Azərbaycan Hüquq Tarixi



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə56/59
tarix10.05.2022
ölçüsü0,64 Mb.
#57334
1   ...   51   52   53   54   55   56   57   58   59
AHT konspekt ( çıxartmaq üçün ) 1

islahatı yalnız dini deyil, həmçinin siyasi məsələləri əks etdirir: İran və Osmanlı imperiyasının 

birləşdirilməsi məqsədini güdürdü. Bu dövrdə ailə-nikah məsələləri çözülərkən əsasən sünni 

məzhəbinin  fiqhə  dair  toplularından  istifadə  olunurdu.Bu  məsələlərdə  təriqətlər  arasında 

müəyyən  fərqlər  var  idi. Belə  ki,  şiəliyə  görə  səfəvilər  dövründə  miras  vəfat  edənin  yaxın 

qohumları  arasında  bölüşdürülsə  və  yalnız  yaxın  qohum  olmadıqda  uzaq  qohumlarda 

varisliyə cəlb olunurdusa,sünniliyə görə miras hüququndan eyni zamanda mərhumun bütün 

qohumları istifadə edirdilər. Bu dövrün mənbələrindən biri 1726cı ildə tərtib edilmiş anonim 

traktat “təzkirət əl mülük” idi. Bu sənədin naməlum müəllif tərəfindən Mahmud Gülzayın 

əmri ilə hazırlaması haqqında məlumatlar var. Burada dövlətin strukturu, dövlət qurulusu, 

inzibatı aparat, məhkəmə idarəçiliyi, vergi siyasəti və.s.haqqında məlumatlar vardır.sənəddə 

daha  çox  inzibati  hüquqa  yer  verilir.  Osmanlıların  Azərbaycanda  hakimiyyəti  dövründə 

Sultanların verdiyi qanunlar, qanunnamələr də hüquqi qüvvəyə malik idi. Sultan Süleymanın 

hər birinin bölmələrə ayrıldığı 3 iri hissədən-cinayət və cəzalara dair normalardan,len torpaq 

sahibliyi,  rəiyyətlər  və  onlardan  yığılan  vergilərə  dair  maddələrdən  ibarət  qanunnaməsi 

əsasında əyalətlər üçün də yerli şərait və adət hüququ normaları nəzərə alınmaqla müvafiq 

qanunlar  tərtib  edilmişdir  Həmin  qanunlar  əsasında  tərtib  edilmiş  və  bütün  imperiyanın 

ərazisində qüvvədə olan “Torpaqların idarəçiliyi haqqında” qanun fəaliyyət göstərirdi. Yeni 

işğal  olunmuş  o  cümlədən  ,Azərbaycan  ərazisində  vergi  və  mükəlləfiyyətlərin  müəyyən 

olunması  üçün  həmin  qanun  əsas  götürülürdü.1728  ci  ildə  əhali  siyahıya  alındı  və  vergi 

toplama  işi  Türkiyədəki  normalarla  həyata  keçirildi.  Şah  Sultan  Hüseyninin  xvııı  əsrin 

əvvəllərində verdiyi fərmana görə öz yaşayış yerini tərk edən və ya soyğunçuluqla məşğul 

olanların  ,qaçqınlara  sığınacaq  verən  və  onları  gizlədən  şəxslərin  əmlakı  onları  tapan  şah 

məmurlarına verən şəxslərə verilməli ,özləri isə öldürülmə idilər. Sultan Hüseynin digər bir 



fərman xarici ticarətlə bağlı məsələlər ,xüsusi ilə Səfəvilərlə Rusiya dövləti arasındakı ticarəti 

tənzimləmək  məqsədi  ilə  tərtib  olunmuşdu.10bənddən  ibarət  olan  fərmanda  yerli 

hakimlərin rus tacirlərinə öz mallarını onların  ərazisində satmağa məcbur etməməli ,digər 

şəhərlərə  getməsinə  mane  olmamalı,  əksinə  onları  qorumalı,  yerli  tacirlər  gəlmə  tacirlərə 

olan borclarını vaxtında ödəməli, əyər vaxtinda ödəyə bilməzsə 1000 tümənə hər ay 1% əlavə 

verməli olduqları, xarici tacirlərdən rəhdar alınmaması və.s. kimi məsələlər əks olunmuşdu. 

Bu  dövrdə  müxtəlif  hüquqi  məsələləri  əks  etdirən  sənədlər  də,  hüququn 

aydınlaşdırılmasında  müəyyən  əhəmiyyət  kəsb  edir.  Rusiya  dövləti  tərəfindən  verilən 

“Manifest”də  rus  əsgər  və  zabitlərinin  yerli  əhaliyə  qarşı  hər  cür  zorakılığı  qadağan  edilir, 

buna yol vermiş şəxslərə ən ağır cəzalar hətta ölüm cəzası nəzərdə tutulmuşdu.Xəzərsahili 

vilayətlərdə rus qanunvericiliyi tətbiq olunurdu . O dövrdə 1649 cu il Qanunnaməsi,1714 cü 

il  “Vahid  vərəsəlik  haqqında  cədvəl”    kimi  Rusiya  qanunvericiliyinə  aid  normativ-hüquqi 

aktlar  tətbiq  olunurdu.  21bənddən  ibarət  olan  Şamaxı  konsulxanasına  ünvanlanmış 

təlimatda  dövlətin  ümumi  siyasətini  əks  etdirən  müddəalar  əks  olunmuşdu.  1732,1735ci 

illərdə  Səfəvilərlə  Rusiya  dövləti  arasında  bağlanmış  Rəşt  və  Gəncə  müqavilələrinə  görə 

Rusiya  qoşunları  könüllü  Azərbaycan  ərazilərini  tərk  etməsi,  rus  tacirlərinə  isə  bu  ərazidə 

gömrüksüz ticarət hüququ verilməsi nəzərdə tutulurdu. 

 


Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin