Akif Aşırlı


Xocalı soyqırımı haqqında ilk məlumatı "Səhər" çatdırıb



Yüklə 1,19 Mb.
Pdf görüntüsü
səhifə6/8
tarix06.09.2017
ölçüsü1,19 Mb.
#29088
1   2   3   4   5   6   7   8

Xocalı soyqırımı haqqında ilk məlumatı "Səhər" çatdırıb 

 

Məzahir Süleymanzadə 

 

- Xocalı faciəsi ilə bağlı respublikada müxtəlif fikirlər yaranmışdı. ilkin versiya belə idi ki, orada 

toqquşma nəticəsində cəmi 2-3 nəfər adam həlak olub. Amma bu versiya o vaxt "AzərTAC", yəni dövlət 

xətti ilə yayılmış və Dövlət Televiziyası ilə verilmişdi. Bütün KİV də rəsmi informasiya olduğuna görə 

təbiidir ki, yalnız buna əsaslanırdı. Amma "Səhər" qəzetinin o zaman Qarabağda iki müxbiri çalışırdı. 

Bunlardan biri Şamil Ələkbərov, digəri isə Səriyyə Müslümqızı idi. Bu iki nəfər bilavasitə hadisə yerində 

idilər. Onlar Xocalı qaçqınlarını  və oradan gətirilən saysız-hesabsız meyitləri Ağdamda qarşılamışdılar. 

Hadisənin canlı şahidləri kimi həm bizim redaksiyaya təcili şəkillər göndərmiş, həm də telefonla məlumat 

vermişdilər. Sonra Xocalı faciəsi olan gecə şəxsən mənə aeroportun mərhum rəhbəri Əlif Hacıyev zəng 

edərək olan vəziyyəti danışdı. Həmçinin Xocalının prokuroru Atakişi Atakişiyev zəng edərək faciə barədə 

məlumat verdi. Səhəri gün bütün qəzetlər Xocalıda bir-iki nəfərin yaralanması, həlak olmasını yazdığı 

halda, "Səhər" qəzetində əsl həqiqət dərc olundu. Biz Xocalıda ölənlərin sayının 1000-dən artıq olmasını 

bəyan etmişdik. Bu, çox böyük qəzəblə qarşılandı respublikada. Düzdür, bizim ilkin məlumatda 

göstərilirdi ki, Xocalı rayon icra hakimiyyətinin başçısı Elman Məmmədov da həlak olub. Ondan sonra 

Elman Məmmədov Özü zəng edərək  əvvəlcə informasiyaya görə  təşəkkür etdi. Dedi ki, mən sağam, 

sadəcə olaraq ayağımdan yaralanmışam. Deməli, adını  çəkdiyim və  çəkmədiyim adamlar, istər bizim 

müxbirlərimiz olsun, istərsə də orada çalışan adamlar olsun informasiyanı ilkin mənbədən verirdilər. Ona 

görə  də  təbii ki, biz informasiyanı aldığımız ilkin mənbəni qoyub dövlət kanallarının yaydığı 

informasiyaya üstünlük verə bilməzdik. Bütün qəzetçilik tələblərinə uyğun olaraq biz öz müxbirlərimizin 

sözlərinə daha çox önəm verdik, onlara daha çox inandıq. O zaman "Səhər" qəzeti 250000 tirajla çıxır, 

bütün ölkəyə yayılırdı. Qəzetimiz çıxan gün səhər işə getdik və təxminən saat 10.00 radələrində gördük 

ki, 300-ə yaxın adam hirslənmiş, hiddətlənmiş vəziyyətdə "Azərbaycan" nəşriyyatının qarşısına toplaşıb 

bizi tələb edir. Mən onların qarşısına çıxdıqda bir az hay-küy salıb dedilər ki, siz təxribatla məşğulsunuz. 

Səbəbini soruşdum. Dedilər, xalqa yalan məlumat verirsiniz ki, Xocalıda 1000-dən artıq adam qətlə 

yetirilib. Amma bütün dövlət mətbuat orqanları tamamilə ayrı  xəbərlər dərc edib. Siz bunu yazmaqla 

sabitliyi pozur, cavanları yoldan çıxarırsınız. Açığı, bizə çox aqressiv şəkildə münasibət göstərildi. Mən 

də təmkinimi pozmadan dedim ki, bu xəbərləri yerlərdəki müxbirlərimizə istinadən vermişik. Bu xəbərin 

dəqiqliyinə zərrə qədər də şübhəmizin olmadığını açıqladım. Amma onu da bildirdim ki, bütün hallarda 

dövlət orqanlarının yaydığı xəbərlər doğru olsa, o zaman həm bütün Azərbaycan xalqından, həm də bura 

toplaşan vətəndaşlardan üzr istəməyə hazırıq. Onları birtəhər sakitləşdirdik. Yanlarında ziyalılar, bizi 

tanıyan adamlar var idi. Onlar da öz yoldaşlarmı sakitləşdirərək bizim qeyrətli Azərbaycan vətəndaşları 

olduğumuzu söylədilər. Dedilər ki, biz yalan yazıb təxribatla məşğul olmarıq. Üstündən iki gün keçəndən 

sonra qadağalara baxmayaraq Ağdamdan adamlar gəldi, faciənin miqyası artıq hamıya bəlli oldu. Dövlət 

orqanları da məcbur qalıb Xocalı faciəsi ilə bağlı nisbətən fərqli məlumat verdilər. Bir qədər sonra 

Azərbaycan Respublikasının Milli Məclisində bu məsələ müzakirə olunarkən bizim qəzetin adı  həmin 

qərara düşüb. O qərarda da göstərilir ki, "Səhər" qəzeti yeganə düzgün informasiya verən mətbuat 

orqanıdır. Bizim xoşbəxtliyimiz ondaydı ki, o zaman dünyanın demək olar ki, bütün aparıcı kütləvi 

informasiya vasitələri ilə  əlaqəmiz var idi. "Səhər" qəzetinin adı ABŞ-ın,  İngiltərənin, Almaniyanın, 

Yaponiyanın, Rusiyanın və başqa dövlətlərin rəsmi kataloqlarına daxil edilmişdi. Çox etibarlı informasiya 

mənbəyi kimi qəbul olunurdu. Biz də bu kanallardan istifadə edib informasiyalarımızı  həmin ölkələr 

vasitəsilə bütün dünyaya yaya bilirdik. Xocalı faciəsi haqqında ilk məlumatlar bizim qəzet vasitəsilə 

çatdırıldı. Bundan çox qısa müddət sonra məxfi materiallar ələ keçirə bildik. 366-cı alayın komandiri 

Zarviqarovun gündəliyini  əldə etdik. O gündəliklə bağlı  məlumatları araşdırdıq. Mənim "366-cı alayın 

məhvi" adlı geniş məqaləm dərc olundu. Bu material rus dilində də ayrı-ayrı qəzetlərdə yayıldı. Rusiya, 

Ukrayna müstəqil mətbuatında da bunu dərc etdirdik. O zaman "Azərbaycan" nəşriyyatının direktoru 

Bahadır Qayıbovun ümumi redaktəsi ilə biz "Səhər" qəzetinin təcili olaraq Xocalıya həsr olunmuş xüsusi 

buraxılışım hazırladıq. Bu buraxılış ingilis və rus dillərində  nəşr edildi. Sonra Azərbaycan dilində  də 

buraxıldı. O buraxılış çıxandan cəmi bir həftə sonra Azərbaycana Latviyada yaşayan, milliyyətcə gürcü 

olan bir xanım gəldi. Bizim hazırladığımız xüsusi buraxılış onun köməyilə Latviyada latış dilində  dərc 

olundu. Beləliklə, çox böyük tirajla, təxminən milyona yaxın tirajla Xocalı faciəsi haqqında həqiqət bütün 

dünyaya yayıldı. Artıq bunu Azərbaycanda da gizlətmək mümkün deyildi. Çünki insanlar bir-birilə əlaqə 

saxlayır, Bakıya meyitlər gəlirdi. İki uşaq meyitini də gətirib "Göy məscid"də qoymuşdular. Biz dərhal 

fotoqraf Şahini göndərdik o uşaq meyitlərin çəkdi. Bu gün o uşaq meyitlərinin şəkilləri Xocalı faciəsinin 


45 

 

bir növ simvoluna çevrilib. O şəkilləri bizim fotomüxbirimiz Şahin Abbasəliyev çəkib. Biz Xocalı 



faciəsini jurnalist olaraq belə yaşadıq. 20 Yanvar, Xocalı, Qarakənd səmasında vertolyotun vurulması, 

Salatın  Əsgərovanın öldürülməsi barədə ilk xəbərləri də  məhz biz vermişdik. Bütün bunlar hamısı ağrılı-

acılı, eyni zamanda unudulmaz hadisələrdir. Taleyin qismətindənmi, ya nədənmi bu hadisələri işıqlandırmaq 

bizim taleyimizə düşmüşdü. 



 

 


46 

 

 



"Əsgəran körpüsünün altı və ətrafı insan cəsədləri ilə dolu idi" 

 

Seyidağa Mövsümlü, operator, Milli Ordunun keçmiş komandiri, 

"Qan yaddaşı", "Ağrılı yaddaş", "Xocalı-əsrin faciəsi", "Azərbaycan Ordusu", "Qara yanvar", 

"Salam, Azərbaycan əsgəri" sənədli filmlərinin müəllifi, 

- Bu faciəni ömrüm boyu unuda bilməyəcəyəm. O mənim qəlbimə mismarla yazılıb. Bu faciə 

olmaya da bilərdi... 

Faciədən əvvəl yollar kəsilmiş, əhali blokadada qalmışdı. Görünür, Azərbaycan xalqını qorxutmaq, 

əhali arasında vahimə yaratmaq, belə bir faciənin baş verməsini reallaşdırmaq kimlərəsə sərfəli imiş. 

Əhaliyə elə işgəncə vermişdilər ki, mən o dəhşətli mənzərələri görən kimi elə oradaca saçım ağardı. 

Müdafiə Nazirliyinin operatoru kimi yenicə  təyinat almışdım. Fevralın 26-sı  səhər MN-ə  işə  gəldim. 

Ramiz Məlikov və Mirsaleh Axundov Xocalıda dəhşətli faciə baş verdiyini dedilər. Xəbəri eşidən kimi 

təcili Ağdama getməyi qərarlaşdırdım. Bizdə o vaxt kamera olmadığından Azərbaycan Dövlət Teleradio 

Komitəsinə müraciət etsəm də, onlar kamera vermədilər. Bir nəfərdən videokamera tapana kimi xeyli 

vaxt keçdi və nəhayət kamera tapıb təcili Ağdama yola düşdüm. Dövlət Teleradio Komitəsinin o vaxtkı 

sədri və məsul işçiləri bu faciəyə biganə yanaşmasaydılar, hadisə yerinə jurnalist qrupları göndərsəydilər, 

bizdə indi daha çox faktlar, informasiyalar olardı. 

Ağdama axşam çatdım, dəhşətli mənzərənin  şahidi oldum. Ana-bacıların fəryadı göyə bülənd 

olmuşdu. Hamının gözü Xocalı  tərəfə zillənmişdi. Hərə öz adamını gözləyirdi. Faciənin ağrısını  və 

ağırlığını o saat hiss etdim. Ağdam batalyonunun komandirlərindən biri Allahverdi Bağırovla Ağdam-

Əsgəran arasındakı keçid məntəqəsinə yollandıq. Orada Əsgəran batalyonunun komandiri Vitalik adlı bir 

erməni ilə qarşılaşdıq. O, Yerevandan gəlmiş döyüşçü idi. Allahverdi ona bildirdi ki, biz həm meyitləri 

götürməli, həm də çəkiliş aparmalıyıq. Əvvəlcə razı olmadı. Çox cəhddən sonra Vitalik çəkilişə razılıq 

verdi. Bu şərtlə ki, iki erməni döyüşçüsü bizi axıra qədər izləməli, onların icazəsi olmadan istənilən şəkil 

çəkilməməli idi. Razılaşdıq və onların maşınlarına minib Xocalıya doğru irəlilədik. Bizimlə iki yük 

maşını da getdi. Maşında Ağdam və Xocalı özünümüdafiə batalyonunun bir qrup döyüşçüləri də var idi. 

Onlar meyitləri yığacaqdılar. Biz Əsgəran körpüsündə dözülməz hadisə ilə rastlaşdıq. Körpünün altı və 

ətrafı insan cəsədləri ilə dolu idi. Çoxlarının başı  kəsilmiş, gözləri çıxarılmış, sifətlərinin dərisi 

soyulmuşdu. Onu çəkməyə icazə vermədilər.  Əsgərlər meyitləri yığmağa başladılar. Çox dəhşətli 

mənzərə idi. Öldürülənlərin arasında körpə  uşaqlar, qızlar, qocalar var idi. Bəzi meyitlərin ayaqlarına 

kəndir, məftil bağlayıb maşının arxasınca sürümüşdülər. Bir az qabağa gedəndə xeyli döyüşçü cəsədləri 

gördük. Onlar döyüş vəziyyətində idilər. Hiss olunurdu ki, bu döyüşçülər mülki əhalinin sağ-salamat xilas 

olması üçün axıra qədər vuruşublar. Aqil Quliyevin, Əlif Hacıyevin də meyiti onların arasında idi. Əlifin 

sırıqlısının  ətəyi üzünə düşdüyü üçün ermənilər onun meyitini tanımamışdılar. Yoxsa meyitini 

verməyəcəkdilər. Çünki o, ermənilərə qan uddurmuşdu. Hətta onun başına qiymət də qoyulmuşdu. Bir az 

qabaqda ağsaqqal kişinin meyiti ilə rastlaşdıq. Onun qulağını  kəsmişdilər. Başqa bir yerdə bir ailəni 

uşaqdan böyüyə qədər qırmışdılar. Erməni və rus hərbçiləri Xocalım işğal edəndə əhali xilas olmaq üçün 

dəstə-dəstə müxtəlif istiqamətlərə üz tutmuş və yollarda pusquda duran ermənilər bu biçarə insanların heç 

birinə aman verməmişdi. Təbii ki, gördüklərinin hamısını lentə köçürdüm. Sonra "Xocalı-əsrin faciəsi" 

sənədli filmini yaratdım. Onu Türkiyə, Fransa, Almaniya və başqa ölkələrə göndərdim. Yalnız bundan 

sonra çox çətinliklə Azərbaycan televiziyasında materialım efirə getdi. Bəzi lentləri isə indiyə qədər efirə 

özüm verməmişəm ki, camaatda qorxu hissi yaranar. Başı kəsilmiş, gözləri çıxarılmış insanların meyitinə 

hər adam baxa bilmir. 


47 

 

Xocalı faciəsinə hər şey açılıb deyilməyib 



 

Qulu Məhərrəmli 

 

Aydındır ki, həmin dövrün situasiyasını göz önünə  gətirəndə Xocalı hansı  vəziyyətdə idi. Orada 

tikinti işləri başlamış, müəyyən adamlar köçürülmüşdü, bütün respublika köməklik edirdi. Yəni bir 

yüksəliş var idi. Sonra Əsgəran tərəfdən yolun bağlanması get-gəli xeyli çətinləşdirdi, yalnız vertolyotla 

əlaqə var idi. Respublika rəhbərliyi həmin dövr üçün yolu açmağı bacarmırdı. Hərbi vəziyyət getdikcə 

çətinləşirdi. Xocalıya yaxın yerdə yerləşən yaşayış məskənləri olan Meşəliyə, Cəmilliyə ermənilər hücum 

etmiş, kəndləri dağıtmış, insanları  məhv etmişdilər. O kütləvi qırğınlar Xocalıda böyük bir təhlükə 

yaradırdı. Məsələn, yanvarın əvvəllərində hadisədən təxminən ay yarım əvvəl mən orada jurnalist qrupu 

ilə çəkilişlər aparırdım. Əvvəla, Xocalı əhalisində çox böyük ruh düşkünlüyü var idi. Qəsəbədə belə bir 

atmosfer yaradılmışdı. Xocalıdan getmək əhval-ruhiyyəsi güclü idi. Ümumiyyətlə, respublikanın özündə 

düzgün informasiya siyasəti qurulmamışdı. Pis olan idi ki, Xocalıdan çoxlu yalançı informasiyalar 

gedirdi. Heç Xocalıya aidiyyəti olmayan, orada baş verməyən,  şişirdilmiş informasiyalar çap olunurdu. 

Yanlış informasiya siyasəti aparılırdı ki, guya Xocalıda böyük bir ordu qurulub, guya camaat döyüşə çox 

böyük  şəkildə hazırlaşıb, hərbi strateji nöqtələr mövcuddur. Əslində elə deyildi. Ölkə ictimaiy-yətinə 

Xocalıdakı real vəziyyəti əks etdirən, real informasiyalar verilmirdi. O vaxt bizdə Dövlət Televiziyasının 

sədri Məmməd Murad idi. Bizi o ora göndərmişdi ki, gedin həqiqi vəziyyəti çəkin və  gətirib burada 

göstərin. Bizim Xocalıya getməyimizin əsas səbəbi o idi. Yadımdadır ki, o vaxt Xalq Cəbhəsinin sədri 

Əbülfəz Elçibəy bu vəziyyətlə bağlı  bəyanat vermişdi. Bu, mətbuatda da çap olunmuşdu. Hökuməti 

tənqid edən bəyanat idi. Hesab edirəm ki, bizim getməyimiz də bir növ onunla bağlı idi ki, biz real 

vəziyyəti çəkək. M. Murad da o cür tapşırıq vermişdi ki, vəziyyət necədirsə, o cür də çəkib gətirin. Mən o 

materialları çəkib gətirdim və dalbadal iki reportajım getdi. Çalışdıq ki, oradakı vəziyyəti dəqiq göstərək. 

Yəni camaatın şikayətlərini verdik ki, yol bağlıdır, onlara heç bir kömək göstərilmir. Real vəziyyət barədə 

Azərbaycan ictimaiyyətinə məlumat verilmirdi. Hesab edirəm ki, bu çox yanlış idi. Orada özünümüdafiə 

batalyonu var idi. Onlar keşik çəkirdilər. Amma aydın idi ki, onlar heç bir variantda Xocalıya hücum 

olacağı  təqdirdə onun qarşısını almaq iqtidarında deyildilər. Orada tədricən Milli Qəhrəman Aqil 

Quliyevin rəhbərlik etdiyi təxminən 30 nəfərə yaxın bir taqım formalaşmışdı. Bunların yaxşı silah 

təminatı yox idi. Məndə Aqil Quliyevdən alınmış müsahibə var. Orada A. Quliyev danışır ki, baxmayaraq 

ki, burada 30 nəfərdir, amma bunların cəmi 12 avtomatı var. Amma bununla yanaşı, o dövr, şərait üçün 

bunlar sözün həqiqi mənasında fanatiklər, qəhrəmanlar idilər. Bu bizim Milli Ordunun ilk hissələri idi. 

Məsələn, bunların kəşfiyyatı ərəfəsində biz həmin kazarmada bir neçə gün qalası olduq. Mən bu insanları 

yaxından müşahidə edə bildim. Tutaq ki, kəşfiyyata getməmişdən  əvvəl bunların təlimatlandırılması, 

qoyulan tapşırıqların yerinə yetirilməsi üçün bunlara verilən göstərişlər idi. Baxırdım ki, burada əməlli-

başlı peşəkar hərbçi ab-havası var, əsl döyüşçülərdir. O dövrdə bir neçə maraqlı  əməliyyatlar 

keçirmişdilər. Amma bununla yanaşı, bütün hallarda Xocalı respublikadan böyük bir şəkildə aralı düşmüş 

vəziyyətdə idi. Yəni bunlara nə maddi, nə mənəvi, nə informasiya dəstəyi var idi. Təsəvvür edin ki, biz 

Xocalıda olanda çəkiliş qrupumuz ilk günlər bir evdə qalırdı. Hələ işıq yananda baxırdıq ki, Bakıda hansı 

atmosfer var, Xocalıda hansı atmosfer var. Mənim heç vaxt yadımdan çıxmaz ki, biz orada olanda 

görürdüm ki, Xocalıda un yox, çörək yox, camaat ərzaq sarıdan çətinlik çəkir. Amma bizim Dövlət 

Televiziyasının "Xəbərlər" proqramı  xəbər verir ki, Xocalıdan təxminən 15-20 kilometr qıraqda - 

Ağcabədidə  ət bayramı keçirirlər. Xocalıların özü bu cür qeyri-insani şəraiti müşahidə edirdilər. Yəni 

istər-istəməz bunlarda sanki atılmışlar, yaddan çıxarılmışlar təəssüratı yaradırdı.  Əlbəttə, çox şeylər 

demək olar, çox şeyləri təhlil etmək olar. Amma mənim təəssüratım bundan ibarət idi ki, baxmayaraq 

burada az sayda döyüşçülər var idi, onlar çox döyüşkən ruhda idilər. Ümumiyyətlə, əhalinin özündə bir 

ruh düşkünlüyü yaranmışdı. Hətta biz orada bəyanatlar eşidirdik, deyirdilər ki, gedib filan nazirin 

qapısında belə edəcəyik, filankəsi belə edəcəyik. O da hiss olunurdu ki, bunların arasında o atmosferi 

formalaşdıran insanlar var. İnsanları döyüşkən ruhdan çəkindirən faktorlar var idi. 

Faciə baş verdi. Əlbəttə, çox qeyri-insani, antibəşəri bir hadisə idi. Deyim ki, oradakı döyüşçü 

hissələr lazım olan cəsurluğu, mərdliyi, döyüş hünərini göstərə bildilər, amma bununla yanaşı, qüvvələr 

həqiqətən qeyri-bərabər idi. 

Xocalı faciəsi bizim XX əsr tariximizin ən fəlakətli, ən dəhşətli, ən acınacaqlı səhifəsidir. Bu barədə 

heç də hər şey axıra kimi açılıb, deyilməyib. Ora həqiqətən özbaşına qalmış bir yer idi. Məsələn, orada 

olan müddətdə vəzifəli adamların çoxusu şəhərə yığışmışdılar. Xocalının özündə insanları yaxşı səfərbər 

etmirdilər, müdafiə  təşkil olunmurdu. Bunları da demək lazım idi. Bununla, yanaşı,  əlbəttə respublika 


48 

 

rəhbərliyinin də cəhdi hiss olunurdu. Yalnız vertolyot yolu var idi. Vertolyotla da hər kəs gəlib-getməyə 



ürək etmirdi, çünki ondan təxminən 2-3 ay qabaq Qarakənd səmasında vertolyot vurulmuşdu. Ondan 

sonra insanlar vertolyota minməyə də qorxurdular. Silah-sursat gətirmək, hərbi qüvvə yerləşdirmək çətin 

idi. O dövrdə, A. Quliyevin rəhbərlik etdiyi vzvodun qəhrəmanlığı  mənim üçün tarixdir. Qeyri-bərabər 

döyüşdə bu insanların göstərdiyi hünər, qəhrəmanlıq, cəsurluq mənim üçün tarixdir. Əlbəttə, o dövrdə 

satqınlıq da yox deyildi. O kənddə bir neçə ailə qarışıq ailələrdən ibarət idi. Onlar haqqında cürbəcür 

şayiələr gəzirdi. Hesab edirəm ki, Xocalı ilə bağlı çox məsələlər aydınlaşdırılmalı, çox şeylər üzə 

çıxarılmalıdır. Yəni tamam siyasi motivdən, siyasi tərəfkeşlik etmədən, ayıq başla bunları obyektiv 

şəkildə araşdırıb ortaya qoymaq çox vacibdir 

 

 

 



49 

 

Məni əsirlərin arasından çıxarıb — başımı kəsməklə qorxudurdular 



 

Məmməd Nağıyev, Naftalan şəhərində yerləşən Xocalı poliklinikasının baş həkimi, Azərbaycan 

Respublikasının "Əməkdar həkimi" 

- Qarabağ müharibəsi başlanan gündən dinclik nə olduğunu bilməmiş, daima cəbhə bölgəsində 

mübarizə aparmışam. Tibb Universitetini bitirdikdən sonra Xankəndi şəhərinə təyinat almışdım. Ora işğal 

edildikdən sonra Cəmilli kəndinə, oradan isə Xocalıya gəlmişəm. Volski hakimiyyəti dövründə rusların 

tətbiq etdiyi "komendant saatı" xəstələrə tibbi yardım göstərməyimizə mane olurdu. 1990-cı il fevralın 

13-də  xəstəyə baxıb qayıdarkən yolda rus komendantı erməni müavini ilə birlikdə  mənim maşınımı 

saxlatdırıb yoxlamağa başladı. Xəstəyə baxıb qayıtdığımı bildikdən sonra mənə dedi ki, bir də komendant 

saatı vaxtında xəstəyə baxmayım. Mənim gözlərimin qarşısına bu vəhşilər tərəfindən törədilmiş Qanlı 

Yanvar faciəsi gəldi və dedim: "Məni xəstəyə baxmağa çağırsalar, sizin komendant saatının vaxtında da 

gedəcəyəm. Çünki mənim canım sizin rus faşistlərinin Bakıda öldürdüyü yüzlərlə oğul-qızlarımızdan, o 

cümlədən həkimlərimizdən artıq deyil". Nəticədə  məni  Əsgəranda kameraya saldılar və 3 gün orada 

saxlandım. 15 noyabr 1991-ci il ildən Xocalı yerli özünümüdafiə taborunu təşkil etdik. Həmin gündən 

könüllü olaraq taborun tibb xidməti rəisi kimi fəaliyyətə başladım. 

Vəziyyət get-gedə pisləşir, ermənilər getdikcə daha da azğınlaşırdılar. Onlar aramsız  şəkildə 

Xocalını mərmi və güllə yağışına tuturdular. Küçələrdə hərəkət etmək, evlərdə xəstə və yaralılara baxmaq 

çox çətin idi. Ancaq ümidləri itirmək olmazdı. Nə  qədər ağır da olsa onlara vaxtlı-vaxtında baş  çəkir, 

imkan olduqca tibbi yardım göstərirdim. Faciə gününədək təkcə fevral ayı ərzində onlarla ağır yaralımız 

var idi. Xəstəxanamızın işləməməsi, benzin qıtlığı, xəstə və yaralılarımızın hərəsinin öz evində olması, iki 

nəfəri çıxmaq şərtilə bütün tibb işçilərinin Xocalını tərk etməsi səbəbindən vəziyyətimiz olduqca ağır idi. 

25 fevral 1992-ci il tarixdə "misli görünməmiş o faciə gecəsi də bütün xəstə və ağır yaralılara baxıb 

Kamran dayıgilə  gəldim. Saat 22.00 radələriydi. Onlarda bir qədər söhbət etdim. Mənim ermənilər 

tərəfindən Xocalının mühasirəyə alınması barədə informasiyam var idi. Təxminən 30 dəqiqə sonra hər 

tərəfi dəhşətli gurultu bürüdü. Ermənilər 366-cı rus motoatıcı alayının köməyi ilə şəhəri toplardan, BTR-

lərdən, PDM-lərdən, tanklardan atəşə tutmağa başladılar. Şəhər od tutub yanırdı. Şəhid olanlarımızın və 

yaralananlarımızın sayı-hesabı yox idi. İmkan daxilində onlarla yaralıya tibbi yardım göstərib, ağır 

yaralıları xərəklərə yerləşdirib, təxminən gecə saat 2 radələrində 200 nəfərlə Xocalını tərk etməli olduq. 

Həmin gecə elə bil Allahın da rəhmi göyə çəkilmişdi. Soyuq bıçaq kimi kəsir, qatı qaranlıq və qar-çovğun 

ayağı yalın, əyni çılpaq adamların vəziyyətini daha da dözülməz edirdi. Əksəriyyətin əli-ayağı donmuşdu. 

Erməni qatillərinin fikri təkcə Xocalını almaq yox, şəhər sakinlərini son nəfərinə kimi qırmaq idi. Heç 

kimə  rəhm etmədən qocalara, hamilə qadınlara, uşaqlara atəş açır, olmazın vəhşiliklər törədirdilər. Bu 

atışmalarda neçə-neçə  ağır yaralımız oldu və onlara da ilkin tibbi yardım göstərib (neçə  nəfər ağır 

yaralının yarasını özümün və döyüşçü yoldaşlarının köynəklərini cırıb sarıyırdım) Ağdam istiqamətinə 

yola salırdıq. 

Çox müsibətlərdən sonra fevral ayının 27-də  Dəhrəz kəndi yaxınlığında ermənilərlə yenidən 

qarşılaşdıq, atışma başladı. Yaralıların çoxluğundan mən artıq əlimdəki avtomatı döyüşçülərə verib ancaq 

yaralılarla məşğul olmağa başladım. Biz yaxındakı  dərəyə doluşduq və buradan əks tərəfdəki meşəyə 

keçməyə başladıq. Bu zaman məndən qabaqda anası ilə gedən 10 yaşlı uşağı yaraladılar. Mən ermənilərin 

güllə atmasına baxmayaraq ona tərəf sürünüb yarasını sarıdım. Atəş artıq kəsilmiş, bizim dəstədəkilər 

vuruşmanın mənasız olduğunu görüb təslim olmuşdular. Həmin vaxt mən onlardan aralanmışdım və 

istəsəydim çıxıb gedə bilərdim. Lakin bir tərəfdən yaralı uşaq, digər tərəfdən bir o qədər qadının, uşağın, 

qocanın  əsir düşməsini, onların içərisində neçə-neçə yaralının olmasını  nəzərə alıb mənə elə  gəldi ki, 

onları bu vəziyyətdə qoyub getməyə  mənəvi haqqım yoxdur. Ona görə  də yaralı  uşağı da götürüb 

camaatın yanına qayıtdım və əsirliyin bütün əzab-əziyyətini çəkməli oldum. 

Əsirlikdə olduğum iki gün ərzində neçə-neçə  ağır yaralımızın yarasını sarıyıb, qanaxmalarını 

dayandırmış, əli-ayağı donmuşlara yardım etmişəm. Əsirlikdə bizə elə əzab-əziyyətlər, işgəncələr verdilər 

ki, yazmaqla, deməklə o vəhşilikləri olduğu kimi təsəvvür etmək olmur. Hərbi formada olan cavanların 

hamısını seçib aparırdılar. Hətta bir ara məni çıxarıb başımı  kəsməklə  də qorxutdular. Hamı bir səslə 

mənə toxunmamalarını xahiş etdi. Xankəndində  məni yaxşı bir həkim kimi tanıyan ermənilər də vardı 

yaraqlılar arasında. Hardasa insanın özünün də xeyirxah əməlləri düşmən qarşısında ona bəraət 

qazandırır. Çox əzab-əziyyətlərdən sonra bizi dəyişib  əsirlikdən azad etdilər.  Əsirlikdən azad olunan 

günün səhəri Ağdamda vaqonlarda təşkil olunmuş hospitala getdim və oradakı yaralılarımıza  əlimdən 

gələn köməyi etdim. Baxmayaraq ki, özümün hər iki ayağımın pəncələrini don vurmuşdu. 



50 

 

1992-ci ilin may ayından Xocalı taborunun yenidən bərpa olunması ilə  əlaqədar olaraq həmin 



taborda fəaliyyətimi davam etdirdim. 1993-cü ilin oktyabr ayına kimi əlahiddə piyada bölüyünün 

tərkibində "Qara qaya", Şelli, Naxçıvanik, Pircamal, Aranzəmin, Abdal-Gülablı, Bağmanlar, Fərrux, 

Papravənd döyüşlərində fəal iştirak etmişəm. 1995-ci il dekabr ayının 25-də Azərbaycan Silahlı Qüvvələri 

sıralarından tərxis olunmuşam. Göstərdiyim xidmətlərə görə  təltif edilmişəm. Ancaq mənim üçün ən 

böyük mükafat düşmən tapdağı altında olan doğma torpaqlarımızın azad edildiyi gün olacaq. 


51 

 

Cavanlardan 12-13 nəfərini  — seçib güllələdilər 



 

Brilyant Hacıyeva, Xocalı Rabitə Qovşağının keçmiş rabitəçisi 

- Bu hadisə heç vaxt yadımdan çıxmır, çünki o dəhşətləri unutmaq mümkün deyil. Faciənin baş 

verəcəyini 1984-cü ildən hiss edirdim. Həmin il ermənilər mənim qaynım Əlif Hacıyevi həbs etdilər. O, 

tutulandan sonra qayınatam Lətif Hacıyevi Elman Məmmədovun (Xocalının hazırkı icra başçısı, deputat) 

da çalışdığı kənd sovetinə çağırdılar. Mən də onunla getdim ora. Əlif də nahaqdan tutulması, bu prosesdə 

ermənilərin əli olması ilə bağlı hər yerə şikayət etdi. Onu istintaq etmək üçün gələn şəxslərdən biri erməni 

idi. Adı yadımdan çıxıb. Lakin istintaq qrupunun tərkibindəki azərbaycanlı polkovnik Əlifin azad 

olunmasının vacibliyini dedikdə erməni çox heyrətləndi. Çünki o vaxt belə sözlər danışmaq qorxulu idi. 

Fevralın 25-də, yəni faciə baş verənə qədər əhalinin şəhərdən çıxmasını heç kim təmin etmədi. Bu 

elə də böyük problem olmamalıydı. Əsgəranla Xocalının arası o qədər də böyük məsafə deyildi. Yolların 

bağlanması, bir neçə gün əvvəl vertolyotun vurulması faciəyə ermənilər tərəfindən görülən hazırlıq idi. 

Biz hər gün o təhlükəni gözləyirdik. Başda oturanların da qeyrətinə bələd idik və bilirdik ki, harayımıza 

səs verməyəcəklər. Mən 25 fevral saat 16.30-da evdə olanda bir nəfər qız uşağı gəlib xəbər verdi ki, Əlif 

telefona çağırır. Qaçaraq yerimə  gəldim. O mənə  işdən bir addım o yana getməməyi tapşırdı.  Əlif 

mühasirəyə alınmış Xocalının təhlükədə olduğunu söylədi. Mən birinci dəfə idi ki, Əlifin səsindən onun 

bikef olduğunu hiss edirdim. O mənə narahat olmamağımı və sonuncu dəqiqədə belə məni çıxaracağını 

bildirdi. Nəhayət,  Şuşaya, Bakıya zəng etdim. Sanki Əzrayıl o gecə Bakıdakı  məsul işçiləri harasa 

aparmışdı  və heç kim cavab vermirdi. Axırda Prezident Aparatından bir nəfər  şəxs "bu qaraçıları 

qırsaydılar, canımız qurtarardı" deməklə cavab verdi. Saat 23.00-a yaxın ermənilər atəş açaraq hücuma 

keçməyə başladılar. Heç kim səsimizə səs vermirdi. Bizim qırılmağımız kiməsə lazım idi. Camaat gəlib 

poçta tökülmüşdü. Mən də  ağlayır, qışqırır, telefonda səsləyirdim. Çayın bir tərəfindən camaat qaçaraq 

gəldi ki, ermənilər o biri tərəfdən qıra-qıra gəlir. Mən telefonla yalnız bunu deyə bildim: "Biz çıxdıq. 

Çayboyu camaatın qabağına çıxın. Bizi qırırlar". Təsəlli verirdilər ki, "Qorxmayın, gəlirik!" Bir qədər 

inamlı  tərpənirdik ki, bizimkilər gələcəklər. Xocalıdan çıxdıqdan sonra millət getdikcə  qırılırdı. Gecə 

Qarqar çayını keçib Kətik dağına san gedirdik ki, meşələrə dolub güllədən canımızı qurtaraq. Ağdam 

tərəfə keçmək niyyətimiz var idi. Kinolarda gördüyümüz dəhşətlərə o gecə canlı  şəkildə  şahid olduq. 

Sonradan Əlifi itirdik və onu bir daha tapa bilmədim. Qarın, yağışın yaratdığı çətinlik də bizə ikiqat əzab 

verirdi. Fevralın 26-sı səhər işıqlananda ermənilər milləti güllənin qabağına verdilər. 

Həmin anda baş vermiş bir hadisə hələ də mənim yadımdan çıxmır. Bir nəfər cavan oğlanı güllə ilə 

vurdular. Anası ilə bacısı onu ağacın altına qoydular. Ana əlinin bir yerə çatmadığını görüb oğlunun 

ayaqqabısının bir tayını  çıxararaq özü ilə yadigar olaraq götürdü. Qızının ağlamasına baxmayaraq ana 

birtəhər dözür, hələ üstəlik onu da sakitləşdirmək istəyirdi. Çünki ermənilər yaxınlıqda idilər və səsimizi 

eşidib gəlib bizi qıra bilərdilər. Ananın ürəyinin böyüklüyü mənə yaman təsir etdi. Yüzlərlə insan birtəhər 

çıxıb meşə ilə getməyə başladıq. Yolda soyuqdan, aclıqdan, susuzluqdan donan insanların sayı-hesabı yox 

idi. İnsan var idi ki, addım atmağa taqəti olmadığı üçün bir tikə çörək istəyirdi ki, yoluna davam etsin. Üç 

gün yol getdik. Camaat çaşırdı. Hardan getmək lazım olduğunu bilmirdi. Ermənilər Dəhrəz kəndi 

yaxınlığında bizi haqlayaraq atəş açmağa başladılar. Bir neçə adam həlak oldu və meyitlər də orada qaldı. 

Bizimkilər müqavimətin faydasızlığını görüb təslim oldular. Hamımızı həmin kənddə həbs etdilər. Mən 

rabitədə işlədiyim üçün üzümü-gözümü bağlamışdım ki, tanımasınlar. Aradan heç yarım saat keçməmişdi 

ki, silahlı ermənilər içəri daxil oldular. Hamı  qışqırıb-ağlayırdı. Ermənilər öldürülmüş silahdaşlarının 

heyfini almaq üçün hamımızı güllələmək istəyirdilər. Bir erməni isə stolun üstünə  çıxaraq sağlam 

cavanlardan 12-13 nəfərini seçdi. Onları çölə  çıxardıb avtomatdan atəş açarkən camaat qışqırdı. 

Təxminən 28 fevralda qadınları, uşaqları dəyişmək üçün oradan çıxardanda həmin şəxslərin izini-tozunu 

da görə bilmədik. İndiyədək də xəbər tuta bilməmişik ki, o insanların taleyi necə oldu. Sonda hamımızı 

gətirib Ağdama çıxardılar. Gələndə gördük ki, qohumların əksəriyyəti qırılıb. Çox dəhşətli hadisələr idi. 


52 

 

Türklərə qarşı erməni terraktları Xocalıda təkrarlandı 

 

Türklərə qarşı soyqrım siyasətini davamlı olaraq həyata keçirən erməni terror qruplarının 



Azərbaycan  ərazisində törətdikləri qətllərin, talanların qarşısının alınmaması Ermənistanın dövlət 

strukturlarının məqsədyönlü fəaliyyətinin təzahürüdür. Bu etnik terrorizmin əsas hədəfləri, ilk növbədə 

metro, avtobus, körpü, təyyarə, diplomatik təsisatlardır. Erməni terrorunun tarixi başlanğıcı 1890-cı ildə 

yaradılan "Daşnaksütyun" Partiyası və onun fəaliyyət proqramını müəyyənləşdirən beynəlxalq şəbəkədir. 

"Daşnaksütyun"un əsas siyasi şüarı, platforması sosial-demokrat ideyasına dayansa da, məqsədləri terrora 

bağlıdır. Çünki bu terrorçu-siyasi təşkilatın niyyəti Türkiyə dövləti və  ətraf bölgələrdəki torpaqlar 

hesabına "Böyük Ermənistan" dövləti yaratmaqdır. Yüz illərdir ki, türklər erməni terrorunun qurbanına 

çevriliblər. Keçmişdə Osmanlı dövləti, bu gün isə Türkiyə geopolitik və geostrateji səbəblərdən bir çox 

dünya dövlətlərinin ciddi təzyiqlərinə, təhdidlərinə məruz qalmaqdadır. 

Tarixdə baş verən olaylar onu göstərir ki, Osmanlı dövlətini parçalamaq və dünya səhnəsindən 

silmək istəyənlər erməni faktorundan geniş istifadə etmişlər. Bu gün də eyni situasiya yaranır, bəzi 

ölkələr Türkiyəni diplomatik baxımından siyasi kəsərdən, gücdən salmağa çalışır, soyqrımda suçlayaraq 

anıt abidələri ucaldırlar. Bəzi Avropa dövlətlərinin parlamentlərində müzakirə obyektlərinə çevrilən, 

yalanlara bürünən "erməni soyqrımı" tanımaqdadır. Tarixçilərin üzərinə düşən bu məsələdən siyasətçilər 

yararlanır, istədiklərini həyata keçirməyə nail olurlar. Lakin unutmaq lazım deyil ki, XIX əsr başdan-başa 

"ermənilərin qızıl dövrü" olmuşdur.  Əksər millətlər türklərə minnətdar olmalıdır ki, yaşadıqları 

dövlətlərdən qovulan ermənilərə Osmanlı dövləti yaşamaq imkanı verib, onların qanlı cinayətlərinin di-

gər ölkələrə yayılmasının qarşısını alıblar. 

Elə ki, Osmanlı dövləti zəifləməyə başladı, Avropa dövlətləri türk-erməni qarşıdurmasını 

yaradaraq, maraqlarım türklərə diktə etməyə başladılar. O Avropa ki, təxribatları daha dəqiq həyata 

keçirdikləri üçün erməniləri Osmanlı dövlətinin içərisinə daxil edib, onlardan dini, siyasi məqsədlər üçün 

istifadə etdi. Elə bunun nəticəsi idi ki, bir qədər sonra Şərqi Anadoludan başlayaraq İstanbula qədər gedib 

çıxan üsyanlarda, dağıdıcı  hərəkətlərdə minlərcə türk və erməni məhv edildi. Anadoludan kənarda 

yaradılan "Qımçaq", "Ramqovar", Silahlılar Cəmiyyəti, Ermənistana Doğru Cəmiyyəti fəaliyyətlərində 

xalqı silahlı münaqişəyə doğru istiqamətləndirdi. Təbii ki, Osmanlı dövləti bu iğtişaşları, ermənilərin 

silahlı üsyanlarını aradan qaldırmalı idi. Bunun üçün 24 aprel 1915-ci ildə silahlı erməni daşnaklarına 

qarşı, dövlətin təhlükəsizliyini qorumaq naminə tədbir görüldü. Vətənə xəyanət edən 2345 silahlı erməni 

həbs edildi. Rusiya sərhədinə yaxın bölgələrdə ermənilərin daha fəal olduğunu görən Osmanlı dövləti 

gələcək üsyanların, qanunsuzluqların qarşısını almaq üçün bölgədəki ermənilərin bir qrupunu ölkənin 

daha sabit ərazilərinə köçürmək haqqında qərar verdi. Bu tarixi sənədi əsas gətirən ermənilər 1915-ci il 24 

aprel gününü öz siyasi məqsədləri üçün "soyqrım" hadisəsi kimi yozurlar. 

Ermənilərin Osmanlı Türkiyəsində törətdikləri qırğınlar, talanlar dünyanın müxtəlif ölkələrində çap 

olunan mətbuatın da diqqətindən yayınmayıb. Bu vəhşiliklər barədə  rəsmi sənədlər, faktlar, xatirələr 

qorunub saxlanılır. 

Ermənilərin vəhşiliklərini, qırğınların kütləviliyini öz gözü ilə görmüş. alman generalı Bronzart 

Şellondorf 24 iyul 1921-ci ildə "D.A. Zentunq" qəzetinin 342-ci sayında yazır: "Ələ keçən sənədlərdən, 

bəyannamələrdən, silahların növündən aydınlaşdı ki, üsyan uzun zamandan bəri hazırlanmış, Rusiya 

tərəfindən təşkil olunmuş, maddi cəhətdən təmin edilmişdir. Ermənilər cəbhədə ruslar tərəfindən əhatəyə 

alınmış türk ordusuna cinahdan və arxadan təsir göstərməklə kifayətlənməyərək, ərazidəki müsəlmanları 

da məhv edirdilər. Şahidi olduğum erməni zülmü, sonralar türklərin adına çıxarılan günahlardan daha çox 

və daha dəhşətli idi". 

Sözügedən qəzetin 1921-ci il 297-ci sayında digər bir alman zabiti o günləri xatırlayaraq belə yazır: 

"Ermənilərin türklərə qarşı etdikləri zülmlərdən, qırğınlardan çox az danışılır. Məsələn, dəfələrlə kəndin 

bütün türk sakinlərinin gözləri ermənilər tərəfindən çıxarıldı". 

Bu hadisədən 80 il sonra Xocalıda da dinc əhali eyni tale və aqibəti yaşadı. Girov götürülən 

insanlar qətlə yetirildikdən sonra onların gözləri çıxarılmış, cəsədləri üzərində elə təhqiramiz hərəkətlər 

etmişlər ki, bu da 1915-ci ildə türklərə qarşı törədilənlərin təkrarıdır. Erməni mentaliteti, əxlaqı 

terrorçuluqdan dolayı davranışları, intiqam hissləri əsrin sonlarında da dəyişməyib. 

Türk düşmənliyini beyinlərinə yeridən ermənilər XX əsrin ortalarında siyasi fəallıqlarını  bərpa 

edərək yenidən Türkiyə və dünyanın müxtəlif ölkələrində yerləşən diplomatik korpuslara qarşı terraktlar 

törətməyə başladılar. Qurgen adlı bir erməni 27 yanvar 1973-cü ildə ABŞ-ın Santa-Barbara şəhərində 

Türkiyənin Los-Ancelesdəki konsulu Mehmet Baydar ilə konsul Bahadır Dəmiri qətlə yetirdi. 1975-ci 

ildən başlayaraq ermənilər 1915-ci ildə olduğu kimi mütəşəkkil qaydada təşkilatlanaraq davamlı terror 

aktları törətdilər. Beləliklə, separatçılar 21 ölkənin 38 şəhərində 39 silahlı, 70 bombalı, biri isə  işğal-



53 

 

formasında olmaqla üst-üstə 110 terror hadisəsi törətdilər. Bu qanlı olaylarda 42 türk diplomatı ilə yanaşı, 



4  əcnəbinin də  həyatına son qoyulmuş, 15 türk və 66 əcnəbi yaralanmışdı. Bir qədər sonra isə erməni 

terrorçuları 1980-ci ildən başlayaraq PKK terror təşkilatı ilə  əlaqəyə girdi. 1984-cü ildə PKK səhnəyə 

çıxarıldı, "Asala" terror təşkilatı arxa plana keçdi. 

"Asala"nın fəaliyyətinin bir istiqaməti keçmiş sovet imperiyası dönəmində bu imperiyanın 

tərkibində olan türkdilli xalqlara qarşı təxribatlar, terraktlar törətməkdən ibarət olub. 

Sovet imperiyasının dağılması  ərəfəsində erməni terrorizmi istiqamətini dəyişərək, Azərbaycan 

türklərinə qarşı işğalçı siyasətin silahına çevrildi. "Qarabağ ermənilərinin müstəqilliyi uğrunda mübarizə" 

pərdəsi altında həyata keçirilən siyasi etirazlar, aksiyalar xarici erməni diasporunun nəzarəti altında 

münaqişəyə  gətirib çıxardı. "Daşnaksütyun", "Asala", "Maq", "Erməni ittifaqı", "Ermənistan Azadlıq 

Cəbhəsi" bir araya gələrək Qarabağdakı erməni separatçılarına güc, maliyyə  və silah dəstəyi verdilər. 

Sovet imperiyasının son günlərini duyan Ermənistan dövləti Azərbaycanda məskunlaşmış ermənilərin 

yerləşdiyi  ərazilərə  İran. Livan, Fransa. ABŞ, Rusiya və Yunanıstandan terrorçular gətirərək bölgədəki 

vəziyyəti qırğınlar törətməklə öz xeyirlərinə dəyişdilər. 

Fransa həbsxanasından azadlığa buraxılmış ABŞ  vətəndaşı, məşhur beynəlxalq terrorçu Monte 

Melkonyan 1990-cı ildə "Artsax işi" nə kömək məqsədilə Ermənistana gəlmiş, rəsmi səviyyədə dövlət 

orqanlarının rəhbərləri ilə görüşmüşdü. Çox keçmədi ki, bu beynəlxalq terrorçu Dağlıq Qarabağa 

terraktlar törətmək, quldur dəstələrinin yaradılması işinə yardım üçün göndərildi. "Asala''nın liderlərindən 

olan Melkonyan beynəlxalq terrorçu Karlosun tələbəsi olub ki, qətllər törətməyi, insanları vahiməyə salan 

qəddar hərəkətləri icra etməyi yaxşı bilirdi. O, öz həmfikirləri arasında partlayıcı qurğular üzrə 

mütəxəssis kimi də tanınırdı. Beynəlxalq terrorçu Dağlıq Qarabağdakı terraktların müəllifi olaraq, 

Azərbaycan türklərinin qətllərinin təşkilatçısı  kimi  ad  çıxarmışdı. Qarabağda döyüş zamanı öldürülən 

Melkonyanın dəfnində demək olar ki, rəsmi Yerevanın bütün "demokratik liderləri" iştirak etmişdilər. 

Faktlar və hadisələrin təhlili göstərir ki, Xocalı soyqırımı beynəlxalq erməni terror qruplaşmalarının 

törətdikləri qanlı faciədir. Osmanlı Türkiyəsində 1915-ci ilin 24 aprelində baş verən erməni iğtişaşları 

tarixi eynilik etibarı ilə 1988-ci ilin fevralında Azərbaycanda baş vermiş erməni separatçılarının 

hərəkətlərinin inkasına oxşayır. Xocalı türk soyqırımı salnaməsinin bir səhifəsidir. Beynəlxalq erməni 

terror qrupları dünyanın müxtəlif ölkələrində türklərə qarşı etmiş olduqlarını Xocalıda da həyata 

keçirdilər. Xocalı türkün ağrısı, yarasıdır. Avropa dövlətlərində qondarma "erməni genosidi" müzakirə 

mövzusuna çevrilirsə, nədən türkün başına gətirilən müsibətlər, minlərlə insanın qətli unudulur? 

Bu məsələyə daha geniş çevrədə baxmalı, türk dövlətləri erməni hiyləsinin baş tutmamasına 

çalışmalıdırlar. Faktlar, gerçəkliklər dünyaya çatdırılmalı, erməni daşnaklarının törətdiklərinin cavabı 

sorulmalıdır. 



54 

 

"Azərbaycanlıların soyqırımı haqqında"  



Azərbaycan Respublikası Prezidentinin Fərmanı 

 

Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin, obyektiv 

mənzərəsini yaratmaq imkanı  əldə edilmişdir. Uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş 

həqiqətlər açılır, təhrif edilmiş hadisələr özünün əsl qiymətini alır. 

Azərbaycan xalqına qarşı  dəfələrdə törədilmiş  və uzun illərdən bəri öz siyasi-hüquqi qiymətini 

almamış soyqırımı da tarixin açılmamış səhifələrindən biridir. 

1813-cü ildə 1828-ci illərdə imzalanan Gülüstan və Türkmənçay müqavilələri Azərbaycan xalqının 

parçalanmasının, tarixi torpaqlarımızın bölünməsinin  əsasını qoydu. Azərbaycan xalqının bu milli 

faciəsinin davamı kimi onun torpaqlarının zəbti başlandı. Qısa bir müddətdə bu siyasət gerçəkləşdirilərək, 

ermənilərin kütləvi surətdə Azərbaycan torpaqlarına köçürülməsi həyata keçirildi. Soyqırımı Azərbaycan 

torpaqlarının işğalının ayrılmaz bir hissəsinə çevrildi.  

İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazilərində məskunlaşdırılan ermənilər orada yaşayan 

azərbaycanlılarla müqayisədə azlıq təşkil etmələrinə baxmayaraq, öz havadarlarının himayəsi altında 

"erməni vilayəti" adlandırılan inzibati bölgünün yaradılmasına nail oldular. Belə süni ərazi bölgüsü ilə, 

əslində, azərbaycanlıların öz torpaqlarından qovulması və məhv edilməsi siyasətinin bünövrəsi qoyuldu. 

"Böyük Ermənistan" ideyaları təbliğ olunmağa başlandı. Bu uydurma dövlətin Azərbaycan torpaqlarında 

yaradılmasına "bəraət qazandırmaq məqsədilə" erməni xalqının tarixinin saxtalaşdırılmasına yönəlmiş 

genişmiqyaslı proqramlar reallaşdırıldı. Azərbaycanın və ümumən Qafqazın tarixinin təhrif olunması 

həmin proqramların mühüm tərkib hissəsini təşkil edirdi. 

"Böyük Ermənistan" yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları 1905-1907-ci illərdə 

azərbaycanlılara qarşı açıq şəkildə geniş miqyaslı qanlı aksiyalar həyata keçiriblər. Ermənilərin Bakıdan 

başlanan vəhşilikləri Azərbaycanı  və indiki Ermənistan  ərazisindəki Azərbaycan kəndlərini  əhatə etdi. 

Yüzlərlə yaşayış  məntəqəsi dağıdılıb yerlə-yeksan edildi, minlərlə kiçik azərbaycanlı  vəhşicəsinə  qətlə 

yetirildi. Bu hadisələrin təşkilatçıları  məsələnin mahiyyətinin açılmasına, ona düzgün hüquqi-siyasi 

qiymət verilməsinə maneçilik törədərək azərbaycanlıların mənfi obrazını yaratmış, özlərinin avantürist 

torpaq iddialarmı pərdələmişlər. 

Birinci Dünya müharibəsi, Rusiyada baş vermiş 1917-ci il fevral və oktyabr çevrilişlərindən 

məharətlə istifadə edən ermənilər öz iddialarmı bolşevik bayrağı altında reallaşdırmağa nail oldular. 

1918-ci ilin mart ayından etibarən  əks-inqilabçı ünsürlərlə mübarizə  şüarı altında Bakı kommunası 

tərəfindən ümumən Bakı quberniyası azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur plan həyata 

keçirilməyə başladı. Həmin günlərdə ermənilərin törətdiyi cinayətlər Azərbaycan xalqının yaddaşına 

əbədi həkk olunmuşdur. Minlərlə dinc azərbaycanlı  əhali yalnız milli mənsubiyyətinə görə  məhv 

edilmişdir. Ermənilər evlərə od vurmuş, insanları diri-diri yandırmışlar. Milli memarlıq incilərinin, 

məktəblərin, xəstəxanaların, məscid və digər abidələri dağıtmış, Bakının böyük bir hissəsinə xarabalığa 

çevirmişlər. 

Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, 

Lənkəranda və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqlarla həyata keçirilmişdir. Bu ərazilərdə 

dinc əhali kütləvi surətdə qətlə yetirilmiş, kəndlər yandırılmış, milli mədəniyyət abidələri dağıdılıb məhv 

edilmişdir. 

Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra 1918-ci ilin mart hadisələrinə xüsusi diqqət 

yetirmişdir. Nazirlər  Şurası 1918-ci il iyulun 15-də bu faciənin tədqiqi məqsədilə fövqəladə istintaq 

komissiyasının yaradılması haqqında qərar qəbul etdi. Komissiya mart soyqırımının, ilkin mərhələdə 

Şamaxıdakı vəhşilikləri, İrəvan quberniyası ərazisində ermənilərin törətdikləri ağır cinayətləri araşdırdı. 

Dünya ictimaiyyətinə bu həqiqətləri çatdırmaq üçün Xarici İşlər nazirliyində xüsusi qurum yaradıldı. 

1919-1920-ci ilin mart ayının 31-i iki dəfə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm 

günü kimi qeyd edilmişdir.  Əslində bu, azərbaycanlılara qarşı yürüdülər soyqırımı  və bir əsrdən artıq 

davam edən torpaqlarımızın işğalı proseslərinə tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi idi. Lakin, 

Azərbaycan Xalq Cümhuriyyətinin süqutu bu işin başa çatmasına imkan vermədi. 

Zaqafqaziyanın sovetləşməsindən öz çirkin məqsədləri üçün istifadə edən ermənilər 1920-ci ildə 

Zəngəzuru və Azərbaycanın bir sıra torpaqlarmı Ermənistan SSR-in ərazisi elan etdilər. Sonrakı dövrdə 

bu ərazilərdəki azərbaycanlıların deportasiya edilməsi siyasətinin daha da genişləndirmək məqsədilə yeni 

vasitələrə əl atdılar. Bunun üçün onlar SSRİ Nazirlər Sovetinin 23 dekabr, 1947-ci il "Ermənistan SSR-

dən kolxozçuların və başqa azərbaycanlı  əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi 

haqqında" xüsusi qərarına və 1948-1953-cü illərdə azərbaycanlıların öz tarixi torpaqlarından kütləvi 

surətdə deportasiyasına dövlət səviyyəsində nail oldular. 



55 

 

Erməni millətçiləri öz havadarlarının köməyi ilə 50-ci illərdən etibarən Azərbaycan xalqına qarşı 



kəskin mənəvi təcavüz kampaniyasına başladılar. Keçmiş Sovet məkanında müntəzəm  şəkildə yayılan 

kitab, jurnal və qəzetlərində milli mədəniyyətimizin, klassik irsimizin, memarlıq abidələrimizin ən nəfis 

nümunələrinin erməni xalqına sübut etməyə çalışırdılar. Eyni zamanda onlar tərəfindən bütün dünyada 

azərbaycanlıların mənfi obrazmı formalaşdırmaq cəhdləri də güclənirdi. "Yazıq, məzlum erməni xalqı"nın 

surətini yaradaraq, əsrin  əvvəlində regionda baş verən hadisələr  şüurlu surətdə  təhrif olunur, 

azərbaycanlılara qarşı soyqırım törədənlər soyqırım qurbanları kimi qələmə verilirdi. 

Əsrin  əvvəlində  əksər  əhalisi azərbaycanlı olan İrəvan  şəhərindən və Ermənistan SSR-nin digər 

bölgələrindən soydaşlarımız təqiblərə məruz qalaraq kütləvi surətdə qovulur. Azərbaycanlıların hüquqları 

ermənilər tərəfindən kobudcasına pozulur, ana dilində  təhsil almasına  əngəllər törədilir, onlara qarşı 

repressiyalar həyata keçirilir. Azərbaycan kəndlərinin tarixi adları dəyişdirilir, toponimika tarixində misli 

görünməyən qədim toponimlərin müasir adlarla əvəzolunma prosesi baş verir. 

Saxtalaşdırılmış erməni tarixi gənc ermənilərin şovinist ruhunda böyüməsinə zəmin yaratmaq üçün 

dövlət siyasəti səviyyəsinə qaldırılır. Böyük humanist ideyalara xidmət edən Azərbaycan  ədəbiyyatı  və 

mədəniyyəti ruhunda tərbiyə olunmuş yeni nəslimiz ekstremist erməni ideologiyasının təqiblərinə məruz 

qalır. 

Azərbaycan xalqının mənəviyyatına, milli qüruruna və  mənliyinə yönəlmiş böhtanlar siyasi və 



hərbi təcavüz üçün ideoloji zəmin yaradırdı. Xalqımıza qarşı aparılan soyqırım siyasəti özünün siyasi 

hüquqi qiymətini tapmadığı üçün tarixi faktlar sovet mətbuatında ermənilər tərəfmdən təhrif olunur və 

ictimai fikir çaşdırılırdı. Ermənilərin sovet rejimindən bəhrələnərək həyata keçirdikləri və 80-ci illərin 

ortalarında daha da güclənən anti-Azərbaycan təbliğatına, Azərbaycan Respublikasının rəhbərliyi 

vaxtında lazımi qiymət vermədi. 

1988-ci ildən ortaya atılan qondarma Dağlıq Qarabağ konfliktinin ilkin mərhələsində yüz minlərlə 

azərbaycanlının öz tarixi torpaqlarından qovulmasına da respublikada düzgün siyasi qiymət verilmədi. 

Azərbaycanın Dağlıq Qarabağ Muxtar vilayətinin Ermənistan SSR-in tərkibinə daxil edilməsi haqqında 

ermənilərin qeyri-konstitusion qərarmı  və Moskvanın  əslində bu vilayəti xüsusi idarəetmə komitəsi 

vasitəsilə Azərbaycanın tabeliyindən çıxarılmasını xalqımız ciddi narazılıqla qarşıladı  və mühüm siyasi 

aksiyalara  əl atmaq məcburiyyəti qarşısında qaldı. Respublikada keçirilən mitinqlər zamanı 

torpaqlarımızın işğalı siyasəti qətiyyətlə pislənsə  də Azərbaycan rəhbərliyi öz passiv mövqeyindən  əl 

çəkmədi. Məhz elə bunun nəticəsi olaraq, 1990-cı ilin yanvar ayında getdikcə güclənən xalq hərəkatmı 

boğmaq məqsədilə Bakıya qoşunlar yeridildi, yüzlərlə azərbaycanlı məhv və şikəst edildi, yaralandı, digər 

fiziki təzyiqlərə məruz qoyuldu. 

1992-ci ilin fevralında ermənilər Xocalı  şəhərinin  əhalisinə misli görünməyən divan tutdu. 

Tariximizə Xocalı soyqırımı kimi həkk olunan bu qanlı faciə minlərlə azərbaycanlının məhv edilməsi, 

əsir alınması, şəhərin yerlə-yeksan edilməsi ilə qurtardı. 

Millətçi-separatçı ermənilərin Dağlıq Qarabağda başladı avantürist hərəkatın başlanğıcı olaraq bu 

gün 1 milyondan artıq soydaşımız erməni qəsbkarları  tərəfmdən öz doğma yurd-yuvalarından didərgin 

salınmış, çadırlarda yaşamağa məhkum edilmişdir.  Ərazimizin 20 faizinin erməni silahlı qüvvələri 

tərəfindən işğalı zamanı minlərlə vətəndaşımız şəhid olmuş, xəsarət almışdır. 

Azərbaycanın XIX-XX-ci əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşayiət 

olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə  həyata keçirdiyi soyqırımı 

siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir. Bu hadisələrin yalnız birinə - 1918-ci il mart qırğınına 

siyasi qiymət vermək cəhdi göstərilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan 

Respublikası bu gün onun axıra qədər həyata keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq soyqırım 

hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edib. 

Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırım faciələrini qeyd etmək məqsədilə  qərara 

alıram: 


1. 31 Mart azərbaycanlıların soyqırımı günü elan edilsin. 

2. Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə olunsun ki, azərbaycanlıların soyqırımı ilə 

bağlı hadisələrə həsr olunmuş xüsusi sessiyanın keçirilməsi məsələsinə baxsın. 

 


Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin