ATƏM-in sədri İsveçin Xarici İşlər Naziri Marqareta af Uqlas ilə görüşdə Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin çıxışı



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə3/8
tarix06.09.2017
ölçüsü0,76 Mb.
#29011
1   2   3   4   5   6   7   8

Müstəqilliyimiz əbədidir 

İkinci kitab 

Azərbaycan, Ermənistan, Gürcüstan və Rusiya dövlət başçılarının, 

habelə Rusiya Federasiyasının subyektləri olan Şimali Qafqaz respublikaları, 

diyarları və vilayətləri rəhbərlərinin görüşündə  

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin çıxışı 

(3 iyun 1996-cı il) 

 

Hörmətli dövlət başçıları, hörmətli Şimali Qafqaz respublikalarının rəhbərləri!  

Xanımlar və cənablar!  

Mən sizin hamınızı salamlayıram və  bu gözəl görüşdən çox məmnun qaldığımı bildirirəm. Desəm ki, bu, 

Qafqazın bütün xalqları, bütün dövlətləri nümayəndələrinin bütün tarix ərzində  ilk görüşüdür, zənnimcə, 

yanılmaram. Bu, çox gözəl təşəbbüsdür, xüsusən indiki vaxtda, mühüm təşəbbüsdür. Bu təşəbbüsü Rusiya 

Federasiyasının prezidenti, bizim hörmətli dostumuz Boris Nikolayeviç Yeltsin irəli sürmüşdür. Boris 

Nikolayeviç, mən bu təşəbbüsə görə sizə təşəkkür edirəm və əminəm ki, bu görüş, imzaladığımız bəyannamə və 

burada apardığımız fikir mübadiləsi Qafqazda sülhün və  sabitliyin möhkəmlənməsinə,  şübhəsiz, kömək 

göstərəcəkdir.  

Qafqaz elə  bir regiondur ki, Yer kürəsinin bir çox regionlarından özünün bir sıra xassələrinə  görə  seçilib 

fərqlənir. Qafqaz özünün müstəsna gözəl təbiəti ilə, çoxmillətli tərkibi, burada yaşayan xalqların özünəməxsus 

ənənə  və adətləri ilə  səciyyələnir. Qafqazın  tarixinə  bu xalqların dostluğu və  qardaşlığı haqqında neçə-neçə 

parlaq sifələr yazılmışdır. Son vaxtlar Qafqazın siyasi xəritəsi  əhəmiyyətli dərəcədə  dəyişmişdir. Sovet 

İttifaqının süqutundan sonra müstəqil suveren dövlətlər - Azərbaycan Respublikası, Ermənistan Respublikası və 

Gürcüstan Respublikası yaranmışdır.  Şimali Qafqazda, Rusiya Federasiyasının  ərazisində respublikalar daha 

çox hüquqlar, daha çox səlahiyyətlər almışlar.  

Zənnimcə, belə desəm  ədalətli olar ki, Şimali Qafqaz respublikaları, xalqları keçmiş çar imperiyasının, 

Sovet İttifaqının tərkibində heç vaxt belə hüquqlara, belə müstəqilliyə və belə səlahiyyətlərə malik olmayıblar. 

Bu isə  Rusiyanın həqiqətən federativ quruluşuna və  Rusiyada dövlət quruluşunun doğrudan da 

demokratikləşdirilməsinə sübutdur.  

Amma bununla yanaşı, son vaxtlar Qafqaz faciəli hadisələrlə, hərbi münaqişələrlə  qarşılaşmışdır. Bu gün 

bütün Qafqazı münaqişələr bürümüşdür və  bu, bütövlükdə  Qafqaza, bütün xalqlara çox böyük ziyan vurur, 

onları müsibətlərə, iztirablara, fəlakətlərə düçar edir. Odur ki, vəzifəmiz bu vəziyyəti aradan qaldırmaqdır.  

Təəssüflər olsun ki, bu münaqişələr hələ  Sovet  İttifaqının mövcudluğu dövründə  başlanmışdır.  Ən  əvvəl 

başlayan münaqişə  Dağlıq Qarabağla  əlaqədar Ermənistanla Azərbaycan arasında olan münaqişədir. Bu 

münaqişə hələ 1988-ci ildə başlanmışdır. Mən əminəm və bu gün inamla deyirəm ki, keçmiş Sovet İttifaqının 

rəhbərləri bu münaqişəyə yol verməmək, bu qan tökülməsinə yol verməmək, onun dərinləşməsinə yol 

verməmək üçün hər cür imkana malik idilər. Amma onlar uzaqgörən siyasətçilər  olmalıdırlar, bəziləri isə bu 

münaqişənin qızışmasına, məncə, bu və ya digər dərəcədə kömək etdilər.  

Bu münaqişə nəinki Azərbaycana, həm də Ermənistana, bütün Qafqaza olduqca böyük ziyan vurur. Əslinə 

qalsa, bütün Qafqazda, keçmiş Sovet İttifaqının bütün məkanında da münaqişələrin hamısı bu münaqişədən 

başlanmışdır. Bu münaqişə  nəticəsində Azərbaycan son dərəcə  böyük ziyan çəkmişdir. Məlum olduğu kimi, 

Azərbaycan  ərazisinin 20 faizi Ermənistan silahlı birləşmələri tərəfindən işğal edilmişdir, işğal olunmuş 

torpaqlardan bir milyondan çox Azərbaycan vətəndaşı zorakılıqla qovulmuşdur. Onlar olduqca ağır  şəraitdə 

yaşayırlar,  əksəriyyəti dörd ildir çadırlarda məskunlaşıb. Təəssüf ki, işğal olunmuş torpaqlar viran qoyulmuş, 

qarət edilmiş və Azərbaycana çox böyük həm mənəvi, həm də maddi ziyan vurulmuşdur.  

Lakin bütün bunlara baxmayaraq, biz hər halda belə bir fikrə  gəldik ki, hərbi  əməliyyatları davam 

etdirməkdənsə, məsələnin həllinə sülh yolu ilə nail olmaq daha yaxşıdır. İki il bundan əvvəl biz Ermənistanın 

rəhbərliyi, Ermənistan prezidenti cənab Ter-Petrosyan ilə razılıq əldə etdik və atəşkəs haqqında saziş imzaladıq. 

Bu atəşkəs rejimi indi də qalmaqdadır və davam edir.  

Mən bunu çox müsbət məqam sayıram. Atəşkəs rejimini böyük siyasi saziş imzalanan vaxtadək davam 

etdirmək niyyətimiz, iradəmiz, istəyimiz bu gün bizim bəyannamədə də əksini tapmışdır. Biz sülh istəyirik, biz 

hərbi  əməliyyatlara yenidən başlanmasını istəmirik. Biz Ermənistan ilə Azərbaycan arasında sülh olmasını 

istəyirik. Taleyin hökmü ilə  biz yanaşı yaşayırıq, qonşuyuq və  buna görə  də  uzun müddət düşmənçilik etmək 

olmaz, xüsusən də  əbədi olaraq düşmənçilik etmək olmaz. Biz sülh istəyirik, məsələnin dincliklə 

nizamlanmasını istəyirik. Bu məsələ barəsində təkliflərimiz dəfələrlə elan edilmişdir. Bundan ötrü Azərbaycanın 

ərazi bütövlüyü təmin olunmalı, qaçqınlar öz doğma torpaqlarına, yurd-yuvalarına, öz ocaqlarına 

qayıtmalıdırlar. Təbii ki, bu şərtlər əsasında Dağlıq Qarabağa Azərbaycan Respublikası tərkibində muxtariyyət 

statusu - müasir beynəlxalq praktikada olan ən yüksək muxtariyyət statusu verilməklə.  



Həmin şərtləri mən bu gün bir daha elan edir və ümidvaram ki, biz məsələnin həllinə, münaqişənin aradan 

qaldırılmasına, sülh yaranmasına bundan sonra da birgə səylərlə çalışacağıq.  

Lakin bizi təkcə öz taleyimiz, xalqlarımızın, özümüzün taleyi narahat etmir, biz həm də bütün Qafqaz üçün 

narahatıq. Təəssüf ki, bütün Qafqaz, bayaq dediyim kimi, münaqişələr alovuna bürünmüşdür.  Əlbəttə, bütün 

bunlar da separatizmin nəticəsidir, təcavüzkar millətçiliyin, davakar millətçiliyin nəticəsidir,  şovinizmin 

nəticəsidir. Bilirsinizmi, bu münaqişələr də  Sovet  İttifaqının mövcudluğu dövründə  başlanmışdır. Zənnimcə, 

bütün bunlar həm də Sovet İttifaqı Kommunist Partiyasının, daha doğrusu, Sovet İttifaqı Kommunist Partiyası 

rəhbərlərinin və keçmiş Sovet İttifaqı rəhbərlərinin düzgün olmayan milli siyasətinin nəticəsidir.  

O illərdə  buraxılmış  və  bu münaqişələrə  gətirib çıxarmış  sirlər məlumdur və  aşkardır. Bu sirlər Qafqaz 

xalqları barəsində də, Zaqafqaziya xalqları barəsində də buraxılmışdır. Onların barəsində çox danışmaq olar. O 

illərdə  mən Sov. İKP MK Siyasi Bürosunun üzvü olduğuma və  bir çox müzakirələrdə  iştirak etdiyimə  görə 

bunlar yadımdadır və indi bu barədə danışmağı lazım bilirəm, çünki tarix bütün həqiqəti bilməlidir.  

Məsələ  burasındadır ki, o vaxtlar Sovet İttifaqının, Kommunist Partiyasının ayrı-ayrı rəhbərləri tərəfindən 

yol verilmiş bu şovinizm ona gətirib çıxarırdı ki, Sovet İttifaqında yaşayan xalqların, o cümlədən də Qafqazda 

yaşayan xalqların mənafeləri, milli adətləri, milli ənənələri nəzərə alınmırdı.  

Yadımdadır, Kabarda-Balkariya Respublikasının rəhbərini əvəz etmək məsələsinə baxılarkən və Malbaxov 

öz vəzifəsindən gedərkən buraya bu regionla, bu respublika ilə heç bir əlaqəsi olmayan, təbii ki, yerli millətə 

mənsub olmayan bir nəfəri - sibirlini təyin etmək planlaşdırılırdı. O vaxt mən buna etiraz etdim. Lakin 

Kommunist Partiyasının bəzi rəhbərlərinin,  ən  əvvəl Qorbaçovun volyuntarist qərarında bu etiraz, əlbəttə, 

qətiyyən nəzərə alınmadı.  

Eyni əhvalat Qazaxıstanda da baş verdi. O vaxtlar oraya respublikaya, bütöv Qazaxıstan Respublikasına elə 

bir adamı göndərdilər ki, o heç vaxt orada yaşamamışdı, işləməmişdi, təbii ki, yerli millətə mənsub deyildi. Belə 

faktlardan çox gətirmək olar. Lakin mən onlardan yalnız birindən qısaca danışdım ki, indi bizim hamımızın, 

Qafqazın məruz qaldığı bu münaqişələrin, bu müsibətlərin, bu faciələrin səbəblərindən birinin hər halda nədən 

ibarət olduğunu xatırladım.  

Çox şükürlər olsun ki, indi Rusiyada, demokratik Rusiyada bu məsələlər daha yaxşı, daha normal həll edilir. 

Hesab edirəm ki, nəinki təkcə  Qafqaz üçün, həm də  özümüzün bütün siyasi fəaliyyətimiz üçün borcumuz, ən 

vacib borcumuz millətçiliyə, separatizmə,  şovinizmə gedən  yolları  kəsmək, bunun qarşısını almaqdır. Bu, 

Qafqaz üçün xüsusilə əhəmiyyətlidir. Təkrar edirəm, mən inanıram ki, indi Rusiyada bu prinsiplər üstün tutulur 

və əminəm ki, bu, Qafqazda münaqişələrin tezliklə aradan qaldırılmasına kömək edəcəkdir.  

Bizi Qafqazda baş verən bütün hadisələr,  ən  əvvəl Çeçenistanda olan hadisələr narahat edir. Mən 

Çeçenistanda münaqişənin dincliklə  aradan qaldırılması üçün prezident Boris Yeltsinin atdığı addımları 

alqışlayıram. Ümidvaram və  əminəm ki, bu addımlar davam etdiriləcək, Çeçenistanda sülh  yaradılacaq və 

bunun Qafqazda - istər  Şimali Qafqazda, istərsə  də Zaqafqaziyada digər bütün münaqişələrin aradan 

qaldırılması üçün çox böyük əhəmiyyəti olacaqdır.  

Buna görə  də  mən prezident Boris Yeltsinin bu addımını bir daha alqışlayır və  ümidvar olduğumu 

bildirirəm ki, bu addım davam etdiriləcəkdir. Zaqafqaziyada münaqişələrə  son qoyulması üçün biz Rusiya 

Federasiyasının, Rusiya prezidentinin, Rusiya dövlətinin böyük köməyinə  möhtacıq. Rusiyanın və  şəxsən 

prezident Boris Yeltsinin göstərdikləri sülhyaratma səyləri, o cümlədən də Dağlıq Qarabağ münaqişəsinin həlli 

üçün Ermənistanla Azərbaycan arasında  vasitəçilik  səyləri böyük əhəmiyyətə  malikdir. Buna görə  də  ümid 

etmək istərdik ki, bu səylər davam etdiriləcək və məsələnin tamamilə tənzimlənməsinə gətirib çıxaracaqdır.  

Ümumiyyətlə, mən bugünkü görüşdən çox məmnun qaldığımı bir daha bildirmək istəyirəm. Mən istəyirəm 

ki, Qafqazda sülh olsun, Qafqazda sabitlik olsun, axı Qafqazda müxtəlif millətlərin nümayəndələri, müxtəlif 

dinlərə etiqad bəsləyən adamlar yaşayırlar, onların çoxu müsəlman dininə  mənsubdur. Təəssüf ki, o vaxtlar 

Sovet  İttifaqında dinə  ümumən düzgün münasibət göstərilmirdi, xüsusən də  müsəlman dininə  təcavüzkar bir 

münasibət var idi. Elə  bu da yaranmış münaqişələrin səbəblərindən biridir. İndi Rusiyada bu məsələlərə 

zənnimcə, çox düzgün münasibət bəslənilir. Odur ki, bizim borcumuz, bizim hər birimizin borcu, - mən öz 

borcumdan danışıram,  - bu məsələlərə maksimum diqqətlə  yanaşmaqdan, bütün dinlərə, bütün əqidələrə, 

milliyyətindən asılı olmayaraq, bütün adamlara hörmət etməkdən ibarətdir. Təkrar edirəm, bununla əlaqədar 

Qafqaz xalqlarını sıx birləşdirməyə və Qafqazı dinc bir regiona çevirməyə imkan var.  

Mən prezident Boris Yeltsinin fikri ilə  razıyam ki, yaxşı olardı, bu görüşlər davam etdirilsin, ənənəyə 

çevrilsin. Hesab edirəm ki, biz bundan daha çox faydalanarıq. Məsələn, Qafqazda, nəinki Qafqazda, həm də 

keçmiş Sovet İttifaqında uzun illər işləmiş bir şəxs kimi rəhbərlərin belə tərkibi ilə ilk dəfə qarşılaşıram. Bu, 

olduqca xoş və fərəhli haldır.  

Fürsətdən istifadə edərək, hazırda Rusiyadakı  vəziyyət barədə  də  bir neçə  kəlmə demək istəyirəm.  İndi 

Rusiya öz həyatının çox məsul mərhələsini yaşayır, çox mühüm ictimai-siyasi proseslər baş verir, Rusiya 

prezidentinin seçkilərinə hazırlıq görülür. Təbii ki, bu, rusiyalıların işidir. Rusiya vətəndaşlarının işidir. Bizim 


buna ancaq rəğbətimiz, hörmətimiz və ya hər hansı  rəyimiz ola bilər. Lakin bununla yanaşı, biz Rusiyanın 

taleyinə və Rusiyanın gələcəyinə biganə deyilik. Çünki respublikamız, - mən öz respublikamı nəzərdə tuturam, - 

Azərbaycan Respublikası Rusiya ilə  çoxəsrlik tarixlə, iqtisadi, mədəni, elmi, texniki əlaqələrlə, humanitar 

əlaqələrlə bağlıdır və bu əlaqələr yaşamalı və davam etməlidir. Biz onları qıra bilmərik. Buna görə də onların 

inkişafı üçün hər şey etməliyik. Bununla əlaqədar biz Rusiyanın sabah necə olacağına, hansı Rusiya ilə əlaqələr 

quracağımıza biganə deyilik.  

Rusiyada iqtisadi və siyasi islahatlar aparılır. Bu baxımdan Rusiya bizə, MDB-yə daxil olan digər dövlətlərə 

nümunə göstərir. Çox işlər görülmüşdür. Bu islahatlar Rusiyada başlanmışdır. Biz Rusiyanın təcrübəsindən çox 

şey əxz edirik. Çünki eyni vəziyyətdə yaşayırıq və eyni keçid dövründəyik. Bu islahatların həyata keçirilməsinin 

təşəbbüsçüsü, bu islahatların fəal aparıcısı Boris Nikolayeviç Yeltsindir. O, beş ildir Rusiya prezidentidir. 

Əlbəttə, biz, - mən Azərbaycanı nəzərdə tuturam, öz rəyimi deyirəm, - bunun qızğın tərəfdarıyıq ki, Rusiyada 

siyasi və iqtisadi islahatlar davam etsin, Rusiya demokratik bir ölkə  olsun. Biz Rusiyada demokratiyanın 

çiçəklənməsini, demokratiyanın tərəqqisini görmək istəyirik. Bizim bu tərkibdə  burada olmağımız Rusiyada 

məhz həyatın demokratikləşdirilməsinin, dövlət quruluşunun demokratikləşdirilməsinin nəticəsidir. Biz bu 

xəttin davam etdirilməsini istəyirik.  

Buna görə  də biz demokratik Rusiya tərəfindəyik. Rusiyada demokratiya prinsiplərinin daha da bərqərar 

olmasına, iqtisadi islahatlar aparılmasına, bazar iqtisadiyyatının inkişaf etdirilməsinə tərəfdarıq. Təbii ki, bütün 

bunlara prezident Boris Nikolayeviç Yeltsin başçılıq edir və bizim rəğbətimiz, dəstəyimiz də,  şübhəsiz, onun 

tərəfindədir.  

Mən fürsətdən istifadə edərək, Rusiyanın xeyirxah qonşusu kimi ümidvar olduğumu bildirmək istəyirəm ki, 

Rusiya xalqı düzgün qərar qəbul edəcək və biz demokratik Rusiya ilə iş görəcəyik.  

Diqqətinizə görə sağ olun.  

 

Müstəqilliyimiz əbədidir 

Altıncı kitab 


Türk Dövlətləri başçılarının 2-ci zirvə toplantısının açılışında 

Heydər Əliyevin nitqi 

(18 oktyabr 1994-cü il) 

 

Hörmətli Prezident Süleyman Dəmirəl, hörmətli məclis iştirakçıları, hörmətli dövlət başçıları, hörmətli 



nazirlər, qonaqlar!  

Mən bu gün İstanbulda bu toplantının keçirilməsi münasibətilə  buraya toplaşmış altı müstəqil dövlətin 

başçılarını  və  ümumiyyətlə, bizim ölkələrin vətəndaşlarını Azərbaycan Respublikası adından təbrik edirəm. 

Sonra bu təşəbbüsə  görə, bu toplantının yaranmasına görə  Türkiyənin Prezidentini, hörmətli dostumuz və 

qardaşımız Süleyman Dəmirələ  öz minnətdarlığımı bildirmək istəyirəm. Mən çox məmnunam ki, bu gün 

İstanbulda bir kökdən olan, bir mənşədən olan, eyni dilə  mənsub olan altı ölkənin başçıları, dövlət başçıları 

səviyyəsində  bu toplantı keçirilir və  bu, iki il öncə  Ankarada keçirilmiş Zirvə  toplantısının yaxşı  ənənəsinin 

davamıdır. Mən bunu Azərbaycan Respublikası adından bəyənirəm və bu ənənənin davam etməsinin vacibliyini 

bildirmək istəyirəm.  

Mən burada, İstanbulda bu toplantıya gəlmiş hörmətli dostumuz, qardaşımız, Qazaxıstan Respublikasının 

Prezidenti Nursultan Nazarbayevi, Qırğızıstan Respublikasının Prezidenti Əsgər Akayevi, Türkmənistan 

Respublikasının Prezidenti Saparmurad Niyazovu, Özbəkistan Respublikasının Prezidenti İslam Kərimovu 

salarlayıram. Burada toplaşan bütün şəxsləri salamlayıram və hesab edirəm ki, bu görüş də Ankaradakı görüş 

kimi, gələcəkdə bizim əlaqələrimizin inkişaf etməsi üçün yaxşı əsas yaradacaq.  

Ankara görüşündən iki il keçir. İki il müddətində bir çox işlər görülüb. Ancaq bu gün etiraf etmək lazımdır 

ki, Ankara görüşündə  əldə  olunmuş  qərarların hamısı tam yerinə yetirilmir. Ona görə  də  bu gün hörmətli 

Prezident Süleyman Dəmirəlin dediyi fikirlərlə, müddəalarla və onun təklifləri ilə tam razıyam. Eyni zamanda 

hesab edirəm ki, biz hamımız hərə öz tərəfindən bu fikirləri, müddəaları yerinə yetirməyə çalışsaq, bundan sonra 

daha çox nailiyyətlər əldə edə bilərik.  

Şübhəsiz ki, bizim toplantı xalqlarımızın, ölkələrimizin tarixi kökləri,  əsrlər boyu toplanmış adət 

ənənələrinin birliyi, dil birliyi və  fəaliyyət birliyi əsasında qurulub. Bu, çox böyük əsasdır. Ona görə  də bu 

əsasda  bizim ölkələr arasında bütün sahələrdə  əməkdaşlığı inkişaf etdirməyə, genişləndirməyə, bütün 

istiqamətlərdə bu əməkdaşlığı  təmin etməyə  bizim böyük imkanlarımız var. Azərbaycan Respublikası belə 

qərara gəlib ki, bundan sonra da bu imkanlardan istifadə etsin və əməkdaşlığı genişləndirsin.  

Üç ildir ki, Orta Asiya, yaxud da Mərkəzi Asiya dövlətləri və Azərbaycan dövləti artıq müstəqil dövlətlərdir 

və  dünya dövlətləri birliyinə  müstəqil dövlət hüququ ilə  daxil olublar. Ötən iki il müddətində bizim 

dövlətlərimiz, mən xüsusən Azərbaycan haqqında demək istəyirəm, Türkiyə  Cümhuriyyəti ilə  əlaqələri çox 

surətlə  inkişaf etdiriblər. Bu dövrdə  bu iki ölkə - Türkiyə ilə Azərbaycan arasında olan əlaqələr, mən deyə 

bilərəm ki, çox böyük sürətlə inkişaf etdirilir. Azərbaycanın üç il müstəqil dövlət kimi yaşadığı bir dövrdə biz 

Türkiyənin daim hörmətini, ehtiramını hiss etmişik.  

Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan respublikaları da indi müstəqil dövlətlər içərisindədirlər. 

Bu respublikalarla Azərbaycan arasında tarixi ənənələr, dostluq və  qardaşlıq  əlaqələri  əsrlər boyu mövcud 

olmuşdur. Biz əsrlər boyu bir yerdə  yaşamışıq, bir adət-ənənələrdən istifadə  etmişik və bir-birəmizə  həmişə 

kömək etmişik. Müstəqil olmadığımız 70 illik bir dövrdə də, sovetlər birliyinin tərkibində olduğumuz vaxtda da 

ölkələrimiz arasında, yəni Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında dostluq, qardaşlıq  əlaqələri həmişə 

sıx olub, həmişə çox möhkəm olubdur və biz bir-birimizə həmişə dayaq olmuşuq. Doğrudur, o vaxt biz Sovetlər 

İttifaqının tərkibində idik, Türkiyə Cümhuriyyəti ilə əlaqələr saxlamağa bizim istənilən səviyyədə imkanlarımız 

olmayıbdır. Ancaq Azərbaycan ilə  Xəzər dənizinin o tərəfində  olan Qazaxıstan, Türkmənistan, Özbəkistan, 

Qırğızıstan arasında  əlaqə  həmişə  sıx olub, çox etibarlı olub və  mən bu gün artıq müstəqil dövlət olan dost, 

qardaş ölkələrin başçıları ilə görüşərkən, burada, İstanbulda bu tarixi bir daha yada salmaq istəyirəm və bir daha 

bildirmək istəyirəm ki, biz bu dostluq, qardaşlıq  ənənələrinə  həmişə sadiq olmuşuq, bundan sonra da sadiq 

olacağıq.  

Ancaq bir həqiqəti də qeyd etmək istəyirəm ki, ölkələrimiz müstəqillik  əldə edəndən sonra, iki il bundan 

öncə Ankarada bizim ölkələrimizin rəhbərləri toplaşıb, görüşüb birgə bəyanat qəbul edəndən sonra ola bilər ki, 

Azərbaycan tərəfinin buraxdığı  silər nəticəsində Azərbaycan Respublikasının, Qazaxıstanla, Özbəkistanla, 

Türkmənistanla, Qırğızıstanla  əlaqələri çox zəif olub. Təxminən bir il bundan öncə, mən Azərbaycan 

Respublikasına başçılıq etməyə başladığın gündən bu qardaş respublikalarla əlaqələrin bərpa olunması üçün çox 

çalışmışam və bildirmək istəyirəm ki, bu əlaqələrin zəifləməsi və  bəzən də  qırılmasının səbəbləri ancaq 

Azərbaycandadır. Ona görə  də Azərbaycan tərəfindən bu əlaqələrin uzun müddət zəiflədilməsinə  görə  və 

xüsusən 1992-ci ildə Ankara bəyannaməsindən sonra Azərbaycan tərəfindən bu dövlətlərlə  əlaqələri inkişaf 

etdirmək üçün təşəbbüs göstərilmədiyinə  görə  mən dostlarımdan, qardaşlarımdan üzr istəyirəm və bunu etiraf 


edirəm. Eyni zamanda bildirmək istəyirəm ki, Azərbaycan bu əlaqələri gücləndirilməsinə  çalışır və bundan 

sonra da çalışacaqdır. Bu toplantı bizim əlaqələrin inkişaf etməsinə, daha da geniş olmasına çox böyük şərait 

yaradacaqdır.  

Ümumiyyətlə, bir kökdən, bir mənşədən olan və adət-ənənələri bir olan xalqların, ölkələrin, dövlətlərin 

əməkdaşlığının böyük gələcəyi var və mən hesab edirəm ki, biz bu imkanlardan səmərəli istifadə etməliyik.  

Hörmətli Prezident Süleyman Dəmirəlin dediyi kimi, bizim həm iqtisadiyyat sahəsində, həm ticarət 

sahəsində, həm elm sahəsində, həm ekologiya sahəsində, həm mədəniyyət sahəsində, həm də  təhsil səsində 

əməkdaşlıq etmək üçün böyük imkanlarımız var. İndi bizim Cümhuriyyət də, yeni müstəqillik əldə etmiş digər 

cümhuriyyətlər də, respublikalar da keçid dövrü yaşayırlar. Məsələn, Azərbaycanı götürsək, biz iqtisadi 

cəhətdən böyük sosial-iqtisadi böhran içərisindəyik. Ona görə də bu keçid dövründə bir-birimizə köməyimiz və 

iqtisadi əlaqələrimizin inkişaf etməsi hər bir ölkənin bu böhran vəziyyətindən çıxmasına kömək edəcəkdir.  

Azərbaycan üç ildir ki, müstəqillik yolu ilə gedir, hüquqi, silivizasiyalı, demokratik dövlət qurmaq yolu ilə 

gedir. Azərbaycanda siyasi plüralizm, şəxsiyyət azadlığı, insan hüquqlarının qorunması, öz azadlığı, mətbuat 

azadlığı  bərqərar olubdur, çoxpartiyalı sistem artıq fəaliyyət göstərir.  İqtisadiyyat sahəsində biz iqtisadi 

islahatlar yolu ilə gedirik və bazar iqtisadiyyatı yolu ilə getmək əzmindəyik. Beləliklə də dünya birliyinə, dünya 

iqtisadiyyatına qoşulmağa çalışırıq. Ancaq bu əlaqələri - həm ikitərəfli, həm də çoxtərəfli əlaqələri burada təmsil 

olunan dövlətlərlə səmərəli, faydalı qurmaq Azərbaycan üçün daha da əhəmiyyətlidir, daha da mənfəətlidir. Ona 

görə də mən bildirmək istəyirəm ki, biz o əlaqələri bundan sonra da qurmağa, yaratmağa çalışacağıq.  

Qeyd etdiyim kimi, Azərbaycan müstəqillik qazandıqdan sonra üç il müddətində Türkiyə Cümhuriyyəti ilə 

Azərbaycan arasında çox geniş proseslər gedibdir və  biz bunlardan ümumiyyətlə  məmnunuq. Ancaq hesab 

edirik ki, bizim bütün imkanlarımızdan hələ indiyə  qədər istifadə  olunmayıb. Azərbaycanın professorları, 

alimləri Türkiyənin universitetlərində  uzunmüddətli  əməkdaşlıq ediblər. Eləcə  də Azərbaycanda Türkiyədən 

gələn tələblər oxuyublar. Elm sahəsində, təhsil sahəsində, mədəniyyət sahəsində  əlaqələrimiz  böyükdür. Bu 

əlaqələr müəyyən inkişaf mərhələsi keçibdir, bunun əsasında biz bundan sonra daha çox işlər görə bilərik. 

İqtisadiyyat sahəsində, şübhəsiz ki, bizim imkanlarımız böyükdür. Məsələn, Qara dəniz hövzəsindəki ölkələrin 

əməkdaşlıq etməsi təcrübəsi artıq dünyaya məlumdur və bu sahədə müəyyən nailiyyətlər əldə olunubdur. Ancaq 

eyni zamanda mən hesab edirəm ki, Xəzər dənizi hövzəsində də əməkdaşlığı təşkil etmək mümkündür.  

Sizə məlumdur ki, Azərbaycan bazar iqtisadiyyatına keçərək, xarici ölkələrin investisiyalarını Azərbaycana 

cəlb etməyə  çalışaraq həm öz sənaye potensialından, həm intellektual potensialından, həm də  təbii 

sərvətlərindən başqa ölkələrlə müştərək istifadə etməyə çalışır və bu sahədə müəyyən addımlar atır.  

Bildiyiniz kimi, sentyabr ayının 20-də  Bakıda Azərbaycan ilə  xarici ölkələrin  şirkətləri arasında Xəzər 

dənizinin Azərbaycan sektorunda üç neft yatağından müştərək istifadə  olunması üçün 30 illik müqavilə 

bağlanmışdır. Bu müqaviləni on bir şirkət imzaldı: Azərbaycan Dövlət Neft Şirkəti və xarici ölkələrin on şirkəti. 

Bunlar yeddi dövlətə  mənsub olan şirkətlərdir. Bu, Azərbaycan, Türkiyə, Amerika Birləşmiş  Ştatları, Böyük 

Britaniya, Rusiya, İsveç və Səudiyyə Ərəbistanın şirkətləridir. Biz hesab edirik ki, bu müqavilə Azərbaycanın 

müstəqilliyini bir daha nümayiş etdirir. Azərbaycanın dünya iqtisadiyyatına bağlanmaq üçün açıq bir ölkə 

olduğunu  göstərir. Eyni zamanda o, həm xarici şirkətlər üçün, həm onların mənsub olduqları dövlətlər üçün, 

həm də Azərbaycan üçün müştərək fəaliyyət göstərməyə, böyük nailiyyətlər  əldə etməyə  imkan yaradır. Mən 

hesab edirəm ki, bu təcrübədən daha da geniş istifadə oluna bilər. Ona görə  də  Xəzər dənizi sahəsində 

əməkdaşlıq problemi, mənə belə gəlir ki, mühüm bir problemdir və bu, müzakirə olunarsa, bu barədə müəyyən 

fikir  əldə edilə bilərsə, biz buna tərəfdar ola bilərik. Ancaq Xəzərin təbii sərvətləri böyükdür - onun həm neft 

sərvəti, həm də başqa təbii sərvətləri. Şübhəsiz ki, bizim işlərimiz dünyanın müasir, qabaqcıl texnologiyasının 

tətbiq  olunması vasitəsilə  həyata keçirilməlidir və  ona görə  də biz Xəzər dənizinin ekologiyasının təmin 

olunmasının, başqa təbii sərvətlərinin toxunulmazlığının təmin edilməsini əsas götürməliyik və Azərbaycan neft 

müqaviləsini imzalayarkən bütün bu məsələlərin həll olunması üçün Xəzər dənizi ətrafındı olan bütün ölkələrlə 

sıx əməkdaşlıq etmək məramındadır və biz bu əməkdaşlığı təqdir edirik.  

Ancaq hesab edirəm ki, təkcə  Xəzər dənizinə bilavasitə  çıxan ölkələr yox, başqa ölkələr də  indi bu işə 

qoşula bilər və ümumiyyətlə, həm Azərbaycanın, həm də digər ölkələrin təbii sərvətlərindən, o cümlədən enerji 

daşlayıcılarından istifadə edilməsi və  onların ixrac olunması, dünya bazarına birqə  çıxarılması  şübhəsiz ki, 

bizim ölkələrimiz üçün çox əhəmiyyətli ola bilər. Hər halda, bizim qonşu dövlətlərin bu barədə Azərbaycanın 

ərazisindən istifadə etmək fikirləri olsa, bu enerji daşıyıcılarını Azərbaycan buna şərait yaradacaqdır və bu 

barədə əməkdaşlıq etməyə hazırdır. Eyni zamanda mən ümumiyyətlə, bizim regionda olan bu təbii sərvətlərdən 

istifadə olunmasında Türkiyənin ərazisindən istifadə edilməsinə çox üstünlük verirəm və hesab edirəm ki, biz bu 

barədə  də birgə  əməkdaşlıq edə bilərik. Bizim tarixi, milli, mədəni  ənənələrimiz  əsasında son vaxtlar görülən 

işlər təqdirə layiqdir. Məsələn, "Türksoy" proqramının yaranmasını  və  onun artıq fəaliyyət göstərməsini biz 

böyük məmnuniyyətlə  qəbul edirik. Yaxud da ki, bizim xalqlarımızın, türkdilli xalqların ümumi qüdrətinin 

yaranması sahəsində başlanan işlər də bizim tərəfimizdən bəyənilib və biz orada öz səylərimizi göstərəcəyik. Bir 


sözlə, mən bu barədə çox geniş danışıb vaxt almaq istəmirəm. Hesab edirəm ki, hörmətli Prezident Süleymən 

Dəmirəl çox əhəmiyyətli fikirlər söylədi. Bu fikirlərlə  razı olduğumu və  hamımızın birlikdə  həm iqtisadiyyat, 

həm ticarət, həm elm, həm də  mədəniyyət sahəsində  əməkdaşlıq etməyinizə Azərbaycanın  hazır olduğunu 

bildirmək istəyirəm.  

Bilirsiniz ki, Azərbaycan müstəqilliyini  əldə edib və  mən sizə  çatdırmaq istəyirəm ki, Azərbaycanın 

müstəqilliyi üç il bundan qabaq bu gün - oktyabrın 18-də elan edilib. Bu gün Azərbaycanın bayram günüdür və 

səciyyəvidir ki, biz burada, İstanbulda, Türkiyədə məhz bu gün toplaşmışıq. Onu da qeyd etmək istəyirəm ki, 

Azərbaycan öz müstəqilliyini elan edərkən dünya dövlətlərindən birinci olaraq Türkiyə Azərbaycanı müstəqil 

dövlət kimi tanınmış, Azərbaycanın dünya dövlətləri tərəfindən müstəqil dövlət kimi tanınmasına yol açmışdır. 

Ona görə də bu gün Azərbaycanın müstəqilliyinin 3-cü ildönümü münasibətilə mən burada, İstanbulda Türkiyə 

Cümhuriyyətinə  və  Türkiyənin Prezidenti Süleyman Dəmirələ, Türkiyə  xalqına Azərbaycan xalqı adından 

təşəkkürümü bildirirəm.  Əmin ola bilərsiniz ki, Azərbaycan xalqı bu tarixi hadisəni heç vaxt yadından 

çıxarmayacaqdır.  

Ancaq bu üç illik müstəqillik dövrü Azərbaycanın siyasi həyatında çox çətin dövr olmuşdur. Bunu bizim 

qardaş ölkələrin başçıları da, bütün dünya ictimaiyyəti də  bilir. Bütün dünya bilir ki, Azərbaycanın daxilində 

ictimai-siyasi sabitliyi pozmağa çalışan qüvvələr olubdur, böyük dəyişikliklər olubdur. Bu, hamıya məlumdur. 

Mən bu barədə geniş danışıb vaxtınızı almaq istəmirəm. Ancaq qeyd etmək istəyirəm ki, 1993-cü ili iyun ayında 

Azərbaycanın daxilində böyük çəkişmələr baş verirdi və bəzi cinayətkar qüvvələr, siyasi qüvvələr Azərbaycanı 

parçalamağa, ölkəmizin daxilində ictimai-siyasi sabitliyi pozmağa və Azərbaycanın dövlətçiliyinə qəsd etməyə 

çalışdılar. Azərbaycan vətəndaş müharibəsi həddinə gəlib çatmışdır. Böyük məmnuniyyətlə qeyd edə bilərəm ki, 

biz vətəndaş müharibəsinin qarşısını aldıq və  keçən ilin iyun ayından indiyə  qədər Azərbaycanın daxili 

vəziyyətini sabitləşdirməyə çalışmışıq. O zaman da, Azərbaycanın bu ağır vəziyyətində də biz rəhbərləri burada 

olan dost ölkələrimizin, qardaş ölkələrimizin müsbət münasibətini daim hiss etmişik. Buna görə mən təşəkkür 

edirəm.  

Təəssüf ki, bu hadisələr yenidən təkrar olunmağa başladı. Bu il oktyabr ayının  əvəlində yenə  də  bəzi 

qüvvələr ölkəmizin daxilində ictimai-siyasi sabitliyi pozmaq, dövlətçiliyimizə  qəsd etmək və Azərbaycanda 

dövlət çevrilişi etmək üçün cəhd göstərməyə çalışdılar.  

Ancaq siz yəqin müşahidə etdiniz və  mən bunu bildirmək istəyirəm ki, Azərbaycan xalqı artıq öz 

müstəqilliyini  əldən vermək istəmir. Buna görə  də  mənim televiziya ilə  çağırışımdan bir neçə  dəqiqə sonra 

Bakının vətəndaşları, yüz minlərlə vətəndaş Azərbaycan Prezidentinin sarayının önünə toplaşdılar, Azərbaycan 

dövlətçiliyini, Azərbaycan Prezidentini qorumaq əzmində olduqlarını bildirdilər. Biz dövlət çevrilişi edən silahlı 

qüvvələrin qarşısını xalqın gücü ilə, xalqın iradəsi ilə aldıq, qan tökülmədən bu hadisənin qabağını ala bildik. 

Bu o demək deyil ki, indi bizim respublikamızda tam əmin-amanlıq yaranıb, ictimai-siyasi vəziyyət tam 

normallaşıbdır. Ancaq bir həqiqət dünyaya məlum oldu ki, Azərbaycan xalqı öz müstəqilliyini  əldən vermək 

istəmir, öz dövlətçiliyini qoruyur və  bundan sonra da qoruyacaqdır. Xalqımız üçün həmin o gərgin və  ağır 

günlərdə dünya ictimaiyyəti Azərbaycanın dövlətçiliyinin qorunmasına tərəfdar çıxdı və Azərbaycan dövləti ilə 

həmrəyliyini bildirdi. Buna görə  də  mən  bu gün bu fürsətdən istifadə edib həmin günlərdə bizimlə  həmrəy 

olanların hamısına öz minnətdarlığımı və təşəkkürümü bildirirəm.  

Ancaq Azərbaycanda daxili vəziyyətin belə  gərgin olması eyni zamanda onun altı ildən artıq müddətdə 

Ermənistan tərəfdən təcavüzə  məruz qalması ilə  əlaqədardır. Bu müddətdə Azərbaycan torpaqlarının 20 faizi 

işğal edilibdir, 20 mindən artıq adam vətəni müdafiə edərkən həlak olubdur, 100 minə qədər adam yaralanıbdır, 

5 min Azərbaycan vətəndaşı Ermənistanda  əsir saxlanılır.  İşğal olunmuş torpaqlarımızda  şəhərlər, kəndlər, 

qəsəbələr, binalar hamısı dağıdılıbdır və  həmin torpaqlardan bir milyondan artıq vətəndaşımız qaçqın düşərək 

Azərbaycanın başqa regionlarında yerləşdirilibdir.  

Bunlar, təbii ki, Azərbaycanın daxili vəziyyətini, o cümlədən iqtisadi, sosial vəziyyətinin gərginləşdirir. Biz 

bu vəziyyətdən çıxmağa çalışırıq. Birinci növbədə bir milyondan artıq qaçqını saxlamağa, ağır vəziyyətdə olan 

bu adamları  təmin etməyə  çalışırıq. Bu sahədə bizə beynəlxalq təşkilatlar da kömək edir. Mən böyük 

məmnuniyyət hissi ilə deyə bilərəm ki, Türkiyə, İran, Səudiyyə Ərəbistanı Azərbaycanda qaçqınlar üçün çadır 

şəhərcikləri yaradıblar, onların bir qismini öz öhdələrinə  götürüblər və bizə  kömək edirlər. Beynəlxalq 

təşkilatlar, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlara Yardım Komissarlığı, YUNİSEF və başqa təşkilatlar da 

Azərbaycana kömək göstərirlər. Bir neçə  ölkə bu beynəlxalq humanitar yardımı  təşkil edib Azərbaycana 

göndərməyə çalışır və elə indi də fəaliyyətdədirlər. Ona görə də mən bütün beynəlxalq təşkilatlara təşəkkürümü 

və minnətdarlığımı bildirirəm və  bu gün dost, qardaş ölkələrə  müraciət edərək demək istəyirəm ki, hazırda 

bizim qaçqınları təmin etmək üçün köməyə ehtiyacımız var - həm iqtisadi köməyə, həm də mənəvi köməyə. Hər 

bir kömək üçün minnətdar olacağıq. Güman edirəm ki, mənim bu fikirlərim də nəzərdən qaçmayacaqdır.  

Ancaq Azərbaycanın əsas problemi müharibə  vəziyyətindən çıxmaqdır. Bildiyiniz kimi, biz məsələni sülh 

yolu ilə həll etmək istəyirik, bu məqsədlə beynəlxalq təşkilatlara əməkdaşlıq edirik. Rusiya bu sahədə vasitəçi 


rolu oynayır. Başqa böyük dövlətlər də vasitəçilik edirlər. ATƏM təşkilatı, onun tərkibində olan Minsk qrupu 

çox böyük fəaliyyət göstərir və  onların vasitəçiliyi nəticəsində  beş ay bundan öncə Ermənistanla Azərbaycan 

arasında müharibədə atəşin kəsilməsinə nail olmuşuq. Artıq beş aydır ki, atəş kəsilib. Biz bu atəşkəs rejiminə 

sadiqik, atəşkəs rejimini saxlayırıq. Sentyabrın 29-da mən Birləşmiş Millətlər Təşkilatının tribunasından 

Azərbaycan Respublikası adından atəşkəs rejiminin saxlanmasına riayət olunacağını bəyan etmişəm və bu gün 

də  bəyan edirəm. Biz çalışırıq ki, bu atəşkəs vaxtında beynəlxalq təşkilatların iştirakı ilə  böyük sülh 

yaranmasına nail olaq. Biz ümumiyyətlə, dünyada gedən bütün silahlı münaqişələrin həll edilməsinin 

tərəfdarıyıq. Ancaq sizə məlumdur ki, bu münaqişələrdən ən dəhşətlisi və ən uzun sürən münaqişə Ermənistanla 

Azərbaycan arasında altı illik tarixi olan münaqişədir.  

Mən qeyd etdim ki, biz məsələni sülh yolu İlə həll etmək istəyirik. Ancaq bizim şərtlərimiz ondan ibarətdir 

ki, erməni silahlı qüvvələri işğal olunmuş torpaqlardan şərtsiz çıxmalıdırlar. Birləşmiş Millətlər Təşkilatının 

Təhlükəsizlik  Şurası bu barədə  dörd qətnamə  qəbul etmişdir. Ancaq bu qətnamələr Ermənistan tərəfindən 

indiyəqədər yerinə yetirilməyibdir. Biz bunların yerinə yetirilməsinə  tələb edirik. ATƏM təşkilatı Minsk 

qrupunun fəaliyyətini, Rusiyanın vasitəçiliyini qiymətləndiririk və  onların vasitəsilə Azərbaycanla Ermənistan 

arasında sülh bağlanmasına çalışırıq. Ancaq yenə deyirəm, bizim şərtlərimiz işğal edilimiş torpaqlarımızdan 

erməni silahlı qüvvələrini şərtsiz olaraq çıxması ilə bağlıdır. O cümlədən Laçın rayonundan və Şuşa rayonundan 

erməni silahlı qüvvələri çıxmalıdır. Belə  bir  şəraitdə Azərbaycan Respublikası Dağlıq Qarabağın statusunu 

müzakirə etməyə hazırdır və ona müəyyən statusun verilməsinə tərəfdardır.  

Güman edirəm ki, burada təmsil olunan dövlətlər də bizim bu ağır məsələmizin həllinə səy göstərəcəklər. 

Bu məsələnin həll edilməsi beynəlxalq prinsiplərin bərqərar olunmasını tələb edir. Beynəlxalq hüquq normaları, 

beynəlxalq hüquq prinsipləri hər bir yerdə  dövlətlərin  ərazi bütövlüyünün təmin olunması, hər bir dövlətin 

sərhədlərin toxunulmazlığını  tələb edir və  bir dövlətin başqa bir dövlətin  ərazisini zorla ələ  keçirməsinə yol 

verilməməsini tələb edir. Ona görə də biz həmin beynəlxalq hüquq normalarına sadiq olaraq, bu məsələnin sülh 

yolu ilə həll edilməsinə çalışırıq. Ümidvarıq ki, bizə dost, qardaş olan dövlətlər də bu barədə bizə bundan sonra 

kömək edəcəklər.  

Mən hesab edirəm ki, bizim dostluğumuz, bütün sahələrdə əməkdaşlığımızın böyük gələcəyi var. Mən bu 

ənənənin davam etdirilməsinin tərəfdarıyam. Gələcək görüşü təxirə  salınmadan keçirilməsinin tərəfdarıyam. 

Təəssüf ki, Ankara görüşündən sonra bu görüşə qədər iki il vaxt keçdi. Hörmətli Prezident Süleyman Dəmirəl 

1995-ci ildə belə  bir görüşün Türkiyədə  keçirilməsini və  Türkiyənin ev sahibi olmasını  bəyan edib. Mən də 

bunu Azərbaycanda keçirilməsini və Azərbaycanın ev sahibi olmasını  təklif edirəm. Ancaq burada ümumi 

razılıqla bu görüşün bir ildə  sonra hansı dövlətdə  keçirilməsi lazım bilinərsə, mən o qərarı  qəbul etməyə 

hazıram. Yəni əsas məqsədimiz bu ənənənin davam etməsidir, bu görüşlərin daimi olmasıdır. Gələn il bu görüş 

hansı ölkədə keçiriləcəksə, o ölkəyə mən də getməyə hazıram.  

Diqqətinizə görə sağ olun.  

 


Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin