ATƏM-in sədri İsveçin Xarici İşlər Naziri Marqareta af Uqlas ilə görüşdə Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin çıxışı



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə6/8
tarix06.09.2017
ölçüsü0,76 Mb.
#29011
1   2   3   4   5   6   7   8

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT 

 

1. Avropa strukturları Ermənistan Azərbaycan. Dağlıq Qarabağ münaqişəsinin həllində  səylərini 



artırmalıdır // Azərbaycan, №28 (3643), 5 fevral 2004 

2. Avropa Şurası Qarabağ münaqişəsinin  ərazi bütövlüyü prinsipi əsasında həllinə  tərəfdardır // 

Azərbaycan, №5 (3924), 8 yanvar 2005 

3. Azərbaycan 2003 inkişaf strategiyasında yeni mərhələ. Bakı, 2005, 520 s. 

4. Azərbaycan və Rusiya prezidentlərinin geniş tərkibdə görüşü // Azərbaycan, №40 (4263), 23 fevral 

2006 


5. Azərbaycan Prezidenti İlham  Əliyev ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Stiven 

Mənni qəbul etmişdir // Azərbaycan, №225 (3840). 26 sentyabr 2004 

6. Azərbaycan Prezidenti İlham  Əliyev ATƏT-in Minsk qrupunun amerikalı  həmsədri Stiven Mənni 

qəbul etmişdir // Azərbaycan, №55 (4278). 14 mart 2006 

7. Azərbaycan Prezidenti İlham  Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul etmişdir // 

Azərbaycan, №158 (4077), 12 iyul 2005 

8. Azərbaycan Prezidenti İlham  Əliyevin Astanaya səfəri // Azərbaycan,  №216 (3831), 16 sentyabr 

2004 


9. Azərbaycan Prezidenti İLham Əliyevin Ermənistan Prezidenti Robert Koçaryan ilə təkbətək görüşü // 

Azərbaycan, №216 (3831), 16 sentyabr 2004 



10. Azərbaycan Respublikasının Prezidenti İlham  Əliyev ATƏT-in Bakı ofisinin rəhbərini qəbul 

etmişdir // Azərbaycan, №170 (3780), 24 iyul 2004 

11. Azərbaycan torpaqlarının işğalı, ərazi bütövlüyünün pozulması və etnik təmizləmənin nəticələri ilə 

heç zaman barışmayacaq // Azərbaycan, №224 (3839), 25 fevral 2004 

12. BMT-nin Baş  Məclisi Azərbaycanın işğal edilmiş  ərazilərində  vəziyyəti müzakirə  etmişdir // 

Azərbaycan, №272 (3887), 24 noyabr 2004 

13. Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın  ərazi bütövlüyü çərçivəsində  həll edilməlidir // 

Azərbaycan, №8 (3927), 12 yanvar 2005 

14. Həsənov  Əli. Qaçqınların və  məcburi köçkünlərin problemlərinin həlli Prezident İlham  Əliyevin 

daim diqqət mərkəzindədir // Xalq qəzeti, №245 (25419), 31 oktyabr 2006 

15. Qaraxanlı R. AŞ PA-dan Koçaryana yeni il sürprizi // Azərbaycan, №5 (4228). 12 yanvar 2006 

16. Moskvada Ermənistan-Azərbaycan münaqişəsinin həllinə  dair danışıqlar davam etdirilmişdir // 

Azərbaycan. №196 (4115), 25 avqust 2005 

17. "Praqa prosesi" Praqada davam etdirildi // Azərbaycan, №8 (3927), 12 yanvar 2005 

18. Prezidentin mətbuat xidmətinin məlumatı // Azərbaycan, №31 (4254), 12 fevral 2006 

19.  Şəfəq Akif qızı. ATƏT PA sədrinin xüsusi nümayəndəsi Dağlıq Qarabağın müstəqilliyini 

münaqişənin həllinə alternativ hesab etmir // Azərbaycan, №150 (4069). 2 iyul 2005 

 

ОЧЕРЕДНОЙ ЭТАП В ПРОЦЕССЕ УРЕГУЛИРОВАНИЯ 



НАГОРНО-КАРАБАХСКОГО КОНФЛИКТА (2003-2006 гг.). 

 

Алы Балаев. 

В  статье  рассматривается  целенаправленная  деятельность  руководства  Азербайджана  по 

справедливому  разрешению  нагорно-карабахской  проблемы.  Отмечается,  что  одной  из  причин 

неурегулированности  данного  конфликта  является  пассивная  и  необъективная  позиция,  занятая 

Минской  группой  ОБСЕ.  Автором  дается  подробный  анализ  всех  встреч  и  обсуждений,  которые 

проводил Президент Азербайджана Ильхам Алиев в направлении решения этих проблем. 



 

“Dirçəliş-XXI əsr”.-2010.-№143-144.-S.292-297. 

Bir milyon azərbaycanlının taleyinə beynəlxalq birlik hələ də biganə yanaşır 

 

1988-1993-cü illərdə Ermənistan Silahlı Qüvvələrinin ölkəmizə hərbi təcavüzü nəticəsində Azərbaycan 



torpaqlarının 20 faizi – Dağlıq Qarabağ, eləcə də ona bitişik olan 7 rayonun (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, 

Cəbrayıl, Qubadlı, Zəngilan)  ərazisi işğal olundu, bir milyona yaxın soydaşımız qaçqın və  məcburi köçkün 

vəziyyətinə düşdü. Məcburi köçkünlər hazırda ölkənin 62 şəhər və rayonunda 1600-dən çox sıx məskunlaşma 

obyektində müvəqqəti yaşayırlar.  

Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində 20 min nəfərdən artıq azərbaycanlı  həlak olub, 

4866 nəfər itkin düşüb, təxminən 100 min nəfər yaralanıb, 50 min nəfər müxtəlif dərəcəli xəsarət alaraq əlil 

olub. Hərbi təcavüz ölkəmizin 17 min kv. km. ən məhsuldar torpaqlarının işğalına, 900 yaşayış məntəqəsinin, 

130939 evin, 2389 sənaye və kənd təsərrüfatı obyektinin, 1025 təhsil və 798 səhiyyə ocağının, 1510 mədəniyyət 

müəssisəsinin, 5198 km avtomobil yollarının, 348 körpünün, 7568 km su və 76940 km elektrik xətlərinin 

dağıdılmasına səbəb olub. 

BMT Təhlükəsizlik  Şurası münaqişənin tezliklə, sülh yolu ilə  həlli, işğal olunmuş  ərazilərin azad 

edilməsi, qaçqın və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması haqqında 1993-cü ildə 822, 853, 874, 

884 saylı qətnamələr qəbul edib. Lakin onlar indiyədək yerinə yetirilməyib. 

İlk dövrlərdə məcburi köçkünlərin böyük əksəriyyəti 12 çadır düşərgəsində, 16 fin tipli yığma evlərdən 

ibarət qəsəbədə, fermalarda, dəmir yolu üzərindəki yük vaqonlarında, ictimai binalarda, yataqxanalarda, təhsil 

müəssisələrinə məxsus binalar və uşaq bağçalarında, sanatoriya, pansionat, istirahət evlərində, turist bazalarında, 

tikintisi yarımçıq qalmış binalarda, qohum evlərində  və digər kommunal şəraiti olmayan, sanitar normalara 

cavab verməyən yerlərdə çox ağır şəraitdə məskunlaşmışdı. 

Hazırda Azərbaycan  əhalisinin hər doqquz nəfərdən biri didərgin düşmüş  şəxsdir ki, bu da dünyada 

əhali nisbətinə  görə  çox yüksək göstəricidir. Nüfuzlu dövlətlər və beynəlxalq təşkilatlar isə Ermənistanın 

işğalçılıq siyasətinin ortaya çıxardığı bu mənzərəyə sadəcə  seyrçidirlər. Azərbaycana qarşı  hərbi təcavüz və 

onun vurduğu maddi-mənəvi zərər dövlətimizin bir nömrəli problemi olaraq qalır. 

Qaçqın və məcburi köçkünlərin bütün sosial problemləri Azərbaycan Respublikası Prezidentinin 2004-

cü il 1 iyul tarixli 298 nömrəli sərəncamla təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin 

yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” və həmin sərəncamın icrası ilə əlaqədar 

Nazirlər Kabinetinin 2004-cü il 4 noyabr tarixli 232 s nömrəli sərəncamı ilə təsdiq edilmiş “Tədbirlər planı”nda 

öz əksini tapıb. 

Beynəlxalq birlik problemə biganəlik nümayiş etdirdiyi üçün yük tam şəkildə Azərbaycan dövlətinin 

çiyinləri üzərinə  düşüb. Bu günlərdə  iqtisadi inkişaf naziri Şahin Mustafayev bildirib ki, qaçqın və  məcburi 

köçkünlərin mənzil, sosial, iqtisadi şəraitinin yaxşılaşdırılması üzrə  tədbirlərin dövlət büdcəsindən 

maliyyələşdirilməsinə indiyə qədər 4,6 milyard dollar ayrılıb. Dövlət Neft Fondundan isə bu məqsədlə daha 1 

milyard dollar vəsait ayrılıb. Didərginlərin yaşayış  vəziyyətinin yaxşılaşdırılması istiqamətində 2001-2010-cu 

illər ərzində 20 min ailəlik 67 yeni qəsəbə və fərdi evlər tikilərək onların istifadəsinə verilib.  

Azərbaycan dövlətinin gördüyü bütün tədbirlərə  baxmayaraq qaçqın və  məcburi köçkün probleminin 

miqyası o qədər böyükdür ki, onların humanitar, sosial vəziyyəti mürəkkəb olaraq qalır. Hazırda 400 min 

məcburi köçkün ağır vəziyyətdə yaşayır. Onların 216 mini Bakı şəhərindədir. Dövlət proqramı bütün məcburi 

köçkünlərin yaşayış  şəraitinin yaxşılaşdırılmasını  nəzərdə tutur. Bu barədə  baş nazirin müavini, Qaçqınlar və 

Məcburi Köçkünlərlə  İş üzrə  Dövlət Komitəsinin sədri  Əli Həsənov bildirib. Onun sözlərinə  görə, dövlət 

proqramına uyğun olaraq, öncə çadır düşərgələri ləğv edilib. İlbəil ən ağır vəziyyətdə yaşayanlar prioritet seçilir: 

“Birinci prioritet çadır düşərgələri idi. Onlar artıq köçürülüb. Bundan sonra Fin qəsəbələrinin köçürülməsinə 

başlanılıb. Sonra isə məktəblər, uşaq bağçaları, düşərgələr, hərbi hissələr, tələbə yataqxanalarından köçürülmə 

başlanacaq”. 

Son illər  ərzində xarici donorlar tərəfindən qaçqın və  məcburi köçkünlərə  göstərilən  ərzaq və qeyri-

ərzaq yardımının həcmi  əhəmiyyətli dərəcədə  – 4 dəfə  azaldılıb. Bakı, Sumqayıt  şəhərlərində  və  Abşeron 

rayonunda müvəqqəti məskunlaşmış 230 min nəfərdən çox məcburi köçkün artıq bir neçə ildir donor təşkilatlar 

tərəfindən  ərzaq yardımı ilə  təmin olunmur. Ümumiyyətlə, 1 milyondan çox qaçqın və  məcburi köçkündən 

hazırda yalnız 30 faizi aylıq  ərzaq yardımı ilə  təmin olunur. 2001-ci ildə beynəlxalq humanitar təşkilatlar 

tərəfindən 214 min nəfər məcburi köçkünə ərzaq yardımı dayandırılıb. 

Məcburi köçkünlərin maliyyə  imkanları  məhdud olduğundan onlara müvəqqəti istifadə  üçün ayrılmış 

torpaq sahələrindən səmərəli istifadə  olunmasının təmin edilməsində  də  çətinliklər var. Yeni xırda istehsal 

sahələrinin yaradılması kiçik və orta biznesin inkişafı, kənd təsərrüfatı, mikro maliyyə və sair layihələrin həyata 

keçirilməsinə  böyük tələbat yaranıb. Köçkünlərin sıx məskunlaşma yerlərində-fermalarda, yataqxanalarda, 

tikintisi yarımçıq qalmış binalarda, uşaq sağlamlıq düşərgələrində və sair yerlərdə infrastruktur, elektrik xətləri


içməli su kəmərləri, daxili yollar, dam örtükləri, təhsil, səhiyyə obyektlərinin vəziyyətinin yaxşılaşdırılmasına 

ciddi ehtiyac duyulur. 

Apardığımız araşdırma zamanı  məlum oldu ki, Bakı  şəhərində  köçkünlərin məskunlaşdığı 

yataqxanaların  əksəriyyəti ya qəzalı, ya da ki, istismar müddəti başa çatmış binalardır. Bu isə  təhlükəli 

məqamlardan xəbər verir. Xatırladaq ki, paytaxtda 47 min ailə  –  216 min köçkün məskunlaşıb. Onlar 262 

yataqxanada məskunlaşıblar. Dərnəgül qəsəbəsində  məcburi köçkünlərin daha çox məskunlaşdıqları 

yataqxanaların istismar müddəti nə az, nə çox 20 il öncə başa çatıb. Hazırda həmin yataqxanaların zirzəmiləri 

bərbad vəziyyətdədir. Demək olar ki, binalarda kanalizasiya sistemləri sıradan çıxıb. Bəzi yataqxanalarda 

pilləkənlər yararsız hala düşüb. Onların hər an uçma təhlükəsi var. Əksər yataqxanaların damları uçub. 

Kanalizasiya sistemi işləmədiyindən bəzi yataqxanaların divarlarından bayıra su sızır. Bu isə  hər an təhlükə 

deməkdir.  

Eyni vəziyyət Bakı Dövlət Universitetinin, Texniki Universitetin yataqxanalarında hökm sürməkdədir. 

Onu da qeyd edək ki, məcburi köçkünlərin məskunlaşdığı yataqxanaların istismar müddəti 30 ildir. Lakin həmin 

yataqxanalar 50 ilə  yaxındır istismardadır.  Ən dözülməz vəziyyətə isə  məcburi köçkünlərin məskunlaşdıqları 

yarımçıq tikililərdə rast gəldik. Bakıda xeyli belə bina var. Həmin binalar əsasən Binəqədi, Nizami və  Xətai 

rayonlarında yerləşir. Bu binalarda kommunal xidmətdən danışmağa dəyməz.  İş o yerdədir ki, binalarda 

kanalizasiya sistemi olmadığından burada məskunlaşan qaçqınlar çirkli suları birbaşa küçəyə axıdırlar. Elektrik 

sistemi bərbad vəziyyətdədir. Bir sözlə, bu binalarda yaşamaq təhlükəlidir.  

Yuxarıda adını çəkdiyimiz yataqxanalarda və yarımçıq binalarda apardığımız müşahidələr 18 ildir orada 

məskunlaşan məcburi köçkünlərin həyatının zindan əzabı olduğuna əminlik yaratdı.  

Buradakı  mənzərəni görüb heyrətlənməmək mümkün deyil. 16 kvadratmetrlik darısqal, heç bir 

kommunal  şəraiti olmayan otaqlarda ailələr yaşayır. Valideynlər deyir ki, uşaqları rütubətdən xəstəlik, 

revmatizm tapıblar. Antisanitariya hökm sürür. Adamlar küçələrdən su gətirməli olurlar. Bir binada hərəsində 

azı 4 nəfər olmaqla 90 ailə yaşayır və bu qədər əhalinin hamısı yataqxanada mövcud olan yeganə hamamdan 

istifadə etmək məcburiyyətindədirlər. Ayaqyolu da ümumidir. Burada ailələrin  əksəriyyəti övladlarını 

mənzilsizlik probleminə görə evləndirə bilmirlər.  

İmişli rayonu ərazisində yerləşən Fin tipli qəsəbədə də olub məcburi köçkünlərin vəziyyətini öyrəndik. 

Qəsəbədə  qarşımıza ilk çıxan iki gənc işsizlikdən və  şəraitsizlikdən gileyləndi. Onların sözlərinə  görə, bu 

səbəbdən gənclər qəsəbəni tərk edib Bakıya gediblər. Burada qalanlar isə çiy kərpic kəsib satmaqla məşğuldur. 

Ən yaxşı halda onlar hər həftənin ikinci günləri mal-qara bazarına çıxırlar. Bakıdan mal-qara almağa gələn 

qəssabların malını yükləyib çörək pulu qazanırlar. Onlar bildirdilər ki, bu yay şəhərciyi su basıb, xeyli evlər 

uçub. Nəticədə xeyli insana ziyan dəyib. Sakinlər yolların bərbad vəziyyətdə olmasından şikayətləndilər. Onlar 

şagirdlərin dərsə gedə bilmədiklərini dedilər. 

Buradakı  məktəbə  də  baş  çəkdik. Cəmi 6 “fin” otağından ibarət olan məktəbdə  tədrisin mənzərəsi 

çılpaqlığı ilə göz qabağında idi. Otaqlar qışda soyuq olduğu üçün şagirdlər dərsdən yayınmaq məcburiyyətində 

qalır. Qəsəbədə parka, uşaqların əylənməsi üçün meydançaya rast gəlmədik. Bu və digər səbəblərdən məcburi 

köçkünlər arasında ali təhsil alanların sayı kəskin şəkildə azalıb.  

Şəhərcikdə  içməli su təchizatı da ürəkaçan deyil. Kanalizasiya sistemi olmadığından, çirkab suları 

həyət-bacaya dolur. Bəzi məhəllələrdə  üfunətdən nəfəs almaq olmurdu. Həmsöhbət olduğumuz Kamil adlı 

köçkün dedi ki, onlar beynəlxalq təşkilatlardan  əllərini üzüblər. Ümidləri yenə  də  öz dövlətimizə  qalıb. 

Hökumətin onları köçürüləcəkləri günü gözləyirlər.  

Bu faktlar Azərbaycanda məcburi köçkünlərin probleminin nə  dərəcədə  ciddi olduğunu göstərir. 

Azərbaycan Prezidenti İlham  Əliyev də  xarici qonaqlarla bütün görüşlərində, xarici səfərlərində, ictimaiyyət 

qarşısında çıxışlarında məcburi köçkünlərin problemlərinin ciddiliyinə  xüsusi yer ayırır və  dünya birliyini bu 

insanların taleyinə biganə  qalmamağa çağırır. Prezidentin köçkün ailələrinin mənzil-məişət  şəraitinin 

yaxşılaşdırılmasına dair əlavə  tədbirlər haqqında imzaladığı  sərəncamda da deyilir ki, məcburi köçkünlərin 

böyük  əksəriyyəti hələ də yaşayış üçün yararlı olmayan ictimai binalarda, yataqxanalarda və digər müvəqqəti 

məskunlaşma yerlərində ağır şəraitdə yaşayır və ciddi sosial problemlərlə üzləşirlər. 

Azərbaycanda qaçqın və  məcburi köçkün probleminin 20 ildən artıqdır davam etməsində beynəlxalq 

birliyin də məsuliyyəti böyükdür. Dünya 1 milyona yaxın günahsız insanın taleyinə hələ də biganəlik nümayiş 

etdirir. Ümumbəşər  İnsan Hüquqları Deklarasiyasının 14-cü bəndində qeyd olunur ki, nə  qədər ki, dünyada 

müharibələr, təqib olunmalar, hüququ tapdalanmalar, dözümsüzlük və insanlığa laqeydlik mövcuddur, qaçqınlar 

və  məcburi köçkünlər də  mövcud olacaq. Məcburi köçkünlərin acınacaqlı  vəziyyəti müasir dövrün ən böyük 

faciələrindən biridir, onların müqəddəratı isə  insan hüquqlarını müdafiə problemi kimi hər birimizi narahat 

etməlidir. 

Qaçqınlar və məcburi köçkünlər öz günahları olmadan XX əsrin çox böyük sarsıntılarının iştirakçıları 

olmuş bizim kimi insanlardır. Onların arasında həkimlər və hüquqşünaslar, müəllimlər, fəhlələr, analar, atalar və 


uşaqlar var. Dünya birliyi hər bir qaçqın və  məcburi köçkünün hüququnun bərpa olunması  uğrunda ciddi 

addımlar atmalıdır. Unutmaq lazım deyil ki, bu gün məcburi köçkünlük, qaçqınlıq kimi ağır həyata məhkum 

olunmuş minlərlə uşağın, gəncin sıralarından dünyaya töhfə verən dahilər də çıxa bilər. Tarixə nəzər yetirdikdə 

belə  faktların çox olduğunu görə bilərik. Albert Eynşteyn, Ziqmund Freyd, Mixail Barışkin, Marlen Ditrix, 

Aleksandr Soljenitsın, Bertold Brext, Sun Yat-Sen, Rixard Vaqner, Viktor Hüqo, Cüzeppe Qaribaldi və 

Vladimir Nabokov kimi məşhurlar da qaçqın olublar. Dünya bu gün Azərbaycanda və digər yerlərdə  qaçqın, 

məcburi köçkün problemini bəşəriyyətin problemi olaraq qəbul edib bu vəziyyətin aradan qaldırılmasına nail 

olmadıqca, qaçqınlar və məcburi köçkünlər problemi də beynəlxalq cəmiyyətə çağırış olaraq qalır. 



 

Məhəbbət ORUCOV 

P.S. Yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya  

Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir.  



 

“525-ci qəzet”.-2011.-16 dekabr.-№230.-S.4. 

 

 

 


Finlandiya parlamentində Ermənistan-Azərbaycan,  

Dağlıq Qarabağ münaqişəsinə dair dinləmələr keçirilmişdir 

 

Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və  Məcburi Köçkünlərin  İşləri üzrə 

Dövlət Komitəsinin sədri  Əli Həsənovun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan-Finlandiya 

Parlamentlərarası Dostluq Qrupunun təşəbbüsü ilə Helsinkiyə, Finlandiya parlamentinə (Eduskunta) 

gəlmişdir. Noyabrın 7-də Finlandiya parlamentində Ermənistanın ölkəmizə  qarşı silahlı  təcavüzünün 

nəticələrinə dair qətnamə layihəsinin müzakirəsi ilə  əlaqədar "Dağlıq Qarabağ  -  işğal edilmiş  və 

unudulmuş ərazilər" mövzusunda dinləmələr olmuşdur.  

 

Dinləmələrdə  Finlandiya parlamentinin üzvləri, Azərbaycanın  İsveçdəki səfiri Rafael İbrahimov,  Nazirlər 

Kabineti Aparatının qaçqınların, məcburi köçkünlərin problemləri, miqrasiya və beynəlxalq təşkilatlarla iş 

şöbəsinin müdiri Qurban Sadıqov, iqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova, Məcburi Köçkünlərin 

Sosial  İnkişaf Fondunun direktoru, deputat Ayaz Orucov, Azərbaycan-Finlandiya Parlamentlərarası Dostluq 

Qrupunun rəhbəri deputat Elxan Süleymanovun başçılığı ilə  bu qrupun üzvləri Fazil Mustafa, Zahid Oruc və 

Ceyhun Osmanlı iştirak etmişlər.  

Finlandiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Eero LEHTİ  tədbiri açaraq qeyd 

etmişdir ki, Azərbaycan ilə  Finlandiya arasında  əməkdaşlıq yüksək səviyyədədir. Finlandiya 1991-ci ildə 

Azərbaycanın müstəqilliyini tanımış və artıq 1992-ci ildə diplomatik münasibətlər yaradılmışdır. Lakin iqtisadi 

əlaqələr arzu edilən səviyyədə deyildir, bu münasibətlərin genişləndirilməsi üçün çox böyük potensial vardır.  

Eero Lehti demişdir ki, bu gün Finlandiya parlamentində  müzakirə edilən Dağlıq Qarabağ münaqişəsi 

Finlandiya KİV-lərində yetərincə  işıqlandırılmır. 20 ildən bəri davam edən Dağlıq Qarabağ münaqişəsini 

dondurulmuş münaqişə  adlandırmaq olmaz, çünki dinc əhali hələ  də  həlak olur. Bu problem beynəlxalq 

məsələdir, çünki onun həll edilməmiş qalması  təkcə  regiona deyil, bütün dünyaya ziyan vurur. Münaqişə 

Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tənzimlənməlidir və dünya birliyi bu fikrin tərəfdarıdır.  

Eero Lehti qeyd etmişdir ki, bugünkü dinləmənin məqsədi regionda kəskin münaqişələrdən biri sayılan 

Dağlıq Qarabağ problemini bir daha müzakirə etməkdir. Finlandiya da öz növbəsində Ermənistan-Azərbaycan, 

Dağlıq Qarabağ münaqişəsinin həllində rol oynaya bilər.  

Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı 

Elxan SÜLEYMANOV çıxış edərək, Azərbaycan üçün çox əhəmiyyətli olan bu seminarın keçirilməsinə görə 

Finlandiya parlamentinin üzvlərinə təşəkkür etmişdir. Finlandiya Avropa İttifaqının fəal üzvlərindən biridir və 

demokratik, hüquqi dövlət quruculuğu sahəsində  təcrübəyə malikdir. Azərbaycan üçün demokratiyanın 

genişləndirilməsində və ölkədə müvafiq təsisatların yaradılmasında Finlandiyanın təcrübəsindən istifadə etmək 

vacibdir.  

Natiq Azərbaycan dövlətinin tarixi haqqında  ətraflı məlumat verərək qeyd etmişdir ki, Azərbaycan tarixən 

müxtəlif xalqların, millətlərin və dinlərin dinc yanaşı mövcud olduğu, mədəniyyətlərin qaynayıb-qarışdığı, 

qarşılıqlı nifrətə yer olmayan bir ölkə kimi formalaşmış və inkişaf etmişdir.  

Elxan Süleymanov Ermənistan-Azərbaycan münaqişəsindən söhbət açaraq vurğulamışdır ki, bu problemin 

beynəlxalq hüquq normalarına müvafiq qaydada həll edilməsi Azərbaycanın xarici siyasət prioritetlərindən 

biridir. Beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qətnamələr bu günə qədər yerinə yetirilməmişdir. Həmin 

sənədlərdə qeyd edilir ki, Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş 20 faiz ərazisi nəzarət edilməyən 

zonalara çevrilmişdir. Bu ərazilərin azərbaycanlı  əhalisinin hüquqları kütləvi  şəkildə  pozulmuşdur, işğalçı 

qüvvələr etnik təmizləmə siyasəti aparmış, bunun nəticəsində bir milyondan çox insan qaçqın və  məcburi 

köçkün vəziyyətinə düşmüşdür. E.Süleymanov demişdir ki, Finlandiya daha fəal hərəkət edə və Dağlıq Qarabağ 

münaqişəsinin Azərbaycanın  ərazi bütövlüyü prinsiplərinə  və beynəlxalq hüquq normalarına uyğun həllində 

ciddi mövqe tuta bilər. Finlandiya parlamenti bu problem barəsində müvafiq qətnamə qəbul etməklə, beynəlxalq 

təşkilatlardan həmin sənədlərin yerinə yetirilməsini tələb edə bilər.  

AŞPA-nın fəxri üzvü Jaako LAAKSO çıxışında qeyd etmişdir ki, Dağlıq Qarabağ münaqişəsini 

dondurulmuş münaqişə hesab etmək səhvdir, çünki regionda hər gün toqquşmalar baş verir, qadınlar və uşaqlar 

snayper güllələrindən həlak olurlar. Son vaxtlar müharibə  təhlükəsi artmışdır. Finlandiya hökuməti öz 

növbəsində beynəlxalq hüquq çərçivəsində  regionda sülhə  nail olmağa kömək edə bilər. Jaako Laakso 

vurğulamışdır ki, beynəlxalq birlik ərazi bütövlüyü prinsipindən çıxış edərək münaqişənin dinc yolla 

tənzimlənməsinə dair danışıqları dəstəkləyir. Təəssüflə qeyd edilmişdir ki, ATƏT-in Minsk qrupunun fəaliyyəti 

münaqişə  zonasında vəziyyəti dəyişməmişdir. Jaako Laakso humanitar faciə barədə  söhbət açaraq, öz 

torpaqlarına qayıtmağa imkanı olmayan bir milyondan çox qaçqın və məcburi köçkün probleminə diqqəti cəlb 



etmişdir. O qeyd etmişdir ki, Finlandiya dövləti bu münaqişənin yaxın gələcəkdə həllinə və regionda sülhün və 

tərəqqinin bərqərar olmasına kömək etməlidir.  

Sonra Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və  Məcburi Köçkünlərin  İşləri üzrə 

Dövlət Komitəsinin sədri  Əli HƏSƏNOV çıxış edərək, mühüm məsələyə  həsr olunmuş bu tədbirin təşkilinə 

görə Azərbaycan Hökuməti adından Finlandiya parlamentinin rəhbərliyinə  və deputatlara təşəkkürünü 

bildirmişdir. 

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun fəsadları haqqında  ətraflı məlumat verən  Əli 

Həsənov demişdir ki, son iki yüz il ərzində  Cənubi Qafqaz regionunda gedən mürəkkəb siyasi proseslər 

nəticəsində azərbaycanlılar bir neçə  dəfə  öz  əzəli yurdlarından zorla köçürülməyə, etnik təmizləmə  və 

deportasiya siyasətinə məruz qalmışlar.  

XIX  əsrin  əvvəllərindən başlayaraq Qafqazı  işğal edən çar Rusiyasının sistemli siyasəti nəticəsində  qonşu 

ölkələrin  ərazisindən ermənilərin kütləvi  şəkildə Azərbaycana, o cümlədən Dağlıq Qarabağ  ərazisinə 

köçürülməsi həyata keçirilmiş və bununla da XX əsrin əvvəllərində bu ərazilərdəki demoqrafik vəziyyət xeyli 

dəyişmişdir. Ermənilər öz planlarını  - Azərbaycana qarşı  əsassız  ərazi iddialarını  mərhələ-mərhələ  həyata 

keçirmişlər. 1905-1907-ci və 1918-1920-ci illərdə  baş vermiş hadisələr zamanı silahlı  qüvvələrdən və  zorakı 

üsullardan istifadə olunmaqla minlərlə azərbaycanlı kütləvi surətdə qətlə yetirilmiş, onların yaşadıqları kəndlər 

talan edilmiş, dinc əhali qaçqın və didərgin vəziyyətinə salınmışdır. 1918-ci il mayın 28-də müstəqilliyini bəyan 

edən Azərbaycan yenə də erməni millətçilərinin torpaq iddiaları ilə üz-üzə qalmışdır. Azərbaycan torpaqlarında, 

yəni vaxtilə  Rusiyanın tərkibinə Azərbaycan xanlığı kimi daxil olmuş  İrəvan xanlığının  ərazisində erməni 

dövləti yaratmaq ideyası ortaya atılmış, həmin dövrdə Azərbaycan siyasətçiləri tarixi şəraitə uyğun olaraq bir 

sıra güzəştlərə getməyə  məcbur olmuşlar. Nəticədə 1918-ci ildə  İrəvan xanlığı (sonradan İrəvan quberniyası) 

ərazisində 9,7 min kvadratkilometrlik kiçik bir Ermənistan dövləti yaradılmış, sonralar onun ərazisi Azərbaycan 

Respublikasının torpaqları hesabına tədricən böyüdülərək 29,8 min kvadratkilometrə çatdırılmışdır. Bu məkrli 

siyasətin Sovet hakimiyyəti dövründə də davam etdirildiyini diqqətə çatdıran Baş nazirin müavini demişdir ki, 

1923-cü ildə  Moskvanın köməyi ilə Azərbaycanın az sayda ermənilərin yaşadığı  ərazisində  Dağlıq Qarabağ 

Muxtar Vilayəti yaradılmışdır. Bu zaman, muxtar vilayətin inzibati sərhədləri elə  tərtib edilmişdir ki, burada 

ermənilərin say etibarilə  əksəriyyət təşkil etməsi təmin olunsun. Bundan sonra azərbaycanlıların öz tarixi 

torpaqlarından zorla qovulması və onlara qarşı etnik təmizləmə siyasətinin yeni mərhələsi başlanmış, nəticədə 

XX əsrdə müxtəlif dövrlərdə iki milyona yaxın soydaşımız öz tarixi vətənindən deportasiya edilmişdir. 

Bu deportasiyanın SSRİ hökuməti tərəfindən məqsədli  şəkildə  həyata keçirildiyini bildirən  Əli Həsənov 

demişdir ki, tarixi saxtalaşdırmaq, təhrif etmək və Azərbaycan torpaqlarının tarixi adlarını  dəyişdirərək 

Ermənistanı monoetnik dövlətə  çevirmək ermənilərin işğalçılıq siyasətinin tərkib hissəsidir. Məhz bu üsulla 

1935-1989-cu illərdə Ermənistanda minlərlə Azərbaycan toponimi xəritələrdən silinmişdir. Mixail Qorbaçov 

Sovet İttifaqının rəhbəri olduqdan sonra onun rəğbətindən istifadə edən ermənilər "böyük Ermənistan" yaratmaq 

iddialarını daha da fəallaşdırdılar. 1988-1992-ci illərdə Ermənistan ərazisindən azərbaycanlılara qarşı son etnik 

təmizləmə siyasəti misilsiz bir qəddarlıq və  vəhşiliklə  həyata keçirildi, 250 min soydaşımız öz ata-baba 

yurdlarından qovularaq qaçqına çevrildi.  

Ermənistan silahlı qüvvələrinin Azərbaycana hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin - Dağlıq 

Qarabağ və ona bitişik 7 inzibati rayonun işğal olunduğunu, bir milyona yaxın soydaşımızın qaçqın və məcburi 

köçkünə  çevrildiyini, milli-mədəni sərvətlərimizin talan olunduğunu, bütün infrastrukturun dağıdıldığını 

faktlarla diqqətə  çatdıran Baş nazirin müavini Xocalı soyqırımı barədə  də  Finlandiya parlamentinin üzvlərinə 

məlumat vermişdir.  

Əli Həsənov demişdir:  1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Dağlıq Qarabağ 

ərazisindəki Ermənistan silahlı  dəstələri Ermənistan prezidenti Serj Sarkisyanın, Ermənistanın keçmiş  rəhbəri 

Robert Koçaryanın və digər erməni liderlərinin rəhbərliyi və keçmiş SSRİ-nin Xankəndidə yerləşən, o dövrün 

müasir döyüş silahları ilə silahlanan 366-cı motoatıcı alayının köməyi ilə  Xocalı  şəhərində azərbaycanlılara 

qarşı soyqırımı cinayətini həyata keçirdilər. Nəticədə 613 dinc sakin, o cümlədən 63 uşaq, 106 qadın, 70 qoca 

yalnız azərbaycanlı olduğuna görə  xüsusi amansızlıqla, işgəncələrlə  öldürüldü, 487 nəfər  şikəst edildi, 1275 

sakin girov götürülərək amansız işgəncələrə  məruz qaldı. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 

qadının və  26 uşağın taleyi bu günədək məlum deyildir. Beləliklə, beynəlxalq qiymətləndirmə  təşkilatlarının 

ilkin hesablamalarına görə, Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan iqtisadiyyatına təxminən 300 

milyard ABŞ dolları dəyərində ziyan vurulmuş, yenicə müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikası ağır 

iqtisadi böhran və bir milyondan çox qaçqın və məcburi köçkün problemi ilə üz-üzə qalmışdır.  

Azərbaycan Hökumətinin əhalinin həssas təbəqəsi olan qaçqın və məcburi köçkünlərin ehtiyaclarını ödəmək 

üçün həm hüquqi, həm də sosial-iqtisadi sahədə böyük işlər gördüyünü diqqətə  çatdıran Baş nazirin müavini 

demişdir ki, ölkədə aparılan uğurlu iqtisadi islahatlar, neft strategiyası nəticəsində Dövlət Neft Fonduna yığılan 

ilkin vəsait də 2001-ci ildə  məhz qaçqın və  məcburi köçkünlərin mənzil-məişət  şəraitinin yaxşılaşdırılmasına 


yönəldilmiş, bu istiqamətdə ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilməyə başlanılmışdır. Ölkədə mövcud 

olan 12 çadır düşərgəsindən sonuncusu 2007-ci ilin dekabrında ləğv edilmiş, həmçinin ötən dövrdə fin tipli 9 

şəhərcikdə  yaşayan məcburi köçkünlər də yeni qəsəbələrə  köçürülmüşlər. Ümumiyyətlə, ötən dövrdə 26 min 

ailə 130 min nəfərdən çox daimi məskunlaşmamış qaçqın və məcburi köçkünlər üçün bütün infrstruktura malik 

76 qəsəbə salınmışdır. Hazırda bu istiqamətdə işlər intensiv şəkildə davam etdirilir. 

Ümumilikdə qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli məqsədi ilə 1993-2012-ci illərdə 5,3 

milyard ABŞ dolları məbləğində vəsait xərclənmişdir. Bu vəsaitin 3 milyard dolları dövlət büdcəsindən, 1,375 

milyard dolları Dövlət Neft Fondundan və  930 milyon dolları isə beynəlxalq humanitar təşkilatlar tərəfindən 

ödənilmişdir. 

Bu irəliləyişlərin əldə edilməsinin Azərbaycan Hökumətinə heç də asan başa gəlmədiyini və problemin tam 

həll olunmadığını diqqətə çatdıran Əli Həsənov qeyd etmişdir ki, 400 min məcburi köçkün hələ də yaşayış üçün 

əlverişsiz olan tikililərdə, çətin şəraitdə yaşayır. Bu baxımdan, Azərbaycanın hələ də beynəlxalq təşkilatların və 

donorların dəstəyinə ehtiyacı vardır. Azərbaycan məcburi köçkünlərin əhalinin adambaşına düşən sayına görə 

dünyada ilk yerlərdən birini tutur. Bir milyondan çox qaçqın və məcburi köçkünə qayğı göstərmək həddindən 

artıq böyük bir yükdür. Bu problemin yeganə  həlli Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan 

torpaqlarının azad edilməsi və  məcburi köçkünlərin öz torpaqlarına geri qayıtmasıdır. Lakin Azərbaycandakı 

700 min məcburi köçkün atəşkəsin  əldə  olunmasından 18 il keçməsinə baxmayaraq, Ermənistanın tutduğu 

qeyri-konstruktiv mövqeyə görə hələ də öz evlərinə qayıda bilmir.  

Belə ciddi humanitar problemi olan Azərbaycanın son illərdə əldə etdiyi uğurlardan, bölgənin lider dövlətinə 

çevrilməsindən, yoxsulluq səviyyəsinin azalmasından, yeni iş yerlərinin açılmasından, beynəlxalq aləmdə 

nüfuzunun artmasından, keçən il 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik  Şurasına qeyri-daimi üzv 

seçilməsindən danışan  Əli Həsənov demişdir ki, cari ilin 9 ayı  ərzində iqtisadiyyat 1,1 faiz, qeyri-neft 

sektorunda 10,3 faiz, kənd təsərrüfatına isə  6,3 faiz artmış, ölkə  iqtisadiyyatına  16 milyard dollar sərmayə 

qoyulmuşdur. Ölkə  iqtisadiyyatının 83 faizi özəl sektorda formalaşmışdır. Davos İqtisadi Forumunun 

hesablamalarına  əsasən, "Qlobal Rəqabət Qabiliyyəti  İndeksi 2012-2013" hesabatında makroiqtisadi sabitliyə 

görə Azərbaycan dünyada 18-ci yerdə, rəqabət qabiliyyətliliyi cədvəlində ötən ilə nisbətən 9 pillə irəliləyərək 

46-cı yerdədir. İnflyasiya cəmi 1,5 faizdir, əhalinin pul gəlirləri 13,6 faiz artmışdır. 

Azərbaycan yuxarı orta gəlirli, yüksək insan inkişafına malik olan ölkələr sırasında olaraq, regionun lider 

dövlətinə çevrilmiş, Cənubi Qafqazda investisiya kredit reytinqi alan ilk və yeganə ölkədir. 

Hazırda qarşıda duran ən əsas iqtisadi vəzifə, Azərbaycan Prezidenti İlham Əliyevin müəyyənləşdirdiyi kimi, 

gələcək on ildə qeyri-neft sektorunun inkişafı hesabına ümumi daxili məhsulun iki dəfə  artırılması, qeyri-neft 

sektorunda onun xüsusi çəkisinin 80 faizə çatdırılmasıdır. 

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın  ən başlıca problemi olduğu barədə 

Prezident  İlham  Əliyevin fikirlərini diqqətə  çatdıran  Əli Həsənov demişdir ki, münaqişəni həll etmək üçün 

hərtərəfli hüquqi baza vardır. 1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən münaqişənin tezliklə, sülh yolu 

ilə həlli, işğal olunmuş ərazilərin azad edilməsi, qaçqın və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması 

haqqında 4 qətnamə  qəbul edilmişdir. Ermənistanın təcavüzkar siyasəti Avropa Şurası, NATO, İslam 

Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti və digər nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qərar 

və qətnamələrdə pislənilmiş, işğal edilmiş Azərbaycan ərazilərindən silahlı qüvvələrin geri çəkilməsi, öz doğma 

yaşayış yerlərindən didərgin salınmış qaçqın və  məcburi köçkünlərin geri qayıtma hüququnun bərpa edilməsi 

tələb edilmişdir.  

ATƏT-in Minsk qrupunun himayəsi altında danışıqlar 20 ildən artıqdır ki, davam etdirilir. Münaqişənin həlli 

beynəlxalq hüquq normaları  və  Helsinki Yekun Aktına  əsaslanmalıdır. Bu qərar və  qətnamələr birmənalıdır. 

Təəssüf ki, bu qərar və qətnamələr hələ də icra olunmur. Beynəlxalq ictimaiyyətin tələblərinə məhəl qoymayan 

və  destruktiv mövqe tutan Ermənistan işğal edilmiş Azərbaycan  ərazilərində qanunsuz fəaliyyətini davam 

etdirməkdədir.  

Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində atəşkəsin müntəzəm surətdə  pozulduğunu diqqətə 

çatdıran baş nazirin müavini demişdir ki, işğal altında olan Dağlıq Qarabağın və ətraf rayonların demoqrafik, 

sosial, inzibati strukturu dəyişdirilmişdir. ATƏT-in iki missiyası - faktaraşdırıcı və qiymətləndirmə missiyaları 

həmin  ərazilərə  səfərləri zamanı  hər  şeyin dağıdıldığını  və beynəlxalq humanitar hüququn tələblərinə zidd 

olaraq, həmin  ərazilərə  başqa ölkələrdən etnik ermənilərin köçürüldüyünü təsdiq etmişlər. Bu ərazilərdə 

ermənilər tərəfindən bərpa və  məcburi məskunlaşdırma prosesi davam edir. Bu, münaqişənin real mənzərəsi 

olmaqla, Ermənistan tərəfindən törədilir. 

Ermənistan işğal edilmiş  ərazilərdə yerləşən Xocalı hava limanını qanunsuz şəkildə  bərpa etdirərək buraya 

mülki uçuşların təşkilinə  cəhdlər edir. Ermənistanın bu cəhdləri, beynəlxalq hüququn norma və prinsiplərini, 

xüsusilə  də  mülki aviasiya haqqında Çikaqo Konvensiyasının tələblərinə zidd olmaqla bərabər, regionda 

olduqca həssas olan vəziyyəti daha da gərginləşdirmək, nizamlama prosesini pozmaq məqsədi daşıyır. 


Eyni zamanda, nəzarətimizdə olmayan ərazidə narkotik vasitələr  əkilib-becərilir, transmilli cinayətkarlığın 

digər təhlükəli növləri baş verir, həmin zona böyük həcmdə narkotiklərin MDB və  Avropa ölkələrinə tranzit 

marşrutuna çevrilib. Buna görə də BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinə işğalda olan ərazilərdə 

monitorinqin aparılması barədə müraciət etmişik. 

Əli Həsənov demişdir: Mən bu fürsətdən istifadə edərək, Azərbaycan tərəfinin ən yüksək səviyyədə dəfələrlə 

bəyan edilmiş mövqeyini burada bir daha təkrarlamaq istəyirəm. Azərbaycan beynəlxalq hüququn müvafiq 

norma və prinsiplərindən irəli gələrək hesab edir ki, münaqişənin davamlı həlli yalnız Dağlıq Qarabağın erməni 

və azərbaycanlı icmalarının Azərbaycan tərkibində beynəlxalq praktikadan irəli gələn və  hər iki icma üçün 

bərabər hüquq və  azadlıqların təmin edilməsinə  və  onların dinc şəkildə birgə  yaşayışına zəmanət verən 

özünüidarə formasında ola bilər. Azərbaycan Prezidentinin bəyan etdiyi kimi, biz bu sahədə dünyada, xüsusilə 

Avropada mövcud olan ən qabaqcıl təcrübəni tətbiq etməyə  hazırıq. Münaqişə  yalnız Azərbaycan 

Respublikasının suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı çərçivəsində həll edilə bilər.  

Ermənistanın danışıqlar prosesini uzatmaqla mövcud status-kvonu saxlamağa çalışdığını diqqətə çatdıran Əli 

Həsənov demişdir ki, bu cür hallar təkcə Azərbaycan üçün deyil, eyni zamanda, region və  bütövlükdə, 

beynəlxalq aləm üçün çox təhlükəlidir. Ona görə də münaqişənin həlli ilə uzun müddət məşğul olan beynəlxalq 

qurumlar, dünyanın aparıcı dövlətləri beynəlxalq hüququn fundamental əsaslarını pozanların işğalçı siyasətinə 

son qoymalı, ikili standartlardan və ədalətsizlikdən əl çəkməli, prinsipial mövqe nümayiş etdirməli, beynəlxalq 

hüquqa  əsaslanan addımlar atmalı, Azərbaycanın  ərazi bütövlüyünü təmin etməklə  regionda sülhün, ədalətin 

bərpa olunmasına nail olmalıdırlar. 

Dinləmələrdə Avropa İttifaqının Qafqaz regionu üzrə sabiq xüsusi nümayəndəsi, səfir Heyikki TALVİTİE də 

çıxış etmişdir. O, diqqətə çatdırmışdır ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair ATƏT-in Minsk 

qrupunun himayəsi altında aparılan danışıqlar heç bir nəticə verməmişdir. Minsk qrupunda təmsil olunmuş 

ölkələrdə güclü erməni lobbisinin fəaliyyət göstərməsi Azərbaycanın bununla əlaqədar haqlı narazılığına  əsas 

verir.  


Sonra müzakirələr başlanmışdır. Debatlarda çıxış edən Azərbaycan parlamentinin üzvləri diqqətə 

çatdırmışlar ki, Ermənistan Azərbaycan torpaqlarını  işğal etməklə  qazandığından çox itirmişdir. Azərbaycan 

Ermənistanı bütün beynəlxalq və regional layihələrdən təcrid etmişdir.  

İqtisadi inkişaf nazirinin müavini Sevinc HƏSƏNOVA "Azərbaycanın iqtisadi perspektivləri" mövzusunda 

məruzəsində ölkəmizin dinamik inkişafı haqqında söhbət açmışdır. S.Həsənova Azərbaycan iqtisadiyyatının üç 

dəfə, dövlət büdcəsinin 13 dəfə  artmasını vurğulayaraq diqqətə  çatdırmışdır ki, bunlar dünyada analoqu 

olmayan göstəricilərdir.  

Nazir müavini Azərbaycanın Finlandiya ilə iqtisadi əlaqələrindən söhbət açaraq qeyd etmişdir ki, iki ölkə 

arasında əmtəə dövriyyəsinin 60 faiz artmasına baxmayaraq, bu həcmi daha da yüksəltmək üçün yaxşı potensial 

vardır.  

S.Həsənova onu da diqqətə  çatdırmışdır ki, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi 

nəticəsində 900-ə yaxın yaşayış məntəqəsi, 150 min ev, 7 mindən artıq ictimai bina, 1500-dən çox məktəb, uşaq 

evləri, 700-dən çox tibb məntəqəsi, 500 tarixi abidə, 6 min istehsalat obyekti məhv edilmişdir.  

Helsinki Universiteti yanında Aleksandr İnstitutunun tədqiqatçısı Mikko PALOKORPİ demişdir ki, Dağlıq 

Qarabağ münaqişəsi dondurulmuş münaqişə  deyil, uzun sürən münaqişədir. Onu aradan qaldırmaq cəhdləri 

dondurulmuşdur. Mikko Palokorpi qeyd etmişdir ki, Azərbaycanın hərbi büdcəsi Ermənistanın ümumi 

büdcəsindən çoxdur. Əhalinin inkişafında fərq müşahidə edilir, Azərbaycanda əhalinin artımı daha yüksəkdir. 

Ermənistanda isə əhali ölkəni kütləvi surətdə  tərk edir. Bu isə Ermənistanda iqtisadiyyatın sürətli tənəzzülünə 

səbəb olacaqdır. Beləliklə, Ermənistan beynəlxalq aləmdə unudulacaqdır.  

M.Palokorpi diqqətə çatdırmışdır ki, bu ilin yazında Bakıda keçirilmiş seminarda Aland adaları probleminin 

həllinin fin modelindən söhbət getmişdir. Bu problemin həllinə 20 il vaxt gərək olmuşdur və yeni nəsil başa 

düşmüşdür ki, yeganə çıxış yolu muxtariyyətdir.  

Finlandiya parlamentinin üzvü Elizabet NAUKLER "Aland adaları  - muxtariyyətin Finlandiya modeli" 

mövzusunda məruzə ilə  çıxış etmişdir. O qeyd etmişdir ki, Aland adaları probleminin həlli Dağlıq Qarabağ 

münaqişəsinin tənzimlənməsi variantı ola bilərdi. Finlandiyanın bu təcrübəsindən çox ölkənin istifadə etdiyini 

vurğulayan E.Naukler ümidvar olduğunu bildirmişdir ki, Qarabağ münaqişəsi hərbi əməliyyatlarsız, danışıqlar 

yolu ilə həll ediləcəkdir.  

Çıxışlardan sonra Azərbaycanın Baş nazirinin müavini Əli Həsənov Finlandiya parlamenti üzvlərinin və 

ekspertlərin toxunduqları bəzi məsələlərə aydınlıq gətirmişdir.  

Əli Həsənov natiqlərə minnətdarlığını bildirərək demişdir ki, bu gün Azərbaycanda 30 min erməni yaşayır, 

beləliklə, Dağlıq Qarabağ münaqişəsi zamanı ikitərəfli deyil, birtərəfli etnik təmizləmə siyasəti yeridilmişdir. 

Əli Həsənov, həmçinin diqqətə  çatdırmışdır ki, Ermənistanda 2,7 milyon nəfər adam yaşamır. Beynəlxalq 

Miqrasiya Təşkilatının məlumatına görə, son 15 ildə Ermənistanı 1,5 milyon adam tərk etmişdir. Ermənistan 


Dövlət Statistika Komitəsinin məlumatı  təsdiq edir ki, 9 ay ərzində  ölkəni 90 min erməni tərk etmişdir. Öz 

ölkəsini sevən ermənilər başa düşməlidirlər ki, Sarkisyan və Koçaryan hökumətinin məsuliyyətsiz və səriştəsiz 

siyasəti ölkəni ağır vəziyyətə gətirib çıxarmışdır.  

Əli Həsənov Aland adaları modelindən bəhs edərkən demişdir ki, Azərbaycan Prezidenti İlham  Əliyev 

dəfələrlə beynəlxalq tədbirlərdə  bildirmişdir ki, Dağlıq Qarabağa  ən yüksək özünüidarəetmə statusu verilir, 

lakin Ermənistan münaqişənin nizama salınmasının bu variantını da qəbul etmək istəmir. Nə üçün qəbul etmir? 

Çünki Koçaryan və Sarkisyan özlərini erməni xalqının qəhrəmanları kimi qələmə verərək məhz bu münaqişə, 

Azərbaycan torpaqlarının işğalı sayəsində hakimiyyətə gəlmişlər.  

Yüz min suriyalı qaçqının yerləşdirilməsi məsələsinə gəldikdə isə Suriya ermənilərinin Azərbaycanın işğal 

olunmuş ərazilərinə köçürülməsini Sarkisyan rejimi təşkil etmişdir.  

Əli Həsənov demişdir ki, Azərbaycan neftinin Ermənistan  ərazisindən nəqli üzrə  tranzit marşrut yetərincə 

rəqabətqabiliyyətli və sərfəli olardı, lakin Dağlıq Qarabağ münaqişəsinə görə Ermənistan beynəlxalq və regional 

layihələrdən təcrid olunmuşdur ki, bu da ölkə iqtisadiyyatının tamamilə dağılmasına gətirib çıxarır.  

Dağlıq Qarabağın ayrılması  məsələsinə  gəldikdə isə Azərbaycan Prezidenti və  xalqı bildirmişlər ki, bu 

barədə  heç bir güzəşt olmayacaqdır. Azərbaycanın  ərazi bütövlüyü bərpa olunmalıdır. Azərbaycan başqa 

dövlətlərin ərazi bütövlüyünə böyük hörmətlə yanaşır və öz dövlətinə də belə münasibət tələb edir. 

Parlamentin foyesində Xocalı soyqırımı haqqında kitabların və digər materialların sərgisi təşkil edilmişdir. 

 


Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin