Al-lulu vəl-mərcan


Səhabələri Söyməyin Haram Olması (Qadağan Olması)



Yüklə 5,61 Mb.
Pdf görüntüsü
səhifə55/64
tarix21.04.2017
ölçüsü5,61 Mb.
#15074
1   ...   51   52   53   54   55   56   57   58   ...   64

 

 

Səhabələri Söyməyin Haram Olması (Qadağan Olması) 

 

                                                



144

 "Ey  iman  gətirənlər!  Bilə-bilə  Allaha,  Onun  Peyğəmbərinə  və  aranızdakı  əmanətlərə  xəyanət  etməyin". 



(əl-Ənfal  27).  "Yusif  dedi:  Bu  ona  görədir  ki,  vəzir  (evdə)  olmadıqda  mənim  ona  xəyanət  etmədiyimi  və 

Allahın  xainlərin  hiylələrinə  yol  vermədiyini  bilsin".  (Yusuf  52).  Useymin    deyir  ki:  "Xəyanət  etmək 

haramdır. Lakin Hiylə döyüş zamanı icazə verilir". Əbu Hureyra  rəvayət edir ki, Peyğəmbər  buyurdu: 

"Müharibə yalandır (hiylədir)". Buxari 3029.  


 

 

734 



 

 

1650.  Əbu  Səid  əl-Xudri    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Mənim 



əshabələrimi  söyməyin!  Əgər  sizdən  biriniz  Uhud  dağı  boyda  qızıl  sədəqə 

versə,  onlardan  birinin  verdiyi  bir  ovuc  sədəqəyə,  hətta  yarısına  belə  çata 

bilməz” (Buxari 3673, Muslim 6651, 6652, 2540/221) 

 

 

 

Farsların Fəziləti 

 

 



 

1651.  Əbu  Hureyra    demişdir:  “(Bir  dəfə)  biz  Peyğəmbərin    yanında  ikən 

ona “əl-Cumuə” surəsi nazil oldu: “Allah səni hələ müsəlmanlara qoşulmamış 

başqalarına  da  elçi  göndərmişdir...”  Mən  soruşdum:  “Kimdir  onlar,  ya 

Rəsulullah?” O mənə cavab vermədi. Mən sualımı üç dəfə təkrar etdim. Həmin 

vaxt Salman Farisi bizim aramızda idi. Peyğəmbər   əlini Salmanın (ayağının 

üstünə)  qoyub  dedi:  “Hərgah  iman  Sürəyya  ulduzunun  yanında  olsaydı,  bu 

adamlar ora da gedib çıxardılar.” (Buxari 4897, Muslim 6662, 2546/231) 

 

 

 

Peyğəmbərin : İnsanlar Yüz Dəvəyə Bənzəyir Ki, 

Aralarında Minmək Üçün Bir Dəvə Tapmaq Çox Çətindir  

 

 



 

1652.  Abdullah  İbn  Ömər    demişdir:  “Mən  Peyğəmbərin    belə  dediyini 

eşitmişəm: “İnsanlar yüz dəvəyə bənzəyir ki, aralarında minmək üçün bir dəvə 

tapmaq çox çətindir.” (Buxari 6498, Muslim 6663, 2547/232) 

 

 


 

 

735 



 



 

 

 

 



 

Yaxşılıq, Qohumluq 

Əlaqələri Və Ədəb Kitabı 

 

 



 

 

 


 

 

736 



 

 

Valideynlərlə Yaxşı Davranmaq Və Hansının Yaxşı 



Münasibətə Daha Haqlı Olduğu 

 

 



 

1653.  Əbu  Hureyra    rəvayət  edir  ki,  bir  nəfər  Peyğəmbərin    yanına  gəlib 

dedi: “Ya Rəsulullah, mən ən çox kimə qayğı göstərməliyəm?” Dedi: “Anana!” 

Adam (yenə) soruşdu: “Sonra kimə?” Dedi: “Anana!” Adam (bir də) soruşdu: 

“Sonra  kimə?” Dedi: “Anana!”  (Axırıncı  dəfə):  “Sonra  kimə?” soruşduqda, o: 

“Atana!” dedi.” (Buxari 5971, Muslim 6664, 2548/1) 

 

 

 



1654.  Abdullah  İbn  Amr    demişdir:  “(Bir  dəfə)  bir  nəfər  Peyğəmbərin   

yanına  gəlib  cihada  getmək  üçün  izn  istədi.  Peyğəmbər:  “Valideynlərin 

sağdırmı?” O: “Bəli!” deyə cavab verdi. Peyğəmbər: “Elə isə onlar üçün çalış.” 

(Buxari 3004, 5972, Muslim 6668, 2549/5)  

 

 

 

Valideynlərlə Yaxşı Davranmağın Nafilə Namazlarından Və 



Digərlərindən Qabaq Olması 

 

 



 

 


 

 

737 



1655.  Əbu  Hureyra    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Beşikdə  olan 

körpələrdən  ancaq  üçü  (İsrail  oğullarından)  danışmışdır.  (Onlardan  biri)  İsadır. 

(İkincisinə gəlincə,) İsrail oğulları  arasında Cureyc  adlı  bir  (rahib)  var idi.  (Bir 

dəfə)  o  namaz  qılarkən  anası  gəlib  onu  çağırdı.  O  öz-özünə  dedi:  “Anama 

cavab  verim,  ya  namazımı  davam  edim?”  Anası  dua  edib  dedi:  “Allahım, 

oğlum  pozğun  qadınların  üzünə  baxmayınca,  onun  canını  alma!”  Bir  dəfə 

Cureyc  öz  komasında  ikən  (pozğun)  bir  qadın  gəlib  onu  yoldan  çıxartmaq 

istədi, lakin o imtina etdi. Belə olduqda qadın bir çobanın yanına gedib onunla 

yaxınlıq etdi və (bir müddət keçdikdən sonra) dünyaya uşaq gətirdi. (Camaat 

ondan uşağın  kimdən olduğunu  soruşduqda):  “Cureycdəndir!”  dedi. Camaat 

gedib  onun  komasını  dağıtdı,  özünü  də  oradan  bayıra  atdı  və  onu  söyüb 

biyabır etdi. Onda Cureyc dəstəmaz alıb namaz qıldı, sonra da dünyaya gəlmiş 

körpənin yanına  gəlib  dedi: “Atan  kimdir,  ay  uşaq?”  Uşaq:  “Çobandır”  dedi. 

(Kənd əhalisi ona): “İstəyirsənsə, sənə qızıldan koma quraq?” deyə təklif etdi. 

O:  “Xeyr,  ancaq  gildən  olsun!”  dedi.(O  ki  qaldı  üçüncü  körpəyə,)  İsrail 

oğullarından  olan  bir  qadın  öz  uşağını  əmizdirərkən  yaraşıqlı  bir  atlı  onun 

yanından keçdi. Uşağın anası (atlını görüb) dedi: “Allahım, mənim oğlumu da 

bunun kimi et!” Bu vaxt uşaq anasının döşünü buraxıb atlıya tərəf üz tutdu və 

dedi:  “Allahım,  məni  onun  kimi  etmə!”.  Əbu  Hureyra:  “Mən  sanki 

Peyğəmbərin  öz barmağını sovurduğunu görürəm”. Peyğəmbər: “Sonra bir 

kəniz  oradan  keçdi  və  uşağın  anası  dedi:  “Allahım,  mənim  oğlumu  bunun 

kimi etmə!” Bu vaxt uşaq anasının döşünü buraxıb dedi: “Allahım, məni onun 

kimi  et!”  Sonra  yenə  anasının  döşünü  əmməyə  başladı.  Anası  dedi:  “Niyə 

belə?”  Uşaq  dedi:  “O  atlı qəddar  adamlardan  biridir.  Bu  kəniz  barəsində isə: 

“O, zina edib, oğurluq edib” deyirlər, halbuki o belə bir iş tutmayıb.” (Buxari 

3436, Muslim 6673, 2550/8) 

 

 

 

Qohumluq Əlaqəsi Saxlamaq Və Kəsmək Haqda 

 

 

 



1656. Əbu Hureyra  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Allah məxluqatı 

yaratdı,  yaradılışı  başa  çatdırdıqdan  sonra  qohumluq  əlaqəsi  ayağa  qalxıb  ər-

Rəhmanın  ətəyindən  yapışdı.  Allah  ondan:  “Nə  olub?”  deyə  soruşdu.  O  dedi: 


 

 

738 



“Bu,  qohumluq  əlaqələrini  kəsməkdən  Sənə  sığınanın  məqamıdır.”  Allah 

buyurdu:  “Səni  birləşdirəni  birləşdirməyimə,  kəsəni  də  kəsməyimə  razı 

deyilsənmi?!” O dedi: “Əlbəttə (razıyam), ya Rəbb!” Allah buyurdu: “Elə belə də 

olacaq!”.  Əbu  Hureyra:  “İstəyirsinizsə,  (bu  ayəni)  oxuyun:  “Əgər  haqdan  üz 



çevirsəniz,  ola  bilsin  ki,  yer  üzündə  fitnə-fəsad  törədəsiniz  və  qohumluq 

əlaqələrini kəsəsiniz.” (Buxari 4830, 5987, 7502, Muslim 6682, 2554/16) 

 

 



 

1657.  Cubeyr  İbn  Mutim    demişdir:  “Mən  Peyğəmbərin    belə  dediyini 

eşitmişəm: “Qohumluq əlaqələrini kəsən adam Cənnətə girməz.” (Buxari 5984, 

Muslim 6684, 6685, 2556/19) 

 

 

 



1658.  Ənəs  İbn  Malik    demişdir:  “Mən  Peyğəmbərin    belə  dediyini 

eşitmişəm:  “Qoy  ruzisinin  artmasını  və  ömrünün  uzanmasını  istəyən  kəs, 

qohumları ilə əlaqə saxlasın.” (Buxari 2067, 5985, Muslim 6687, 6688, 2557/20) 

 

 

 

Həsəd Aparmağın, Düşmənlik Etməyin Və Arxa 

Çevirməyin Qadağan Olması 

 

 



 

1659.  Ənəs  İbn Malik    rəvayət  edir  ki, Peyğəmbər    buyurdu:  “Bir-birinizə 

nifrət  etməyin,  bir-birinizə həsəd  aparmayın,  bir-birinizə  arxa  çevirməyin.  Ey 

Allahın  qulları,  qardaş  olun!  Heç  bir  müsəlmana  üç  gündən  artıq  qardaşı  ilə 

küsülü qalması halal sayılmaz.” (Buxari 6065, Muslim 6699, 2561/26) 

 

 

 

Şərii Bir Üzr Olmadan Üç Gündən Artıq Küsülü Qalmağın 

Haram Olması 


 

 

739 



 

 

 



1660. Əbu Əyyub əl-Ənsari  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Heç bir 

kimsəyə üç gündən artıq qardaşı ilə küsülü qalması halal olmaz. Qarşı-qarşıya 

gəldikdə  bu  (ondan)  üz  çevirir, o  da  (bundan)  üz  çevirir.  Onların ən  xeyirlisi 

salamı birinci verib (sözə) başlayanıdır.” (Buxari 6077, Muslim 6697, 2560/25) 

 

 

 

Zənnə Qapılmağın, Cəsusluq Etməyin, Rəqabət Aparmağın, 



Nifrət Etməyin Və Digər (Pis Əməllərin) Haram Olması 

 

 



 

1661.  Əbu  Hureyra    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Zənnə 

qapılmaqdan  çəkinin!  Çünki  zənn  ən  yalan  söhbətdir.  Bir-birinizin  eybini 

axtarmayın,  casusluq  etməyin,  bir-birinizlə  rəqabət  aparmayın,  bir-birinizə 

həsəd  aparmayın,  bir-birinizə  nifrət  etməyin,  bir-birinizə  arxa  çevirməyin.  Ey 

Allahın qulları, qardaş olun!” (Buxari 6066, Muslim 6701, 2563/28)  

 

 

 

Möminin Başına Gələn Xəstəlik, Üzüntü, Kədər Və Buna 



Bənzər Şeylərin Hətta Ayağına Batan Tikandan Qazanacağı 

Savab Haqda 

 

 



 

1662.  Aişə    demişdir:  “Mən  Peyğəmbər    qədər  ağrılardan  əziyyət  çəkən 

bir adam görməmişəm.” (Buxari 5646, Muslim 6722, 2570/44) 

 


 

 

740 



 

 

1663.  Abdullah  İbn  Məsud    deyir  ki,  qızdırmadan  əziyyət  çəkən 



Peyğəmbərin    yanına  daxil  oldum:  «Ya  Rəsulallah!  Bu  xəstəlikdən  nə  çox 

izdirab  çəkirsən».  Peyğəmbər:  «Bəli,  mənim  xəstəliyim  sizdən  iki  nəfərin  (bu 

xəstəlikdən)  çəkdiyi  izdirab  kimidir».  Mən:  «Bu  ona  görədir  ki,  sən  bu 

xəstəlikdən  iki  qat  əcr  qazanırsan?»  deyə  soruşdum.  Peyğəmbər:  «Bəli,  bu 

belədir  deyərək  istənilən  müsəlmanın  başına  gələn  xəstəlik,  bədəninə  batan 

tikan  və  bundan  daha  böyük  hər  hansı  qəza  başına  gələrsə  Allah  bu  səbəblə 

onun pisliklərini örtər və o, kimsə günahlarını ağac yarpaqlarını tökdüyü kimi 

tökər” deyə buyurdu. (Buxari 5648, Muslim 6724, 2571/45) 

 

 

 



1664. Peyğəmbərin  zövcəsi Aişə  rəvayət edir ki, Peyğəmbər  buyurdu: 

“Müsəlmanın  başına  gələcək  hər  bir  müsibət  onun  günahları  üçün  bir 

kəffarədir, hətta ayağına batan tikanda”. (Buxari 5640, Muslim 6730, 2572/49) 

 

 



 

1665. Əbu Səid əl-Xudri  və Əbu Hureyra  rəvayət edirlər ki, Peyğəmbər  

buyurdu:  “Müsəlmana  üz  vermiş  elə  bir  yorğunluq,  elə  bir  naxoşluq,  elə  bir 

kədər, elə bir üzüntü, elə bir əziyyət, elə bir dərd, hətta (ayağına) batan elə bir 

tikan  yoxdur  ki,  onun  sayəsində  Allah  (həmin)  müsəlmanın  günahlarını 

bağışlamasın.” (Buxari 5642, Muslim 6733, 2573/52) 

 

 

 



1666. Əta İbn Əbu Rəbah demişdir: “(Bir dəfə) İbn Abbas  mənə dedi: “Sənə 

Cənnət  əhlindən  olan  bir  qadın  göstərimmi?”  Mən:  “Göstər”  dedim.  İbn 

Abbas: “Bu, zənci qadın (bir zaman) Peyğəmbərin  yanına gəlib demişdi: “(Ya 

Rəsulullah,) mən (bəzən) bayılıram və üstüm-başım açılır. Mənim üçün Allaha 



 

 

741 



dua et!”. Peyğəmbər: “İstəyirsən səbir et, sənə Cənnət nəsib olsun, istəyirsənsə, 

dua edim, Allah sənə can sağlığı versin.” Qadın dedi: “Mən səbir edərəm, amma 

mənim üstüm açılır. Allaha dua et ki, üstüm açılmasın.” Peyğəmbər  də onun 

üçün dua etdi.” (Buxari 5652, Muslim 6736, 2576/54) 

 

 

 

Zülmün Haram Olması 

 

 

 



1667. Abdullah İbn Ömər  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Qiyamət 

günü zülm zülmətlərə çevriləcəkdir.” (Buxari 2447, Muslim 6742, 2579/57) 

 

 

 



1668.  Abdullah  İbn  Ömər    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu: 

“Müsəlman müsəlmanın qardaşıdır; ona zülm etməz və onu ələ verməz. Kim 

qardaşının  ehtiyacını  ödəyərsə,  Allah  da  onun  ehtiyacını  ödəyər.  Kim  bir 

müsəlmanı  bir  sıxıntıdan  qurtararsa,  Allah  da  onu  Qiyamət  gününün 

sıxıntılarının  birindən  qurtarar.  Kim  bir  müsəlmanın  eyblərini  örtərsə,  Allah 

da Qiyamət günü onun eyblərini örtər.” (Buxari 2442, Muslim 6743, 2580/58) 

 

 

 



1669.  Əbu  Musa    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Allah  zalıma 

(müəyyən  vaxtadək)  möhlət  verər.  Nəhayət,  onu  yaxaladıqdan  (sonra  heç 

vaxt) onu buraxmaz.” Sonra Peyğəmbər  bu ayəni oxudu: “Rəbbin haqsızlıq 

edən  məmləkətləri  yaxaladığı  zaman  belə  yaxalayır.  Onun  yaxalaması 

həqiqətən də, üzücüdür, şiddətlidir.” (Buxari 4686, Muslim 6746, 2583/61) 

 

 

 


 

 

742 



Zalım Və Ya Məzlum Olsa Belə Din Qardaşına Yardım 

Etmək 

 

 



 

1670.  Cabir  İbn  Abdullah    deyir  ki,  döyüşlərin  birində  (və  ya  bir  orduda) 

idik.  Mühacirlərdən  biri  Ənsardan  birinin  qıçına  vurdu.  Ənsar:  “Ey 

Ənsarlılar!”  deyə  qışqırdı.  Mühacirdə:  “Ey  Mühacirlər”  deyə  qışqırdıqda 

Peyğəmbər    bu  qışqırışı  eşitdi  və:  “Bu  nə  cahiliyyə  davasıdır?”  deyə 

buyurdu.  Orada  olanlar:  “Ya  Rəsulullah!  Mühacirlərdən  kimsə  Ənsardan 

birinin  qıçına  ayağı  ilə  vurmuşdu”  dedilər.  Peyğəmbər:  “Buraxın  bu  adəti. 

Çünki  çirkin  bir  şeydir”  deyə  buyurdu.  Abdullah  İbn  Ubey  bu  söhbəti  eşitdi 

və:  “Onlar  bunu  etdilər  hə!  And  olsun  Mədinəyə  döndükdə  ən  şərəfli  və 

qüvvətli  olanlarımız  oradan  onları  çıxaracağıq”  dedi.  Bu  sözlər  Peyğəmbərə 

çatdı.  Ömər    ayağa qalxaraq:  “Ya Rəsulullah!  Burax  bu  münafiqin  boynunu 

vurum”  dedi.  Peyğəmbər:  “Burax  onu,  yoxsa  insanlar  Muhəmməd   

səhabələrini öldürür deyərlər” deyə buyurdu. Mühacirlər Mədinəyə gəldikləri 

zaman  Ənsar  daha  çox  idi.  Sonra  bir  müddətdən  sonra  mühacirlər  çoxaldı. 

(Buxari 4907, Muslim 6748, 2584/63) 

 

 

 

Möminlərin Bir-Birilərinə Qarşı Mərhəmətli, Lətafətli Və 

Sıx Olmaları 

 

 



 

1671.  Əbu  Musa    rəvayət  edir  ki,  Peyğəmbər   buyurdu:  “Möminlər  bir  bina 

kimidirlər, bir-birilərini dəstəkləyirlər” dedi və barmaqlarını bir-birinə keçirtdi.” 

(Buxari 481, Muslim 6750, 2585/65) 

 

 


 

 

743 



 

1672.  Numən  İbn  Bəşir    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Sən 

möminlərin  bir-birilərinə  mərhəmət  göstərməkdə,  bir-birilərini  sevməkdə  və 

bir-birilərinə  can  yandırmaqda  bir  bədən  kimi  olduğunu  görürsən.  Belə  ki, 

(bədənin)  bir  əzasına  xəstəlik  üz  verdikdə  bütün  bədən  yuxusuzluqdan  və 

qızdırmadan əziyyət çəkir.” (Buxari 6011, Muslim 6751, 2586/66) 

 

 

 

Fahişliyindən Qorxulan Kimsəylə Yumşaq Davranmaq 



Haqda 

 

 



 

1673. Aişə  rəvayət edir ki, bir kişi Peyğəmbərin  yanına girmək üçün izin 

istədi.  O:  “Ona icazə  verin!”  deyə  tayfanın oğlu nə  pisdir.  Yaxud  bu  tayfanın 

adamı  nə  pisdir!”  deyə  buyurdu.  Kişi  onun  yanına  girincə  Peyğəmbər   

onunla yumşaq danışdı”. Aişə, Peyğəmbərə: “Ey Allahın Elçisi, onun haqqında 

söylədiyini  söylədin.  Sonra  onunla  yumşaq  danışdın?!”  dedim.  Peyğəmbər: 

“Ey Aişə!  Şübhəsiz  ki,  Qiyamət  günündə  Allah dərgahında insanların  ən  pisi 

insanların  (onun)  fahişliyindən  qorxaraq  tərk  etdikləri,  qarşılaşmaq 

istəmədikləri kimsədir” deyə buyurdu. (Buxari 6054, Muslim 6761, 2591/73) 

 

 

 

Peyğəmbərin  Bir Kimsəni Haqq Etmədiyi Halda Lənət 

Edərsə, Təhqir Edərsə Və Ya Bəd Dua Edərsə Bu O, Kimsə 

Üçün Zəkat, Əcr Və Rəhmət Olmasıdır 

 

 



 

 

 

744 



1674.  Əbu  Hureyra    rəvayət  etmişdir  ki,  o,  Peyğəmbərin    belə  dediyini 

eşitmişdir: “Allahım, hansı bir mömini təhqir etmişəmsə, bunu Qiyamət günü 

onun  Sənə  yaxınlaşması  üçün  bir  vasitə  et!”  (Buxari  6361,  Muslim  6788, 

2601/92) 

 

 

 

Yalanın Haram Olması Və Mübah Olan Yalanın Bəyanı 

 

 

 



1675.  Ümmü  Gülsüm  Bint  Uqbə    demişdir:  “Mən  Peyğəmbərin    belə 

dediyini  eşitmişəm:  “İnsanların  arasını  düzəltmək  məqsədilə  yaxşılıq  etmək 

istəyən və ya yaxşı söz danışan adam yalançı deyildir.” (Buxari 2692, Muslim 

6799, 2605/101) 

 

 

 

Yalanın Çirkinliyi, Doğruluğun Gözəlliyi Və Fəziləti 

 

 

 



1676.  Abdullah  (İbn  Məsud)    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu: 

“Doğruluq  (adamı)  yaxşı  işlər  görməyə  yönəldir.  Yaxşı  işlər  isə  (adamı) 

Cənnətə  aparır.  Həqiqətən,  adam  o  qədər  doğru  danışır  ki,  nəhayət,  (Allah 

yanında) doğruçu sayılır. Yalan isə (adamı) günah işlərə yönəldir. Günah işlər 

də  (adamı)  Cəhənnəmə  aparır.  Həqiqətən,  adam  o  qədər  yalan  danışır  ki, 

axırda, Allah yanında yalançı sayılır.” (Buxari 6094, Muslim 6805, 2607/105) 

 

 

 

Qəzəb Halında Özünü Saxlayan Kimsənin Fəziləti Və 



Qəzəbi Nə İlə Söndürmək Olar 

 

 

745 



 

 

 



1677.  Əbu  Hureyra    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “(Hamını) 

yıxmaq güclü olmaq demək deyildir. Güclü o kəsdir ki, qəzəbləndikdə özünü 

ələ ala bilsin.” (Buxari 6114, Muslim 6809, 6810, 2609/108) 

 

 



 

1678.  Suleyman  İbn  Surad    rəvayət  edir  ki,  iki  nəfər  Peyğəmbərin   

hüzurunda  bir-birlərini  söydülər.  Biz  də  orada  oturmuşduq.  Bunlardan  biri 

qardaşını  o  qədər  söymüşdü  ki,  üzü  (qəzəbindən)  qızarmağa  başladı. 

Peyğəmbər: «Mən elə bir kəlimə bilirəm ki, əgər o, kimsə bu kəliməni söyləsə 

qəzəb  halı  ondan  gedər.  O,  kəlimə:  Əuzu  Billəhi  Minəş  Şeytanir  Racim  – 

lənətlənmiş  şeytandan  Allaha  sığınıram  sözüdür»  deyə  buyurdu.  Peyğəmbər 

bu  kəlimələri  eşidənlərdən  biri  qəzəbli  olan  kimsəyə:  «Peyğəmbərin  bir  az 

öncə  nə  söylədiyini  bilirsənmi?  Mən  elə  bir  kəlimə  bilirəm  ki,  əgər  bu  kimsə 

onu  söyləsə  qəzəbi  gedər»  dedi.  Qəzəbli  olan  kimsə:  «Sən  məni  məcnun 

(dəlimi) sayırsan» dedi. (Buxari 6115, Muslim 6812, 2610/109)

 

 



 

 

Üzə Vurmağın Qadağan Olması 

 

 

 



1679.  Əbu  Hureyra    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “(Bir  adamı) 

vurduğunuz zaman üzünə vurmayın!” (Buxari 2559, Muslim 6817, 2612/112) 

 

 

 



1680. Cabir İbn Abdullah  rəvayət edir ki, bir nəfər çiynində oxlar olduğu halda 

məsciddən keçərkən Peyğəmbər  ona: “Oxların uclarından tut!” dedi. (Buxari 451, 

Muslim 6827, 2614/120) 


 

 

746 



 

 

 



1681. Əbu Musa   rəvayət edir ki, Peyğəmbər   buyurdu: “Hər hansı biriniz 

məscidimizə və ya bazarlara daxil olduğu zaman yanında (nizə) və ya ox varsa 

ucundan  əlinin  içi  (ovcu)  ilə  tutsun  ki,  hər  hansı  bir  müsəlmana  əziyyət 

(batmasın) verməsin. (Buxari 7075, Muslim 6831, 2615/124) 

 

 

 

Bir Müsəlmana Silah İlə İşarə Etməyin Qadağan Olması 

 

 

 



1682.  Əbu  Hureyra    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Sizdən  heç 

biriniz (din) qardaşının üstünə silah qaldırmasın. Çünki o, (nə baş verəcəyini) 

bilə  bilməz, ola  bilsin  ki,  şeytan onun əli ilə qardaşını öldürsün,  bununla  (bu 

qatil) Cəhənnəmdəki çuxura düşsün.” (Buxari 7072, Muslim 6834, 2617/126) 

 

 

 

Yoldan Əziyyət Verən Şeylərin Götürməyin Fəziləti 

 

 

 



1683. Əbu Hureyra  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Bir nəfər yolla 

gedərkən yolun üstündə tikanlı bir budaq gördü və onu götürüb kənara atdı. 

Allah  da  onun  (əməlini)  bəyəndi  və  onun  (günahlarını)  bağışladı.”Sonra 

buyurdu:  “Beş  nəfər  şəhid  sayılır:  taundan  ölənlər,  qarın  xəstəliklərindən 

ölənlər,  suda  böğulanlar,  uçqunlar  altında  qalıb  ölənlər  və  Allah  yolunda 

(vuruşub) şəhid olanlar.” (Buxari 652, 653, Muslim 6835, 1914/127) 

 

 

 


 

 

747 



Pişik Və Digər Əziyyət Verməyən Heyvanlara Əziyyət 

Verilməsinin Haram Olması 

 

 



 

1684. Abdullah İbn Ömər  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Bir qadın 

acından  ölənə  qədər  evdə  həbs  etdiyi  pişiyə  görə  Cəhənnəmə  düşdü.  Pişiyi 

evdə həbs edərək nə yemək vermiş, nə də su içirmişdi, nə də onun özü üçün 

ov  etməsinə  izn  vermişdir  ki,  yerin  həşəratlarından  yesin”.  (Buxari  3482, 

Muslim 5989, 6841, 2242/133) 

 

 

 

Qunşuya Yaxşılıq Etməyə Vəsiyyət 

 

 

 



1685.  Aişə    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Cəbrail  qonşu 

haqqında  mənə o qədər  tövsiyə  etdi  ki,  qonşuya da  mirasdan pay  düşəcəyini 

güman etdim.” (Buxari 6014, Muslim 6854, 2625/141) 

 

 



 

1686.  İbn  Ömər    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Cəbrail  qonşu 

haqqında  mənə o qədər  tövsiyə  etdi  ki,  qonşuya da  mirasdan pay  düşəcəyini 

güman etdim.” (Buxari 6014, Muslim 6854, 2625/141) 

 

 

 

Qarşılama Anında Gülərüz Olmağın Müstəhəb Olması 

 

 

 



1687.  Əbu  Musa    demişdir:  “Peyğəmbərin   yanına  dilənçi  gəldikdə  və  ya 

kimsə  ondan  bir  şey  istədikdə  deyərdi:  “(Ehtiyacı  olanlara)  kömək  edin  ki, 



 

 

748 



savab  qazanasınız.  Allah  dilədiyi  bir  şeyə  Öz  peyğəmbərinin    dili  ilə  hökm 

edəcəkdir.” (Buxari 1432, Muslim 6858, 2627/145) 

 


Yüklə 5,61 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin