Al-lulu vəl-mərcan


Bildiyi Halda Atasdan Üz Döndərən Kimsənin İmanının



Yüklə 5,61 Mb.
Pdf görüntüsü
səhifə3/64
tarix21.04.2017
ölçüsü5,61 Mb.
#15074
1   2   3   4   5   6   7   8   9   ...   64

 

 

Bildiyi Halda Atasdan Üz Döndərən Kimsənin İmanının 



Bəyanı 

 

 



 

40.  Əbu  Zərr    rəvayət  edir  ki,  Peyğəmbərin    belə  dediyini  eşitdim:  “Kim 



bilərəkdən  doğma  atasının  deyil,  başqa  birisinin oğlu olduğunu  iddia  edərsə, 

küfr  etmiş  olar.  Kim  özünün  heç  bir  qohumluq  əlaqəsi  olmadığı  bir  qəbiləyə 

mənsub  olduğunu  iddia  edərsə,  qoy  Cəhənnəmdəki  yerini  tutsun.”  (Buxari 

3508, Muslim 93, 226) 

 

 



 

41.  Əbu  Hureyra    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Atalarınızdan 

imtina etməyin! Kim atasından imtina etsə, nankor olar.” (Buxari 6768, Muslim 

94, 227) 

 


 

 

26 



 

 

 



42.  Səd  və  Əbu  Bəkr    hər  ikisi  belə  rəvayət  etmişdir:  “Mən  Muhəmməd 

Peyğəmbərin belə dediyini (bu) iki qulağımla eşitmişəm və onu qəlbimə həkk 

etmişəm:  “Kim  bilərəkdən  yad  bir  adamın  öz  atası  olduğunu  iddia  edərsə, 

Cənnət ona haram edilər”. (Buxari 6766, 6767, Muslim 96, 229) 

 

 

 

Peyğəmbərin : “Müsəlmanı Söymək Fasiqlik, Onunla 



Vuruşmağın Küfr Olmasının” Bəyanı 

 



 

43.  Abdullah  İbn  Məsuddan    rəvayət edilmişdir  ki,  Peyğəmbər    buyurdu: 



“Müsəlmanı  söymək  günah,  ona  qarşı  vuruşmaq  isə  küfrdür.”  (Buxari  48, 

6044, 7076, Muslim 97, 230) 

 

 

 

Məndən Sonra Bir-Birilərinizin Boyunlarını Vuran Kafirlər 



Olmayın 

 

 



 

44. Cərir  rəvayət edir ki, Peyğəmbər  vida həccində ona: “İnsanlara susub 



dinləməyi  əmr  et”  dedi.  (Hamı  susduqdan)  sonra  o,  belə  buyurdu:  “Məndən 

sonra bir-birinin boynunu vuran kafirlərdən olmayın!” (Buxari 121, 4405, 6869, 

7080, Muslim 98, 232) 

 

 



 

 

 



45.  Abdullah  İbn  Ömər    rəvayət  edir  ki,  Peyğəmbər    Vida  həccində 

demişdir:  “Ay  yazıqlar!  (yaxud:  Ay  biçarələr!)  Məndən  sonra  bir-birinizin 

boynunu vuraraq kafir olmayın!” (Buxari 4403, 6785, Muslim 99, 234) 


 

 

27 



 

 

Ulduzun Doğub Batmsına Görə Bizə Yağış Yağdı Deyənin 



Küfrünün Bəyanı 

 

 



 

46.  Zeyd  İbn  Xalid  əl-Cuhəni    deyir  ki:  “Allah  Elçisi    Hudeybiyədə  gecə 



ikən yağmış yağışdan sonra bizə sübh namazını qıldırdı və namazı bitirdikdən 

sonra  üzünü  camaata  çevirib  soruşdu:  “Bilirsinizmi,  Rəbbiniz  nə  buyurdu?” 

(Əshabələr:)  “Allah  və  Onun  elçisi  daha  yaxşı  bilir”  dedilər.  Peyğəmbər: 

“(Allah  buyurdu):  “Qullarımdan  bir  qismi  mömin,  digər  qismi  isə  kafir oldu. 

“Bizə  Allahın  lütfü  və  mərhəməti  sayəsində  yağış  göndərilmişdir”  deyənlərə 

gəlincə, onlar Mənə iman gətirmiş və ulduzları inkar etmişlər. “Yağış bizə filan 

və filan ulduza görə nazil olmuşdur” deyənlərə gəldikdə isə, onlar Mənə küfr 

etmiş və ulduzlara iman gətirmişlər. (Buxari 846, 1038, Muslim 104, 240) 

 

 

 

Ənsarları  Sevməyin İmandan Olmasının Dəlili 

 

 



 

47.  Ənəs    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “(Kamil)  imanın  əlaməti 

ənsarı sevməkdir, münafiqliyin əlaməti isə ənsara nifrət etməkdir.” (Buxari 17, 

3784, Muslim 108, 244) 

 

 



 

48. Bəra  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Ənsarı yalnız mömin sevər 

və onlara yalnız  münafiq  nifrət  edər.  Kim onları sevsə, Allah onu sevər.  Kim 

onlara nifrət etsə, Allah da ona nifrət edər.” (Buxari 3783, Muslim 110, 246) 

 

 


 

 

28 



 

İmanın Naqisləşməsi İtaətin Naqisləşməsilədir 

 

 



 

49.  Əbu  Səid  əl-Xudri    rəvayət  edir  ki,  Peyğəmbər    qurban  yaxud  fitrə 



bayramında  namaz  qılınan  yerə  getdi.  Qadınların  yanından  keçdikdə 

(dayanıb)  belə  buyurdu:  “Ey  qadınlar!  Sədəqə  verin!  Çünki  mənə  Cəhənnəm 

əhlinin  əksəriyyətinin  siz  qadınlar  olduğu  göstərildi.”  Qadınlar:  “Nəyə  görə, 

ya  Rəsulullah?”  deyə  soruşdular.  Peyğəmbər:  “Çünki  siz  (insanları)  tez-tez 

lənətləyir  və  ərlərinizə  qarşı  nankorluq  edirsiniz.  Mən  ağıllı  və  ehtiyatlı  bir 

adamın  sizin  qədər  həm  ağıl,  həm  də  din  baxımından  nöqsanlı  olduğunu 

görmədim.”  Qadınlar:  “Dinimizdə  və  ağlımızda  olan  nöqsan  nədir,  ya 

Rəsulullah?”  deyə  soruşdular.  Peyğəmbər:  “Məgər  qadının  şahidliyi  kişinin 

şahidliyinin  yarısına  bərabər  deyilmi?”  Onlar:  “Bəli!”  deyə  cavab  verdilər. 

Peyğəmbər:  “Bu,  qadının  ağlının  naqisliyidir.  Məgər  (qadın)  heyz  olduğu 

zaman namazını və orucunu tərk etmirmi?” Onlar: “Bəli!” deyə cavab verdilər. 

Peyğəmbər: “Bu da, onun dininin naqisliyidir.” (Buxari 304, Muslim 114, 250) 

 

 

 

Allaha İmanın Əməllərin Ən Əfsəli Olmasının Bəyanı 

 





 

50. Əbu Hureyra  rəvayət edir ki, Peyğəmbərdən  soruşdular: “Hansı əməl 

ən  yaxşı  əməl  sayılır?”  Dedi:  “Allaha  və  Onun  elçisinə  iman  gətirmək”. 

Soruşdular: “Bəs sonra hansıdır?” Dedi: “Allah yolunda cihad etmək”. (Yenə) 

soruşdular:  “Bəs  sonra  hansıdır?”  Dedi:  “Qəbul  olunmuş  həcc”.  (Buxari  26, 

Muslim 118, 258) 

 


 

 

29 



 

 



51. Əbu Zərr  rəvayət edir ki, mən Peyğəmbərdən  soruşdum: “Hansı əməl 

daha  fəzilətli  sayılır?”  O  buyurdu:  “Allaha  iman  gətirmək  və  Onun  yolunda 

cihad  etmək.”  Mən  soruşdum:  “Hansı  köləni  azad  etmək  daha  yaxşıdır?”  O 

buyurdu: “Ən bahalı və sahibi üçün ən dəyərli olanı.” Mən soruşdum: “Əgər 

bunu  edə  bilməsəm?”  O  buyurdu:  “Bir  iş  görən  adama  kömək  et  və  ya  işi 

bacarmayan  adamın  işini  gör.”  Mən  soruşdum:  “Əgər  bunu  da  edə 

bilməsəm?”.  O  buyurdu:  “İnsanlara  pislik  etməkdən  çəkin.  Belə  etsən,  bu, 

sənin özünə verdiyin bir sədəqə olar.” (Buxari 2518, Muslim 119, 260) 

 





 

52.  Abdullah  İbn  Məsud    rəvayət  edir  ki,  mən  Peyğəmbərdən    soruşdum: 



“Allahın  ən  çox  sevdiyi  (əməl)  hansı  əməldir?”  O  buyurdu:  “Namazı  vaxtlı-

vaxtında  qılmaq.”  Mən  dedim:  “Sonra  hansıdır?”  O  buyurdu:  “Valideynlərin 

qayğısına  qalmaq.”  Mən  dedim:  “Bəs  sonra  hansıdır?”  O  buyurdu:  “Allah 

yolunda  cihad  etmək.”  İbn  Məsud:  “Bunları  mənə  Peyğəmbər    buyurdu. 

Əgər soruşsaydım, yenə cavab verərdi.” (Buxari 527, 5970, Muslim 122, 264) 

 

 

 

Şirkin Günahların Ən Çirkini Olması Və Ondan Sonra 

Olan Günahların Ən Böyüyünün Bəyanı 

 

 



 

53.  Abdullah  (İbn  Məsud)    demişdir:  “(Bir  dəfə)  mən  Peyğəmbərdən   



soruşdum  ki:  “Hansı  günah  Allah  yanında  ən  böyük  günah  sayılır?”  Dedi: 

“Səni  yaradan  Allaha  (başqa  birisini)  tay  tutmağındır!”  Mən:  “Doğrudan  da, 

bu,  böyük  günahdır”  dedim,  sonra  (yenə)  soruşdum:  “Bəs  sonra  hansıdır?” 

Dedi:  “Övladının  səninlə  birgə  yemək  yeyəcəyindən  qorxub  onu  öldürmək!” 



 

 

30 



Mən soruşdum: “Sonra hansıdır?” Dedi: “Qonşunun zövcəsi ilə zina etmək!”

14

 



(Buxari 4477, 7520, Muslim 124, 267) 

 

 

 

Böyük Günahların Və Onların Ən Böyüyünün Bəyanı 

 

 



 

54.  Əbu  Bəkrə    rəvayət  edir  ki,  Peyğəmbər    üç  dəfə:  “Sizə  günahların  ən 



böyüyü barədə xəbər verimmi?” deyə soruşdu. Əshabələr: “Bəli, ya Rəsulallah!” 

deyə cavab  verdilər. Peyğəmbər:  “Allaha şərik qoşmaq və valideynlərin üzünə 

ağ  olmaqdır”  dedi.  (Bunu  deyəndə)  o  söykənmişdi;  sonra  qalxıb  oturdu  və: 

“yalan söz danışmaqdır” dedi. O bunu dalbadal o qədər təkrar etdi ki, biz (bir-

birimizə): “Nə olaydı, susaydı!” dedik”. (Buxari 2654, 6919, Muslim 126, 269) 

 



 

 



55.  Ənəs    rəvayət  edir  ki,  Peyğəmbərdən    böyük  günahlar  barədə 

soruşduqda,  belə  buyurdu:  “Allaha  şərik  qoşmaq  və  valideynlərin  üzünə  ağ 

olmaq,  (Allahın  haram  buyurduğu)  cana  qəsd  etmək  və  yalandan  şahidlik 

etməkdir”. (Buxari 2653, 5977, Muslim 128, 271) 

 

 



 

56. Əbu Hureyra  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Məhvedici yeddi 

günahdan  çəkinin!”  (Əshabələr)  soruşdular:  “Nədir  onlar,  ya  Rəsulullah?”. 

Peyğəmbər: “Allaha şərik qoşmaq, sehrbazlıq, Allahın haram buyurduğu cana 

nahaq  yerə  qəsd  etmək,  sələm  yemək,  yetimin  malını  yemək,  döyüş 

meydanından  qaçmaq  və  (zinadan)  xəbəri  olmayan  namuslu,  ismətli  mömin 

qadınları zinada ittiham etmək.” (Buxari 2766, 6857, Muslim 129, 272) 

 

                                                



14

 Digər isnadla rəvayət olunmuş bu hədisin tamamında deyilir: “...Uca Allah onun dediyini təsdiq edib, bu 



ayəni  nazil  etdi: “Onlar  Allahla  yanaşı  başqa  məbuda  yalvarmaz,  Allahın  haram  etdiyi  cana  haqsız  yerə 

qıymaz və zina etməzlər.” (əl-Furqan 68).  

 

 

31 



 

 



57.  Abdullah  İbn  Amr    rəvayət  edir  ki,  (bir  dəfə)  Peyğəmbər    buyurdu: 

“Adamın  öz  valideynlərini  lənətləməsi  böyük  günahlardandır”.  (Əshabələr 

təəccüblə)  dedilər:  “Ya  Rəsulullah,  heç  adam  da  öz  valideynlərini 

lənətləyərmi?”.  Peyğəmbər:  “Bir  adam  başqa  birisinin  atasını  söyər,  o  da 

qayıdıb onun ata-anasını söyər”. (Buxari 5973, Muslim 130, 273) 

 

 

 

Kim Allaha Heç Bir Şeyi Şərik Qoşmadan Ölərsə Cənnətə 

Daxil Olar 

 



 

58.  Abdullah  (İbn  Məsud)    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Kim 



Allaha  şərik  qoşub ölərsə,  Cəhənnəmə  girər.”  Mən  dedim:  “Kim Allaha şərik 

qoşmayıb ölərsə, Cənnətə daxil olar.” (Buxari 1238, Muslim 134, 278) 

 

 



 

59.  Əbu  Zərr    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Bir  nəfər  (Cəbrail) 

yanıma  gəlib  mənə  xəbər  verdi  (və  ya  məni  müjdələdi)  ki,  ümmətimdən 

Allaha  şərik  qoşmayıb  ölən  hər  kəs  Cənnətə  daxil  olacaq.”  Mən  soruşdum: 

“Zina  və  oğurluq  etmiş  olsa  belə?”  Dedi:  “Zina  və  oğurluq  etmiş  olsa  belə.” 

(Buxari 1237, Muslim 137, 282) 

 

 



 

60.  Əbu  Zərr    deyir  ki:  “(Bir  dəfə)  Peyğəmbər    əynində  ağ  paltar  yatmış 

ikən mən onun yanına gəldim. (Mən onun yatdığını görüb çıxıb getdim və bir 

müddətdən)  sonra  yenə  onun  yanına  gəldim.  O  artıq  oyanmışdı.  (Məni 

görəndə)  dedi:  “Lə  Ilahə  Illəllah”  deyib  ölən  hər  bir  bəndə  mütləq  Cənnətə 

daxil olacaqdır!” Mən soruşdum: “Zina və oğurluq etsə də belə?” Dedi: “Zina 



 

 

32 



və  oğurluq  etsə  də  belə.”  (Yenə)  soruşdum:  “Zina  və  oğurluq  etsə  də  belə?” 

Dedi: “Zina və oğurluq etsə də belə.” (Bir daha) soruşdum: “Zina və oğurluq 

etsə də belə?” Dedi: “Zina və oğurluq etsə də belə, Əbu Zərin xoşuna gəlməsə 

də belə.” Əbu Zər hər dəfə bu hədisi danışarkən deyərdi: “Əbu Zərin xoşuna 

gəlməsə də belə!” (Buxari 5827, Muslim 138, 283) 

 

 

 

Kafiri – Lə İləhə İlləllah – Dedikdən Sonra Öldürməyin 

Haram Olunması 

 

 



 

61.  Bəni  Zuhra  qəbiləsinin  müttəfiqi  olmuş,  Bədr  döyüşündə  iştirak  etmiş 



Miqdad İbn Amr əl-Kindi   demişdir: “(Bir dəfə) mən Peyğəmbərə  dedim: 

“Söylə  görək,  əgər  mən  (döyüşdə)  kafirlərdən  biri  ilə  üzbəüz  gəlib  onunla 

vuruşsam,  o,  mənim  bir  əlimi  kəssə,  sonra  da  canını  məndən  qurtarmaq  üçün 

ağaca  qalxıb:  “Allaha  təslim  oluram!”  desə,  bu  sözü  deməyinə  (baxmayaraq) 

mən  onu  öldürə  bilərəmmi,  ya  Rəsulullah?”.  Peyğəmbər:  “Sən  onu 

öldürməməlisən!” dedi. (Miqdad) dedi: “Ya Rəsulullah, axı, o, mənim bir əlimi 

kəsmiş  və  bu  sözü  ancaq  əlimi  kəsdikdən  sonra  demişdir.”  Peyğəmbər:  “Sən 

onu  öldürməməlisən.  Çünki  əgər  sən  onu  öldürsən,  onun  halı,  sənin  onu 

öldürməmişdən  qabaqkı  halın  kimi  olacaq.  Sənin  halın  isə,  onun  bu  sözü 

deməmişdən əvvəlki halı kimi olacaq

15

” (Buxari 4019, Muslim 139, 284) 



 

 



 

                                                



15

 Peyğəmbərin  :  “...onun  halı,  sənin  onu  öldürməmişdən  qabaqkı  halın  kimi  olcaq”  sözü  o  deməkdir  ki, 

zahirən  müsəlman  olduqdan  sonra  onun  qəsdinə  durmaq  qadağan  olacaq,  özü  də  şəriətə  uyğun  şəkildə 

mühakimə olunacaq. “Sənin halın onun bu sözü deməmişdən əvvəlki halı kimi olacaq” sözü isə o deməkdir 

ki,  əgər  sən  onu  öldürsən,  onun  varislərinin  səndən  qisas  və  ya  qanbahası  almağa  haqqı  olacaq.  “Fəthul 

Bari” 19/301. 



 

 

33 



62.  Usamə  İbn  Zeyd    deyir  ki:  “(Bir  dəfə)  Peyğəmbər    bizi  Hurəqəyə 

göndərdi  və  biz  səhər tezdən  düşmənə hücum  edib onları  darmadağın  etdik. 

(Döyüş  əsnasında)  mən  ənsardan  olan  bir  əshabə  ilə  birgə  düşməndən  olan 

birisinə  çatıb  onu  yaxaladıqda  o  adam:  “Lə  Ilahə  Illəllah”  dedi.  (Bunu 

eşidəndə) ənsardan olan əshabə ona dəymədi, mən isə mizrağımla onu vurub 

öldürdüm.  Biz  (Mədinəyə)  gəldikdə  bu  xəbər  Peyğəmbərə  çatdı  və  (mənə): 

“Ey  Usamə!  (Adam)  “Lə  Ilahə  Illəllah”  deyəndən  sonra  sən  onu 

öldürmüsən?!” Dedim:  “O,  (məndən)  qorunmaq üçün  belə  dedi.”  Peyğəmbər 

  bunu  o  qədər  təkrar  etdi  ki,  mən  həmin  günədək  müsəlman  olduğuma 

peşman oldum.” (Buxari 4269, 6872, Muslim 141, 288) 

 

 

 

Peyğəmbərin : “Bizə Silah Çəkən Bizdən Deyildir” Sözü 

 

 



 

63. Abdullah İbn Ömər   rəvayət edir ki, Peyğəmbər   buyurdu: “Bizə qarşı 

silah qaldıran adam bizdən deyildir.” (Buxari 6874, 7070, Muslim 143, 291) 

 

  



 

64.  Əbu  Musa    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Bizə  qarşı  silah 



qaldıran adam bizdən deyildir.” (Buxari 7071, Muslim 145, 293) 

 

 

 

Üzə Vurmağın, Paltar Cırmağın Və Cahiliyyə Dövrünün 

Sözlərinin Söylənilməsinin Haram Olması 

 

 



 

65.  Abdullah    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Üz-gözünə  döyən, 



paltarının  yaxasını  cıran  və  cahiliyyət  dövründə  deyilən  sözləri  deyən  kimsə 

bizdən deyildir

16

” (Buxari 1297, 1298, 3519, Muslim 148, 296) 



 

                                                

16

 Ölüyə ağladıqda həddi aşan hər kəs Peyğəmbərin  sünnəsinə zidd hərəkət etmiş hesab olunur. 



 

 

34 



 



 

66.  (Bir  dəfə)  Əbu  Musa    ağır  xəstələndi  və  başı  zövcələrindən  birinin 



qucağında ikən bayıldı. Bu vaxt zövcəsi (fəryad qoparıb) ağlamağa başladı və 

Əbu Musa ona heç nə deyə bilmədi. Ayıldıqda isə dedi: “Peyğəmbərin  uzaq 

olduğu  kimsədən  mən  də  uzağam.  Həqiqətən,  Peyğəmbər    (müsibət  üz 

verdikdə)  şivən  salıb  ağlayan,  başını  qırxdıran  və  paltarını  cıran  kimsədən 

uzaqdır!”. (Buxari 1296, Muslim 149, 298) 

 

 

 

Nəmmamlığın Qəti Olaraq Haram Edilməsi 

 

 



 

67.  Huzeyfə    rəvayət  edir  ki,  mən  Peyğəmbərin    belə  dediyini  eşitmişəm: 



“Dedi-qodu yayan Cənnətə girməz!” (Buxari 6056, Muslim 152, 153, 304, 305) 

 

 

 

Libasın Ətəklərinin (İsbal) Yerlə Sürüklənməsi, Yaxşılığı 

Başa Qalxmağın Və Malı Andlarla Satmağın Haram 

Olunması Və Qiyamət Günü Allahın Onlara Baxmayacağı, 

Danışmayacağı Və Təmizə Çıxarmayacağı Üç Sinif İnsanın 

Bəyanı

 

 

 





 

68. Əbu Hureyra  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Qiyamət günü üç 

sinif  insan  olacaq  ki,  Allah  onların  üzünə  baxmayacaq  və  onları  təmizə 

çıxarmayacaqdır  (Başqa  rəvayətdə:  Danışmayacağı).  Üstəlik  onları  üzücü  bir 



 

 

35 



əzab  gözləyir:  –  o  adam  ki,  yol  kənarındakı  suya  sahib  olmuş  və  (oradan 

keçən)  müsafirlərə  bu  sudan  verməmişdir  –  o  adam  ki,  əmirə  yalnız  dünya 

xatirinə beyət etmiş və əmir dünya malından ona verdikdə ondan razı qalmış, 

heç  nə  vermədikdə isə ona qəzəbi tutmuşdur  – o  adam  ki,  malını axşam çağı 

satmağa  çıxarıb:  “Özündən  başqa  məbud  olmayan  Allaha  and  olsun  ki,  bu 

mala filan qədər pul vermişəm” deyər, camaat da ona inanar (Başqa rəvayətdə: 

Libasını  yerlə  sürükləyən  kimsə).  Sonra  Peyğəmbər    bu  ayəni  oxudu: 

“Həqiqətən də, Allah ilə olan əhdlərini və andlarını ucuz qiymətə satan kəslər 

üçün  axirətdə heç  bir pay  yoxdur.  Qiyamət  günü  Allah onları  danışdırmaya-

caq, onların üzünə baxmayacaq və onları təmizə çıxarmayacaqdır. Onlar üçün 

ağrılı-acılı bir əzab vardır”. (Ali İmran 77). (Buxari 2358, Muslim 157, 310) 

 

 

 

İnsanın Öz Canına Qəsd Etməsinin Haram Olunması Və 

Kim Özünə Nə İlə Qəsd Edərsə Onunla Da Cəhənnəmdə 

Əzab Olunar Və Cənnətə Müsəlman Nəfsdən Başqası 

Girməz 

 

 





 

69.  Əbu  Hureyra    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Kim  özünü 

dağdan  atıb  canına  qəsd  edərsə,  Cəhənnəm  odunda  özünü  daima  yuxarıdan 

aşağı  atar  və  orada  əbədi  olaraq  qalar.  Kim  zəhər  içib  özünü  öldürərsə, 

Cəhənnəm  odunda  o  zəhəri  əlində  tutub  həmişə  zəhər  içər  və  orada  əbədi 

olaraq qalar. Kim dəmir parçası ilə öz canına qəsd edərsə, Cəhənnəm odunda 

bu  dəmir  parçasını  daim  qarnına  soxar  və orada  əbədi olaraq  qalar.”  (Buxari 

5778, Muslim 158, 313) 

 

 



 

 

 

36 



70. Ağac altında beyət edən əshabələrdən Sabit İbn Dəhhak  rəvayət etmişdir 

ki,  Peyğəmbər    buyurdu:  –  kim  İslamdan  başqa  bir  din  üzərində  olduğuna 

and  içərsə,  and  içdiyi  kimi  olar  –  Adəm  oğlu  gücü  çatmadığı  bir  şeyi  nəzir 

edəcəyinə  dair  söz  verməməlidir  –  kim  bu  dünyada  (hər  hansı)  bir  şeylə  öz 

canına  qəsd  edərsə,  Qiyamət  günü  həmin  şeylə  ona  əzab  verilər  –  kim  bir 

möminə lənət oxuyarsa, onu öldürmüş hesab olunar – habelə, kim bir mömini 

küfrdə ittiham edərsə, onu öldürmüş hesab edilər”. (Buxari 6047, Muslim 160, 

316) 


 

 



 



 

71. Əbu Hureyra  deyir ki: “Biz Peyğəmbərlə  birlikdə Huneyn döyüşündə 

iştirak  etdik.  Orada  Peyğəmbər    müsəlman  adlanan  kimsələrdən  biri 

haqqında: “Bu, Cəhənnəm əhlindəndir” dedi. (Nəhayət,) döyüşə başladığımız 

zaman həmin adam var gücü ilə vuruşdu və (ağır) yaralandı. (Peyğəmbərə  

dedilər):  “Ey  Allahın  Elçisi!  Bayaq  haqqında:  “O,  Cəhənnəm  əhlindəndir” 

dediyin  adam  bu  gün  var  gücü  ilə  vuruşdu  və  (aldığı  yaralardan)  dünyasını 

dəyişdi”. Peyğəmbər: “Onun yolu Cəhənnəmədir” dedi. (Bu sözdən sonra) az 

qaldı ki, müsəlmanların bəzisi şübhəyə düşsün. Onlar şübhə içində ikən birdən 

(səhabələrdən  biri):  “O  adam  ölməyib,  lakin  ağır  yaralanıb”  dedi.  Nəhayət, 

gecə  düşdükdə  həmin  adam  ağrılara  dözməyib  öz  canına  qəsd  etdi.  Onun 

barəsində  Peyğəmbərə    xəbər  verildikdə  o:  “Allah  Böyükdür!  Şahidlik 

edirəm  ki,  mən,  həqiqətən  də,  Allahın  qulu  və  elçisiyəm!”  dedi.  Sonra  Bilala 

buyurdu, o da camaata bunu elan etdi: “Şübhəsiz ki, Cənnətə yalnız müsəlman 

girər.  Və  sözsüz  ki,  Allah  bu  dini  günahkar  bir  adamın  vasitəsilə  olsa  belə, 

qüvvətləndirər”. (Buxari 3062, 6606, Muslim 162, 319) 

 

 





 

 

37 



 

72. Səhl İbn Səd əs-Saidi   rəvayət edir ki, (yürüşlərin birində) Peyğəmbər   



(və  onun  əshabələri)  müşriklərlə  üz-üzə  gəlib  döyüşməyə  başladılar.  (Bir 

müddətdən  sonra)  Peyğəmbər    öz  düşərgəsinə,  müşriklər  də  öz 

düşərgələrinə  çəkildilər.  Peyğəmbərin    əshabələri  arasında  elə  birisi  var  idi 

ki, (döyüşdə) heç bir fürsəti əldən verməmiş, çatdığı hər kəsi qılıncdan keçirib 

qətlə  yetirmişdi.  (Bəziləri)  dedilər:  “Bu  gün  bizim  heç  birimiz  filankəs  kimi 

döyüşmədi”.  Peyğəmbər:  “(Filankəsə)  gəlincə,  o,  Cəhənnəm  əhlindəndir!” 

Əshabələrdən  biri:  “Bu  gün  mən  onu  izləyəcəyəm”  dedi  və  onun  dalınca 

düşdü.  Adam  hər  dayandıqda,  əshabə  onunla  bərabər  dayanar,  tez-tez 

getdikdə isə (ona çatmağa) tələsərdi. Sonra həmin adam ölümcül yaralandı və 

canını  (əzab-əziyyətdən)  qurtarsın  deyə  qılıncının  qəbzəsini  yerə  dayadı, 

tiyəsini  də  sinəsinə  dirədi,  sonra  da  özünü  qılıncının  üstünə  yıxdı.  (Bu 

hadisədən  sonra)  əshabə  Peyğəmbərin    yanına  gəlib  dedi:  “Mən  şahidlik 

edirəm  ki,  sən  Allahın  Elçisisən!”.  Peyğəmbər:  “Nə  olub  ki?”  (Əshabə)  dedi: 

“Bayaq sən bir adamın Cəhənnəm əhlindən olduğunu söylədin və bu, hamını 

heyrətə  saldı.  Onda  mən  (öz-özümə):  “Mən  onun  barəsində  sizə  (bir  xəbər) 

gətirərəm” dedim və həmin adamı izləməyə başladım. Bu əsnada həmin adam 

ölümcül  yaralandı  və  canını  (əzab-əziyyətdən)  tez  qurtarmaq  üçün  qılıncının 

qəbzəsini  yerə  dayadı,  tiyəsini  də  sinəsinə  dirədi,  sonra  da  özünü  qılıncının 

üstünə  yıxaraq  canına  qəsd  etdi.”  Bunu  eşidəndə  Peyğəmbər    buyurdu: 

“Həqiqətən,  insanlara  kimsənin  Cənnət  əhlinin  əməli  kimi  bir  əməl  etdiyi 

görünə bilər, (halbuki) həmin adam Cəhənnəm əhlindəndir. Həmçinin onlara 

kimsənin  Cəhənnəm  əhlinin  əməli  kimi  bir  əməl  etdiyi  görünə  bilər,  halbuki 

həmin adam Cənnət əhlindəndir.” (Buxari 2898, 4202, Muslim 163, 320) 

 

 



 

73.  Cundəb  İbn  Cunadə    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Sizdən 



əvvəl  yaşamış  insanlar  arasında  bir  nəfər  yaralandı.  Adam  ağrıya 

dözmədiyindən  bıçaq  götürüb əlini  kəsdi və çoxlu  qan itirib öldü. Uca Allah 

buyurdu:  “Qulum  canına  qəsd  etməklə  Məni  qabaqlamaq  istədi,  Mən  də 

Cənnəti ona haram etdim!” (Buxari 3463, Muslim 164, 321) 

 


Yüklə 5,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin