Azərbaycan Hüquq Tarixi


 .XIII-XIV əsrlərdə Azərbaycanda hüquq mənbələrinin ümumi səciyyəsi



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə54/59
tarix10.05.2022
ölçüsü0,64 Mb.
#57334
1   ...   51   52   53   54   55   56   57   58   59
AHT konspekt ( çıxartmaq üçün ) 1

34 .XIII-XIV əsrlərdə Azərbaycanda hüquq mənbələrinin ümumi səciyyəsi.

 

XIII-XIV əsrlərdə Azərbaycanda əsas hüquq mənbəyi qismində müsəlman hüququ çıxış etsə 



də,ilkin  mərhələdə  onun  normaları  monqol-patriarxal    feodal  hüququ  ilə  əlaqəli  şəkildə 

fəaliyyət göstəriridi

.

Monqollar Çingiz xanın Yasası əsasında hərəkət edirdilər.Monqol feodal-



patriarxal  hüququnun  toplusu  kimi  xarakterizə  edilən  Böyük  Yasanı  XIII-XIV  əsrlərdə 

Azərbaycan feodal hüququnun mənbələrindən biri hesab etmək olar.Çingiz xan 1206-cı ildə 

monqol  əyanlarının  qurultayında  xaqan  elan  edildikdən  sonra  ,onun  göstərişinə  əsasən  

qanunlar məcmuəsi  tərtib edilmiş və bu toplu Böyük Yasa adını almışdır.Yasanın tam mətni 

dövrümüzə  qədər  gəlib    çatmamışdır.Yazılmamış  və  köçürülməmiş  Yasa  şifahi  şəkildə 



nəsildən-nəslə  ötürülmüşdür.Bizə  məlum  olan  33  fraqmentdən  əksəriyyəti  cinayət  hüquq 

normalarını ehtiva edir.Onlardan yalnız 2-si mülki hüquqi məsələlərə həsr olunmuşdur.Çingiz 

xanın  nəsihət  xarakterli  qərar  və  göstərişlərindən  13-ü  bizə  məlumdur.Hülakü  və  Abaqa 

xanın dövründə baş vəzir olmuş dahi Azərbaycan mütəfəkkiri  Nəsrəddin Tusi özünün Əxlaqi-

Nasiri 

və 


Maliyyə 

haqqında 

traktat 

 

əsərlərində 



hüququn 

,ələlxüsus 

inzibati,maliyyə,aqrar,cinayət,mülki  və  prosessual  hüququn  təkmilləşdirilməsi  baxımından 

çox  qiymətli  məsələlər  qaldırmışdır.O  Əxlaqi-Nasiri  əsərinin  3-cü  məqaləsini  Ölkəni 

idarəetmə  qaydaları  adlandırmış  və  burada  dövlətin  inzibati  və  iqtisadi  funksiyalarının 

təhlilini  vermişdir.Tusi  Şərq  fəlsəfəsinə  istinad  edərək  deyirdi  ki,rəiyyəti  ədalət,fəzilət  və 

hikmət qanunları əsasında idarə etmək lazımdır.  Maliyyə haqqında traktat əsərində  əsas 

4  vergi  növünün  tətbiqini  məqsədəuyğun  sayır:əkinçilərdən  xərac  formasında;tacirlərdən 

tamqa formasında;heyvandarlardan məral  deyilən vergi;təsadüfi gəlirlər şəklində xəzinəyə 

daxil olan vəsaitlər.Tusinin bu təklifləri ölümündən sonra  Qazan xanın islahatlarında nəzərə 

alınmışdır.Cinayət  və  cəza  məsələlərinə,ədalət  mühakiməsi  ilə  bağlı  məqamlara  xüsusi 

diqqət  ayıran  mütəfəkkir,cinayıt  törətməkdə  təqsiri  olan  şəxslər  barəsində  istintaqa  tanış 

olmayan üsullardan istifadə edilməsinin və cismani işgəncələr verilməsinin yolverilməzliyini 

qeyd  edir  və  belə  zorakılığı,qeyri-insani  münasibəti  ədalət  mühakiməsini  həyata  keçirən 

qulluqçuların nöqsanı kimi qiymətləndirirdi.Dünyəvi qanunvericiliyin inkişafına  Qazan xanın 

baş vəziri olmuş Fəzlullah Rəşidəddinin tərtrib etdiyi “Dəstur əl-məmləkət” adlı qanunnamə 

də  müəyyən  töhfə  vermişdir.XIII-XIV  əsrlərdə  Az-da  mövcud  olan  hüquq  mənbələrinin 

içərisində  Qazan  xanın  verdiyi  fərmanlar  mühüm  yer  tutur.Qazan  xan  yerli  feodalları  öz 

tərəfinə çəkmək və öz hakimiyyətini möhkəmləndirmək məqsədilə əsasən dövlətin sosial-

iqtisadi  və  hüquqi  həyatını  əhatə  edən  bir  sıra  islahatlar  həyata  keçirdi.Qazan  xanın 

islahatları müxtəlif sahələri əhatə etmişdir.İslahatların tənzim etdiyi münasibətləri aşağıdakı 

qruplara  ayırmaq  olar  İslam  dinin  qəbulu  və  möhkəmləndirilməsi  haqqında 

qanunvericilik,hərbi iş və qoşun saxlanılmasına dair qanunvericilik,təsərrüfat iqtisadiyyatının 

idarə 


edilməsı 

barədə 


qanunvericilik,torpaq 

və 


rəiyyətin 

hüquqları 

barədə 

qanunvericilik,ticarət-maliyyə 

qaydaları  barədə  qanunvericilik,saraydaxili  idarəçilik  haqqında  qanunvericilik,daxili  qayda-

qanunlara  əməl  olunması  barədə  qanunvericilik,ədalət  mühakiməsi  və  mülkiyyət  barədə 

qanunvericilik.Məhkəmə  islahatı  ilə  əvvəllər  mövcud  olmuş  qayda-məhk.  Hakimi 

vəzifələrinin otkupa(iltizama) verilməsi qaydası ləğv olundu.Vergi sistemində, o ilk növbədə 

vergilərin  qaydaya  salınması,vergilərin  dəqiq  müəyyən  edilməsi  üçün  1304-cü  ilin  fev-da 

fərman verərək məhsulun irəlicədən qiymətləndirilməsi qaydasını ləğv etdi.Orduda keçirilən 

islahatın  məqsədi  onun  daha  da  möhkəmləndirilməsi  ,mühafizə  qüdrətinin  artırılması  və 

əmirlərin  eləcə  də  bütövlükdə  qoşun  hissələrinin  mərkəzi  hakimiyyətdən  asılılığının 

gücləndirilməsindən ibarət idi.Bütün bunlarla yanaşı, Rəşidəddinin”Vəqfnameyi rəbi Rəşidi” 



,”Mükatibati-Rəşidi”  topluları,Hinduşah  Naxçıvaninin”  Dəstur  əl-katib  fi  təyin  əl-

məratib”(Dərəcələrin müəyyən edilməsi zamanı mirzələr üçün rəhbər vəsait) toplusu da XIII-

XIV əsrlərin hüquq mənbəyi kimi mühüm əhəmiyyətə malikdir. 

 


Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin