Amea botanika İnstitutunun elmi əsərləri, 2012- ci IL, XXXII cild



Yüklə 7,48 Mb.
Pdf görüntüsü
səhifə40/64
tarix14.01.2017
ölçüsü7,48 Mb.
#5478
1   ...   36   37   38   39   40   41   42   43   ...   64

NƏTİCƏ 

Tətqiqat nəticəsində məlum olmuşdur ki, regionun su bataqlıq florasında 1 növ (1,7%) 

mamır  –  Politrichum  commune  L.  və  yeni  1  növ  bataqlıq  qanqalı  (Cirsium  eleodes  Bieb.) 

yayılmışdır. 

Beləliklə, apardığımız tədqiqatlara və araşdırmalara əsasən nəticəyə gəlirik ki, Samur-

Şabran  ovalığında  su  bataqlıq  bitkiliyi  daha  geniş  arealda  Şabran  rayonu  ərazisində  rast 

gəlinir.  Münbitliyi  yüksək  olan  həmin  fitosenozun  elmi  əsaslarla  qorunması  və 

«Siyəzənneft»in  neftlə  çirklənmiş  torpaqlarında  bitki  örtüyünün  bərpası  məqsədilə 

bioremidasiyası, yaxud rekultivasiyası tədbirlərinin həyata keçirilməsini tövsiyə edilir. 

 

ƏDƏBİYYAT 

1.

 

Azərbaycan Respublikasının təbii yem sahələrinin tipoloji təsnifat vahidlərinin indeksləri, 



şərti və rəng işarələrinə aid təlimat. Bakı, «Vətən», 2004, 48 s. 

2.

 



Budaqov B.Ə. Azərbaycan təbiəti. Bakı, «Maarif», 1988, 204 s. 

3.

 



İsmayılov B.N. Samur-Dəvəçi düzənliyi suvarma suları çöküntülərinin keyfiyyət tərkibi və 

onun  torpaq  əmələgəlmə  prosesinə  rolu.//  Torpaqşünaslıq  və  Aqrokimya    əsərlər  toplusu. 

Bakı, Elm, 2007, s.472-477. 

4.

 



Məmmədov Q.Ş. Torpaqşünaslıq və torpaq coğrafiyasının əsasları. Bakı, Elm, 2007, 664 s. 

5.

 



Novruzov V.S., Qurbanov E.M., İsmayılov Z.M. Bitki ekologiyası (Geobotanika əsasları). 

Bakı, BDU nəşr., 1998, 197 s. 

6.

 

Александров В.Д. Классификации растительности. Л.: Наука.1969, 275 с. 



7.

 

Алиев  Д.А.  Флора  и  растительности  водоемов  Азербайджана  и  их  хозяйственное 



значение. Автореф.докт.биол.наук. Баку. 1969, 52 с. 

 

 

 



AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild 

 

8.



 

Алиев  Д.А.,  Гаджиев  В.Д.  Водно-болотная  растительность  бассейна  р.Самур. 

Уч.зап.АГУ им.С.М.Кирова сер.Биол.наук. 1972, №1, с.11-15. 

9.

 



Викторов  А.А.,  Востоков  Б.А.,  Вышивкин  Д.А.  Введение  в  индикационную 

геоботанику. М.: Изд.-во МГУ, 1962, 227 с. 

10.

 

Гроссгейм А.А. Флора Кавказа, тт.I-VII. Изд. Аз .Фан. Баку, 1939-1967. 



11.

 

Гурбанов  Э.М.  Флора  и  растительность  Антропатенской  провинции.  Баку,  Элм, 



2007, 240 с. 

12.


 

Исаев Я.М. Растительность зимних пастбищ Азербайджана, её кормовое значение. 

Автореф.дис.доктор.биол.наук. Баку, 1957, 35 с. 

13.


 

Миркин  Б.М.,  Розенберг  Л.Г.,  Наумова  Л.Г.  Словарь  понятий  и  терминов 

современный фитоцелогии. М.: Наука, 1989, 233 с. 

14.


 

Прилипко Л.И. Растительный покров Азербайджана. Баку, Элм, 1970,170 с. 

15.

 

Флора Азербайджана. Баку: Изд.АН Азерб. ССР, тт.Ы-ВЫЫЫ, 1950-1961. 



16.

 

Флора СССР. М.: Изд.АН СССР, тт.Ы-ХХХ, 1934-1960. 



17.

 

Черепанов  С.К.  Сосудистые  растения.  России  и  сопредельных  государств  (в 



пределах бывшего СССР). Мир и семья, Санкт-Петербург, 1995, 992 с. 

18.


 

Шенников А.П. Введение в геоботанику. Л.: Изд.-во ЛГУ, 1964, 447 с. 

19.

 

Ярошенко П.Д. Геоботаника. М.: Происвещение, 1969, 200 с. 



 

РЕЗЮМЕ 

 ФЛОРИСТИЧЕСКИЙ АНАЛИЗ СAМУР-ШАБРАНСКОЙ НИЗМЕННОСТИ И 

ВОДНО-БОЛОТНОЙ РАСТИТЕЛЬНОСТИ  

Гусейнова Х.З.. 

Бакинский Государственный  Университет 

 

В  статье  излагаются  фитоценологическо-флористические  показатели  водно-

болотной 

растительности 

Самур-Шабранской 

низменности. 

Разработана 

классификация  водно-болотных  типа  растительности  региона  до  ранга  формации  и 

ассоциации, где выделено один класс формации объединяющих 7 формаций и 8 группа 

ассоциации.  Во  флоре  исследуемой  водно-болотных  растительности  выявлено  22 

семейств,  42  родов  и  относящихся  60  видов  высших  растений,  что  составляет  11,5% 

всей  флоры  (524  видов)  Самур-Шабранской  низменности;  проведён  систематический, 

биоморфологический и географический анализ флоры. 

 

Ключевые  слова:  формация,  биосеноз,  фитосеноз,  ассосация,  доминант,  ареал, 



адвентив 

SUMMARY 

FLORISTIC ANALYSIS OF SAMUR-SHABRAN LOWLAND  

AND AQUATIC AND MARSHY VEGETATION  

 Huseynova H.Z. 

Baku State University 

Fitocenological  and  floristic  indicators  of  aquatic  and  marshy  vegetation  of  Samur-Shabran 

lowland  were  stated  in  the  article.  Classification  of  aquatic  and  marshy  vegetation  of  the 

region  to  a  formation  and  association  rank  where  one  classes  of  a  formation  of  uniting  7 

formations  and  8  group  of  association  are  allocated.  22families,  42genera  and  related 

60species of the higher plants that make 11,5 % of all flora (524species) of Samur & Shabran 

lowland  have  been  revealed  in  the  flora  investigated  aquatic  and  marshy  vegetation; 

systematic, biomorphological and geographical analyses of the flora have been carried out.   

 

Key words: formationbiocenosis, phitocenosis, association, dominant, areal, adventive  



 

 

 



AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild 

 

EKSPERIMENTAL BIOLOGIYA 



 

 

UOT 581.1.08 

 

QURAQLIQ ŞƏRAITININ MÜXTƏLIF ALMA AĞACI SORTLARINDA PROLIN 

VƏ KARBOHIDRATLARIN MIQDARINA TƏSIRI 

 

* Alizadeh A., ** Əli-zadə V., ** Xəlilova X. 



*İran İslam Respublikasının Qərbi Azərbaycan Kənd Təsərrüfatı Tədqiqat Mərkəzi 

**Azərbaycan Milli Elmlər Akademiyası Botanika Institutu 



 

Tədqiqat  işində  quraqlıq  şəraitinin  yerli  (Iran)  -  Gami  Alması  (GA),  Azayiş  (AZ)  və 

xarici -Malling 9 (M.9) və Malling Merton 106 (MM.106) cırtdan alma sortlarının, həmçinin 

kontrol  olaraq  toxumdan  cücərdilən  tinglərin  yarpaq  və  budaqlarında  prolin  və  şəkərlərin 

qatılığına  təsiri  öyrənilmişdir.  Nəticələr  orta  və  güclü  quraqlıq  şəraitində  bütün  tinglərin 

yarpaqlarında  prolin  və  şəkər  məhlullarının  qatılığının  çoxaldığını,  xüsusilə  toxumdan 

cücərdilən  tinglərdə  daha  yüksək  olduğunu  göstərmişdir.  Quraqlığa  rezistentlik  dərəcəsinə 

görə  təcrübə  bitkilərindən  ən  davamlısı  toxumdan  cücərdilən  Gami  Alması  və  Malling  9 

tingləri olmuşdur.  

 

Açar sözlər:  Quraqlıq, Stres, Alma, Cırtdan alma sortları, Prolin, Şəkərlər 

 

 

Quraqlıq  bitkilərin  inkişafına  təsir  edən  başlıca  amillərdən  hesab  edilir.  Ümumilikdə 



əkin  sahələrinin  26%  məhz  quraqlıq  stresinə  məruz  qalır.  Kənd  təsərrüfatı  bitkilərinə  qayğı 

göstərilməməsi bu amilin artma ehtimalını gücləndirir. Məhz buna görə də əkinçilikdə bitkilər 

arasından  quraqlığa  qarşı  daha  davamlı  genotiplərin  seçilməsi  tədbirləri  həmişə  diqqət 

mərkəzindədir.  

Quraqlığın bitkilərdə yaratmış olduğu su qıtlığı onları bir sıra biokimyəvi dəyişmələrə 

məruz qoyur. Köklərdə istifadə olunan suyun miqdarı və havada olan su buxarı ağaclar üçün 

ekoloji  baxımdan  əhəmiyyətli  olub,  bitkilərin  ümumi  inkişafina  və  torpağın  özünə  də  təsir 

edir.   


Quraqlıqla  mübarizədə  ən  optimal  üsullardan  biri  bitkilərdə  şəkərlər  və  prolinin 

miqdarca  artırılmasıdır  [1].  Bitkilərdə  şəkərlərin  miqdarının  artması  birbaşa  fotosintez 

prosesinə  müsbət  təsir  göstərərək,  maddələr  mübadiləsini  sürətləndirir.  Həll  olan  uyğun 

assimilyatlar arasında prolin ehtiyatı quraqlıq stresi  zamanı daha çox  yarana bilir [2]. Digər 

tərəfdən,  prolin  bitki  hüceyrələrində  osmos  təzyiqinin  saxlanılmasına  təsir  edərək,  onu 

tənzimləyir.  Prolin  bitkilərdə  makromolekulların  quruluşunu,  təbii  bütövlüyünü  və  eləcə  də 

hüceyrə  qişasının  tamlığı  və  sitoplazmanın  fermentlərini  mühafizə  edərək  quraqlığın  mənfi 

təsirini  qismən  neytrallaşdırır  [3].  Prolin  ehtiyatının  yaranması  həmçinin  karbon  və  azot 

ehtiyatı ilə əlaqədardır [4].   

Quraqlıq  şəraitində  qatılıqları  artan  şəkərlərin  (saxaroza,  qlükoza  və  fruktoza) 

stimulyator  kimi  osmos  təzyiqini  mühafizə  etmələri,  proteinləri  və  hüceyrə  qişasını 

möhkəmləndirmələri ehtimal olunur [5].   

Alma  ağacı  quraqlıq  stresinə  məruz  qaldıqda  yarpaqlarda  nişasta  və  saxarozanın 

azalması  sorbitin  sintez  olunması  və  cavan  yarpaqlarda  fruktozaya  çevrilməsi  ilə 

əlaqələndirilir [6]. Quraqlıqla bağlı stres üç cırtdan alma ağacı sortlarından götürülmüş cavan 

bitki  nümunələrində  izlənilmiş  və  hər  üç  sortda  absiz  turşusunun  (ABT)  qatılığının  və 

yarpaqdan buxarlanmış qazların miqdarının artmış olduğu aşkar edilmişdir [7]. Starking alma 


 

 

 



AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild 

 

ağacı növündə də quraqlıq gərginliyinin prolin, ABT və karbohidratlara təsir edərək, onların 



qatılıqlarını  və  yarpaqlarda  karbohidratların  miqdarını  artırdığı  göstərilmişdir.  Quraqlıqla 

bağlı  ciddi  streslərə  məruz  qalan  alma  ağaclarının  yarpaqlarından  çıxan  qaz  tərkibatının 

çoxaldığı  [8],  iki  alma  sortunda  bütün  amin  turşuları  və  prolinin  miqdarının  artdığı  [9] 

müəyyən edilmişdir. Wanq və həmkarları quraqlıq şəraitində bəzi alma ağacları yarpaqlarında 

sorbitin artdığını göstərərək [10], su stresi ilə əlaqədar köklərdə, zoğlarda və yarpaqlarda olan 

karbohidrat  ehtiyatı  yarandığını  qeyd  etmişlər  və  sonrakı  tədqiqatlarında  quraqlıq  stresinin 

təsirindən karbohidratların qatılaşmasına xüsusilə sorbit və ABT-nun səbəb olduğu qənaətinə 

gəlmişlər  [11].  H.Sirceli  iki  alma  sortunda  quraqlıq  stresinin  təsirini  araşdıraraq,  orta 

quraqlıqda karbohidratların miqdarının, xüsusən sorbitin çoxaldığı, güclu quraqlıqda isə onun 

miqdarının azaldığı  nəticəsinə gəlmişdir [12]. Hər iki sortda quraqlıq saxarozanın  miqdarını 

artırmışdır.  B.Quebedeaux  quraqlığın  davametmə  müddətinin  uzadılması  ilə  sorbit  və 

saxarozanın miqdarının çoxaldığını qeyd etmişdir [13]. 

Bütün  bu  məlumatlar  quraqlığa  qarşı  metabolizm  yollarının  araşdırılmasının 

vacibliyini göstərir. Təqdim olunan işin məqsədi quraqlıq şəraitində becərilmiş müxtəlif alma 

ağacı sortlarının davamlılığının əsas göstəricilərinin skrininqi olmuşdur. 

  

MATERIAL VƏ METODLAR 

Tədqiqat işi 2008-ci ilin yazında İran İslam Respublikasının Qərbi Azərbaycan Kənd 

Təsərrüfatı  Mərkəzinin  tədqiqat  üçün  əkin  sahəsində  istixana  şəraitində  təcrübə  qablarında 

becərilmiş  alma  tinglərində  aparılmışdır.  Təcrübələr  quraqlıq  amilinin  3  səviyyəsində 

aparılmışdır:  

1- hər 3 gündən bir suvarılan kontrol tinglər;  

2- hər 5 gündən bir suvarılaraq orta quraqlığa məruz qalan tinglər;  

3-hər 10 gündən bir suvarılaraq güclu quraqlığa məruz qalan tinglər. 

Tədqiqat obyekti kimi 2 yerli (İran) (GA, AZ) və 2 xarici (M.9, MM.106) cırtdan alma 

sortlarından,  həmçinin  kontrol  olaraq  toxumdan  cücərdilən  kiçik  faktor  alma  tinglərindən 

istifadə edilmişdir.  

Bitkilər 3 təcrübə variantında 3 təkrarla hər bir sortdan 9 ting olmaqla xəstəliyə qarşı 

mübarizə tədbirləri görüldükdən sonra 20 litrlik plastik qablarda perlit və qumun 1:1 nisbəti 

gözlənilməklə  əkilmiş  və  istixanada  tamamilə  randomizə  edilmiş  şəraitdə  yerləşdirilmişdir. 

Beləliklə  hər  bölüm  15  dəstəyə  ayrılmış  və  cəmi  45  təcrübə  qablarından  ibarət  olmuşdur. 

Təcrübə  boyu  fenoloji  müşahidələr  aparılmışdır.  Suvarılma  işlərindən  öncə  tinglərin 

biokimyəvi göstəriciləri müəyyənləşdirilmişdir.  

Bütün  tədbirlərdən  sonra  su  və  Hoaqland  tərkibli  qida  məhlulu  hazırlanmışdır  və 

iyunun  15-dən  başlayaraq  dörd  ay  müddətində  təcrübə  qablarındakı  bitkilər  suvarılmışdır. 

Təcrübə  zamanı  istixanada  havanın  temperaturu  gündüz  250  C

0

,  gecə  isə  180  C



0

  civarında 

saxlanılmışdır.  4  aydan  sonra  quraqlığın  bitkilərə  təsiri  biokimyəvi  göstəricilərlə  müəyyən 

edilmişdir.  Bitkilərdən  nümunələr  götürülərək  xüsusi  kisələrdə  laboratoriyalara  aparılmış  və 

təhlil edilmişdir. Yarpaq və budaqlarda prolin və şəkərlərin qatılıqları öyrənilmişdir. Prolin və 

şəkərlərin miqdarını yarpaqlarda təyin etmək üçün hər bir təcrübə qabında əkilmiş tingdən iki 

yaxşı  yarpaq  seçilib  götürülmüş  və  onların  hər  birindən  0,5  q  çəkisində  nümunələr 

hazırlanmışdır.  Prolin  ninhidrin  metodu,  şəkər  məhlulları  isə  antron  metodu  vasitəsilə  təyin 

edilmişdir. 

 

NƏTICƏLƏR VƏ ONLARIN MÜZAKIRƏSI 

Quraqlıq  gərginliyi  şəraitində  tədqiq  olunan  bütün  alma  ağaclarında  prolin  və 

şəkərlərin  miqdarca  artımı  qeydə  alınmışdır  və  bu  çoxalma  sortlar  arasında  fərqli  olmuşdur 

(şəkil  1,  2).  Nəticələr  mülayim  və  güclu  quraqlıqda  prolin  və  karbohidratların  miqdarının 

kontrola  nəzərən  bütün  alma  ağacları  sortlarının  yarpaqlarında  çox  olduğunu  göstərmişdir. 


 

 

 



AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild 

 

Karbohidratların  qatılığının  toxumdan  cücərdilən  tinglərdə  daha  çox,  AZ  tinglərdə  isə 



nisbətən az toplandığı qeydə alınmışdır (şəkil 1). Prolinin  miqdarının  güclu  quraqlıqda  çox  

olduğu  aşkar edilmişdir. Prolinin ən yüksək qatılığı isə güclu quraqlıqda müvafiq olaraq GA 

və M.9 sortlarında aşkar edilmişdir (şəkil 2). GA və M.9 sortlarının yarpaqlarında prolinin və 

karbohidratların  miqdarının  çox  olması  həmin  tingilərin  başqa  tinglərə  nisbətən  quraqlıq 

gərginliyinə daha davamlı olması qənaətinə gəlməyə imkan verir. Təcrübə işindəki nəticələr 

başqa  alimlərin  ədəbiyyatda  göstərilmiş  nəticələrinə  müvafiqdir.  Belə  ki,  quraqlıq 

gərginliyində  alma  ağaclarının  yarpaqlarında  prolinin  çoxalması  barədə  məlumatlar 

mövcuddur  [9,14].  Həmçinin  başqa  ağaclarda  (badam,  zeytun,  armud  və  s.)  prolinin  artım 

tendensiyası quraqlıq gərginliyinin nəticəsi kimi göstərilmişdir [15, 16]. Quraqlıq stresindən 

alma ağacları yarpaqlarında şəkərli maddələrin miqdarının artması haqqında nəticələrimiz də 

başqa alimlərin nəticələri ilə uzlaşır [6, 9, 13]. Quraqlıq gərginliyindən karbohidratların artımı 

barədə oxşar nəticələr digər bitkilərdə (ərik, armud, xurma, çiyələk) əldə edilmişdir [17,18]. 

 

 

 



 

 

Şəkil 1.  Quraqlığın müxtəlif alma ağacı sortlarının yarpaqlarındakı həll olmuş 

 

şəkərlərin qatılığına təsiri 

 

13.1

 

12.8

 

11.9

 

13.1

 

12.7

 

14.3

 

13.5

 

12.6

 

14.4

 

13.8

 

16

 

15.1

 

14.2

 

15.6

 

14.9

 

0

 

2

 

4

 

6

 

8

 

10

 

12

 

14

 

16

 

18

 

20

 

Toxumdan cücərdilən 



 

kontrol  tinglər

 

 

Gami Alması

 

Azayiş

 

Maling 9

 

Maling Merton 106

 

Alma ağacı sortları

 

H



əl

l

 

o

lm

uş şə



rl

əri

n

 m

iqdar

ı 

 

m



lg

r/

gr

 

 

Kontrol

 

Mülayim quraqlıq

 

Güçlu quraqliq

 

  

 



Şəkil 2. Quraqlığın müxtəlif alma ağacı sortlarının yarpaqlarında prolinin 

 

miqdarına təsiri

 

0.05

 

0.07

 

0.05

 

0.077

 

0.05

 

0.012

 

0.1

 

0.1

 

0.011

 

0.013

 

0.15

 

0.17

 

0.13

 

0.16

 

0.15

 

0

 

0.02

 

0.04

 

0.06

 

0.08

 

0.1

 

0.12

 

0.14

 

0.16

 

0.18

 

0.2

 

Toxumdan cücərdilən

 

kontrol tinglər

 

Gami



 

Alması

 

Azayiş

 

Maling 9

 

Maling Merton 106

 

Alma ağacı sortları

 

P



rol

in

in 

m

iqdar

ı 

 

m



lg

r/

gr

 

 

Kontrol

 

Mulayim quraqlıq

 

Guclu quraqlıq

 


 

 

 



AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild 

 

  



Tədqiqatlar  quraqlıq  gərginliyinin  bütün  alma  ağacları  sortlarında  digər  biokimyəvi 

göstəricilərə  də  təsir  etdiyini  aşkara  çıxarmışdır.  Belə  ki,  quraqlıq  stresindən  xlorofilin 

miqdarı  azalmışdır.  Bunun  səbəbi  prolin  sintezinin  artımı  ilə  əlaqədar  ola  bilər  [19].  Güclu 

quraqlıqdan  şəkərli  maddələr  kimi  sərbəst  amin  turşularının  da  miqdarının  artdığı  qeydə 

alınmışdır.  Quraqlıq  stresi  şəraitində  toxumdan  cücərən,  GA  və  9.M  alma  ağacları  tingləri 

yarpaqlarında prolin və şəkər məhsullarının miqdarının artması susuzluğa hakimlik göstəricisi 

kimi  qiymətləndirilə  bilər.  Ədəbiyyatda  da  şəkərli  maddələrin  artması  quraqlıq  gərginliyinə 

qarşı bitkilərin müqaviməti liə əlaqələndirilir [5].   

Beləliklə,  quraqlığa  davamlı  olan  alma  ağaclarının  becərilməsi  üçün  müasir 

strategiyalar mövcuddur. Həmin strategiyaların müqayisəli müzakirəsi və əldə edilən nəticələr 

sayəsində  alma  ağaclarında  quraqlığa  qarşı  markerlər  kimi  əsaslı  göstəricilərə  görə  İranın 

quraqlıq ərazisinə uyğun alma ağaclarının müvafiq ana xətti seçilə bilər. 



 

 

ƏDƏBIYYAT 

1.

 



Kerepsi,  I.  and  G.  Galiba.  2000.  Osmotic  and  salt  stress  induced  alteration  in  soluble 

carbohydrate content in wheat seedling. Crop Sci. 40: 482 – 487. 

2.

 

Kuznetsov,  VI.  V.  and  Shevyakova,  N.  I.  1999.  Proline  under  stress:  Biological  role, 



metabolism and regulation. Rus. J. Plant Physiol., 46(2): 274-287. 

3.

 



Aspinall,D. and Paleg, L. 1981. Prolin accumulation. Physiological aspects., pp. 205-240. 

İn: Physiology and biochemistry of drought resistance in plants. 

4.

 

Kavikshore, P.B., Sangam., S., Amrotha, R.N., Laxmi,P. and Naidu, S. 2005. Regulation 



of prolin biosynthesis, degredation , uptake and transport in higher plants. Its implications in 

plant growth an abiotic stress tolerance. Curr. Sci. 88:424 – 438. 

5.

 

Hokekstra, F.A. and Buiting, J. 2001. Mechanisms of plant desiccation tolerance. Trends 



plant. Sci.8: 431 – 438. 

6.

 



Wang, Z. and Brunu, Q. 1996. Effects of water stress on the partitioning of 14C glucose, 

14C  sucrose  and  14C  sorbitol  in  various  apple  organs.  United  States.  Department  of 

Agricultural Research Service. 

7.

 



 Fernandez , R.T.R.L. Perry and J.A. Flore, 1997. Drought response of young apple trees 

on  three  rootstocks.  II.  Gas  exchange,  chlorophyll  fluorescence,  water  relations,  and  leaf 

abscisic acid, J. Am. Soc. Hort. Sci. 122, pp. 841–848. 

8.

 



Ebel , R.C. , J.P. Mattheis and D.A. Buchanan, 1995. Drought stress of apple trees alters 

leaf emissions of volatile compounds, Physiol. Plant. 93 (1995), pp. 709–712. 

9.

 

Sirceli, H. Michael T., Dieter G., Franc B2005. Biochemical responses in leaves of two 



apple  tree  cultivars  subjected  to  progressing  drought.  Journal  of  Plant  Physiology,  Volume 

162, Issue 12 Pages 1308-1318. 

10.

 

Wang, B. Quebedaux and G.W. Stutte, Osmotic , 1995. Adjustment: effect of water stress 



on  carbohydrates  in  leaves,  stems  and  roots  of  apple,  Aust.  J.  Plant  Physiol.  22  (1995),  pp. 

747–754.  

11.

 

Wang,  B.  Quebedaux  and  G.W.  Stutte,  1996.  Partitioning  of  14C-glucose  into  sorbitol 



and  other  carbohydrates  in  apple  under  water  stress,  Aust.  J.  Plant  Physiol.  23  (1996),  pp. 

245–251. 

12.

 

Sirceli, H., 2001. Detection of drought stress in apple tree (Malus domestica Borkh.) with 



selected  biochemical  and  physiological  indicators.  Doctoral  dissertation.  Ljubljana, 

University of Ljubljana, Biotechnical Faculty, 164 pp. 

13.

 

Quebedeaux,  B.  2008.  Photosynthate  partitioning  in  apple:  Apple  effects  on  drought 



stress, sorbitol and sucrose enzyme activities and antioxidants. Natural resource sciences and 

landscape architecture, Univ of Maryland, college park, MD. 20742. 



 

 

 



AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild 

 

14.



 

 Yoshiba,  Y.,T.Kiyosue,  T.Katagiri,  H.  Ueda,T.Mizoguchi,  K.  Yamaguchi,  Shinozaki, 

K.Wada,  Y.  Harada  and  Yuling,    J.  Hongqiang  ,  Y.  Haizhou,    Z.    Wei  Zhang,,    D.  2006. 

Promotion of proline accumulation in apple leaves by bioregulators. ISHS Acta Horticulturae 

774: XXVII International Horticultural Congress.  

15.


 

Zamani,  Z.  Taheri,  A.  Vezvaei,  A.  və  Poustini,  K.  (2004).  Badam  ağaclarında  prolin 

yığımına və stomata müqavimətinə quraqlıq gərginliyinin təsiri Hort. 591: 411, 416. 

16.


 

Arji,  A.  və  Arzani,  K.  (2002-  ci  il).  Quraqlıq  gərginliyində  üç  İrani  zeytunun  böyüməsi 

(inkişafı) və prolin yığımı. Agriculture Sci, Jorn, 10: 91, 100. 

17.


 

Nawar,  A.  and  Ezz,  T.  1993.  Leaf  relative  water  content,  growth  and  carbohydrate 

metabolism  in  apricot  seedlings  grown  under  different  soil  moisture  levels.  Alexandria  J. 

Agric. Res., 38(1): 337-353. 

18.


 

Razavi,  F.  B. Pollet,  K. Steppe  and  M. C. van Labeke

 

.  (2008).  Çiyələk  şitilində  xlorofil 



flüoressensiyası  quraqlıq  gərginliyinin  qiymətləndirməsi  üçün  istifadə  olunan  bir  alət  kimi. 

Springer Netherlands 0300-3604 (Print) 1573-9058 (Online) Volume 46, Number 4. 

19.

 

Rabiei, R. (2003). Quraqlıq gərginliyində bir neçə üzüm növünün fizioloji və morfoloji 



reaksiyaları. İranın Tehran universitetinin P.H.D dissertasiyası. 

 

 



Yüklə 7,48 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin