Amea botanika İnstitutunun elmi əsərləri, 2012- ci IL, XXXII cild



Yüklə 7,48 Mb.
Pdf görüntüsü
səhifə37/64
tarix14.01.2017
ölçüsü7,48 Mb.
#5478
1   ...   33   34   35   36   37   38   39   40   ...   64

ƏDƏBIYYAT 

 

1.

 



L.İ.Prilipko, İ.S.Səfərov – Azərbaycanın meşə sərvətləri, - Bakı – 1962, 40 səh. 

2.

 



Мирзоев  О.Г.,  Фаталиев  Р.А.  –  Новый  вид  березы  –  Betula  microlepis  для  флоры 

Азербайджана, Докл.АН Аз.ССР, т.44, 1988, №4, с.64-66. 

3.

 

Мирзоев О.Г. – Новый вид березы - Betula alba для флоры Азербайджана, Докл. АН 



Аз.ССР, №1, 1998, с. 81-82.  

4.

 



Qərib Məmmədov, Mahmud Xəlilov – Azərbaycanın meşələri, Bakı – “Elm” – 2002, 468 

səh. 


 

                                       AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild 

 

 



 

РЕЗЮМЕ 

СОПОСТАВИТЕЛЬНОЕ ИССЛЕДОВАНИЕ СОСТОЯНИЯ  ЛЕСОВ 

АЗЕРБАЙДЖАНА В ПРОШЛОМ И В НАСТОЯЩЕМ 

 

Мирзоев О.Г. 



 

В  статье  представлены  сравнительные  данные  и  интересные  сведения  о 

состоянии  лесов  в  прошлом  и  в  настоящем.    Также  рассматривается  история 

образования  лесов. 



 

Ключевые слова:  растение, геология, география, гидрология, тропические леса. 

 

 

SUMMARY 



COMPARATIVE INVESTIGATION OF FORESTS CONDITION OF AZERBAIJAN 

IN THE PAST AND PRESENT  

 

Mirzayev O.H. 



 

Comparative data and interesting information on forests condition in the past and present are 

described in the article. The history of formation of forests is also considered. 

 

Key words: plant, geology, geography, hydrology, tropical forests 

 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

                                       AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild 

 

 



 

UOT.581.9 

 

XAÇMAZ RAYONU ƏRAZISININ QIŞ OTLAQLARININ MÜASIR VƏZIYYƏTI 

 

Xəlilov V.S. 



AMEA Botanika İnstitutu 

 

Respublikamızda    xırda  və  iri  buynuzlu  mal-qara  əsasən  təbii  otlaqların 



məhsuldarlığına əsaslanır. Ona görə də, bu təbii otlaq və biçənəklərin bitki örtüyünü vaxtaşırı 

öyrənmək,  botaniki  tərkibini  yaxşı  yem  otları  ilə  zənginləşdirmək,  onların  məhsuldarlığını 

yüksəltmək  və  onlardan  səmərəli  istifadə  yollarını  tapmaq  lazımdır.  Bunlardan  əlavə,  az 

məhsuldar  çəmən  və  otlaqlarda  yem  otlarını  əkməklə  süni  biçənək  və  otlaqlar  yaratmaq 

lazımdır. 

 

Açar sözləri: otlaq, fitosenoz, formasiya, assosiasiya, subdominant  

 

 



Son zamanlarda əhalinin sürətlə artması nəticəsində maldarlıq məhsullarına (ətə, südə, 

yağa, pendirə, yumurtaya, yuna, dəriyə və s.) olan tələbatı da artmışdır. 

Maldarlıq Respublikamızda xalq təsərrüfatının əsas sahələrindən biridir. Ona görə də 

iri  və  xırda  buynuzlu  mal-qaranı,  quşçuluğu  artırmaq  fermerlərin    qarşısında  vacib  məsələ 

kimi qoyulmuşdur.  

Təbiidir  ki,  heyvandarlığı  inkişaf  etdirmək  üçün  möhkəm  yem  bazasını  yaratmaq 

lazımdır.  Xırda  və    iri  buynuzlu  mal-qara  əsasən  təbii  otlaqların  məhsuldarlığına  əsaslanır. 

Buna  görə  də  Respublikamızda    otlaqların  məhsuldarlığını  yüksəltmək,  səmərəli    istifadə 

etmək, az məhsuldar çəmən və otlaqlarda  yem  otlarını əkmək, səthi və  əsaslı  yaxşılaşdırma  

işləri aparmaq, süni biçənək və otlaq sahələri yaratmaq məqsədəuyğundur.  

 

Xaçmaz  rayonu  ərazisinin  qış  otlaqlarının    az  məhsuldar  yararsız,  şoran,  kolluqlu, 



daşlıqlı və bitkisiz torpaqları hazırki elm və texnikanın nailiyyətlərindən istifadə edərək otlaq 

bitkilərinin  inkişafı  üçün  yararlı  hala  salmaq,  otlaqların  tipini  və  yükünü  düzgün 

müəyyənləşdirmək lazımdır (4). 

 

Azərbaycanın  qış  otlaqlarının  bitki  örtüyünün  təsnifatı    ətraflı  olaraq  Y.M.İsayev 



(1952-1957) tərəfindən öyrənilmişdir (6). 

 

METODIKA 

Metodiki  cəhətdən  geobotaniki  tədqiqat  işlərinin    görülməsi  zamanı,  otlaqlarda  bitki 

formasiyaları  üzrə  məhsuldarlığı  təyin  edərək  5-10  müxtəlif  sahələrdən  (hərəsi  1x2m

2



biçilmiş  yerüstü  yaşıl ot kütləsi qoyunlar tərəfindən yeyilən və  yeyilməyən  hissələrə ayrılır 



və  çəkiləri  müəyyənləşdirilir.  Yerüstü  hissə  otların  keyfiyyətlərinə  görə  taxılotlulara, 

paxlalılara  və  müxtəlif  otlulara  ayrılıb  çəkiləri  bir-birinə  nisbətən  təyin  edilir.  Beləliklə 

otlağın ot  örtüyünün  formasiyalar üzrə məhsuldarlığı  yaş və quru çəkidə müəyyənləşdirilir. 

 

 



 

EKSPERIMENTAL HISSƏ 

Geobotaniki  tədqiqatlar  apardığımız  Xaçmaz  rayonunun  qış  otlaqları  artıq  rayonun  

ərazisində örüşlərlə əvəz olunub, otlaqlar isə əkin sahələrinə çevrilib, rayonun qoyunçuluqla 

məşqul olan fermerləri  qoyun sürülərini Cənubi Qobustanın qış otlaqlarında saxlayırlar. 

Bu  otlaq  sahəsi  Umbakı  qəsəbəsindən    Bakı-Şamaxı  şosse  yolu  üzərindəki 

Ceyrankeçməz çay körpüsü nahiyyəsinə kimi, yəni Umbakı qəsəbəsindən şimala doğru 20-25 

km-ə kimi uzanır. 


                                       AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild 

 

 



 

Tədqiqat  apardığımız  Xaçmaz  rayonu  qışlaqlarında  boz  və  qonur  tipli  torpaqlar 

yayılmışdır.  

Bu otlaqların torpağı həddindən artıq duzlu, iqlimi isə çox isti və quraqdır. Buna görə 

də  otlaqlarda  xüsusən  şorangə,  yovşan  və  onların  efemerlərlə  əmələ  gətirdiyi  bitki 

formasiyaları  inkişaf  etmişdir.  Yağmurun  yaz  və  yay  fəsillərinə  nisbətən,  payız  və  qış 

fəsillərində  çox  düşməsidir.  Ona  görə  də  bu  otlaq  sahələrində  şoran,  şorangə,  çərən,  iyli 

yovşan və bunların efermerlərlə əmələ gətirdiyi formasiyalar inkişaf tapmışdır. 

Təbii  ki,  əgər  üst  qatı  şoran  və  şorakətli  olan  geniş  torpaq  sahələrini  meliorativ 

üsullarla düzsuzlaşdıraraq yem bitkilərinin inkişafı üçün yararlı ekoloji şəraitə salınsa yüksək 

məhsuldar  otlaq  və  biçənək  sahələri  yaratmaq  olar.  Bununla  otlaqların  məhsuldarlığını  5-6 

dəfə artırmaq olar. 

Məlumdur ki mal-qara (xüsusən xırda buynuzlu heyvanlar) həmişə paxlalı və taxılotlu 

bitkiləri, xüsusən onların yaşıl cücərtilərini başqa bitkilərə nisbətən daha yaxşı yeyirlər. Lakin 

qarlı  qış  günlərində  bu  otlar  qarla  örtülür,  iyli  yovşan  və  çoxillik    şorangə  və  birillik  şoran 

bitkiləri  isə  qar  örtüyündən  üstə  qalır.  Heyvanlar  ac  qaldıqda  bu  bitkilərin  şaxta  vurmuş 

budaqlarını (zoğlarını) yeməyə məcbur olurlar (3). 

Xaçmaz rayonunun cənubi Qobustan qış otlaqlarının  üst qatı orta və kəskin dərəcədə 

şoran  olan  torplaqlarda  dominantlığı  ağacvari  çərən,  əzgən  və  kövrək  şorangə:  üst  qatı  zəif 

şoran  və  şorakətli  olan    torpaqlarda  kəngiz  və  iyli  yovşan;  üst  qatı  zəif  şorakətli  və  duzlu 

olmayan torpaq sahələrində isə iyli yovşan, müxtəlif efemerlər və çoxillik taxılotlu bitkilər ot 

örtüyündə dominantlıq təşkil edirlər. 

 

Bir sözlə cənubi Qobustanın qış otlaqları az məhsuldardır.  



 

Qış otlaqları ərazisində 6 bitki formasiyası aşkar edilmişdir

1.

 

Əzgənli – çərən formasiyası 



2.

 

Yovşanlı – kövrək şorangə formasiyası  



3.

 

Yovşanlı – kəngiz formasiyası  



4.

 

Kəngiz formasiyası 



5.

 

Yovşanlı – efemer formasiyası  



6.

 

Yovşanlı – taxılotlular (çoxilliklər) formasiyası 



Xaçmaz  rayonunun  otlaqları  sahələrində  176  növ  ali  bitki  qeyd  olunmuşdur. 

Bunlardan 10 növü kol bitkiləridir. 166 növü birillik və çoxillik ot bitkiləridir. Ot bitkilərinin 

36 növü taxılotlu, 13 növü paxlalı, 111 növü isə müxtəlifotlu ot qruplarına aiddir (1). 

Ümumiyyətlə,  bitkilər  ot  durumunda  müxtəlifotlu  çoxillik  bitkilər  (xüsusən  şoran 

bitkiləri  və  iyli  yovşan)  əsas  yer  tutur.  Bitki  formasiyalarında  ikinci  mərtəbəli  (sinuziyanı) 

birillik  müxtəlifotlular  (birillik  şoranotları)  və  taxılotlular  (efemerlər)  təşkil  edirlər. 

Formasiyalarda paxlalı bitkilər çox vaxt otluğun ikinci mərtəbəsinə daxil olaraq ot durumunda 

çox az rol oynayırlar. Çoxiilik taxılotlular formasiyasına 50-60 sm dərinliyinə kimi üst qatda 

duzları tamamilə yuyulmuş torpaqlarda rast gəlirik.  

Indi  də,  Xaçmaz  rayonunun  qış  otlaqlarındakı  bitki  formasiyasının  dominanat  və 

yarımdominanat  bitkilərilə,  əsas  yem  əhəmiyyətli    bitkilərlə,  alaq  otları  və  zəhərli  bitkilərin 

bioekologiyası ilə tanış olaq. 

Xaçmaz  rayonu  qış  otlaqlarında  geniş  yayılmış  taxılotlulardan  şərq  bozağını,  yapon 

tonqalotunu,  qoşasünbül  qısaayağını,  soğanaqlı  qırtıcı,  yatıq  qırtıcı,  bərk  quramiti,  tüklü 

vələmiri, silindirik, qızaran tonqalotunu, sürünən ayrıcı, daraqlı ayrıcı, dovşan arpasını,şoviç 

şiyavını, qoyun topalını, pişik-sünbül nazikbaldırı və başqalarını göstərmək olar.  

Şərq bozağı (Eromopyrum orientale) – birillik, 10-15 (20) sm hündürlükdə çoxgövdəli 

efemer bitkidir. Sünbülləri yastı ikitərəfli silindir formadadır. Toxumları ilə çoxalır. Payızda 

və bəzən də qışda cücərti verir və erkən yazda sürətlə inkişaf edir, mayda sünbülləri yetişir. 

Cənubi  Qobustanda  şorakətli  gillicəli  yamaclarda,  nadir  hallada  şoran  torpaqlardakı 

kollarətrafı qum təpəliklərində bitir. Şorakətli və üst qatı 10-15 sm-ə kimi duzlardan yuylmuş 


                                       AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild 

 

 



 

torpaqlarda  şərq  bozağı  təmiz  assosasiya  əmələ  gətirir.  Əksəriyyət    hallarda  şərq  bozağı 

Qaracanlı  –  yovşan;  efemerli-yovşan  bəzən  də  Çərənli-yovşan,  Çərənli-əzgən 

formasiyalarının ikinci mərtəbəsində aktiv iştirak edir.  

Yem  əhəmiyyətli  bitkidir.  Erkən  yazda  və  qışda,  ümumiyyətlə,  sünbülləmə  dövrünə 

kimi bütün növ heyvanlar tərəfindən yaxşı yeyilir. 

Yapon  tonqalotu  (Bromus  japonicus)  –  20-50  sm  hündürlüyə  kimi  qalxan  birillik 

efemer, azacıq  tüklü bitkidir. Yalnız toxumları vasitəsilə çoxalır.  

Yapon tonqalotu keyfiyyətli yem dəyərliyinə malikdir, cavan yarpaqları vegetasiyanın 

sünbülləmə dövrünə kimi bütün növ heyvanlar tərəfindən yaxşı yeyilir. 

Bu  bitki  əkinlərdə  bağlarda  alaq  otu  hesab  olunur.  Qış  otlaqlarında  yapon  tonqalotu 

efemer bitki kimi səhra və yarımsəhra bitki formasiyalarının botaniki tərkibində  iştirak edir. 

Ot durumunda müəyyən bir kütləni təşkil  edir. Demək olar ki, iyli  yovşan bitkisinin əmələ 

gətirdiyi  bütün  formasiyaların  botaniki  tərkibində  yapon  tonqalotuna  rast  gəlmək  olur.  Az 

mailli yamaclarda yağış yağdırıcı cihazların köməyilə bu bitkini hər il becərmək olar və ondan  

biçənək kimi də istifadə etmək olar.  

Qoşasünbül  qısaayaq  (Brachypodium  distachyum)  –  5-10  sm  hündürlükdə  efemer 

bitkidir.  Şimal  yamaclarının  gilli  və  gillicəli  torpaqlarında,  xüsusən  Daşdayan,  Yovşanlı  – 

gəngiz  və  nadir  hallarda  Efemerli-yovşan  və  Çərənli-yovşan  formasiyalarının  botaniki 

tərkibində  geniş  yayılmışdır.  Toxumları  vasitəsilə  çoxalır.  Otlaqların  yem  balansında 

müəyyən dərəcədə rol oynayır.  

Qoşasünbül  qısaayaq  vegetasiyasının  ilk  dövründə    xırda  buynuzlu  mal-qara 

tərəfindən  yaxşı yeyilir. Sonralar bu bitkinin yerüstü kütləsi kobudlaşdığından yeyilmir. 

Soğanaqlı  qırtıc  (Poa  bulbosa)  –  çoxillik  efemeroid  bitki  olub  soğanaqları  vasitəsilə 

çoxalır. Köklərində soğanvari yumru (soğanaq) olur. Toxumların bəziləri sümbüldə cücərərək 

soğanaqvari yumruya çevrilərək yerə düşür və torpaqda inkişafını davam etdirir. 

Soğanaqlı qırtıc yem əhəmiyyətli otlaq bitkisidir. Hər növ mal-qara tərəfindən yeyilir. 

Payızda  başqa  efemer  bitkiləri  kimi  yaşıl  yerüstü  kütlə  verir.  Qışda  inkişaf    bir  qədər 

yavaşıyır.  Erkən  yazda  yenə  güclü  vegetasiyaya  başlayaraq  aprel-mayda  çiçəkləyib  toxum 

verir  və  eyni  zamanda  yerüstü  kütləsi  quruyur.  Sıx  ot  örtüyü  olan  təmiz  soğanaqlı  qırtıc 

assosiasiyası 3-8sent/ha yüksək keyfiyyətli yerüstü quru ot kütləsi verir. 

Soğanaqlı  qırtıc  bitkisinə  səhra  və  yarımsəhra  bitki  formasiyalarının  əksəriyyətinin 

botaniki  tərkibində  rast  gəlmək  olur.  Efemerli-yovşan,  yovşanlı-kəngiz  və  təmiz  efemer 

formasiyalarında bu bitki daha geniş yayılmışdır. 

Yatıq  qırtıc  (Colpodium  humile)  –  kökləri  çim  əmələ  gətirən,  soğanağa  bənzər 

yumruya malik 10-15 (20) sm hündürlükdə, yatıb-qalxan, gövdəli efemer bitkidir. Yarpaqları 

qınlarından  bir  qədər  tüklü,  1-2  mm  enində  olur.  Gövdəsi  aşağı  hissədəki  düyünlərdə 

bənövşəyi rəngdədir. sünbülləri 4-7 (9) sm uzunluqda və 4-7(9) sm enində olur. Sünbülcükləri 

horizental durmuş saplaqlarda yerləşir. Toxumları və soğanaq tumurcuqları vasitəsilə çoxalır. 

Aprel-may  aylarında  sümbülləyir  və  toxum  verir.  Yatıq  qırtıc  soğanaqlı  qırtıc  kimi  yüksək 

yem  keyfiyyətinə  malik  qış  otlağı  bitkisidir.  Xüsusən  xırdabuynuzlu  mal-qara  tərəfindən 

sümbüllərin çiçəkləmə mərhələsinə kimi yaxşı yeyilir.  

Yatıq  qırtıc  düzənlikdən  orta  dağ  qurşağına  kimi  quru,  gilli  və  daşlı  yamaclarda, 

yarımsəhra bitki formasiyalarının botaniki tərkibində bitir. 

Cənubi  Qobustanda  iyli  yovşan  bitkisinin  şorakətli  zəif  şoran  və  üst  qatı  heç  duzlu 

olmayan  yamaclarda  efemerlərlə,  kəngizlə  və  bəzi  başqa  şorangə  bitkilərlə  əmələ  gətirdiyi 

assosiasiyaların botaniki tərkibində çox tez-tez yatıq qırtıca rast gəlirik.  

Bərk quramit (Lolium rigidum) – biriilik efemer bitki olub toxumları ilə çoxalır. 20-25 

sm hündürlüyə kimi qalxır.  

Əkinlərdə, bağlarda bərk quramit alaq otu hesab olunur. Iri buynuzlu, bəzən də xırda 

buynuzlu  mal-qara  və  atlar  tərəfindən  kafi  dərəcədə  yeyilir.  Xüsusilə  dincə  buraxılmış 


                                       AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild 

 

 



 

sahələrdə bərk quramit sıxotlu təmiz assosiasiya əmələ gətirir.belə assosiasiya 10-15 sent/ha 

quru ot verir. 

Bərk quramitə iyli yovşanın düzənlik və alçaq dağlıq sahələrdə əmələ gətirdiyi bütün 

assosiasiyalarının  botaniki  tərkibində  az  və  ya  çox  rast  gəlmək  olur,    Cənubi  Qobustanın  

alçaq dağlıq və təpəliklərində yayılmış assosiasiyalarında, xüsusən efemerli-yovşan, yovşanlı-

kəngiz assosiasiyaların efemer sinuziyalarında iştirak edir, hündür dağlıqların  qərb və  şimal 

yamaclarında bərk quramit bəzən cəngəllik əmələ gətirir. 

Bərk  quramitin  toxumlarını  erkən  yazda  iyli  yovşanın  əmələ  gətirdiyi  formasiya 

sahələrində  səpməklə  otluğun  efemer  sinuziyasının  məhsuldarlığını,  yəni,  heyvanlar 

tərəfindən yeyilən hissəsinin məhsuldarlığını artırmaq olar. 

 

Bərk quramit (Lolium rigidum

 

Tüklü  vələmir  (Avena  pilosa)  –  birillik,  yarpaqlarının  qını  dağınıq  tüklü,  25-40  (70) 



sm,  hündürlükdə  bitkidir.  Sümbüldə  sünbülcükləri  birtərəflidir.  Toxumları  ilə  çoxalır. 

Vegetasiyanın sünbülləmə fazasına kimi yarpaqları xırda və iri buynuzlu mal-qara tərəfindən 

yaxşı yeyilir. 

Tüklü  vələmir  dağlıq  və  təpəliklərdəki  və  bəzən  də  düzənliklərdəki  iyli  yovşan 

formasiyasının  assosiasiyalarında  geniş  yayılmışdır.  Xüsusən,  assosiasiyaların  efemer 

sinuziyasında  tək-tək  və  yaxud  geniş  yayılmış  olur.  Tüklü  vələmir  yolların  kənarlarında,  su 

basan  sahələrdə  də  bitir.  Iqlim  şəraitindən  asılı  olaraq  bəzi  illərdə  efemer  formasiyasında 

dominantlıq təşkil edərək təmiz tüklü vələmir assosiasiyası əmələ gətirir.  

Dovşan  arpası  (Hordeum  leporinum)  –  birillik,    əsasından  çoxgövdəli,  dirsəkvari 

yatıb-qalxan, 10-40 sm hündürlükdə bitkidir. Sünbülləri sıx sünbülcüklərdən təşkil olub, 4-5 

sm uzunluqdadır. Qılçıqları tinlərindən uzun kiprikli olur. Toxumları ilə çoxalır.  

Dovşan  arpası  alaq  otu  hesab  olunur.  Lakin,  səhra  və  yarımsəhra  bitki 

formasiyalarının  efemer  sinuziyasında  iştirak  edir.  Düzənlik  bitki  formasiyalarının  botaniki 

tərkibində  az,  dağətəyi  və  alçaq  dağlıq  zonaların  bitki  formasiyalarının  tərkibində  isə  çox 

yayılmışdır.  

Dovşan arpası  öz inkişafının sünbülləmə fazasına qədər hər növ mal-qara tərəfindən 

kafi dərəcədə yeyilir.  Bu fazadan sonra bitkinin yarpaqları kobudlaşdığından yeyilmir. 

Cənubi  Qobustandakı  iyli  yovşan  bitkisinin  başqa  bitkilərlə  əmələ  gətirdiyi 

assosiasiyaların  efemer  sinuziyasında  çox  tez-tez  rast  gəlmək  olur.  Bundan  başqa 

Ceyrankeçməz çayı vadisində, Şor-dərə, Pir-dərə və başqa qobuların vadilərindəki adacıqlarda 

və  dəngə  yerlərdə  dovşan  arpasının  kiçik  cəngəlliklərinə  rast  gəlirik.  Xüsusən,  həddindən 

artıq otarılmış otlaq sahələrində daha geniş yayılmışdır.  

Silindrik buğdayıot (Aegilops cylindrica) – birillik, 15-40 sm hündürlükdə, topalanmış 

çoxgövdəli,  efemer  bitkidir.  Yarpaqları  2-4  mm  enində,  hər  iki  tərəfdən  kələkötür,  uzun 

tüklüdür.    Yarpaqların  kənarları  kipriklidir.  Sünbülləri  uzun  (5-12  sm)  qılçıqsız,  3-4  mm 

enində, 4-9 sünbülcükdən ibarətdir. Apreldə sünbül verir, mayda çiçəkləyir və iyunda toxum 

yetişir. Orta dağ qurşağına kimi bu bitkiyə rast gəlmək olur.  


                                       AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild 

 

 



 

Əkinlərdə,  bağlarda,  bostanlarda  və  çöllərdə  alaq  otu  sayılır.  Səhra  və  yarımsəhra 

bitkilərin botaniki tərkibinə daxildir.  

Silindrik buğdayıot iri və xırda buynuzlu mal-qara tərəfindən, sünbülləmə mərhələsinə 

kimi kafi dərəcədə  yeyilir. Sonra yarpaqları kobudlaşır və heyvanlar tərəfindən yeyilmir. 

Qızaran tonqalotu (Zerna rubens) – birillik, əsasından çoxşaxəli, 5-40 sm hündürlüyə 

qalxan  bitkidir.  Yarpaqları  və  gövdələri  xırda  tüklüdür.  Yarpaqları  2-4  mm  enində  olur. 

Sünbülləri  5-10  sm  uzunluqda  sıx  və  tona  sünbülcükdən  ibarətdir.  Mart  ayının  axırında 

sünbülləyir və iyunda toxumları yetişir.  

Qızaran tonqalotu düzən, dağətəyi zonalarda və alçaq  dağlıq sahələrindəki yarımsəhra 

bitki formasiyaların efemer  sinuziyasına daxil olur. Alaq otu kimi yaşayış yerlərinin ətrafında 

və  yolların  kənarlarında  da  qızaran  tonqalotuna    rast  gəlmək  olur.  Bəzən  qızaran  tonqalotu 

efemer formasiyalarında dominant və ya sodominant bitki kimi özünü göstərir.  

Qızaran tonqalotu mal-qara tərəfindən yalnız vegetasiyanın ilk dövrlərində yeyilir.  

Pişiksünbül nazikbaldır (Kocleria phleoides) – birillik, 5-50 sm hündürlükdə, saçaqlı 

kökə  malik  bitkidir.    Gövdələri  aşağı  hissədən  tüklüdür.  Yarpaqları  yastı  yumşaq  tüklüdür. 

Sünbülləri xırda və yastıdır. Apreldə  sünbülləyir, iyunda toxumları yetişir.  

Pişiksünbül nazikbaldır düzən, dağətəyi və nadir hallarda orta dağ qurşağında bitir. Bu 

bitkiyə yarımsəhra və bozqır bitkilərin assosiasiyalarının botaniki tərkibində  rast gəlmək olur. 

Əkin  sahələrində,  bağlarda  və  bəzi  mədəni  əkinlərdə  alaq  otu  sayılır.  əsas  etibarilə  qış  

otlaqlarında  iyli  yovşan  və  iyli  yovşanın  şorangə  bitkilərlə  əmələ  gətirdiyi  formasiyaların 

efemer  sinuziyasının botaniki tərkibində daha yaxşı inkişaf edir.  

Pişiksünbül nazikbaldır yaxşı otlaq bitkisidir. 

Sürünən ayrıq (Agropyrum repens) – çoxillik, sürünən kökümsov gövdəyə malik, 50-

150  sm  hündürlükdə  bitkidir.  Gövdələri  hamar,  yaşıl  və  ya  boz  rəngdə    bir  neçə  ədəd  olur. 

Yarpaqları  yastı  və  yaxud  bükük,  3-10  mm  enində,  alt  hissəsi  hamar,  üst  hissəsi  isə  kələ-

kötürdür.  Sünbülləri  7-15  sm  uzunluqda,  sıx,  tinlərindən  kiprikli  qılçıqlıdır.  Sünbülcükləri 

sünbül  oxundan  bir  qədər  aralanmış  və  bəzən  oraq  şəklində  əyilmiş  olurlar.  Iyun  ayında 

sünbülləyir və avqustda toxumları yetişir.  

Sürünən ayrıqca düzənlikdən subalp çəmənlərinə kimi rast gəlmək olur. Çəmənlərdə, 

daşlıqlarda, arxların kənarlarında, bəzən də şoran olmayan sahələrdə bitir.  

Sürünən  ayrığın  çoxlu  yarım  növləri  vardır.  Sürünən  ayrıq  bütün  növ  mal-qara 

tərəfindən kafi dərəcədə yeyildiyindən yaxşı yem bitkisi sayılır.  

 

Sürünən ayrıq (Agropyrum repens

 

Daraqlı ayrıq (Agropyrum eristatum) – çoxillik, sürünən kökümsov gövdəyə malik 15-



75  sm  hündürlükdə  bitkidir.    Gövdələri  aşağı  hissədən  dirsəkvariəyilmiş,  bəzən  yumşaq 

tüklüdür.  Yarpaqları  sərt,  qabarıq  şəklində,  ensiz,  1,5-5  mm  olub  hər  iki  tərəfdən  tüklüdür. 

Sünbülləri  sıx,  sünbülcükləri  daraq  şəklində  düzülmüş,  yastıdır.  Sünbülləri  1,5-5  sm 


                                       AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild 

 

 



 

uzunluqdadır.  Aşağı  çiçək  pulcuğu  5-7  mm  uzunluqda  olub,  4-5  mm  uzunluqda  qılçığa 

malikdir. Mayda sünbülləyir və iyul-avqustda toxumu yetişir.  

Daraqlı  ayrığa  düzənlikdən  orta  dağ  qurşağına  kimi  rast  gəlmək  olur.  Quru  gilli, 

çınqıllı, daşlı və qayalıqlı yerlərdə bitir.  

Daraqlı ayrıq yaş və quru ot halında mal-qara üçün qiymətli yemdir. Bütün növ mal-

qara  tərəfindən  kafi  dərəcədə  yeyilir.  Sünbülləşmə  fazasına  kimi  otlaq  bitkisi  və  çiçəkləmə 

dövründə biçiləndə isə quru otu yüksək yem keyfiyyətinə malik olur. 

Bu bitki duzluğa, quraqlığa davamlı olub, torpağın münbitliyini də artırır.  

Bir  sözlə,  Qobustanda  daraqlı  ayrıq  bitkisinin,  dəmyə  yerlərdə  suvarma  şəraitində, 

otlaq və biçənək sahələrini yaratmaq lazımdır.  

Şoviç  şiyavı  (Stipa  szovitsiana)  –  çoxillik,  seyrək  çim  əmələ  gətirən,  30-70  sm 

hündürlükdə bitkidir.  Aşağı yarpaqları qınlarından tüklüdür. Yarpaqları ensiz, bükülmüş, alt 

tərəfdən  kələkötürdür.  Toxumların  qılçığı  nazik,  10-18  sm  uzunluqda,  iki  dəfə  dirsəkvari 

aşağı hissədən burulmuş,  yuxarı hissədən isə əyilmiş, bütün boyu uzunu 1-3 mm uzunluqda 

tükcüklərlə örtülüdür.  

Şoviç şiyavı aşağı dağ meşə qurşağına kimi  yayılmışdır. Əsas etibarilə quru daşlı və 

çınqıllı yerlərdə bitir. Yarımsəhra bitkiliyin, iyli yovşan və yarım bozqırların qandayandırıcı 

daşdayan  bitkisinin    assosiasiyalarının  botaniki  tərkibində  şoviç  şiyavına  rast  gəlmək  olur. 

Bozqır sahələrdə cəngəllik əmələ gətirir.  

Şoviç  şiyavını  vegetasiyanın  ilk  mərhələsində    bütün  növ  mal-qara  kafi  dərəcədə 

yeyir. Sonralar bu bitkinin yarpaqları və gövdəsi kobudlaşır və heyvanlar tərəfindən yeyilmir.  

 Şoviç  şiyavının  toxumunu  Qobustanın  daşlı  və  çınqıllı  sahələrində  otluğa  əlavə 

səpməklə otluğun yeyilən hissəsinin məhsuldarlığını artırmaq olar.  

Qoyun topalı (Festuca ovina) – çoxillik, sıx çimli, kökə malik, 30-60 sm hündürlükdə 

bitkidir.  Gövdələri  yuxarı  hissədə  üçtinli,  kələkötür  və  yaxud  hamar  olur.  Yarpaqları 

bükülmüş  nazik,  0,4-0,5  mm  enində  (diametrində)  olur.  Sünbül  uzunsov,  seyrək,  dağınıq 

budaqlıdır.  Sünbülcükləri ellips formada, uzunsov, 4-6 mm olur.  

Aşağı  çiçək  pulcuğu  3-4  mm  uzunluqda,  1-2  mm  boyda  qılçıqla  qurtarır.  Mayda 

sünbül verir, avqustda toxumları yetişir. 

Qoyun topalı  bitkisinə Azərbaycanın  bütün  dağ rayonlarında, otlaqların  quru gilli və 

gilli-daşlıqlı  sahələrində    rast  gəlmək  olur.  2011-2012-ci  illərdə  Qobustanda  apardığımız 

tədqiqatlar göstərir ki, bu bitki İlandağda xüsusi assosiasiya təşkil edir. 

Qoyun  topalı  xırda  buynuzlu  mal-qara  üçün  yaxşı  otlaq    bitkisi  hesab  olunur. 

Sünbülləmə mərhələsinə kimi heyvanlar tərəfindən kafi dərəcədə yeyilir. 

Deməli,  Qobustanın  qış  otlaqlarında  dəmyə  yerlərdə  suvarma  şəraitində  qoyun 

topalının mədəni sahələrini yaratmaq olar. 

Xaçmaz rayonu Qobustandakı qış otlaqlarındakı bəzi bitki  assosiasiyalarının botaniki 

tərkibində cəmi iki növ paxlalı geniş yayılmışdır ki,  bunlardan da balaca qarayoncanı və ərəb 

qarayoncanı  göstərmək  olar.  Bunlardan  başqa  tək-tək  girdəpaxla    qarayoncayə  birillik  və 

çoxillik gövdələrə də rast gəlmək olar.  

 


                                       AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild 

 

 



 

 


Yüklə 7,48 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin