Al-lulu vəl-mərcan



Yüklə 5,61 Mb.
Pdf görüntüsü
səhifə52/64
tarix21.04.2017
ölçüsü5,61 Mb.
#15074
1   ...   48   49   50   51   52   53   54   55   ...   64

 

 

Sad İbn Əbu Vaqqasın  Fəziləti 

 

 



 

1560. Aişə  demişdir: “(Bir dəfə) Peyğəmbər  (səfərdə ikən) səhərə qədər 

yatmadı.  Sonra  Mədinəyə  gəlib  çatdıqda  dedi:  “Nə  olaydı,  əshabələrimdən 

əməlisaleh  bir  adam  bu  gecə  məni  mühafizə  edəydi.”  Bunu  deyən  kimi  biz 

silah səsi eşitdik. Peyğəmbər: “Kimdir bu?” deyə soruşdu. (Gələn adam) dedi: 

“Mənəm  –  Səd  İbn  Əbu  Vəqqas!  Gəlmişəm  səni  mühafizə  edim.”  (Bundan 

sonra) Peyğəmbər  yatdı.” (Buxari 2885, Muslim 6383, 6384, 2410/39) 

 

 



 

1561.  Əli    demişdir:  “Mən  Peyğəmbərin    Səddən  başqa  heç  kəsə:  “Atam-

anam  sənə  fəda  olsun!”  dediyini  eşitməmişəm.  Mən  onun  (Səd  İbn  Əbu 

Vəqqasa)  belə  dediyini  eştmişəm:  “Oxla  vur  (onları),  atam-anam  sənə  fəda 

olsun!” (Buxari 2905, 4059, Muslim 6386, 2411/41)  

 

 



 

1562. Səd İbn Əbu Vəqqas  demişdir: “Uhud döyüşündə Peyğəmbər  mənə: 

“Atam-anam  sənə  qurban”  demişdi.”  (Buxari  3725,  4056,  Muslim  6388, 

2412/42)  

 

 

 

Təlhə  Və Zubeyrin  Fəziləti 

 

 


 

 

698 



 

1563.  Əbu  Osman    demişdir:  “Peyğəmbər    vuruşduğu  o  günlərin  birində 

(Uhud  döyüşü) onun yanında  Təlhədən    və Səd  (İbn  Əbu  Vəqqasdan)  başqa 

heç kəs qalmamışdı.” (Buxari 3722-3723, 4060, 4061, Muslim 6395, 2414/47)  

 

 

 



1564.  Cabir    rəvayət  edir  ki,  Əhzab  günü  (Xəndək  döyüşü)  Peyğəmbər   

soruşdu:  “Kim  gedib  mənə  bu  adamlardan  xəbər  gətirər?”  Zubeyr:  “Mən 

(gedərəm)!”  dedi.  Peyğəmbər    (bir  də)  soruşdu:  “Kim  gedib  mənə  bu 

adamlardan  xəbər  gətirər?”  (Yenə)  Zubeyr:  “Mən  (gedərəm)!”  dedi.  Onda 

Peyğəmbər:  “Hər  bir  peyğəmbərin  həvarisi  (ən  yaxın  köməkçisi)  olmuşdur. 

Mənim də həvarim, Zubeyrdir!” (Buxari 2846, 2997, Muslim 6396, 2415/48) 

 

 

 



1565.  Abdullah  İbn  Zubeyr    demişdir:  “Əhzab  günü  mən  Ömər  İbn  Əbu 

Sələmə  ilə  birlikdə  qadınların  yanında  idim.  Bir  də  baxıb  gördüm  ki,  (atam) 

Zubeyr    atını  iki  və  ya  üç  kərə  Bənu  Qureyzə  qəbiləsinə  tərəf  çapdı. 

(Mədinəyə)  qayıtdıqda  mən  dedim:  “Atacan,  mən  sənin  (bir  neçə  dəfə  Bənu 

Qureyzə  qəbiləsinə)  gedib-gəldiyini  gördüm.”  (Atam)  soruşdu:  “Doğrudan 

gördün,  oğul  bala?”  Mən:  “Bəli!”  deyə  cavab  verdim.  (Atam)  dedi:  “Pey-

ğəmbər    (əshabələrinə):  “Kim  Bənu  Qureyzəyə  gedib  onlar  barədə  mənə 

xəbər  gətirər?”  deyə  müraciət  etdi.  Mən  də  ora  elə  buna  görə  getdim.  Mən 

oradan  qayıtdıqdan  sonra  Peyğəmbər    ata-anasını  yad  edib  mənə:  “Atam-

anam sənə qurban” dedi. (Buxari 3720, Muslim 6398, 2416/49) 

 

 

 

Əbi Ubeydə İbn Cərrahın  Fəziləti 

 

 

 



 

 

699 



1566.  Ənəs  İbn  Malik    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Hər  bir 

ümmətin (içində) ən etibarlı bir adam vardır. Bizim ən çox etibar etdiyimiz isə, 

ey  (müsəlman)  ümməti,  Əbu  Ubeydə  İbn  Cərrahdır!”  (Buxari  3744,  Muslim 

6405, 2419/53)  

 

 

 



1567.  Huzeyfə    rəvayət  edir  ki,  Nəcran  heyəti  (onların  üzərinə  Əmin  bir 

kimsənin)  göndərilməsini  istədilər.  Peyğəmbər:  “Sizin  üzərinizə  əmin  bir 

kimsə göndərəcəyəm ki, o haqqıyla güvənilir bir kimsədir”. Səhabələr bu əmin 

kimsənin  kim olduğunu  səbirsizliklə gözlədilər. Peyğəmbər    Əbu  Ubeydəni 

 göndərdi”. (Buxari 3745, Muslim 6407, 2420/55) 

 

 

 

Həsən  Və Huseynin  Fəziləti 

 

 



 

1568.  Əbu  Hureyra əd-Dövsi    demişdir:  “(Bir  dəfə) günortaüstü  Peyğəmbər 

  (evindən)  çıxdı.  Nə  o  mənə  bir  söz  dedi,  nə  də  mən  ona  bir  söz  dedim. 

Nəhayət,  gəlib  Qaynuqa  (Yəhudi)  bazarına  çatdıq.  O,  Fatimənin  evinin 

həyətində  yerə  oturdu  və:  “Balaca  oradadırmı?  Balaca  oradadırmı?”  deyə 

soruşdu. (Fatimə) uşağı bir müddət ləngitdi. Mən onun uşağa ətirli boyunbağı 

taxdığını və ya onu  yuyundurduğunu  zənn etdim.  Sonra  Həsən    qaça-qaça 

gəlib (Peyğəmbərin  qucağına atıldı), Peyğəmbər  onu qucaqlayıb öpdü və 

dua edib dedi: “Allahım, onu sev və onu sevən kimsələri də sev!” (Buxari 2122, 

Muslim 6410, 2421/57) 

 

 

 



1569.  Bəra    demişdir:  “Mən  Peyğəmbərin    Həsəni    çiynində  apararkən 

belə  dediyini  eşitdim:  “Allahım,  mən onu  sevirəm,  Sən  də onu sev!”.  (Buxari 

3749, Muslim 6411, 2422/58)  


 

 

700 



 

 

Zeyd İbn Həris  Və Usamə İbn Zeydin  Fəziləti 

 

 

 



1570. Abdullah İbn Ömər  rəvayət edir ki, biz Peyğəmbərin  oğulluğu olan 

Zeyd  İbn  Hərisi    Quran  ayəsi  nazil  olana  qədər  Zeyd  İbn  Muhəmməd 

çağırırdıq.  "Oğulluğa  götürdüyünüz  uşaqları  öz  atalarının  adları  ilə 

çağırın...”. (əl-Əhzab 5). (Buxari 4782, Muslim 6415, 2425/62) 

 

 



 

1571.  Abdullah  İbn  Ömər    demişdir:  “(Bir  dəfə)  Peyğəmbər    Usamə  İbn 

Zeydi    bir  qoşuna  başçı  təyin  edib  onları  (döyüşə)  göndərdi.  Bəziləri  onun 

əmir olmasına  dil  uzatdılar.”  Onda  Peyğəmbər    buyurdu:  “Sizin onun  əmir 

olmasına  dil  uzatmağınız  (təbiidir.  Çünki)  siz  əvvəllər  onun  atasının  əmir 

olmasına  da  dil  uzatmışdınız.  Vallahi  ki,  (onun  atası)  əmir  olmağa  layiq  idi, 

həm də o, mənim ən çox sevdiyim adamlardan biri idi. Heç şübhəsiz ki, bu da 

ondan sonra mənim ən çox sevdiyim adamlardan biridir.”  (Buxari 3730, 4469, 

6627, 7187, Muslim 6417, 2426/63)  

 

 

 

Abdullah İbn Cəfərin  Fəziləti 

 

 



 

1572. Bir dəfə İbn Zubeyr  İbn Cəfərə  dedi: “Bizim – mənim, sənin və İbn 

Abbasın    Peyğəmbəri    qarşılamağımız  yadındadırmı?”  O,  dedi:  “Bəli!  O 

bizi  tərkinə  almış,  səni  isə  yerdə  buraxmışdı.”  (Buxari  3082,  Muslim  6419, 

2427/65)  


 

 

701 



 

 

Möminlərin Anası Xədicənin  Fəziləti 

 

 

 



1573. Əli  demişdir: “Mən Peyğəmbərin  belə dediyini eşitmişəm: “(Vaxtı ilə 

dünyada olmuş) qadınların ən xeyirlisi İmranın qızı Məryəmdir. (Bu ümmətin) 

qadınlarının  ən  xeyirlisi  isə  Xədicədir.”  (Buxari  3432,  3815,  Muslim  6424, 

2430/69)  

 

 

 



1574.  Əbu  Musa    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Kişilərdən  bir 

çoxları  kamilliyə  çatmışdır.  Qadınlardan  isə  yalnız  Fironun  həyat  yoldaşı 

Asiya  və  İmranın  qızı  Məryəm  kamilliyə  çatmışdır.  Aişənin  digər 

qadınlardan üstünlüyü isə, ətli şorbanın başqa yeməklərdən üstünlüyü kimidir.” 

(Buxari 3411, Muslim 6425, 2431/70)  

 

 



 

1575.  Əbu  Hureyra    demişdir:  “(Bir  dəfə)  Cəbrail  Peyğəmbərin    yanına 

gəlib  dedi:  “Ey  Allahın  elçisi,  bax  Xədicə  əlində  bir  qab  xörək  şirəsi,  (və  ya 

yemək,  yaxud  içməyə  bir  şey  bura)  gəlir.  Sənin  yanına  gəlib  çatanda  ona 

Rəbbindən və məndən salam söylə və Cənnətdə (onun üçün) içiboş mirvaridən 

(hazırlanmış),  içində  də  nə  səs-küy,  nə  də  yorğunluq  olan  bir  ev  ilə  onu 

müjdələ!” (Buxari 3820, Muslim 6420, 2432/71)  

 

 



 

1576.  İsmail  İbn  Xalid,  Abdullah  İbn  Əbi  Aufə:  “Peyğəmbər    Xədicəni   

müjdələdimi?” deyə soruşdu. O: “Bəli, səs-küylü və əziyyətli olmayan incidən 

bir ev ilə müjdələdi” dedi. (Buxari 3819, Muslim 6427, 2433/72) 

 


 

 

702 



 

 

1577. Aişə  demişdir: “Mən Xədicəyə  qısqandığım qədər Peyğəmbərin 



  zövcələrindən  heç  birinə  qısqanmamışam.  Hərçənd  mən  onu  heç 

görməmişdim,  lakin  Peyğəmbər    çox  tez-tez  onu  yad  edərdi.  Olurdu  ki, 

Peyğəmbər    qoç  kəsib  onu  hissələrə  bölürdü,  sonra  da  onları  Xədicənin 

rəfiqələrinə göndərirdi. Hərdən mən ona: “Elə bil yer üzündə Xədicədən başqa 

qadın yoxdur” deyərdim, o da cavabında: “Xədicə (nəcib bir qadın) idi, üstəlik 

mənim ondan övladlarım olmuşdur.” (Buxari 3818, Muslim 6430, 2435/74) 

 

 

 



1578. Aişə  demişdir: “Xədicənin bacısı Halə Bint Xuveylid Peyğəmbərin  

yanına  gəlmək  üçün  izn istədi və  bu,  Peyğəmbərə    (vaxtı ilə) Xədicənin izn 

istəməsini  xatırlatdı.  Bu  səbəbdən  Peyğəmbər    bərk  həyəcanlandı  və  dedi: 

“Allahım,  (bu  ki,)  Halədir!”.  Aişə:  “Mən  (onu)  qısqandım  və  dedim:  “Sən 

çoxdan  ölüb  getmiş,  qureyş  qarılarından  olub  (dişləri  tökülmüş)  qırmızı 

damaq  bir  qarının  nəyini xatırlayırsan?!  Axı, Allah  sənə onun əvəzinə  ondan 

da xeyirlisini nəsib edib”

129


 (Buxari 3821, Muslim 6435, 2437/78) 

 

 

 

Aişənin  Fəziləti 

 

 



 

1579. Aişə  rəvayət edir ki, Peyğəmbər  ona belə demişdir: “Mən iki dəfə 

səni  yuxuda  gördüm.  Hər  ikisində  mən  sənin  (surətini)  ipək  parça  üzərində 

gördüm və (mənə): “Bu, sənin zövcəndir, aç onun üzünü!” dedilər. Mən də açıb 

                                                

129


 İmam  Əhmədin  “Müsnəd”  əsərində  hədisin  axırında  deyilir  ki,  “...qəzəbdən  Peyğəmbərin    üzü 

dəyişdi”.  



 

 

703 



gördüm ki, bu sənsən. Onda mən dedim: “Əgər bu, Allahdandırsa, Allah onu 

gerçəyə çevirəcəkdir.” (Buxari 3895, Muslim 6436, 2438/79)  

 

 

 



1580. Aişə  demişdir: “(Bir dəfə) Peyğəmbər  mənə dedi: “Mən sənin (nə 

vaxt)  mənə  qəzəbləndiyini  və  (nə  vaxt)  məndən  razı  qaldığını  bilirəm.”  Mən 

soruşdum: “Bunu nədən bilirsən?” Dedi: “Sən məndən razı qaldıqda deyirsən 

ki:  “Bəli,  Muhəmmədin  Rəbbinə  and  olsun!”  Mənə  qəzəbin  tutduqda  isə 

deyirsən  ki:  “Xeyr,  İbrahimin  Rəbbinə  and  olsun!”  Mən  dedim:  “Elədir! 

Vallahi,  ya  Rəsulullah,  mən  (qəzəbləndikdə)  sadəcə  sənin  adını  çəkmirəm.” 

(Buxari 5228, Muslim 6438, 2439/80)  

 

 



 

1581. Aişə  deyir ki, mən Peyğəmbərin   yanında bir çox kuklalarla oyun 

oynayardıq. Bir çox qız yoldaşlarım vardı. Onlar mənimlə qızlara aid oyunlar 

oynayardılar.  Biz  oyun  oynadığımız  zaman  Rəsulullah    evə  girdiyi  zaman 

oyunu  saxlayardılar.  Çox  dəfə  Peyğəmbər    bu  qız  uşaqlarını  mənimlə 

oynasınlar deyə yanıma göndərərdi”. (Buxari 6130, Muslim 6440, 2440/81) 

 

 

 



1582. Aişə  deyir ki, insanlar Peyğəmbərə  hədiyyə vermək üçün Aişənin 

  gününü  qəsd  edib  buna  görə  çalışardılar.  Onlar  bu  hədiyyələri  və  ya 

çalışmalarıyla  Rəsulullahın    rızasını  qəsd  edirdilər”.  (Buxari  2574,  Muslim 

6442, 2441/82) 

 

 

 



1583.  Aişə    deyir  ki,  Peyğəmbər    vəfat  etdiyi  xəstəliyi  dönəmində 

soruşaraq  belə  buyurardı:  “Mən  bu  gün  hardayam!  Sabah  kimin  yanında 

olacağam!”  belə  deməklə  mənim  evimdə  qalacağı  günü  soruşurdu  (Çünki 


 

 

704 



Peyğəmbər  Aişəni  çox istədiyi üçün onun evində ölmək istəyirdi). Allah 

ruhunu  mənim  (mənim  günümdə)  yanımda  olduğu  gün,  qucağımda,  başı 

mənim  sinəm  üzərində  olduğu  halda  (ruhunu)  aldı.  (Aişə    misvaqla 

təmizləndikdən  sonra  Ona  verdi)  Onun  tüpürcəyi  mənim  tüpürcəyimə 

qarışdı”. (Buxari 5217, Muslim 6445, 2444/84) 

 

 



 

1584.  Aişə    Peyğəmbərin    vəfatından  öncə  kürəyini  ona  söykəyib  belə 

dediyini  eşitmişdir:  “Allahım,  məni  bağışla,  mənə  rəhm  et  və  məni  (uca) 

dostlara qovuşdur!”. (Buxari 4440, 5674, Muslim 6446, 2444/85)  

 

 

 



1585. Aişə  demişdir: “Mən (Peyğəmbərin  tez-tez belə dediyini eşidərdim): 

“Heç  bir  peyğəmbər  özünə  dünya  həyatı  ilə  axirət  arasında  seçim  təklif 

edilməyincə  ölmür.”  (Bundan  başqa)  mən  Peyğəmbərin    ölümü  ilə 

nəticələnən  xəstəliyə  tutulduğu  zaman  xırıltılı  səslə  bu  (ayəni)  söylədiyini 

eşitdim:  “Allaha  və  Onun  Elçisinə  itaət  edənlər  Allahın  özlərinə  nemət  bəxş 

etdiyi  peyğəmbərlərlə,  sidq  ürəkdən  inananlarla,  şəhidlərlə  və  əməlisalehlərlə 

birlikdə  olacaqlar.  Onlar  necə  də  gözəl  dostlardır”.  (ən-Nisa  69).  Onda  mən 

düşündüm ki, ona seçim verilmişdir.” (Buxari 4435, Muslim 6448, 2444/86) 

 

 

 



1586. Aişə  demişdir: “Peyğəmbər  hələ xəstələnməmişdən qabaq deyərdi: 

“Heç bir peyğəmbər Cənnətdəki yerini görməyincə, üstəlik  (Cənnətdəki yerini 

gördükdən)  sonra  ona  salam  verilməyincə  yaxud  ona  dünya  həyatı  ilə  axirət 

arasında  seçim  təklif  edilməyincə  vəfat  etməmişdir.”(Hədisi  danışan  ravi 

demişdir:  “Peyğəmbər    xəstələndiyi  və  ölümü  yaxınlaşdığı  zaman,  başı  da 

Aişənin  dizi  üstündə  ikən  bayıldı.  Özünə  gədikdə  gözlərini  evin  tavanına 

dikib  dedi:  “Allahım,  (məni)  uca  dostlara  (qovuşdur)!  Mən:  “Elə  isə 

Peyğəmbər    bizi  seçməyəcək”  dedim  və  sağlam  ikən  belə  söz  dediyini 

bildim.” (Buxari, 4437, Muslim 6450, 2444/87) 

 


 

 

705 



 

 

1587.  Aişədən    rəvayət  edilir  ki,  Peyğəmbər    (səfərə)  çıxdığı  zaman 



zövcələri  arasında  püşk  atardı  (və  püşk  kimə  düşsəydi,  onu  özü  ilə  səfərə 

aparardı. Bir dəfə yenə püşk atdı və) püşk Aişə ilə Həfsəyə   düşdü. (Səfər 

əsnasında) gecələr Peyğəmbər   Aişənin  yanında gedir və onunla söhbət 

edirdi. Bir dəfə Həfsə  Aişəyə  dedi: “Bəlkə bu gecə sən mənim dəvəmə 

minəsən,  mən  də  sənin  dəvənə  minim  və  baxaq görək  nə  baş  verəcək.”  Aişə: 

“Yaxşı”- dedi və (Həfsənin   dəvəsinə) mindi. Sonra Peyğəmbər   Aişənin 

  dəvəsinin  yanına  gəlib  onun  üstündə  oturan  Həfsəyə  salam  verdi  və 

yoluna davam etdi. Nəhayət, (gəlib bir yerdə) dayandılar. Bu əsnada Aişə  

Peyğəmbəri  itirdi. Onlar dincəlmək üçün dayandıqda Aişə   (dəvəsindən 

yerə düşdü) və ayaqlarını ətirli qamışların arasına soxub dedi: “Ya Rəbb, əqrəb 

və ya ilan vursun məni, axı mən ona cavab verə bilməyəcəyəm.” (Buxari 5211, 

Muslim 6451, 2445/88)  

 

 

 



1588.  Aişədən    rəvayət  edilir  ki,  Peyğəmbər    (səfərə)  çıxdığı  zaman 

zövcələri  arasında  püşk  atardı  (və  püşk  kimə  düşsəydi,  onu  özü  ilə  səfərə 

aparardı. Bir dəfə yenə püşk atdı və) püşk Aişə ilə Həfsəyə   düşdü. (Səfər 

əsnasında) gecələr Peyğəmbər   Aişənin  yanında gedir və onunla söhbət 

edirdi. Bir dəfə Həfsə  Aişəyə  dedi: “Bəlkə bu gecə sən mənim dəvəmə 

minəsən,  mən  də  sənin  dəvənə  minim  və  baxaq görək  nə  baş  verəcək.”  Aişə: 

“Yaxşı”  dedi  və  (Həfsənin    dəvəsinə)  mindi.  Sonra  Peyğəmbər    Aişənin 

  dəvəsinin yanına gəlib onun  üstündə oturan  Həfsəyə   salam  verdi  və 

yoluna  davam  etdi.  Nəhayət,  (gəlib  bir  yerdə)  dayandılar.  Bu  əsnada  Aişə 

Peyğəmbəri  itirdi. Onlar dincəlmək üçün dayandıqda Aişə   (dəvəsindən 

yerə düşdü) və ayaqlarını ətirli qamışların arasına soxub dedi: “Ya Rəbb, əqrəb 

və ya ilan vursun məni, axı mən ona cavab verə bilməyəcəyəm.” (Buxari 5211, 

Muslim 6451, 2445/88)  

 


 

 

706 



 

 

1589. Ənəs İbn Məlik  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Aişənin digər 



qadınlara olan  üstünlüyü  Sərid  (düyüdən olan yemək)  digər  yeməklərə qarşı 

olan fəziləti kimidir”. (Buxari 3770, Muslim 6452, 2446/89) 

 

 

 



1590. Aişəyə    rəvayət  edir  ki,  (bir  zaman)  Peyğəmbər    ona  demişdir:  “Ey 

Aişə!  Budur, Cəbrail sənə salam söyləyir!”  Aişə    də  (cavabında)  demişdir: 

“Ona  salam  olsun,  Allahın  rəhməti  və  Onun  bərəkəti  yetişsin!  Sən  mənim 

görmədiyimi görürsən.”(Bunu deyəndə) o, Peyğəmbəri  qəsd edirdi. (Buxari 

3217, 3768, Muslim 6457, 2447/91) 

 

 

 

Ummu Zərin Hədisinin Zikri 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 


 

 

707 



1591. Aişə  demişdir: “(Bir dəfə) on bir qadın bir yerdə oturub öz ərlərinin 

barəsində  olan  xəbərlərdən  heç  bir  şey  gizlətməyəcəklərinə  dair  bir-birilərinə 

söz  verdilər.  Birincisi  dedi:  “Mənim  ərim  dağın  zirvəsində  yerləşən  cılız 

dəvənin ətinə bənzəyir. O dağa çıxmaq asan iş deyil, üstəlik ətin üstündə piy 

deyilən  şey  yoxdur  ki,  (kimsə  gedib  onu)  götürsün

130


”.  İkincisi  dedi:  “Mən 

ərim  haqqında  danışmaq  istəmirəm.  Qorxuram  onun  haqqında  danışmağa 

başlasam,  onun  bütün  gizli  və  aşkar  nöqsanlarını  xatırlamayınca 

dayanmayım.”  Üçüncüsü  dedi:  “Mənim  ərim  uzundrazdır.  Əgər  mən  (onun 

qarasınca) danışsam, o məni boşayar, yox, danışmasam, (onda həmişə ondan) 

asılı  vəziyyətdə  qalaram.”  Dördüncüsü  dedi:  “Mənim  ərim  Tihamə

131

 gecəsinə 



bənzəyir.

132


 O,  nə  tezqızışan,  nə  laqeyd,  nə  qorxunc,  nə  də  zəhlətökən  bir 

adamdır.”  Beşincisi  dedi:  “Mənim  ərim  evə  girəndə  bəbirə,  çölə  çıxanda  isə 

şirə  dönür  və  (mənə)  tapşırdığı  xırda-para  işlərə  görə  (evinə)  söz-söhbət 

salmır.”  Altıncısı  dedi:  “Mənim  ərim  yeyəndə  də,  içəndə  də  (süfrədə)  heç  nə 

saxlamır. Yatağına uzandıqda bürüncəyinə bürünür və heç əlini uzadıb baxmır 

ki, görsün yanındayam, ya yox.

133

” Yeddincisi dedi: “Mənim ərim gic-gic işlərlə 



məşğuldur, (yaxud aciz-avara) və sarsaq adamdır. Nə nöqsan desən onda tapa 

bilərsən,  o  sənin  başını  yara  bilər,  bədəninə  xəsarət  yetirə  bilər,  yaxud  hər 

ikisini  edə  bilər.”  Səkkizincisi  dedi:  “Mənim  ərim  zərif  (vücudlu),  dovşan  tək 

zərif,  zərnəb  (gözəl  iyli  ot)  qədər  xoşiyli  bir  adamdır.”  Doqquzuncusu  dedi: 

“Mənim ərim hündür evə sahib olan (zadəgan ailəsindən olan), belində uzun 

qın  daşıyan  (hündürboy  olan),  evində  çoxlu  od  qalanan  (ziyafət  verən)  və  evi 

(həmişə)  qonaq-qaravaşla  dolu  olan  bir  adamdır.”  Onuncusu  dedi:  “Mənim 

ərimin  adı  Malikdir!  (Nə  bilirsiniz)  Malik  kimdir?!  (Nə  cür  vəsf  etsəm  də,) 

Malik ondan  daha xeyirlidir.  Onun  dəvələrinin  çoxu  ağıllarda

134


,  az  bir qismi 

isə otlaqlarda olur. (Ağıllardakı) dəvələr ud səsi eşitdikdə boğazlanacaqlarını

135

 

yəqin edirlər.” On birincisi dedi: “Mənim ərim Əbu Zəridir. (Nə bilirsiniz) Əbu 



Zəri  kimdir?!  O  mənim  qulaqlarımı  zinət  əşyaları  ilə  bəzəmiş,  mən  (onun 

qayğısı  sayəsində)  toppuş  olmuş,  habelə  o  mənə  sevinc  bəxş  etmiş  və  bu 

mənim könlümü şad etmişdir. O məni bir neçə qoyuna sahib olan ailədən alıb 

at  və  dəvə  sürüsünə  sahib,  habelə  taxıl  döyməklə  məşğul  olan  və  tərtəmiz 

taxıla sahib olan bir ailəyə (gəlin) gətirmişdi. Onun evində danışdığım sözlərə 

görə  heç  kəs  məni  tənbeh  etmir,  (istəyəndə)  günortaya  qədər yata  bilirəm  və 

istədiyim  qədər  (süd  və  s.)  içirəm.  Əbu  Zər’inin  anası.  (Nə  bilirsiniz)  Əbu 

                                                

130

 Qadın bu məsəllə ərinin tamahkar, dikbaş və qanacaqsız adam olduğunu demək istəmişdir.  



131

 Qırmızı dənizin şərq sahili boyu olan ərazidir. 

132

 Qadın bu sözlə ərinin gözəl olduğunu bildirmək istəyir. 



133

 Burada qadın ərinin acgöz və qarınqulu, həm də ona qarşı çox diqqətsiz olduğunu bildirmək istəyir.  

134

 Malik bu dəvələri ağıllarda saxlayardı ki, gələn qonaq-qaravaşa onların südündən və ətindən verə bilsin.  



135

 Belə ki, ərəblər qonağı qarşıladıqda ud çalar, dəvələr də kəsiləcəklərini hiss edərdilər.  



 

 

708 



Zərinin anası kimdir?! Onun bazar zənbilləri həmişə dolu olur, evi də olduqca 

genişdir.  Əbu  Zərinin  oğlu.  (Nə  bilirsiniz)  Əbu  Zərinin  oğlu  kimdir?!  Onun 

yatağı  xurma  çubuğuna  bənzəyir,  özü  də  dörd  aylıq  çəpişin  ayağını  yesə 

doyar.


136

 Əbu  Zərinin  qızı.  (Nə  bilirsiniz)  Əbu  Zərinin  qızı  kimdir?!  O,  ata-

anasının  qayğısına  qalan  toppuş  bir  qızdır.  Onun  (gözəlliyi)  (ərinin  digər 

zövcələrini)  qəzəbləndirir.  Əbu  Zərinin  kənizi.  (Nə  bilirsiniz)  Əbu  Zərinin 

kənizi  kimdir?!  Bu  kəniz  bizim  söhbətlərimizi  orda-burda  danışmaz, 

yeməyimizi  israf  etməz,  evimizi  də  həmişə  təmiz  və  səliqəli  saxlar.  (Bir  dəfə 

axşamüstü) artıq heyvanlar sağıldıqdan sonra Əbu Zəri (evdən) bayıra çıxdı və 

yanında bəbir kimi iki uşağı olan bir qadına rast gəldi. Uşaqlar (əllərini) onun 

belinin  altından  salıb  iki  narla

137


 oynayırdılar.  Əbu  Zəri  məni  boşayıb  onunla 

evləndi.  Mən  də  ondan  (boşandıqdan)  sonra  alicənab  bir  adama,  yorulmaq 

bilməyən gözoxşayan bir at minən, əlində də nizə gəzdirən birisinə ərə getdim. 

O mənə çoxlu var-dövlət bəxş etdi, (ev) heyvanlarının hər növündən mənə bir 

cüt verdi və  dedi:  “Özün  də ye,  qohumlarına  da  ver,  ey Ummu  Zəri!”  (Buna 

baxmayaraq)  əgər  mən  onun  verdiklərinin  hamısını  bir  yerə  yığsaydım,  (bu 

əşyalar)  Əbu  Zərinin  ən  balaca  qabı  qədər  olmazdı”.  Aişə:  “Peyğəmbər   

(mənə) dedi: “Əbu Zəri Ummu Zərə əziz olduğu kimi, mən də sənə əzizəm.” 

(Buxari 5189, Muslim 6458, 2448/92)  

 


Yüklə 5,61 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin