Azərbaycan Hüquq Tarixi


  AXC- nin məhkəmə  sisteminin



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə51/59
tarix10.05.2022
ölçüsü0,64 Mb.
#57334
1   ...   47   48   49   50   51   52   53   54   ...   59
AHT konspekt ( çıxartmaq üçün ) 1

30.  AXC- nin məhkəmə  sisteminin 

 

AXC  dövründə  məhkəmə  sisteminin  yeni  əsaslarla  təşkili məsələsinə  də çox  böyük  diqqət 



ayrılmışdı. Hökümət tərəfindən hərbi vəziyyətin elan edilməsi ilə əlaqədar 1918- ci il iyunun 

15- də“Korpus məhkəmələrinin yaradılması haqqında ” qərar verilmişdi. Həmin məhkəmələr 

əsasən, ağır cinayət işlərinin baxılması və həlli ilə məşğul olmalı idilər. Ədliyyə Nazirliyi elə ilk 

günlərdən  barışıq  məhkəmələrinin  bərpası  yolunda  işlər  aparmağa  başladı.  Azərbaycan 

höküməti  14  sentyabr  1918-  ci  ildə  barışıq  məhkəmələrinin  bərpası  uçün  vəsait  ayrılması 

qərarını  verdi.  Paytaxtın  Bakıya  köçürülməsi  ilə  məhkəmənin  yenidən  qurulması  işinə 

başlanıldı. Bakı Kommunası dövründə təsis edilmiş bütün məhkəmə və istintaq orqanları ləğv 

edildi.  Bakı  Dairə  Məhkəməsi  ona  tabe  olan  idarələrlə  birgə  bərpa  edildi.  Nazirlər  Şurası 

tərəfindən 14 noyabr 1918  – ci ildə təsdiq  edilən və 8  bənddən ibarət olan “ Azərbaycan  

Məhkəmə Palatası haqqında” Əsasnamə  ilə Bakı şəhərində Azərbaycan Məhkəmə Palatası 

təsis olunurdu. Əsasnamənin  2 – ci bəndinə müvafiq olaraq bu palata 2 departamentdən – 

mülki  və  cinayət  üzrə  departamentdən  ibarət  olmalı  idi.  Palata  apellyasiya  məhkəməsi 

statusuna malik idi. Məhkəmə Palatasının nəzdində prokuror nəzarəti fəaliyyət göstərirdi. 

Palata cinayət işləri üzrə 1- ci instansiya məhkəməsi kimi çıxış edirdi. Nəzdində prokurordan 

və  onun  iki  köməkçisindən  ibarət  Prokuror  fəaliyyət  göstərirdi.  Prokuror  nəzarətinə  baş 

prokuror  rəhbərlik  edirdi.  O,  eyni  zamanda  ədliyyə  naziri  qismində  məhkəməidarəçiliyini 

həyata keçirən Ali orqanın başçısı sayılırdı. Ədliyyə Naziri həm də, həbsxanalara himayədarlıq 

cəmiyyətinin  prezidenti  idi.  Bakı  və  Gəncədə  də  prokuror  nəzarəti  fəaliyyət  göstərirdi. 27 

iyun  1919-  cu  ildə    Azərbaycan  Parlamenti  tərəfindən  “  Müxtəlif  idarələrdə  vəzifələrini 

cinayətləri  və  sui-istifadə  hallarının  istintaqı  üzrə  Xüsusi  Təftiş  –  İstintaq  Komissiyasi 

yaradılması  haqqında  ”  qanun  qəbul  olundu.  Bu  qanuna  görə  komissiya  Ədliyyə  Nazirinin 

təqdimatı üzrə hökümətin qərarı ilə sədr və 8 üzvdən ibarət tərkibdə yaradılırdı. 1919 -cu ilin 

əvvəllərində  Azərbaycanda  Milli  Ordu  hissələrdə  quruculuq  işlərinin  sürətlənməsi  ilə 

əlaqədar olaraq hərbi məhkəmələrin də qurulmasına başlanılmışdı. Parlamentin tərəfindən 

1919-  cu  il  aprelin  14-  də  qəbul  edilmiş  “  Azərbaycan  Cümhuriyyətində  hərbi  məhkəmə 

quruluşu  haqqında  ”müvəqqəti  əsasnaməyə  uyğun  olaraq  hər  bir  hərbi  hissədə  alay 

məhkəmələri  və  Azərbaycanin  hərbi  hissələri  üçün  Ümumi  Azərbaycan  Hərbi  Məhkəməsi 

təsdiq  olunurdu.  Hərbi  məhkəmənin  daimi  üzvlərinin  tərkibinə  sədr  və  2  üzv  daxil  idi. 

Müvəqqəti  üzvlər  isə  hərbi  nazirin  sərəncamıyla  6  aylıq  müddətə  hərbi  hissələrdən  4 

nəfərdən  ibarət  tərkibdə  təyin  edilirdilər.  1920-  ci  ilin  mart  ayında  Ali  Məhkəmənin 

funksiyalarını yerinə yetirəcək bir orqan – Azərbaycan senatı haqqında əsasnamənin layihəsi 

hazırlanaraq  müzakirə  üçün  Parlamentə  təqdimatı  olundu.  Senat  mühafizə,  inzibati, 

kassasiya,  məhkəmə  funksiyalarinı  həyata  keçirməli  idi.  Senat  cinayət,  mülki,  inzibati 

departamentlərdən  ibarət  tərkibdə  fəaliyyət  göstərməli  idi.  AXC-  nin  işğalı  ilə  əlaqədar 

olaraq bu tədbir həyata keçirilmədi. Bu dövrdə kənd məhkəmələri və şəriət məhkəmələri də 



fəaliyyət  göstərirdi.  Kənd  məhkəmələri  kənd  məclisləri  tərəfindən  3  nəfər  tərkibdə  3  il 

müddətinə  seçilirdi.  Bu  məhkəmələr  kendlilərin    arasında  yaranmış  məbləği  100  manata 

qədər  olan  bütün  mübahisələri  və  ona  aid  olan  mülki  iddiaları  həll  edirdilər.  Şəriət 

məhkəmələri nikah-boşanma məsələləri ilə məşğul olurdu. Ümumiyyətlə, məhkəmənin tam 

müstəqilliyi  üçün  müəyyən  addımlar  atılmışdı.  Ancaq  hərbi  məhkəmələr  in  icra 

hakimiyyətindən asılılığı qalmaqda davam edirdi. 

 

 


Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin