Azərbaycan Hüquq Tarixi


 Car-Tala qanunnaməsinin səciyyəvi cəhətləri



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə52/59
tarix10.05.2022
ölçüsü0,64 Mb.
#57334
1   ...   48   49   50   51   52   53   54   55   ...   59
AHT konspekt ( çıxartmaq üçün ) 1

31. Car-Tala qanunnaməsinin səciyyəvi cəhətləri 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

 

 

 

 

 

 

 

 



 

32. Müsəlman hüququnda məhkəmə və proses

 

.Məhkəmə.İlkin islam cəmiyyətində məhkəmə inzibati hakimiyyətdən ayrı deyildi.Müsəlman 



icmasının başçısı kimi Məhəmməd Peyğəmbər gündəlik ibadəti başa vurduqdan sonra baş 

verən mübahisələri həll edir və qərarlar verirdi.Yerlərdə hakim funksiyasını tayfa başçıları 

olan  şeyxlər  və  ya  inzibati-ərazi  bölgülərinin  başçıları  icra  edirdilər.Erkən  dövrlərdəki 

müsəlman mühakimə icraatının xarakterik cəhəti vəkillik institutunun olmaması idi.Qazı eyni 

bir iclasda məhkəmə baxışını başa çatdırıb qərar verirdi.Adətən,iş şifahi surətdə təhqiq edilir 

və qəti nəticə bütünlüklə qazıdan asılı olurdu.Müsəlman hüququna görə yerli məhkəmələrin 

tərkibinə  qazı  ilə  yanaşı,şahidlərin  şəxsiyyətini  yoxlayıb  katib  funksiyasını  yerinə  yetirən 

məzakki,əmlak  bölgüsünün  bütün  qaydalarını  bilən  və  həyata  keçirən  qasim,şahidlərin 

gəlməsinə nəzarət edən,məhkəmə qərarını icra edən əmin əl-hökm də daxil idi.Məhkənədə 

işə  baxılması  məzakkinin  dəvət  olunanların  şəxsiyyətini  yoxlaması  ilə  başlayırdı.Şəriət 

məhkəməsində iddiaçı və cavabdehin iqrar etirafı və and içməsinin böyük  əhəmiyyəti var 

idi.Çünki həmin vaxt şahid və məhkəməni həyata keçirənlərin əsl müsəlman olmasına diqqət 

yetirilmiş,iman sahiblərinin ifadələrinə daha çox etibar edilmişdir.Qazı sübutetmə vəzifəsini 

yalnız  müddəi  üzərinə  qoymamalı,öz  səlahiyyətindən  istifadə  edərək  məsələnin 

aydınlaşmasını təmin etməlidir.Şahid  hadisəni görməli,eşitməli,qavramalı idi,çünki mənbəyi 

olmayan  şəhadət  əsassız  sayılırdı.Ağır  cinayət  işlərində  şahid  gözü  ilə  görən  şahid  olduğu 

halda,nikah,boşanma,mülki  əqdlərin  bağlanması  ilə  əlaqədar  işlərdə  həm  gözü  ilə 

görən,həm də qulağı ilə eşidən şəxs şahid ola bilərdi.Müsəlman əleyhinə yalnız müsəlman 

şahidlik  edə  bilərdi.Yaxın  qohumluq,dostluq  münasibətində  olanların  bir-birinə  qarşı 




şəhadət  verməsi  düzgün  hesab  edilmirdi.Müsəlman  hüququnda  müəyyən  edilmiş  şahidlik 

qaydalarına görə iki qadın şahid bir kişi şahidə bərabər tutulurdu.Şəxsin etirafı(ikrar) və şahid 

ifadələri ilə yanaşı,sübut kimi sənədlərdən də istifadə olunurdu.Məhkəmədə mülkiyyətçisi 

bilinməyən mal meydana çıxdıqda beyt ül-mala və ya vəqfə verilirdi ki,yoxsul və kimsəsizlərə 

sərf  olunsun.Məhkəmə  prosesi  qazı  tərəfindən  şifahi  qərarın  verilməsi  ilə  başa 

çatırdı.Abbasilər  dövründə  hpkmlər  cavabdehin  tələbi  əsasında  yazılı  olaraq  ifadə 

olunurdu.Qazının  çıxardığı  qərardan  narazı    qalanlar  qazı  əl-qüzzatın  başçılıq  etdiyi 

məhkəmə nəzarət divanına müraciət edə bilərdilər. 

 

 

 



 


Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin