Al-lulu vəl-mərcan



Yüklə 5,61 Mb.
Pdf görüntüsü
səhifə58/64
tarix21.04.2017
ölçüsü5,61 Mb.
#15074
1   ...   54   55   56   57   58   59   60   61   ...   64

 

 

 

 

 

Tövbə Kitabı 

 

 



 

 

 


 

 

777 



 

 

Tövbə Etməyə Rəğbətləndirmək Və Ondan Sevinc Duymaq 

 

 

 



1747.  Əbu  Hureyra    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Uca  Allah 

buyurur:  “Mən  qulumun  barəmdəki  zənni  yanındayam,  Məni  yad  etdikcə 

onunlayam.  O Məni öz-özlüyündə yad  etsə,  Mən  də onu  Öz-Özlüyümdə  yad 

edərəm. O məni camaatın yanında yad edərsə, Mən onu onlardan daha xeyirli 

bir  toplumun  (mələklərin)  yanında  yad  edərəm. O  Mənə  bir  qarış yaxınlaşsa, 

Mən ona bir ərəş yaxınlaşaram. O Mənə bir ərəş yaxınlaşsa, Mən ona bir qulac 

yaxınlaşaram.  O  Mənə  doğru  yeriyərək  gəlsə,  Mən  ona  doğru  yüyürərək 

gələrəm.” (Buxari 7405, Muslim 7008, 2675/21) 

 

 

 



1748. Abdullah İbn Məsud  iki rəvayət – birini Peyğəmbərdən , digərini də 

özündən  danışıb  demişdir:  “Mömin  bəndə  öz  günahlarına  baxanda  elə 

düşünür  ki,  sanki  dağın  ətəyində  oturmuş  və  az  qala  bu  dağ  onun  başına 

uçacaqdır.  Günahkar  bəndə  isə  öz  günahlarını  sanki  burnuna  qonmuş  bir 

milçək  sanır  (və  elə  güman  edir  ki,  əli  ilə)  onu  qovacaqdır.”  Sonra  o 

(Peyğəmbərin  hədisini danışıb) dedi: “Allah Öz qulunun tövbəsinə, üstündə 

yemək-içməyi yüklənmiş dəvəsi ilə birgə təhlükəli bir yerdə dayanan və başını 

yerə qoyub yatan, oyandıqda dəvəsinin qaçdığını görən, özü də bərk istiyə və 

susuzluğa  məruz  qaldıqdan  sonra:  “Yerimə  qayıdım”  deyib  geri  qayıdıb  bir 

qədər də yatan və nəhayət, oyanıb başını qaldırdıqda dəvəsini yanında görən 

kimsədən daha çox sevinir.” (Buxari 6308, Muslim 7131, 7134, 2744/4) 

 

 



 

 

 

778 



1749. Ənəs  rəvayət edir ki, Peyğəmbər   buyurdu: “Uca Allah tövbə etmiş 

qulunun  tövbəsindən  ötrü,  sizdən  hər  hansı  biriniz  (itmiş  dəvəsini)  üzərində 

yemək  və  içəcəyi  ilə  birlikdə  tapmasından  daha  çox  sevinir”.  (Buxari  6309, 

Muslim 7137, 2747/8) 

 

 

 

Allahın Rəhmətinin Genişliyi Və Rəhmətinin Qəzəbini 



Üstələməsi 

 

 



 

1750. Əbu Hureyra  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Allah məxluqatı 

yaratdıqdan  sonra  Ərşin  üzərində,  Öz  yanında  yerləşən  Kitabında  (Lövhi 

Məhfuz)  bu  (sözləri)  yazmışdır:  “Mənim  rəhmətim  qəzəbimi  üstələmişdir.” 

(Buxari 3194, Muslim 7147, 2751/16) 

 

 



 

1751. Əbu Hureyra  rəvayət edir ki, mən Peyğəmbərin  belə buyurduğunu 

eşitmişəm:  “Allah  mərhəməti  yüz  hissədən  ibarət  etdi.  Doxsan  doqquzunu 

Özündə saxlayıb təkcə bir hissəsini yer üzünə endirdi. Məhz bunun sayəsində 

yaradılanlar  bir-birinə  rəhm  edir.  Hətta,  at  öz  balasını  tapdalamasın  deyə 

ayaqlarını yuxarı qaldırır.” (Buxari 6000, Muslim 7148, 2752/17) 

 

 

 



1752.  Ömər  İbn Xattab    rəvayət  edir  ki,  Peyğəmbərin    hüzuruna  bir  dəstə 

əsir  gətrildi.  Onların  içində  bir  qadın  uşağını  axtarırdı.  Uşağı  tapanda  onu 

götürüb  bağrına  basdı  və  əmizdirməyə  başladı.  Peyğəmbər    bu  hadisəni 

gördükdə  buyurdu:  “Bu  qadın  uşağını  oda  atarmı?”.  Biz:  “Xeyr,  Allaha  and 

olsun  ki,  gücü  çatdığı  qədər  onu  atmaz!”  Peyğəmbər:  “Allah  qullarına  bu 

qadının  övladına  olan  şəfqətindən  daha  mərhəmətlidir!”  deyə  buyurdu. 

(Buxari 7154, Muslim 7154, 2754/22)  


 

 

779 



 

 

 



1753.  Əbu  Hüreyrə    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Heç  yaxşılıq 

etməmiş  bir  adam  ailəsinə:  “Mən  öldüyüm  vaxt  məni  yandırın,  sonra 

(bədənimin) yarısını quruya, (bədənimin) yarısını da dənizə səpələyin! Allaha 

and olsun! Əgər Allah məni diriltmək iqtidarında olsa, mənə heç kəsə etmədiyi 

şiddətli  əzab  verəcəkdir”.  O  adam  öləndə,  onun  əmr  etdiyini  etdilər.  Allah 

quruya əmr  etdi, o içindəkini yığdı.  Dənizə  əmr etdi, o  da içindəkini  topladı. 

Sonra  (o  adama):  “Bunu  nə  üçün  etdin?”  deyə  buyurdu.  Adam:  “Sənin 

qorxundan  ey  Rəbbim!  Sən  daha  yaxşı  bilirsən!”  dedi.  Allah  onu  əfv  etdi”. 

(Buxari 7506, Muslim 7156, 2756/24)  

 

 



 

1754.  Əbu  Səid  əl-Xudri    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Sizdən 

əvvəlki ümmətlərdə Allah bir kimsəyə bol mal verdi. Ona ölüm gəldiyi zaman 

oğullarına:  “Mən  sizin  üçün  necə  bir  ata  oldum?  Deyə  soruşdu.  Oğulları: 

“Xeyirli biz ata” dedilər. Adam: “Mən heç bir xeyir əməl etməmişəm, öldüyüm 

zaman  sizlər  məni  yandırın,  sonra  sümüklərimi  əzib  ovun.  Sonra  da  şiddətli 

bir  küləkdə  tozumu  havaya  sovurun”  dedi.  Övladlar  atanın  dediyi  kimi 

etdilər.  Allah  onun  zərrələrini  topladı  və  ona:  “Belə  etməyə  səni  sövq  edən 

nədir?” deyə buyurdu. Adam: “Səndən olan qorxum” dedi. Bu cavabdan sonra 

Allah onu rəhmətiylə qarşıladı”. (Buxari 3478, Muslim 7160, 2757/27) 

 

 

 

Günahlar Və Tövbə Təkrar Edilsə Belə Günahlardan Ötrü 



Edilən Tövbənin Qəbulu 

 


 

 

780 



 

 

1755. Əbu Hureyra  demişdir: “Mən Peyğəmbərin  belə dediyini eşitmişəm: 



“(Bir  dəfə  Allahın  qullarından)  biri  günah  iş  gördü  və:  “Ey  Rəbbim,  mən 

günah  iş  gördüm,  məni  bağışla!”  dedi.”  Rəbbi  dedi:  “Mənim  qulum  bilir  ki, 

onun  günahları  bağışlayan  və  onlara  görə  cəza  verən  Rəbbi  vardır.  Mən  onu 

bağışlayıram.” Bu adam Allahın istədiyi qədər (günah işlətmdən) yaşadıqdan 

sonra  yenə  günah  iş  gördü  və:  “Ey  Rəbbim,  mən  yenə  günah  iş  gördüm, 

günahımı bağışla!” dedi.” (Allah) dedi: “Mənim qulum bilir ki, onun günahları 

bağışlayan və onlara görə cəza verən Rəbbi vardır. Mən onu bağışlayıram.” Bu 

adam Allahın istədiyi qədər yaşadıqdan sonra bir daha günah iş gördü və: “Ey 

Rəbbim,  mən  yenə  günah  iş  gördüm,  günahımı  bağışla!”  dedi.  (Allah)  dedi: 

“Mənim  qulum  bilir  ki, onun günahları  bağışlayan və onlara görə cəza  verən 

Rəbbi  vardır.  Mən  onu  üç  dəfə  bağışladım.  (Bundan  sonra)  istədiyini  edə 

bilər.” (Buxari 7507, Muslim 7162, 2758/30) 

 

 

 

Allahın Qeyrəti Və Günahların Haram Edilməsi 

 

 

 



1756.  Abdullah  İbn  Məsud    demişdir:  “Allahdan  daha  qeyrətli  bir  kimsə 

yoxdur. Elə buna görə də O, murdar əməllərin aşkarını da, gizlisini də haram 

buyurmuşdur.  Bir  də  ki,  Allah  üçün  tərif  olunmaqdan  daha  əziz  bir  şey 

yoxdur.  Odur  ki,  O,  Özünü  tərifləyir.”  (Buxari  4634,  Muslim  7168,  7169, 

2760/33) 

 

 



 

1757.  Əbu  Hureyra    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Həqiqətən, 

Allah  qısqancdır.  Mömin  Allahın  haram  buyurduğunu  etdikdə  Allah  onu 

qısqanır.” (Buxari 5223, Muslim 7171, 2761/36) 

 

 

 



 

 

781 



1758. Əsma  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Allah qədər Qeyrətli 

heç bir şey yoxdur”. (Buxari 5222, Muslim 7174, 2762/37) 

 

 

 

Allahın: “Həqiqətən, Yaxşı İşlər Pis Əməlləri Silib Aparır” 

 

 

 



1759.  İbn  Məsud    rəvayət  edir  ki,  bir  kişi  Peyğəmbərin    yanına  gəlib, 

(naməhrəm)  bir  qadını  öpdüyünü  ona  xəbər  verdi  (və  bunun  nə  dərəcədə 

günah olduğunu öyrənmək istədi). Uca Allah da bu ayəni nazil etdi: “Gündüzün 

iki  başında  (əvvəlində  və  axırında)  və  gecənin  bəzi  saatlarında  namaz  qıl! 

Həqiqətən,  yaxşı  işlər  pis  əməlləri  silib  aparır”.  (Hud  114).  Kişi  soruşdu:  “Ey 

Allahın  elçisi!  Bu  (hökm)  yalnız  mənə  aiddir?”.  Peyğəmbər:  “Bu,  mənim 

ümmətimin hamısına aiddir!” (Buxari 526, Muslim 7177, 2763/39) 

 

 



 

1760. Ənəs İbn Məlik  rəvayət edir ki, Peyğəmbərin  yanında ikən bir nəfər 

gəldi və: “Ya Rəsulullah! Mən hədd tətdbiq ediləcək bir günah etmişəm, mənə 

cəza  ver”  dedi.  Ənəs:  “Peyğəmbər    o,  adamdan  etdiyi  günahını  soruşmadı. 

Bu  vaxt  namaz  vaxtı  daxil  oldu.  O,  adam  Peyğəmbərlə    bərabər  namazını 

qıldı. Peyğəmbər  namazını bitirdikdə adam Peyğəmbərə  doğru qalxdı və: 

“Ya Rəsulullah! Mənə bir hədd (cəza) tətbiq et! Allahın kitabını tətbiq et!” dedi. 

Peyğəmbər: “Sən bizimlə namaz qıldınmı?” deyə buyurdu. Adam: “Bəli” dedi. 

Peyğəmbər:  “Şübhəsiz  Allah  sənin  leyhinə  günahını  əff  etdi”  deyə  buyurdu. 

(Buxari 6823, Muslim 7182, 2764/44) 

 

 

 

Qatilin Öldürdüklərinin Sayı Çox Olsa Belə Tövbəsinin 



Qəbulu 

 

 

782 



 

 

 



1761. Əbu Səid  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “İsrail oğullarından 

biri  doxsan  doqquz  adam  öldürmüşdü.  Bundan  sonra  o,  bir  rahibin  yanına 

gəlib  (günahını  etiraf  etdi)  və  ondan:  “Tövbə  (etsəm,  qəbul)  olarmı?”  deyə 

soruşdu. Rahib:  “Xeyr!”  dedikdə  bu  adam  onu  da  öldürdü.  Sonra o,  (sualına 

cavab  tapmaq  üçün)  soruşmağına  davam  etdi.  (Axırda  elmli)  bir  adam  ona: 

“Get filan kəndə!” dedi. Yolda ölüm onu haqladı və o, ölərkən sinəsini həmin 

kəndə doğru çevirdi. Bu vaxt rəhmət mələkləri ilə əzab mələkləri ona  görə öz 

aralarında çəkişməyə başladılar. Allah yerin bu tərəfinə: “Yaxınlaş!”, o tərəfinə

146

 

isə:  “Uzaqlaş”  deyə  vəhy  etdi.  Sonra  da  (mələklərə):  “Bunların  arasındakı 



məsafəni  ölçün!”  deyə  buyurdu.  (Məsafə  ölçüldükdən  sonra)  bu  adamın  o 

kəndə bir qarış daha yaxın olduğu bəlli oldu və (Allah) onu bağışladı.” (Buxari 

3470, Muslim 7184, 7185, 2766/47) 

 

 



 

1762.  İbn  Ömər    demişdir:  “Mən  Peyğəmbərin    belə  dediyini  eşitdim: 

“Allah mömini Özünə tərəf yaxınlaşdıracaq, Özü onu əhatə edib qoruyaraq və: 

“Filan  günahı  (etdiyini)  bilirsənmi?  Filan  günahı  (etdiyini)  bilirsənmi?”  deyə 

soruşacaq.  (Mömin):  “Bəli,  ey  Rəbbim!”  deyə  cavab  verəcək.  Nəhayət,  Allah 

ona günahlarını etiraf  etdirdikdə  və o, öz-özlüyündə  həlak  olduğunu güman 

etdikdə Allah  buyuracaq: “Dünyada sənin günahlarını ört-basdır etdim və bu 

gün də Mən sənin günahlarını bağışlayıram.” Sonra ona (içində) yaxşı əməlləri 

yazılmış  bir  kitab  veriləcək.  Kafirə  və  münafiqlərə  gəldikdə  isə,  (onların 

əməllərinə)  şahid  olanlar  deyəcəklər:  “Bunlar  Rəbbinə  iftira  yaxanlardır” 

deyəcəklər.  Allahın  lənəti  olsun  zalımlara!”.  (Buxari  2441,  Muslim  7191, 

2768/52) 

                                                

146


 Hədisdə  “bu  tərəf”  deyildikdə  onun  getdiyi  kənd  –  əməlisaleh  insanların  yaşadığı  yer,  “o  tərəf” 

deyildikdə isə yaşadığı və günah işlətdiyi yer nəzərdə tutulur.  



 

 

783 



 

 

Kəb İbn Məlik  Və (Üç) Səhabənin Tövbə Hədisi 

 

 

 



 

 

 



 

 

 

784 



 

 

 



 

 

 



 

 


 

 

785 



 

 

 



1763.  Kəb  İbn  Malik    demişdir:  “Təbuk  döyüşündən  başqa  Peyğəmbərin   

apardığı  döyüşlərin  heç  birindən  yayınmamışdım.  Bədr  döyüşündən 

yayınmağıma gəlincə, ondan yayınanları Peyğəmbər   qınamamışdı. Çünki o 

zaman  Peyğəmbər    döyüşə  yox,  Qureyş  karvanının  yolunu  kəsmək  üçün 

çıxmışdı.  Allah  da  onları  vədələşmədikləri  bir  yerdə  düşmənləri  ilə  üz-üzə 

gətirdi. Əqəbə beyətində hamımız İslamı yaşatmağa dair Peyğəmbərə  beyət 

etdik.  İnsanlar  arasında  Bədr  döyüşünün  Əqəbə  beyətindən  daha  üstün 

sayılmasına  baxmayaraq,  mənim  üçün  Əqəbə  beyəti  daha  sevimli  idi.  Təbuk 

döyüşünə  gəldikdə  isə,  bu  döyüşdən  yayındığım  zaman  özümü  başqa 

döyüşlərdə  olduğundan  daha  qüvvətli  və  daha  gümrah  hiss  edirdim.  Allaha 

and  olsun  ki,  bundan  öncə  heç  vaxt  mənim  bir  dəvədən  artıq  miniyim 

olmamışdı.  Bu  döyüş  vaxtı  isə  mənim  iki  dəvəm  var  idi.  Döyüşə  getmək 

istədikdə  ikibaşlı  danışmaqla  həqiqi  məqsədini  bildirməmək  Peyğəmbərin   

adəti idi. Peyğəmbər  Təbuk döyüşünə şiddətli bir istidə yola düşdü. Bu səfər 

çox  uzun  və  təhlükəli,  (qarşılaşacaqları  düşmənin  isə)  sayı  çox  olduğundan, 

Peyğəmbər  müsəlmanlara bütün bunları nəzərə alıb hazırlıq görsünlər deyə, 

məqsədini açıqlayıb gedəcəyi istiqaməti xəbər verdi. O zaman Peyğəmbərin  

yanında  olan  müsəlmanların  sayı  olduqca  çox  idi  və  o,  bu  müsəlmanların 

adlarını  xüsusi  bir  kitabda  qeyd  etməmişdi.  Heç  kim  döyüşdən  yayınmaq 

istəmirdi.  Yalnız  döyüşdən  yayınmaq  istəyən  az  sayda  müsəlman  elə  zənn 

edirdi  ki,  vəhy  nazil  olmayınca  onların  bu  hərəkətindən  Peyğəmbər    xəbər 

tutmayacaq.  Peyğəmbər    müsəlmanlarla  birgə  hazırlıq  görüb  meyvələrin 

yetişdiyi  və  ağac  kölgələrinin  xoş  olduğu  bir  isti  payız  günündə  bu  döyüşə 

çıxdı.  O  zaman  onlar  döyüşə  hazırlaşarkən,  mən  də  hər  səhər  döyüşə 

hazırlaşmaq məqsədilə evdən çıxır və hər axşam heç bir hazırlıq görmədən evə 

qayıdıb  öz-özümə:  “Hazırlıq  görmək  üçün  hələ  vaxt  var”  deyirdim.  Camaat 

döyüşə tam hazır olana qədər bu səhlənkarlıq məndə davam etdi.  Səhəri gün 

Peyğəmbər    və  müsəlmanlar  artıq  səfərə  yola  düşdülər.  Mən  isə  hələ  də 

hazırlıq  görməmişdim.  Mən  yenə  öz-özümə  dedim:  “Bir-iki  günə  hazırlıq 

gördükdən  sonra  gedib  onlara  çataram”.  Onlar  Mədinədən  çıxdıqdan  sonra 

mən  yenə  də  hazırlıq  görmək  üçün  evdən  çıxdım  və  heç  bir  iş  görmədən 

axşam evə qayıtdım. (Ertəsi gün yenə) hazırlıq görmək üçün evdən çıxdım və 

heç  bir  iş  görmədən  axşam  evə  qayıtdım.  Bu  hal  məndə,  onların  tez  bir 

zamanda  düşmənlə  qarşılaşdıqları  anacan  davam  etdi  və  mən  bu  döyüşdə 

iştirak etmək fürsətini əldən buraxdım. Bütün bunlara baxmayaraq, mən yenə 

də  onlara  çatmaq  fikrində  idim.  Kaş  ki,  bu  fikrimi  doğruldaydım.  Lakin  bu 



 

 

786 



mənə  müyəssər  olmadı.  Peyğəmbər    Mədinədən  çıxıb  döyüşə  getdikdən 

sonra  insanlar  arasına  çıxdıqda  məni  ən  çox  kədərləndirən  o  idi  ki,  burada 

yalnız  münafiqlikdə  ittiham  olunanlar  və  Allahın  döyüşə  getməməyə  rüsxət 

verdiyi  zəiflər  qalmışdı.  Peyğəmbər    Təbuka  gəlib  çatana  qədər  mənim 

barəmdə  düşünmədi.  Təbukda  ikən  səhabələr  arasında  olduqda  məni 

xatırlayıb  dedi:  “Kəb  nə  etdi?”  Bəni  Sələmə  qəbiləsindən  olan  bir  nəfər  dedi: 

“Ya  Rəsulullah,  Kəbi  iki  gözəl  libası  və  yan-yörəsinə  özündən  razı  halda 

baxması Mədinədə saxladı”. Muaz İbn Cəbəl  dedi: “Sənin dediyin söz necə 

də  pisdir!  Vallahi,  ya  Rəsulullah,  biz  Kəbdən  yaxşılıqdan  başqa  bir  şey 

görməmişdik.”  Peyğəmbər    heç  nə  demədi.  Onların  Mədinəyə  qayıtma 

xəbərini  eşitdikdə  kədər  məni  bürüdü,  artıq  yalan  danışmaq  barəsində 

düşünməyə  başladım  və  öz-özümə  dedim:  “Mən  nə  edim  ki,  sabah  onun 

qəzəbindən  xilas  olum?”  Sonra  mən  bu  iş  barəsində  təcrübəsi  olan 

yaxınlarımla  məsləhətləşdim.  Peyğəmbərin    Mədinəyə  yaxınlaşması  xəbəri 

mənə yetişdikdə bütün batil fikirləri özümdən uzaqlaşdırdım və başa düşdüm 

ki,  uydurduğum  yalan  fikirlərlə özümə  bəraət  qazandıra  bilməyəcəyəm.  Ona 

görə də qərara gəldim ki, hər şeyi olduğu kimi Peyğəmbərə  söyləyim. Səhəri 

gün  Peyğəmbər    Mədinəyə gəldi  və  adəti  üzrə  məscidə  daxil olub  iki  rükət 

namaz qıldı. Sonra da orada olan camaatla (hal-əhval tutmaq üçün) birgə otur-

du. Bu vaxt Təbuk döyüşündən yayınan səksəndən artıq kişi gəlib Peyğəmbərə 

  müxtəlif  bəhanələr  gətirməklə  və and içməklə üzrxahlıq  etməyə  başladılar. 

Allahın  elçisi  onların  aşkarda  dediklərini  qəbul  etdi,  onlardan    ird  aha  vəd 

aldı, onlar üçün bağışlanma dilədi, qəlblərində gizlətdiklərini isə Allaha həvalə 

etdi.  Bu  zaman  mən  də  Peyğəmbərin    hüzuruna  gəlib  ona  salam  verdim. 

Peyğəmbər    məni  görcək  gülümsədi,  lakin  qəzəbli  olduğu  hiss  olunurdu. 

Peyğəmbər:  “Gəl!”  deyə  məni  çağırdı.  Mən  yaxınlaşıb  onun  qarşısında  otur-

dum  və  o  mənə  dedi:  “Bu  döyüşdən  yayınmağının  səbəbi  nə  idi?  Məgər  sən 

bundan öncə  (İslamı yaşatmağa) söz  verməmişdin?” Mən  dedim:  “Elədir,  (ya 

Rəsulullah,)  vallahi  ki,  mən  başqa  birisinin  hüzurunda  olsaydım,  bir  bəhanə 

gətirməklə  onun  qəzəbindən  canımı  necə  qurtaracağımı  görərdin.  Doğrudan 

da,  mənim  çox  fəsahətli  danışıq  qabiliyyətim  var.  Vallahi,  mən  başa  düşdüm 

ki,  əgər  mən  bu  gün  yalan  danışmaqla  səni  razı  salsam,  sonra  Allah  sənə 

həqiqəti  bildirdikdə  mənə  qəzəblənəcəksən,  lakin  sənə  həqiqəti  söyləsəm, 

sənin mənə qəzəbin tutsa da Allahın məni bağışlayacağına ümid edəcəm. Xeyr, 

vallahi  ki,  mənim  bu  döyüşdən  yayındığıma  bəraət  qazandıracaq  heç  bir 

üzürlü  səbəbim  yoxdur.  Çünki  mən  heç  vaxt  özümü  indiki  kimi  qüvvətli  və 

gümrah hiss etməmişdim.” Peyğəmbər: “Bu doğru söylədi. Ey Kəb, get, Allah 

sənin  barəndə  hökm  verənə  qədər  səbir  et.”  Mən  çıxıb  getdikdə  Bəni  Sələmə 

qəbiləsindən olan bir dəstə kişi tələsik arxamca gəlib mənə dedi:  “Vallahi, biz 


 

 

787 



səni  bundan əvvəl günahkar  bir  şəxs  kimi  tanımırdıq.  Sən  döyüşdən  yayınan 

şəxslər  kimi  Peyğəmbərə   üzrxahlıq  etməyib  aciz  qaldın.  Halbuki,  sənin  bu 

günahın  üçün  Peyğəmbərin    bağışlanma  diləməyi  kifayət  edərdi.”  Vallahi, 

onlar məni o qədər qınadılar ki, qayıdıb yalan söylədiyimi bildirmək istədim. 

Sonra da: “Məndən başqa belə hərəkət edən bir kimsə varmı?” deyə soruşdum. 

Onlar  dedilər:  “Bəli,  iki  nəfər  də  sən  dediyin  kimi  həqiqəti  söylədi  və  sənə 

deyilənlər  onlara  da  deyildi.”  Mən  onların  kim  olduğunu  soruşduqda  onlar: 

“Bu, Murara  ibn  Rəbi  əl-Amri və  Hilal ibn  Ümeyyə əl-Vaqifidir”  deyib,  Bədr 

döyüşündə iştirak  etmiş,  nümunəvi olan  iki  səhabəni  mənə  bildirdilər.  Onlar 

bunu mənə söylədikdən sonra (fikrimdən dönməyib) çıxıb getdim. Peyğəmbər 

  döyüşdən  yayınanlar  arasında  yalnız  bizim  üçümüzlə  danışmağı 

müsəlmanlara  qadağan  etdi.  Camaat  bizdən  uzaqlaşdı  və  onların  bizə  qarşı 

olan münasibəti dəyişdi. Hətta, bu yerlər mənim üçün qəribləşdi. Bu vəziyyət 

əlli  gün  davam  etdi.  Bu  müddət  ərzində  Murara  və  Hilal  Allahın  qədərinə 

boyun əyməklə evlərində oturub ağlayırdılar. Mən isə onlardan daha gənc və 

daha dözümlü olduğum üçün müsəlmanlarla birlikdə namazlarda iştirak edir 

və bazarlarda gəzib dolaşırdım, lakin mənimlə heç kəs danışmırdı. Namazdan 

sonra  Peyğəmbərin    yanına  gəlib  salam  verər  və  öz-özümə  deyərdim: 

“Görəsən  onun  dodaqları  tərpəndimi,  mənim  salamımı  aldımı?”  Sonra  onun 

yaxınlığında  namaz  qılar  və  gizlincə  ona  nəzər  salardım.  Namaza  gəldiyim 

zaman  Peyğəmbər    mənə  tərəf  baxardı,  ancaq  mən  ona  tərəf  baxdıqda  o 

məndən  üz  çevirərdi.  İnsanların  məndən  üz  çevirməsi  və  mənə  qarşı  olan 

soyuq  münasibətləri  beləcə  davam  etdi.  Bir  gün  mən  əmim  oğlu  Əbu 

Qətadənin  həyət  divarını  aşıb  onun  yanına  gəldim.  Əbu  Qətadə  ən  çox 

sevdiyim  insanlardan  biri  idi.  Mən  ona  salam  verdim,  ancaq  vallahi  ki,  o, 

mənim  salamımı  almadı.  Mən  dedim:  “Ey  Əbu  Qətadə!  Səni  Allaha  and 

verirəm,  de  görüm  mənim  Allahı  və  Onun  Rəsulunu    sevən  bir  bəndə 

olduğumu bilirsənmi?” O susdu. Mən   ird aha Allaha and verib soruşduqda, o 

yenə də cavab vermədi. Mən üçüncü dəfə Allaha and verib soruşdum. O dedi: 

“Allah  və  Onun  Rəsulu  daha  yaxşı  bilir!”  Bu  cavabdan  sonra  gözlərim  yaşla 

doldu,  sonra  hasarı  aşıb  oradan  uzaqlaşdım.  Bir  gün  mən  Mədinə  bazarında 

gəzib dolaşdığım zaman ora ticarət üçün gəlmiş, Şam əhlindən olan bir nəsrani 

əkinçi:  “Mən  Kəb  ibn  Maliki  necə  tapa  bilərəm?”  deyə  soruşduqda, 

bazardakılar işarə  edib  məni ona  göstərdilər.  O yaxınlaşıb  Ğəssan  vilayətinin 

hökmdarının  məktubunu  mənə  təqdim  etdi.  Orada  bu  sözlər  yazılmışdı: 

“Sonrasına  gəlincə...  Məndə  olan  məlumatlara  görə  dostun  səninlə  çox  sərt 

davranır. Doğrusu, Allah səni təhqir olunacağın və sıxıntı çəkəcəyin bir yerdə 

qalmaq üçün yaratmamışdır. Elə isə bizim yanımıza gəl, sənə layiqincə hörmət 

edək.” Bu məktubu oxuduqdan sonra mən: “Bu da bir imtahandır” deyib, onu 


 

 

788 



təndirə atıb yandırdım. Qırx gün keçdikdən sonra Peyğəmbərin   göndərdiyi 

adam


147

 gəlib mənə dedi: “Allahın elçisi sənə həyat yoldaşından uzaqlaşmağı əmr 

edir.” Mən dedim: “Onu boşayım, ya yox?” Dedi: “Yox, (boşama), lakin ondan 

uzaq dur və onunla yaxınlıq etmə!” Peyğəmbər  bu xəbəri Murara və Hilala 

da  göndərmişdi.  Mən  həyat  yoldaşıma  dedim:  “Atanın  evinə  get  və  Allahın 

hökmü gələnə qədər orada qal!” Hilal ibn Ümeyyənin zövcəsi Peyğəmbərin  

yanına  gəlib  dedi:  “Ya  Rəsulullah,  Hilal  artıq  qocalmış  və  əldən  düşmüşdür. 

Ona  xidmət  edəcək  bir  kimsə  yoxdur.  Ona  xidmət  göstərməyimə  də  qadağa 

qoyursan?”  O  dedi:  “Xeyr,  lakin  səninlə  yaxınlıq  etməsin.”  Hilalın  zövcəsi 

dedi:  “Vallahi  ki,  onun  heç  hərəkət  etməyə  taqəti  qalmayıb.  Bu  hadisə  baş 

verəndən  bəri  o,  dayanmadan  ağlayır.”  Mənim  də  yaxınlarımdan  bəziləri 

mənə  dedilər:  “Bəlkə  sən  də  Peyğəmbərdən    izn  istəyəsən  və  o,  Hilal  ibn 

Ümeyyənin zövcəsinə ona xidmət  etmək üçün izn verdiyi kimi sənin zövcənə 

də  izn  versin.”  Mən  dedim:  “Vallahi,  mən  bu  barədə  Peyğəmbərdən    izn 

istəməyəcəm.  Mən  nə  bilim  ki,  o  nə  cavab  verəcək.  Bundan  başqa  mən  hələ 

gəncəm.”  Mən  on  gün  də  gözlədim  və  artıq  Peyğəmbərin    qadağan  etdiyi 

günlərin  sayı  əlliyə  çatdı.  Mən  əllinci  gün  sübh  namazını  qılıb,  evlərimizdən 

birinin  damının  üstündə  Allahın  ayədə  zikr  etdiyi  vəziyyətdə,  yəni  ürəyim 

təngə gəlib sıxılmış və gen dünya mənə dar olmuş bir halda oturmuşdum ki, 

birdən Səl dağının üstünə çıxıb uca səslə çağıran carçının: “Ey Kəb ibn Malik, 

sevin!” dediyini eşitdim. Mən dərhal səcdə etdim və anladım ki, artıq sevinc və 

fərəh  gəlmişdi.  Peyğəmbər    sübh  namazını  qıldıqdan  sonra  Allahın  bizim 

tövbələrimizi  qəbul  etdiyini  insanlara  bəyan  etmiş  və  onlar  da  bu  şad  xəbəri 

bizə  çatdırmağa  tələsmişlər.  Bəziləri  Muraranı  və  Hilalı  müjdələmək  üçün 

onların  yanına  getmişlər.  Onlardan  biri  atını  çaparaq  məni  müjdələməyə 

gəlmiş,  digəri  isə  Səl  dağına  qalxıb  oradan  bu  müjdəni  mənə  daha  tez 

çatdırmışdı. Çünki səsin sürəti atın sürətindən daha tez çatır. Səsini eşitdiyim 

müjdəçi  mənim  yanıma  gəldikdə  libasımı  ona  verdim.  Vallahi,  özümün 

bundan başqa libasım olmadığı üçün Əbu Qətadədən libas aldım və onu geyib 

Peyğəmbərin    yanına  getdim.  Əshabələr  dəstə-dəstə  məni  qarşılayır  və 

tövbəmin  qəbul  olunması  münasibətilə  məni  təbrik  edib  deyirdilər:  “Allahın 

tövbəsi  sənə  xeyirli  olsun!”  Mən  məscidə  daxil  olduqda,  Peyğəmbər   orada 

oturmuş  və  camaat  da  onun  ətrafına  toplaşmışdı.  Təlhə  İbn  Ubeydullah   

qalxaraq  sürətlə  mənə  tərəf  gəlib  əlimi  sıxdı  və  məni  təbrik  etdi.  Allaha  and 

olsun  ki,  ondan  başqa  mühacirlərdən  heç  kəs  məni  təbrik  etmək  üçün  ayağa 

qalxmadı. Mən onun bu münasibətini heç vaxt unutmaram. Mən Peyğəmbərə 

 salam verdikdə, o, sevinclə parlayan üzünü mənə tərəf çevirib dedi: “Anan 

səni  dünyaya  gətirdiyi  gündən  bəri  sənin  üçün  ən  xeyirli  olan  bu  günün 

                                                

147


 Xuzeymə İbn Sabit . 

 

 

789 



səadətilə  sevin!”  Mən:  “Ya  Rəsulullah,  bu  müjdə  sənin  tərəfindəndir,  yoxsa 

Allahın?”  deyə  soruşduqda  o  dedi:  “Xeyr,  əksinə  bu  Allah  tərəfindən  olan 

müjdədir.”  Adətən  Peyğəmbər    sevindikdə  onun  üzü  ay  parçası  kimi 

parlayardı.  Biz  də  onun  sevindiyini  bu  görkəmindən  hiss  edərdik.  Mən 

Peyğəmbərin    qarşısında  oturub  dedim:  “Ya  Rəsulullah,  tövbəm  qəbul 

olunduğu  üçün  var-dövlətimi  Allah  və  Onun  rəsuluna  sədəqə  etmək 

istəyirəm.”  Peyğəmbər:  “Var-dövlətinin  bir  hissəsini  özündə  saxla.  Bu  sənin 

üçün  daha  xeyirlidir.”  Mən  dedim:  “Xeybər  döyüşündə  əldə  olunmuş 

qənimətdən  payıma  düşən  hissəni  özüm  üçün  saxlayıram.  Ya  Rəsulullah! 

Həqiqətən, Allah  məni  bu sıxıntıdan yalnız  doğru  danışdığım  üçün  qurtardı. 

Elə buna görə də bundan sonra yalnız doğru danışacağam.” Allaha and olsun 

ki,  Peyğəmbərə    doğru  söylədiyim  vaxtdan  bəri  Allahın  kimi  isə  doğru 

danışmaqda  məni  imtahana  çəkdiyindən  daha  gözəl  imtahana  çəkdiyini 

bilmirəm.  Bütün  bunları  Peyğəmbərə   söylədikdən  sonra  bu  günədək yalan 

danışmaq niyyətində olmadım və Allahdan istəyirəm ki, bundan sonra da bu 

işdə  məni  qorusun.  Buna  görə  də Allah  Peyğəmbərinə    bu  ayəni nazil  etdi: 



“Allah,  müsəlmanlardan  bəzilərinin  qəlbi  cihaddan  yayınmaq  üzrə  olduqdan 

sonra,  Peyğəmbərin  də,  çətin  vaxtda  onun  ardınca  gedən  mühacirlərin  və 

ənsarların  da  əvvəlcə  tövbəsini  qəbul  etdi,  sonra  da  onları  bağışladı.  Çünki 

Allah  onlara  qarşı  Şəfqətlidir,  Rəhmlidir.  Geri  qalmış  üç  nəfəri  də  bağışladı. 

Hətta yer üzü öz genişliyinə baxmayaraq onlara dar gəlmiş, ürəkləri kədərdən 

sıxılmış  və  yəqin  bilmişdilər  ki,  Allahın  əzabından,  ancaq  Onun  Özünə 

sığınmaqdan başqa çarələri yoxdur. Sonra Allah peşman olsunlar deyə onların 

tövbəsini  qəbul  etdi.  Həqiqətən,  Allah  tövbələri  qəbul  Edəndir,  Rəhmlidir.  Ey 

iman gətirənlər! Allahdan qorxun və düz danışanlarla birlikdə olun”. (ət-Tövbə 

117-119).  Allaha  and  olsun  ki,  İslam  nemətindən  sonra  Allahın  mənə  bəxş 

etdiyi  nemətlərdən  ən  gözəli  Peyğəmbərə    doğru  danışmaqdır  ki,  yalan 

danışıb  həlak  olanlardan  olmayım.  Uca  Allah  yalan  danışanları  məzəmmət 

edərək  onlar  barəsində  bu  ayəni  nazil  etmişdir:  “Yanlarına  qayıtdığınız 



zaman,  onlardan  əl  çəkəsiniz  deyə,  qarşınızda  Allaha  and  içəcəklər.  Siz 

onlardan  üz  döndərin.  Çünki  onlar  murdardırlar.  Qazandıqları  günahların 

cəzası  olaraq  sığınacaqları  yer  Cəhənnəm  olacaqdır.  Qarşınıda  and  içəcəklər 

ki,  onlardan  razı  qalasınız.  Siz  onlardan  razı  olsanız  da,  Allah  fasiq 

camaatdan  razı  qalmaz”.  (ət-Tövbə  95-96).  Peyğəmbər    bizim  üçümüzdən 

başqa döyüşdən yayınanların hər birindən and içib, üzr diləmələrini qəbul etdi, 

həmçinin  onların  beyətini  qəbul  edib  onlar  üçün  bağışlanma  dilədi.  Lakin 

bizim barəmizdə olan hökmü Allahın əmri gələnə qədər təxirə saldı. Bu haqda 

Uca Allah belə buyurur:  “Geri qalmış üç nəfəri də bağışladı...”. (ət-Tövbə 118). 

Bu  ayədə  qeyd  olunmuş  “geri  qalanlar”  ifadəsi  heç  də  bizim  Təbuk 



 

 

790 



döyüşündən  geri  qalmağımıza  işarə  deyil.  Əksinə,  bu  bizim  barəmizdə  olan 

hökmün, and içərək Peyğəmbərdən  üzr diləyənlər barəsində olan hökmdən 

(əlli gün) geri qalmasıdır.” (Buxari, 4418, Muslim 7192, 2769/53)  

 


Yüklə 5,61 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin