Al-lulu vəl-mərcan



Yüklə 5.61 Mb.
Pdf просмотр
səhifə1/64
tarix21.04.2017
ölçüsü5.61 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   64
AL-LULU VƏL-MƏRCAN                                                                                                                                        

 

 



 

 

 



 

 

 



 

 

 

 

 

 



Əl-Lulu Vəl Mərcan  

İnci Və Mərcan 

Buxari Və Muslimin  

İttifaq Etdiyi Hədislər  

 

 



 

 

 



 

 

 



Müəllif: Muhəmməd Fuad İbn AbdulBəqi 

Tərcümə: K.Huseyn 

 

 



 

 

 



 

 


 

 



Ön Söz 

 

Xutbətul Hacə 

Həmd  ancaq  Allahadır,  Ona  həmd  edir,  Ondan  yardım  və  məğfirət 

diləyirik. Nəfslərimizin şərindən və pis əməllərimizdən Allaha sığınırıq. Allah 

kimi hidayətə yönəltmişsə, onu heç kəs azdıra bilməz, kimi də azdırmışsa, heç 

kəs  onu  hidayətə  yönəldə  bilməz.  Mən  şəhadət  edirəm  ki,  Allahdan  başqa 

ibadətə layiq haqq ilah (məbud) yoxdur, O, təkdir, şəriki də yoxdur və şəhadət 

edirəm ki, Muhəmməd Onun qulu və Elçisidir. 



“Ey  iman  gətirənlər!  Allahdan  lazımınca  qorxun.  Yalnız  müsəlman 

olduğunuz halda ölün”(Ali İmran 102). 

“Ey insanlar! Sizi tək bir şəxsdən (Adəmdən) xəlq edən, ondan da zövcəsini 

(Həvvanı)  yaradan  və  onlardan  da  bir  çox  kişi  və  qadınlar  törədən 

Rəbbinizdən  qorxun.  (Adı  ilə)  bir-birinizdən  (cürbəcür  şeylər)  istədiyiniz 

Allahdan,  həmçinin  qohumluq  əlaqələrini  kəsməkdən  qorxun.  Şübhəsiz  ki, 

Allah sizin üzərinizdə nəzarətçidir”. (ən-Nisa 1). 

“Ey  iman  gətirənlər!  Allahdan  qorxun  və  doğru  söz  söyləyin!  (Əgər  belə 

etsəniz)  Allah  əməllərinizi  islah  edər  və  günahlarınızı  bağışlayar.  Hər  kəs 

Allaha və Peyğəmbərinə itaət etsə, böyük bir səadətə (Cənnətə) nail olar”. (əl-

Əhzab 70-71).

1

 

Şübhəsiz  ki,  sözlərin  ən  doğrusu  Allahın  kəlamı,  yolların  ən  xeyirlisi 

Muhəmmədin    yoludur.  Əməllərin  ən  pisi  sonradan  uydurulanlardır. 

Sonradan  uydurulub  dinə  salınan  hər  bir  əməl  bidətdir,  hər  bir  bidət  isə 

zəlalətdir. Hər bir zəlalət isə oddadır.

2

 



“Ey  Rəbbim!  Köksümü açıb  genişlət,  işimi  yüngülləşdir,  dilimdəki düyünü 

aç ki, sözümü yaxşı anlasınlar!” (Taha 25-28). 

Möhtərəm  müsəlman  bacı  və  qardaşlarımız!  İlk  öncə  hamınızı  Allahın 

salamı  ilə  salamlayıram.  Allahın  Kitabına  və  Allah  Elçisinin    yoluna  tabe 

olaraq  bu  əməli  “Bismilləh”  ilə  başlayıram.  Çünki,  Allah  Rəsulu    də  öz 

məktublarını  "Bismilləh"  ilə  başlamış  və  buyurmuşdur:  "Hər  mühüm  bir  işə 

"Bismilləh" ilə başlanılmazsa, o işin sonu kəsikdir"

3

.  


                                                

1

 Xutbətul Hacə: adı ilə məşhur olan bu duanı cümə və s. xütbələrdə Peyğəmbər  oxumuşdu. Səhabələrinə 



də  bunu  əmr  etmiş  və  özü  də  onları  öyrətmişdir.  Hədisin  ilk  hissəsini  bizə  Əhməd  1/392,  293,  432,  Əbu 

Davud 2188, Tirmizi 1105, İbn Macə 1892 və başqaları rəvayət etmişlər.  

2

 Hədisin İkinci Hissəsini: Muslim "Şərhu Nəvəvi" 6/153-156, Əhməd 3/319, 371, Nəsəi 3/188, 189 və digərləri 



rəvayət  etmişlər.  Hədis  alimi  Muhəmməd  Nəsirəddin  əl-Albani  hədisin  bütün  rəvayətlərini  bir  yerə 

toplayaraq “Xutbətul-Hacə” adlı bir kitab yazmışdır. İstəyənlər bu kitaba baxa bilərlər. Hədis Şeyx əl-Albani 

tərəfindən səhih hesab olunur.  

3

 Əbu Davud, əl-Albani “Zəif”.  



 

 



Müsəlmanlara  dəyərli  bir  kitab  topluyub  bəxş  edən  Muhəmməd  Fuad 

AbdulBəqiyə    Uca  Allahdan  rəhmət  və  məğfirət,  məqamının  Cənnət 

olmasını Allahdan diləyirik. Şeyx H. 1299-cu il Cumədəl Əvvəl 3 (Mart 1882-ci 

ildə) Qahirədə doğulmuşdur. Muttəfiqun Aleyh – nəzərində ittifaq olunan söz 

və  ya  məsələ  deməkdir.  Səhabələrin  ittifaq  etdiyi  və  heç  birinin  müxalif 

olmadığı  deməkdir.  Hədisdə  isə  bir  hədisin  səhihliyi  üzərində  hədis 

imamlarının  birləşdiyi,  hədisin  səhih  olduğunu  söyləmələridir.  Bu  kitab  isə 

Səhih  Buxari  və  Səhih  Muslimdən  toplandığı  üçün  Muttəfiqun  Aleyh 

adlanmışdı. Çünki onlardan  sonra  gələn  bir çox alimlər  bir hədisin  Buxari  və 

Muslimdə  olması  hədisin  səhih  olması  üçün  yetərlidir  demişlər.  İslam 

dünyasında  böyük  bir  etibar  qazanmış  və  içində  olan  hədislərin  səhih 

olmasına dair bir çox alimlər ittifaq etmişlər. İbn Əsir  deyir ki: “Hər ikisi də 

kitablarına  səhih  ismini  vermişlər  və  səhih  ismini  verən  ilk  alimlər  olmuşlar. 

Bu iki alim söylədikləri sözə sadiq qalmış, bu etibarı doğrultmuşlar, buna görə 

də Allah onları  şərqdə  və qərbdə,  quruda  və suda  da  doğrultmuşdur.  Bunun 

belə  olmasının  səbəbi  niyyətlərinin  doğru  olması,  qəlblərinin  ixlaslı  olması, 

kitablarına yazdıqları hədislərin səhih olmasıdır”

4

. Qurani Kərimdən sonra ən 



güvənilir hökm olaraq qəbul edilmişdir.  

Bu Barədə  Yazılan  Kitablar:  1.  Risalə Fi  Bəyani Mə  İttəfəqa Aleyhi  Buxari 

və Muslim Və Mə İnfəradə Əhəduhumə Anil Ahar. Muəllif: Əli İbn Ömər əd-

Dərakutni. 2. Muvaqatul Buxari Və Muslim. Muəllif: Muhəmməd İbn Tahir əl-

Məqdisi  İbnul  Qaysarani.  3.  Mufidus  Sami  Vəl  Qari  Mimmə  İttəfəqa  Aleyhi 

Muslim  Vəl  Buxari.  Muəllif:  “Əhməd  AbdurRahman  İbn  Muhəmməd  əl-

Hariri.  4.  Zadul  Muslim  Fimə  İttəfəqa  Aleyhil  Buxari  Məa  Muslim. 

Muhəmməd  Həbibullah  əş-Şingiti.  Kitabda  1368  Hədis  vardır.  5.  əl-Lulu  Vəl 

Mərcən Fi Mə İttəfəqa Aleyhi Şeyxan. Muəllif: Muhəmməd Fuad AbdulBəqi.  

Kitabda hədislər mətn olaraq Səhih Buxarinin mətni nəzərə alınmışdır (1200 

Hədis).  Lakin  az  bir  qism  olaraq  Səhih  Muslimin  mətnləri  də  vardır  (400 

Hədis).  Hədislərin  düzlüşü,  başlıqlar  və  bölümlər  Səhih  Muslimə  görə  əsas 

götrülmüşdür.  Muəllif  qeyd  etmişdir  ki,  kitabında  2006  hədis  yer  almışdır. 

Lakin  kitabda  1906  hədis  olduğudur.  Hər  iki  tərəfdən  də  hədislərin  həm 

Buxaridə,  həm  də  Muslimdə  olan  yerləri  bir  neçə  mətbəə  nəşrlərinə  əsasən 

qeyd edilmişdir.  

İlk növbədə Allahdan bu işimin dolğun, düzgün şəkildə tərcümə edib başa 

çatdırılmasını  diləyirəm.  Allahdan  əməlimi  onun  üçün  ixlaslı  olmasını, 

məndən  qəbul  edib  onunla  müsəlmanları  faydalandırmasını  diləyirəm.  Əgər 

haradasa  xəta  etmişəmsə  bu  nəfsimdən  və  şeytandandır.  Şeytandan  və 

çarəsizlikdən  Allaha  sığınıram.  Burada  düzəldilməsi  mühüm  olan  yerləri 

                                                

4

 Cəmiul usul Fi Hadisil Rasul 41,42.  



 

 



tapdıqdan sonra mənə öyüd-nəsihət verəndən, səhvlərimi və xətalarımı mənə 

bəyan edəndən Allah razı olsun. Allah onu xeyirlə mükafatlandırsın! Mən ona 

əvvəlcədən öz təşəkkürümü bildirirəm.  

Güvəndiyim  Allahdır,  işlərimi  Ona  həvalə  edirəm  və  Ona  arxalanıram. 

Həmd  və  nemət  yalnız  Onadır.  Müvəffəqiyyət  bəxş  edən  və  xətalardan 

qoruyan  da  Odur.  "Məni  yaradan  və  məni  doğru  yola  yönəldən  Odur!  Məni 



yedirdən də, içirdən də Odur! Xəstələndiyim zaman mənə yalnız O şəfa verir. 

Məni  öldürəcək,  sonra  dirildəcək  də  Odur  və  Qiyamət  günü  xətamı 

bağışlayacağına  ümid  etdiyim  də  Odur!  Ey  Rəbbim!  Mənə  hikmət  bəxş  et  və 

məni  salehlərə  qovuşdur!  Sonra  gələnlər  arasında  mənə  yaxşı  ad  qismət  et! 

Məni Nəim Cənnətlərinin varislərindən et". (əş-Şuəra 78-85). 

Allahın  salavat  və  salamı  onun  Peyğəmbəri  Muhəmmədə  ,  onun  ailə 

üzvlərinə,  səhabələrinə  və  Qiyamətə  qədər  onun  yolu  ilə  gedən  saleh 

möminlərin üzərinə olsun!  

 

BitirdimMiladi 2014-ci il 29 Mart 

Hicri: 1435-cü il Cumədəl Əvvəl 27 

Həmd Olsun Aləmlərin Rəbbi Olan Allaha! (Yunus 10) 

 


 

 



Muhəmməd İbn İsmail Əl-Buxari  

 

Əbu  Abdullah  Muhəmməd  İbn  İsmail  İbn  İbrahim  İbn  əl-Muğira  İbn 



Bərdizbəh  əl-Cufi  əl-Buxari.  Hədis  elmində  Muhəddislərin  əmiri  sayılır.  H. 

194-ci il Şəvval ayının 11 Buxara şəhərində (Bəzi rəvayətlərdə: Bəhratəng adlı 

Buxaraya  yaxın  bir  kənddə)  dünyaya  göz  açmışdır.  Çox  kiçik  yaşlarından 

hədis  elmini  öyrənməyə  başlamış  və  bu  səbəbdən  də  elm  almaq  üçün 

dünyanın  bir  çox  ölkələrini  dolaşmışdır.  O,  uşaq  ikən  kor  olur.  Anası  gecə-

gündüz  oğlu  üçün  dua  edir  və  Uca  Allah  onun  görmə  qabiliyyətini  qaytarır. 

Anası  hicrətin  210-cu  ilində  onu  və  qardaşı  Əhmədi  Həccə  aparır  və  hədis 

elminə olan həvəsinə görə onu Məkkə şəhərində qoyub gedir. Tarixçilər qeyd 

edirlər  ki,  o  zaman  Buxari    artıq  yetmiş  min  hədis  əzbər  bilirdi.  Artıq  18 

yaşında  o  «Tarix»  kitabını  yazır.  Sonralar  hədisləri  toplamaq  üçün  o  Şam, 

Misir,  Bəsrə,  Hicaz,  Kufə,  Bağdad  və  bir  çox  başqa  yerlərə  səyahət  edir.  İbn 

Kəsir  demişdir: «O, bir dəfə kitaba baxmaqla (oxumaqla) onu əzbərləyərdi». 

İbn  Mücahid   demişdir:  «Muhəmməd  İbn  Səlləmin  yanında  idim.  O  mənə 

dedi:  –  Bir  az əvvəl gəlmiş olsaydın, sənə  yetmiş  min  hədis  əzbər  bilən  uşağı 

göstərərdim».  Quteybə  İbn  Səid    demişdir:  «Fəqihlərlə,  zahidlərlə  və 

abidlərlə  oldum,  lakin  Muhəmməd  İbn  İsmail    kimisini  görmədim.  O,  öz 

zamanında  Ömər   kimi idi».  Tirmizi   demişdir:  «Sənəd  (Hədisin  mətninə 

qədər  sadalanan  ravilərin  (yəni  hədisi  rəvayət  edən  kəslərin)  silsiləsinin 

araşdırılması) və iləl (Hədisin sənədində və ya mətnində olan və onu zəiflədə 

biləcək  amillərin  araşdırılması)  elmində  Muhəmməd  İbn  İsmail  kimisini 

görmədim».

 

Əhməd  İbn  Hənbəl, Yəhyə  İbn Məin,  İbn əl-Mədini, əl-Həmidi  – 



Allah Onlardan Razı Olsun - və s. kimi muhəddislərdən hədis rəvayət etmişdir. 

Onun  tələbələrindən  məşhur  Müslim,  Nəsai,  Tirmizi,  əl-Firabridir  –  Allah 



Onlardan Razı Olsun  -.  Əsərlərindən  “Tarix  əl-Kəbir”,  “Ədəbul  Mufrad”  və  s. 

Lakin bu əsərlərin içərisində xüsusi bir yeri tutan “əl-Cəmis Səhih” əsəridir. Bu 

əsərdə  7563  hədis  toplanmışdır  ki,  müəllif  bu  hədisləri  600000  min  hədisin 

içərisindən  seçmişdir.  Imam  Buxari   bu  əsərinə  topladığı  hər  bir  hədisi  iki 

rükət istixarə namazı qıldıqdan sonra yazmışdır. Buxari «əs-Səhih» əsərini iki 

əsas  səbəbə  görə  yazmışdır  –  O  rəvayət  edir  ki,  biz  İshaq  İbn  Rəhaveyhin 

yanında idik. O bizə dedi: «Yaxşı olardı ki, Peyğəmbərin   sünnəsi barəsində 

səhih  kitab  tərtib  edəsiniz».  Onun  təklifi  çox  xoşuma  gəldi  və  «əl-Cəmius 

Səhih»  kitabını  tərtib  etməyə  başladım.  –  O  rəvayət  edir  ki,  bir  dəfə  mən 

Peyğəmbəri   yuxuda gördüm. Əlimdəki yelpiklə onu yelpikləyir və üzərinə 

qonan  milçəkləri  ondan  uzaqlaşdırırdım.  Alimlərdən  gördüyüm  yuxu 

barəsində soruşduqda onlar mənə dedi ki, sən Peyğəmbərin  adından istifadə 

olunaraq  uydurulan  rəvayətləri  ondan  uzaqlaşdıracaqsan.  Bu  da  mötəbər 



 

 



hədisləri  cəm  etməyim  üçün  bir  səbəb  oldu.

 

Buxaridə  –  İbn  Salaha    görə 



təkrarla  birlikdə  7275  hədis,  təkrarsız  4000  hədis,  Muttasıl  sənədlərlə  gələn 

hədislər  təkrarsız  2602.  İbn  Həcərə    görə  7397  hədis,  1341  Muallaq,  341 

Mutabi  hədis.  Ümumi  olaraq  9082  hədis  vardır.  Muhəmməd  İbn  Fuad 

Abdulbakini  təkrarla  Muttasıl  7563  hədis  vardır.  Müxtəsər  Buxaridə  isə 

təkrarsız  2226  hədis  vardır.  Bu  kitab  Qurani  Kərimdən  sonra  ən  səhih  və 

etibarlı  kitab  sayılır.  Müəllif    deyir  ki:  Mən  bu  kitabda  yalnız  səhih  olan 

hədisləri  qeyd  etmişəm.  Halbuki  mən  100000  min  səhih,  200000  min  isə  zəif 

hədis  bilirəm.  Mən  1000  yaxın  şeyxlərdən  hədis  toplamışam  və  elə  bir  hədis 

yoxdur ki, mən onun ravilər silsiləsini əzbərdən bilməyim. Hafiz ləqəbli alim 

Zəhəbi  demişdir: “Buxarinin “Cəmius Səhih” adlı əsərinə gəlincə o, İslamın 

ən  möhtəşəm  kitablarındandır.  O,  uca  Allahın  kitabından  sonra  ən  əfzəl 

kitabdır.  İnsan  onu  dinləmək  üçün  min  fərsəx  yol  qət  etsə  belə  bu  səfərlə 

vaxtını  zay  etmiş  sayılmaz”.  H.  256-cı  il  30  Ramazan  ayında  Səmərqəndə 

dünyasını dəyişmişdir. 

 

Muslim İbn Həccac  

 

Müslim  İbn  əl-Həccac  əl-Quşeyri  ən-Nisapuri.  Hədis  elmində  İmam 



Buxaridən    sonra  ikinci  böyük  şəxsiyyət  sayılır.  əl-Məmun  adlı  xəlifənin 

xilafəti  dövründə,  H.  204-206-cı  ildə  Məşədin  yaxınlığında  yerləşən  Nisapur 

şəhərində  dünyaya  gəlmişdir.  Quşeyr  adlı  böyük  və  məşhur  bir  qəbiləyə 

məxsusdur.  Bu  qəbilənin  adı  isə  Kuşeyr  İbn  Kəbdən  gəlir.  Çox  kiçik 

yaşlarından  hədis  elmini  öyrənməyə  başlamış  və  bu  səbəbdən  də  elm  almaq 

üçün dünyanın bir çox ölkələrini İraq, Hicaz, Şam və Misri dolaşmışdır. Böyük 

hədis  alimləri  olan  İmam  Buxari,  Əhməd  İbn  Hənbəl,  Yəhyə  İbn  Məin,  Əbu 

Heysəmə, İbn Əbu Şeybə  – Allah Onlardan Razı Olsun - və s. dərs almışdır. Öz 

növbəsində də Tirmizi, İbn Əbu Xatim, İbrahim İbn Muhəmməd İbn Sufyan  – 

Allah Onlardan Razı Olsun - kimi  muhəddislərə  dərs  vermişdir.  Alimlər  İmam 

Muslim haqda yüksək tərifəlayiq sözlər demişlər. Əbu Zura və Əbu Hətim   

Muslimi  onun  zamanında  yaşayan  digər  alimlərdən  üstün  tutmuşlar.  Şeyx 

Məhəmməd  İbn  ƏbdülVahhab  əl-Fərra    deyir:  “Muslim  insanların  ən 

savadlısı və elm dəryası idi. Onun haqqında xeyirdən başqa heç nə bilmirəm”. 

Məsləmə  İbn  Qasim    deyir:  “Onun  alimlər  arasında  qədir-qiyməti 

yüksəkdir”.  İmam  Nəvəvi    isə  demişdir:  “Onun  (bu  elmdə)  imam,  alim 

olmasına,  yüksək  məqamına,  elmdə  dəqiqliyinə  və  öncüllüyünə  hamı  ittifaq 

etmişdir”.  Ən  məşhur  əsəri  əl-Cəmi  əs-Səhihdir  ki,  bu  əsərdə  7275,  təkrarsız 

4000 hədis toplanmışdır. Bu kitab İmam Buxarinin   səhihindən sonra ikinci 

səhih əsər sayılır.  İmam Muslim “Səhih” əsərini Nisapur şəhərində on beş ilə 


 

 



təlif  etmiş  və  hicri  tarixi  ilə  250-  ci  ildə  bitirmişdir.  İmam  Nəvəvi    belə 

demişdir:  “Onun  seçimi  və  düzəlişinə  on  altı  il  sərf  etmişdir”.  H.  261-ci  il 

(Miladi  875-ci  il)  Rəcəb  ayında  Nisapur  şəhərində  dünyasını  dəyişmişdir. 

Muhəmməd  İbn  Bəşşar  belə  demişdir:  “Dünyanın  hafizləri  (hədis  elmində) 

dörddür: “ər-Rey şəhərində Əbu Zurə, Nisapur şəhərində Muslim, Səmərqənd 

şəhərində  Abdullah  əd-Darani  və  Buxara  şəhərində  Muhəmməd  İbn  İsmail”. 

Əl-Huseyn  İbn  Mənsur    belə  demişdir:  “İsaq  İbn  Rahəveyni    Muslimi 

xatırlayaraq  fars  dilində  belə  dediyini  eşitdim:  “Hansı  kişi  bunun  kimi  ola 

bilər?!”.  İsaq  əl-Kovsəc  İmam  Muslimə    belə  demişdir:  ”Allah  səni 

müsəlmanların arasında hifz etdikcə biz xeyirdən məhrum olmarıq”. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



 



 

 

 

 





 

 

Peyğəmbərin  Adından Yalan 



Danışmağın Aqibətinin Ağır 

Olması 

 

 



 

 




 

 

 

10 





 

 

Peyğəmbərin  Adından Yalan Danışmağın Aqibətinin 



Ağır Olması 

 



 

1.  Əli    rəvayət  edir  ki,  mən  Peyğəmbərin    belə  dediyini  eşitdim:  “Mənim 



adımdan  yalan  danışmayın.  Kim  mənim  adımdan  yalan  danışarsa,  qoy 

Cəhənnəmdəki yerini tutsun.” (Buxari 106, Muslim 2) 

 

 



 

 

2.  Ənəs  İbn  Məlik    demişdir:  “Sizə  çoxlu  hədislər  rəvayət  etməkdən  məni 



saxlayan,  (ancaq)  Allah  Elçisinin  bu  hədisidir:  “Hər  kim  mənim  adımdan 

bilərəkdən  yalan  söyləyərsə,  atəşdən  olan  yerini  hazırlasın”.  (Buxari  108, 

Muslim 3) 

 

 



 

3.  Əbu  Hureyra    rəvayət  edir  ki,  Allah  Elçisi    buyurdu:  “Hər  kim  mənim 



adımdan  bilərəkdən  yalan  danışarsa,  qoy  Cəhənnəmdəki  yerini  tutsun”. 

(Buxari 110, 6197, Muslim 4) 

 

 



 

 

4.  Muğira    rəvayət  edir  ki,  Peyğəmbərin    belə  dediyini  eşitdim:  “Mənim 



adımdan danışılan yalan başqa birisinin adından danışılan yalan kimi deyildir. 

Hər  kim  bilə-bilə  mənim  adımdan  yalan  danışarsa,  Cəhənnəmdə  öz  yerini 

hazırlasın” (Buxari 1291, Muslim 5) 

 

 



 

 

 



 

 


 

 

11 



 



 

 

 

 



 

 

İMAN KİTABI 

 

 

 



 



 



 

 

12 



 

 

İman Nədir? İmanın Xüsusiyyətlərinin Bəyanı 

 



 



 

5.  Əbu  Hureyra    rəvayət  edir  ki,  bir  gün  Peyğəmbər    camaatın  arasında 



oturmuşdu.  Bir  nəfər  onun  yanına  gəlib:  “İman  nədir?”-  deyə  soruşdu. 

Peyğəmbər:  “İman  (odur  ki,)  Allaha,  Onun  mələklərinə,  Onunla  qarşılaşaca-

ğına  və  Onun  elçilərinə  iman  gətirəsən,  habelə  (öldükdən  sonra)  diriləcəyinə 

inanasan.”  O:  “İslam  nədir?”–  deyə  soruşdu.  Peyğəmbər:  “İslam  (odur  ki,) 

Allaha ibadət edib Ona (heç bir şeyi) şərik qoşmayasan, (vaxtlı-vaxtında, lazı-

mınca) namaz qılasan, vacib buyrulmuş zəkatı verəsən və Ramazan ayını oruc 

tutasan.”  O:  “Ehsan  nədir?”-  deyə  soruşdu.  Peyğəmbər:  “Ehsan  (odur  ki,) 

Allaha, sanki Onu görürmüşsən kimi ibadət edəsən; sən Onu görməsən də, (bil 

ki,)  O,  səni  görür.”  O:  “Qiyamət  nə  zaman  qopacaq?”-  deyə  soruşdu. 

Peyğəmbər:  “Bu  haqda  soruşulan  soruşandan  çox  bilmir.  Lakin  sənə 

Qiyamətin əlamətlərini deyəcəyəm: kəniz öz ağasını doğacağı və kimliyi bəlli 

olmayan,  dəvə  otaran  çobanlar  hündür  binalar  tikməkdə  bir-biri  ilə 

yarışacaqları  zaman  (Qiyamət  qopacaqdır.  Bu  da)  yalnız  Allahın  bildiyi  beş 

şeydən  biridir.”  Sonra  Peyğəmbər:  “Həqiqətən,  Saatı  (Qiyamətin  qopacağı 



vaxtı)  ancaq  Allah  bilir.  Yağışı  (istədiyi  vaxt)  göydən  O  yağdırır,  bətnlərdə 

olanı  O  bilir.  Heç  kəs  səhər  nə  qazanacağını  bilməz.  Heç  kəs  harada  öləcəyini 

bilməz.  Allah  isə,  şübhəsiz  ki,  (hər  şeyi)  Biləndir,  (hər  şeydən)  Xəbərdardır!”. 

(Loğman 34). - ayəsini oxudu. Sonra o adam dönüb getdi. Peyğəmbər: “Onu geri 

qaytarın!”- deyə buyurdu. Lakin (əshabələr) ondan bir əsər-əlamət görmədilər. 

Peyğəmbər:  “Bu  Cəbrail  idi.  İnsanlara  dinlərini  öyrətmək  üçün  gəlmişdi.” 

(Buxari 50, Muslim 10, 106, 108) 

 

 

İslamın Rüknlərindən Biri Sayılan Namazın Bəyanı 


 

 

13 



 

 





 

 



6. Təlhə İbn Ubeydullah  rəvayət edir ki, Nəcd (Məkkə ilə İraq arasında yer) 

əhlindən  olan,  saçları  dağınıq  bir  kişi  Peyğəmbərin    yanına  gəldi.  Biz 

uzaqdan onun gurultulu səsini eşidir, amma nə dediyini anlamırdıq. Nəhayət, 

yaxına  gəldi  və  aydın oldu  ki, İslam  barəsində  soruşur. Peyğəmbər:  “Bir gün 

və bir gecə ərzində beş vaxt namaz (qılmalısan).” Kişi soruşdu: “Mənə bundan 

başqası  vacib  buyrulubmu?”  (Peyğəmbər):  “Xeyr!  Yalnız  könüllü  olaraq 

qıldığından  başqa”–  deyə  cavab  verdi.  Sonra  Peyğəmbər    buyurdu: 

“Ramazan  orucunu  da  (tutmalısan).”  (Kişi)  soruşdu:  “Mənə  bundan  başqası 

vacib buyrulubmu?” (Peyğəmbər): “Xeyr! Yalnız könüllü olaraq tutduğundan 

başqa”–  deyə  cavab  verdi.  Peyğəmbər    ona  zəkatın  vacibliyini  də  bildirdi. 

(Kişi)  soruşdu:  “Mənə  bundan  başqası  vacib  buyrulubmu?”  (Peyğəmbər): 

“Xeyr!  Yalnız  könüllü  olaraq  verdiyindən  başqa”–  deyə  cavab  verdi.  Kişi: 

“Vallahi  ki,  mən  buna  heç  nə  artırmayacağam  və  heç  nə  əskiltməyəcəyəm”– 

dedi  və  dönüb  getdi.  Peyğəmbər:  “Əgər  doğru  deyirsə,  nicat  tapacaqdır.” 

(Buxari 46, Muslim 12, 109) 

 




Поделитесь с Вашими друзьями:
  1   2   3   4   5   6   7   8   9   ...   64


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə