AZƏrbaycan miLLİ adət və ƏNƏNƏLƏRİNİn bəDİİ-estetik mahiYYƏTİ



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə1/9
tarix23.02.2017
ölçüsü5,03 Kb.
#9424
  1   2   3   4   5   6   7   8   9

 
İLQAR  HÜSEYNOV  
 
 
 
 
 
 
 
 
AZƏRBAYCAN  MİLLİ  
ADƏT VƏ ƏNƏNƏLƏRİNİN  
BƏDİİ-ESTETİK  
MAHİYYƏTİ 
 
 
 
  
 
 
 
 
 
 
 
 
 
BAKI – 2002 
 

 
 
2
Az2 
H 83
 
 
 
Redaktoru:    -Filologiya elmləri doktoru, professor  
NİZAMƏDDİN ŞƏMSİZADƏ; 
Rəyçilər:        - Azərbaycan MEA-nın müxbir üzvü, sənətşünaslıq 
doktoru, professor İNQİLAB  KƏRİMOV
-
 
Azərbaycan Respublikasının əməkdar incəsənət 
xadimi, sənətşünaslıq doktoru, professor RAMİZ  
ZÖHRABOV; 
-
 
Azərbaycan Respublikasının əməkdar incəsənət 
xadimi, professor ARİF ƏZİZOV
-
 
 
HÜSEYNOV İ. 
H 83 
Azərbaycan milli adət və  ənənələrinin bədii-estetik mahiyyəti. 
(monoqrafiya) Azərbaycan dilində. Red. N.
 
Şəmsizadə, rəs.E.Nəzərov, B.: 
Mars-Print, 2002, 305s. 
 
Pedaqoji elmlər namizədi, dosent Hüseynov İlqar Həsrət oğlu 7 kitabın, 20-
dən çox metodik vəsait və tövsiyənin, 60-a qədər elmi məqalənin müəllifidir.  
Oxuculara təqdim olunan bu monoqrafiya İlqar Hüseynovun uzun illər 
apardığı elmi-tədqiqat və yaradıcılıq fəaliyyətinin məhsuludur.  
İlqar Hüseynov bədii-estetik mahiyyət kəsb edən milli adət və  ənənələrimizi 
dərindən araşdırmış, bədii-yaradıcılıq prosesində varisliyin mövcudluğunu təhlil 
etməyə çalışmışdır. Eyni zamanda mədəniyyət və incəsənətin təkamül etməsində 
mənəvi-əxlaqi dəyərlərimizin elmi mahiyyətini izah etmiş,  əldə olunan tarixi 
təcrübəni müasir sənətkarlar üçün də yaradıcılıq amili olduğunu aşkarlamışdır.  
Mədəniyyət və incəsənət tariximizə aid bu kitabda kifayət qədər emprik və 
rasional təhlillər vardır.  
Monoqrafiyadan alimlər, müəllimlər, ali məktəblər, həmçinin mədəniyyət və 
incəsənət işçiləri istifadə edə bilərlər. 

 
 
3
G İ R İ Ş
 
Milli adət və  ənənələrin öyrənilməsi və onların mənəvi dəyərlər 
sistemindəki rolunun tədqiqi həmişə aktual olmuşdur. Çünki milli adət 
və  ənənələr tarixin bütün mərhələlərində ictimai, mədəni tərəqqinin 
əsas göstəricisi kimi nəzərə çarpmışdır. Cəmiyyət inkişaf etdikcə adət 
və ənənələr də ayrı-ayrı quru-luşların ictimai-siyasi xüsusiyyətlərinə bu 
və ya digər formada inteqrasiya etmişdir. Buna görə də hər bir ictimai-
siyasi quruluş  həm bütövlükdə adət və  ənənələrə, həm də onun 
mənəvibədii dəyərlərinə öz möhürünü vurmuşdur. Cəmiyyət dəyişdikcə 
adət və  ənənələr də  təkmilləşmiş, millətin, xalqın yaradıcılıq nümu-
nələrini yaşatmış, nəsildən-nəslə ötürцlmüşdür. Yeni yaranan hər bir 
mənəvi dəyər isə tarixi ənənələrimizin varisi kimi təşəkkül tapmışdır. 
Bu səbəbdən də bütün dövrlərin adət və  ənənələrində baş verən 
yeniliklərin, istiqamətlərin öyrənilməsinə, əldə olunan tarixi təcrübənin 
müasir sənətşünaslıq və kulturologiya elmlərinə  şamil edilməsinə 
böyük ehtiyac vardır.  
Bildiyimiz kimi, uzun illər  ərzində öz müstəqilliyini itirmiş 
Azərbaycan xalqının bir çox milli-mənəvi dəyərləri deformasiyaya 
məruz qalmış, tarixin yalnız  şifahi yaddaşına çevrilmişdir. Keçmiş 
Sovet dövlətinin kommunist ideoloji mühiti isə dini-milli аdəт  və 
ənənələrimizin öyrənilməsinə  və  təbliğinə qadağalar qoymuşdur. Yeni 
adət və  ənənələr adı altında  əsasən sosialist həyat tərzinin mahiyyətini 
və  məzmununu ifadə edən ideoloji, siyasi xarakterli mənəvi cəhətlər 
diqqət mərkəzinə  çıxarılmışdır. Sözsüz ki, xalqımıza, onun milli 
xüsusiyyətlərinə  və iradəsinə uyğun olmayan cəhətlər də hakim 
zümrələr tərəfindən bədii sənət aləminə diqtə edilmişdir. Xüsusilə, 

 
 
4
Sovet məkanında mədəniyyət və incəsənət kommunist əxlaqı 
prinsiplərinin emosional vasitələrinə çevrilmişdir. Mədəni inkişafın 
sosialist realizmi metoduna, üslubuna uyğunlaşdırılmasına üstünlük 
verilmişdir. Ancaq bu dövrdə də Azərbaycan sənətkarları tarixi varislik 
prinsipindən imtina etməmiş, milli-ənənəvi key-fiyyətləri 
müasirləşdirməyi, onları  mənəvi stimula çevirməyi bacarmışlar. Yəni 
mədəniyyət və incəsənət  ənənəvi olaraq bədii estetik mahiyyətini 
itirməmiş, keçmiş irsimizin tarixi təcrübəsindən bəhrələnə bilmişdir. 
Təbii ki, bu bəhrələnmə  əsasən emprik anlayışlarda daha çox nəzərə 
çarpmış, rasional təfəkkürdə isə dini-milli olana qarşı  cəmiyyətin 
siyasi, ideoloji baxışlarına uyğun olaraq yanaşılmışdır. Xüsusilə, 
sənətşünaslıq və  mədəniyyətşünaslıq elmləri sahəsində tarixi-ənənəvi 
təcrübənin nəzəri problemlərinin öyrənilmə metodları sosializm 
realizmi metodları  və yanaşma  тərzi ilə  məhdudlaşdırılmışdır. Bu da 
mədəni-mənəvi təkamülün tədqiqinin ideoloji baxışlara 
uyğunlaşdırılmasına təminat yaratmışdır. Halbuki, hələ vaxtilə 
G.V.Plexanov incəsənətin estetikası  və sosiologiyasını  şərh edərkən 
estetik zövqün və estetik qiymətləndirmənin tarixiliyini xüsusi olaraq 
qeyd etmişdir [122, s.151-152]. 
Azərbaycan mədəniyyətи  və incəsənəti hələ  qədim daş dövründən 
başlayаrаг  bəşər tarixinin bütün ictimai, siyasi, bədii-estetik 
xüsusiyyətlərini özündə  əks etdirir. Pedaqoq-kulturoloq alim Ələkbər 
Məmmədovun təbirincə desək, “Milli adət və  ənənələr, mərasimlər 
xalqımızın milli sərvətidir. Onları öyrənmək, öz əməli fəaliyyətlərində 
ləyaqətlə yaşatmaq hər bir tədris-tərbiyə müəssisəsinin, hər bir 
Azərbaycanlının müqəddəs borcudur” [98, s.268]. 

 
 
5
Filoloji, tarixi-etnoqrafik və  fəlsəfi  ədəbiyyatlarda adət və 
ənənələrin sosial-mədəni mahiyyəti qismən qeyd olunmuşdur. Xüsusilə, 
sovet alimləri adət və  ənənələrin elmi-mədəni mahiyyətini marksist-
leninçi metodlara uyğun olaraq təhlil etmiş, onların  əhəmiyyətini 
məhdud 
şəkildə 
dəyərləndirmişlər. Azərbaycan alimlərindən 
O.Abdullayev “Sosial fəallıq və yeni adət-ənənələr”, F.Xəlilova “Adət 
və  ənənələr”, A.Nəbiyev “El nəğmələri, xalq oyunları”, R.Əfəndiyev 
“Azərbaycan xalq sənəti”, B.Qurbanov “Mənəvi saflıq dünyası”, 
Q.Cavadov “Azərbaycanda el köməyi adətləri”, R.Ağayev 
“Azərbaycanda bədii xalq yaradıcılığı”, A.Şükürov “İslam, adət və 
ənənə”, M.Səttarov “Dini ayinlər və xalq adətləri haqqında” adı altında 
yazdıqları kitablarda adət və  ənənələrin elmi-mədəni mahiyyətinə ötəri 
də olsa, nəzər yetirmişlər. 
Alimlərdən  Ə.S.Məmmədov [105, s.46-47], F.Mirzəxanov [106, 
s.17-19], M.M.Səttarov [133,s.42], H.A.Quliyev, Ə.S.Məmmədov [90, 
s.83-85] və başqaları öz əsərlərində dini adət və  ənənələrin mənəvi 
əhəmiyyətini azaltmış, sovet adət və ənənələrinin təhlilinə исə daha çox 
üstünlük vermişlər.  Мəhz  еlə  оnа görə  də  иctimai-siyasi quruluşun 
yaratdığı  məhdudiyyətlər adı  çəkilən alimlərə daha əhatəli və obyektiv 
elmi təhlillər aparmaq imkanınы verməmişdir. 
Sənətşünas Mübariz Süleymanov “M.Ə.Rəsulzadə  və Azərbaycan 
mədəniyyəti” adlı namizədlik dissertasiyasında həmin dövrün 
mahiyyətini  şərh edərək yazmışdır: “Türk xalqlarını birbirindən təcrid 
etmək, ictimai fikirdə bu xalqların qədimliyinin möhkəmlənməsinə 
imkan verməmək sovet ideologiyasının da başlıca cəhətlərindən idi” 
[130, s.5].  

 
 
6
Məhz elmə, mədəniyyətə qarşı ideoloji yanaşma elmi təhlildə 
qeyri-obyektiv münasibətlər doğurmuş, adət və ənənələrin bədii-estetik 
əhəmiyyətinin, milli-tarixi, təcrübi mahiyyətinin öyrənilməsini 
məhdudlaşdırmışdır. 
Adət və  ənələrimizdə milli-bədii cəhətlərin dini etiqad hissi ilə 
bağlılığı, eyni zamanda bəşəri mənəvi mahiyyət daşıyan incəsənət 
nümunələrinin milli-estetik zövqün formalaşmasına təsiri tədqiqatın 
əsas mövzu obyekti kimi nəzərdə tutulmuşdur. 
Bütün elmi araşdırmalar prosesində adət və ənənələrin bədii, hissi 
tərəflərinə xüsusi diqqət yetirilmiş, onların emosional mənəvi dəyəri 
nəzərdən keçirilmişdir. Adət və  ənənələrin yaranmış  mənəvi sərvətləri 
qoruyub gələcək nəsillərə ötürmək funksiyası  dəqiqləşdirilmişdir. 
Müasir sənətkarların təcrübəsinə istinad edərək varislik prinsipləri 
nəzərdən keçirilmişdir. Eyni zamanda, milli-mənəvi keyfiyyətin 
mühafizə olunmasına tarixibədii irsin təsiri amilləri təhlil olunarkən bir 
çox elmi ədəbiyyatlara istinad edilmişdir. Ayrı-ayrı alimlərin elmi 
baxışlarına münasibət bildirməyin zəruriliyi aşkar olmuşdur. 
Hazırki dövrdə Azərbaycanın milli adət və  ənənələrinin bədii-
estetik mahiyyətinin öyrənilməsinə, sənətşünaslığın müasir tələblərinə 
uyğun olaraq milli mentalitetlə  bədii-emosional xüsusiyyətlərin 
vəhdətinin tədqiqinə böyük ehtiyac vardır. 
Azərbaycanın mədəniyyət və incəsənəti qədim tarixi köklərə 
malik olduğundan bəşəri təkamülün bütün mərhələlərində ənənəvi milli 
yaradıcılıq prinsipləri qorunub saxlanılmış, sənətin müasir 
mərhələsində  də varislik amili öz əhəmiyyətini itirмəmişdir. Lakin 
incəsənətin adət və  ənənələrlə qarşılıqlı  əlaqələrinin öyrənilməsinə 
müəyyən obyektiv səbəblərə görə az diqqət yetirilmişdir. Azərbaycanda 

 
 
7
bədii-emosional yaradıcılığın milli-ənənəvi cəhətlərinin mahiyyəti rus 
mədəniyyətşünaslığı 
və 
sənətşünaslığı fonunda kiçildilmiş, 
“beynəlmiləlçi” mədəniyyətin təbliği və inkişaf etdirilməsi adı altında 
ayrı-ayrı xalqların milli-etnik, dini-rasional xüsusiyyətlərinin tədqiqinə 
az diqqət yetirilmişdir. Rus alimlərindən D.M.Uqrinoviç, V.A.Zots, 
A.S.Vıqodskiy, P.S.Quryeviç, M.S.Kaqan, İ.N.Krotova, A.A. Leontyev, 
Y.İ. Smirnova və başqaları marksizm-leninizm metodologiyasına uyğun 
olaraq mədəniyyətin və incəsənətin elmi mahiyyətini və tarixi köklərini 
tədqiq edərkən mövcud quruluşun ideoloji tələblərindən kənara çıxa 
bilməmişlər. Eyni zamanda onların kulturologiya sahəsində apardıqları 
tədqiqatlar da rus adət və  ənənələri, sosializm realizmi məkanı 
daxilində öz həllini tapmışdır. 
Keçmiş SSRİ-nin tərkibində olan bütün respublikaların 
mədəniyyət və incəsənət təmayüllü təhsil ocaqlarında rus xalqının milli 
xüsusiyyətlərini  əks etdirən dərsliklərdən istifadə olunmuş,  əslində rus 
mədəniyyəti, incəsənəti, adət və  ənənəsi təbliğ edilmişdir. Yerlərdə 
milli kültürlərin öyrənilməsinə isə ateizm mövqeyindən yanaşılmış, 
qismən dini mahiyyət kəsb edən adət və  ənənələrin estetik dəyəri, 
bədii-mədəni xüsusiyyətləri də diqqətdən yayındırılmışdır. 
Bu tədqiqat  əsərində isə milli soykökünə qayıdışın müasir 
mərhələdəki  əhəmiyyəti xüsusi olaraq nəzərə alınmış, Azərbaycan 
mədəniyyət və incəsənəti mövzunun tələblərinə uyğun olaraq kompleks 
şəkildə  tədqiqatın obyektinə çevrilmişdir. Klassik mədəniyyət və 
incəsənətimizlə müasirliyin qarşılıqlı  vəhdətinin zəruriliyini eyni 
zamanda milliliklə 
bəşəriliyin 
əlaqəsinin təkamülə 
təsirinin 
əhəmiyyətinin tədqiqi həmişə aktual olmuş və indi də aktualdır. 

 
 
8
Eyni zamanda tədqiqat  əsərində  ənənəviliyin dialektikasının 
açılışına, sənətdə tarixi təcrübənin bütün dövrlər üçün örnək olduğunu 
təsdiqləyən faktorların rasional və emprik təhlilinin aparılmasına 
xüsusi diqqət yetirilir. Dünya xalqlarının mədəniyyətindən emprik 
nümunələrin göstərilməsi və onların müqayisəli təhlili nəzərdən 
qaçırılır. Xüsusilə, milli və dini olan bayram və  mərasimlərin 
mədəniyyət və incəsənətin inkişafının əbədi mühiti, ənənəvi yaradıcılıq 
məkanı olduğu şifahi yaddaşımızda yaşayan nümunələrlə izah olunur. 
Tədqiqatın aktuallığının bir cəhəti də onun milli adət və 
ənənələrimizin bədii-estetik  əhəmiyyətinin qiymətləndirilməsindən, 
Azərbaycan xalqına məxsus olan lirik duyğuların, humanist 
xüsusiyyətlərin formalaşmasında adət və ənənələrin əhəmiyyətinin elmi 
təhlilindən ibarətdir. 
Tədqiqat zamanı aparılan araşdırmalar nəticəsində  mədəniyyət və 
incəsənətin irsi xarakteri üzə çıxır. Azərbaycan sənətkarlarının yaşayıb 
yaratdıqları tarixi mərhələlərdən asılı olmayaraq ruhən bir-birinə 
oxşarlıqları  aşkar edilir. Bu cəhətlər  Əcəmi  Əбубəкir oğlu 
Naxçivaninin memarlıq sənətində  də, Sultan Məhəmmədin miniatür 
əsərlərində  də diqqətdən yayınmır. Onların yaratdıqları  mənəvi irsi 
xüsusiyyətlər müasir sənətkarların  əsərlərində  də bu və ya digər 
formalarda özünü birüzə verir. Eyni zamanda milli poetik düşüncə 
məkanında baş verən təkamül də milli irsi xüsusiyyətlərə istinadən 
davam edir, müasirləşir. Bu gün şairlərimiz, aşıqlarımız, başqa lirik söz 
ustalarımız mənəvi irsi mühafizə edərək tarixi kökləri üzərində yaşadır 
və milli-mənəvi sərvətlərimizdən, yaradıcılığın  ənənəvi üslublarından, 
formalarından bir məktəb kimi istifadə edirlər. Məhz mövcud olan bu 
xüsusiyyətlərin öyrənilməsi isə bu günümüz üçün çox aktualdır. Bu 

 
 
9
baxımdan tədqiqatın predmetini aşkar edən mövzu dairəsi daha 
genişdir. Belə ki, Azərbaycanın milli adət və ənənələrinin bədii-estetik 
mahiyyətinin elmi təhlili prosesində  tədqiqatın predmetinin əsas 
istiqamətləri aşağıdakı ardıcıllıqla müəyyən-ləşdirilmişdir: 
1.
 
Varisliyin adət və ənənələrdə yeri və onun mənəvi təsir dairəsi; 
2.
 
Adət və  ənənələrdə  bədii-estetik dəyərlərlə milli-ənənəvi 
təkamülün vəhdəti; 
3.
 
Müasir incəsənətdə ənənəvilik və tarixi təcrübə
4.
 
Müasir mədəniyyətin tarixi-ənənəvi əsasları; 
5.
 
Müasir mədəniyyətin inkişafında milli-ənənəvi xüsusiyyətlərin 
rolu; 
6.
 
Mədəniyyət müəssisələrində müasir adət və  ənənələrin yeri və 
inkişaf dialektikası. 
Dəqiqləşdirilmiş  bu tədqiqat istiqamətlərinə uyğun olaraq adət və 
ənənələrin tarixi ictimai mühiti, onun siyasi, mədəni proseslərinin 
təhlili ilə bağlı olan araşdırmalar, tarixi təcrübə prosesində meydana 
gələn bir çox yaradıcılıq üslublarının və  cərəyanlarının təhlili, onların 
müasir mədəniyyətin inkişafına  ənənəvi təsiri və s. tədqiqatın  əsas 
predmeti kimi diqqəti cəlb edir.  
Tədqiqatın birinci bölməsində milli adət və  ənənələrimizdə  bədii-
estetik duyumu aşkar edən tarixi faktların və  mənəviemosional 
materialların öyrənilməsi, bədii-estetik dəyərlərlə milli ənənəvi 
təkamülün vəhdətinin araşdırılması, mədəni varisliyin davam etməsində 
incəsənət sahəsindəki tarixi təcrübənin rolunun dəqiqləşdirilməsi  əsas 
yer tutur. Bu məqsədlə Azərbaycanın musiqi, teatr, təsviri incəsənət 
tarixinə, dünya muzeylərində mühafizə olunan milli sənət 
nümunələrimizə istinad edilir. İncəsənətin müxtəlif sahələrinə aid olan 

 
 
10
kitablar, qəzet və jurnal məqalələri, muzey eksponatları təhlil olunur və 
araşdırılır. 
Ənənəvi sənət nümunələri ilə müasir bədii yaradıcılığın 
xüsusiyyətləri arasında müqayisəli təhlillər aparılır. Azərbaycanın və 
dünyanın görkəmli alimlərinin  ənənəvi incəsənətə, milli kültürə aid 
fikirlərinə münasibət bildirilir.  
İkinci bölmədə isə, tədqiqatın predmeti kimi mədənyyətin müasir 
mərhələdə adət və  ənənələr zəminində inkişaf dialektikası araşdırılır. 
Mədəniyyətin  ənənəvi təkamül proseslərinin təhlili ilə yanaşı, mədəni 
asudəvaxtın müasir formaları, bazar iqtisadiyyatı şəraitinə uyğun olaraq 
onların təşkili metodları 
nəzərdən keçirilir. Mədəniyyət 
müəssisələrində adət və  ənənələrin yeri mövzunun tədqiqat 
istiqamətlərindən biri kimi diqqəti cəlb edir. Asudəvaxtın funksiyaları 
bir çox sahələri  əhatə etdiyindən onun mahiyyət və  əhəmiyyətinə  də 
müxtəlif aspektlərdən yanaşılır.  
Milli-ənənəvi mədəniyyətin inkişaf konsepsiyasını, onun varislik 
prinsiplərini, bəşəri mədəniyyətlə milli mədəniyyətin vəhdətinin 
təşkilini öyrənmək, eyni zamanda tarixi irsimiz zəminində Azərbaycan 
incəsənətinin təkamül aspektlərini açıqlamaq tədqiqatın əsas məqsəd və 
vəzifələridir. 
Azad, müstəqil bir dövlətə çevrildikdən sonra xalqımızın 
unudulmuş adət və  ənənələrinin bədii-estetik mahiyyətinə, onların 
mədəniyyət və incəsənətinin inkişafına təsirinə diqqət yetirmək, yeni 
quruluşun xüsusiyyətlərinə uyğun olaraq mədəniyyət və incəsənət 
anlayışları haqqında daha yeni və  sırf elmi fikirlər söyləmək üçün 
aşağıdakı sahələrin araşdırılması  məqsəd və  vəzifə kimi qarşıya 
qoyulmuşdur: 

 
 
11
-
 
Mədəniyyət anlayışının milli adət və ənənələr zəminində təhlili; 
-
 
İncəsənət və dinin bir-birinə  təsirinin təhlilində mövcud olan 
fikirlərin müqayisəli  şərhi, dinin tarixən bədii təfəkkürdə 
tutduğu yer haqqında rasional və emprik xarakterli məlumatları 
aşkarlamaq, eyni zamanda onlara münasibət bildirmək; 
-
 
Adət və  ənənələrin, milli bayram və  mərasimlərin incəsənətin 
inkişafında rolu; 
-
 
Ənənəviliklə varisliyin vəhdətini təmin edən milli amillərin və 
mentalitetin nəzəri və təcrübi aspektdən təhlili; 
-
 
Ənənəvi mədəniyyətin müasir inkişaf sferasında tutduğu 
mövqeyin dəqiqləşdirilməsi; 
-
 
Milli mədəniyyətlə  bəşəri mədəniyyətin inteqrasiyasının bəzi 
aspektlərini müəyyənləşdirmək; 
-
 
Ənənəviliyin dialektikasını açıqlamaq və adət-ənənələrin 
müasir mədəniyyət müəssisələrində davamlı yaşantılarını  təhlil 
etmək; 
-
 
Bir çox dünya dövlətlərinin mədəniyyətə olan münasibətlərini 
nəzərdən keçirmək və onların  əldə etdikləri təcrübənin 
ölkəmizdə tətbiq olunmasının əhəmiyyətini şərh etmək. 
Elmi tədqiqat işində  əhatə olunan bir çox problemlər 
mədəniyyətşünaslığın və 
sənətşünaslığın müasir elmi-nəzəri 
qaynaqlarından bəhrələnir. Həmçinin, milli mədəniyyət və 
incəsənətimizin indiyə  qədər mövcud olan tarixi təcrübəsindən 
faydalanır. Mövzu ilə bağlı olan problemlərin araşdırılmasında  əsasən 
milli ideologiyadan və müqayisəli tarixi-təcrübi metodlardan geniş 
istifadə olunur. Yaradıcılıq prosesində Azərbaycan alimlərinin, eyni 
zamanda xarici ölkə 
tədqiqatçılarının, mədəniyyətşünasların, 

 
 
12
sənətşünasların fikir və mülahizələrinə üstün-lük verilir, onların hər 
birinə münasibət bildirilir. Sovet ideolo-giyasının milli mədəni irsimizə 
olan birtərəfli münasibətləri  əsaslandırılmış  şəkildə  tənqid edilir və 
problemlərin sırf milli məfkurə  işığında təhlilinə üstünlük verilir. Eyni 
zamanda mədəniyyətin mütərəqqi bəşəri təcrübəsinin nəzəri və  təcrübi 
cəhət-lərinə, onlarla əlaqə yaratmağın nəzəri, emprik nümunələrinə 
istinad edilir. 
Bu baxımdan problemlərin qoyuluşu, mövzuya milli ideologiya 
zəminində yanaşma, mədəniyyət və incəsənətin müxtəlif sahələrinə 
varisliyin mövcudluğu prinsipləri  əsasında münasibət bildirmək və s. 
tədqiqatın elmi-tarixi yeniliyi kimi qiymətləndirilə bilər. 
Onu da qeyd edək ki, sovet məkanında adət və  ənənələrimiz sırf 
ideoloji baxım-dan tədqiq edilmiş, mədəniyyətin və incəsənətin dini 
təfəkkürlə  əlaqələndirilməsinə qadağalar qoyulmuşdur.  İmperialist 
ideolo-giya milli tarixi təkamülün təhrif olunmuş formalarının, sosialist 
həyat tərzinin prinsiplərinə ideyaca uyğun gələnlərinin tədqiqi-nə  və 
cəmiyyətdə təbliğinə şərait yaratmışdır. Mövcud tədqi-qatın elmi-tarixi 
yeniliyi məhz adət və  ənənələrimizlə  mədəni inkişafın vəhdətdə 
olduğunu, eyni zamanda milli, dini, mədəni irsimizin bədii-estetik 
zövqün formalaşmasına təsirini işıqlandırmaqdan, varislik 
prinsiplərinin yaşamasında  ənənəvi, tarixi, milli mədəniyyət 
nümunələrinin dəyərləndirilməsindən ibarət-dir. Bu mənada adət və 
ənənələrimizin milli dəyərlər siste-mindəki  əhəmiyyəti, mədəniyyətin 
sırf milli mənsubiyyət baxımından təhlili elmi tarixi yenilik hesab edilə 
bilər. 
Tədqiqatın mövzusuna ilk dəfə olaraq müstəqil təhlil obyekti kimi 
baxılır. Milli incəsənətimizin tarixi qədim daş dövründən başlayaraq 

 
 
13
indiki dövrümüzə qədər təhlil olunur. Orta əsrlərdə yaşamış və tanınmış 
Azərbaycan sənətkarlarının incəsənət haqqında yazdıqları fikirlərə 
istinad edilərək təsviri incəsənətdə, musiqidə, memarlıqda, 
xoreoqrafiyada, teatrda mövcud olan varislik prinsiplərinin və milli 
ənənəvi zəmində inkişafın dialektikası  nəzərdən keçirilir. Bu məqsədlə 
XVI  əsrdə öz estetik baxışlarına görə bütün Yaxın  Şərqdə tanınan 
Təbrizli Sadıq bəy Əfşarın “Qanun-süvər” (“Təsvirlər qanunu”), Soltan 
Məhəmməd tərəfindən 
əsası qoyulmuş “Təbriz məktəbi”nin 
nümayəndələri Mirzə  Əli, Müzəffər  Əli, Mir Seyid Əli Mir 
Zeynalabdinin, Mir Yəhya  Əli Rzanın, Sadıq bəy  Əli Rzanın, 
Məhəmməd Hüseynin və başqa təsviri sənət ustalarının yaradıcılığına 
istinad olunur. Onların yaşadıqları dövrlərin sənətkarlığı haqqında 
tarixi məlumatlar verilir. Eyni zamanda bədii toxuculuq və  zərgərlik 
sənətimizdə mövcud olan varislik prinsipinə xüsusi diqqət yetirilir. 
Təbriz,  Ərdəbil,  Şamaxı, Gəncə, Naxçıvan, Quba və başqa 
şəhərlərimizdə inkişaf edən xalq sənətkarlığının milli xüsusiyyətlərinə 
diqqət yetirilir. 
Eyni zamanda təsviri incəsənət sahəsində  ənənəviliyin davam 
etməsinin sübutu kimi Qədim Misir heykəltaraşı Tutmos, yunan 
heykəltaraşı Fidi, Miron, Praksitol, intibah dövrünün görkəmli 
heykəltaraşı Mikelancelo, XX əsrin məşhur rus heykəltaraşı 
S.T.Kononkov, Azərbaycan heykəltaraşları Fuad Əbdürrəhmanov, Cəlal 
Qaryağdı, Tokay Məmmədov, Ömər Eldarov, görkəmli rəssamlar Səttar 
Bəhlulzadə, Mikayıl Abdullayev, Tahir Salahov və başqalarının 
yaradıcılığındakı varisliyə  əməl etmək  ənənələrindən, yaradıcılıq 
üslublarından nümunələr göstərilmişdir. 

 
 
14
Musiqi mədəniyyəti tariximizdə  də adət və  ənənənin inkişafа 
təsiretmə konturları  təhlil edilmiş, milli muğamlarımızdan üzübəri 
müasir peşəkar musiqi yaradıcılığımızdakı tarixi bağlılıq  ənənələrinin 
mövcudluğu açıqlanmışdır. Orta əsrin görkəmli sənətkarlarında mövcud 
olan universallığın irsi xarakter daşıdığı  aşkarlanmış, Fərabidən,  İbn 
Sinadan, sonra da Azərbaycanın musiqi tarixində  Səfiəddin Urməvi, 
Əbdülqədir Marağayi,  Şəmsəddin Səhrəvəridi,  Əli Sitayi, Həsən Zafer, 
Hüsaməddin Qoşluq Buğa və sair kimi universal sənətkarlar 
yetişmişdir. Yəni bu sənətkarların demək olar ki, əksəriyyəti  şair, 
rəssam, xəttat, alim, musiqi ifaçısı peşələrinə yiyələnmişlər. 
Universallığın bu əlamətləri irsi olaraq Azərbaycan peşəkar musiqisinin 
banisi Üzeyir Hacıbəyova da keçmişdir. Eyni zamanda Üzeyir 
Hacıbəyovun yaratdığı  mədəni irsin özü də müasir sənətkarlarımızın 
ənənəvi örnək məktəbidir. 
Mədəniyyət və incəsənət tariximizdə baş verən  ənənəvi proseslər 
də  tədqiqat  əsərində ümumiləşdirilmiş  şəkildə  təhlil olunur. 
Memarlıqda mövcud olan simmetriya qanunlarını öz fəaliyyətinə tətbiq 
edən xalq sənətkarları haqqında da elmi-tarixi məlumatlar verilir və 
eyni zamanda bədii poetikanın ənənəvi xüsusiyyətləri də şərh olunur.  
Tədqiqatda teatr və kino incəsənətinin  ənənəvi xüsusiyyətləri də 
öz  əksini tapır. Müasir mədəni-kütləvi tədbirlərimizin tarixi kökləri 
mifologiyamızla, qədim milli, dini adət və  ənənələrimizlə, bayram və 
mərasimlərimizlə  əlaqələndirilir. Aparılan bu araşdırmalar tədqiqatın 
elmi-tarixi əhəmiyyətə malik olduğuna dəlalət edir.  
Aparılan elmi araşdırmalar zamanı  əldə olunan başlıca qənaətə 
görə tədqiqatın nəticələri Azərbaycan mədəniyyət və incəsənət tarixinin 
milli-ideoloji mənbələrinin  ənənəvi-tarixi təcrübəsini aşkar etməklə, 

 
 
15
mədəniyyətdə varislik prinsipinin real mənzərəsini açıq-lamaqla elmi-
nəzəri əhəmiyyət daşıyır. 
Adət və  ənənələrin tarixi yaradıcılıq təcrübəsini nəsildən-nəslə 
ötürmək xüsusiyyətləri müasir mədəniyyət və incəsənətin daha da 
zənginləşməsinə  və inkişafına kömək edən elmi-nəzəri,  ənənəvi vərdiş 
və biliklərə yiyələndirmək vasitələri kimi, xüsusi əhəmiyyət kəsb edir. 
Mədəniyyət və incəsənət tarixi-mizin müəyyən dövrlərinə  və  həmin 
dövrlərdə yaranmış nümunələrə elmi təhlil baxımından istinad etməklə 
gələcəkdə aparılacaq yeni tədqiqatlar üçün də  zəngin təcrübi yaddaş 
toplusu meydana çıxır. Həmçinin, mövzuya uyğun olan müxtəlif 
əsərlərə istinad etməklə  nəzəri-təcrübi ümumi-ləşdirmələr aparılmış, 
təhlil obyektinə çevrilən mənbələr izahlı  şəkildə, emprik materiallarla 
müqayisəli formada təhlil edilmişdir. Eyni zamanda müasir dövrdə 
mədəniyyət və incəsənət sahəsində ya-ranmış yeniliklərin milliideoloji 
məzmun fərqləri, türk dünyası  məkanındakı  əhəmiyyəti, dünyəvilik 
baxımından elmi şərhi nə-zəritəcrübi  əhəmiyyət kəsb edir. Bu 
baxımdan tədqiqat  əsəri mədəniyyət konsepsiyaları üzərində  işləyən 
mütəxəssislər,alim-lər üçün, elmi araşdırmalar aparan aspirantlar, 
dissertantlar, ma-gistrlər və başqa yaradıcı adamlar üçün böyük nəzəri-
təcrübi əhəmiyyətə malikdir. Ali məktəblərin humanitar fakültələrиndə, 
mədəniyyət və incəsənət təmayüllü tədris müəssisələrində möv-cud 
tədqiqat əsərindən dərs vəsaiti kimi də istifadə etmək olar.  
Tədqiqat  əsərində Azərbaycan Dövlət Mədəniyyət və  İncəsənət 
Universitetinin “Teatrşünaslıq”, “Rəssamlıq və  sənətşünaslıq”, 
“Mədəniyyətşünaslıq”, “Tətbiqi kulturologiya”, “Muzeyşünaslıq” 
kafedralarında aparılmış elmi araşdırmalardan, metodiki 
ədəbiyyatlardan istifadə olunmuş, həmçinin iş bu qurumlarda geniş 
müzakirə edilmiş, çapa tövsiyə olunmuşdur.  Tədqiqat işi ilə bağlı 
müəllifin məqalə  və tezisləri, kitabları çap olunmuş, müxtəlif konfrans 

 
 
16
və elmi seminarlarda mövzu üzərindəki axtarışlarını əks etdirən məruzə 
və  çıxışları dinlənilmişdir. Mövzu ilə  əlaqədar olaraq “Ənənə  və 
müasirlik” (Bakı, ADMİU-nun mətbəəsi, 1996), “Kulturologiya və 
onun  əsas istiqamətləri” (Bakı, ADMİU, 1996), “Dünya muzeyləri və 
tarixi mədəniyyət abidələri” (Bakı, BDU-nun nəşriyyatı, 1997), “Adət 
və  ənənələr mənəvi-əxlaqi dəyərlər kimi” (Bakı, “Nər-giz” nəşriyyatı, 
2000) və s. adda kitab və metodik tövsiyələri nəşr olunmuşdur. 

 
 
17

Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin