Al-lulu vəl-mərcan



Yüklə 5,61 Mb.
Pdf görüntüsü
səhifə54/64
tarix21.04.2017
ölçüsü5,61 Mb.
#15074
1   ...   50   51   52   53   54   55   56   57   ...   64

 

 

Əbu Hureyrə əs-Dovsinin  Fəziləti 

 

 



 

1622. Əbu Hureyrə  xəbər verdi ki: “Sizlər: Əbu Hureyrə , Rəsulullahdan  

ən çox  hədis  rəvayət  etmişdir”  deyə  iddia  etdiniz.  Allah  – Qiyamət günü sizin 

bu iddianıza – şahiddir. Mən Suffə əhlinin miskinlərindən fəqir bir kimsə idim. 

Qarnımın  doyması  qarşılığında  Rəsulullahdan    heç  ayrılmadım.  Mühacirlər 

bazarlarda  çalışar,  Ənsar  da  torpaqla  mallarıyla  məşğul  idilər.  Mən  bir  gün 


 

 

722 



Peyğəmbərdən    buna  şahid  oldum.  Peyğəmbər:  “Hər  kim  sözümü  bitirənə 

qədər  ridasını  yayar,  sonra  onu  yığarsa  məndən  eşitmiş  olduğu  heç  bir  şeyi 

əsla  unutmaz?”  deyə  buyurdu.  Bundan  sonra  mən  üzərimdə  olan  əbanı 

yaydım və yığdım. Rəsulullahı  haqq ilə göndərənə and olsun bundan sonra 

mən  ondan  eşitdiyim  heç  bir  şeyi  unutmadım”.  (Buxari  7354,  Muslim  6552, 

2492/159) 

 

 

 

Bədr Əhlinin Fəziləti Və Xatib İbn Bəltənin  Qissəsi 

 

 

 



1623.  Əli  İbn  Əbu  Talib    rəvayət  edir  ki,  Peyğəmbər    məni,  Zubeyri    və 

Miqdad  İbn  Əsvədi   göndərərək  buyurdu:  “Xax  baxçasına gedin.  Orada  bir 

nökər  qadın  var,  onda  bir  məktub  olacaqdır.  O  məktubu  ondan  alın  və  geri 

dönün”. Dərhal atlarımızı çaparaq yola düşdük. Həqiqətən orada qarşımıza bir 

qadın  çıxdı.  Biz  ona:  “Məktubu  çıxar!”  dedik.  O:  “Məndə  məktub  yoxdur!” 

dedi.  Biz:  “Ya  bu  məktubu  çıxararsan  ya  da  paltarlarını  çıxarıb  məktubu 

götürəcəyik!”  dedik.  Bunun  üzərinə  hörülmüş  saçlarının  arasından  məktubu 

çıxardı.  Biz  də  onu  Peyğəmbərə    gətirdik.  Məktubda  Hatib  İbn  Baltədən   

Məkkəli  müşriklərdən  bəzi  kəslərə Peyğəmbərin   bəzi işləri  barədə  xəbərlər 

vardı.  Peyğəmbər      (Xatibi  yanına  çağıraraq):  “Ey  Hatib!  Bu  nədir?”  deyə 

soruşdu. Hatib: “Üzərimə düşməkdə tələsmə, ey Allahın Elçisi! Mən Qureyşə 

bağlı  bir  kimsə  idim.  (Sufyan  belə  demişdir:  “Onların  müttəfiqi  idi,  amma 

onlardan  deyildi)  Səninlə  birlikdə  olan  mühacirlərdən  onlara  qohum  olanlar 

vardı.  Bu  qohumluq  səbəbiylə  ailələrini  himayə  edirdilər.  Mənim  nəsəbim 

cəhətindən  onların  arasında  yaxınım  olmadığı  üçün,  onlardan  dost  əldə  edib 

onunla  qohumlarımı  himayə  etmələrini  arzu  etdim.  Bunu  küfr  etmək  və  ya 

dinimdən  dönmək  üçün  etmədim.  Müsəlman  olduqdan  sonra  küfrə  razı 


 

 

723 



olduğum üçün də etmədim. Bunun üzərinə Peyğəmbər: “Doğru söylədi!” deyə 

buyurdu.  Ömər:  “Mənə  icazə  ver,  ey  Allahın  Elçisi,  bu  münafiqin  boynunu 

vurum”  dedi.  Peyğəmbər:  “Şübhəsiz,  o,  Bədrdə  olmuşdur.  Nə  bilirsən,  ola 

bilsin  ki,  Allah  Bədr  əhlinə  baxmış  və:  “Dilədiyinizi  edin!  Sizi  bağışladım” 

buyurmuşdur. Sonra Allah bu ayəni nazil etdi: “Ey iman gətirənlər! Nə mənim 

düşmənimi, nə də özünüzün düşmənini dost (vəli) tutmayın!” (əl-Mumtəhinə 1) 

(Buxari 3007, Muslim 6557, 2494/161)  

 

 

 

Əbu Musa əl-Əşari  Və Əbi Amir əl-Əşarinin  Fəziləti 

 

 

 



1624.  Əbu  Musa    demişdir:  “Peyğəmbər    Bilal    ilə  birlikdə  Məkkə  ilə 

Mədinə  arasında  yerləşən  Ciranədə  düşərgə  saldığı  zaman  mən  onların 

yanında  idim.  Bu  vaxt  bir  bədəvi  Peyğəmbərin    yanına  gəlib  dedi:  “Mənə 

verdiyin  vədi  yerinə  yetirəcəksənmi?”  Peyğəmbər    (ona):  “Sevin!”  deyə 

buyurdu. Bədəvi dedi: “Bu sözü sən mənə çox demisən.”Peyğəmbər  qəzəbli 

halda  üzünü  Əbu  Musaya    və  Bilala    tərəf  çevirib  dedi:  “(Bu  adam) 

müjdəni  rədd  etdi,  elə  isə  siz  onu  qəbul  edin!”  Hər  ikisi:  “Qəbul  etdik!” 

dedilər.  Bundan  sonra  Peyğəmbər    bir  cam  su  gətizdirib  əllərini  və  üzünü 

yudu, ağzını yaxaladı, sonra da buyurdu: “İçin bu sudan, (yerdə qalanını da) 

üzünüzə  və  boynunuza  tökün,  (üstəlik  xoş  bir  xəbərə)  sevinin!”  (Bunu 

deyəndə)  hər  ikisi  camı  götürüb  (onun  dediklərini)  yerinə  yetirdi.  Bu  vaxt 

Ummu  Sələmə  pərdə  arxasından  onları  səsləyib:  “Ananız  üçün  də  bir  şey 

saxlayın!”  dedi  və  onlar  bu  sudan  bir  qədər  ona  da  saxladılar.  (Buxari  4328, 

Muslim 6561, 2497/164)  

 


 

 

724 



 

 

 



 

1625.  Əbu  Musa    demişdir:  “Peyğəmbər    Huneyn  döyüşünü  başa 

çatdırdıqdan sonra Əbu Amirin başçılığı altında Əvtasa qoşun göndərdi. Əbu 

Amir  orada  Dureyd  ibn  Simmə  ilə  qarşı-qarşıya  gəldi.  (Bu  döyüşdə)  Dureyd 

öldürüldü  və  Allah  onun  tərəfdarlarını  məğlub  etdi.”  Peyğəmbər    məni  də 

Əbu  Amirlə  birgə  göndərmişdi.  (Döyüşdə)  Cuşəmi  (deyilən  birisi)  oxla  Əbu 

Amiri  dizindən  yaraladı  və  ox  onun  dizində  ilişib  qaldı.  Mən  onun  yanına 

gəlib  dedim:  “Əmi,  kim  vurdu  səni?”  O  mənə  həmin  adamı  göstərib  dedi: 

“Budur  məni  vuran  qatil.”  Mən  onun  üstünə  cumub  ona  çatdım.  O  məni 

görəndə dönüb qaçmağa başladı. Mən də onun dalınca qaçdım və ona dedim: 

“Utanmırsanmı? (Cürətin çatmır) dayanasan?” (Bunu eşidəndə) o dayandı, biz 

qılıncla biri-birimizə zərbə endirdik və mən onu öldürdüm. Sonra (gəlib) Əbu 

Amirə dedim: “Allah sənin düşmənini öldürdü.” O dedi: “Bu oxu dart çıxsın.” 

Mən  oxu  dartıb  çıxartdıqda  yaradan  qanlı  çirk  axdı.  O  dedi:  “Qardaş  oğlu, 

mənim  salamımı  Peyğəmbərə    çatdırarsan  və  deyərsən  ki,  mənim  üçün 

bağışlanma  diləsin.”  Sonra  Əbu  Amir  məni  camaata  başçı  təyin  etdi  və  az 

müddət keçdikdən sonra vəfat etdi. Mən geri qayıtdıqda gəlib Peyğəmbərin  

evinə daxil oldum. Peyğəmbər   üstü xurma liflərindən toxunmuş və üstünə 

nazik  örtük  sərilmiş  bir  çarpayıda  uzanmışdı.  İplər  onun  kürəyində  və 

böyründə iz buraxmışdı. Mən həm bizim, həm də Əbu Amirin başına gələnləri 

ona  danışdım.  (Dedim:  “Ya  Rəsulullah,  Əbu  Amir)  dedi:  “Peyğəmbərə   

deyərsən, mənim üçün bağışlanma diləsin.” Onda Peyğəmbər   su gətizdirib 

dəstəmaz aldı, sonra əllərini (göyə) qaldırıb dedi: “Allahım, qulun Əbu Amiri 

bağışla!”  (Peyğəmbər    əllərini  elə  qaldırdı  ki,  hətta)  mən  onun  qoltuğunun 

ağlığını gördüm. O davam edib dedi: “Allahım, Qiyamət günü onu yaratdığın 

insanların bir çoxundan üstün et!” Mən dedim: “(Ya Rəsulullah,) mənim üçün 

də  bağışlanma  dilə.”  Peyğəmbər    (dua  edib)  dedi:  “Allahım,  Abdullah  İbn 

Qeysin    günahlarını  bağışla  və  Qiyamət  günü  onu  olduqca  şərəfli  bir 

məqama çatdır!” (Buxari 4323, Muslim 6562, 2498/165)  

 

 

 

Əşarilərin Fəziləti 


 

 

725 



 

 

 



1626.  Əbu  Musa  (əl-Əşari)    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Əşari 

camaatı  gecələr  (evlərinə)  daxil  olub  Quran  oxuduğu  zaman  mən  onları 

səslərindən tanıyıram. Onlar gecə vaxtı Quran oxuduqları zaman mən onların 

səsi  ilə  hansı  evdə  qaldıqlarını  bilirəm.  Halbuki  onların  gündüz  vaxtı  hansı 

evdə  qaldıqlarını  görmürəm.  Onların  arasında  Həkim  adlı  birisi  var.  O, 

(həmişə) atlılara və ya düşmənə rast gəldikdə onlara deyərdi: “Dostlarım sizə 

onları gözləməyinizi əmr edirlər.” (Buxari 4232, Muslim 6563, 2499/166)  

 

 



 

1627. Əbu Musa  rəvayət edir ki, Peyğəmbər   buyurdu: “Əşarilərin (Yəmən 

qəbilələri)  döyüş  əsnasında  ərzağı  azaldıqda  və  ya  şəhərdə  ikən  ailələrinin 

yeməyi  azaldıqda,  onlar  özlərində  olan  ərzağın  hamısını  bir  parçanın  üstünə 

yığar, sonra da bir qabla (hər kəs üçün) eyni ölçüdə çəkərək onu öz aralarında 

bölüşdürərdilər.  Onlar  məndəndirlər,  mən  də  onlardanam.”  (Buxari  2486, 

Muslim 6564, 2500/167)  

 

 

 

Cəfər İbn Əbu Talib , Əsmə Binti Umeys  Və Gəmi 

Əhlinin Fəziləti 

 

 



 

 

726 



 

 

 



 

1628.  Əbu  Musa    demişdir:  “Biz  Yəməndə  olarkən  Peyğəmbərin   

(Məkkədən Mədinəyə hicrət etdiyini) bizə xəbər verdilər. (Bu xəbəri eşidəndə) 

mən  yaşca  məndən  böyük  iki  qardaşımla  –  Əbu  Burdə  və  Əbu  Ruhm  ilə 

birlikdə  həmqəbilələrimizdən  olan  əlli  üç,  yaxud  əlli  iki  nəfərdən  ibarət  bir 

dəstəyə  qoşulub  (Mədinəyə)  hicrət  etdik.  Biz  bir  gəmiyə  mindik  və  bu  gəmi 

bizi Həbəşistana – Nəcaşinin yanına apardı. Orada biz Cəfər İbn Əbu Talibə rast 

gəldik və hamımız (Mədinəyə) qayıdanadək onun yanında qaldıq. (Nəhayət,) 

Peyğəmbər  Xeybəri fəth etdiyi zaman biz ona yetişdik. O vaxt bəzi adamlar 

bizə  – yəni gəmi ilə  gələnlərə  –  deyirdilər:  “Biz sizdən qabaq hicrət  etmişik.” 

(Bu  ərəfədə)  bizimlə  birgə  (Mədinəyə)  gəlmiş,  habelə  (vaxtı  ilə)  Nəcaşinin 

(məmləkətinə)  hicrət  etmiş  kimsələrlə  bərabər  hicrət  etmiş  Əsma  Bint  Umeys 

Peyğəmbərin  zövcəsi Həfsəni ziyarət etdi. Əsma Həfsənin evində ikən Ömər 

onun  yanına  gəldi  və  Əsmanı  görcək:  “Bu  kimdir?”  deyə  soruşdu.  Həfsə: 

“Əsma Bint Umeysdir” dedi. Ömər: “Həbəşistanda (yaşamış) və gəmi ilə hicrət 

etmiş (qadın) budur?” dedi. Əsma: “Bəli!” deyə cavab verdi. Ömər: “Biz sizdən 

əvvəl  hicrət  etmişik.  Odur  ki,  biz  Peyğəmbərə    sizdən  daha  yaxınıq”  dedi. 

(Bunu eşidəndə) Əsma qəzəblənib və: “Yox, vallahi ki, (sən düz danışmırsan). 

Siz  Peyğəmbərin    yanında  olarkən,  o,  sizin  aranızdakı  acların  qarnını 

doydurarkən, cahillərinizə öyüd-nəsihət verərkən, biz Həbəşistanda – uzaq və 

cansıxıcı bir diyarda yaşamışıq. Bütün bunları Allahın və Onun peyğəmbərinin 

xatirinə  etmişik.  Vallahi,  sənin  dediklərini  Allahın  Elşisinə    xəbər 

verməyincə,  mən  nə  yemək  yeyəcəyəm,  nə  də  su  içəcəyəm.  (Həbəşistanda) 

bizim  xətrimizə  dəyirdilər,  özümüz  də  qorxu  içində  yaşayırdıq.  Mən  bunu 

Peyğəmbərə    deyəcəyəm  və  bu  haqda  ondan  soruşacağam.  And  olsun 

Allaha,  mən  nə  yalan  danışacağam,  nə  (haqdan)  uzaqlaşacağam,  nə  də  buna 

(bir  şey)  əlavə  edəcəyəm.”  Peyğəmbər    gəldikdə  Əsma:  “Ey  Allahın 

peyğəmbəri, Ömər belə-belə dedi.” Peyğəmbər   soruşdu:  “Sən ona nə cavab 

verdin?”  Əsma:  “Mən  ona  bunu-bunu  dedim.”  Peyğəmbər:  “O  mənə  sizdən 

daha  yaxın  ola  bilməz,  axı  o  və  onun  yol  yoldaşları  cəmi  bir  kərə  hicrət 

etmişlər.  Siz  isə,  ey  gəmi  əhli,  iki  dəfə  hicrət  etmisiniz.”  Əsma:  “Mən  Əbu 

Musa  ilə gəmi yolçularının axın-axın yanıma gəldiklərini gördüm. Məndən 

bu  hədisi  soruşurdular.”  Peyğəmbərin  onlar  üçün  söylədiklərindən 

ürəklərində  daha  böyük,  daha  sevindirici  dünyada  heç  bir  şey  yox  idi”.  Əbu 



 

 

727 



Burda:  “Əsma  belə  demişdi:  “Həqiqətən  Əbu  Musanı    görmüşdüm.  O  bu 

hədisi  məndən  təkrar-təkrar  dinləmək  istəyirdi”  dedi.  (Buxari  4230,  4231, 

Muslim 6567, 2503/169)  

 

 

 

Ənsarın Fəziləti 

 

 



 

1629.  Cabir  İbn  Abdullah    deyir  ki:  “O  zaman  sizlərdən  iki  dəstə  ruhdan 



düşməyə  hazır  idilər....”.  (Ali  İmran  122)  ayəsi  biz  Bəni  Səlim  və  Bəni  Həris 

qəbiləsi  barədə  nazil  olmuşdur.  Bundan  başqa  bir  səbəb  üçün  nazil  olmasını 

istəməzdik:  “Allah  isə  onların  yardımçısı  oldu”.

 

(Buxari  4051,  Muslim  6569, 



2505/171)  

 

 



 

1630.  Zeyd  İbn  Ərqam    demişdir:  “Mən  Peyğəmbərin    belə  dediyini 

eşitdim:  “Allahım,  ənsarı  və  onların  övladlarını  bağışla!”.  Ravi  İbn  Fədl 

ehtimal  edib  demişdir:  “...  və  onların  övladlarının  övladlarını!”  (Buxari  4906, 

Muslim 6570, 2506/172)  

 

 



 

1631.  Ənəs    demişdir:  “(Bir  dəfə)  Peyğəmbər    qadınların  və  uşaqların 

toydan qayıtdığını gördü və ayağa qalxıb üç dəfə (onlara) dedi: “Ay Allah! Siz 

mənim ən çox sevdiyim insanlarsınız.” (Buxari 3785, Muslim 6573, 2508/174) 

 

 

 



1632. Ənəs İbn Malik   demişdir: “Ənsardan olan bir qadın uşağı ilə birlikdə 

Peyğəmbərin    yanına  gəldi.  Peyğəmbər    onunla  danışdı  və  ona  iki  dəfə 



 

 

728 



dedi: “Canım Əlində olan Allaha and olsun ki, siz, həqiqətən də, mənim ən çox 

sevdiyim insanlarsınız.” (Buxari 3786, Muslim 6574, 2509/175) 

 

 

 



1633. Ənəs İbn Məlik  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Ənsar mənim 

dostlarım,  sirdaşlarım  və  əminlərimdir.  İnsanlar  gündən  günə  çoxalacaqlar, 

Ənsar  isə  azalacaqdır.  Siz  Ənsarın  yaxşılıq  edənlərindən  qəbul  edin,  pislik 

edənlərin qüsurlarından vaz keçin”. (Buxari 3801, Muslim 6576, 2510/176) 

 

 

 

Ənsarın Evlərinin Ən Xeyirlisi 

 

 

 



 

1634.  Əbu  Useyd    rəvayət  edir  ki, Peyğəmbər    buyurdu: “Ənsar  diyarının 

xeyirlisi Nəccar oğullarıdır, sonra AbdulƏşhəl oğulları, sonra Həris İbn Xazrac 

oğulları,  sonra  Bəni  Səidə  oğullarıdır.  Hər  bir  Ənsar  diyarında  xeyir  vardır. 

Sad:  “Mən  Peyğəmbərin    bəzi  Ənsar  qəbilələrini  bizdən  daha  fəzilətli 

saydığını  düşünürdüm”  dedim.  Ona:  “Peyğəmbər  siziləri  bir  çox  (Ənsar 

qəbilələri)  üzərinə  fəzilətli  etmişdir”  dedilər.  (Buxari  3788,  Muslim  6577, 

2511/177) 

 

 

 

Ənsar İlə Gözəl Rəftar Etmək Barədə 

 

 

 



1635. Ənəs İbn Malik  rəvayət edir ki, Cərir İbn Abdullah əl-Bəcəli ilə səfərə 

çıxdım.  Mənə  xidmət  edirdi.  Mən:  “Belə  etmə!”  dedim.  O:  “Mən  ənsarların 

Peyğəmbərə  xidmət etdiklərini görmüşəm. Onlardan biriylə yoldaşlıq etsəm, 


 

 

729 



mütləq ona xidmət edəcəyəmə and verdim” dedi. (Buxari 2888, Muslim  6584, 

2513/181) 

 

 

 

Peyğəmbərin 

 

Ğifar Və Əsləm Qəbilələri üçün duası 

 

 



 

1636.  Əbu  Hureyrə    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Allah  Əsləm 

qəbiləsini  salamt  etsin,  Allah  Ğifar  qəbiləsinə  məğfirət  etsin”.  (Buxari  3511, 

Muslim 6593, 2516/185)  

 

 

 



1637.  Abdullah  İbn  Ömər    rəvayət  edir  ki,  Peyğəmbər    minbərdə  (xütbə 

verərkən) demişdir: “Allah Ğifar qəbiləsini bağışlasın! Allah Əsləm qəbiləsinə 

əmin-amanlıq  nəsib  etsin!  Üseyyə  qəbiləsi  isə  Allaha  və  Onun  rəsuluna  asi 

olmuşdur.” (Buxari 3513, Muslim 6595, 2518/187)  

 

 

 



1637.  Əbu  Hureyra    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Qureyşlilər, 

ənsar,  cuheynəlilər,  muzeynəlilər,  əsləmlilər,  əşcəilər  və  ğifarlılar  mənim  ən 

yaxın  köməkçilərimdir.  Onların  da  Allahdan  və  Onun  elçisindən  başqa  bir 

köməkçiləri yoxdur.” (Buxari 3504, 3512, Muslim 6599, 2520/189)  

 

 

 



1639.  Əbu  Hureyra    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Əsləmlilər, 

ğifarlılar  və  bəzi  muzeynəlilər  və  cuheynəlilər  Allahın  hüzurunda  (və  ya 

Qiyamət günü) Əsəd, Təmim, Həvazin və Ğətəfan qəbilələrindən daha xeyirli 

olacaqlar.” (Buxari 3523, Muslim 6603, 6604, 2521/191) 

 


 

 

730 



 

 

1640. Əbu Bəkrə  rəvayət etmişdir ki, (bir dəfə) Əqra İbn Habis Peyğəmbərə 



  dedi:  “Sənə  ancaq  Əsləm,  Ğifar  və  Muzeynə  qəbiləsindən  olub  hacıları 

soyub  talayan  oğrular  beyət  etmişlər”.  Peyğəmbər:  “Yoxsa  sən  elə  güman 

edirsən  ki,  Əsləm,  Ğifar,  Muzeynə  və  Cuheynə  qəbilələri,  Bəni  Təmim,  Bəni 

Amir,  Əsəd  və  Ğətəfan  qəbilələrindən  xeyirli  olduğu  halda  onlar  naümid 

qalmış  və  ziyana  uğramışlar?”  O:  “Bəli!”  dedi.  Peyğəmbər:  “Canım  Əlində 

olan  Allaha  and  olsun  ki,  onlar  bunlardan  daha  xeyirlidirlər.”  (Buxari  3516, 

Muslim 6605,2522/193) 

 

 



 

1641.  Əbu  Hureyrə    rəvayət  edir  ki,  Tufeyl  İbn  Amir  əd-Dovsi  və 

nümayəndələri Peyğəmbəin  yanında gələrək: “Ya Rəsulullah! Dovs qəbiləsi 

həlak  olmuşdur,  onlar  Allaha  asi  olmuşlar.  Onlar  əleyhinə  Allaha  dua  et!” 

dedi. Peyğəmbər:  “Allahummə,  Dovs  qəbiləsinə hidayət  et  və  onları  (İslama) 

hidayət et!” deyə buyurdu. (Buxari 4392, 6397, Muslim 6611, 2524/197)

 

 

 



 

1642.  Əbu  Hureyra    demişdir:  “Peyğəmbərin    Bəni  Təmim  qəbiləsi 

haqqında dediyi üç şeyi eşitdiyim gündən bəri mən bu qəbiləni sevirəm. Mən 

onun belə dediyini eşitdim: “Ümmətim içində dəccala qarşı ən sərt müqavimət 

göstərən  onlar  olacaq.”  Həmçinin  onların  verdiyi  sədəqə  gətirildiyi  zaman 

Peyğəmbər    demişdir:  “Bu,  bizim  adamların  sədəqəsidir.”  (Üçüncüsü  də 

budur ki,) Aişənin bu qəbilədən olan bir cariyəsi var idi. Peyğəmbər  (Aişəyə) 

buyurmuşdu:  “Onu  azad  et.  Çünki  o,  İsmailin  nəslindəndir!”  (Buxari  2543, 

Muslim 6612, 2525/198)  

 

 

 

İnsanların Ən Xeyirliləri 


 

 

731 



 

 

 



1643.  Əbu  Hureyrə    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “İnsanları 

(fitrətləri)  üzrə  tapacaqsınız.  (Biləsiniz  ki,)  cahiliyyət  dövründə  xeyirli 

olanlarınız  –  əgər  şəriəti  başa  düşsələr  –  İslamda  da  xeyirli  olacaqlar.”  Bu  işdə 

insanların  ən  xeyirlilərindən  bəzilərinin  içinə  girməzdən  əvvəl  ondan  ən  çox 

xoşlanmayanlar  olduğunu  tapacaqsınız.  İnsanların  ən  şərlilərindən  bəzilərini 

bir üzlə onlara, bir üzlə bunlara gələn iki üzlü (münafiq) görəcəksiniz”. (Buxari 

6058, 7179, Muslim 6615, 2526/199)  

 

 

 

Qureyş Qadınlarının Fəziləti 

 

 



 

1644. Əbu Hureyra  demişdir: “Mən Peyğəmbərin  belə dediyini eşitmişəm: 

“Qureyş qadınları dəvə minən ən xeyirli qadınlardır. Onlar  uşaqlara çox qayğı 

göstərir və ərlərinin mal-dövlətini göz bəbəyi kimi qoruyurlar.” (Buxari 3434, 

Muslim 6620, 2527/201)  

 

 

 

Peyğəmbərin  Səhabələri Arasında Qardaşlıq Bağını 

Bağlaması 

 

 



 

1645.  Ənəs  İbn  Malikdən    soruşdular:  “Sən  Peyğəmbərin  :  “İslamda 

(qəbilələr  arasında  bağlanan)  ittifaq  yoxdur”  dediyini  eşitmisənmi?”.  Ənəs: 


 

 

732 



“Peyğəmbər    mənim  evimdə  qureyşlilərlə  ənsar  arasında  ittifaq 

bağlamışdır

142

” (Buxari 2294, 6083, Muslim 6626, 2529/204) 



 

 

 

Səhabələrin Fəziləti, Sonra Onların Ardıyca Gələnlərin, 



Sonra Onların Ardıyca Gələnlərin Fəziləti 

 

 



 

1646.  Əbu  Səid  əl-Xudri    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Elə  bir 

zaman gələcək ki, bir dəstə adam döyüşə çıxacaq, (döyüşçülərdən): “Aranızda 

Peyğəmbərin    əshabəsi  olmuş  bir  kimsə  varmı?”  deyə  soruşulduqda  onlar: 

“Bəli!”  deyə  cavab  verəcəklər.  Məhz  onun  sayəsində  (onlara)  zəfər  bəxş 

ediləcək. Sonra elə bir zaman gələcək ki: “Aranızda Peyğəmbərin  əshabəsini 

görmüş bir kimsə varmı?” deyə soruşulduqda: “Bəli!” deyə cavab veriləcək və 

(beləliklə də, onlara) zəfər bəxş ediləcək. Bundan sonra elə bir zaman gələcək 

ki:  “Aranızda  Peyğəmbərin    əshabəsinin  əshabəsini  görmüş  bir  kimsə 

varmı?”  deyə  soruşulduqda:  “Bəli!”  deyə  cavab  veriləcək  və  (beləliklə  də, 

onlara) zəfər bəxş ediləcək.” (Buxari 2897, Muslim 6630, 2532/208) 

 

 



 

1647.  Abdullah  İbn  Məsud    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Ən 

xeyirli  insanlar  mənim  dövrümdə  yaşayan  insanlardır  (səhabələr),  sonra 

onların  ardınca  gələnlər,  sonra  da  onların  ardınca  gələnlərdir.  Sonra  elə  bir 

nəsil  gələcək  ki,  onlardan  hər  birinin  şahidliyi  andını,  andı  da  şahidliyini 

qabaqlayacaqdır

143

” (Buxari 2652, 3651, 6429, 6658, Muslim 6635, 2533/212) 



 

                                                

142

 Burada  söhbət  müşrik  qəbilələrin  öz  məkrli  məqsədlərini  həyata  keçirmək  məqsədilə  aralarında 



bağladıqları ittifaqdan yox, əksinə, Allahın rizasını qazanmaq məqsədilə mühacirlərlə ənsarın arasında olan 

qardaşlıq ittifaqından gedir. 

143

 Onlar çalışacaqlar ki, nəyin bahasına olursa-olsun, öz istəklərinə nail olsunlar. Buna görə  də yalandan  and 



içməkdən və şahidlik etməkdən çəkinməyəcəklər. 

 

 

733 



 

 

1648.  İmran  İbn  Huseyn    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Sizin  ən 



xeyirliniz mənim əsrimdə yaşayanlardır, sonra onların ardınca gələnlər, sonra 

da  onların  ardınca  gələnlərdir”.  İmran:  “Peyğəmbər    öz  əsrindən  sonra  ən 

xeyirli dövrü iki və ya üç dövr zikr etdiyi yadımda deyildir” dedi. Peyğəmbər: 

“Onlardan  sonra  elə  insanlar  (qövm)  ortaya  çıxacaq  ki,  istənilmədiyi  halda 

şahidlik  (yalandan)  edən, xəyanət

144


 etdikləri  üçün onlara  etibar  edilməyəcək, 

vəd  verəcək,  ancaq  yerinə  yetirməyəcəklər.  Onlar  ancaq  yoğunlaşıb 

piylənəcəklər”. (Buxari 2651, Muslim 6638, 2535/214) 

 

 

 

Peyğəmbərin : Bu Gecədən Etibarən Yüz İlin Tamamında 

(İndi) Yer Üzündə Olanlardan Heç Bir Kəs Qalmayacaqdır 

 

 



 

1649. Abdullah İbn Ömər   rəvayət edir ki, Peyğəmbər   həyatının sonunda 

bizə işa namazını qıldırdı. Salam verib (namazı bitirdikdən) sonra ayağa qalxıb 

dedi:  “Bu  gecənizi  görürsünüzmü?!  Həqiqətən,  bu  gecədən  etibarən  yüz  ilin 

tamamında  (indi) yer üzündə olanlardan  heç  bir kəs  qalmayacaqdır.”  (Buxari 

116, 564, Muslim 6642, 2537/217)  

 


Yüklə 5,61 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin