Azərbaycan Hüquq Tarixi


 .XIX əsrdə Azərbaycanda kəndli slahatları



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə53/59
tarix10.05.2022
ölçüsü0,64 Mb.
#57334
1   ...   49   50   51   52   53   54   55   56   ...   59
AHT konspekt ( çıxartmaq üçün ) 1

33 .XIX əsrdə Azərbaycanda kəndli slahatları.

 

Şimali  Azərbaycan  Rusiya  tərəfindən  işğal  olunduqdan  sonra  burada  əhalinin  hüquqi 



vəziyyətində  nəzərəçarpacaq  dəyişikliklər  baş  verdi.  Kəndlilərin  hüquqi  vəziyyəti 

1818,1830,1841  və    1846-cı  illərdə  verilmiş  normativ    aktlarda  müəyyən  dərəcədə  əks 

etdirilmişdi.  1846-cı  il  fərmanında  kəndliləri  ifadə  edən  rəiyyət,rəncbər,nökər  və  s.kimi 

adların əvəzinə onlara ümumi ad-“ mülkədar tabeli”  adı verilmişdi.1847-ci il aprelin 20-də 

və  dekabrın  28-də  nəşr  edilmiş”Kəndli  əsasnamələri”  də  bu  adı  təsdiqləmiş  və  dövlət 

kəndliləri ilə sahibkar kəndliləri arasında fərqli cəhətləri müəyyən etmişdi.Müəyyən şərtlərə 

əməl  edilməklə,  sahibkar  kəndlilərinə  bir  sahibkarın  yanından  başqasının  yanına  köçmək 

hüququ  verilirdi.Əsasnamələrə  görə,maldar  kəndlilər  otlaqlardan  istifadə  müqabilində 

ödəməli  olduqları  vergilərdən  azad  edilirdilər.”Bakı  quberniyasında  kənd  icmaları,onların 

ictimai  idarələri  və  dövlət,ictimai  mükəlləfiyyətləri  haqqında“    23  avqust  1866-cı  il  tarixli 

əsasnaməsi  və  “Zaqatala  dairəsində  kənd  cəmiyyətləri,onların  ictimai  idarələri  və 

dövlət,ictimai mükəlləfiyyətləri haqqında” 31 iyul 1867-ci il əsasnaməsi ilə Az-canda kəndli 

cəmiyyətlərinin hüquqi status tənzimlənmişdi.Rusiyada 1861-ci ildə və Gürcüstanda 1864-cü 

ildə  təhkimçilik  hüququ  ləğv  edildikdən  sonra  ,1870-ci  il  mayın  14-də”  Zaqafqaziya 

quberniyaları  Bakı,Gəncə(Yelizavetpol),İrəvan  və  qismən  Tiflis  quberniyaları  ali  müsəlman 

silkindən  olan  şəxslərin  torpaqlarında  sakin  olan  kəndlilərin  torpaq  quruluşu  haqqında” 

əsasnamə verilmişdi.1847-ci il əsasnaməsi kimibu əsasnamədə də kişi cinsindən olanlara 5 

desyatin  pay  torpağının  verilməsi  nəzərdə  tutulmuşdu.Fərqli  cəhətlər  isə  kəndlilərin 

feodaldan  asılılığının  ləğvi,kəndlilərin  öz  pay  torpaqlarını  sahibkarlarla  qarşılıqlı  razılıq 



əsasında,barışıq münsifinin müəyyən etdiyi qaydada satın almaq hüququna malik olması və 

s. idi. 


Torpaqla bağlı hüquq münasibətləri 1818,1830,1841,1846,1847,1870-ci və s. illərdə qəbul 

edilmiş  əsasnamələrdə  öz  əksini  tapmışdır.XIX  əsrdə  AZ-canda  mövcud  torpaq  sahibliyi 

formaları  əsasən  dövlət-xəzinə,mülk,tiyul,vəqf  və  icma  idi.Kənd  icmalarının  istifadəsində 

olan torpaqlar da dövlətə məxsus idi və onların 3-4 ildən bir dövlət kəndliləri arasında kənd 

icmasının yığıncağında bölüşdürülməsi nəzərdə tutulurdu.1870-ci il əsasnaməsində həmdə 

torpaqdan  istifadə  ilə  bağlı  münasibətlər  də  tənzim  olunurdu.Pay  torpağı  alan  kəndlilər 

həmin  torpağı  satın  almaq  hüququnu  barışıq  münsifinə  müracət  etməklə  gerçəkləşdirə 

bilərdi.Torpaqların hərracla icarəyə verilməsi qaydası 1893-cü ildə verilmiş xüsusi qanunla 

nəzərdə  tutulurdu.İcarə  müddəti  6  il  müəyyən  edilsə  də  ,ümumi  qaydaya  əsasən  bu 

müddətin  36  ilə  qədər  uzadılmasının  mümkünlüyü  qeyd  olunurdu.Torpaq  12  ildən  yuxarı 

müddətə icarəyə götürüldükdə bu sahə ilə məşğul olan baş idarənin razılığı olmalı idi.1861-

ci  il  iyunun  29-da  Zaqafqaziyada  torpaqların  mərzləşdirilməsi  haqqında  əsanamə  təsdiq 

olunmuşdu.Dövlət  torpaqlarının  sərhədlərini  müəyyənləşdirmək  qaydası  qoyuldu.1887-ci 

ildə  torpaqların  mərzləşdirilməsi  haqqında  yeni  bir  əsasnamə  elan  edildi.Bu  əsasnamədə 

onlarla  kəndin  və  xeyli  döv.torpaq+ının  daxil  olacağı  dairələrin  təşkil  edilməsi  və  onlar 

arasında  sərhəd  qoymaq  nəzərdə  tutulurdu.1896-cı  ildə  qanun  layihəsi  hazırlamaq  üşün 

xüsusi komissiya təşkil edildi.1897-ci ildə yeni qanun verildi.İcmanın bilavasitə istifadəsində 

olan  torp+  həmin  kənddə  yaşayan  döv.kəndli+I  üçün  müəyyən  edilmiş  normadan  artıq 

olduqda  belə  torp+dan  kəsib  götürmək  qadağan  olunurdu.1900-cü  il  mayın  1-də  verilmiş 

Zaqafqaziya  ölkəsində  dövlət  kəndlilərinin  torpaq  quruluşu  haqqında  qanun  1897-ci  il 

qanununu bir daha təsdiq etdi. 

 

 




Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin