 
mədəni asudəvaxtının səmərəli keçirilməsi üçün də istifadə olunur. 
Ən maraqlısı odur ki, bütün mədəni asudəvaxt mərkəzləri müasir 
texniki vasitələrlə  təchiz edilir. Mədəni asudəvaxt mərkəzlərinin 
texniki vasitələrinin alınması  və onların realizə olunması  işinin 
maliyyə  məsələlərini xüsusi təşkilatlar və sosial institutlar yerinə 
yetirir. 
Milli  ənənə  və mentalitet mədəni asudəvaxtın keçirilməsi 
prosesinə  və  məzmununa da təsir göstərir. Dünya miqyasında aparılan 
müşahidələr və elmi xarakterli sosioloji tədqiqatlar asudəvaxtın 
təşkilinin  ənənələrə  və milli mentalitetə söykəndiyini bir daha sübut 
edir. Məsələn, aparılan sosioloji tədqiqaqatlar zamanı aydın olmuşdur 
ki, fransız və ya danimarkalı  vətəndaşlar özlərinin asudəvaxtlarını 
daha çox kafe və barlarda keçirirlər. Braziliyalılar, meksikalılar, 
argentinalılar isə futbolla məşğul olur, karnavallarda iştirak etməyi 
sevirlər.  Ərəblər, yaxud pakistan-lılar öz evlərində  tətbiqi 
yaradıcılıqla məşğul olmağı daha çox sevirlər. Milyonlarla dindarlar 
isə kilsələrdə, məscidlərdə, sinaqoqlarda və başqa dini ibadət 
yerlərində keçirilən məra-simlərdə  iştirak etməyə daha çox üstünlük 
verirlər [72, s.34]. Azərbaycanlıların bir hissəsi isə çayxanalarda 
yaxınları ilə ünsiyyətə girməyə üstünlük verirlər. 

 
 
201
Lakin ABŞ,  İngiltərə, Kanada və başqa inkişaf etmiş kapitalist 
ölkələrində  mədəni asudəvaxt  ənənələri özünü daha əhatəli  şəkildə 
büruzə verir. Bu ölkələrdə dini mərasimlərə  də diqqət yetirilir, 
kafelərə  və idman oyunlarına qatılmaq marağı da güclüdür. Minlərlə 
gənclər tətbiqi incəsənət yaradıcılığı ilə  də  məşğul olurlar. Bu 
ölkələrin mədəni asudəvaxt mərkəzlərinin elmi-texniki əhatə dairəsi 
bütün maraqların ödənilməsinə imkan yaradır. 
Deməli, hər bir ölkənin elmi-texniki inkişaf səviyyəsi, sosial və 
mənəvi inkişafı  mədəni asudəvaxt mədəniyyətinin inkişafına birbaşa 
təsir edir, onun ənənəvi fəaliyyət istiqamətlərini müəyyənləşdirir. 
Adı  çəkilən ölkələrdə asudəvaxt mədəniyyətinin rəngarəngliyi 
onlardakı demokratik mühitin, iqtisadi şəraitin başqa yerlərdən daha 
fərqli olmasından da asılıdır. Digər tərəfdən inkişaf etmiş bu ölkə-lərə 
dünyanın hər yerindən insanların daha fəal olan kateqoriyalarının 
emiqrasiyası mövcuddur. Onların  ənənələri, mədəniyyətləri, sosial 
fəaliyyətləri hesabına inkişaf etmiş ölkələrdə  rəngarəng asudəvaxt 
mədəniyyəti təşəkkül tapmışdır. 
Amerika Birləşmiş 
Ştatlarında, yaxud Kanadada milli 
mədəniyyətlərarası inteqrasiya azad mədəni asudəvaxt fəaliyyəti 
mühiti yaratmışdır. Mənəvi tələbatın bütün tələblərinin ödənilməsi 
üçün mövcud olan mühit hər bir fərdə öz biliyini artırmaq, həvəskar 
birliklərdə yaradıcılıqla məşğul olmaq, milli bədii-estetik irsin 
öyrənilməsi istiqamətində  fəaliyyət göstərmək  şəraiti yaradır. Eyni 
zamanda mədəni asudəvaxt mərkəzlərində insanlar incəsənət  əsərləri 
ilə tanış olur, idman bölmələrində sağlamlıq prosesini yaşayır, maraqlı 
görüşlərin iştirakçılarına çevrilirlər. 

 
 
202
Adı  çəkilən kapitalist ölkələrindən aşağıdakı istiqamətlərdə 
fəaliyyət göstərən mədəni-asudəvaxt sferası formalaşmışdır: 
1.
 
Milli mədəniyyət parkları, təbii-tarixi  əhəmiyyətli istirahət 
zonaları, meşələr və s. mənzərəli əyləncə guşələri yaradılıb; 
2.
 
Xüsusi qurğularla təchiz olunmuş istirahət bazaları, idman və 
əyləncə kompleksləri bir çox mədəni asudə-vaxtın səmərəli 
təşkilinə dair işlər görür. Həmin asudəvaxt mərkəzləri 
aşağıdakılardır: 
-
 
idman-tamaşa müəssisələri, idman-konsert kompleksləri, 
basketbol, beysbol, futbol, xokkey əraziləri, stadionlar, idman 
klubları, maşın yarışları  təşkil olunan motodromlar və s. 
idman tamaşa müəssisələri kompleksinə daxildir. 
-
 
İdmanla daha fəal  şəkildə  məşğuliyyət bazaları: Çimərliklər, 
qayıqlar olan stansiyalar, buz üzərində oyun obyektləri, 
üzgüçülük bölmələri, güləş, karate, dzüdo zalları  və s. həmin 
baza kompleksinə aiddirlər. 
-
 
Rekreativ  əyləncə  mərkəzləri  əsasən bağları,  şəhər parklarını, 
uşaq  əyləncə meydanlarını, zooparkları, attraksionların 
məşğul olduqları evləri və  şəhərcikləri, gülüş otaqlarını, 
kompüter mərkəzlərini və s. əhatə edir. 
3.
 
Bu ölkələrdə idman komplekslərindən başqa mədəni 
asudəvaxt yaradıcılıq mərkəzləri və digər mədəniyyət 
müəssisələri də vardır, sirklər, estrada konsert  mərkəzləri və 
s. fəaliyyət göstərir. Təqaüdçülərin, peşəkarların, gənclərin, 
dindarların, ailələrin və s. sosial təbəqələrin mədəni 
asudəvaxtını  təşkil edən klublar hər bir fərdə differensial 
şəkildə yanaşmaqla mənəvi tələbatları ödəmək üçün konkret 
işlər görürlər. Bu tələbatları ödəmək üçün diskoklublar, xor, 

 
 
203
xoreoqrafiya, bədii yaradıcılıq mərkəzləri və studiyaları 
fəaliyyət göstərir. 
Ümumi maraqları olan insan birliklərinin mədəni asudə-vaxt 
fəaliyyətlərini tənzim etmək və səmərəli etmək üçün həvəskar 
yaradıcılıq birlikləri təşkil olunur. 
Fəaliyyətdə olan mədəni asudəvaxt mərkəzlərinin nəzdində 
kitabxanalar, oxu zalları, musiqili-maarifçilik salonları, 
lektoriyalar, məsləhət-informasiya mərkəzləri və s. yaradılır. 
4.
 
Asudəvaxtın səmərəli təşkilində mehmanxana-turist 
müəssisələri də maraqlı  iş  ənənələrinə malikdirlər. Bu 
müəssisələr sırasına otelləri, turist komplekslərini, ekskursiya 
mərkəzlərini, dəniz səyahətlərini təşkil edən istirahət 
bazalarını  və  əyləncə  mərkəzlərini, turist qatarlarını  və s. aid 
etmək olar. 
İnkişaf etmiş kapitalist ölkələrində  mədəni asudəvaxtın turizm 
forması XX əsrin 60-cı illərindən daha güclü təşəkkül tapmağa 
başlamışdır. Müasir dövrdə isə  həmin turizm asudəvaxt forması artıq 
əksər insanların mədəniyyət normasına çevrilmişdir. Amerika, 
İngiltərə, Kanada, Avstraliya və başqa inkişaf etmiş dövlətlər həmişə 
turizmin inkişafı üçün böyük məbləğdə  vəsait ayırmışlar. Məsələn, 
İngiltərədə nəşr olunan “Ekonomist” jurnalında verilən məlumata görə 
1959-cu ildə bu ölkədə turizmin inkişafı üçün 310 milyon funt 
sterlinq, 1979-cu ildə 5.9 milyard funt sterlinq, 1989-cu ildə 22.7 
milyard funt sterlinq məbləğində pul ayrılmışdır. Göründüyü kimi, 
ildənilə turizmin inkişafı üçün dövlət tərəfindən nəzərdə tutulan 
vəsaitin miqdarı artırılmışdır [97, № 776, 1991]. 

 
 
204
Ümumiyyətlə, mədəni asudəvaxtın təşkili məsələsi inkişaf etmiş 
ölkələrdə insanın mənəvi fəaliyyət azadlığına təminat yaradan amil 
kimi qiymətləndirilir. Vaxtilə sabiq ABŞ prezidenti Bill Klinton 
özünün növbəti seçki kompaniyasında mədəni asudə-vaxtın 
ənənələrinin əhəmiyyətindən bəhs edən geniş proqramla çıxış etmişdir. 
O, uşaq və yeniyetmələrin,  əlillərin, qocaların və başqa sosial 
qrupların asudəvaxt sferasının inkişafı üçün dövlət təminatının 
yaradılmasının vacibliyindən danışmışdır [74, s.88]. 
ABŞ-da, Böyük Britaniyada və başqa ingilis dilli ölkələrdə 
mədəni asudəvaxtın tərbiyə potensialından daha səmərəli istifadə 
olunması üçün son on ildə xüsusi ənənəvi sistem formalaşmışdır. 
Həmin sistemin ictimai və dövlət tələbləri aşağıdakı  vəzifələr üzrə 
müəyyənləşdirilmişdir: 
-
 
Milli mədəniyyətin  ən qiymətli nümunələrinin dövlət 
tərəfindən mühafizə olunması,  ənənəvi xalq yaradıcılığının 
qorunması və inkişaf etdirilməsi; 
-
 
Mədəni asudəvaxt infrastrukturlarının funksional fəaliyyətinə 
dövlət tərəfindən təminat yaradılması; 
-
 
Əhalinin asudəvaxtının təşkili üçün müəssisələr, təşkilatlar, 
ictimai və sosial institutlar tərəfindən vergi imtiyazların 
müəyyənləşdirilməsi; 
-
 
Uşaq və yeniyetmələrin, gənclərin, eyni zamanda yaşlı  nəslin 
bədii-estetik tələbatını ödəyə biləcək, hər bir sosial qrupun 
mənəvi tərbiyəsinə  təminat yaradacaq birbirinə alternativ olan 
müxtəlif proqramların hazırlanması. 
Maraqlıdır ki, əhalinin mədəni istirahətinin təşkili məsə-ləsi 
ABŞ-da,  İngiltərədə, Kanadada, CAR-da, Avstraliyada, Yeni 
Zelandiyada dövlət siyasətinin tərkib hissəsi kimi qiymətləndirilir [72, 

 
 
205
s.90]. Məsələn, bu məqsədlə 1981-ci ildən 1993-cü ilə  qədər ABŞ-da 
44 dəfə milli, ictimai, dövlət  əhəmiyyətli mədəniyyət proqramları 
hazırlanmışdır. Həmin proqramlarda nəzərdə tutulanlar əsasən 
aşağıdakılardan ibarətdir: 
-
 
uşaqların, qocaların və  əlillərin asudəvaxt infrastrukturunun 
nəzərə çarpacaq dərəcədə artırılması; 
-
 
təhsil müəssisələrinin, parkların, muzeylərin, teatrların, 
filarmoniyaların və başqa konsert müəssisələrinin tərbiyəvi-
pedaqoji məqsədlər daşıyan mədəni asudəvaxt fəaliyyət 
formalarının istiqamətlərinin müəyyənləşdirilməsi; 
-
 
əhalinin müxtəlif sosial qruplarının asudəvaxtlarının 
səmərəliliyinə 
təminat yaradan mehmanxana 
komplekslərindən, stadionlardan, tennis otaq və 
meydançalarından, çimərliklərdən, sağlamlıq mərkəzlərindən 
və başqa  əyləncə müəssisələrindən istifadə olunmasının 
formaları; 
-
 
görkəmli alim və  təcrübəli mədəniyyət xadimlərinin mədəni-
asudəvaxtın təşkilinin elmi əsaslarla hazırlanmasına, bu sahə 
üzrə peşəkar mütəxəssislərin yetişdirilməsinə cəlb edilməsi. 
Göstərilən məzmunlu proqramın realizə olunması üçün dövlət 
sənaye və tikinti korporasiyalarını, bankları, fermerlər birliklərini, 
dini icmaları, elmi assosiasiyaları, müəllimləri, həkimləri, incəsənət 
xadimlərini bu əhəmiyyətli işin ümumi şəkildə icrasına cəlb edir. 
Proqramın həyata keçirilməsində  mədəniyyət müəssisələri, idman 
cəmiyyətləri, yardım cəmiyyətləri və  təşkilatları, varlı  şəxslər və s. 
yaxından iştirak edirlər.  Əslində qeyd olunan ictimai təşkilatlar 
mədəni asudəvaxt xidmətinin xüsusi sektorlar vasitəsi ilə inkişaf 
etməsinə  təminat yaradırlar. Mədəniyyət müəssisələrinin fəaliyyət 

 
 
206
göstərən xüsusi sektorları  gənclərin asudəvaxtını  təşkil etmək üçün 
öhdəliklər götürür, bu sahəyə aid hazırlanmış dövlət proqramlarının 
realizə olunmasına yaxından yardım edirlər. Məsələn, Böyük 
Britaniyada xüsusi sektorlara aid olan mədəniyyət müəssisələrinin 
tərbiyəedici və maarifləndirici fəaliyyəti  əvvəlcədən dəqiq olaraq 
proqramlaşdırılır. Ölkə  əhalisinin gəlirinin 30%-i asudəvaxt 
fəaliyyətinin müxtəlif formalarının təşkilinə  və onun əyləncə 
xarakterli mallarının,  əşyalarının alınmasına sərf olunur. Burada 
aparılan sosioloji tədqiqatlara görə son 20 ildə özəl sektorda mədəni 
asudəvaxt xidməti 36 faiz artmışdır. Bu da onu göstərir ki, özəl 
mədəniyyət mərkəzləri həm özləri mədəni asudəvaxt xidmətindən 
bəhrələnir, həm də asudəvaxtın hərtərəfli səmərəliliyinə  təminat 
yaradırlar. Bu baxımdan  İngiltərədə  fəaliyyət göstərən gecə klubları 
xüsusi əhəmiyyət kəsb edir.  
Müasir ingilis gənclərinin mədəni asudəvaxtının təşkilində 
diskotekaların da rolu çox böyükdür. Diskotekaların demək olar ki, 
əksəriyyəti özəl sektora aiddir. Məsələn, Tele incəsənət evinin elitar 
diskotekasını Frans Raux adlı  şəxs idarə edir. Gənclərin asudə-
vaxtlarında onların istirahət və  əyləncələrinin səmərəli təşkilində 
Frans Rauxun böyük təcrübəsi vardır. 
Maraqlıdır ki, insanlarda mədəni asudəvaxt mərkəzlərinə getmək, 
onun proqramlarının fəal iştirakçısı olmaq çox zaman adət xarakteri 
daşıyır. Təbii ki, bu adətləri onlarda əsasən mədəni asudəvaxt 
mərkəzləri özləri yaradır. Azərbaycan tədqiqatçı alimlərindən biri olan 
Mobil Aslanlı çox haqlı olaraq demişdir ki, “adətlər insanın elə  iş 
hərəkətlərinə deyilir ki, bunlar insanın ehtiyacına, tələbatına çevrilmiş 
olur. Müəyyən  şəraitdə insan bu iş  və  hərəkətləri icra etmədən dura 
bilmir, icra etmədikdə insanda daxili bir narahatlıq  əmələ  gəlir. Ona 

 
 
207
görə  də insan adət etdiyi işi nə cür olursa-olsun yerinə yetirməyə 
çalışır” [5, s.218]. 
Təbii ki, söhbət mənəvi-əxlaqi keyfiyyətləri inkişaf etdirən 
adətlərdən gedir. Belə keyfiyyətlərin formalaşması isə  mədəni 
asudəvaxt mərkəzlərinin insanlara təqdim etdikləri işin məzmun və 
məqsədindən daha çox asılıdır. Məlumdur ki, mədəni vərdişlər 
insanların bir-biri ilə münasibətlərini tənzimləyən  əxlaq normalarının 
xüsusiyyətlərindən çox asılıdır.  Əxlaq normalarının xüsusiyyətlərini 
isə ictimai münasibətlər,  əlaqələr müəyyən edir. Bu baxımdan 
asudəvaxt mərkəzləri bütün fərdi keyfiyyətləri, o cümlədən  şəxsi 
əxlaqi xüsusiyyətləri də üzə  çıxarmaq imkanına malikdir. Çünki 
mədəni asudəvaxt mərkəzlərində heç bir fərd ictimai nəzarətdən və 
münasibətdən kənarda qalmır. Hamı daima bir-birinin diqqət 
obyektinə çevrilir. Hər bir fərd diqqət obyekti olduğunu özü də hiss 
edir. Elə buna görə  də o ictimai əhatədə özünün ən yaxşı 
xüsusiyyətlərini nümayiş etdirməyə çalışır. Nəticə etibarı ilə bu 
nümayişetdirmə vərdişə, əxlaq normasına və ənənəvi mədəni davranışa 
çevrilir. 
Professor M.Muradxanov uşaqları 
həyatdakı 
mədəni 
davranışlarına görə 3 qrupa bölmüşdür: 
1.
 
Düzgün davranış haqqında aydın anlayışı olanlar, ona uyğun 
və düzgün hərəkət edənlər; 
2.
 
Düzgün davranış haqqında anlayışı olduğu halda bu anlayışa 
əks hərəkət edənlər; 
3.
 
Düzgün hərəkət haqqında anlayışı olmayan və düzgün hərəkət 
etməyənlər. 

 
 
208
Onun fikrincə, bunlardan birincisinin əxlaqi biliyi artıq  əqidəyə 
çevrilmişdir.  İkincisinin isə kifayət qədər  əxlaqi təcrübəsi yoxdur. 
Üçüncüsünün isə  həm  əxlaqi tərbiyəsi, həm də düzgün əqidəsi və 
təcrübəsi yoxdur [103, s.84]. 
Bu qrup bölgüsü mədəni asudəvaxt mərkəzləri üçün də 
differensial olan maraqlı  həyat faktorudur. Həmin faktora uyğun 
olaraq mədəni asudəvaxt mərkəzlərində  fərdi xüsusiyyətlərin nəzərə 
alınması metodiki iş  ənənələrindən birinə çevrilmişdir. Maraqlıdır ki, 
dünyanın hər yerində  fərdi yanaşma üsullarına, differensial metodlara 
daha çox üstünlük verilir. Fərdin ictimai ünsiyyət mühiti onu 
dəyişməyə, daha əxlaqlı olmağa məcbur edir. Məsələn, insan tək 
qalanda daha çox özünü dərk etməyə çalışır, çoxluğun mənəvi 
mühitində isə ictimailəşərək, onu bilavasitə “daxilən sıxan” qeyri-
əxlaqi normalara qarşı  çıxır. Fərd  şəxsiyyət kimi özünün nəyə qadir 
olduğunu nümayiş etdirmək imkanı  əldə edir və  mənən müstəqilləşir. 
Məhz ABŞ-ın,  İngiltərənin, Kanadanın və başqa inkişaf etmiş 
dövlətlərin asudəvaxt mərkəzlərində bu keyfiyyətlərin formalaşmasına 
daha çox üstünlük verilir. Burada həmçinin gənclərin özfəaliyyətinin 
mahiyyətini sadələşdirməyə çalışırlar. Mədəni asudəvaxtın səmərəli 
olması üçün onların özləri tərəfindən təminat yaradılmasına və 
idarəolunmasına cəhd edirlər [138, s.32-37]. Onlar insanların mədəni 
asudəvaxt fəaliyyətini heç də siyasətləşdirmirlər. Əksinə olaraq, insanı 
mənən sərbəstləşdirən  əyləncə elementlərinə daha çox üstünlük 
verirlər. Son illərdə  İngiltərənin bir çox bankları  və korporasiyaları 
ölkədə incə-sənət və  mədəniyyətin səviyyəsini yüksəltmək üçün ayrı-
ayrı 
mədəniyyət müəssisələrini maliyyələşdirmək 
ənənələrinə 

 
 
209
qoşulmuşlar. Mədəniyyətin inkişafına göstərilən bu qayğını milli 
maraqların təminatı kimi qiymətləndirirlər. 
İqtisadi inkişaf etmiş ölkələrdə asudəvaxtın mədəni təşkili ilə 
təkcə  mədəniyyət müəssisələri deyil, həm də  məktəblər, elmi 
müəssisələr, ekologiya təşkilatları da məşğul olurlar. Çünki bu 
ölkələrdəki  ənənələr milli və dövlət maraqları  əsasında inkişaf edir. 
Təbii ki, ilk növbədə asudəvaxtın səmərəliliyi prinsipləri dövlət 
maraqlarına  əsaslanır. Belə ki, asudəvaxt mərkəzlərində  aşkar olunan 
istedadlı  uşaq və yeniyetmələr ölkənin gələcək intellektual potensialı 
kimi qiymətləndirilir və onlara xüsusi qayğı göstərilir. 
Mədəni asudəvaxtın hər bir fərdin  şəxsi potensialını üzə  çıxaran 
bir vasitə olduğunu rus alimi  V.D.Ponamaryov da xüsusi olaraq qeyd 
etmişdir. Onun fikrincə  hər bir əyləncəli oyun forması ayrı-ayrı 
şəxslər arasında mədəni ünsiyyət yaratmaqla yanaşı, adamların fərdi 
sosial-mədəni potensialını  aşkar edir [120, s.16]. Mədəni asudəvaxt 
ərzində yaranan ünsiyyət insanlararası  əlaqəni intensivləşdirməklə 
yanaşı, fərdi intellektual səviyyəsi, mənəvi-əxlaqi keyfiyyəti, bədii-
estetik zövqü, əqli-fiziki inkişafı təmin edən əsas vasitəyə çevrilir. Bu 
baxımdan ABŞ-da yaradılmış “Disneylend” parkının böyük iş 
təcrübəsi və mədəni asudəvaxt ənənələri vardır. 
Disneylend parkı  hələ 1955-ci ildən fəaliyyətə başlamış, həmin 
ildən indiyə  qədər fantastik əyləncə  şəhərciyinə çevrilmişdir. Artıq 
həmin parkın  əyləncəli oyunlarının Mikki Maus, Ördək, Donald Dak, 
Pluto, Bembi, Alisa kimi fantastik qəhrəmanları dünya uşaqlarının 
dilinin əzbəri olmuşdur. Çünki bu əyləncəli oyunlar həm də cizgi filmi 
şəklində dünyanın hər yerinə yayılmışdır. 

 
 
210
İngiltərə  məktəblərində müxtəlif məzmunlu dərnəklər fəaliyyət 
göstərir. Məsələn, bu ölkənin cənub  şərqində yerləşən Midlendin 
məktəblərində çoxlu rəqs dərnəkləri mövcuddur. Burada müəllimlər 
uşaqlarla məşğələləri onların yaş xüsusiyyətlərinə uyğun olaraq təşkil 
edirlər. Kiçik yaşlı uşaqlarda ritm duyğusunun inkişaf etdirilməsi üçün 
onlarla pambıq üzərində  rəqs etmək üsulundan istifadə edirlər. Böyük 
yaşlı  uşaqların isə  rəqs məşğələləri zamanı  tərəf müqabilləri tez-tez 
dəyişdirilir. Bununla da onların müxtəlif xarakterli adamlarla 
ünsiyyətə girmək potensialı genişlənir, həm də  rəqsin mürəkkəb 
proseslərini dəf etmək  ənənəsi formalaşır. Həmçinin rəqs dərnəkləri 
uşaqlarda mövcud olan daxili gərginliyi tez bir zamanda aradan 
götürür və  tədris prosesində müxtəlif fənlərin qavranılmasını 
asanlaşdırır. Məhz mədəni asudəvaxtın bütün müəssisələrdə  səmərəli 
təşkili həmişə müsbət keyfiyyət sonluğu ilə  nəticələnmişdir. Buna 
görə  də  İngiltərədə  mədəni asudəvaxtın təşkili işi ardıcıllıq, 
sistemlilik, prinsipiallıq, baxımından nümunəvi  şəkildə qurularaq 
dünyanın hər yerində kulturoloqların diqqətini cəlb edir. 
Adət və  ənənəyə, tarixi, milli hadisələrə üstünlük verilməsi 
baxımından Fransanın mədəni asudəvaxt mərkəzlərinin işi xüsusi 
olaraq fərqlənir. Məsələn, Fransa burjua inqilabının ildönümünün 
kütləvi  şəkildə bayram edilməsi uzun bir tarixə malikdir. Dünyada ilk 
dəfə olaraq burjua inqilabının ildönümünün teatrlaşdırılması kütləvi 
bayramlara yeni forma və məzmun gətirmişdir. Həmin bayram 1789-cu 
il dekabr ayının 27-dən qeyd olunmağa başlamış  və  ənənəvi olaraq 
indiyə qədər o milli qvardiyanın təşkil olunduğu gün kimi davam edir. 
Bastiliyanın alınması münasibətilə 1790-cı ildən keçirilən 
“Federasiya bayramı” isə Fransanın Mars düzənliyində keçirilir və 

 
 
211
minlərlə insanı özündə birləşdirir. Maraqlıdır ki, həmin hadisədən 
böyük bir tarix keçməsinə baxmayaraq Fransanın mədəni asudəvaxt 
təşkilatları bu hadisədən milli birliyə  təminat yaradan bir vasitə kimi 
istifadə edirlər.İlk gündə olduğu kimi indi də bayram keçirilən 
ərazidə, bədii tərtibatda “Millət”, “Qanun”, “Konstitusiya” sözləri 
yazılmış  şüarlara təsadüf edilir. Bayramın təntənəli mərasim anının 
daha çox diqqəti cəlb edən məqamı  əsgərlərin təntənəli  şəkildə 
andiçmə mərasimidir. Bu zaman silahlardan yaylım atəşi açılır, musiqi 
sədaları altında Fransanın bayraqları başlar üzərinə qaldırılır. Marşlar 
səslənir və təntənəli mahnılar ifa olunur [32, s.20-21]. 
Fransada belə  tədbirlərin ictimai-siyasi əhəmiyyəti nəzərə 
alınaraq onlara dövlət səviyyəsində qayğı göstərilir və bu iş üçün 
kifayət qədər maliyyə  vəsaiti ayrılır. Bayramlar keçirilərkən yüz 
minlərlə əhali onun əsas iştirakçılarına çevrilir. 
Bayramların keçirilməsi prosesinə yüksək peşəkarlıq 
qabiliyyətinə malik olan tərtibatçı  rəssamlar, rejissorlar, bəstəkarlar, 
ssenariçilər cəlb olunur. Dövlət  əhəmiyyəti olan belə bayramlarda 
monumental dekorasiyalardan, canlı  bədii tərtibatdan, döyüş 
texnikasından, musiqidən, teatr maskalarından və s. ifadə 
vasitələrindən istifadə edilir. 
Misallardan göründüyü kimi, fransızlar mədəni asudəvaxtın 
siyasi motivlərinə  də üstünlük verir. Həm xalqın tarixi ənənələrə 
sədaqət prinsipi qorunub saxlanılır, həm də insanların  əyləncəli 
mənəvi tələbatları ödənilir. Kütlələrə çoxlu bayramlar keçirmək 
imkanı yaradılmaqla yanaşı, milli intellektin, xarakterin 
formalaşmasına, cəmiyyətin bütün üzvlərinin mənən zən-ginləşməsinə 
qayğı göstərilir. Məsələn, “Ali varlıq” bayramında Parisin bütün 

 
 
212
küçələri gül-çiçəklə  bəzənir, bütün şəhər  əhalisi səhər tezdən bayram 
şənliklərinə    dəvət olunur. Çağırış  təbil-çilərin və kilsə  zənglərinin 
köməyi ilə yerinə yetirilir. Əhali musiqi sədaları altında Tyulri bağına, 
oradan isə Mars çölünə doğru hərəkət edir. 2400 nəfərdən ibarət olan 
qarışıq xor dəstəsi Mars çölündə müqəddəs andın sözlərini oxuyurlar. 
Andın  əsas ideyasını  təşkil edən “Zalımları  məhv etməli” sözləri xor 
tərəfindən üç dəfə  təkrar olunur. Bundan sonra yüz minlərlə insanlar 
orkestrin müşayiəti ilə  ənənəvi olan “Bərabərlik”, “Qardaşlıq” 
mahnılarını ifa edirlər. Bu emosional vasitələrlə xalqın həyata, 
xoşbəxt gələcəyə olan ümidi artır. 
Fransa asudəvaxtşünasları milli adət və ənənələrlə, tarixi bayram 
və  mərasimlərlə yanaşı, dünyada mövcud olan əyləncə  mərkəzlərinin 
qabaqcıl iş  təcrübəsindən də  məharətlə istifadə etməyi bacarırlar. 
Məsələn, fransızlar hələ 1986-cı ildən ABŞ-da yaradılmış  əyləncə 
mərkəzi “Disneylend”in iş  təcrübəsindən istifadə etməyə başlamışlar. 
Elə  həmin ildə Parisin meri burada da “Disneylend” kimi əyləncə 
mərkəzinin tikinti planını  təsdiq etmiş,  şəhərin  şərq hissəsində 
“Avrodisneylend” adlı  nəhəng  əyləncə kompleksinin inşa edilməsi 
üçün ABŞ-dakı “Uolt Disney” şirkəti ilə müqavilə bağlamışdır. 
Yaxud Parisin yaxınlığında yaradılmış “Metrapolis” adlı  əyləncə 
mərkəzi də  mədəni asudəvaxtın müasir tələblərinə cavab verə bilən 
yeni tipli əyləncə kompleksidir. İndi belə komplekslər ölkənin hər 
yerində  fəaliyyət göstərir.Fransa xalqının istirahət və  əyləncəsi üçün 
kompakt  şərait yaradır. Dövlət tərəfindən yaranan bu əyləncə 
mərkəzləri sistemi başlıca olaraq üç əsas məsələni həll edir: 
1.
 
Baxımsız və ekologiyaya zərər yetirə biləcək yerlər yararlı 
hala salınır. Onlar parklara və başqa  əyləncə  mərkəzlərinə 

 
 
213
çevrilir. Abadlaşdırılmış bu yerlərdə  əyləncə  və istirahətin 
təmiz ekoloji mühiti formalaşdırılır. 
2.
 
Yaradılmış  mədəniyyət və istirahət parklarında insanların 
asudəvaxt məşğuliyyəti, hərtərəfli, kompleks əyləncələrin 
şəraitinin yaradılması üçün ardıcıl işlər aparılır. Xüsusilə
ekoloji təmizliyə malik olan təbiət qoynunda əhalinin istirahət 
və  əyləncəsi üçün müxtəlif forma və metodlardan istifadə 
edilir. 
3.
 
Mədəni asudəvaxt fəaliyyəti zamanı  uşaq və yeniyetmələr 
maarifləndirilir və  təhsil prosesi üçün yardımçı vasitələrin 
təşkilinə xüsusi diqqət yetirilir. 
Fransada mədəniyyət və istirahət parkları məzmun etibarı ilə  çox 
rənkarənkdir. Onların arasında beynalxalq miqyaslı gül sərgiləri 
keçirən, uşaq və yeniyetmələrdə  təbiətə böyük maraq oyadan, onların 
estetik zövqlərini təbiətə  məxsus olan ecazkar gözəlliklərlə inkişaf 
etdirən istirahət parkları da vardır. Parisdəki Florali parkı  məhz öz 
təbii gözəlliyinə  və  fəaliyyət istiqamətinə görə bütün parklardan 
fərqlənir. Park başdan-ayağa gül vadisindən ibarətdir. Gözəlliyi 
insanları heyrətə gətirən bu parkda təbiəti sevənlər, bağbanlar klubları 
və dərnəkləri yaradılmışdır. Xüsusilə, burada uşaqlara təbiət haqqında 
geniş  məlumatlar verilir. Uşaqlar müxtəlif biliklərə yiyələnməklə 
yanaşı, güllərin, çiçəklərin becərilməsi texnologiyasını da öyrənirlər. 
Həmçinin bu parkda sağlamlıq-kurort kompleksi də  fəaliyyət göstərir. 
Qeyd etmək lazımdır ki, Fransada bu tipli komplekslərin sayı 100-dən 
çoxdur. 
Mədəni asudəvaxtın təşkili sahəsində Fransa muzeylərinin də 
rolu çox böyükdür. Burada irili-xırdalı 6 mindən artıq muzey fəaliyyət 

 
 
214
göstərir. Onların arasında Luvr muzeyinin xüsusi iş  təcrübəsi və 
şöhrəti vardır. 250 mindən artıq eksponatı olan bu muzey vasitəsilə 
fransızlar dünya mədəniyyəti və incəsənəti nümunələri ilə yaxından 
tanış olur, tarixi biliklərə yiyələnirlər. 
Eyni zamanda muzeylər uşaq və yeniyetmələrin istedad və 
bacarıqlarının inkişaf etdirilməsi istiqamətində də səmərəli işlər görür. 
Dünya muzeylərinin demək olar ki, əksəriyyətində müxtəlif yaş 
qrupları üçün dərnək və birliklər fəaliyyət göstərir. Ümumiyyətlə, 
xarici ölkələrin mədəni asudəvaxt mərkəzlərində 
uşaq və 
yeniyetmələrin özfəaliyyət yaradıcılığının təşkili dövlət və ictimaiyyət 
tərəfindən həmişə müdafiə olunmuş və maliyyələşdirilmişdir. 
Amerika alimi Con R.Kelli mədəni asudəvaxtın  əhəmiyyətini, 
onun insanın mənəvi aləminə müdaxiləsini yüksək qiymətləndirərək 
bu sahədə ABŞ-da çox böyük işlər görüldüyünü qeyd etmişdir. O 
yazmışdır: “Asudəvaxt  ərzində insanlara Amerikada daha səmərəli 
xidmət göstərmək üçün çox işlər görülmüşdür. Asudəvaxtın böyük 
imkanlarının və potensialının dövlətin və  cəmiyyətin fəaliyyətinə 
tətbiq olunması çox vacibdir. Lakin asudəvaxt sferasının 
zənginləşdirilməsi işi iqtisadiyyatın və  hətta təhsil sisteminin inkişaf 
etdirilməsindən daha çətindir. Məhz mədəni asudəvaxtın tələblərini 
yerinə yetirmək üçün dövlətin ictimaiyyətlə birgə ardıcıl iş aparması 
tələb olunur” [71, s.204]. 
ABŞ-da mədəni asudəvaxtın təşkilinə ölkənin mədəniyyət 
sahəsindəki siyasətinin tərkib hissəsi kimi baxılır. Mədəni asudəvaxt 
insanlar arasında sosial bərabərliyi tənzimləyən, cəmiyyət və dövlət 
daxilində sabitlik yaradan amil kimi qiymətləndirilir. Asudəvaxt 
insanların sosial-mədəni fəaliyyətini daima ictimailəşdirir, hər bir 

 
 
215
fərdi fəallaşdırmaqla onu yaradıcı  şəxsiyyətə çevirir. Yaradıcı 
şəxsiyyətin əsas bəhrəsini isə ilk növbədə cəmiyyət və dövlət qazanır. 
Buna görə  də dövlət istedadlı adamların incəsənət, elm və texnika, 
idman və s. sahələrdə özfəaliyyət yaradıcılığı ilə məşğul olmaları üçün 
bütün mədəni asudəvaxt mərkəzlərində  şərait yaradır. Beləliklə  də, 
bütün bölgələrin, qəsəbə  və  kəndlərin müxtəlif sosial qrupları üçün 
maraqlara uyğun olan özfəaliyyət yaradıcılığı mühiti təşkil olunur. 
Dövlət səviyyəsində istedadlı adamların özfəaliyyət yaradıcılığı 
məqsədli  şəkildə  əlaqələndirilir və qiymətləndirilir. Özfəaliyyət 
yaradıcılığı ilə  məşğul olan uşaq və yeniyetmələrə yüksəlmək, dövlət, 
incəsənət, elm xadimləri kimi yetişmək mühiti formalaşdırılır.  Ən 
istedadlı  gənclər həm dövlət, həm də ictimaiyyətin varlı  iş adamları 
tərəfindən qayğı ilə  əhatə olunur. Onların  ən istedadlılarına xüsusi 
təqaüdlər ayrılır, ali məktəblərə daxil olduqdan sonra isə bu 
istedadların bütün təhsil və  məişət xərcləri ödənilir. Həm dövlət, həm 
də ictimaiyyət özfəaliyyətdə  aşkarlanmış istedadları milli-intellektual 
sərvətlər kimi qiymətləndirir. 
Asudəvaxt təkcə  bədii-estetik tərbiyənin mühiti kimi nəzərdə 
tutulmur, o həm də elmi-texniki yaradıcılığın sferası kimi başa 
düşülür. Məsələn, ABŞ-ın Nyu-York şəhərindəki texnika muzeyində 
onlarla həvəskar dərnək və birliklər fəaliyyət göstərir. Bu dərnək və 
birliklərdə  fəaliyyət göstərən uşaq və yeniyetmələr mexanizatorluğu, 
konstruktorluğu, müxtəlif texniki vasitələri idarə etməyi öyrənir, 
özlərinin fantaziyalarına uyğun olan yeni layihələr hazırlayırlar. 
Onlara ölkənin  ən tanınmış alim və texnikləri rəhbərlik edirlər. Digər 
tərəfdən həmin istedadlı  uşaqlar ayrı-ayrı görkəmli alimlərin 

 
 
216
rəhbərliyi altında müxtəlif simpozium və konfranslarda iştirak etmək 
üçün çıxış və məruzələr hazırlayırlar. 
Dərnək və birliklərdə  fəaliyyət göstərən uşaq və yeniyetmələrin 
yaradıcılığına həsr olunan sərgilər, müsabiqələr, yarışlar,  ənənəvi hal 
almışdır. Bu tədbirlər zamanı  ən istedadlı  uşaqlara müxtəlif 
mükafatlar təqdim olunur, onlar pulla həvəsləndirilirlər.  
Keçmiş SSRİ  məkanında da özfəaliyyət yaradıcılığına xüsusi 
diqqət yetirilirdi. Xüsusilə, Baltikyanı ölkələrdə  fəaliyyət göstərən 
kənd klublarında da müxtəlif özfəaliyyət kollektivləri yaradılırdı. 
Rusiya, Ukrayna mədəniyyət müəssisələrində  də  mədəni asudəvaxtın 
təşkili prosesində özfəaliyyət yaradıcılığı ilə  məşğuliyyətə üstünlük 
verilirdi. Lakin Azərbaycanda, Tacikistanda, Türkmənistanda və 
Qırğızıstanda hər yüz kluba təxminən bir özfəaliyyət kollektivi 
düşürdü [135, s.48]. Özfəaliyyət kollektivləri  əsasən  şəhər və  qə-
səbələrdə, rayon mərkəzlərində  təşkil olunurdu. Ən çox bədii 
özfəaliyyətə üstünlük verilirdi. Müxtəlif bayram və  mərasimlərdə 
bədii özfəaliyyət kollektivlərinin baxış müsabiqələri keçirilir, onların 
qaliblərinə həmkarlar təşkilatlarının diplomları təqdim olunurdu. 
Müasir dövrdə isə sovet imperiyasının dağılması ilə  əlaqədar 
olaraq müstəqillik  əldə etmiş ölkələrdə özfəaliyyət kollek-tivlərinin 
sayı  nəzərə çarpacaq dərəcədə azalmışdır.  Əvvəllər mövcud olan 
sistemin qəflətən dağılması özfəaliyyət kollektivlərinə  rəhbərliyi 
maliyyə imkanlarından məhrum etmişdir. Bu vəziyyəti nəzərə alan 
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi milli dekorativ və 
tətbiqi sənətkarlığın inkişaf etdirilməsi üçün yeni şirnikləndirici, 
maddi maraq yaradan optimal metodlardan istifadə edir. Məsələn, 
2000-ci ilin iyul ayından başlayaraq həmin nazirlik “Kaspian Trans Ko 

 
 
217
İnk”  Şirkəti ilə birlikdə xalça, oyma-döymə, tikmə  və musiqi alətləri 
bölmələri üzrə  mərhələli baxış – müsabiqələr keçirmişdir. Baxış 
müsabiqəyə Azərbaycanın 52 rayonundan 569 müəllifin 7342 əl işi 
təqdim olunmuşdur. 
Ən maraqlı  cəhət baxış müsabiqəsinin maddi maraqlar üzərində 
qurulması olmuşdur. Müsabiqənin hər bölməsi üzrə 2000 ABŞ dolları 
məbləğində I mükafat, 1500 ABŞ dolları  həcmində II mükafat, 1000 
ABŞ dolları  məbləğində III mükafat və 200 dollar həcmində 
həvəsləndirici mükafat qaliblərə təqdim edilmişdir [110, № 6, s.3-4]. 
Bu fakt onu göstərir ki, artıq Azərbaycan asudəvaxtşünaslığı 
xarici ölkələrdə mövcud olan həvəsləndirmə  təcrübəsindən istifadə 
etməklə  həm xalq sənətkarlığının inkişaf etdirilməsi üçün zəmin 
yaradır, həm də müxtəlif qrup yaradıcı insanları, eləcə  də kütlələri 
yeni ünsiyyət mədəniyyətinə  cəlb edir. Keçirilən baxış müsabiqədə 
tamaşaçı kimi iştirak edən insanların da asudəvaxt büdcəsindən 
səmərəli istifadə etmək marağı artır. Tədbirlərin gedişatı prosesində 
xüsusilə, uşaq və yeniyetmələrin özlərinin mənəvi tələbatlarını 
ödəmək imkanı yaranır. Onlarda külli miqdarda pul mükafatına layiq 
görülən qaliblərə qibtə hissi baş qaldırır. Qibtə hissi isə  uşaqlarda öz 
istedad və bacarıqlarını  sınamaq marağı oyadır. Hər bir yeniyetmə 
fərdin daxilində  mədəni asudəvaxtı daha səmərəli keçirmək, yaradıcı 
proseslərin öncülü və qalibi olmaq istəyi artır. Bu prosesin iştirakçısı 
olan uşaq və yeniyetmə maddi və  mənəvi sərvətləri düzgün 
qiymətləndirmək bacarığına yiyələnir.  
Etiraf edək ki, respublikamızda inkişaf etmiş xarici ölkələrin 
mədəni asudəvaxt mərkəzlərinin iş  təcrübəsindən hələ tam şəkildə 
istifadə etmək imkanı yaranmamışdır. Birinci, ona görə ki, xarici 

 
 
218
ölkələrin asudəvaxt mərkəzlərinin iş təcrübəsi indiyə qədər kulturoloq 
alimlərimiz tərəfindən lazım olan səviyyədə tədqiq edilməmişdir. 
İkinci səbəb isə  həmin təcrübənin bizə  bəlli olan nümunələrini 
respublikamızın mədəni asudəvaxt mərkəzlərinin işinə  tətbiq etmək 
üçün mövcud olan maddi-texniki çətinliklərin hələ aradan 
qaldırılmamasıdır. Məhz beynəlxalq təcrübənin öyrənilməməsi və ya 
onların tətbiqinə imkanların olmaması mədəni asudəvaxt fəaliyyətində 
şablonçuluq yaradır. 
Şablonçuluq hələ sovet asudəvaxtşünaslığında da geniş 
yayılmışdı. Bu da ölkənin beynəlxalq aləmdən ayrı düşməsi ilə 
əlaqədar idi. Hətta kütləvi bayramlar da şablon üsul və metodlarla 
teatrlaşdı-rılırdı. Kütləvi bayram tamaşaları rejissoru A.D.Jarkov yeni 
axtarışların vacibliyini qeyd edərək yazmışdır: “Hər dəfə yeni faktlar 
tapmaq, tamaşaçılara bilmədiklərini öyrətməyə kömək etmək 
vacibdir…  
Gerçəkliyin bu və ya digər hadisələrinin təsvirini vermək çətin 
işdir.Lakin buna baxmayaraq, cəsarətlə eksperiment aparmaq lazımdır. 
Yoxsa ssenari müəllifləri 
şablonçuluqdan, gerçəkliyin 
əks 
etdirilməsinə stereotip yanaşmadan yaxa qurtara bilməzlər. Təəssüflər 
olsun ki, bunlar hələ klub müəssisələrində mövcuddur” [68, s.189]. 
Asudəvaxtın daha səmərəli təşkil olunması  təkcə  mədəni 
mərkəzlərin işçilərini deyil,eləcə  də bütün cəmiyyət üzvlərini 
düşündürməlidir. Həmçinin təhsil müəssisələri bu qlobal problemin 
düzgün həll olunması üçün beynəlxalq təcrübəyə  əsaslanaraq 
şagirdlərin mədəni asudəvaxtının daha səmərəli keçməsi qayğısına 
qalmalıdırlar.  

 
 
219
Əldə olunan mənbələrdən məlum olur ki, ABŞ-da və başqa 
iqtisadi inkişaf ölkələrində  təhsil müəssisələrinin sosial vəzifələrinin 
genişləndirilməsinə xüsusi diqqət yetirilir. Mədəni asudəvaxt 
mədəniyyətindən daha səmərəli istifadə olunmasında məktəblərin rolu 
çox böyükdür. Xüsusilə, daha fəal uşaqların özlərinin 
təşkilatçılığından istifadə edərək məktəblər müxtəlif  əyləncəli 
tədbirlər həyata keçirir, uşaqlarda asudəvaxt mədəniyyətinin 
formalaşmasına yardımçı olurlar. Təhsil sistemində  mədəni asudəvaxt 
prosesinin iştirakçısı olan uşaqlarda aşağıdakı  fərdi cəhətlər aktiv 
şəkildə inkişaf edir: 
1.
 
Uşaqlarda maddi və  mənəvi mədəniyyət nümunələrini 
qiymətləndirmək və onların mühafizə olunmasına qayğı 
göstərmək vərdişləri aşılanır; 
2.
 
Mədəni asudəvaxt imkanlarından istifadə edərək uşaqlar 
təbiətin rəngarəngliklərini daha  geniş mənada dərk edir, onun 
gözəlliklərini duyub mənən zənginləşirlər; 
3.
 
Özləri üçün daha münasib mədəni asudəvaxt fəaliyyəti 
forması seçmək qabiliyyətinə malik olurlar; 
4.
 
Mədəni asudəvaxt fəaliyyətinin səmərəsini və qiymətini 
şüurlu  şəkildə  dərk edir, onun fəal iştirakçısı olmağın 
mahiyyətini anlayırlar [72, s.121]. 
Sevindirici haldır ki, son dövrlərdə Azərbaycan pedaqoji elmində 
də, təhsil sistemində  də asudəvaxtın səmərəli təşkilinin  əhə-miyyətinə 
aid fikirlər söylənilir. Pedaqoq-alim Mobil Aslanlının fikrincə, 
“Asudəvaxtın səmərəli təşkili məktəblərin həyat fəaliyyətinin 
müəyyən növlərini həyata keçirmək üçün – istirahət etmək və  təhsil 
prosesində  sərf olunmuş enercisini bərpa etmək, habelə ailədə  və 

 
 
220
yoldaşlarla ünsiyyət etmək üçün, gündəlik həyat fəaliyyəti üçün 
mütləq olan fiziki və zehni qüvvə qabiliyyəti hərtərəfli inkişaf 
etdirmək üçün zəruri vaxt məkanıdır [5, s.235]. 
İnkişaf etmiş xarici ölkələrdə  məktəblilərin asudəvaxtlarını 
ictimai sərvətə çevirmək üçün konkret əməli işlər görülür. Məsələn, 
Amerikada fəaliyyətdə olan mədəni asudəvaxt mərkəzlərinin çoxunda 
məktəbli uşaqlar üçün təbiətsevərlər klubları yaradılmışdır. Klubun 
üzvləri yaşadığı  ərazilərin ekoloji problemləri ilə tanış olur, onların 
aradan qaldırılması üçün bir sıra  əməli işlər görürlər. Uşaqların 
parklara, meşələrə, dəniz və göl kənarına səyahətlərini və gəzintilərini 
təşkil etməklə  həm onların təbiət haqqında – gördükləri ağaclar, 
bitkilər, heyvanat aləmi və s. haqqında bilgilərini artırır, həm də 
ekologiyanın tullantılardan təmizlənməsində, çirklənmənin qarşısının 
alınmasında onlardan bir güc kimi istifadə edirlər. 
Uşaqlar  ərazilərdən topladıqları  dəmir qırıntılarını,  şüşə qab 
tullantılarını  və s. materialları müəyyən məntəqələrə sataraq fəaliyyət 
göstərdikləri klub və  dərnəklərin büdcəsini yaradırlar. Yaradılan 
büdcədən istifadə edərək dünya ölkələrinə səyahət etmək imkanları da 
əldə edirlər. 
Təbii ki, belə bir fəaliyyət formasını Azərbaycanın asudəvaxt 
mərkəzlərində  də yaratmaq mümkündür. Bunun üçün mədəni 
asudəvaxt mərkəzləri məktəb və ailə ilə  əlaqələrini genişləndirməli, 
uşaqların səmərəli asudəvaxt fəaliyyətinə  cəlb olunması üçün bütün 
imkanlardan istifadə etməlidirlər.  
Uşaq və yeniyetmələrin mədəni asudəvaxtının səmərəli təşkilində 
muzeylərin də geniş  fəaliyyət  ənənələri, tarixi təcrübəsi vardır. Heç 
kəsə sirr deyil ki, dünyanın hər yerində  mədəniyyət müəssisəsi kimi 

 
 
221
muzeylər təlim tərbiyə funksiyasının həyata keçirilməsində, tarix, 
təbiət, cəmiyyət və başqa reallıqlar haqqında bilgilərin həm 
yayılmasında, həm də  mənimsənilməsində böyük rol oynayır. Bu 
sahədə ABŞ muzeylərinin iş  təcrübəsinə daha çox diqqət yetirmək 
lazımdır. ABŞ muzeylərində  uşaq və yeniyetmələrlə aparılan işin 
sahələri çox genişdir.  İqtisadi inkişafına görə dünyanın  ən qabaqcıl 
super dövləti olan ABŞ-da YUNESKO-nun verdiyi məlumata görə 30 
mindən çox muzey fəaliyyət göstərir. Bunlar həm dövlət, həm də özəl 
muzeylərdən ibarətdirlər. Profilindən asılı olmayaraq buradakı bütün 
muzeylər ölkənin təhsil müəssisələri ilə qarşılıqlı  əlaqələr yaradırlar. 
Gündəlik fəaliyyətlərini  əks etdirən cədvəl  əsasında uşaq və 
yeniyetmələrlə elmi-kütləvi və  bədii-emosional tədbirlər keçirirlər. 
Hər bir muzeyin profil xüsusiyyətlərinə uyğun olaraq klub və birliklər 
yaradılır.  Bu  klub  və birliklərdə  uşaqlar özlərinin istedad və 
bacarıqlarını inkişaf etdirmək imka-nı  əldə edirlər. Məsələn, ABŞ-ın 
Bruklen  şəhərindəki Təbiət Tarixi Akademiyasının Muzeyi uşaqların 
asudəvaxtının səmərəli təşkili istiqamətində diqqəti cəlb edən mədəni 
ənənələrə malikdir. Muzey hələ 1899-cu ildə  Təbiət Tarixi 
Akademiyasına hədiyyə  şəklində verilən parkda yaradılmışdır. Parkın 
iki mərtəbəli binasında Bruklen muzeyinin uşaq  şöbəsi fəaliyyət 
göstərir. Burada etnoqrafiyaya, tarixə, coğrafiyaya, təbiətşünaslıq 
sahəsinə marağı olan uşaqlar üçün klub və birliklər yaradılmışdır. 
Boston  şəhərində yerləşən uşaq bədii mərkəzi də böyük 
muzeylərin fond materiallarından istifadə edərək məktəblərdə tez-tez 
səyyar sərgilər keçirirlər. Bu sərgilərdə müxtəlif rəssamların nağıllara 
çəkdikləri illüstrasiyalar nümayiş etdirilir. Peşəkar rəssamların işləri 

 
 
222
ilə yanaşı  rəssamlığa maraq göstərən uşaq və yeniyetmələrin 
yaradıcılığına da sərgilərdə xüsusi yer ayrılır. 
ABŞ muzeylərinin nəzdində  uşaq birliklərinin yaradılması 
ənənəvi tarixə malikdir. Burada muzeylər mədəniyyət müəssisəsi kimi 
uşaqların asudəvaxt balansını  əvvəlcədən proqramlaşdırır və onu 
səmərəli yaradıcılıq, məşğuliyyət prosesinə çevirə bilirlər. Hətta 
Berlinqem və Montqomer kimi xüsusi muzeylər də  mədəni asudəvaxt 
mərkəzlərinin funksiyasına daxil olan bütün xidmətləri göstərməyə 
çalışırlar. Həmin muzeylərin  əməkdaşları da öz ölkələrinin gələcək 
intellektual təminatını, yaradıcı potensialını  uşaq və yeniyetmələrin 
hərtərəfli biliyə və bacarığa yiyələnmələri ilə əlaqələndirirlər. 
ABŞ muzeylərinin çoxunda həm uşaqlar, həm də böyüklər üçün 
mədəniyyət və incəsənətə dair silsilə  məşğələlər təşkil olunur. 
Muzeylərdə  uşaq xoru, rəqs və  təsviri incəsənət dərnəkləri, xalq 
folklorunu öyrənən və təbliğ edən birliklər və s. fəaliyyət göstərir. 
ABŞ-ın Boston şəhərindəki elm tipli muzeydə  uşaqlarla aparılan 
iş üç yaş  mərhələsi üzrə müəyyənləşdirilir. 4–9 yaşlarında olan 
uşaqlarla aparılan “Elmi macəralar saatı” proqramı  əyləncəli 
vasitələrlə  uşaqların müxtəlif bilgilərə yiyələnməsinə  şərait yaradır. 
Astronomiya, tarix və mexanika sahələri ilə tanışlıq macəralar 
şəklində dramatikləşdirilir və buna görə  də  uşaqlar üçün mövzunun 
məzmununu anlamaq çətin olmur. 
10 – 16 yaşlı  məktəblilərlə aparılan iş  uşaqların maraqları  və 
istedadlarına uyğun  şəkildə qurulur. Müəllimlər tərəfindən seçilmiş 
istedadlı  uşaqlar müxtəlif elm sahəsində  təcrübələr keçir
konfranslarda çıxışlar etmək üçün məruzələr hazırlayırlar. Muzey 

 
 
223
əməkdaşları onların maraq dairələrinə uyğun olaraq məsləhətlər verir, 
müxtəlif tarixi materiallarla tanışlıqlarına kömək edirlər. 
Muzeydə  uşaqlarla aparılan işin üçüncü mərhələsi “Elmin 
üfüqləri” adlanır, ABŞ-ın tanınmış görkəmli alimləri ilə  uşaqların 
görüşləri, məsləhətləşmələri, məşğələləri və s. tədbirlər keçirilir. 
Çikaqodakı  Təbiətşünaslıq Tarixi muzeyində  də  uşaqların yaş 
xüsusiyyətlərinə uyğun olaraq işlər aparılır.  
Bir çox muzeylərdə “Muzeyin könüllü dostları” cəmiyyətləri də 
fəaliyyət göstərir. Məsələn, Mançestr şəhərindəki elm və texnika 
muzeyində  həmin klubun üzvləri eksponatların qorunub mühafizə 
olunmasında yaxından iştirak edirlər. 
Muzeylərin pedaqoji-tərbiyəvi fəaliyyətinin təşkili Yaponi-yada 
da çox yaxşı qurulmuşdur. Məsələn, Tokio şəhərindəki Asiya mədəni 
mərkəzi 1978-ci ildən bəri muzeylərin eksponat-larının kütləvi şəkildə 
təbliği üçün audiovizual komplektlər hazırlayır. Hər komplekt bələdçi 
kitabçası ilə birlikdə  rəngli slaydlardan, məlumatverici maqnitafon 
lentindən ibarətdir. Belə dəstlərdən biri “Asiya Sakit okean ölkələrinin 
muzeyləri” toplusu adlanır. Həmin toplu 240 rəngli slayddan, ingilis 
dilində  səslənən və  1  saat  30  dəqiqə davam edən musiqi tərtibatı olan 
bələdçi – maqnitafon lentindən ibarətdir. Bu vasitələrlə müxtəlif 
muzeylərin eksponatları haqqında məlumatlar verilir, hər bir adamı öz 
mədəni asudəvaxtını keçirmək üçün seçim qarşısında qoyur. Yuxarıda 
qeyd olunan xidmət sahəsi muzey haqqında xüsusi informasiya 
mərkəzi rolunu oynayır. Təbii ki, belə  mərkəzlərin yaradılması bizim 
ölkədə  də vaxtını muzeylərdə keçirmək istəyənlərə marşrut seçmək 
imkanı verə bilər. 

 
 
224
“Müxtəlif obyektlərin daxil olduğu muzey birliklərində xüsusi 
informasiya mərkəzlərinin yaradılması  məqəsədəuyğundur. Elə burada 
tamaşaçının ekspozisiyanı  və abidəni qavraması üçün bütün hazırlıq 
məsələləri həll oluna bilər. Tamaşaçı bu cür mərkəzdə muzey haqqında 
filmə baxar, baxış üçün əvvəldən daha əlverişli marşrut 
müəyyənləşdirər, məlumat  ədəbiyyatı  və  şifahi məlumat ala bilər” 
[167, s.8]. 
Azərbaycan muzeyşünaslığının tarixi təcrübəsinə istinad etsək, 
görərik ki, hələ ötən əsrin 70-cı illərinin sonundan mədəni asudəvaxtın 
səmərəli təşkili amilinə bizim muzeylərdə  də xüsusi əhəmiyyət 
verilmişdir. 
Xüsusilə, gənclərin istək və maraqlarını, sosial-psixoloji 
xüsusiyyətlərini, fəal işə, müstəqil yaradıcılığa münasibətlərini nəzərə 
alan tarix və diyarşünaslıq muzeyləri mədəni-kütləvi işin müxtəlif 
formalarından istifadə etmişlər. Gəncləri fəal yaradıcılığa, tədqiqat 
işinə, axtarışlara yönəldən dərnəklər, müsabiqələr, maraq klubları  və 
s. təşkil olunmuşdur. Əldə olunan məlumata görə Dövlət Tarix Muzeyi 
hər il məktəblilər üçün 16 dərnək (tarix, arxeologiya və  bədii) təşkil 
etmiş, eyni zamanda muzeydə  “İlk insan cəmiyyətinin tarixi”, 
“Skiflərin və sarmatların arxeologiyası”, “XVII əsr mədəniyyəti və 
incəsənəti” və s. mövzularda konfranslar keçirilmişdir [167, s.19]. 
Burada bir neçə il “Qırmızı  qərənfil” klubu fəaliyyət göstərmiş, 
onların köməyi ilə  “Əmək himni” adı altında məşğələlər təşkil 
olunmuşdur. Hər bir məşğələ üçün muzey tematik sərgi hazırlamış, bu 
sərgi sonralar tədris müəssisələrində, zavodlarda, hərbi hissələrdə, 
respublikanın bir çox rayonlarında da nümayiş etdirilmişdir. Tarix 
muzeyi tərəfindən təşkil olunan tədbirlər zamanı tamaşaçıların 

 
 
225
müəyyən sosial-demoqrafik qruplarının yaş, peşə, təhsil 
xüsusiyyətləri, yaşayış yerlərinin milli-etnik, ənənəvi cəhətləri nəzərə 
alınmışdır. 
İndi də  bəzi muzeylərimiz öz işlərini orta və ali təhsil 
müəssisələri, veteranlar şurası, turist təşkilatları, kitabxanalar, 
mədəniyyət evləri və başqa asudəvaxt mərkəzləri ilə birgə qururlar. 
Muzeylər bu təşkilatlarla birlikdə geniş miqyaslı, rəngarəng kütləvi 
tədbirlər hazırlayır və həyata keçirirlər. 
Müasir  şəraitdə asudəvaxtdan səmərəli istifadə edilməsi mənəvi 
tərbiyənin mühüm amilidir. İnsanların mənəvi tərbiyəsi,  şəxsiyyətin 
fəal həyat mövqeyinin formalaşması tam bir sıra obyektiv və 
subyektiv  şərait və amillərin, bütün həyat tərzinin, ictimai 
münasibətlərin mahiyyətindən irəli gəlir. Belə ki, asudəvaxt təkcə 
istirahət deyil, həm də  hər bir adamın inkişafı, müxtəlif peşə  və 
vərdişlərə yiyələnməsi üçün reallıqdır. 
Hazırda asudəvaxt mədəniyyəti dünyanın hər yerində  mənəvi 
zənginləşmə, biliklərə  və  vərdişlərə yiyələnmə,  əylənmə  və istirahət 
etmə amili kimi qiymətləndirilir. Məhz asudə-vaxt mərkəzləri daima 
müxtəlif sosial-mədəni hadisələr yaratmaqla insanları özünün 
fəaliyyətinə cəlb edir. 
Ümumiyyətlə, mədəni asudəvaxtın sosial probleminə aid olan üç 
əsas cəhəti xüsusi olaraq qeyd etmək lazımdır: 
Birinci cəhət asudəvaxt reallığını yaradan konkret ictimai və 
şəxsi  şəraitin mövcudluğudur.  İctimai və  fərdi həyatın müxtəlif 
mərhələlərində asudəvaxtın miqdarı da müxtəlif ola bilər. Məlumdur 
ki, bəzən həyat  şəraiti asudəvaxtın azalmasına və  hətta onun 
sıxışdırılıb aradan çıxmasına səbəb olur və ya minimum həddə enir. 

 
 
226
Asudəvaxtın bu qeyri ahəngdarlığı ondan məqsədli  şəkildə istifadə 
olunmasında müəyyən çətinliklər yaradır. Buna baxmayaraq hər bir 
şəxsin həm maddi, həm də  mənəvi niyyətlərini duyub ona münasib 
olan asudəvaxt fəaliyyətini hərəkətə  gətirmək və inkişaf etdirmək 
mümkündür. Məhz hər bir fərdə uyğun olan əlverişli münasibətləri 
yaratmaqla onları stimullaşdırmaq, səmərəli ictimai-mədəni fəaliyyətə 
cəlb etmək vasitələrini aramaq lazımdır. Bu məqsədlə  də beynəlxalq 
miqyaslı mədəni asudəvaxt ənənələrinə, dünyanın qabaqcıl mədəniyyət 
mərkəzlərinin təcrübəsinə istinad etmək olar.  
İkinci cəhət, mədəni asudəvaxtın məkan sistemi ilə, onun 
rəngarəng formaları ilə bağlıdır. Belə ki, mədəniyyət müəssisələrinin 
binası, onun yerləşdiyi yer, maddi-texniki, bədii-mənəvi imkanları 
mədəni asudəvaxtın real mühitidir. Bu mühit nə  qədər mədəni, 
cazibədardısa, onun imkanlar diapazonu da bir o qədər genişdir. Belə 
bir mühitin məkanında mədəni asudəvaxtın keyfiyyət fərqlərinin 
rəngarəngliklərini də yaratmaq çətin deyildir. Çünki mühit və  şərait 
müxtəlif formalı asudəvaxt məşğuliyyətləri yaratmaq imkanı verir. 
Üçüncü cəhət, asudəvaxtın mədəni təşkilinə  şəxsiyyətin fərdi, 
emosional münasibətlərini, onun mədəni səviyyəsini, intellektuallığını 
aid etmək olar. Daha doğrusu, mövcud mədəni mühitdən asılı 
olmayaraq fərdi xarakterlə, mentalitetlə, qabiliyyətlə  və insani 
amillərlə bağlı olan davranış normaları, ünsiyyət və  fəaliyyət 
maraqları və s. vardır. Mədəni mühitdə yaşamaq və mədəni sərvətlərin 
əhatəsində olmaq hər bir adam üçün mümkündür. Lakin bu mühitdən 
və  sərvətlərdən hamı eyni dərəcədə  bəhrələnə bilmir. Bəziləri bu 
mühitin daxilində misgin və  fəaliyyətsiz insan kimi görünür. Bəziləri 
isə özlərinin asudəvaxtlarından israfçılıqla istifadə edir və çox zaman 

 
 
227
etik norma-lar həddini də  aşır. Mədəni cəhətdən daha çox inkişaf 
etmiş adam isə öz asudəvaxtının qədrini bilir və ondan səmərəli 
şəkildə istifadə etməyi bacarır. Belə  şəxsiyyətlər asudəvaxtdan 
bəhrələnməyin mahiyyətini  şüurlu  şəkildə anlayır, ondan həm fiziki, 
həm də zehni inkişafı üçün istifadə edirlər. 
Lakin  şəxsiyyətin yüksək mədəniyyətə yiyələnməsi prosesi 
mədəniyyət müəssisələrinin fəaliyyətindən də çox asılıdır. Mədəniyyət 
müəssisələri insanların asudəvaxt balansından istifadə edib onların 
mənən zənginləşməsinə, intellektual səviyyəyə yüksəlməsinə yardımçı 
olurlar. 
Tədqiqatçıların fikrincə, Azərbaycanda ictimai quruluşun 
dəyişməsi son illər asudəvaxtın səmərəlilik anlayışında da müəyyən 
problemlər yaradıb. “Belə ki, istehsalın olmaması, bir çox 
müəssisələrin işləməməsi,  əhalinin asudəvaxtının təşkilini də 
çətinləşdirib. Cəmiyyətdə kütləvi işsizliyin olması  iş vaxtı ilə  işdən 
sonrakı vaxt arasındakı  sərhəddi götürür, vaxtı  mənasızlaşdırır” [114, 
s.18]. Bəzi tədqiqatçıların fikrincə, məhz buna görə  də  cəmiyyətdə 
asudəvaxt anlayışı gözdən düşür. Heç bir məşğuliyyətə malik olmayan 
insanlar  əsas vaxtlarını  əmək birjaları qarşısında iş axtarmağa sərf 
edir, yaxud vaxtı öldürmək xatirinə televizora baxırlar. Belə  təbiətli 
mədəni asudəvaxtda  şəxsiyyətin zənginləşməsinə  təsir edə bilən, 
nəzərə çarpan səmərə baş vermir. 
Qeyd edək ki, dünyanın hər yerində  mədəni asudəvaxtdan 
bəhrələnmək dərəcəsi bütün fərdlər üçün bərabər deyildir. Hər bir 
fərdin özünəməxsus olan sosial fəaliyyət imkanları vardır. Məhz buna 
görə  də  hər bir fərd özünün sosial-iqtisadi vəziyyətinə uyğun olan 
asudəvaxt formaları ilə  məşğul olmağı seçir Bu mənzərəni daha dəqiq 

 
 
228
görmək üçün ABŞ-ın Xarris Syurvey [153, s.332] adlı xidmət 
mərkəzinin apardığı bir tədqiqatın göstəricilərinə diqqət yetirək. Bu 
göstəricidə insan fəaliyyətinin daha geniş sahələri qeyd olunur və 
əhalinin həmin sahələr üzrə vaxt bölgüsü dərəcəsi müəyyənləşdirilir:  
Asudəvaxtın keçirilmə  
formaları 
İştirak etmə dərəcəsi 
 
həmişə 
 
təsadüfi 
Məhdud və ya 
heç zaman 
Yemək 54 
30 
16 
Televizora baxış 41 
34 
25 
Radioya qulaq asmaq 
40 
34 
26 
Kitab oxumaq 
39 
27 
34 
Evdə musiqiyə qulaq asmaq 
39 
37 
24 
Evin ətrafında işləmək 36 
36 
28 
İctimai fəallıq 25 
41 
34 
Seksual fəallıq 25 
41 
34 
Kilsə və ya klub fəaliyyəti 23 
20  57 
Evdən kənar fəaliyyət 21 
26 
53 
Xobbi 20 
20 
60 
İdman 19 
22 
59 
Əlavə pul qazanmaq 
17 
21 
62 
Təhsili davam etdirmək 15 
16 
69 
Evin səliqəsi ilə məşğul olmaq 
15 
44 
41 
Qısa müddətli yuxu 
14 
27 
59 
Heç nə etməmək 13 
24 
63 
İdman oyunlarına tamaşa 13 
25 62 
Kart və başqa oyunlar oynamaq 
12 
26 
62 

 
 
229
Könüllü işlə məşğuliyyət 11 
18 71 
Bədii yaradıcılıq 9 
11 
80 
Kinoya getmək 8 
31 
61 
Musiqi alətlərində çalmaq 


85 
Teatra, musiqili və ya balet 
tamaşalarına getmək 
 

 
23 
 
71 
Diskotekaya getmək 5 

86 
Siyasi fəaliyyət 4 
11 
85 
Əyləncəli oyunlar 


89 
Aparılan bu sosioloji tədqiqat zamanı insanların asudəvaxtlarının 
daha çox öz evlərində və ya evlərinə yaxın olan ərazilərdə keçirmələri 
aşkar edilmişdir. Lakin boş vaxtın mədəni asudəvaxt mərkəzlərində 
keçirilməsinin dərəcəsi heç vaxt aşağı düşməmişdir.  Əksinə olaraq, 
ildən-ilə artmışdır. Xüsusilə, teatrlara, balet tamaşalarına, konsertlərə 
baxanların sayı çoxalmışdır.  Əsasən ABŞ-ın yaşlı  nəsli arasında 
aparılan sosioloji tədqiqatlara görə tamaşaya baxanların göstəricisi 
1986 – 1987-ci illərdə 34.2 faiz, 1987 – 1988-ci illərdə 35.4 faiz, 
1989-cu ildə 35.5 faiz, 1990-cı ildə isə 35.7 faiz olmuşdur [72, s.21]. 
Özəl videotexnika çox sürətlə artmışdır.  Əgər 1984-cü ildə 
əhalinin 38 faizi videotexnikadan istifadə etmək imkanına malik 
olmuşsa, 1989-cu ildə bu faiz 64-ə qalxmışdır. Televiziya texnikasına 
sahib olmaq dərəcəsi isə 98-ə yüksəlmişdir. Bu faktlar bir daha sübut 
edir ki, dünyanın inkişaf etmiş ölkələrində boş vaxtını  səmərəli 
keçirilənlərin sayının artması  əsasən mədəni asudəvaxt formalarının 
rəngarəngliyi ilə əlaqədardır. 
Lakin kulturologiya sahəsində peşəkar kadrların hazırlanması 
məsələsi həmişə bu ölkələrdə problem olaraq qalır. Sosial-mədəni 

 
 
230
fəaliyyətlə  əsasən filosoflar, müəllimlər, həkimlər, psixoloqlar, 
sosioloqlar, iqtisadçılar, incəsənət xadimləri və başqa sənət adamları 
məşğul olurlar. Onlar mədəni-asudəvaxt tədbirlərinin təşkilatçıları 
olmaq üçün universitetlər və kolleclər nəzdində yaradılan bir illik 
təkmilləşmə kursu keçirlər. Bu baxımdan Azərbaycan Respublikası 
mədəniyyət sahəsi üzrə xüsusi təhsil müəssisələrinə malik olmaqla ən 
inkişaf etmiş ölkələrdən öndədir. Respublikamızda kulturologiya, 
mədəni asudəvaxt sahəsi üzrə mütəxəssis hazırlayan həm ali tədris 
müəssisəsi, həm də texnikum fəaliyyət göstərir. Ancaq cəmiyyətdə 
yaranan çətinliklər həmin təhsil müəssisələrinin yetişdirdikləri 
kadrların təşkilatçılıq potensialını üzə çıxarmaq imkanı vermir. Ali və 
ya orta ixtisas təhsilli mədəniyyət işçiləri iqtisadi çatışmazlıqların 
girovuna çevrilməmək üçün çox zaman öz peşələrindən imtina etməyə 
məcbur olurlar. 
Əgər gələcəkdə Azərbaycan dövləti mədəni asudəvaxtın təşkili 
üzrə beynəlxalq  əlaqələr yarada bilsə, həm ölkəmizdə hazırlanan 
peşəkar mütəxəssislərin dünya miqyasında fəaliyyət göstərməsi üçün 
şərait yaranar, həm də  mədəniyyətlərin koordinasiyası prosesi daha 
geniş miqyasda baş verər. Bu əlaqələrdən Azərbaycan dövləti ilə 
yanaşı başqa ölkələr də  bəhrələnə bilər. Hər halda asudəvaxtın daha 
səmərəli təşkili məsələsi bütün ölkələr üçün problem olaraq qalır. 
Asudəvaxtın funksiyaları çox geniş sahəni  əhatə etdiyindən onun 
mahiyyətinə və əhəmiyyətinə də müxtəlif aspektlərdən yanaşılır. 
Bəzən asudəvaxtı “sərbəst vaxt”, “istirahət anı” kimi də 
qiymətləndirənlər vardır.  Əslində  sərbəst vaxt asudəvaxtın zamanıdır, 
onun həyatda olan müddət ölçüsüdür. Sərbəst vaxtın mədəni asudəvaxt 
aləmini isə onun məkanındakı mühit formalaşdırır. “Buna görə  də biz 

 
 
231
sərbəst vaxtdan bəhs edərkən diqqətimizi heç də  sərbəst vaxt büdcəsi 
məsələləri üzərində deyil, əksinə olaraq diqqətimizi həmin vaxt 
ərzində müəyyən mənəvi praktik fəaliyyət üzərində, onun strukturu 
üzərində cəmləşdiririk” [75, s.87]. 
Sərbəst vaxt sistemində asudəvaxt mədəni-mənəvi  əyləncə, 
istirahət, yaradıcılıq və s. fəaliyyət anlarını stimullaşdıran kateqoriya 
kimi nəzərə çarpır. Səmərəli bəhrələnmə amili isə asudəvaxtın  əsas 
kateqoriyasını xarakterizə edir, onun təbiətini aşkarlayır. Məhz bu 
amil vaxtın strukturunun yaradıcı, xeyirli meyarı kimi nəzərə çarpır. 
Bu meyara insanın mənəvi aləmini gözəlləşdirən, onu zehni, fiziki və 
ictimai inkişafa sövq edən fəaliyyət növləri nəzərdə tutulur. Bu 
fəaliyyətlərin səmərəliliyi isə maraqların dərəcəsindən və asudəvaxt 
məkanının mühitindən asılıdır. 
Gənclərin və bütün sosial qrupların maraqlarının müxtəlifliyini 
nəzərə alaraq deyə bilərik ki, mədəni asudəvaxt fəaliyyətinin 
rəngarəng formalarını yaratmadan bütün fərdlərin tələblərini ödəmək 
mümkün deyildir. Çünki hər bir fərdin öz maraq dairəsi və  mənəvi 
tələbatı var. Mədəniasudəvaxt mərkəzləri ardıcıllıqla aparılan sosioloji 
tədqiqatlara  əsaslanaraq hər bir fərdin maraq və  mənəvi tələbatını 
öyrənməlidir. Yalnız aparılan sosioloji tədqiqatlara uyğun olaraq 
fərdin hər birinin asudəvaxtının səmərəli olmasına təminat yaratmaq 
mümkündür. 
Əvvəllər sosioloji, pedaqoji, sosial-psixoloji tədqiqatlar aparmaq 
üçün həm mədəniyyət müəssisələrinin ştatda olan işçilərindən, həm də 
fəallarından istifadə olunmuşdur. Onların vasitəsilə tamaşaçılar 
arasında sorğular keçirilir, əhalinin müxtəlif qruplarının mədəni-
asudəvaxt fəaliyyəti üzərində müşahidələr aparılırdı. 

 
 
232
Aparılan tədqiqatlar göstərir ki, yaş  və sosial qrupundan asılı 
olmayaraq bütün insanlar ünsiyyət vasitələrindən istifadə etməyə 
böyük üstünlük vermişlər.  İnsanlar arasında ünsiyyətə, qarşılıqlı 
anlaşmaya, birgə  həyəcan keçirməyə, müəyyən yaxınlığa meyl çox 
güclü olmuşdur. 
Şəxsiyyətlər arası ünsiyyət olmadıqda asudəvaxtı yadda qalan 
mədəni hadisəyə çevirmək mümkün deyildir. Buna görə  də insanlarda 
olan ünsiyyətə meyllilik mədəni asudəvaxt fəaliyyətini stimullaşdırır, 
onun  əhəmiyyətini artırır. Asudəvaxt  ərzində bir-biri ilə ünsiyyətdə 
olan insanların mənəviyyatında, davranışında, düşüncəsində müsbət 
mənada yeni sosial dəyişikliklər baş verir. Hər bir fərd ictimailəşir, 
sosial yaradıcılıq fəaliyyətinə qoşularaq həm öz həyatında, həm də 
ictimai həyatda yeni keyfiyyət məkanına qədəm qoyur. 
Qeyd edək ki, mədəniyyətin funksionallaşması, onun mənəvi-
estetik potensialının inkişaf etdirilməsi müasir kulturologiyanın 
qarşısında duran başlıca vəzifələrdən biridir. 
Əvvəllər mədəniyyət sahəsi üzrə mütəxəssislərin hazırlığında 
elmi-nəzəri  əsaslardan daha çox təzadlı  təcrübələrə  və kommunist 
partiyasının bir çox qətnamə  və  sərəncamlarına istinad edilirdi. Bu 
gün isə  mədəni-maarif sistemindən kulturologiya sahəsinə keçid 
mücərrədliyi və reallıqlara uyğun gəlməyən təzadlı mövqeləri aradan 
qaldırmağa imkan yaradır.  
Müasir kulturologiya beynəlxalq təcrübədən bəhrələnməklə 
yanaşı, nəzəri və emprik düşüncə  tərzinə, mədəniyyət tarixinin ən 
inkişaf etmiş nümunələrinə  əsaslanır. Kulturologiya elmi mədəniy-
yətin obyektiv və subyektiv dəyərlərini dərindən dərk etməyə, milli 
mədəniyyətlərin ümumbəşəri  əsaslarını  və özünəməxsusluğunu aç-

 
 
233
mağa, xalq yaradıcılığı nailiyyətlərini zənginləşdirməyə  və onları 
mühafizə etməyə, gündəlik həyat fəaliyyətinə estetik məna gətirməyə 
imkan verir. 
Hazırda fundamental kulturologiyaya istinad etməklə  mədəni 
asudəvaxtın təşkilini aşağıdakı istiqamətlər üzrə qurmaq zəruridir:  
-
 
regional mədəni proqramların işlənməsi və həyata keçirilməsi; 
-
 
asudəvaxtın sosial-mədəni təşkili; 
-
 
asudəvaxtın universal mərkəzlərinin fəaliyyətinin təşkili; 
-
 
turizm əsasında asudəvaxtın təşkili və metodikası; 
-
 
incəsənət vasitələri ilə asudəvaxtın təşkili; 
-
 
bədii-kütləvi tamaşalar, mərasimlər, ayinlər və  əyləncəli 
oyunlar vasitəsilə asudəvaxtın təşkili; 
-
 
uşaq və yeniyetmələrlə sosial-mədəni fəaliyyətin təşkili; 
-
 
ailənin asudəvaxtının təşkili; 
-
 
sosial yaradıcılığın pedaqoji və psixoloji cəhətlərinin 
öyrənilməsi; 
-
 
mənəvi və texniki yaradıcılığa olan sosial təminatın 
ödənilməsi və s. 
Kulturologiyanın qarşısında duran bu vəzifələrin həyata 
keçirilməsi mədəniyyət sahələrində çalışan mütəxəssislərin 
peşəkarlığından və onların nəzəri yetkinliyindən çox asılıdır. 
Mədəni-sosial fəaliyyətin  əsas təşkilatçıları olan mütəxəssislər 
əhalinin müxtəlif təbəqələrinin sosial-mədəni tələbatlarının dərindən 
öyrənilməsi üçün əldə olunan nəticələrə uyğun olaraq mədəni-
asudəvaxt fəaliyyəti proqramı hazırlamalıdırlar. Eyni zamanda 
mədəni-sosial fəaliyyətin iqtisadi mexanizmini dəqiqləşdirməlidirlər. 
Mədəni asudəvaxt xidmətinin yeni özəl strukturlarının yaradılmasının 

 
 
234
müasir dövr üçün vacibliyini nəzərə alaraq ABŞ-ın,  İngiltərənin, 
Fransanın, Yaponiyanın, Almaniyanın və başqa inkişaf etmiş ölkələrin 
mədəniyyət müəssisələrinin iş təcrübəsindən bəhrələnməlidirlər. 
Azərbaycanda özəl mədəniyyət müəssisələrinin yaradılmasına 
dair xüsusi dövlət konsepsiyası hazırlanmalıdır. Bu konsepsiyada 
həmin müəssisələri yarada biləcək iş adamlarının kommersiya 
maraqları da öz əksini tapmalıdır. Özəl teatrlar, mədəniyyət sarayları, 
kinoteatrlar, videosalonları,  əyləncə  mərkəzləri, mədəniyyət parkları, 
muzeylər, kitabxanalar, bədii və texniki yaradıcılıq mərkəzləri və s. 
yaradıla bilər. Belə bir özəl mədəniyyət strukturunu yaratmaqla 
mənəvi həyatımızda baş verən durğunluq vəziyyətlərinin aradan 
qaldırılması 
və 
əhaliyə 
mədəni xidmətin keyfiyyətinin 
yaxşılaşdırılması mümkündür. 
Ən başlıcası isə  mədəni asudəvaxtın təşkilinə başqa ölkələrdə 
olduğu kimi Azərbaycanda da dövlət  əhəmiyyətli bir məsələ kimi 
baxılmalıdır. Mədəni asudəvaxt fəaliyyətinə qoşulanların  əksəriyyəti 
bu və ya digər aparıcı sahələr üzrə ölkənin əsas potensialı, yaradıcı və 
işçi qüvvəsi kimi qiymətləndirilməlidir. Məhz insanların asudəvaxt 
ərzində öz istedad və bacarıqlarını inkişaf etdirməsinə, sağlam fiziki 
və  mənəvi güc toplanmasına olan dövlət marağı da yuxarıda qeyd 
olunan prinsiplərə söykənməlidir. 
Məlumdur ki, Azərbaycanda asudəvaxt problemi ən çox bədii-
emosional vasitələrlə həll olunur. Sözsüz ki, bədii-emosional vasitələr 
bütün vəziyyətlərdə insanlara estetik zövq aşılayır. Çünki bədii-
emosional vasitələr insan hisslərini oyadan, oynada bilən təsir 
vasitələrinə malikdir. Hər bir incəsənət  əsərində özünəməxsus bədii 

 
 
235
obraz vardır. Bədii obraz insan duyğularına daha çevik təsir edir, 
düşüncədə, təfəkkürdə yeniliklər yaradan bir vasitəyə çevrilir. 
“Bədii obrazın tərbiyəvi funksiyası onun estetik təbiəti ilə  sıx 
bağlıdır. Bədii obraz incəsənətin insanların ağlına, hisslərinə  və 
iradəsinə ideya-estetik təsirinin  əsas vasitəsidir:  İnsanların ağlında, 
hisslərində  və iradəsində  əks etdirilən faktlara və hadisələrə müəyyən 
ideya-emosional münasibət oyadan və onları  fəaliyyətə  gətirən 
gerçəkliyi dəyişdirməyə sövq vasitədir” [86, s.45]. 
Məhz buna görə  də  bədii emosional vasitələr daima insanın 
mənən kamilləşməsində, gerçəkliyə olan estetik münasibətlərinin 
formalaşmasında xüsusi rol oynayır. Görünür, büna görə  də 
Azərbaycanın asudəvaxt mərkəzlərində incəsənət vasitələri ilə  zəngin 
olan tədbirlərə daha çox üstünlük verilir. 
Lakin mədəni asudəvaxt mərkəzləri kompleks sosioloji 
tədqiqatlar apararkən  şəxsiyyəti formalaşdıra biləcək başqa amillərin 
də rolunun mövcudluğunu görürlər. Xüsusilə, gənc nəsil musiqi və ya 
incəsənətin başqa sahələrinə maraq göstərsələr də, onların texniki 
yaradıcılığa olan tələbatları da vardır. Buraya əsasən gəncləri müx-
təlif peşələrə yiyələndirə bilən dərnək və birliklər aiddir. Gənclərdə 
yeni texniki kəşflər etmək, yeni modellər və konstruksiyalar 
hazırlamaq meyli çox güclüdür. Bu meyl və maraq birlik və 
dərnəklərdə inkişaf etdirildikdə  hər bir gəncə peşəyə yiyələnmək 
imkanını artırır. Tarixi təcrübə göstərir ki, uşaq və  gənclər asudəvaxt 
ərzində məşğul olduqları yaradıcılıq sahələrini həddi-buluğa çatdıqdan 
sonra özləri üçün peşəyə çevirmişlər.  

 
 
236
Bir çox görkəmli konstruktorlar, elm və incəsənət xadimləri 
yaradıcılıq birliklərində, dərnəklərdə göstərdikləri özfəaliyyətə uyğun 
olaraq peşəkarlaşmışlar. 
Bütün bunları  nəzərə alaraq, özəl asudəvaxt mərkəzlərini 
yaratmağın perspektivini görmək mümkündür. Cəmiyyətin iqtisadi 
əsasları inkişaf etdikcə özəl mədəniyyət müəssisələrinin də maddi-
texniki imkanları genişlənəcək, asudəvaxt mədəniyyətinin milli-
mənəvi dəyərlərinin inkiaşfına təsiri artacaqdır. 
Cəmiyyətimizin demokratikləşdiyi bir dövrdə 
gənclərin 
asudəvaxt mədəniyyətinin formalaşması, bu sahədə ortaya çıxan 
obyektiv və subyektiv çatışmamazlıqların aradan qaldırılmasından çox 
asılıdır.  İndi köhnə  şablon iş metodlarından istifadə etmək mümkün 
deyil. Yeni forma və metodların işlənib hazırlanması isə bilavasitə 
kulturologiya elminin müasir dövrün tələblərinə 
uyğunlaşdırılmasından, bu sahəyə aid yeni tədqiqat  əsərlərinin 
hazırlanmasından, onların mədəniyyət müəssisələrinin  əməli işinə 
tətbiq olunmasından çox asılıdır. 
İndi asudəvaxtın daha fəal keçirilməsi üçün dünyanın hər yerində 
elmi-texniki tərəqqinin  ən müasir nümunələrindən istifadə olunur. 
İstər ailələrdə, istərsə  də  mədəni  əyləncə  mərkəzlərində, hətta bir çox 
təhsil müəssisələrində müxtəlif texniki vasitələrdən, trenajorlardan, 
elektron-hesablama texnikasından  əyləncə vasitəsi, yeni vərdiş  və 
biliklərə yiyələnmək imkanı kimi geniş istifadə edilir. 
Tarixi təcrübə köstərir ki, mədəni asudəvaxtın səmərəliliyi onun 
iştirakçılarının fəallıq dərəcəsindən asılıdır. Fəallığın yaranmasının 
əsas meyarı isə istirahət və yaradıcılıq məqsədi ilə asudəvaxt 
mərkəzlərinə  kələnlərin mədəni-sosial proseslərə  cəlb olunmasının 

 
 
237
forma cazibədarlığından irəli gəlir. Tədbirin və ya onun məkanının 
primitiv görkəmi və sönük məzmunu iştirakçıların fəallıq dərəcəsini 
azaldır. 
Məkanın primitivliyinin aradan qaldırılmasının həlli iqtisadi-
maliyyə imkanları ilə bağlı olduğu halda, məzmunun cazibədarlığının 
təminatı 
mədəni-asudəvaxt təşkilatçısının peşəkarlığından 
asılıdır.Təşkilatçı  iştirakçıları real fəaliyyətə  cəlb etmək üçün 
tükənməz yaradıcılıq ideyaları ilə  zəngin olmalı, kütlə  və ya fərdi 
iştirakçılar üçün seçdiyi tədbir formalarının mahiyyətinə, onların 
aktuallığına xususi diqqət yetirməlidir. Keçirdiyi tədbirə yüksək 
emosionallıq gətirməklə onun cazibədarlığını artırmalıdır.Yalnız bu 
yolla hər bir fərdin sosial-mədəni fəaliyyətinin yüksək nəticəsini 
körmək mümkündür. 
Qeyd etmək lazımdır ki, müasir dövrdəki sosial-iqtisadi 
çətinliklərə baxmayaraq milli mədəni  ənənələrimizi davam və inkişaf 
etdirən, kulturologiyanın  əldə etdiyi yeni nailiyyətləri özünün iş 
prosesinə  tətbiq etməyi bacaran asudəvaxt mərkəzlərimiz vardır. 
Bunlardan Bakıdakı  Şəhriyar adına Mədəniyyət mərkəzinin, Qida 
sənaye həmkarlar  İttifaqı Respublika Komitəsinin klubunun, Nizami 
adına mədəniyyət və istirahət parkının və başqalarının fəaliyyətlərini 
xüsusi olaraq qeyd etmək lazımdır. Adı  çəkilən mədəniyyət 
müəssisələri müasir bazar iqtisadiyyatının  şərtlərinə uyğun olan 
mədəni-kütləvi tədbirlər keçirmək imkanları  əldə etmiş, yeni mənəvi, 
texniki-əyləncəli xidmət sahələri yarada bilmişlər. Mədəniyyət və 
istirahət parklarında müasir insanların estetik tələblərinə uyğun olan 
attraksionlar, əyləncə vasitələri yaradılmış, geniş rekonstruksiya işləri 
aparılmışdır. 

 
 
238
Qida sənaye Həmkarlar İttifaqı Respublika Komitəsinin klubu isə 
digər mədəniyyət ocaqlarından fərqli olaraq əsasən uşaq və 
yeniyetmələrin mədəni asudəvaxtının daha səmərəli təşkilinə diqqət 
yetirir. Burada apardığımız müşahidələr zamanı  məlum olmuşdur ki, 
mədəniyyət evi uşaq və yeniyetmələri müxtəlif peşələrə yiyələndirmək 
məqsədi ilə tar, qarmon, nağara, tikmə-biçmə, bədii toxuculuq kursları 
yaratmışdır. Ən maraqlısı odur ki, bu kurslarda fəaliyyət göstərən uşaq 
və yeniyetmələr peşə qabi-liyyətlərini inkişaf etdirməklə yanaşı, 
mədəniyyət və incəsənətimizin milli köklərini də öyrənirlər. Onların 
mədəniyyət və incəsənət ustaları ilə görüşləri, aparılan dərin 
məzmunlu sənət müzakirələri öz bəhrəsini verir. 
“Xəzər”  ədəbiyyat sevərlər birliyi, “Məhsul” rəqs ansam-blı, 
“Sünbül” instrumental ansamblı, “Çiçəyim” uşaq teatrı artıq özlərinin 
mütərəqqi  ənənələrinə malikdirlər. “Məhsul” rəqs ansamblı 20 ildən 
artıqdır ki, dünyanın 30-a yaxın ölkəsində xalqımızın milli folklor 
nümunələrini nümayiş etdirir. Daima cazibədarlığını qoruyub saxlayan 
bu kollektiv ölkəmizin müxtəlif bölgələrində  də  çıxışlar edir, xalq 
rəqslərimizi öz ifaları ilə yaşadırlar. 
Qida sənaye Həmkarlar İttifaqı Respublika Komitəsinin klubunun 
“Çiçəyim” uşaq teatrı öz fəaliyyəti ilə  həm tanınmış  sənətşünasların, 
həm də xarici ölkə nümayəndəliklərinin Bakıda olan təmsilçilərinin də 
diqqətini cəlb etmişdir. Azərbaycanın tanınmış teatrşünası  İnqilab 
Kərimov “Çiçəyim”i “Azərbaycanda bu gün barmaqla sayılan uşaq 
teatrlarının  ən mükəmməli” hesab etmişdir. ABŞ-ın sabiq səfirinin 
xanımı C.Eskudero “Çiçəyim” uşaq teatrının tamaşasına baxdıqdan 
sonra öz heyranlığını gizlədə bilməyib, onların böyük gələcəyə malik 
olduqlarını söyləmişdir [60, s.41]. 

 
 
239
Uşaq və yeniyetmələrin istedad və qabiliyyətlərinin inkişaf 
etdirilməsi prinsipləri müstəqil Azərbaycan dövlətinin yeritdiyi 
siyasətin tərkib hissəsidir. Heç təsadüfi deyil ki, “Uşaqlar dünyanın 
sevincidir” devizi altında keçirilən  şənlikdə Respublikanın Prezidenti 
Heydər  Əliyev demişdir: “Uşaqlar, gənclər müstəqil Azərbaycanın 
gələcəyidir. Bizim arzumuz da bundan ibarətdir ki, gələcək bu gündən 
daha gözəl olsun, hər bir insan üçün daha da xoşbəxt olsun” [99, s.5]. 
Uşaqların mənən tərbiyə edilməsi, onların zəngin biliklərə 
yiyələnməsi, sağlamlıqlarının mühafizə olunması bütün dövrlərdə  hər 
bir xalqın milli maraqlarının  əsasını  təşkil etmişdir. Hələ vaxtilə rus 
pedaqoqu A.S.Makarenko öz mülahizələrinin birində demişdir: “Bizim 
uşaqlarımız bizim qocalığımızdır. Pis tərbiyə bizim gələcək 
dərdimizdir, bizim gələcək göz yaşımızdır. Bizim başqa adamlar 
arasında, bütün ölkə qarşısında təqsirimizdir” [100, s.341].  
Mədəni asudəvaxt mərkəzlərinin  ən böyük xidmətlərindən biri 
məhz uşaq və yeniyetmələrimizin tərbiyə olunmasına kompleks 
şəkildə yanaşmaqdır. Mədəni asudəvaxt mərkəzlərində  fəaliyyət 
göstərən bədii özfəaliyyət kollektivləri təkcə  bədii-estetik zövqün 
formalaşdırılmasına xidmət etmir, eyni zamanda onlar uzun əsrlərdən 
bəri yaranmış xalq yaradıcılığının, milli mənəvi sərvətlərimizin 
qorunub saxlanmasında, onların nəsildən-nəslə ötürülməsində xüsusi 
əhəmiyyət kəsb edirlər. 
“Biz bilirik ki, insanın mənəvi saflıq dünyasını  zənginləşdirən, 
ona estetik zövq verən amillər saysız-hesabsızdır. Lakin bu həzz 
mənbələri o kəslərin qismətinə düşür ki, onlar yüksək mənəvi 
keyfiyyətlərə, estetik mədəniyyətə, bədii dəyər-lərdən faydalanmağa 
qadir olsunlar. Biz hər an estetikliyinə görə  mənəvi kamilliyi 

 
 
240
şərtləndirən amillərin gündəlik həya-tımızla,  əmək fəaliyyətimizlə, 
ictimai münasibətlər və  mənəvi mədəniyyətimizlə, davranış  və  əxlaqi 
keyfiyyətlərimizlə təmas-da olmasının şahidi oluruq” [132, s.41]. 
Məlumdur ki, bədii dəyərlərimiz özündə nəsillərin canlı əlaqəsini 
və varisliyini yaşadır. Onlar insanlara tarixi gələcəyə ümidlə 
baxmaqda, yüksək  əxlaqi ideyalara yiyələnməkdə kömək edir. Bədii 
dəyərlər hər bir xalqın milli mənəvi simasının göstəriciləridir. 
İnsanların asudəvaxtının səmərəliliyini bədii dəyərlərsiz təsvir etmək 
mümkün deyildir. 
Ümumiyyətlə, asudəvaxt  şəxsiyyətin mənəvi və estetik 
mədəniyyətini yüksəltmək üçün ən gözəl vasitədir. Məhz buna görə də 
mədəniyyət ocaqlarının  əsas məqsədi mədəni asudə-vaxtı düzgün 
təşkil etməkdən, sosial baxımdan onu dolğunlaş-dırmaqdan, bütün 
bədii-emosional vasitələri insanın mənəvi aləminin 
gözəlləşdirilməsinə yönəltməkdən ibarətdir. Gələcək nəsillərimiz də 
milli mədəni dəyərlərimizdə özlərinin zövqlə-rinə  və  mənəvi 
tələbatlarına uyğun olan gözəllik və zəka qaynaqları tapmalıdırlar. 
 
 

 
 
241

Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin