ATƏM-in sədri İsveçin Xarici İşlər Naziri Marqareta af Uqlas ilə görüşdə Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin çıxışı



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə8/8
tarix06.09.2017
ölçüsü0,76 Mb.
#29011
1   2   3   4   5   6   7   8

Nigar Hüseynova. 

 

“Xalq qəözeti”.-2012.-24 noyabr.-N 262.-S.5. 

Dağlıq Qarabağın digər həlli variantları 

 

Dağlıq Qarabağ   ətrafında Ermənistan-Azərbaycan münaqişəsini həll etmək üçün istər hər iki 

respublikanın siyasi dairələrində, istərsə də xarici diplomatlar arasında müəyyən təkliflər və tövsiyyələr 

irəli sürülmüşdür. Vaxtilə düşmən ölkənin -  Ermənistan Respublikasının eks prezidenti L.Ter-Petrosyan 

"Respublika Armeniya" qəzetində "Müharibə, yoxsa sülh: düşünmək zamanı" adlı məqalə çap etdirərək 

orada aşağıdakı tezisləri öz silahdaşlarının və erməni ictimaiyyətinin diqqətinə çatdırdı: 

 

1. Münaqişənin nizama salınmayacağı təqdirdə, Ermənistan Respublikası və Dağlıq Qarabağ bir il ərzində 

nəzərə çarpacaq dərəcədə zəifləyəcək; 

2. Beynəlxalq ictimaiyyət Dağlıq Qarabağ ətrafında yaranmış vəziyyətlə həmişəlik barışmayacaq, çünki bu 

vəziyyət təhlükəsizliyə və regional əməkdaşlığa, habelə, Qərbin neft maraqlarına təhlükə törədir; 

3. Bizim meydan oxuduğumuz beynəlxalq ictimaiyyət Dağlıq Qarabağın əleyhdarıdır. Qarabağ müharibəni 

deyil, döyüşü udmuşdur; 

4. Əvvəlcə paket, sonra mərhələli həll təkliflərini rədd etməklə, indi isə yenidən paket həllə qayıtmağı təklif 

etməklə Dağlıq Qarabağ tərəfi həm özünü, həm də Ermənistanı namünasib vəziyyətdə qoymuşdur; 

5. Amerika Konqresindəki lobbiçilik hərəkatının öz sərhədləri var - həmin hərəkat ABŞ-ın milli maraqlarına 

toxunan yerdə dayandırılır; 

6. Bu gün əsas məsələ kəsilmiş danışıqları bərpa etməkdir. Bunun üçün də gələcək danışıqlar üçün əsas olan 

sənədin layihəsini razılaşdırmaq lazımdır. 

Həmin  ərəfədə Rusiyanın kütləvi informasiya vasitələrin verdiyi müsahibədə Ermənistan Respublikasının 

prezidenti özünün iki əsas tezisini irəli sürmüşdü: 

1. Əgər Qarabağ böhranı aradan qaldırılmazsa, yalnız Dağlıq Qarabağın deyil, Ermənistan Respublikasının 

da strateji və iqtisadi vəziyyəti yaxşılaşdırıla bilməz. Ermənistanın xarici aləmlə  əlaqələri məsələsi həll 

edilmədən erməni  millətinin və erməni dövlətinin inkişafı mümkün deyil. 

2. Azərbaycanın  ərazi butövlüyünün de-yure qorunub saxlanması ilə bir sırada Dağlıq Qarabağın faktiki 

müstəqilliyinin təmin edilməsinin Azərbaycan tərəfindən həyata  keçirilməsi başqa oxşar münaqişələrin də həlli 

üçün yeni məkanlar açandır. 

Lakin  prezident L.Ter-Petrosyanın  danışıqları davam etdirməklə bağlı fikirləri qondarma DQR liderləri 

tərəfindən kəskin etirazla qarşılandı.   Növbəti dəfə ermənilərin nazı ilə oynayan  ATƏT-in Minsk Qrupunun 

həmsədrləri 1997-ci il dekabrın 2-də münaqişənin mərhələli həlli ilə bağlı təklifin yenidən işlənmiş variantını 

tərəflərə  təqdim etdi.  Burada artıq Dağlıq Qarabağın da münaqişə  tərəfi kimi tanınması barədə  təklif irəli 

sürülürdü. Azərbaycan həmin versiyanı qəbul etmədiyini, yalnız 19 sentyabr tarixli layihə əsasında danışıqlara 

başlamağın mümkün olduğunu bilirdi.  

İngilis siyasətçi alimi C.Qordonun planı xüsusi maraq doğurur. Bu plana əsasən Zəngəzur Azərbaycanla 

birləşir və  əvəzində Dağlıq Qarabağ Ermənistana verilir. Lakin bu erməniləri razı salmadı, çünki onda 

Azərbaycan bir növ Naxçıvanla birləşib Türkiyəyə birbaşa çıxış əldə edir. Bu isə Türkiyəni birbaşa Orta Asiya 

Türk Respublikaları ilə birləşməsinə  və  nəhayət Turan dövlətinin yaranmasına səbəb ola bilər.  İkinci bir 

tərəfdən Ermənistanın xarici aləmə, xüsusən,  İrana sərhədləri bağlı olur və bir növ, anklava çevrilmiş olur. 

Digər tərəfdən, ermənilərin gələcək strateji planlarına Naxçıvanı da ələ keçirmək daxil olduğu üçün onun 

Azərbaycanla birləşməsini və Azərbaycanla Türkiyə arasında bir körpü rolu olmasına razılıq vermirlər. Bu plan, 

habelə, İran və Rusiyanın siyasi dairələri tərəfindən qəbul olunmur, çünki onlar da regionda güclü Turan dövləti 

yarana bilməsindən ehtiyat edirlər. 

Bu problem ətrafında Ə.Qəşəmoğlunun təklifləri də maraq doğurmaya bilmir. O, "Dağlıq Qarabağ problemi 

və onun həlli" məqaləsində yazır: "... Beynəlxalq aləmin Dağlıq Qarabağın bizim dövlətin tərkibində qalmasına 

kömək etməsi üçün respublikanın imici Dağlıq Qarabağın imicindən yüksək olmalıdır." Müəllif problemin həlli 

üçün aşağıdakıları  təklif edir: 1) problemin həlli üçün həm Azərbaycanda, həm də Ermənistanda rəy 

formalaşdırmalıdırlar və beynəlxalq təşkilatlar problemin həllinə kömək etməlidirlər; 2) Ermənistan və 

Azərbaycan  əhalisi biri-birinə yaxınlaşmalıdır, çünki belə bir yaxınlaşma olmadan problemin həllindən 

danışmaq qeyri-  mümkündür; 3) Ermənistan  əhalisi içərisində  təbliğatı gücləndirmək və onu belə bir fakt 

qarşısında qoymaq lazımdır ki, Dağlıq Qarabağ  qədim Azərbaycan   torpağıdır və onun əlindən alına bilməz, 

eyni zamanda, Azərbaycan  əhalisini də  inandırmaq lazımdır ki, Dağlıq Qarabağa geniş  mənada siyasi 

müstəqillik verilməlidir; 4) Həm Ermənistan, həm də Azərbaycan əhalisinə deyilməlidir, bu münaqişədə 3- cü 

tərəf də var, amma bu üçüncü tərəfin adını deməmək lazımdır, yoxsa o diqqət mərkəzinə çevrilə bilər; 5) 

Ermənilərin və azərbaycanlıların ayrı-ayrı sahələrdə çalışan adamlarla görüşməli, onlar arasında müəyyən 

əlaqələr yaradılmalıdır; 6) Azərbaycan ordusu gücləndirilməlidir və s." 


AMEA-nın müxbir üzvü S.Xəlilovun təklif etdiyi variantında diqqətini cəlb edir. Alim yazır ki, hüquqi 

müstəvidə yanaşdıqda, yenə  də  ərazi bütövlüyünün toxunulmazlığı prinsipinə görə   dünya ictimaiyyəti 

Ermənistanı  təcavüzkar bir ölkə kimi pisləməli, ona qarşı sanksiyalar tətbiq olunmalı idi. Lakin ermənilər 

burada da manevr edərək millətlərin öz müqəddəratını  təyin etmək hüquqi ilə fikirləri çaşdırır, guya vaxtilə 

Dağlıq Qarabağda ermənilərin hüquqlarının tapdalandığını, onların milli mənliynin təzyiq altda qaldığını  və 

xilas üçün müstəqilliyin yeganə vasitə olduğunu "isbat" etməklə  ərazi toxunulmazlığı ilə milli özünütəsdiq 

hüquqi arasında paritet yaratmağa çalışırlar. 

Digər tərəfdən də, ərazinın əslində guya ermənilərə məxsus olması və qırmızı inqilabın ədalətsiz qərarı ilə 

Azərbaycana verilməsi və indi tarixi səhvləri düzəltməyin labüdlüyü barəsindəki hədyanlarla avropalıları 

"çaşdırırlar".  Əlbəttə, Avropanı çaşdırmaq o qədər də asan deyil. Onlar həqiqəti bilməmiş olmazlar. Lakin 

görünür, məhz həqiqəti görməkdə maraqlı olmadıqlarından həqiqətə bənzədilmiş versiyaları həqiqət kimi qəbul 

etməyə hazırdırlar. 

Beləliklə, hüquqi müstəvidə  də ermənilər böyük səylərlə tarix və ictimai rəylə manipulyasiya edərək 

müəyyən paritet yaratmağa nail olublar. Siyasi müstəviyə gəldikdə isə, burada həqiqət daha az rol oynayır. 

Siyasəti fəlsəfədən fərqləndirən də budur ki, o, hadisələrin özündən çox, onların dünya birliyinə necə təqdim 

olunmasına, artıq formalaşmış ictimai rəyə, dövlətlərin daha qlobal mənafelərinə söykənir.  

Bəli, bu gün reallıq bundan ibarətdir ki, Azərbaycanın   torpaqları  işğal olunmuşdur. Bir milyon nəfərədək 

qaçqın və məcburi köçkün vardır və onlar ən elementar insan hüquqlarından belə məhrum olmuşlar.  Nə biz, nə 

də insan hüquqlarına   hörmətlə yanaşan istənilən beynəlxalq təşkilat, tərəqqipərvər qüvvələr yüz minlərlə 

insanın belə acınacaqlı vəziyyətinin uzun müddət davam etməsinə razı ola bilmərik. 

Lakin reallıq həm də bundan ibarətdir ki, Cənubi Qafqazda sabitlik olmadan və qonşu dövlətlərlə iqtisadi 

əlaqələr qurmadan Ermənistan iqtisadi cəhətdən inkişaf edə bilmir, iqtisadi çətinliklər keçirir. Bu cür yaşamaq 

onlara da sərf etmir. Avropa və Amerika Ermənistanı bu vəziyyətdən çıxarmaq və Qafqazdakı iqtisadi 

layihələrdə onların iştirakını  təmin etmək məqsədi ilə bizə  təzyiq göstərirlər. Lakin təəssüf ki, bunun 

müqabilində onlara BMT-nin qərarlarını yerinə yetirmək istiqamətində heç bir təzyiq göstərilmir. Münaqişənin 

həlli üçün heç şübhəsiz, ilk növbədə, böyük dövlətlərin mövqeyi daha rasional olmalıdır.  Əlbəttə,  əgər onlar 

münaqişənin aradan götürülməsini həqiqətən istəyirlərsə. 

Qarşılıqlı inam yaranmadan, sülh naminə  hər iki tərəfdən real addımlar atılmadan, mövcud siyasi və 

psixoloji gərginlik zəiflədilmədən Dağlıq Qarabağın statusu məsələsi həll edilə bilməz. Hətta sənədlərdə  həll 

olunsa da, gerçəklikdə həll edilə bilməz. 

Ən optimal yol, kompromis variantı, bu ola bilərdi ki, birinci mərhələdə Dağlıq Qarabağdan kənardakı 

rayonların  əraziləri boşaldılsın, Dağlıq Qarabağın sərhədləri boyunca bufer zonası yaradılsın və  əvəzində biz 

Ermənistanla iqtisadi əlaqələr quraq. Xalqlar arasındakı psixoloji gərginlik heç olmazsa bir qədər yumşalsın və 

yaranmış qarşılıqlı inam şəraitində Dağlıq Qarabağın statusu məsələsi müzakirə olunsun. Məncə, biz Dağlıq 

Qarabağın ermənilər yaşayan hissəsinin statusu ilə əlaqədar hər cür kompromisə hazır olmalıyıq. Əsas məsələ 

heç olmazsa, azərbaycanlılar yaşayan  Şuşanın Dağlıq Qarabağdan çıxarılması olmalıdır.  Şuşa erməni 

muxtariyyətinin tərkibində qalmamalıdır. Çünki onların da öz müqəddəratını təyin etmək hüququ vardır və bu 

hüquq beynəlxalq təşkilatlar tərəfindən qorunmalıdır. Laçın dəhlizinə gəldikdə isə, biz onu ancaq Mehri dəhlizi 

müqabilində verməyə razı ola bilərik. Keçmiş səhvlərə görə daha böyük məhrumiyyətlərə düçar olmamaq üçün 

kompromis yolu qaçılmazdır. Unutmaq olmaz ki, bizim ən böyük  nailiyyətimiz müstəqilliyimizdir və ancaq 

müstəqilliyə xələl gətirən məsələlərdə kompromis yolverilməzdir. 

Fəlsəfə elmləri doktoru, professor Ə.Tağıyev aşağıdakıları təklif edir: Bizə belə gəlir ki, Yuxarı Qarabağda 

erməni  -  Azərbaycan münaqişəsini aradan  qaldırmaq üçün bu təhlükədə Qafqazda siyasi-  hərbi və ideoloji 

stabilliyə nail olmaq lazımdır. Bunun yolları aşağıdakılardır: 

- Qafqaz təhlükəsizlik kompleksi kimi; 

- Qafqaz regionunun birliyi və vəhdəti; 

- Qafqazın bölünməzliyi: onların dostluğu və həmrəyliyi; 

- Xarici hərbi qüvvələrin və bazaların Qafqazdan uzaqlaşdırılması; 

- Qafqazdaxili problemlərin qafqazlıların özləri tərəfindən həll edilməsi; 

- Qafqaz xüsusi, əlahiddə, özünəməxsus xüsusiyyətləri olan sivil bir regiondur; 

- Qafqaz öz problemlərini özü həll edə bilər; 

-  Xaricilərin Qafqazda xüsusi maraqları olduğu üçün onlar buradakı münaqişəli vəziyyətlərin stabilləşməsi 

tərəfdarı deyillər və hər an bu münaqişələrdən öz mənafeləri naminə bir kart kimi istifadə etməyə çalışırlar; 

- Yığcam "Qafqaz evi"nin yaradılması onun vahid iqtisadi, siyasi və hərbi zonaya çevrilməsi; 

-  Qüvvələr nisbətinin tarazlaşdırılması, prioritetin əldə olunması, yüksək dərəcədə silahlanmaya yol 

verilməməsi. 

Bunlar Qafqazdakı münaqişəli vəziyyətlərin aradan qaldırılması üçün zəruri olan amillərdir. 


Minsk Qrupu və onun üzvləri olan ABŞ, Fransa və Rusiya Dağlıq Qarabağ probleminin sülh yolu ilə həll 

olunması istiqamətində bir sıra konkret təkliflərlə çıxış etmişlər. Bu təkliflərdən bəziləri Ermənistan, bir qismi 

isə Azərbaycan tərəfindən onların mənafe və maraqları üçün uyğun gəlmədiyindən qəbul olunmamışdı. 

  

VAHİD ÖMƏROV, 

fəlsəfə üzrə fəlsəfə doktoru 

 

“Səs”.-2013.- 24 iyul.- N 134.- S.15.



 

 

Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin