Azərbaycan Hüquq Tarixi


 AXC NİN PARLAMENTİ VƏ ONUN QANUNVERİCİLİK FƏALİYYƏTİ



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə57/59
tarix10.05.2022
ölçüsü0,64 Mb.
#57334
1   ...   51   52   53   54   55   56   57   58   59
AHT konspekt ( çıxartmaq üçün ) 1

36. AXC NİN PARLAMENTİ VƏ ONUN QANUNVERİCİLİK FƏALİYYƏTİ. 

Milli  şuranın  19noyabr  1918ci  ildə  keçirilən  2ci  iclasında  “Azərbaycan  Parlamentinin 

yaradılması haqqında “qanun qəbul edildi. Parlamentdə yalnız türklər deyil digər millətlərdə 

iştirak edirdi.poropersional qaydada təşkil olunmuşdu.AXC də ali qanunvericilik hakimiyyəti 

parlamentə  məxsus  idi  Bir  palatalı  parlament  120nəfərdən  ibarət  olmalı,  80nəfər 

azərbaycanlılara,21yer ermənilərə,10yer ruslara, bir yer almanlara, yəhudilərə, gürcülərə və 

polyaklara,3yer həmkarlar ittufaqlarına,2yer neft sənayeçilərinə və ticarət sənaye ittifaqına 

ayrılmışdı. Parlament milli nümayəndəlik və çoxpartiyalılıq  əsasında qurulmuşdu.7 dekabr 

1918ci  il  ildə  AXC  parlamentinin  ilk  iclası  keçirildi.  Onun  ilk  tədbirləri:  siyasi  dustaqlara 

amnistiya  verilməsi  ilə  bağlı  5nəfər  üzvdən  ibarət  komissiya  yaradılması  və  səlahiyyətli 

şəxslərin  Paris  sülh  konfransına  göndərilməsi  ilə  bağlı  olmuşdu.  Parlamentin  nümayəndə 

heyətinin tərkibinə sədr və ali qanunvericilik orqanının 8üzvü daxil idi.Bundan başqa tərkibə 

3katib  və  3tərcuməçi  də  daxil  idi.  Parlamentdə  120yer  nəzərdə  tutulsada,1fıraksiya  və 

qrupdan ibarət olan 97 nümayəndə ilə təmsil olunurdu.1919 cu il yanvarın 25də parlamentin 

üzvü  seçilmiş  şəxslərin  dövlət  idarə  və  müəssisələrində  xidməti  vəzifələrindən  azad 

olunmalarını müəyyən edən qanun qəbul olunmuşdu. Parlament və onun fəaliyyəti qaydası 

17mart 1919 cu ildə qəbul olunmuş 200bənddən ibarət “Azərbaycan Parlamentinin Təlimatı 

ilə müəyyən edilirdi. Parlamentdə 12komissiya fəaliyyət göstərirdi. Ali qanunverici orqanın 



cari  işlərinə  isə  senyorentkonvent  adlanan  sədr,  müavin  ,  katiblərvə  fraksiyaların 

sədrlərindən ibarət bir daimi orqan idarə edirdi. Bu qurum daha çox siyasi partiyalar arasında 

razılaşmaların əldə edilməsi məqsədi ilə yaradılmışdı. Parlamentin istifadə etdiyi dil dövlət 

dili statusuna malik olan azəri türkcəsi idi. Öz mövcudluğu ərzində parlamentdə 140a qədər 

iclas keçirilmişdir. Azərbaycan Cümhuriyyətinin ilk hüquqi sənədi Konstitusiya aktı statusuna 

malik  olan  İstiqlal  Bəyannaməsi  idi.  Bu  hüquqi  sənəddə  Azərbaycan  dövlətinin  yarandığı 

bəyan olunmuş ,onun hakimiyyətinin şamil edildiyi ərazinin hüdudları müəyyənləşdirilmiş və 

dövlətin  əsas  prinsipləri  göstərilmişdir.Bəyannamədə  demokratik  dövlətə  məxsus 

atributların-hakimiyyətin  xalqa  məxsus  olması,  bütün  xalqların  və  hər  kəsin 

milli,dini,sinfi,silki  və  cinsi  mənsubiyyətindən  asılı  olmayaraq  azad  inkişafına  şərait 

yaradılması və hakimiyyət bölgüsü prinsipi bəyan edilmişdir. Lakin bu sənəd konstitusiyanı 

tam  əvəz  edə  bilməzdi  və  AXC  konstitusiyasının  dövlətin  ali  orqanı  Müəssislər  məclisi 

tərəfindən qəbulu nəzərdə tutulurdu. Hökumət tez bir zamanda dövlətin hüquqi əsaslarının 

yaradılmasının  mümkünsüzlüyünü  nəzərə  alıb  23avqust  1918  ci  il  tarixli  “Rusiya  və 

Zaqafqaziya qanunlarının müvəqqəti qüvvədə saxlanması barədə “qanun qəbul etdi. Qərara 

əsasən  məhkəmə  və  idarəetmənin  bütün  sahələrində  olan  qanunlar  dəyişilmədən 

saxlanılır.1918ci  il  20oktiyabrında  Nazirlər  Şurasının  nəzdində  qanunvericilik  komissiyası 

təsis  edildi.  Ali  qanunvericilik  orqanının  qanun  yaradıcılıq  fəaliyyəti  2  istiqamətdə 

qurulmuşdu.1.Yeni  qanunların  qəbul  olunması.2.Qüvvəsini  müvəqqəti  saxlamış  qanunlara 

əlavə  və  dəyişikliklərin  edilməsi.  2ci  istiqamət  köhnə  aktların  yeniləri  ilə  əvəzlənməsini 

nəzərdə  tuturdu.  Azərbaycan  Cümhuriyyətinin  qanunyaradıcılığı  prosesi  spesifik 

xüsusiyyətlərə  malik  idi.  Belə  ki  müxtəlif  nazirliklərin  nəzdində  qanun  layihələrinin 

hazırlanması üzrə komissiyalar fəaliyyət göstərirdi. Parlamentin fəaliyyətində qanunvericilik 

fəaliyyətinin bir neçə mərhələdən ibarət olduğu müşahidə olunurdu 1.Qanun layihəsinin irəli 

sürülməsi  və  ya  qanunvericilik  təşəbbüsü.  2.Qanun  layihəsinin  müzakirəsi.3.Qanunun 

qəbulu.4.Qanunun  dərc  olunması  Əsas  və  yardımçı  komissiyalar  hazırlanmış  qanun 

layihələrini rəy verilməsi üçün Nazirlər Şurasına göndərir və onun rəyi ilə birlikdə müzakirə 

üçün parlamentə göndərilirdi. Parlamentin müvafiq komissiyaları bu qanunun müzakirəsini 

davam etdirirdi. Bəyənilən qanun layihəsi parlamentin iclasına çıxarılırdı. Qanun layihələrinin 

dərc olunması və hüquqi qüvvəyə gətirilməsi məsələsi parlament fəaliyyətinin ilk dövrlərində 

müəyyən edilməmişdi.Belə ki, 14sentiyabr 1918 ci il 19iyun 1919ci il arasında qəbul olunmuş 

aktlarların dərc olunmasında ardıcıllıq gözlənilmədiyi üçün bütün qanunların qəbul olunduğu 

vaxtdan hüquqi qüvvəyə malik olması nəzərdə tutulurdu. Normativ aktların dərc edilməsi və 

qanuni  qüvvəyə  gətirilməsinin  aşağıdakı  qaydası  müəyyən  olunmuşdu.  1.Qəbul  olunmuş 

qərarlar  hökumətin  İşlər  İdarəsi  tərəfindən  ictimaiyyətinin  nəzərinə  çatdırılmış  və  elan 

edilməmiş fəaliyyətə başlaması qadağan edilmişdi. 2.Qanunların “Azərbaycan Cümhuriyyəti 

hökumətinin  Qanunlar  və  sərəncamlar  külliyyatında”,  “Azərbaycan  Cümhuriyyəti 



hökumətinin  Xəbərləri”ndə  dərc  edilməsi  rəsmi  surətdə  elan  edilməsi  hesab  olunurdu. 

3.Qanun elan edildiyi zaman hüquqi qüvvəyə ya onun özündə göstərilmiş vaxtda ya da,bu 

vaxt  göstərilmiyibsə  rəsmi  mətbuat  orqanında  “Azərbaycan  Cümhuriyyəti  hökumətinin 

Xəbərləri”ndə dərc ediləndən 7gün sonra malik olurdu 4.Hər hansı qanunun hüququ qüvvəsi 

onun özündə başqa hal nəzərdə tutulmayıbsa yalnız özündən sonrakı dövrə şamil olunurdu. 

5.28may 1918-1920ci il mart ayları arasında qəbul olunmuş qanunlar qəbul edildiyi gündən 

hüquqi  qüvvəyə  malik  olurdu  Fəaliyyət  göstərdiyi  dövrdə  Azərbaycan  parlamentinə  315 

qanun layihəsi təqdim olunmuş ,10-12 i rədd edilmiş digərlərin isə komissiyada müzakirəsi 

gedirdi. 1919cu il iyunun 21də qəbul edilən “AR-nın Müəssislər Məclisinə seçkilər haqqında 

əsasnamə “ilə 120 nümayəndənin bərabər, müstəqim və qapalı seçkilər əsasında Müəssislər 

Məclisinə seçkilərin demokratik qaydası müəyyənləşdirilmişdi. Cinsi,dini,milli və.s.dən asılı 

olmayaraq  20yaşına  çatmış  bütün  vətəndaşların  seçkilərdə  iştirak  hüququna  malik  olması 

təsbit olunmuşdur.10fəsil 116 maddədən ibarət olan əsasnamədə qadınların seçki hüququ 

kişilərlə bərabər elan olunmuşdu. 1920 ci il aprelin 15də parlament tərəfindən qəbul edilmiş 

‘İstintaq  hissəsinin  quruluşu  və  gücləndirilməsi  haqqında’  qanunla  dairə  məhkəmələrinin 

nəzdində  bir  xüsusi  ilə  mühüm  işlər  üzrə  məhkəmə  müstəntiqi  ştatı  ,  3mühüm  işlər  üzrə 

məhkəmə ştatı və 32məhkəmə müstəntiqi ştatlarının yaradılması müəyyən edildi.1918ci il 

iyul ayının 15də hökumətin qərarı ilə Bakı quberniyasında baş vermiş mart qırğınları zamanı 

müsəlmanlar  üzərində  zorakılığın  istintaqı  üzrə  Fövqəladə  İstintaq  Komissiyası 

yaradılmışdır.1918ci  il  oktyabrın  9dan  bu  komissiya  Ədliyyə  nazirliyi  sisteminə 

keçirildi.1919cu il iyunun 27də parlament tərəfindən “Müxtəlif idarələrdə vəzifə cinayətləri 

və sui-istifadə halları nın istintaqı üzrə Xüsusi Təftiş - İstintaq yaradılması haqqında “qanun 

qəbul edildi.Bu qərara görə komissiya Ədliyyə Nazirinin təqdimatı üzrə hökumətin qərarı ilə 

sədr, 8 üzvdən ibarət tərkibdə yaradılırdı. Parlament tərəfindən 1919il aprelin 14də qəbul 

edilmiş  “Azərbaycan  Cümhuriyyətində  Hərbi  məhkəmə  hissəsinin  quruluşu  haqqında 

müvəqqəti  əsasnamə”  yə  müvafiq  olaraq  hər  bir  hərbi  hissədə  alay  məhkəmələri  və 

Azərbaycan  hərbi  hissələri  üçün  ümumi  Azərbaycan  hərbi  məhkəməsi  təsis  olundu.AHK 

daimi  və  müvəqqəti  üzvlərdən  ibarət  idi.  Daimi  üzvlərə  sədr  və  2üzv  daxil  idi.  Sədr  hərbi 

nazirin təqdimatı ilə üzrə hökumətin qərarı ilə,prokror və hərbi məhkəmənin daimi üzvləri 

isə hərbi nazirin əmri ilə təyin edilirdi. Müvəqqəti üzvlər hərbi nazirin sərəncamı ilə 6aylıq 

müddətə hərbi hissədən 4nəfərdən ibarət tərkibdə təyin edilirdi.Hərbi məhkəmələr hərbi -

siyasi vəziyyətlə əlaqədar seçkilərlə deyil təyinetmə yolu ilə təşkil edilirdi. 




Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin