Amea botanika İnstitutunun elmi əsərləri, 2012- ci IL, XXXII cild



Yüklə 7,48 Mb.
Pdf görüntüsü
səhifə38/64
tarix14.01.2017
ölçüsü7,48 Mb.
#5478
1   ...   34   35   36   37   38   39   40   41   ...   64

Qoyun topalı (Festuca ovina

 

Balaca qarayonca (Medicago minima) – birillik, efemer, boz tüklü, çox gövdəli, 5-10 



sm  hendürlükdə  bitkidir.  Paxlası  3-5  dəfə  dəyirmi  qıvrılmış  əyri  tikanlarla  örtülüdür. 

Toxumları ilə çoxalır.  

Balaca  qarayonca  həm  düzənlik  və  həm  də  alçaq  dağlıq  sahələrdə  iyli  yovşanın 

efemerlərlə  və  şoran  bitkilərlə  əmələ  gətirdiyi  formasiyaların  efemer  sinuziyasında 

(örtüyündə)  müxtəlif  bolluqda  rast  gəlmək  olur.  Balaca  qarayoncaya  efemerli-yovşan, 

şorangəli-yovşan və digər bitki formasiyalarının botaniki tərkibində müxtəlif bolluqla bitir.  

Balaca  qarayonca  meyvə  vermə  fazasına  kimi  xırda  buynuzlu  heyvanlar  tərəfindən 

yaxşı  yeyilir.  Lakin,  meyvə    yetişmə  dövründə  bu  bitkinin  tikanlı  paxlası  yuna  ilişib  onu 

zibilləyir.  

Ərəb qarayoncası (Medicago arabica) – birillik efemer bitki olub, dördkünclü, yatıb-

qalxan  gövdəyə  malikdir.  Paxlası  3-7  dövr  dəyirmi  qıvrılmış  şar-silindir  formada,  kənarları 

əyri tikanlarla örtülüdür. Toxumları ilə çoxalır. 

Ərəb  qarayoncası  qış  otlaqlarında  yovşanın  başqa  bitkilərlə  əmələ  gətirdiyi 

assosiasiyaların efemer sinuziyasında əkinlərdə, dincə buraxılmış sahələrdə bitir. 

Bu  bitki  hər  növ  mal-qara  tərəfindən  yaxşı  yeyilir.  Otlaqların  səthi  yaxşılaşdırılması 

işlərində ərəb qarayoncadan, balaca qarayoncadan və girdəpaxla qarayoncadan istifadə etmək 

olar. 

 

Ərəb qarayoncası (Medicago arabica



 

                                       AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild 

 

 



 

Girdəpaxla  qarayonca  (Medicago  orbicularis)  –  birillik,  efemer  bitkidir.  10-15  sm 

uzunluqda,  sürünən  gövdəyə  malikdir.  Paxlası  tikansız,  10-12  mm  diametrdə,  yanlardan 

basıq, 3-4 dəfə dəyirmi qıvrılmışdır. Toxumları vasitəsilə çoxalır.  

Ərəb  qarayoncası  kimi  girdəpaxla,  qarayonca  da    qış  otlaqlarında  efemer  sinuziyası 

olan  yovşanlı-efemer  və  yovşanın  şorangə  bitkilərlə  əmələ  gətirdiyi  assosiasiyalarda  bitir. 

Ona efemer qrupu otlarının mərtəbəsində müxtəlif boşluqda rast gəlmək olur.  

Girdəpaxla  qarayonca  bütün  heyvanlar  tərəfindən  vegetasiyanın  meyvələmə  fazasına 

kimi yaxşı yeyilir. Otlaqların ot örtüyünün səthi yaxşılaşdırma işlərində bu yoncadan istifadə 

etmək  məqsədəuyğundur (5). 

Yuxarıda bioloji xüsusiyyətlərini izah etdiyimiz üç paxlalı bitkilərdən başqa Xaçmaz 

rayonu Qobustandakı qış otlaqlarında daha bir neçə növ paxlalı (Gəvən növlərə) bitkilərə rast 

gəlirik ki, onların  da otluqda bolluğu çox aşağıdır. 

2012  –  ci  ildə  geobotaniki  tədqiqat  apardığımız  Xaçmaz  rayonun  Qobustandakı  qış 

otlaqlarının    bitki  örtüyündə  bolluğu  təşkil  edən  və  dominant    olan  müxtəlifotlu  bitkilər  də 

geniş  yayılmışdır.  Bunlardan  çoxu  tərəkimilər  (Chenopodiaceae)  fəsiləsindəndir.  Lakin, 

tərəkimilərdən  ən  geniş  yayılanları  kəngiz,  kövrək    şorangə,  əzgən,  digər  müxtəlifotlu 

bitkilərdən  isə  iyli  yovşandır.  Bu  dörd  şorangə  bitkilərdən  başqa  bu  otlaqlarda  ağacvari 

şorangəyə  (qaracana),  sarasazana  (qaraşorana)  xırdayarpaq  çərəngə,  kol  çərəhinə,  kaspi 

sarıbaşına və  bir neçə birillik şoran bitkilərinə də rast gəlinir.  



 

 

ƏDƏBIYYAT  

 

1.



 

V.S.Xəlilov.  Qobustanın  bəzi  bozqır  fitosenozlarının  biomüxtəlifliyi  və  onların 

qorunması. AMEA Botanika İnst. elmi əsərləri XXVII cild. Bakı “Elm” 2007, səh.118. 

2.

 



F.Q.Mövsümova,  S.S.Qəribova.  Qobustanın  kolçərənlik  (Suaedeta  dendroides)  bitki 

qruplaşmasının  fitosenoloji və bioekoloji xüsusiyyətləri. AMEA  Botanika  İnst.  elmi  əsərləri 

XXVI cild, Bakı “Elm” – 2006, səh.193. 

3.

 



Azərbaycan  Respublikasının  təbii  yem  sahələrinin  irimiqdarlı  geobotaniki  tədqiqatına 

dair təlimat. Bakı, 2002, s.142. 

4.

 

В.Д.Гаджиев,  Я.М.Исаев,  Р.А.Алиев,  А.И.Маилов  и  др.  Кормовые  растения 



сенокосов и пастбищ Азербайджана // Изд.: АН Азерб.ССР, Баку, т.II, 1969, ст.158.  

5.

 



E.M.Qurbanov,  A.A.Axundova.  Abşeron  yarımadasında  fitosenozların,  əsas  yem 

bitkilərinin  biokimyəvi  tərkibi  və  səmərəli  istifadəsi  //  AMEA  Botanika  İnstitutunun  Elmi 

Əsərləri. XXVI cild. Bakı. “Elm” 2006, s.240-244. 

6.

 



V.V.Hətəmov. Azərbaycanın otlaq ekosistemləri və qorunması. Bakı. “Elm” 2000, s.250. 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

                                       AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild 

 

 



 

РЕЗЮМЕ 

СОВРЕМЕННОЕ СОСТОЯНИЕ ЗИМНИХ ПАСТБИЩ НА ТЕРРИТОРИИ 

ХАЧМАЗСКОГО РАЙОНА 

 

Халилов В.С. 



 

Кормовая база для крупного и мелкого рогатого скота в республике, в основном, 

определяется  продуктивностью  естественных  кормовых  угодий.  В  связи  с  этим, 

изучение этих угодий, как с точки зрения ботанического состава, так и обогащения их 

качественными  кормовыми  растениями,  целесообразно  для  удовлетворения 

потребностей  сельскохозяйственных  животных.  Кроме  этого,  необходимо  высевать 

малоурожайные    луга  и  пастбища  кормовыми  растениями  и  создавать  искусственные  

сенокосы и пастбища. 



 

Ключевые слова: пастбища, фитоценоз, формация, ассоциация, субдоминант 



 

 

SUMMARY 

CURRENT STATUS OF WINTER PASTURES 

IN THE AREA OF KHACHMAZ REGION OF AZERBAIJAN 

 

Khalilov V.S. 



 

Fodder supplies for livestock, sheep and goats in the Azerbaijan Republic is basically defined 

by productivity and fertility of natural fodder grounds as well as study of these grounds in this 

connection. From the point of view of botanical structure and enrichment them by qualitative 

fodder plants expediently for satisfaction of requirements of agricultural animals. Besides it is 

necessary  to  sow  fodder  plants  in  low-yield  meadows  and  pastures  and  create  artificial 

haymakings and pastures.  

 

Key words: pastures, phythocenosis, a formation, association, subdominants 



 

 

 



 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

                                       AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild 

 

 



 

UOT 581.9 

 

AZƏRBAYCAN FLORASINDA SU-BATAQLIQ BITKILIYININ ÜMUMİ 

XÜSUSIYYƏTLƏRI 

 

Musayev M.Q.  

AMEA Botanika İnstitutu 

       

           Su-bataqlıq  florasında  (suda  yaşayan  bitkilər)  elə  növlər  vardır  ki,  onlar  uzun  sürən 

təkamül prosesı zamanı qazandıqları bioloji və ekoloji xüsusiyyətlər hesabına sudan kənarda 

yaşaya bilirlər. Hövzələrin su səviyyəsı aşağı düşdükdə onlar quruya çıxırlar,  özünün xarici 

görkəmini dəyişərək böyüməyə başlayırlar. Bu zaman bitkilərdə bəzi əlamətlərdə dəyişkənlik 

yaranır, əsasən yarpaqlar kiçilir, buğumarası isə qısalmış

  олур. 



 

Açar sözlər: su-bataqlıq bitkiləri, ekoloji təkamül, xüsusiyyətlər 

 

 

Su  xarici  faktorlardan  biri  kimi  su  və  bataqlıq  bitkiliklərinin  formalaşması  və 

inkişafında  böyük  əhəmiyyət  daşımışdır.  Azərbaycanın  su-bataqlıq  yerlərinin  bitkiliyi, 

digər  bitkiliklərlə  müqaisədə  müxtəliflik  baxımından  kasıbdır.  Su-bataqlıq  yerlərin 

biomüxtəlifliyi suyun tərkibinə və ya fərqli mühitlərdə yaranması ilə bağlı olaraq növ 

sayının  çoxalmasına  və  ya  azalmasına  səbəb  ola  bilir.  Su  hövzələri  bitkilərinin 

yеrləşməsi,  onların  növ  tərkibi  və  inkişaf  dərəcəsi,  onun  müxtəlif  hissələrinin  еkoloji 

şəraitinin bircinsli olmaması ilə əlaqədar olub, müəyyən qanunauyğunluğa tabе olur. Müxtəlif 

coğrafi  zonalardakı  su  hövzələrinin  bitkilikləri,  onların    yaşamasını  hövzənin  morfoloji 

xüsusiyyətləri (ölçüsü, dərinliyi, dayaz sahələrin, körfəzlərin və qorunan yеrlərin olması), su 

kütləsinin  optik  xüsusiyyətləri  (şəffaflığı,  suyun  rəngi),  dinamiki  faktorlar  (külək,  sahilə 

çarpan  dalğaların  fəaliyyəti),  kimyəvi  faktorlar  (minеrallların,  hidrogеn  ionlarının  qatılığı,  

qaz rеjimi və s.), suyun tеmpеraturu, axarlılıq dərəcəsi, sahillərin kölgələnməsi və s. kimi ən 

mühüm faktorlarla sıx əlaqədardır (3-2). 



 

MATERIAL VƏ METODIKA 

Aparılan tədqiqatlar zamanı İ.V. Rospopovun “Методика полевых геоботанических 

исследований” və C.Ə. Aliyevin əsərlərindən istifadə edilmişdir.  

 

NƏTICƏLƏR VƏ ONLARIN MÜZAKIRƏSI 

Su-bataqlıq yerlərin bitkiliyini əmələ gətirən birliklər iki qrup halında olur:  

1. Su içi, 2. Su kənarı-bataqlıq birlikləri. 

1.

 

Su  içi  bitki  birlikləri  -  əsasən  göllərin,  durğun  və  yavaş  axan  suların  içərisində 



yaşayan  bitkilərdən  əmələ  gəlir.  Bu  da  bitkilərin  yaranmasında  özünəməxsus  olur. 

Çünki, göllər duzlu və şirin sulu olmaqla  2 qrupa ayrılır. 

2.

 

Su-kənarı bataqlıqlar isə duzlu (halofit) və şirin sulu göl, çay, kanal, axmar, nohur, 



süni  dəryaça  və  su  anbarlarının  ətrafında  yayılan  bitki  birliklərindən  ibarətdir.  Su 

hövzələrində  su  bitkilərinə  nisbətən,  su-bataqlıq  növləri  və  onların  əmələ  gətirdikləri 

assosiasiyalar    çoxdur  və  zəngindir,  əsl  su  bitkilərinin  əmələ  gətirdiyi  assosiasiyalar  növ  

tərkibinə görə onlara nisbətdə kasıbdır.   

       Su  hövzələrində  müxtəlif    xüsusiyyətlərə  malik  olan  (hiqrofitlər,  hidrofitlər,  hidatofitlər 

və s.) bitkilər məskunlaşmışlar. Onlar su mühitinə müxtəlif dərəcədə uyğunlaşmışlar ki, bu da 

uzun sürən təkamülün nəticəsidir.    


                                       AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild 

 

 



 

       Hiqrofitlər    gеniş  еkoloji  amplitudaya  malik  olmaqla,  rütubətli  və  bol  rütubətli  məskən 

şəraitlərinə uyğunlaşmışlar. Bu qrupdan olan bitkilərin su mühitində yaşamaları üçün xüsusi 

uyğunlaşmaları yoxdur.  Onlar su hövzələrinin sahilyanı zonalarında, nohurlarda, kanallarda 

və başqa  yеrlərdə bitirlər (1).  Bu qrupun nümayəndələrinə Mеntha aguatica L., Ranunculus 

rеpеns  L.,  Alopеcurus  arundinacеus  Poir.,  Paspalum  paspaloidеs  (Michx.)  Scribn., 

Еchinochloa  crusgalli  (L.)  Bеauv.,  Juncus  subulatus  Forssk.,  Lycopus  еuropaеus  L.  və  b. 

bitkilər aiddir. Lakin, 

 

еlə növlər formalaşmışdır ki, artıq onlar su mühitindən kənarda yaşaya 



bilmirlər (məs., buynuzyarpağın növləri).   

       Su  mühiti  orada  yaşayan  bitkilərin  həyatı  və  quruluşunda  əks  olunur.    Onlar  quraqlıq 

bitkiləri  ilə  münasibətdə  hər  şеydən  əvvəl  güclü  böyümələri  ilə  fərqlənirlər  (məsələn,  su 

incilosu,  buynuzyarpaq  və  b.).  Onlarda  cinsi  prosеs  ölgünləşdiyindən,  çoxalmaları  əsasən 

vеgеtativ yolla gеdir (1-3). 

  Hövzələrin  su  və  sahil bitkiləri  suyun  səviyyəsinin  dəyişməsi  şəraitində  inkişaf  еdir.    Suda 

uzun  müddət    yaşayan  bitkilər,  su  səviyyəsi  aşağı  düşəndə  bir  müddət  quraqlıq  şəraitində 

qalırlar.  Təcrübələr göstərmişdir ki,   məskən şəraitinin bеlə sərt dəyişməsi  vəziyyətində bu 

bitkilər yaxşı vəziyyətdə qalır və yüksək yaşıl kütlə əmələ gətirirlər.   Nəticədə hövzələrin su 

səviyyəsı aşağı düşdükdə onlar quruya çıxırlar,  özünün xarici görkəmini dəyişərək böyüməyə 

başlayırlar. Bu zaman bitkilərdə bəzi əlamətlərdə dəyişkənlik yaranır, əsasən yarpaqlar kiçilir, 

buğumarası isə qısalmış  олур. 

  Əsl  su  bitkiliyinin əmələ  gətirdikləri  assosiasiyaların  sayı,   növlərin  miqdarına  görə  

sahilyanı  –  çəmən  və  çəmən-bataqlıqları  növlərinə  nisbətən  kasıbdır.  Buynuzyarpaqlı 

formasiyasında Cеratophyllum dеmеrsum + C.sumbеrsum, təmiz Cеratophylata dеmеrsutum 

assosiasiyasını, yarı suya batmış buynuzyarpaq qırçınlı saçaqotu (Cеratophylata dеmеrsutum 



-  Myriophyllum  vеrticillatum),  qumral  suçiçəyi  (Cеratophylata  dеmеrsutum  -Potamogеton  

crispus)  və  borulu  sugülü  (Cеratophylata  dеmеrsutum  -  Lеmna  triscula)  ilə  olan 

assosiasiyalarını qеyd еtmək olar.  

     Su-bataqlıq  florasında  Poacеaе  Barnhart  -  Qırtıckimilər,  Cypеracеaе  Juss.  – 

Cilçiçəklilər,    Ranunculacеaе  Juss.-  Qaymaqçiçəklilər,  Potamogеtonacеaе  Dumort.  – 

Suçiçəyikimilər,  Juncacеaе  Juss.  – Cığkimilər,   Astеracеaе   Dumort.  –  Mürəkkəbçiçəklilər, 

Typhacеaе  –  Ciyənkimilər  fəsilələrinin  növləri    arеallarına  görə  üstünlüyə  malikdir.  

Qırtıckimilər  fəsiləsindən  ən  çox  qamış  geniş  ekoloji  xüsusiyyətlərə  malik  olmaqla 

(Phragmitеs australis)  istər hövzələrin sahilyanı zonalarında, istərsədə  rütubətli və bataqlıqlı 

məskən şəraitlərinin  təxminən 60%-ni əhatə еdir.  

                                       

    


   ƏDƏBIYYAT 

 

1.

 



Əliyеv  C.Ə.  Abşеronun  bataqlıqlaşmış  sulu  və  rütubətli  yеrlərinin  bitkiliyi  haqqında.  – 

ADU-nun «Еlmi əsərləri». 1958, №2, s. 14-19. 

2.

 

Musayеv  M.Q.  Ağ  gölün  bitki  örtüyü  və  onun  hazırki  еkoloji  durumu.  –  «Kimya, 



biologiya, tibb» jur., 2005, №1, s. 54-57. 

3.

 



Мусайев  М.Г.,  Ибращимов  А.С.  Сарысу  эюлцнцн  су  реъиминин  дяйишмясиндян  сонра 

макрофитлярин  еколоъи  вязиййяти.  – «Кцр чюкяклийинин тябияти вя еколоъи  проблемляри»,  «Нафта-

Пресс» няшриййаты, Бакы, 2004, с. 

4.

 



Катанская  В.М.  Методика  исследований  высшей  водной  растительности.  –  В  кн.: 

Жизнь пресных вод СССР, т. IV, в. 2, М., 1956, 320  



 

 

 

 

                                       AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild 

 

 



 

 

РЕЗЮМЕ 

ОБЩАЯ ХАРАКТЕРИСТИКА ВОДНО-БОЛОТИСТЫХ РАСТИТЕЛЬНОСТЕЙ  

ВО ФЛОРЕ АЗЕРБАЙДЖАНА 

 

Мусаев М.Г.  



Институт Ботаники НАН Азербайджана 

 

Приводятся  некоторые  виды  водно-болотной  флоры  Азербайджана,  которые  в 



результате  длительной  эволюции  приобрели  биологические  и  экологические 

характеристики  и  за  счёт  этого  смогли  выжить  за  пределами  воды.  В  результате 

снижения  уровня  воды  в  бассейнах  изменяется  внешний  вид  этих  растений  и  они 

начинают расти, листья у них маленького размера. 



 

Ключевые слова: водно-болотный, биологический, экологический, эволюция. 



 

 

SUMMARY 

GENERAL CHARACTERISTICS OF WATER-MARSH’S VEGETATION IN THE 

AZERBAIJAN FLORA 

 

Musayev M.G.  



Institute of Botany of ANAS 

 

Some species of water-marsh  (plants  living in  water)  as  a result of  long evolution   acquired 

biological  and  ecological  characteristics  and  they  have  been  to  live  outside  of  water.  As  a 

result  of  lower  levels  in  basins  are  change  the  water-marsh’s  appearance.  Their  leaves  are 

small. 

 

Key words: water-marsh, biological, ecological, evolution 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


                                       AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild 

 

 



 

NAXÇIVAN MR DUZDAĞ ƏRAZISINDƏ SILINDRVARI SÜPÜRGƏGÜLÜ 

(Xeranthemum cylindraceum Sibth. et Smith.) NÖVÜNÜN 

SENOPOPULYASIYALARININ QIYMƏTLƏNDIRILMƏSI 

 

Mövsümova N.V. 



AMEA Botanika İnstitutu 

movsumovanuri@yahoo.com 

 

 

Regionda  2009-2011  ci  illərdə  X.cylindraceum  növünün  qeyd  olunmuş  3  təbii 



senopopulyasiyası qiymətləndirilmiş, senoloji vəziyyəti öyrənilmiş, məlum olmuşdur ki,  2009-

cu ildə SP 1 və 3 keçid, 2 yetişmiş, 2010-cu ildə SP 1 cavan, 2 və 3 yetişmiş, 2011-ci ildə isə 1 

və  2  cavan,  3  SP  isə  yetişmişdir.  Populyasiya  parametrlərinin  təhlili  2009  -  2010-cu  illərə 

nisbətən  2011-ci  ildə  1  və  2  senopopulyasiyada  bərpa  olunmanın  yüksək  olduğunu 

göstərmişdir.  

 

Açar 

sözlər: 

Xeranthemum 

cylindraceum, 

senopopulyasiya, 

fitosenoloji 

qiymətləndirmə, yaş və effektivlik indeksləri, bərpa olunma 

 

 

Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olan Naxçıvan MR florası zəngin 



bitki örtüyü ilə digər yerlərdən kəskin fərqlənir. Ərazidə yüzlərlə dərman bitkisi yayılmışdır. 

Belə bitkilərdən biri də Xeranthemum L.- Süpürgəgülü növləridir. 

Duzdağ ərazisində Asterkimilər (Asteraceae Dumort.) fəsiləsindən olan Xeranthemum 

cinsinin  3  növü  X.  longepapposum  Fisch.et  C.A.Mey.  –  uzunkəkilli  süpürgəgülü,  X. 



squarrosum  Boiss.  –  dağınıq  süpürgəgülü,  X.  cylindraceum  Sibth.  et  Smith.  –  silindrvari 

süpürgəgülü  növünə  rast  gəlinir  [1].  Bunlardan  silindrvari  süpürgəgülü  ödqovucu, 

qandayandırıcı və sedativ təsir göstərən, həmçinin mədə şirəsini ifrazını [13] artıran dərman 

bitkisi kimi həm xalq təbabətində, həm də əczaçılıqda geniş istifadə edilir.  

Qeyd  etmək  lazımdır  ki,  bu  istiqamətdə  artıq  bir-neçə  bitkinin  fitosenoloji  vəziyyəti 

tərəfimizdən  aşkarlanmış  [5]  və  bəzi  növlərin  hətta  qırmızı  siyahıya  salınması  tövsiyyə 

edilmişdir  [14].  Aparılan  tədqiqat  işinin  məqsədi  həm  elmi  təbabətdə,  həm  də  xalq 

təbabətində  istifadə  olunan  bu  növün  biomorfoloji  və  senopopulyasiya  göstəricilərinin 

öyrənməklə fitosenoloji  qiymətləndirilməsidir.  

X. cylindraceum  birillik,  hündürlüyü 20-65 sm  olan, nazik,  düz gövdəli, açıq  çəhrayi 

çiçəkli,  kseromezofit    bitkidir.  Yarpaqları  iti  uclu,  lansetvaridir.  Səbətləri  10-15  çiçəkli, 

uzanmış silindirkdir. Çiçək  və meyvə  IV-VIII aylara təsadüf edir [9]. 

 

MATERİALAR VƏ METODLAR 

2009-2011 ci illəri əhatə edən tədqiqat işlərində Xeranthemum cylindraceae növünün 

yayıldığı  qruplaşmaların  tərkibində  3  təbii  senopopulyasiyası  seçilmiş  və  ümumi  qəbul 

olunmuş  metodikalara  əsasən  [6,  12]  öyrənilmişdir.  Seçilmiş  SP  ümumi  sahəsi  4  ha  az 

olmamışdır.  Populyasiyaların  layihə  örtüyü  Kaptenə  [8]  görə  hesablanmış,  bolluğu  isə 

Drudenin  5  ballı  şkalasına  əsasən  təyin  edilmişdir.  Ontogenezin  müxtəlif  mərhələlərində 

fərdlərin  sayı  hesablanılmış,  ontogenetik  spektr  tərtib  olunmuşdur.  Populyasiyaların  tipinin 

müəyyən  olunması  və  ontogenetik  spektrin  tərtibatı  Uranovun  [10]  metodikasına  əsasən 

aparılmışdır.  Senopopulyasiyanın  strukturunun  təhlili  zamanı  əsas  populyasiya  parametrləri; 

yaş  indeksi  -∆,    effektivlik  indeksi  –ω  [4],  senopopulyasiyada  cavan  fərdlərin  iştirak  etmə 

dərəcəsini və ya nə qədər nəslin generativ fərd olduğunu göstərən bərpa olunma indeksi (I

b



                                       AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild 

 

 



 

[3]  və  ümumi  yığımda  qocalmış  fraksiyaların  iştirak  etmə  dərəcəsini  göstərən  qocalma 

indeksi I

q

 [2] hesablanmışdır. 

Geobotaniki tədqiqatların aparılması zamanı B.A. Yursevin [11], R.V. Kamelinin [7] 

metodikalardan istifadə edilmişdir. 



 

NƏTİCƏLƏRİN MÜZAKİRƏSİ 

Regionda  yarımsəhralıq  bitkilik  tipində  Xeranthemumeta  cylindraceaes  formasiyası 

daxilində  sığırquyruqlu  -  qanqallı  -  süpürgəgüllük,    yağtikanlı  -  qanqallı  -  süpürgəgüllük,  

kuziniyalı - sürvəli - süpürgəgüllük assosiasiyalarında qeyd olunmuş SP tərkibi, yarusluluğu, 

bolluğu, lahiyə örtüyü öyrənilmişdir (cəd. 1). 

 

Cədvəl 1. Regionda X. cylindraceum növünün fitosenoloji analizi 

B

it

kil



iy

in t


ipi

 

F



or

masiya


  

 

 



Assosiasiya 

 

 



Fitosenozun tərkibi 

B

it



kil

iy

in 



layihə

 ör


tüyü 

(%)


 

 Növün 

boll


uğu

 

Ya

rimsəhr



alı

S



il

indrva


ri süpür

güll



ük

 

(Xe



rant

he

mum

eta cy

li

nd

race

ae

s)

 

Qanqallı-süpürgəgüllük 



(Xeranthemum  cylindraceae 

+  Onopordon  acanthium+ 

Verbascum saccatum) 

 

 



 

 

Yağtikanlı  -  qanqallı  -



süpürgəgüllük 

(Xeranthemum  cylindraceae 



+  Alhagi  pseudoalhagi  + 

Onopordon acanthium) 

 

 



 

Kuziniyalı 

sürvəli 


-

süpürgəgüllük 

(Xeranthemum  cylindraceae 

+      Salvia  limbata  + 

Cousinia macroptera

yarus: 



Onopordon 

acanthium, 

Verbascum 

saccatum,  

II 


yarus: 

Xeranthemum 

cylindraceae, 

Kalidium 

caspicum 

 



yarus: 

Onopordon 

acanthium, Stipa capillata 

II 


yarus: 

Alhagi 

pseudoalhagi, 

Xeranthemum cylindraceae 

III 


yarus: 

Serratula 

coronata, 

Agropyron 

cristatum  

 

I yarus: Salvia limbata 



II 

yarus: 


Cousinia 

macroptera 

III  yarus:  Xeranthemum 



cylindraceae 

 

 



70 

 

 



 

 

 



30 

 

 



 

 

 



 

 

 



35 

 

 



Soc 

 

 



 

 

 



Cop

 



 

 

 



 

 

 



 

Cop




Yüklə 7,48 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin