Al-lulu vəl-mərcan


Saleh Kimsələrlə Oturub-Durmağın Və Pis Kimsələrdən



Yüklə 5,61 Mb.
Pdf görüntüsü
səhifə56/64
tarix21.04.2017
ölçüsü5,61 Mb.
#15074
1   ...   52   53   54   55   56   57   58   59   ...   64

 

 

Saleh Kimsələrlə Oturub-Durmağın Və Pis Kimsələrdən 



(Məclislərdən) Uzaq Olmağın Müstəhəb Olması 

 

 



 

1688.  Əbu  Musa    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Yaxşı  dostla  pis 

dostun  məsəli  ətir  satanla  körük  vuranın  məsəlinə  bənzəyir.  Ətir  satana 

gəlincə, ya o sənə ətir bağışlar, ya sən ondan ətir alarsan, ya da ondan gözəl iy 

gəldiyini  duyarsan.  Körük  vurana  gəldikdə isə, ya o sənin  paltarını yandırar, 

ya da ondan pis iy gəldiyini duyarsan.” (Buxari 5534, Muslim 6860, 2628/146) 

 

 

 

Qız Uşaqlarıyla Yaxşı Münasibətdə Olmağın Fəziləti 

 

 

 



1689. Aişə  demişdir: “Bir qadın iki qızı ilə birlikdə yanıma gəlib (yeməyə 

bir şey) istədi. Məndə bircə dənə xurma var idi. Mən xurmanı ona verdim, o da 

onu iki yerə bölüb qızların hər birinə bir yarısını verdi, özü isə ondan yemədi. 

Qadın  durub  getdikdən sonra Peyğəmbər    bizim  yanımıza  daxil oldu. Mən 

(baş  verənləri)  ona  xəbər  verdikdə  o  buyurdu:  “Kim  qız  uşaqları  ilə  sınağa 

çəkilsə  (onların  qayğısına  qalsa  və  onlara  gözəl  tərbiyə  versə),  bu  qızlar 

(onunla)  Cəhənnəm  odu  arasında  onu  qoruyan  bir  sipər  olar.”  (Buxari  1418, 

5995, Muslim 6862, 2629/147) 

 

 

 


 

 

749 



Uşağı Ölən Və Buna Görə Savab Gözləyən Kimsənin 

Fəziləti 

 

 



 

1690. Əbu Hureyrə  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Üç övladı ölən 

hər  hansı  bir  müsəlmanın  kimsə  Cəhənnəmə  girməz,  yalnız  Allahın  vədi 

yerinə yetəcək qədər girər”. (Buxari 1251, Muslim 6866, 2632/150) 

 

 

 



1691. Əbu Səid  rəvayət edir ki, bir qadın Peyğəmbərin  yanına gələrək: “Ya 

Rəsulullah! Kişilər sənin sözlərini öyrəndilər. O, halda biz qadınlar üçün də bir 

gün ayır bizlər o, günü gəlib səni dinləyək. Sən də Allahın sənə öyrətdiyindən 

bizlərə  öyrət”  dedi.  Peyğəmbər:  “Filan  və  Filan  günü,  filan  yerdə  toplaşın” 

deyə  buyurdu.  Qadınlar  o,  günlərdə  və  o  yerlərdə  toplandılar.  Peyğəmbər   

onların yanına gəldi və Allahın ona öyrətdiyi şeylərdən onlara öyrətdi”. Sonra 

Peyğəmbər   qadınlara:  “İçinizdən  elə  bir  qadın  yoxdur  ki, övladlarından  üç 

övladı axirətə ondan öncə yollansın və bunlar onun üçün Cəhənnəmə qarşı bir 

sipər  (pərdə)  olmasın”  deyə  buyurdu.  Qadınlardan  biri:  “Ya  Rəsulullah!  İki 

övladı  ölsədə?”  deyə  iki  dəfə  təkrar  edərək  soruşdu.  Peyğəmbər    üç  dəfə 

təkrar edərək: “İki övlad, iki övlad, iki övlad da elədir” deyə buyurdu.  (Buxari 

7310, Muslim 6868, 2633/15) 

 

 

 



1692. Əbu Hureyrə   rəvayət edir ki, Peyğəmbər   buyurdu: “Həddi buluğa 

çatmamış üç uşaq”. (Buxari 102, Muslim 6869, 2634/153) 

 

 

 

Allah Bir Qulunu Sevdiyi Zaman Onu Qullarına Da 



Sevdirir 

 

 

750 



 

 

 



1693. Əbu Hureyrə   rəvayət edir ki, Peyğəmbər   buyurdu: “Uca və Böyük 

olan  əgər  Allah  bir  qulunu  sevərsə  əmr  edər  Cəbrailə:  «Şübhəsiz  Allah  filan 

qulu  sevər,  sən  də  onu  sev!»  deyə  nida  edər.  Cəbrail  də  onu  sevər.  Sonra 

Cəbrail  da  səmadakıları  səsləyərək:  «Şübhəsiz  Allah  filan  qulu  sevir,  siz  də 

onu  sevin!».  Səmadakılar  da  onu  sevərlər.  Sonra  da  onun  sözü  yer  üzündə 

məqbul  (qəbul)  sayılar.  (Başqa  rəvayətdə:  Əgər  Allah  bir  qulu  sevməzsə  əmr 

edir Cəbrailə: «Şübhəsiz Allah filan qulu sevmir, sən də onu sevmə!» deyə nida 

edər.  Cəbrail  də  onu  sevməz.  Sonra  Cəbrail  da  səmadakıları  səsləyərək: 

«Şübhəsiz Allah filan qulu sevmir, siz də onu sevməyin!». Səmadakılar da onu 

sevməzlər. Sonra da yer üzündə olan insanların qəlbində (Allah tərəfindən) o, 

kimsə  haqqında  nifrət  və  kin  qoyular)”.  (Buxari  6040,  7485,  Muslim  6873, 

2637/157) 

 

 

 

Kişi Sevdiyi İlə Birlikdədir 

 

 

 



1694.  Ənəs    rəvayət  edir  ki,  (çöl  ərəblərindən)  bir  nəfər  Peyğəmbərin   

yanına  gələrək  soruşdu:  “Ya  Rəsulullah!  Qiyamət  nə  zaman  qopacaq!”. 

Peyğəmbər:  “Sən  Qiyamətə  nə  hazırlamısan?”  deyə  buyurdu.  O:  “Mən 

(Qiyamətə) elə də çox namaz, oruc, sədəqə hazırlamadım. Lakin Mən Allah və 

Rəsulunu  sevirəm”  dedi.  Peyğəmbər:  “Sən  sevdiklərinlə  bərabərsən”  deyə 

buyurdu. (Buxari 6171, 7153, Muslim 6883, 2639/164) 

 

 

 



1695. Əbu Musa  rəvayət edir ki, Peyğəmbərə : “Bir kimsə qovuşmadığı bir 

topluluğu sevir” dedilər. Peyğəmbər: “Kişi sevdiyi kimsə ilə bərabərdir” deyə 

buyurdu. (Buxari 6170, Muslim 6888, 2640/165) 

 


 

 

751 



 



 

 

 

 



 

Qədər Kitabı 

 

 



 

 

 


 

 

752 



 

 

İnsanın Ana Bətnində Yaradılışının Keyfiyyəti Ruzisi, 



Əcəli, Əməli Və Xoşbəxt Və Ya Bədbəxt Olmasının 

Yazılması 

 

 



 

 

1696. Abdullah  İbn Məsud    demişdir:  “Doğru danışan  və  doğruluğu  təsdiq 



edilmiş  Rəsulullah    bizə  belə  bir  hədis  danışmışdır:  “Sizlərdən  hər  kəs 

anasının  bətnində  xəlq  edilərkən  ilk  qırx  gün  ərzində  nütfə  halında,  sonrakı 

qırx gündə qan laxtası, daha sonrakı qırx gündə isə ət parçası olur. Sonra Allah 

(onun yanına) bir mələk göndərir. Bu mələyə dörd şey (yazmaq) əmr edilir və 

ona:  “(Bu  uşağın)  əməlini,  ruzisini,  əcəlini,  bədbəxt  və  ya  xoşbəxt  olacağını 

yaz!” deyilir. Sonra ona ruh üfürülür. Həqiqətən, içinizdən kimsə o qədər yaxşı 

işlər görə bilər ki, axırda onunla Cənnət arasında bir ərəş məsafə qalar. Lakin 

əzəldən  yazılmış  qədəri  onu  qabaqlayar  və  o,  Cəhənnəm  əhlinin  əməlinə 

bənzər  əməllər  edər.  (Həmçinin)  biriniz  o  qədər  pis  işlər  görər  ki,  axırda 

onunla  Cəhənnəm  arasında  bir  ərəş  məsafə  qalar.  Lakin  əzəldən  yazılmış 

qədəri  onu  qabaqlayar  və  o,  Cənnət  əhlinin  əməlinə  bənzər  əməllər  edər.” 

(Buxari 3208, 6594, Muslim 6893, 2643/1) 

 

 

 



1697.  Ənəs  İbn  Məlik    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Allah  ana 

bətninə bir mələk (göndərər) və mələk: “Ya Rəbbim! Nütfə, Ya Rəbbim! Aləqa, 

Ya  Rəbbim!  Mudğa”.  Allah  onu  xəlq  etmək  istədikdə  (Mələk):  “Oğlan  yoxsa 

qız,  xoşbəxt  yoxsa  bədbəxt,  Ruzisi  nədir?  Əcəli  Nədir?”.  Bütün  bunlar  ana 

bətində ikən yazılır”. (Buxari 318, Muslim 6900, 2646/5) 

 


 

 

753 



 

 

1698.  Əli    demişdir:  “Biz  Bəqiul-ğarqadda  (qəbristanıq)  bir  cənazənin 



dəfnində  iştirak  edərkən  Peyğəmbər    bizim  yanımıza  gəlib  oturdu,  biz  də 

onun  ətrafında  oturduq.  Əlində  əsa  var  idi.  O,  başını  aşağı  əydi  və  əlindəki 

əsanı yerə vurmağa başladı. Sonra buyurdu: “Sizin hər birinizin, habelə bütün 

bəşəriyyətin  Cənnətdə  və  ya  Cəhənnəmdə  tutacağı  yer  (əzəldən  qədərə) 

yazılmışdır. Həmçinin bədbəxt və ya xoşbəxt olacağı da yazılmışdır.” (Bu vaxt) 

bir  nəfər  dedi:  “Ey  Allahın  elçisi!  Elə  isə  qədərimizə  yazılana  arxayın  olub 

əməlləri  tərk  edəkmi?  Onsuz  da  xoşbəxt  olanımız  xoşbəxt  bəndələrin 

əməllərini yerinə yetirəcək, bədbəxt olanımız da bədbəxt bəndələrin əməllərini 

yerinə  yetirəcək”.  Peyğəmbər:  “Xoşbəxt  olanlara  xoşbəxt  insanların  əməli, 

bədbəxt  olanlara  isə  bədbəxt  insanların  əməli  müyəssər  olacaq.  Sonra 

Peyğəmbər    (bu  ayələri)  oxudu:  “Kim  (haqqı  olanın  haqqını)  verir  və 

Allahdan  qorxursa  və  ən  gözəl  olan  (“Lə  Ilahə  Illəllah”  kəlməsini)  təsdiq 

edirsə,  Biz  onu  ən  asan  olana  nail  edəcəyik.  Kim  də  xəsislik  edərək  Rəbbinə 

ehtiyacı  olmadığını  güman  edirsə  və  ən  gözəl  olan  (“Lə  Ilahə  Illəllah” 

kəlməsini)  yalan  hesab  edirsə,  Biz  onun  üstünə  ən  çətin  olanı  yükləyəcəyik”. 

(əl-Leyl). (Buxari 1362, Muslim 6901, 2647/6) 

 

 



 

1699. İmran İbn Husayn  demişdir: “(Bir dəfə) bir nəfər (Peyğəmbərə ) dedi: 

“Ya  Rəsulullah,  kimlərin  Cənnət  əhli,  kimlərin  də  Cəhənnəm  əhli  olduğu 

bəllidirmi?”.  Peyğəmbər:  “Bəli!”  dedi.  Adam  soruşdu:  “Elə  isə  insanların 

gördükləri  işlər  nəyə  lazımdır?”. Peyğəmbər:  “Hər  kəs  nə üçün  yaradılmışsa, 

(yaxud hər kəsə nə asanlaşdırıl-mışsa), ona uyğun da əməl edər.” (Buxari 6596, 

Muslim 6907, 2649/9) 

 

 



 

 

754 



 

1700. Səhl İbn Səd əs-Saidi  rəvayət edir ki, (yürüşlərin birində) Peyğəmbər  

(və  onun  əshabələri)  müşriklərlə  üz-üzə  gəlib  döyüşməyə  başladılar.  (Bir 

müddətdən  sonra)  Peyğəmbər    öz  düşərgəsinə,  müşriklər  də  öz 

düşərgələrinə  çəkildilər.  Peyğəmbərin    əshabələri  arasında  elə  birisi  var  idi 

ki, (döyüşdə) heç bir fürsəti əldən verməmiş, çatdığı hər kəsi qılıncdan keçirib 

qətlə  yetirmişdi.  (Bəziləri)  dedilər:  “Bu  gün  bizim  heç  birimiz  filankəs  kimi 

döyüşmədi”.  Peyğəmbər:  “(Filankəsə)  gəlincə,  o,  Cəhənnəm  əhlindəndir!” 

Əshabələrdən  biri:  “Bu  gün  mən  onu  izləyəcəyəm”  dedi  və  onun  dalınca 

düşdü.  Adam  hər  dayandıqda,  əshabə  onunla  bərabər  dayanar,  tez-tez 

getdikdə isə (ona çatmağa) tələsərdi. Sonra həmin adam ölümcül yaralandı və 

canını  (əzab-əziyyətdən)  qurtarsın  deyə  qılıncının  qəbzəsini  yerə  dayadı, 

tiyəsini  də  sinəsinə  dirədi,  sonra  da  özünü  qılıncının  üstünə  yıxdı.  (Bu 

hadisədən  sonra)  əshabə  Peyğəmbərin    yanına  gəlib  dedi:  “Mən  şahidlik 

edirəm  ki,  sən  Allahın  Elçisisən!”.  Peyğəmbər:  “Nə  olub  ki?”.  (Əshabə)  dedi: 

“Bayaq sən bir adamın Cəhənnəm əhlindən olduğunu  söylədin və bu, hamını 

heyrətə  saldı.  Onda  mən  (öz-özümə):  “Mən  onun  barəsində  sizə  (bir  xəbər) 

gətirərəm” dedim və həmin adamı izləməyə başladım. Bu əsnada həmin adam 

ölümcül  yaralandı  və  canını  (əzab-əziyyətdən)  tez  qurtarmaq  üçün  qılıncının 

qəbzəsini  yerə  dayadı,  tiyəsini  də  sinəsinə  dirədi,  sonra  da  özünü  qılıncının 

üstünə  yıxaraq  canına  qəsd  etdi.”  Bunu  eşidəndə  Peyğəmbər    buyurdu: 

“Həqiqətən,  insanlara  kimsənin  Cənnət  əhlinin  əməli  kimi  bir  əməl  etdiyi 

görünə bilər, (halbuki) həmin adam Cəhənnəm əhlindəndir. Həmçinin onlara 

kimsənin  Cəhənnəm  əhlinin  əməli  kimi  bir  əməl  etdiyi  görünə  bilər,  halbuki 

həmin adam Cənnət əhlindəndir.” (Buxari 4202, Muslim 6911, 2651/12) 

 

 

 

Adəm  İlə Musanın  Höccətləşməsi 

 

 



 

1701. Əbu Hureyrə  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Adəm ilə Musa 

Rəbbləri  qatında  bir-birləri  ilə  mücadələ  etdilər.  (Nəticədə  Adəm,  Musaya 


 

 

755 



hüccətlə  qələbə  çaldı).  Musa:  «Ey  Adəm!  Sən,  bizim  atamız,  bzləri  naümüd 

edərək  cənnətdən  çıxardın  (Başqa  rəvayətdə:  Allahın  əli  ilə  yaratdığı,  öz 

ruhundan üfürdüyü, mələklərini sənə səcdə etdirdiyi, Cənnətdə yerləşdirdiyi, 

sonra  da  etdiyin  xətadan  ötrü  insanları  yer  üzünə  endirən  Adəm  deyilsən?)» 

deyə soruşdu. Adəm: «Sən, Allahın Rəsulu və kəlimi olaraq seçdiyi, içində hər 

şeyin  bəyanı  olan  Lövəhləri  verdiyi  və  səninlə  (vasitəçisiz)  danışmaq  üçün 

Allahın özünə yaxınlaşdırdığı Musa deyilsən? (Başqa rəvayətdə: Səncə Mənim 

yaradılmağımdan  neçə  il  əvvəl  Allahın  Tövratı  yazdığını  bilirsən?»  deyə 

soruşdu. Musa: «Qırx il əvvəl» deyə cavab verdi. Adəm: «Tövratın içində: «Və 

Adəm  Rəbbinə  asi  oldu…».  (Ta  ha  121)  ayəsini  oxudunmu?»  deyə  soruşdu. 

Musa:  «Bəli,  oxudum»  deyə  cavab  verdi).  Adəm:  «Elə  isə  Allahın  məni 

yaratmamışdan qırx il əvvəl üzərimə yazdığı və edəcəyim bir işdən ötrü məni 

qınayırsan?»  dedi.  Peyğəmbər:  «Beləcə  Adəm,  Musanı  hüccətlə  məğlub  etdi! 

(qalib gəldi)» deyə üç dəfə (bu cümləni təkrar) buyurdu. (Buxari 6614, Muslim 

6912, 6913, 6915, 2652/13) 

 

 

 

Adəm Oğlunun Zina Və Başqa Şeylərdən Qədərinin Təqdir 



Edilməsi 

 

 



 

1702. Əbu Hureyrə  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Adəm oğlunun 

zinadan bir nəsibi vardır. Heç şübhəsiz ki, o buna mütləq düşəcəkdir. Gözlərin 

zinası  baxmaqdır.  Qulaqların  zinası  dinləməkdir.  Dilin  zinası  danışmaqdır. 

Əlin zinası tutmaqdır. Ayağın zinası addımlamaqdır. O ki, qaldı nəfsə arzu və 

təmənna edir. Övrət yeri ya bunu təsdiq edəcəkdir, ya da inkar”. (Buxari 6612, 

Muslim 6924, 2657/20) 

 

 

 

Hər Doğulan Fitrət Üzərə Doğular – Hədisinin Mənası Və 

Ölən Kafir Uşaqları İlə Müsəlman Uşaqlarının Hökmü 

 


 

 

756 



 

 

 



1703.  Əbu  Hureyra    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Hər  bir  körpə 

fitrəti  üzərində  (tövhidə  meyilli  olaraq)  doğulur.  Sonra  ata-anası  onu  ya 

yəhudi,  ya  xristian,  ya  da  məcusi  edir.  Beləcə,  heyvanlar  da  gözəl  biçimdə 

yaranır. Heç sən onların arasında qulağı kəsik bir heyvan görürsənmi?” Sonra 

Əbu  Hureyra    bu  ayəni  oxudu:  “Hənif

145

 olaraq  üzünü  dinə  tərəf  çevir! 

Allahın  insanlara  –  xəlq  etdiyi  şüurlu  məxluq  kimi  verdiyi  fitrət  budur. 

Allahın yaratdığını heç cür dəyişdirmək olmaz. Doğru din budur...”. (Ər-Rum 

30). (Buxari 1359, 1358, 4775, Muslim 6926, 2658/22) 

 

 



 

1704.  Əbu  Hureyrə    rəvayət  edir  ki,  Peyğəmbərdən    müşriklərin  ölən 

uşaqları  barəsində soruşuldu.  Peyğəmbər: “Allah  onları  nə  edəcəklərini  daha 

yaxşı bilir” deyə buyurdu. (Buxari 1384, Muslim 6933, 2659/26) 

 

 

 



1705. İbn Abbas  demişdir: “Peyğəmbərdən  müşriklərin uşaqları haqqında 

soruşdular.  O  buyurdu:  “Allah  onları  yaratdığı  zaman  onların  nə  əməllər 

edəcəklərini yaxşı bilir.” (Buxari 1383, Muslim 6936, 2660/28) 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

                                                



145

 Batildən haqqa yönəlib Tək Allaha ibadət etmək. 



 

 

757 



 



 

 

 

 



 

Elm Kitabı 

 

 



 

 

 


 

 

758 



 

 

Quranın Mütəşabihlərinə Tabe Olmağın Qadağan Olması, 



Ona Tabe Olanlardan Çəkindirmək Və Qura Barədə İxtilafa 

Düşməyin Qadağan Olması 

 

 



 

1706.  Aişə    demişdir:  “Peyğəmbər    bu  ayəni  oxudu:  “Kitabı  sənə  nazil 



edən  Odur.  O  Kitabın  bir  qismi  mənası  aydın ayələrdir  ki,  bunlar da  Kitabın 

anasıdır.  Digərləri  isə  mənası  aydın  olmayan  ayələrdir.  Qəlblərində  əyrilik 

olanlar  fitnə-fəsad  törətmək  və  istədikləri  kimi  yozmaq  məqsədilə  mənası 

aydın  olmayanın  ardınca  düşərlər.  Onun  yozumunu  isə  Allahdan  başqa  heç 

kəs  bilməz.  Elmdə  qüvvətli  olanlar  isə  deyərlər:  “Biz  onlara  iman  gətirdik, 

hamısı  bizim  Rəbbimizdəndir”.  Bunu  isə  ancaq  ağıl  sahibləri  dərk  edərlər”. 

Aişə: “Peyğəmbər  (mənə) buyurdu: “Əgər mənası aydın olmayan (ayələrin) 

ardınca  düşənləri  görsən,  (bil  ki,)  bunlar  Allahın  (ayədə)  adlandırdığı 

kimsələrdir, onlardan uzaq ol!” (Buxari, 4547, Muslim 6946, 2665/1) 

 

 

 



1707. Cundəb İbn Abdullah  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Quran 

xüsusunda  canbir  qəlb  olduqca  onu  oxuyun.  İxtilafa  düşdüyünüz  zaman  isə 

söhbətinizə son qoyun”. (Buxari 5060, 7364, Muslim 6949, 2667/4) 

 

 

 

Ən Qatı Mübahisə Edənlər Haqqında 

 

 



 

1708.  Aişə    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “(İnsanlar  arasında) 

Allahın  ən  nifrət  etdiyi  adam,  ən  qatı  mübahisə  edəndir.”  (Buxari  2457, 

Muslim 6951, 2668/5) 



 

 

759 



 

 

Yəhudi Və Nəsranilərin Sünnətinə (Yoluna) Tabe Olmaq 

 

 

 



1709.  Əbu  Səid    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Siz  özünüzdən 

əvvəlkilərin  yolunu  tutub  qarış-qarış,  ərəş-ərəş  gedəcəksiniz.  Hətta  onlar 

kərtənkələ  yuvasına  girsələr  belə,  siz  də  ora  girəcəksiniz”  Biz  dedik:  “Ya 

Rəsulullah, yəhudiləri və xristianlarımı (qəsd edirsən)?” Dedi: “Başqa kim (ola 

bilər ki)?!” (Buxari 3456, 7320, Muslim 6952, 2669/6) 

 

 

 

Axır Zamanda Elmin Qaldırılması, Cahillik Və Fitnələrin 

Zühr Etməsi 

 

 



 

1710.  Ənəs    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Elmin  aradan 

qaldırılması,  cahilliyin  kök  atması,  şərabın  (çox)  içilməsi  və  zinakarlığın 

yayılması  Qiyamət  Saatının  əlamətlərindəndir.”  (Buxari  80,  Muslim  6959, 

2672/10) 

 

 



 

1711.  Əbu  Musa    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Qiyamətə  yaxın 

elə  bir  günlər  olacaq  ki,  elm  qaldırılacaq,  cahillik  nazil  olur  və  Hərc  –  ölüm 

(öldürmək) halları çoxalacaqdır”. (Buxari 7063, 7064, Muslim 6959, 2672/10) 

 

 

 



1712.  Əbu  Hüreyrə    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Zaman 

 

 

760 



yaxınlaşdıqca  elm  alınacaq  (qaldırılacaq),  fitnələr  zühur  edəcək,  xəsislik 

(qəlblərdə)  yerləşəcək  və  Hərc  çoxalacaq”.  Səhabələr:  “Hərc  nədir?”  deyə 

soruşdular.  Peyğəmbər    iki  dəfə:  “Qətldir!”  deyə  cavab  verdi.  (Buxari  7061, 

Muslim 6964, 2673/11) 

 

 

 



1713.  Abdullah  İbn  Amr  İbn  As    rəvayət  edir  ki,  mən  Peyğəmbərin    belə 

dediyini eşitdim: “Allah, elmi (Öz) qullarının (qəlbindən) silib götürməklə onu 

aradan  qaldırmaz.  Lakin  O,  alimləri  aradan  götürməklə  elmi  aradan  qaldırar. 

Nəhayət,  bir  alim  belə  saxlamaz.  Onda  insanlar  özlərinə  cahil  başçılar  seçər. 

Sonra  o  başçılara  suallar  verilər  və  onlar  da  elmsiz  olaraq  cavab  verərlər. 

Beləliklə  də,  həm özləri  azğınlığa  düşər,  həm  də  insanları  azğınlığa salarlar.” 

(Buxari 100, Muslim 6971, 2673/13) 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 

761 



 



 

 

 

 



 

Zikr, Dua, Tövbə və 

İstiğfar Kitabı 

 

 



 

 

 

 


 

 

762 



 

 

Allahı Zikr Etməyə Təşviq 

 

 

 



1714.  Əbu  Hureyra    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Uca  Allah 

buyurur:  “Mən  qulumun  barəmdəki  zənni  yanındayam,  Məni  yad  etdikcə 

onunlayam.  O Məni öz-özlüyündə yad  etsə,  Mən  də onu  Öz-Özlüyümdə  yad 

edərəm. O məni camaatın yanında yad edərsə, Mən onu onlardan daha xeyirli 

bir  toplumun  (mələklərin)  yanında  yad  edərəm. O  Mənə  bir  qarış yaxınlaşsa, 

Mən ona bir ərəş yaxınlaşaram. O Mənə bir ərəş yaxınlaşsa, Mən ona bir qulac 

yaxınlaşaram.  O  Mənə  doğru  yeriyərək  gəlsə,  Mən  ona  doğru  yüyürərək 

gələrəm.” (Buxari 7405, Muslim 6981, 2675/2) 

 

 

 

Allahın İsimləri Və Onları Saymağın Fəziləti 

 

 

 



1715. Əbu Hureyra  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Allahın doxsan 

doqquz – yüzdən bir əskik – adı var. Kim onları sadalasa, Cənnətə daxil olar.” 

Başqa rəvayətdə: “O Vitdri və Vitri – tək olanı da sevir” (Buxari 6410, Muslim 

6986, 2677/6) 

 

 

 

Duada Qətiyyətlik Və Əgər İstəyirsənsə - Sözünü 



Deməmək 

 

 



 

 

763 



 

1716. Əbu Hureyra  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Sizdən heç kəs 

deməsin  ki:  “Allahım,  əgər  istəyirsənsə,  məni  bağışla,  Allahım,  əgər 

istəyirsənsə,  mənə  rəhm  et!”  Qoy  hər  kəs  qətiyyətlə  dua  etsin.  Çünki  heç  kəs 

Allahı nəyəsə vadar edə bilməz.” (Buxari 6338, Muslim 6987, 2678/7) 

 

 



 

1717. Əbu Hureyra  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Sizdən heç kəs 

deməsin ki: “Allahım, əgər istəyirsənsə, məni bağışla, mənə rəhm et!” Qoy hər 

kəs  qətiyyətlə  dua  etsin.  Çünki  heç  kəs  Allahı  nəyəsə  vadar  edə  bilməz.” 

(Buxari 6339, Muslim 6989, 2679/9) 

 


Yüklə 5,61 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin