Azərbaycan Hüquq Tarixi


  Gülüstan və Türkmənçay müqavilələri və onların tarixi hüquqi qiymətləndirilməsi



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə58/59
tarix10.05.2022
ölçüsü0,64 Mb.
#57334
1   ...   51   52   53   54   55   56   57   58   59
AHT konspekt ( çıxartmaq üçün ) 1

 

37.  Gülüstan və Türkmənçay müqavilələri və onların tarixi hüquqi qiymətləndirilməsi. 

Çar Rusiyası Osmanlı İmperiyası ilə 1812-ci ilin yayında imzaladığı Buxarest müqaviləsində Osmanlı 

İmperiyası rusların Qafqazı işğalını tanıyır, bu torpaqlara iddiasından əl çəkir. 1812-ci ildə Napoleonun 

Rusiya hücumundan dəyərlənməyə çalışan İran vəliəhdi Abbas Mirzə Rusiyanın işğal etdiyi Azərbaycan 




xanlıqlarına hücum etsə də general P.Kotlyarevski bu hücumları dəf edir və bölgədə hərbi-siyasi üstünlük 

qazanır. Bu hallar İngiltərəni bərk narahat edir və onların təkidi ilə İran Rusiya ilə müqavilə imzalamaq 

qərarına gəlir. 1813-cü ilin 12 oktyabrında Gülüstan kəndində birinci Rusiya-İran müharibəsinin 

qurtarmasını bildirən müqavilə imzalanır. Bu müqavilə tarixə imzalandığı yerin adıyla Gülüstan 

müqaviləsi kimi daxil olur. Müqaviləni İran tərəfdən şahın vəkili Mirzə Əbdülhəsən xan, Rusiya tərəfdən 

isə Ratişev imzalayır. Bu sülh müqavilənin şərtlərinə əsasən Şimali Azərbaycan xanlıqlarından İrəvan və 

Naxçıvanı çıxmaq şərtilə yerdə qalan bütün xanlıqlar (Lənkəran, Şirvan, Quba, Bakı, Gəncə, Qarabağ, 

Şəki) Rusiyaya verilir.Gülüstan sülh müqaviləsinə görə Bakı,Quba,Dərbənd,Gəncə,Şəki,Şirvan,talış 

xanlıqları qəti olaraq Rusiyaya qatılmış status quo ad presentem prinsipiylə uyğun olaraq müqavilənin 

bağlandığı ana qədər ki sərhədləri əks etdirirdi.Rusiyanın qafqazdaki hökmdarlığı 1826 ci ilin iyulunda 

başlanmış yeni rus iran müharibəsinin nəticəsi olara 1828 fevral 10  da bağlanmış müqaviləsı ilə Naxçıvan 

və İrəvan xanlıqları zorla özünə birləşdirmək hesabına genişləndi. 

16 maddədən ibarət olan həmin müqaviləyə əsasən Xəzər dənizində yalnız rusiyanın donanma 

yerləşdirmə hüququ göstərilir.Əsasən Xəzər dənizində yalnız rusiya hərbi donanma yerləşdirmə hüququq 

nəzərdə tutulur rusiya tacirlərinə iran ərazisində gömrüksüz ticarət hüququ verilir iran üzərində 20 

milyon rubl qiymətində təzminat qoyulur Azərbaycanın şimal hissəsi rusiyanın cənub hissəsi isə İranın 

tərkibinə  qatıldı.Müqavilədə əhalinin İrandan Qafqaza Qafqazdan İrana sərbəst keçməsi nəzərdə 

tutulurdu.Digər tərəfdən müqavilədən sonra irandan azərbaycan ərazisinə kütləvi şəkildə Ermənilərin 

köçürülməsinə başlanılmış və onlar əsasən qarabağın dağlıq hissəsində və zəngəzurdsa 

yerləşdirilmişdilər.Azərbaycanın 2 yə bölünməsinin əsasını qoyan bu müqavilə nəticəsində azərbaycan 

məfhumu leksikomdan çıxarılır hələ bir qədər əvvəl xanlıq idarə üsuluyla yaradılmış (1826) yeni inzibati 

ərazi vahidlərinin əyalət dairə distansiyaların ərazisində tədricən həm idarəçilik həm də hüquqi 

münasibətlərdə dəyişiklik baş verir. 

 Gülüstan müqaviləsindən fərqli olaraq, Türkmənçay müqaviləsinin ağır şərtləri daha tez reallaşdı. Yeni 

işğal olunmuş İrəvan və Naxçıvan xanlıqlarının torpaqları "erməni vilayətləri" elan edildi. Halbuki qədim 

İrəvan torpaqları lap qədimdən türk-müsəlman yurdu olmuş, düşmən qüvvələri qarşısında möhkəm 

dayanmışdı. Hətta rus-İran müharibəsində burada yaşayan azərbaycanlılar çarın işğalçı qoşunlarına qarşı 

qəhrəmancasına döyüşmüşdülər. Lakin ermənilərin xəyanəti üzündən İran həmin müharibədə məğlub 

olmuşdu. 

  Ermənilər Türkmənçay müqaviləsinin şərtlərindən çox məmnun idilər. Tarixçilər erməniləri 

Türkmənçayın övladları adlandırırdılar, çünki Türkmənçay müqaviləsindən əvvəl ermənilər, demək olar 

ki, torpaqsız olublar. Erməni tarixçisi Anahid Terminasın qeyd etdiyi kimi, "ermənilər 1917-ci ilədək 

Qafqazın heç bir məntəqəsində çoxluq təşkil etməmişlər və onların müəyyən bir əraziləri də yox idi".

 

 




Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin